Allerqologiya 1 Allerqoloji kabinetdə mütləq nə olmalıdır?


) Bəlgəmin müayinəsində bol alveolar makrofaq, eozinofil və Şarko-Leyden kristalları tapılan bir xəstədə ilk növbədə aşağıdaılardan hansı düşünülməlidir?



Yüklə 1,64 Mb.
səhifə3/18
tarix16.02.2017
ölçüsü1,64 Mb.
#9088
1   2   3   4   5   6   7   8   9   ...   18

147) Bəlgəmin müayinəsində bol alveolar makrofaq, eozinofil və Şarko-Leyden kristalları tapılan bir xəstədə ilk növbədə aşağıdaılardan hansı düşünülməlidir?
A) Bronxopnevmoniya

B) Ağciyər adenokarsinoması

C) Bronxial astma

D) Virus pnevmoniyası

E) Silikoz
Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)37
148) Mikoplazma pnevmoniyasında aşağıdakılardan hansı görünür?

A) İrinli bronxopnevmoniya

B) İnterstisial pnevmoniya

C) Kəskin bronxit

D) Ağciyər absesi

E) Lobar pnevmoniya


Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 127
149) Hansı xəstəliyin müalicəsində pankreatik fermentlər istifadə edilir?
A) Zərdab xəstəliyi

B) Kvinke ödemi

C) Qeyri - allergik (psevdoallergik) övrə

D) Allergik övrə

E) İnsekt allergiya
Ədəbiyyat: Ədəbiyyat: В. И. Пыцкий, Н. В. Адрианова, А. В. Артомасова «Аллергические заболевания» 1999г., s. 392
150) Dərmana qarşı yaranan hansı klinik əlamət Gell Kumbs təsnifatına görə I tip üzrə inkişaf edir?
A) Zərdab xəstəliyi

B) Anafilaktik şok

C) Layella sindromu

D) Trombositopeniya

E) Anemiya
Ədəbiyyat: Fuat Kalyonçu "Allerji hastalıklarında yeni ufuklar", səh.144
151) Qida allergeni ilə təxribat testi apardıqdan neçə müddət öncə şübhəli qida rasiondan xaric edilməlidir?
A) 12 saat

B) 2 həftə

C) 1 gün

D) 1 həftə

E) 3 gün
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 569
152) Hansı halda qida allergenləri ilə təxribat testi aparmaq olmaz?
A) Anamnezdə nə vaxtsa şübhəli qidadan anafilaktik reaksiya olubsa

B) Xəstəliyin remissiyasında

C) Yanaşı parazitar invaziya olduqda

D) Yanaşı bronxial astma olduqda

E) Səbəbkar qida allergenini aşkarlamaq mümkün olmadıqda
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 569
153) 24 - yaşlı xəstə sefaklor (sefalosporin qrupundan antibiotik) qəbul edir. 1 həftədən sonra xəstədə temperaturun yüksəlməsi, məxmərək və qızılcayabənzər səpgilər, hər iki diz oynaqlarında artralgiya, limfa düyünlərinin böyüməsi (generalizə olunmuş) qeyd olunur. Xəstədə ən ehtimal edilən diaqnoz nədir?
A) İnfeksion mononukleoz

B) Limfoqranulematoz

C) Revmatizm

D) Hemorragik vaskulit

E) Zərdab xəstəliyi
Ədəbiyyat: Секреты аллергологии и иммунологии, Стэнли М. Нагуа, М. Эрик Гершвин. Москва, 200
154) Tozcuq allergiyası zamanı hansı antihistamin preparatı daha yaxşı effekt verir?

A) Simetidin

B) Setirizin

C) Ranitidin

D) Famotidin

E) Nizatidin


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Аллергология. Клинические рекомендации» 2008г.
155) Pollinoz üçün hansı dərmanlara allergiya ilə birgə gediş ən xarakterikdir?

A) Sadalananların hamısı

B) Fenotiazin sırası preparatlara

C) Aspirin və pirozolon törəmələrinə

D) Sulfanilamid preparatlarına

E) Bitki mənşəli dərmanlara


Ədəbiyyat: Н. Р. Палеев. «Болезни органов дыхания» 2000 г.
156) Pollinozlarda hansı qidaya qarşı yanaşı gedən qida allergiyası inkişaf edir?

A) Süd və süd məhsullarına

B) Bala

C) Balığa

D) Quş ətinə

E) Şokolada


Ədəbiyyat: Н. Р. Палеев. «Болезни органов дыхания» 2000г.
157) Tozcuqlu bronxial astma üçün nə xarakterikdir?

A) Prosesin il boyu gedişi

B) Otaqlarda, mənzildə yır-yığış edərkən kəskinləşmə

C) İlin qış fəslində kəskinləşmə

D) İlin yaz-yay vaxtlarında kəskinləşmə

E) İlin payız vaxtında kəskinləşmə


Ədəbiyyat: И. Д. Копылев. «Болезни органов дыхания» 2000г.
158) Pollinozun kəskinləşməsinin profilaktikasına yönəlmiş ən effektli üsul hansıdır?

A) Qlükokortikosteroidlərin təyini

B) İynərefleksterapiyası

C) Spesifik immunoterapiya

D) Antimediator dərman preparatlarının təyini

E) Fizioterapiya


Ədəbiyyat: Н. Р Палеев. «Болезни органов дыхания» 2000г.
159) Aşağıdakılardan hansı tozcuq allergiyası zamanı meydana çıxan klinik əlamətlər üçün səciyyəvidir?

A) İlin soyuq vaxtında artması

B) Yağışlı havada artması

C) Hava şəraitindən asılı olmaması

D) Quru isti küləkli havada azalması

E) Quru isti küləkli havada artması


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
160) Allergik reaksiyanın patokimyavi mərhələsi səviyyəsində təsir göstərən və hədəf- hüceyrələrdən allergiya mediatorlarının azad olmasının qarşısını alan preparatlar qrupu necə adlanır?

A) Membranostabilizatorlar

B) Membranoblokatorlar

C) Membranostimulyatorlar

D) Membranoaktivatorlar

E) Membranokorrektorlar


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
161) Pollinozlarda allergik anticismlər əksəriyyət halda hansı lokalizasiyalı hədəf-hüceyrələrdə fiksasiya olunur?

A) Konyuktiva və respirator apparatın selikli qişasında

B) Kiçik qan damarları yaxınlığında

C) Mədə-bağırsaq traktında

D) Dəridə

E) Parenximatoz orqanların damarlarında


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
162) Tozlu allergik konyuktivit nə zaman kəskinləşir?

A) İlin mövsümündən asılı olmayaraq

B) Mövsümə uyğun olaraq ilin soyuq aylarında

C) Yalnız rütubətli havada

D) Mövsümə uyğyn bahar-yay dövründə

E) Bütün il boyu


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
163) Allergik rinitlərdə paranazal sinusların cəlb olunması adətən hansı xarakter daşıyır?

A) Virus


B) Allergik

C) Neyrosirkulyator

D) İrinli

E) Toksik


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
164) Tozcuq mənşəli bronxial astma nə zaman kəskinləşir?

A) İlin mövsümündən asılı olmayaraq

B) İl boyu, mövsumdən asılı olmayaraq

C) Mövsümdən asılı olmayaraq yalnız soyuqladıqda

D) Mövsümə uyğun yaz-yay dövründə

E) İlin soyuq aylarında


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
165) Pollinozlarda tez-tez hansı məhsullara qarşı qida allergiyası yaranır?

A) Süd və süd məhsullarına

B) Bitki mənşəli məhsullara

C) Balıqa

D) Yumurtaya

E) Quş ətinə


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
166) Pollinozların klinik təzahürlərinə biri aid deyil:

A) Allergik rinit

B) Kontaktlı dermatit

C) Allergik konyunktivit

D) Bronxial astma

E) Atopik dermatit


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
167) Pollinozlarda daha səciyyəvi qida allergiyası hansı məhsullara qarşıdır?

A) Quş ətinə

B) Südə

C) Yumurtaya



D) Qozlara

E) Şokolada


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
168) Pollinozu olan xəstəyə soyuqdəymə zamanı hansı birini istifadə etmək məsləhət deyil?

A) Balı


B) Parasetamolu

C) Aspirini

D) Analgini

E) Fenasetini


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
169) Bronxial atsmanın mövsümə uyğun kəskinləşməsində hansı prepratları istifadə etmək olmaz?

A) Sulfanilamid preparatlarını

B) Etilentiamin törəmələrini

C) β-adrenoblokatorları

D) β-adrenostimulyatorlar

E) Fenatiazini


Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Национальное руководство. Пульмонология» 2008 г.
170) Pollinozun spesifik immunoterapiyasının klassik üsulu zamanı allergen ekstarktı necə yeridilir?

A) Oral yolla

B) İnhalyasiya üsulu ilə

C) Kombinə olunmuş üsullarla

D) Dəri altı

E) Aplikasiya üsulu ilə


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клинические рекомендации. Аллергология» 2006г.
171) Pollinozların spesifik müalicəsində yaranan yerli allergik reaksiyalara hansı aiddir?

A) Hərarətin artması

B) Allergenin yeridildiyi nahiyədə qabarcıq və eritemanın yaranması

C) Boğulma tutması

D) Allergik konyuktivit

E) Arterial təzyiqin enməsi


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клинические рекомендации. Аллергология» 2006г.
172) Atopik dermatit ən çox hansı yaş dövrlərində inkişaf etməyə başlıyır?

A) 35 yaşdan sonra

B) İstənilən yaşda

C) 5 yaşa qədər

D) 20 yaşdan sonra

E) 50-60 yaş


Ədəbiyyat: : Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s.436.
173) Pollinoz üçün hansı qrup preparatlara qarşı dərman allergiyası səciyyəvidir?

A) Aspirin və pirozolon törəmələrinə

B) Bitki mənşəli preparatlara

C) Antibiotiklərə

D) Fenotiazin sırası preparatlara

E) Sulfanilamid preparatlara


Ədəbiyyat: Г. Б. Федосеев. «Аллергология» 2001 г.
174) Pollinoz halında göstərdiyimiz maddənin yerli tətbiqindən hansı allergik reaksiyanın törəməsi ən ehtimal olunandır?

A) Lanolin kremi

B) Qətranlı krem

C) Uşaq kremi

D) Vazelin

E) Gülümbahar (Kalendula) kremi


Ədəbiyyat: Г. Б. Федосеев. «Аллергология» 2001 г.
175) Məişət allergeni ilə allergizasiya üçün xarakterik əlamətlər hansıdır?

A) Allergik əlamətlər yazda baş verir

B) Eozinofiliya

C) Allergik əlamətlər yayda baş verir

D) Qida allergiyası ilə birlikdə olduqda.

E) Allergik əlamətlər yaşayış yerini dəyişdikdə azalır


Ədəbiyyat: Г. Б. Федосеев. «Аллергология» 2001 г.
176) Tozcuqlu allergenin ekstraktına qarşı sistemli allergik reaksiya üçün nə səciyyəvidir?

A) Yuxululuq

B) Arterial təzyiqin yüksəlməsi

C) Arterial təzyiqin aşağı düşməsi

D) Artralgiya

E) Dəri örtüklərində sarılıq


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
177) Aşağıdakılardan hansı pollinozların spesifik terapiya üsuluna aiddir?

A) Antihistamin preparatının təyinisi

B) Antibiotiklərin təyini

C) Allergenlərin ekstraktlarının yeridilməsi

D) Dekongestantların təyini

E) Tosqun hüceyrələri membranostabilizatorların təyini


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
178) Pollinozların qeyri-spesifik müalicə üsuluna hansı aiddir?

A) Allergen ekstraktlarının yeridilməsi

B) Mövsüm qabağı immunoterapiya

C) Antihistamin preparatlarının təyini

D) Allergenin tam eliminasiyası

E) Antibiotiklərin təyini


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
179) Ağacların tozcuqlarına allergiya olduqda aşağıda saydığımız hansı profilaktik tədbir düzgün deyil?

A) Bitki mənşəli ərzaq məhsullarından istifadə etməyi məhdudlaşdırmaq

B) Otağın pəncərələrini açıq saxlamaq

C) Havada tozcuqların çox olan vaxtında həyətdə iş görməmək

D) Ağacların çiçək açdığı dövrdə başqa şəhərə ezamiyyətə getmək

E) Maşında gedərkən pəncərələri bağlı saxlamaq


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
180) Atopik dermatit üçün nə xarakter deyil?

A) Yanaşı atopik xəstəliyin olması

B) Dəri qaşınması

C) Dəri elementlərinin yaşa uyğun lokalizasiyasının dəyişməsi

D) Xroniki residivverən gediş

E) Epidermal nekroliz


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s.442

Qida allergiyası

181) Qida alergiyası tez-tez nə zaman təsadüf edilir?

A) Ahıl yaşda

B) Doğulduqdan sonrakı ilk aylar və illərdə

C) Bütün yaş dövrlərində

D) Yeniyetmə yaşında

E) Yetkinlik yaşında


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002 г.
182) Əsas qida allergeni aşağıdakılardan hansıdır?

A) Lipidlərarı

B) Karbohidratlar

C) Piylər

D) Zülallar

E) Sadalananların hamısı


Ədəbiyyat: : Секреты аллергологии и иммунологии, Стэнли М. Нагуа, М. Эрик Гершвин. Москва, 2004 s.197
183) Bunların hansı qida allergiyası zamanı həzm sistemi orqanlarının zədələnməsi əlamətlərinə aid deyil?

A) Ürəkbulanma və qusma

B) Qusma

C) Steatoreya

D) Diareya

E) Spastik yaxud sancı xarakterli abdominal ağrılar


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клинические рекомендации. Аллергология» 2006 г.
184) Hansı əlamət qida allergiyasının tipik dəri ifadələrinə xas deyil?

A) Dəri qızarması

B) Makuloz səpgilər

C) Övrə


D) Dərinin atrofiyası

E) Dəri qaşınması


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клинические рекомендации. Аллергология» 2006 г.
185) Yalançı qida allergiyası həqiqidən nə ilə fərqlənir?

A) Reaksiyanı yaradan qida məhsulları ilə

B) Klinik əlamətləri yaradan mediatorlarla

C) Klinik əlamətləri ilə

D) Yaranma mexanizmi ilə

E) Klinik əlamətlərin meydana çıxmasının sürrəti ilə


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клинические рекомендации. Аллергология» 2006 г.
186) Hansı tədbirlər qida allergiyasının profilaktikasına daxil deyil?

A) İmkan daxilndə uşaqlarda süni qidalanmaya yol verməmək

B) Antihistamin preparatlarının daimi istifadəsi

C) Uşaqların 4-6 ay müddətində yalnız döşlə əmizdirilməsi

D) Şübhəli qida məhsulların rasiondan müvəqqəti çıxarılması

E) Mədə-bağırsaq xəstəliklərinin müalicəsi


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клинические рекомендации. Аллергология» 2006 г.
187) Qida allergiyasının əsasında aşağıdakı immunoloji reaksiya tiplərindən hansı üstünlük təşkil edir?

A) T-asılılıqlı reaksiya

B) Sadalananlardan heç biri

C) İgE- dən asılı sürətli reaksiya

D) Sitoksiki reaksiyalar

E) İmmun kompleks reaksiyalar


Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
188) Qida allergiyası zamanı klinik reaksiyanın allergenin dozasının miqdarından asılılğı necə olur?

A) Nə qədər çox allergen udulursa klinika bir o qədər zəif nəzərə çarpır (immun tolerantlığı effekti)

B) Asılı deyil

C) Ev tozu allergiyasında olduğu kimidir

D) Nə qədər çox allergen udulursa klinika bir o qədər də kəskin olur

E) Ev tozu allergiyasında olduğundan daha kəskin nəzərə çarpır


Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
189) Qida allergiyasının diaqnostikasına hansı üsullar aid deyil?

A) Qida gündəliyinin aparılması

B) Eliminasiya sınaqları və təxribat xarakterli test

C) Allerqoloji anamnezin toplanması

D) Trombositopenik test

E) Spesifik İgE anticisimlərin müəyyən edilməsi


Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
190) Hansı spesifik laborator üsullar qida allergiyasının diaqnostikasında istifadə olunur?

A) Trombositopenik test

B) Leykopenik test

C) Tərdə xloridlərin konsentrasiyasının müəyyən edilməsi

D) Qida allergenlərinə spesifik anticisimlərin radioimmun və immunoferment yolu ilə müəyyən edilməsi

E) Nəcisin disbakterioza tədqiq edilməsi


Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
191) Hansı qida maddələri respirator allergiyalı fərdlərdə qeyri-patogen kif göbələklərində çarpaz reaksiya verə bilər?

A) Buğda və paxla

B) Toyuq yumurtası

C) Toyuq əti

D) Turş süd məhsulları və pendir

E) Fındıq


Ədəbiyyat: А. Г. Чучалин, И. Д. Копылев. «Аллергические заболевания легких» 1990г.
192) Tərkibində çoxlu histamin olmayan qida maddələri hansılardır?

A) Pomidor

B) Alma

C) İspanağ



D) Şokolad

E) Çiyələk


Ədəbiyyat: В. Адо. «Аллергия» 1985 г.
193) Hansı terapevtik tədbir qida allergiyası zamanı daha effektivdir?

A) Səbəbkar qidanın eliminasiyası

B) Anti İgE anticisimlərin tətbiqi

C) Parenteral tətbiq üçün nəzərdə tutulmuş allergenlərlə spesifik immun terapiya

D) Peroral allergenlərlə spesifik immun terapiya

E) Kromoqlikat natriumun (nalkrom) tətbiqi


Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
194) Uşaqların 80%-da 3 yaşına çatanda nəyə qarşı allergiya keçir?

A) Qoza


B) Südə

C) Araxisə

D) Balığa

E) Şokolada


Ədəbiyyat: Секреты аллергологии и иммунологии, Стэнли М. Нагуа, М. Эрик Гершвин. Москва, 2004 s.197
195) Allergen yumurtanın hansı hissəsində olur?

A) Yalnız sarısında

B) Yalnız ağında

C) Allergen yalnız çiy (bişməmiş) yumurtada olur

D) Həm ağında, həm sarısında

E) Yumurtanın tərkibində allergen yox, hapten mövcuddur.


Ədəbiyyat: : Секреты аллергологии и иммунологии, Стэнли М. Нагуа, М. Эрик Гершвин. Москва, 2004 s.197
196) Lateks allergenləri hansı qida allergenləri ilə çarpaz reaksiya vermir?

A) Armud


B) Şabalıd

C) Banan


D) Kivi

E) Pomidor


Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова «Клиническая аллергология» 2002, s. 457
197) Lateks allergiyası olanlar hansı qidaya qarşı çarpaz allergik reaksiya verirlər?
A) Mal əti

B) Balıq


C) Meyvə - tərəvəz

D) Donuz əti

E) Yumurta
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 313
198) Lateks allergiyasından daha çox hansı peşə sahibləri əziyyət çəkirlər?
A) Müəllimlər

B) Rəssamlar

C) Musiqiçilər

D) Tibb işçiləri

E) Hərbiçilər
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 309
199) Soya bitkisinə allergiya olduqda nə ilə çarpaz allergiya gözlənilmir?
A) Hisə verilimiş ətlər

B) Fındıq

C) Araq (vodka)

D) Hot doq (sosiska)

E) Yer fındığı (araxis)
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 557
200) Paxlalılara (lobya, soya) qarşı aşağıda sadalananlardan hansı çarpaz allergen xüsusiyyətinə malikdir?
A) Sürvə (şalfey)

B) Aloe


C) Gülxətmi

D) Bian kökü

E) İtburnu
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., 558
201) Nanəyə qarşı aşağıda sadalananlardan hansı çarpaz allergen xüsusiyyətinə malikdir?
A) Bian kökü

B) Süvrə (şalfey)

C) Gülxətmi

D) Aloe


E) İtburnu
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., 558
202) Ambroziya bitkisi aşağıda sadalananlardan hansı ilə çarpaz allergik reaksiya vermir?
A) Qarpız

B) Yemiş


C) Banan

D) Boranı

E) Kivi
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., 558
203) Hansı bitkinin tərkibində təbii salisilat yoxdur?
A) Banan

B) Moruq


C) Üzüm

D) Portağal

E) Çiyələk
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 559
204) Yenidoğulmuşlarda və körpələrdə həqiqi qida allergiyasının formalaşmasına şərait yaradan faktor hansıdır?
A) Prostaqlandinlərin sintezinin pozulması

B) İg A - nın müvvəqqəti defisiti

C) Histaminlə zəngin olan ərzaqların həddindən artıq istifadəsi

D) Trombositar monoaminooksidazanın hissəvi defisiti

E) Qaraciyər xəstəlikləri
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 561
205) Yalançı qida allergiyasının formalaşmasına şərait yaradan faktor hansıdır?
A) Həzm sisteminin selikli qişasının funksional çatışmazlığı nəticəsində histaminin qana çox miqdarda daxil olması

B) Alkoqollu içkilərin istifadəsi

C) Erkən süni qidalanma

D) Atopik status

E) Körpələrdə bağırsaqın inkişaf etməməsi nəticəsində bağırsaq divarının keçiriciliyinin artması
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., 561
206) Hansı allergen ədətən sistem allergik reaksiya yaratmır?
A) Yumurta

B) Düyü


C) Balıq

D) Xərçənglər

E) Fındıq
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 562
207) Qidaya qarşı xoşagəlməz reaksiya hansı deyil?
A) Qida dözülməzliyi

B) Qida allergiyası

C) Qidaya qarşı nifrət

D) Malabsorbsiya

E) Ferment defisiti
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 567
208) Körpələrdə və az yaşlı uşaqlarda ilk dəfə allergiya adətən hansı qidanın qəbulundan sonra baş verir?
A) Qoz və fındıq

B) Dənli bitkilər

C) Süd və yumurta

D) Sitrus və tropik meyvələr

E) Balıq
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 567
209) Aşağıda sadalanan hansı dənli bitki daha nadir halda allergiya verir?
A) Düyü

B) Arpa


C) Qarabaşaq

D) Buğda


E) Yulaf
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 567
210) Hansı qida allergeni digərlərindən daha ciddi həyata təhlükəli anafilaktik şok səbəbi ola bilər?
A) Nanə

B) Süd


C) Kofe

D) Araxis

E) Yulaf
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., 568
211) Qan damarlarına və sinirlərə təsir edərək üzün qızarmasına, baş ağrısına, bəzən övrəyə səbəb olan vazoaktiv aminlər hansı qidanın tərkibində yoxdur?
A) Sitruslar

B) Şokolad

C) Qarpız

D) Pendir

E) Şərab (çaxır)
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., 568
212) Adətən hansı qida allergeninə qarşı illər keçdikcə tolerantlıq yarana bilər?
A) Balıq

B) Süd


C) Araxis

D) Qoz


E) Fındıq
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 569
213) Araxis (yer fındığı) hansı istifadə formasında allergen potensialını xeyli azaldır?
A) Buxarda bişirildikdə

B) Suda qaynadıldıqda

C) Qızardılmış formada

D) Çiy halda

E) Hazırlanma üsulunun allergen potensialına təsiri yoxdur
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 291


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin