Allerqologiya 1 Allerqoloji kabinetdə mütləq nə olmalıdır?


) Qlukokortikoid səbəbindən əmələ gələn osteoporoz haqqında hansı ifadə düzgün deyil?



Yüklə 1,64 Mb.
səhifə9/18
tarix16.02.2017
ölçüsü1,64 Mb.
#9088
1   ...   5   6   7   8   9   10   11   12   ...   18

554) Qlukokortikoid səbəbindən əmələ gələn osteoporoz haqqında hansı ifadə düzgün deyil?

A) Osteoporoz qlukokortikoidlərin yan təsirindən biridir

B) Aşağı dozalarda qlukokortikoid qəbulu sümüyün mineral sıxlığını azaltmır

C) Alternəedici rejimdə (bir gündən bir) qlukokortikoid qəbulu osteoporoz yarada bilər

D) Qlukokortikoid səbəbindən olan sümüyün itirilməsi dozadan asılıdır və daha yüksək dozalar qəbul edən xəstələrdə risk önəmli dərəcədə yüksəlir

E) Qlukokortikoid müalicəsində olan bütün şəxslərdə, əsas prinsip siqaretdən və aşırı alkoqol qəbulundan uzaq durma, və çəkini azaldan idman etməkdir.


Ədəbiyyat: Рациональная фармакотерапия аллергических заболеваний: Рук. для практикующих врачей /Р.М.Хаитов и др. – М.:Литтерра, 2007
555) Teofillin preparatının eliminasiyasını hansı faktor sürətləndirir?
A) Siqaret çəkmə

B) Şəkərli diabet

C) Artıq çəki

D) Teofillinə qarşı allergiya

E) Kaxeksiya
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 106
556) Teofillin preparatını hansı dərmanla eyni zamanda təyin etmək olmaz?
A) Setirizin

B) Prednizolon

C) Kalsium xlorid

D) Salbutamol

E) Ketotifen
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 106
557) Hansı dərmanlar teofillinlə sinergik təsir göstərirlər?
A) Barbituratlar

B) Kalsium antaqonistləri

C) β - adrenoblokatorlar

D) Antasidlər

E) β2 - adrenomimetiklər
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 106
558) Bronxial astma ilə yanaşı gedən hansı xəstəlik teofillin preparatını astmanın kəskinləşməsində təyin etməyə imkan vermir?
A) Epilepsiya

B) Şəkərli diabet

C) Bronxoektaziya xəstəliyi

D) Arterial hipertenziya

E) Pnevmoniya
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 107
559) Teofillin preparatı hansı dərmanın effektini azaldır?
A) Metotreksat

B) β2 - adrenomimetiklər

C) Ürək qlikozidləri

D) Siprofloksasin

E) Vitamin B6
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 107
560) Bronxial astmanın kəskinləşməsi zamanı hansı dərman xəstənin vəziyyətini daha da ağırlaşdırdığı üçün çox ehtiyyatla istifadə edilməlidir?
A) Ambroksol

B) Prednizolon

C) Fenoterol

D) Aminofillin

E) Salbutamol
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 431
561) Bronxial astmanın müalicəsində istifadə edilən hansı dərman miokardın oksigenə tələbatını artıra bilər?
A) Ketotifen

B) Teofillin

C) Montelukast

D) Prednizolon

E) Flutikazon
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 107
562) Bronxial astmanın müalicəsində hansı dərmanların kombinasiyası bir preparat tərkibində istifadə edilir?
A) Tiotropium bromid+salmeterol

B) İpratropium bromid+fenoterol

C) İpratropium bromid+betametazon

D) Flutikazon+budesonid

E) İpratropium bromid+troventol
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 112
563) Hansı inhalyasion preparat tənəffüs yollarının epitelisini Pseudomonas aeroginosa və Haemophilus influenzae tərəfindən zədələnmədən qoruyur (in vitro)?
A) Flutikazon

B) İpratropium bromid

C) Natrium kromoqlikat

D) Tiotropium bromid

E) Salmeterol
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 114
564) Montelukast preparatının təsir müddəti nə qədərdir?
A) 24 saat

B) 4 saat

C) 48 saat

D) 12 saat

E) 36 saat
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 96
565) Zafirlukast preparatının təsir müddəti nə qədərdir?
A) 4 saat

B) 48 saat

C) 12 saat

D) 36 saat

E) 24 saat
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 96
566) Salmeterol preparatının təsir müddəti nə qədərdir?
A) 48 saat

B) 4 saat

C) 12 saat

D) 36 saat

E) 24 saat
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 100
567) Boğulma tutmasını tez aradan qaldırmaq üçün hansı preparatı istifadə etmək tövsiyyə edilmir?
A) Terbutalin

B) Eufillin

C) Salbutamol

D) Orsiprenalin

E) Salmeterol
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 101
568) Hissəvi nəzarət olunan bronxial astmada boğulma tutmalarını aradan qaldıran preparatlara ehtiyac hansıdır?
A) Hər gün

B) Həftədə 2 dəfədən çox

C) Ayda 2 dəfədən çox

D) Ayda 2 dəfədən az

E) Həftədə 2 dəfədən az
Ədəbiyyat: Ədəbiyyat: ”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008, s. 6
569) Kəskin allergik reaksiyalarda hansı preparatların istifadəsi tövsiyyə edilir?
A) Natrium - tiosulfat

B) Hemodez

C) Kalsium - qlükonat

D) Adrenalin

E) Kalsium - xlorid
Ədəbiyyat: Ədəbiyyat: “Anafilaktik şok üzrə klinik protokol”, Bakı, 2009 il, s. 27
570) Allergik bronx - ağ ciyər aspergillyozunun diaqnostik kriterilərinə hansı allergik xəstəlik daxildir?
A) Bronxial astma

B) Allergik rinit

C) Ekzogen allergik alveolit

D) Atopik dermatit

E) Allergik övrə
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 171
571) 49 - yaşlı xəstə qadın xəstəxanaya subfebril hərarət, bütün bədən səthində qızılcayabənzər səpgilər, hər iki diz oynaqlarında ağrıların olması şikayətlərlə müraciət edib. Aparılan müayinə zamanı generalizəolunmuş limfoadenopatiya və splenomeqaliya aşkarlandı. Anamnezindən məlum oldu ki, xəstəyə 10 gün öncə it dişləməsinə görə antirabik vaksinasiya aparılıb. Düşündüyünüz ilkin diaqnoz nə ola bilər?

A) Trombositopenik purpura

B) Zərdab xəstəliyi

C) Leffler I sindromu

D) Çoxformalı eksudativ eritema

E) Toksik epidermal nekroliz


Ədəbiyyat: Под ред. Р.М.Хаитова, Н.И.Ильиной «Аллергология и иммунология», национальное руководство, 2009 г., стр.532
572) Aşağıdakılardan hansı fiziki övrəyə aid deyil?

A) Autoimmun

B) Dermoqrafik

C) Temperaturdan asılı olan

D) Təzyiq nəticəsində yaranan

E) Vibrasion


Ədəbiyyat: Под ред. Р.М.Хаитова, Н.И.Ильиной «Аллергология и иммунология», национальное руководство, 2009 г., стр.462
573) Xolinergik övrə hansı hallarda rast gəlinlir?

A) Lateks allergiyasında

B) Asteno - nevrotik sindromda

C) Qarında qurultu olduqda

D) Meteorizm zamanı

E) Ağızda xoşa gəlməz dad olduqda


Ədəbiyyat: Под ред. Р.М.Хаитова, Н.И.Ильиной «Аллергология и иммунология», национальное руководство, 2009 г., стр.463
574) Leffler I sindromunun əsas etioloji faktorunu qeyd edin:

A) Leffler çöpləri

B) Fiziki gərginlik

C) Qida allergenləri

D) Qurd invaziyaları

E) Həşərat sancması


Ədəbiyyat: Под ред. Р.М.Хаитова, Н.И.Ильиной «Аллергология и иммунология», национальное руководство, 2009 г., стр.591
575) Leffler I sindromunda xarakterik rentgenoloji deyişikliklər hansıdır?
A) Ağciyərlərin yuxarı payında yerləşən, dinamikada 1-3 günə sorulan infiltratlar

B) Hər iki ağciyərlərdə fibrotik dəyişikliklər

C) Plevra boşluğunda maye

D) Sadalanların hamısı

E) Döş qəfəsi daxili limfa düyünlərinin böyüməsi
Ədəbiyyat: Под ред. Р.М.Хаитова, Н.И.Ильиной «Аллергология и иммунология», национальное руководство, 2009 г., стр.591
576) Atopik bronxial astma fonunda periferik qanda yüksək eozinofiliya ( >20%) və residivverən ağciyər infiltratlarının əmələ gəlməsi hansı xəstəlik üçün xarakteridir

A) Ambar xəstəliyi

B) Angionevrotik Kvinke ödemi

C) Qudpasçer sindromu

D) AXOX

E) Ambar xəstəliyi


Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р.М.Хаитова, Н.И.Ильиной «Аллергология и иммунология», национальное руководство, 2009 г., стр.596
577) 44-yaşlı xəstə konservləşdirilmiş balıq yedikdən sonra subfebril hərarət, bədənində qaşınma, övrə əlamətləri, qarında gurultu hissi, diareya olmasından şikayətlənir. Qanın ümumi analizində: eoz-2% təşkil edir; ümumi Ig E miqdarı – norma daxilindədir. Anamnezində xroniki qastroduodenit qeyd olunur, allergik xəstəliklərin olmasını inkar edir. Düşündüyünüz ilkin diaqnoz:

A) Botulizm

B) Qida allergiyası

C) Psevdoallergik reaksiya

D) Xroniki qastroduodenitin kəskinləşməsi

E) Dizenteriya


Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р.М.Хаитова, Н.И.Ильиной «Аллергология и иммунология», национальное руководство, 2009 г., стр.560
578) Layella sindromu üçün nə xarakterikdir?

A) Birincili immunodefisitlerə aiddir

B) Epidermal nekrolizin dəri örtüyünün 10%-dən çoxunu təşkil etməsi

C) Əsas etioloji faktor kimi qurd invaziyaları qeyd olunur

D) Stivens-Conson sindromuna nisbətən daha yüngül keçir

E) Sadalanların hamısı


Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р.М.Хаитова, Н.И.Ильиной «Аллергология и иммунология», национальное руководство, 2009 г., стр.531
579) Bu xəstəliklərdən hansı obstruktiv tipli ventilyasion dəyişikliklər ilə müşahidə olunur?

A) Kifoskolioz

B) Bronxial astma

C) Sadalanların hamısı

D) Pnevmotoraks

E) Diafragmal yırtıq


Ədəbiyyat: : Под ред. Р.М.Хаитова, Н.И.Ильиной «Аллергология и иммунология», национальное руководство, 2009 г., стр.531
580) Stivens-Conson sindromu üçün nə xarakterikdir?

A) Epidermal nekrolizin dəri örtüyünün 10%-dən azını təşkil etməsi

B) Sadalanların hamısı

C) Çoxformalı eksudativ eritemaya nisbətən daha yüngül keçir

D) Nikolski simptomunun müsbət olması

E) Birincili immunodefisitlerə aiddir


Ədəbiyyat: : Под ред. Р.М.Хаитова, Н.И.Ильиной «Аллергология и иммунология», национальное руководство, 2009 г., стр.531
581) Bu xəstəliklərdən hansı obstruktiv tipli ventilyasion dəyişikliklər ilə müşahidə olunur?

A) Sadalanların hamısı

B) Pnevmotoraks

C) Kifoskolioz

D) AXOX

E) Piylənmə


Ədəbiyyat: Под ред. Р.М.Хаитова, Н.И.Ильиной «Аллергология и иммунология», национальное руководство, 2009 г., стр.531
582) Bu xəstəliklərdən hansı restriktiv tipli ventilyasion dəyişikliklər ilə müşahidə olunur

A) Kistik fibrozis

B) Bronxial astma

C) Pnevmotoraks

D) Sadalanların hamısı

E) AXOX
Ədəbiyyat: Под ред. Р.М.Хаитова, Н.И.Ильиной «Аллергология и иммунология», национальное руководство, 2009 г., стр.531


583) Aspirinlə-bağlı bronxial astmada hansı ağrıkəsicidən istifadə etmək məsləhətdir?
A) İndometasin

B) İbuprofen

C) Asetaminofen (parasetamol)

D) Asetilsalisil turşusu

E) Diklofenak
Ədəbiyyat: ÇİNA 2007
584) Bronxial astmalı hamilə qadınlara aşağıdakı hansı preparatların qəbulu tövsiyə edilmir?
A) β2 - reseptorlarin aqonistləri

B) Kromoqlisiy turşusu preparatları

C) Budesonid

D) Beklametazon

E) Leykotrien reseptorlarının antoqonistləri
Ədəbiyyat: Клинические рекомендации. Аллергология /Под ред. Р.М. Хаитова, Н.И. Ильиной.- М.: ГЭОТАР - Медиа, 2006. – 240 с.
585) Allergen-spesifik immonoterapiyanın əsas məqsədi nədir?
A) Allergenin orqanizmdən eliminasiysı

B) Spesifik allergenin orqanizmə təkrar daxil olmasının qarşısınn alınması

C) Astmanın endogen formasının müalicəsi

D) Sitotoksik tipli allergik reaksiyaların qarşısının alınması

E) Spesifik hiposensibilizasiya
Ədəbiyyat: Клинические рекомендации. Аллергология /Под ред. Р.М. Хаитова, Н.И. Ильиной.- М.: ГЭОТАР - Медиа, 2006. – 240 с.
586) Preparatların hansı bronxial astma zamanı tutmaları dərhal aradan qaldırmır?
A) Aminofillin

B) Berotek

C) Seretid

D) Berodual

E) Formaterol
Ədəbiyyat: Клинические рекомендации. Аллергология /Под ред. Р.М. Хаитова, Н.И. Ильиной.- М.: ГЭОТАР - Медиа, 2006. – 240 с.
587) Nəfəs alma ilə aktivləşdirilən DAİ-rin üstün cəhətlərinə biri aid deyil
A) Nəfəs alma ilə dərman vasitəsinin azad olunması arasında yaxşı koodinasiyanın olması

B) Xüsusi speyserlə təhciz olunması

C) Freonsuz olması

D) İnhalyasiyanın sadəliyi

E) Alçaq ağ ciyər depozisiyası
Ədəbiyyat: Руководство по диагностике, лечению и профилактике бронхиальной астмы. Под ред. А.Г. Чучалина.М.,2005
588) XBT-10-na əsasən övrənin hansı forması yoxdur?
A) Kontaktlı övrə

B) Nevrogen övrə

C) Xolinergik övrə

D) İdiopatik övrə

E) Dermoqrafik övrə
Ədəbiyyat: Клинические рекомендации. Аллергология /Под ред. Р.М. Хаитова, Н.И. Ильиной.- М.: ГЭОТАР - Медиа, 2006. – 240 с.
589) Allergen-spesifik immunoterapiyanın hansı üsulu yoxdur?

A) Nəzarət olunmayan üsul

B) Qısamüddətli üsul

C) Şok üsul

D) Klassik üsul

E) İldırım sürrətli üsul


Ədəbiyyat: Клинические рекомендации. Аллергология /Под ред. Р.М. Хаитова, Н.И. Ильиной.- М.: ГЭОТАР - Медиа, 2006. – 240 с.
590) İnsekt allergiyasının diaqnostik üsullarına hansı allerqoloji test aid deyil?
A) Allergen-spesifik İgG-lərin təyini

B) İmmunoferment

C) Dəri testləri

D) İmmunoblottinq

E) Bioimmunoferment
Ədəbiyyat: : Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 507
591) Atopik dermatitlərdə yerli isifadə üçün nəzərdə tutulan yüksək dərəcəli aktivliyə malik olan qlyukokortikosteroidlərə biri aid deyil
A) Betametazon dipropionat krem

B) Hidrokortizon

C) Triamsinolon asetonid

D) Betametazon dipropionat məlhəm

E) Klobetazol propionat
Ədəbiyyat: Клинические рекомендации. Аллергология /Под ред. Р.М. Хаитова, Н.И. Ильиной.- М.: ГЭОТАР - Медиа, 2006. – 240 с.
592) Hansı Layell sindromunun sinonimidir?
A) Allergik dermatomiozit

B) Epidermal toksik ödem

C) Angionevrotik ödem

D) Epidermal toksik nekroliz

E) Eksfoliativ dermatit
Ədəbiyyat: Клинические рекомендации. Аллергология /Под ред. Р.М. Хаитова, Н.И. Ильиной.- М.: ГЭОТАР - Медиа, 2006. – 240 с.
593) Löffler-2 sindromunda əsas iltihabi sklerotik prosesslər harada yerləşir?
A) Xırda və orta mənfəzli arteriyalarda

B) Ağciyər toxumasında

C) Divaryanı qapaq endokardında

D) Miokardda

E) Birləşdirici toxumada
Ədəbiyyat: Рациональная фармакотерапия аллергических заболеваний: Рук. для практикующих врачей /Р.М.Хаитов и др. – М.:Литтерра,2007. – 504 с.
594) Dərman allergiyasını preparatların əlavə təsirlərindən fərqləndirən əlamətlərə hansı aid deyil?
A) Reaksiyanın preparatın yalnız təkrar dozasından sonra yaranması

B) Reaksiyanın ilk dozadan sonra baş verməsi

C) Preparatın ləğv edilmsindən 3-5 gün sonra reaksiyanin xeyli azalması yaxud tam keçməsi

D) Preparatla təkrar müalicəyə başladıqda reaksiyanin yenidən yaranması

E) Reaksiyanın preparatın kiçik dozasında belə yaranması
Ədəbiyyat: Клинические рекомендации. Аллергология /Под ред. Р.М. Хаитова, Н.И. Ильиной.- М.: ГЭОТАР - Медиа, 2006. – 240 с.
595) Prednizolonun peroral sutkalıq 20 milliqram dozasına deksametazonun hansı dozası ekvivalentdir (uyğundur)?

A) 4 mq


B) 8 mq

C) 16 mq


D) 1 mq

E) 2 mq
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 84


596) Hansı hüceyrələr allergik reaksiyalarda iştirak etmir?
A) Eritrositlər

B) Eozinofillər

C) ß-limfositlər

D) Makrofaqlar

E) Tosqun hüceyrələr
Ədəbiyyat: L.İ. Allahverdiyeva, Q. Ağayeva və s. Klinik allerqologiya və immunologiya Bakı -2010, s.8
597) " Ado "-ya görə həqiqi allergik reaksiyaların neçə dövrü mövcuddur?
A) 4

B) 2


C) 5

D) 3


E) 6
Ədəbiyyat: L.İ. Allahverdiyeva, Q. Ağayeva və s. Klinik allerqologiya və immunologiya Bakı -2010, s.8
598) P. Cell və R. Kumbs (1969) tərəfindən verilmiş təsnifata görə allergik reaksiyaların neçə tipi nəzərdə tutulur?
A) 5

B) 6


C) 3

D) 4


E) 2
Ədəbiyyat: L.İ. Allahverdiyeva, Q. Ağayeva və s. Klinik allerqologiya və immunologiya Bakı -2010, s.8
599) Kenaloqun beynalxalq adı (tərkibi) hansıdır?
A) Triamsiolon

B) Betametazon

C) Prednizolon

D) Hidrokortizon

E) Metilprednizolon
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 76
600) I tip allergik reaksiyaların iştirak etdiyi allergik xəstəliklərə hansı aid deyil?
A) Kəskin övrə

B) Atopik bronxial astma

C) Autoimmun hemolitik anemiya

D) Anafilaktik şok

E) Kəskin allergik Kvinke ödemi
Ədəbiyyat: L.İ. Allahverdiyeva, Q. Ağayeva və s. Klinik allerqologiya və immunologiya Bakı -2010, s.12
601) II tip allergik reaksiyaların iştirak etdiyi allergik xəstəliklərə hansı aid deyil?
A) Atopik bronxial astma

B) İnterstisial nefrit

C) Trombositopeniya

D) Autoimmun hemolitik anemiya

E) Allergik dərman aqranulositozu
Ədəbiyyat: L.İ. Allahverdiyeva, Q. Ağayeva və s. Klinik allerqologiya və immunologiya Bakı -2010, s.13
602) III tip allergik reaksiyaların iştirak etdiyi allergik xəstəliklərə hansı aid deyil?
A) Zərdab xəstəliyi

B) Qlomerulonefrit

C) Ekzogen allergik alveolit

D) Artyus fenomeni

E) Övrə
Ədəbiyyat: L.İ. Allahverdiyeva, Q. Ağayeva və s. Klinik allerqologiya və immunologiya Bakı -2010, s.13
603) IV tip allergik reaksiyaların iştirak etdiyi allergik xəstəliklərə hansı aid deyil?
A) Cüzam

B) Kontakt allergik dermatit

C) Vərəm

D) Brusellyoz

E) Allergik rinit
Ədəbiyyat: L.İ. Allahverdiyeva, Q. Ağayeva və s. Klinik allerqologiya və immunologiya Bakı -2010, s.15
604) Ev tozunun ən çox allergiya verən tərkibi nədir?
A) Kif göbələyi

B) Həşaratların həyat məhsulları

C) İnsan epidermisi

D) Gənəciklər

E) Bakteriyaların həyat məhsulları
Ədəbiyyat: L.İ. Allahverdiyeva, Q. Ağayeva və s. Klinik allerqologiya və immunologiya Bakı -2010, s.17
605) Epidermal allergenlərə hansı aid deyil?
A) Qoyun yunu

B) At kəpəyi

C) Kif göbələyi

D) Pişik tükü

E) İnsanın tükü və kəpəyi
Ədəbiyyat: L.İ. Allahverdiyeva, Q. Ağayeva və s. Klinik allerqologiya və immunologiya Bakı -2010, s.17
606) Aşağıda qeyd olunanlardan hansı bronxial astmanın endogen risk faktorlarına aid deyil?
A) Atopiyanın olması

B) Qidalanma xüsusiyyətləri

C) Tənəffüs yollarının hiperreaktivliyi

D) Cinsi və etnik xüsusiyyətləri

E) Genetik meyillik
Ədəbiyyat: L.İ. Allahverdiyeva, Q. Ağayeva və s. Klinik allerqologiya və immunologiya Bakı -2010, s.33
607) Aşağıda qeyd olunanlardan hansı bronxial astmanın ekzogen risk faktorlarına aid deyil?
A) Siqaret çəkmə

B) Genetik meyillik

C) Medikamentoz müalicə

D) Evdə göbələk yuvaları

E) Peşə sensiblizatorları
Ədəbiyyat: L.İ. Allahverdiyeva, Q. Ağayeva və s. Klinik allerqologiya və immunologiya Bakı -2010, s.33
608) Aşağıda göstərilən simptomlardan hansı bronxial astmaya xas deyil?
A) Fiziki işdən sonra pasientdə fitli xırıltılar və ya öskürək olmağı

B) Gecələr pasientdə əzab verici öskürək olması

C) Fiziki gərginlik zamanı döş sümüyünün arxasında yanğı hissi

D) Pasientdə allergenlərlə kontakdan sonra fitli xırıltılar, döş qəfəsində tutqunluq hissiyyati və ya öskürək olmağı

E) Pasientdə fitli xırıltılar olmağı
Ədəbiyyat: L.İ. Allahverdiyeva, Q. Ağayeva və s. Klinik allerqologiya və immunologiya Bakı -2010, s.35
609) Aşağıda qeyd olunanlardan hansı bronxial astmanın diaqnostikasında mühüm rol oynamır?
A) Spirometriya

B) Histaminlə bronxoprovokasiya testi

C) Dəri allergik sınaqları

D) Veloerqometriya

E) Fiziki yüklənməylə bronxoprovokasiya testi
Ədəbiyyat: L.İ. Allahverdiyeva, Q. Ağayeva və s. Klinik allerqologiya və immunologiya Bakı -2010, s.36
610) Hal-hazırda bronxial astma necə xəstəlik hesab edilir?
A) Tənəffüs yollarının kəskin allergik xəstəliyi

B) Tənəffüs yollarının xroniki iltihabi xəstəliyi

C) Ağciyərin interstisial toxumasının xroniki xəstəliyi

D) Ağciyərin birləşdirici toxumasının yarım kəskin zədələnməsi

E) Sol mədəcik çatmamazlığı ilə müşayiət olunan bronxların xəstəliyi
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 415
611) 32 yaşlı xəstə son 2 il vaxtaşırı ekspirator təngnəfəslikdən və quru öskürəkdən şikayət edir. Bədən t°C normaldır. Leykoformulada eozinofillər 12%-dır. Rentgendə patologiya aşkar olunmur. Pikfloumetriyada bronx keçiriciliyinin göstəriciləri gün ərzində 30% dəyişir. Xəstənin diaqnozu nədir?

A) Xroniki sinusit

B) Kəskin bronxit

C) Bronxial astma

D) Sarkoidoz

E) Xroniki pnevmoniya


Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
612) Aşağıdakı amillərdən hansı bronxial astma tutmasını törətmir?
A) Adrenoreseptorların fəallaşması

B) Kimyəvi qıcıqlandırıcı maddələr

C) Dərman qəbulu

D) Sürətli tip allergiya

E) Heyvanların tükü
Ədəbiyyat: Ağayev M.M. Daxili xəstəliklər. II cild Bakı. 2007, s.202-210
613) Atopik bronxial astmanın göstəricisi hansıdır?
A) Genetik meyllilik xarakter deyil

B) Polipoz rinosinusitin olması

C) Yaşlı adamlarda tez-tez baş verməsi

D) Başqa atopik xəstəliklərlə müşahidə olunması

E) İgE- nin qanda azalması
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
614) Bronxial astmanın müalicəsində istifadə olunmayan preparat hansıdır?
A) İntal

B) Proteolitik fermentlər

C) Ketotifen

D) Qlükokortikoidlər

E) Simpatomimetiklər
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
615) Bronxial astmanın müalicəsində hansı preparat bronxspastik təsir göstərir?
A) Metoprid

B) Obzidan

C) Prednizolon

D) Seretid

E) İntal
Ədəbiyyat: Ağayev M.M. Daxili xəstəliklər. II cild Bakı. 2007, s.202-210
616) Xəstə bronxial astma ilə yanaşı, hipertoniya xəstəliyindən də əziyyət çəkir. Belə halda xəstəyə aşağıdakı hipotenziv preparatlardan hansı daha məqsədə uyğundur?

A) Nebivalol

B) Raunatin

C) Enalapril

D) Amlodipin

E) Propranalol


Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin