Allerqologiya 1 Allerqoloji kabinetdə mütləq nə olmalıdır?


) Leykotrienlər hansı maddənin metabolizminin məhsullarıdır?



Yüklə 1.64 Mb.
səhifə2/18
tarix16.02.2017
ölçüsü1.64 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   18

76) Leykotrienlər hansı maddənin metabolizminin məhsullarıdır?

A) Araxidon turşusunun

B) Qliserolun

C) Dezoksiribonuklein turşusunun

D) Fosfatidiy inazitolun

E) Neyramin turşusunun


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
77) Ekzoallergenlərə hansılar aid deyil?

A) Toxumaların zülalı

B) Ev tozu

C) Bəzi qidalar

D) Kif göbələyi

E) Siçovul


Ədəbiyyat: Секреты аллергологии и иммунологии, Стэнли М. Нагуа, М. Эрик Гершвин. Москва, 2004
78) Hansı əlamətlər allergik reaksiyaların immunoloji mərhələsinə uyğundur?

A) Allergenlə İgE - nin qarşılıqlı təsiri

B) Oksalatların xaric olması

C) Zülalların çökməsi

D) Toxumaların zədələnməsi

E) Allergiya mediatorlarının ifrazı


Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
79) Hansı əlamətlər allergik reaksiyaların patokimyəvi mərhələsinə uyğundur?

A) Toxumaların zədələnməsi

B) Allergiya mediatorlarının ifrazı

C) Zülalların çökməsi

D) Allergenlə antitelin qarşılıqlı təsiri

E) Kaliumun itirilməsi


Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
80) Hansı əlamətlər allergik reaksiyaların patofizioloji mərhələsinə uyğundur?

A) Allergiya mediatorlarının ifrazı

B) Kaliumun itirilməsi

C) Toxumaların zədələnməsi

D) Zülalların çökməsi

E) Allergenlə antitelin qarşılıqlı təsiri


Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
81) Kəskin iltihabda damar keçiriciliyinin erkən dövrdə artmasnda ən təsirli olan aşağıdakılardan hansıdır?

A) Serotonin

B) Histamin

C) Tromboksan A2

D) Transferrin

E) Trombositləri aktivləşdirən faktor


Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
82) Hansı laborator əlamətlər Viskot Oldriç sindromu üçün daha çox xarakterikdir?

A) İgM səviyyəsinin yüksəlməsi

B) İgE və İgA səviyyəsinin azalması

C) Еritrositoz

D) İgG səviyyəsinin artması

E) Trombositopeniya


Ədəbiyyat: Nurməmmədova G. Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
83) Hansı əlamətlər Lui-Bar sindromu üçün daha çox səciyyəvidir?

A) İnfeksion ishala meyillilik

B) Ataksiya

C) Cinsi yetişkənliyin sürətlənməsi

D) Tetaniya

E) Çəngəlvari vəzin hiperplaziyası


Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
84) Tez gedişli allergik reaksiya hansı müddətə inkişaf edir?

A) 10 saat ərzində

B) 2-3 sutka

C) Bir neçə saniyədən 2 saata qədər

D) 1 sutka

E) 12 saat ərzində


Ədəbiyyat: “Allerjik hastalıklar” Jonathan A. Bernsteyn, tərcümə edəni prof. Zeynep Misirligil
85) Ləng tipli allergik reaksiya hansı müddətə inkişaf edir?

A) 1 sutka

B) 15-20 dəq.

C) 2 saat

D) Spesifik allergenlərlə təmasdan 2-3 sutka sonra

E) 15 saat


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
86) I tip allergik reaksiyanın iştirakı ilə hansı xəstəlik inkişaf edir?

A) Qırmızı qurd eşənəyi

B) Kəskin övrə

C) Zərdab xəstəliyi

D) Vərəm

E) Trombositopenik purpura


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
87) Aşağıda qeyd olunanlardan hansı I tip allergik reaksiyanın iştirakı ilə inkişaf edən xəstəliklərə aid deyildir?

A) Allergik övrə

B) Allergik konyuktivit

C) Allergik rinit

D) Qırmızı qurd eşənəyi

E) Atopik bronxial astma


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
88) II tip allergik reaksiyanın iştirakı ilə hansı xəstəlik inkişaf edir?

A) Vərəm


B) Allergik övrə

C) Zərdab xəstəliyi

D) Trombositopenik purpura

E) Atopik bronxial astma


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
89) Hansı xəstəlik III tip reaksiyanın iştirakı ilə inkişaf edir?

A) Kontakt dermatiti

B) Qırmızı qurd eşənəyi

C) Trombositopenik purpura

D) Vərəm

E) Allergik övrə


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
90) Aşağıda qeyd olunanlardan hansı II tip allergik reaksiyanın iştirakı ilə inkişaf edən xəstəliklərə aid deyildir?

A) Kontakt dermatiti

B) Qudpasçer sindromu

C) Qreyvs xəstəliyi

D) Hemolitik anemiya

E) Trombositopenik purpura


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
91) Aşağıda qeyd olunanlardan hansı IV tip allergik reaksiyanın iştirakı ilə inkişaf edən xəstəliklərə aid deyildir?

A) Vərəm


B) Allergik rinit

C) Transplantantın qopma reaksiyası

D) Tireoidit

E) Allergik kontakt dermatiti


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
92) Atopik xəstəliyə nə aiddir?

A) Autoimmun xəstəliklər

B) İrsi Kvinke ödemi

C) Polinozlar

D) Hiperhəssas miokardit

E) Miasteniya


Ədəbiyyat: Под ред. Р. М. Хаитова, Н. И. Ильиной. «Аллергология и иммунология: национальное руководство» 2009 г.
93) Allergen nə ola bilər?

A) Tozcuq

B) Soyuq

C) Rentqen şualar

D) İsti

E) Ultrabənövşəyi şuaları


Ədəbiyyat: Под ред. Р. М. Хаитова, Н. И. Ильиной. «Аллергология и иммунология: национальное руководство» 2009 г.
94) Allergik rinit zamanı immunoqlobulinin hansı tipinin qanda miqdarı artır?

A) IgE


B) IgA

C) IgG


D) IgF

E) IgM
Ədəbiyyat: İ Лолор-мл., Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.


95) İmmunoqlobulin IgE- nin qanda miqdarının artması hansı xəstəlik üçün xarakterikdir?

A) Xroniki qastrit

B) Mukovisidoz

C) Xroniki bronxit

D) Allergik rinit

E) Pnevmoniya


Ədəbiyyat: Лолор-мл., Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
96) Hansı xəstəliklər zamanı immunoqlobuliln IgE tipinin qanda miqdarı artmır?

A) Atopik dermatit

B) Allergik rinit

C) Xroniki obstruktiv bronxit

D) Allergik qastroenteropatiya

E) Atopik bronxial astma


Ədəbiyyat: Лолор-мл., Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
97) Atopik dermatit xəstəliyi zamanı immunoqlobulinin hansı tipinin qanda miqdarının artması xarakterikdir?

A) IgM


B) IgF

C) IgE


D) IgG

E) IgA
Ədəbiyyat: Лолор-мл., Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.


98) Kəskin iltihabda, polimorf nüvəli neytrofillərin zədələnmə sahəsinə istiqamətlənməsi necə adlandırılır?
A) Kəskin hiperemiya

B) Passiv hiperemiya

C) Xromatolizis

D) Xemotaksis

E) Karioreksis
Ədəbiyyat:
99) Aşağıdakı araxidon turşusu metabolitlərindən hansı trombositlərin aqreqasiyasına təkan verir?

A) LT (leykotriyen) B4

B) Hipofizin adrenokortitrop funksiyasının fəallaşdırılması

C) Prostaqlandin 2

D) LT (leykotriyen) E4

E) Prostaqlandin I 2


Ədəbiyyat: Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin) 2005г.
100) Allergenlərin orqanizmə daxil olma yollu (yolları) hansıdır?
A) İnyeksion

B) İnhalyasion

C) Sadalananların hamısı

D) Kontakt

E) Qida ilə
Ədəbiyyat: Ədəbiyyat: В. И. Пыцкий, Н. В. Адрианова, А. В. Артомасова «Аллергические заболевания» 1999г.
101) Metal-allergenlər əsasən hansı xəstəliyi yaradır?
A) Ekzogen allergik alveolit

B) Atopik dermatit

C) Bronxial astma

D) Xroniki övrə

E) Kontakt dermatit
Ədəbiyyat: Ədəbiyyat: Д. К. Новиков «Клиническая аллергология» 1991г.
102) Kimyəvi birləşmələrin təsir mexanizminə hansı effekt daxildir?
A) Allergik

B) Toksiki

C) Yalançı allergik

D) Sadalananların hamısı

E) Metabolik
Ədəbiyyat: Ədəbiyyat: Д. К. Новиков «Клиническая аллергология» 1991г.
103) Aşağıdakı komplementlərdən hansı anafilaktoid təsir göstərir?

A) C5b-9


B) C3b

C) C5A


D) C1q

E) C4b
Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)


104) Diaqnostik və müalicəvi allergenlər harada saxlanılmalıdırlar?
A) Otaq şəraitində

B) Termostatda

C) Soyuducuda (4ºC)

D) Sərin quru yerdə (10-12ºC)

E) Xüsusi ambarda
Ədəbiyyat: Хаитова, Н. И. Ильиной. «Аллергология и иммунология: национальное руководство» 2009 г.
105) Azərbaycanın hansı bölgəsində təbii speleoterapiya aparmaq mümkündür?
A) Naxçıvanda

B) Naftalanda

C) Masallıda

D) Qazaxda

E) Qəbələdə
Ədəbiyyat: Ədəbiyyat: А. Н. Окороков «Лечение болезней внутренних органов» 2000 г., том 1, с. 142
106) Süni şəraitdə speleoterapiya aparılan yer necə adlanır?
A) Astmakamera

B) Vitakamera

C) Şaxtkamera

D) Halokamera

E) Barokamera
Ədəbiyyat: Ədəbiyyat: А. Н. Окороков «Лечение болезней внутренних органов» 2000 г., том 1, с. 142
107) Speleoterapiya hansı duzun müalicəvi effektinə əsaslanıb?
A) Natrium bikarbonat

B) Kalsium xlorid

C) Maqnezium sulfat

D) Natrium xlorid

E) Piridoksin hidroxlorid
Ədəbiyyat: Ədəbiyyat: А. Н. Окороков «Лечение болезней внутренних органов» 2000 г., том 1, с. 141
108) Aşağıda sadalanan hansı bronxolitikin təsir müddəti 32 saata kimi davam edə bilər?
A) İpratropium bromid

B) Salmeterol

C) Tiotropium bromid

D) Formoterol

E) Salbutamol
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 103
109) Hansı xəstəlikdə Nikolski simptomu müsbət olur?
A) Leffler sindromu

B) Layell sindromu

C) Atopik dermatit

D) Allergik övrə

E) Kvinke ödemi
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова «Клиническая аллергология» 2002, s. 374
110) Insekt allergiyası nə deməkdir?
A) Qida allergiyası

B) Ev tozuna qarşı allergiya

C) Yuna qarşı allergiya

D) Tozcuqlara qarşı allergiya

E) Həşəratlara qarşı allergiya
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 492
111) Tozcuq allergiyası zamanı allerqoloji anamnez nəyi aşkarlamaq imkanı verir?

A) Sensibilizasiyanın bəzi növlərində rol oynayır

B) Heç bir rolu yoxdur

C) Bütün törədici allergenləri aşkar etməyi

D) Törədici allergenləri istisna etməyi

E) Törədici allergenlər qrupunu ehtimal etmək imkanı verir


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001г.
112) Tozcuq allergiyası zamanı kliniki təzahürlər hansı halda dəyişir?

A) Yağışlı havada güclənir

B) Hava şəraitindən asılı deyil

C) Virus xəstəlikləri fonunda ortaya çıxır

D) İlin soyuq vaxtında güclənir

E) İsti, quru, küləkli havada güclənir


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001г.
113) Bronx təhrikedici testlər kimlərə tətbiq edilməlidir?

A) Bronx hiperreaktivliyi olmayanlara

B) Astmaya bənzər əlamətləri olmasına baxmayaraq, müayinə və XTF göstəriciləri ilə diaqnozu dəqiqləşdirilə bilinməyənlərə

C) Sadalananların hamısı

D) Bronx hiperreaktivliyi olanlara

E) Bronx hiperreaktivliyi olmayanlara


Ədəbiyyat: Elif Dağlı, Fazilet Karakoç “Çocuk göyüs hastalıkları” səh. 85.
114) Tozcuq allergiyası zamanı göstərdiklərimizdən hansı tez-tez allergik reaksiyalar törəyir?

A) «B» qrupu vitaminləri

B) Antibiotiklər

C) Sulfanilamidlər

D) Penisillin

E) Çobanyastığı həlimi


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001г.
115) Qanda allergenlərə qarşı spesifik İgE aşkar edilməsinin üstünlüklərinə hansı aid deyil?

A) Sistem reaksiya riskinin olmaması

B) Sadalananların hamısı

C) Yüksək həssaslığı

D) Hətta kəskin ekzemalı xəstələrə də tətbiq oluna bilməsi

E) Hətta antihistamin qəbulunun belə nəticəyə təsir etməməsi


Ədəbiyyat: : Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh. 36
116) İntradermal testlər hansı xəstələrə tətbiq edilir?

A) Dərman allergiyası olan bütün xəstələrə

B) Dəri prick testlərinin nəticəsi neqativ olan xəstələrə

C) Klinik əlamətlər allergenlə təmasdan 12 saat sonra meydana çıxan xəstələrə

D) Yalnız qida allergiyasında

E) Dərman allerdiyasında intradermal sınaqlarının əhəmiyyəti yoxdur


Ədəbiyyat: Fuat Kalyonçu "Allerji hastalıklarında yeni ufuklar", səh.152
117) Penisillinə allergiyası olan xəstələrə dərmanlardan hansı ehtiyatla təyin edilməlidir?

A) Siprofloksasin

B) Azitromisin

C) Linkomisin

D) Rifampisin

E) Ampisillin


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Аллергология. Клинические рекомендации» 2008 г.
118) İnsekt allergiyasını nəticələrdən hansı ən yaxşı sübut edir?

A) Müsbət prik-test ya dəri içi test

B) 5-7 gün davam edən yayılmış yerli reaksiya

C) Spesifik İgG antitoksinlər

D) Sənədləşdirilmə ilə təsdiq olunmuş sistem allergik reaksiya

E) Spesifik İgE antitoksinlər


Ədəbiyyat: : Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
119) Allergik rinitin diaqnostikasında hansı test ən faydalıdır?

A) Radioallerqosorbent test RAST (qanda anticismlərin təyini)

B) Eozinofillərə boyanan burun ifrazatından yaxma

C) Qanda İgE-nin təyini

D) Sürətli hiperhəssaslıq dəri testi

E) Leykositar formula


Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
120) İrsi angionevrotik ödemin diaqnostikasında aşağıdakılardan hansını yoxlamaq məsləhətdir

A) Sekretor İgA konsentrasiyası

B) C1 – inhibitorunun miqdarını

C) Hematokrit göstəricisini

D) Zərdabda İgA konsentrasiyası

E) Bazofilləin sayını


Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
121) Epidermal allergiyanın kəskinləşməsi nə zaman təsadüf edilir?

A) İsti havada

B) KRVİ fonunda

C) Qan soran həşəratların sancması zamanı

D) Yağışlı havada

E) Heyvanlarla kontakt zamanı


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
122) Allergenlərlə dəri sınaqları hansı hallarda aparılır?

A) Stabil remissiya dövründə

B) Hər zaman

C) Ümumiyyətlə aparılmır

D) Allergik xəstəliklərin kəskinləşməsində

E) Sakitləşən kəskinləşmə dövründə


Ədəbiyyat: Под ред. Лолора младшего, Т. Фишера, Д. Адельмана. «Клиническая иммунология и аллергология» 2000г.
123) Dəri sınaqları nə zaman dürüst hesab edilir?

A) Test-nəzarət müsbət, histamin isə mənfi reaksiya verəndə

B) Test-nəzarət, histamin və allergenlər müsbət reaksiya verəndə

C) Test-nəzarət və histamin mənfi reaksiya verəndə

D) Test-nəzarət mənfi, histamin isə müsbət reaksiya verəndə

E) Test-nəzarət, histamin və allergenlər mənfi reaksiya verəndə


Ədəbiyyat: Под ред. Лолора младшего, Т. Фишера, Д. Адельмана. «Клиническая иммунология и аллергология» 2000г.
124) Allergenlərlə aparılan dəri testlərinin nəticələri hansı müddətdən sonra qiymətləndirilir?

A) 20 dəqiqədən sonra

B) 60 dəqiqədən sonra

C) 10 dəqiqədən sonra

D) 5 dəqiqədən sonra

E) 24 saatdan sonra


Ədəbiyyat: Под ред. Лолора младшего, Т. Фишера, Д. Адельмана. «Клиническая иммунология и аллергология» 2000г.
125) Hansı hallar dəri testlərinin aparılmasına əks göstəriş deyil?

A) Üz nahiyəsində Kvinke ödemi

B) Ürək-damar xəstəliklərinin dekompensasiya mərhələsi

C) Qara ciyər xəstəliklərinin dekompensasiya mərhələsi

D) Onurğa osteoxondrozu

E) KRVİ
Ədəbiyyat: Под ред. Лолора младшего, Т. Фишера, Д. Адельмана. «Клиническая иммунология и аллергология» 2000г.


126) Diaqnostik allergenlərlə prik-test (iynə testi) nə zaman pozitiv (müsbət) hesab olunur?

A) Qabarcıqsız hiperemiya olanda

B) Hiperemiya ilə olan qabarcıqın diametri 5 mm olanda

C) Qabarcıqın diametri 1 mm olanda

D) Qabarcıq və hiperemiya olmadıqda

E) Hiperemiyanın diametri 2 mm olanda


Ədəbiyyat: Под ред. Р. М.Хаитова. «Клиническая аллергология» 2002 г.
127) Skarifikasiya testləri aparıldıqda nə zaman reaksiya mənfi (-) hesab olunur?

A) Qabarcıq 1 mm olanda

B) Hiperemiyanın diametri 10 mm olanda

C) Hiperemiya sahəsinin diametri 1 mm olanda

D) Hiperemiyanın diametri > 1 mm olanda

E) Ölçülər nəzarət qrupundakı kimi olanda


Ədəbiyyat: Под ред. Р. М.Хаитова. «Клиническая аллергология» 2002 г.
128) Provakasiya allergik testlərini nə zaman aparmaq olar?

A) Allergik xəstəliklərin kəskinləşməsində

B) Hər zaman

C) Aparmaq lazım deyil

D) KRVİ fonunda

E) Allergik xəstəliyin remissiya dövründə


Ədəbiyyat: Под ред. Р. М.Хаитова. «Клиническая аллергология» 2002 г.
129) Provakasiya nazal test hansı halların diaqnostikasında istifadə olunur?

A) Bakterial allergiyada

B) Qida allergiyasında

C) Dərman allergiyasında

D) Bitki tozu allergiyasında

E) Kontakt dermatitdə


Ədəbiyyat: Под ред. Р. М.Хаитова. «Клиническая аллергология» 2002 г.
130) Pollinozlar daha tez-tez hansı bitkinin tozcuqları ilə yaranır?

A) Həşəratlarla tozlanan bitkilər

B) Çarpaz tozlanan bitkilər

C) Özünü tozlayan bitkilər

D) Süni tozlanan bitkilər

E) Küləklə tozlanan bitkilərin


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
131) Aşağıdakılardan hansı hüceyrə həssaslıq reaksiyasının nümunəsidir?

A) B-asılı E-qlobulin tipini

B) Anafilaksiya

C) Anticismlə bağlı hüceyrə toksikliyi

D) Komplement

E) İmmun kompleks xəstəliyi


Ədəbiyyat: : Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
132) Pollinozlar zamanı yaranan allergik anticismlər daha çox hansı sinif immunoqlobulinlərə aiddir?

A) İgD


B) İgG

C) İgM


D) İg A

E) İgE, qismən İgG


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
133) Allergenlərlə dəri testləri hansı xəstələrə göstərişdir?

A) Xroniki haymoritli

B) Pnevmoniyalı

C) Ekzemalı

D) Xroniki otitli

E) Pollinozlu


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001г.
134) Aşağıdakı xəstəliklərdən hansı immunokomplekslər mexanizmi ilə əmələ gəlmir?

A) Zərdab xəstəliyi

B) Bəzi kəskin qlomerulonefrit tipləri

C) Gudpasçer sindromu

D) Düyünlü poliarterit

E) Qırmızı qurd eşənəyi


Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
135) Dəri allergiya sınaqlarını hansı hallarda aparmaq mümkündür?

A) Ümumiyyətlə aparmırlar

B) Sağlam adamlarda

C) Xəstəliyin remissiya dövründə

D) Xəstəliyin hər hansı fazası

E) Xəstəliyin kəskinləşməsi dövründə


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001г.
136) Dəri sınaqları üçün əks göstəriş hansıdır?

A) Allergik xəstəliyin remissiyası

B) Allergik xəstəliyin kəskinləşməsi

C) Atopik dermatitin remissiyası

D) Anamnezdə İgE-vasitəli allergik reaksiyalar

E) Allergik rinitin mülayim klinik təzahürü


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001г.
137) Aşağıdakı xəstəliklərin hansının patogenezində toxumada immun komplekslərin toplanması rol oynayır?

A) Miasteniya qravis

B) Streptokokkdan sonrakı qlomerulonefrit

C) Gudpasçer sindromu

D) İmmun trombositopenik purpura

E) Qreyvs xəstəliyi


Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
138) Bir antigenlə əvvəldən sensibilizasiya edilmiş şəxsin eyni antigenlə təkrar qarşılaşması halında, tosqun hüceyrə səthindəki antigen-anticism reaksiyası sonunda çox qısa müddətdə əmələ gələn hiperhəssaslıq reaksiyası aşağıdakılardan hansıdır?

A) Tip I


B) Tip IV

C) Komplementə bağlı tip II

D) Anticismə bağlı tip II

E) Tip III


Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
139) Aşağıdakı durumlardan hansı İgE-nin bazofil və tosqun hüceyrələrinə təsiri nəticəsində əmələ gəlir?

A) Qreyvs xəstəliyində olan hipertireoz

B) Revmatoid artritli xəstənin diz sinovial toxumasında əmələ gələn limfoplazmositar hüceyrə reaksiyası

C) Tuberkulin testindən əmələ gələn makulopapular zədələnmələr

D) Arı ilə sancılandan sonra dəridə əmlə gələn urtikar tipli zədələnmələr

E) Uyğunsuz qan köçürülməsi nəticəsində yaranan kürəkdə ağrı, nəfəs darlığı və hematuriya


Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
140) Aşağıdakı xəstəliklərin hansının patogenezində hüceyrə-vasitəli hiperhəssaslıq reaksiyası rol oynayır?

A) Autoimmun hemolitik anemiya

B) Astma

C) Qırmızı qurd eşənəyi

D) Pernisioz anemiya

E) Şəkərli diabet tip I


Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
141) 12-yaşlı qız uşağının, dəniz məhsulları istifadəsindən sonra, bədənində qaşıntılı eritemli dəri zədələnmələri qeyd olunur. Bunun əmələ gəlməsinin immunoloji mexanizmi aşağıdakılardan hansıdır?

A) Gecikmiş tip hiperhəssaslıq

B) İmmun komplekslərin toplanması

C) Tip I hiperhəssaslıq

D) İgA çatmamazlığı

E) C1 esteraza çatmamazlığı


Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
142) Aşağıdaılardan hansı tip II hiperhəssaslıq xəstəliklərindən biridir?

A) Kontakt dermatiti

B) Qırmızı qurd eşənəyi

C) Gudpasçer sindromu

D) Zərdab xəstəliyi

E) Allergik rinit


Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
143) Alfa-1 antitripsinin çatışmazlığında ən çox aşağıdakılardan hansı əmələ gəlir?

A) Pnevmoniya

B) Mukovistidoz

C) Bronxial astma

D) Birincili emfizema

E) Rey sindromu


Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
144) Aspirin səbəbli bronxial astmada hansı dərman/ya dərman qrupu qəbulunun tam kəsilməsini tələb edilir?

A) Sulfanilamid preparatları

B) Dibazol

C) Papaverin

D) Qeyri-steroid iltihab əleyhinə olan preparatlar

E) Penisillin


Ədəbiyyat: А. Инсанов, Н. Гасанов. «Современные методы лечения бронхиальной астмы» 1990 г.
145) Aspirin səbəbli bronxial astmada pəhrizdə hansı qida maddələri istisna edilməlidir?

A) Tərkibində təbii zülallar böyük miqdarda olan qida maddələri

B) Tərkibində konservantlar olan ərzaq maddələri

C) Tərkibində böyük miqdarda karbohidratlar olan qida maddələri

D) Toyuq əti, qaz əti, balıqı

E) Hər hansı qida maddəsinin istisna edilməsinin heç bir əhəmiyyəti yoxdur


Ədəbiyyat: GİNA, 2010
146) İrsi angioödemin neçə tipi var?
A) 4

B) 6


C) 3

D) 5


E) 2
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 474
Каталог: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə