Allerqologiya 1 Allerqoloji kabinetdə mütləq nə olmalıdır?


) Xəstədə aspirinə və qida rəngləyicisi tartrazinə qarşı yüksək həssaslıq var. Bu xəstəyə aşağıdakılardan hansı əks göstərişdir?



Yüklə 1,64 Mb.
səhifə7/18
tarix16.02.2017
ölçüsü1,64 Mb.
#9088
1   2   3   4   5   6   7   8   9   10   ...   18

411) Xəstədə aspirinə və qida rəngləyicisi tartrazinə qarşı yüksək həssaslıq var. Bu xəstəyə aşağıdakılardan hansı əks göstərişdir?

A) Tozağacı şirəsi

B) Şokolad

C) Saqqız

D) Təbii şirə

E) Mineral su


Ədəbiyyat: Под ред. Р. М. Хаитова, Н.И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
412) Sadə ağciyər eozinofiliyanı (Leffler sindromunu) hansılarla differensiasiya etmək lazımdır?

A) Bronxoektaziya xəstəliyi ilə

B) Ürək xəstəlikləri ilə

C) Plevritlə

D) Ağciyərin absesi ilə

E) Pnevmoniyalarla


Ədəbiyyat: Под ред. Р. М. Хаитова, Н.И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
413) Hansı peşə ekzogen allergik alveolitin inkişafına gətirib çıxara bilər?

A) Dərzi


B) Elektrik

C) Çilingər

D) Xəzçi, dəriçi

E) Metallurq


Ədəbiyyat: Под ред. Р. М. Хаитова, Н.И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
414) Hansı mədə-bağırsaq xəstəliyi çox vaxt xroniki öskürəyin səbəbi olur?

A) Helicobakter pyloriylə-bağlı qastrit

B) Kolit

C) 12-barmaq bağırsağın xorası

D) Atrofik qastrit

E) Qastroezofageal refluks


Ədəbiyyat: GİNA 2007
415) Allergik rinitin spesifik diaqnostikasına hansılar aid deyil?

A) Spirometriya

B) Histaminin spesifik azad olma testi

C) Allerqoloji anamnez

D) Allergenlərlə dəri sınaqları

E) Təxribat sınaqları


Ədəbiyyat: Под ред. Р. М. Хаитова, Н.И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
416) Yüngül və ya mövsümi allergik rinitin epizodik simptomlarının müalicəsində hansı tətbiq olunur?

A) Diprospan

B) Qlükokortikosteroidlər venadaxili

C) İntranazal qlükokortikoidlər

D) Yerli təsirə malik intranazal antibakterial dərman preparatları

E) H1 histamin reseptorlarının blokatorları


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Рациональная фармакотерапия аллергических заболеваний»
417) Medikamentoz rinitin yaranmasına hansı dərmanlar səbəb olur?

A) Betablokatorlar

B) Topik antihistaminlər

C) Kromonlar

D) Simpatomimetiklər

E) Kortikosteroidlər


Ədəbiyyat: Секреты аллергологии и иммунологии, Стэнли М. Нагуа, М. Эрик Гершвин. Москва, 2004 с. 112
418) Fiziki gərginliklə bağlı bronxial astmanın qarşısını (yüklənmədən 15-30 dəq. əvvəl) hansını tətbiq etməklə almaq mümkündür?

A) Mukolitiklər

B) İnqalasion qlukokorikoidlərlə

C) Qeyristeroid iltihabəleyhinə preparatlar

D) Kromonlar, leykotriyen reseptorların antaqonistləri

E) Ksantinin törəmələri ilə


Ədəbiyyat: Под ред. Р. М. Хаитова, Н.И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
419) Orta ağırlıqlı gedişi olan bronxial astma üçün səciyyəvi deyil?

A) Gecə simptomlarının həftədə 1 dəfədən az olması

B) Gündəlik simptomlar

C) Kəskinləşmələr fiziki aktivliyə və yuxuya təsir edir

D) Gecə simptomlarının həftədə 1 dəfədən çox olması

E) Qısa müddətli təsirə malik α2-aqonistlərinin gündəlik tətbiqi


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000г.
420) Bronxial astmanın kəskinləşməsinə və (və yaxud) simptomların persistensiyasına şərait yaradan amillərə hansı aid deyil?

A) Allergenlər

B) Siqaret tüstüsü

C) Həddən artıq emosional yüklənmə

D) Ətraf mühitin çirklənməsi

E) Antihistamin preparatlarının qəbulu


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000г.
421) Bronxial astmanın müalicəsində nadir tətbiq edilən dərman preparatlarına hansı aiddir?

A) Antixolinergik vasitələr

B) Mukolitiklər

C) Teofillin

D) I nəsil antihistamin dərman preparatları

E) Qlükokortikosteroidlər


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000г.
422) Hansı allergiya zamanı spesifik immunoterapiya daha təsirlidir?

A) Kif


B) Heyvanların kəpəyi

C) Heyvan yunu

D) Tozcuq və məişət

E) Quş tükü


Ədəbiyyat: Под ред. Р. М. Хаитова, Н.И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
423) Bronxial astmanın müalicəsində istifadə olunan əsas dərman preparatlarına hansı aid deyil?

A) b2-aqonistlər

B) b2-adrenoreseptor blokatorları

C) Metilksantinlər

D) Membran stabilləşdirici preparatlar

E) Qlükokortikoid hormonlarının inhalyasiyası


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
424) Bronxial astmanın müalicəsində istifadə edilən speleoterapiya nədir?
A) Duzlaqlarda müalicə

B) Otlarla müalicə

C) Psixoterapiya növü

D) Refleksoterapiya növü

E) Pəhrizlə desensibilizasiya
Ədəbiyyat: Ədəbiyyat: Д. К. Новиков «Клиническая аллергология» 1991г., 325
425) Bronxial astma kəskinləşməsinin ağırlaşması hansıdır?
A) Pnevmotoraks

B) Hidrotoraks

C) Empiyema

D) Hemotoraks

E) Hilotoraks
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 434
426) Bronxial astmanın orta ağır gedişli kəskinləşməsinin hospitalizasiya müddətinin neçə gün olması tövsiyyə edilir?
A) 1 - 3 gün

B) 20 - 28 gün

C) 7 - 10 gün

D) 40 - 60 gün

E) 14 - 20 gün
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 434
427) Atopik bronxial astmanın bazis terapiyasının effektliyini qiymətləndirilməsi üçün xəstə neçə müddətdən bir həkim qəbulunda olmalıdır?
A) 1 aydan bir

B) Hər həftə

C) İldə bir dəfə

D) 2 həftədən bir

E) 3 - 6 aydan bir
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 434
428) Atopik dermatit hansı xəstəliyin yaranmasında risk faktoru sayılır?
A) Eritrodermiya

B) Bronxial astma

C) Psoriaz

D) Lixenifikasiya

E) Kseroz
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 209
429) Atopik dermatitdə dərinin kəskin vezikulyasiyalı iltihabı zamanı dərman vasitələrinin hansı formalarının istifadəsi məsləhət deyil?
A) Nəm - quruducu sarğılar

B) Məhlullar

C) Məlhəm və nəmləndirici kremlərin

D) Aerozolların

E) Losyonların
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 214
430) Atopik dermatitin remissiya fazasında və ya gizli gedişi zamanı hansının istifadəsi tövsiyyə edilir?
A) Nəm - quruducu sarğılar

B) Nəmləndirici və yumşaldıcı kremlər

C) Aerozollar

D) Pastalar

E) Kompreslər
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 214
431) Atopik dermatitin müalicəsində hansı yerli qlükokortikoidin üz və dəri bükükləri nahiyyələrinə istifadəsi tövsiyyə edilmir?
A) Mometazon

B) Betametazon

C) Sadalananların hamısı

D) Hidrokortizon

E) Prednizolon
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 215
432) Allergenlə təmasdan neçə müddət sonra bronxial astma simptomları yaranır?
A) 1 saatdan sonra

B) 5 - 15 dəqiqədən sonra

C) 24 saatdan sonra

D) 4 - 8 saatdan sonra

E) 2 - 3 saatdan sonra
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 188
433) Kəskin allergik övrənin və Kvinke ödeminin patogenezində nəyin iştirakı zəruridir?

A) İgA


B) Qeyri immun mexanizmləri

C) İgD


D) İgE

E) Sensibilizasiya olunmuş limfositlər


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001г.
434) Xroniki allergik övrənin və Kvinke ödeminin patogenezində nəyin əhəmiyyəti var?

A) Komplement sistemində irsi defekt

B) Monositlərin

C) Sensibilizasiya olunmuş limfositlər

D) İgA

E) İgE
Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001г.


435) İrsi Kvinke ödemi komplement sisteminin hansı defekti ilə əlaqəlidir?

A) C4 artması ilə

B) C3 çatışmazlığı ilə

C) C2 və C4 artması ilə

D) C1 inhibitor funksiyasının yüksəlməsiylə

E) C1 inhibitorunun çatışmazlığı ilə


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001г.
436) Xolinergik övrənin qeyri-spesifik müalicəsində hansı preparatlar daha effektivdir?

A) Simpatomimetiklər

B) Xolinolitiklər, antihistaminlər

C) b-2-aqonistləri

D) Qlükokortikosteroid preparatları

E) Histoqlobulin


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001г.
437) Allergik örə zamanı birincili dəri elementlərinin reqressi hansı müddət ərzində baş verir?

A) 7 gün


B) 7 gündən 10 günə kimi

C) Bir neçə dəqiqə

D) 10 gün

E) Bir neçə saatdan 1 sutkaya kimi


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Аллергология. Клинические рекомендации» 2008г.
438) Övrə zamanı birincili dəri elementləri itdikdən sonra nə qalır?

A) Hiperpiqmentasiya

B) Dəyişikliklər olmur

C) Hipopiqmentasiya

D) Dərinin qabığının soyulması

E) Nekroz


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Аллергология. Клинические рекомендации» 2008г.
439) Allergik angionevrotik Kvinke ödemi harada lokalizə olunur?

A) Dermada

B) Venalarda

C) Epidermisdə

D) Adı çəkilən hər yerdə

E) Yalnız üzdə


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Аллергология. Клинические рекомендации» 2008г.
440) Allergik Kvinke ödeminin reqressiyası hansı müddətdə baş verir?

A) 2 həftə ərzində

B) Bir neçə saatdan bir neçə sutkaya kimi

C) 7-10 günə

D) 5 gündən 10 günə kimi

E) 5 günə


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Аллергология. Клинические рекомендации» 2008г.
441) Allergik Kvinke ödeminin reqressiyasında dəridə nə qalır?

A) Hipopiqmentasiya

B) Hər hansı bir dəyişiklik olmur

C) Dərinin atrofiyası

D) Dəri qabıqdan çıxır

E) Hiperpiqmentasiya


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Аллергология. Клинические рекомендации» 2008г.
442) İrsi angionevrotik Kvinke ödemi nə ilə şərtlənir?

A) Qeyri-infeksion allergenlərlə sensibilizasiyası ilə

B) Genetik defektlərlə

C) Autoallergiya ilə

D) İnfeksiya ilə

E) Qeyri-spesifik amillərlə


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Аллергология. Клинические рекомендации» 2008г.
443) Allergik övrə zamanı əsas mediator hansıdır?

A) Prostaqlandin

B) Histamin

C) Trombositləri aktivləşdirən faktor

D) Asetilxolin

E) Heparin


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Аллергология. Клинические рекомендации» 2008г.
444) Qlükokortikosteroidləri nəyin müalicəsində istifadə etmək tövsiyyə olunur?

A) İnfeksiya fonunda övrə

B) Bağırsaq qurdu invaziyası fonunda övrə əmələ gəldikdə

C) Dermoqrafik övrə

D) Angionevrotik Kvinke ödemi

E) Emosional gərginlik övrəsi


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Аллергология. Клинические рекомендации» 2008г.
445) Xroniki övrə hansı xəstəlikləri daha tez-tez müşayiət edir?

A) Mədə-bağırsaq traktının

B) Ürək qan-damar sisteminin

C) Yuxarı və aşağı tənəffüs yollarının

D) Baş beyin damarlarının

E) Dayaq-hərəkət apparatının


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Аллергология. Клинические рекомендации» 2008г.
446) İrsi ötürülmənin dominant tipi hansı üçün xarakterikdir?

A) Dermoqrafik övrə

B) Allergik Kvinke ödemi

C) Xolinergik övrə üçün

D) Kəskin allergik övrə

E) İdiopatik Kvinke ödemi


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Аллергология. Клинические рекомендации» 2008г.
447) Androgenlər (danazol) nəyin qarşısını almaq üçün təyin olunur?

A) Dermoqrafik övrə

B) Kəskin allergik övrə

C) Xolinergik övrə

D) Udlağın allergik Kvinke ödemi

E) İrsi Kvinke ödemi


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Аллергология. Клинические рекомендации» 2008г.
448) Qanda yüksək eozinofiliya nə üçün ən xarakterikdir?

A) Xolinergik övrə

B) İnsekt (həşərat) allergiyası

C) Askaridoz fonunda övrə

D) Lateksə qarşı allergiya

E) İdiopatik Kvinke ödemi


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Аллергология. Клинические рекомендации» 2008г.
449) Adrenalin hansı hallarda istifadə olunur ?

A) Dermoqrafik övrə

B) Bronxial astma

C) Allergik Kvinke ödemi, kəskin allergik övrə

D) Günəş övrəsi

E) Xroniki residivverən övrə


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Аллергология. Клинические рекомендации» 2008г.
450) Xolinergik övrə daha tez-tez nəyin fonunda rast gəlir?

A) Ürək xəstəlikləri zamanı

B) Astenonevrotik sindromda

C) Bağırsaq qurdu invaziyalarında

D) Qida allergiyası zamanı

E) Dərman allergiyasında


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Аллергология. Клинические рекомендации» 2008г.
451) Kontaktlı allergik dermatitin səbəbləri hansı qrupdur?

A) Bəzi bitkilərin gövdə və yarpaqlarının tərkibindəki yağda əriyən maddələr

B) Lateks

C) Dərman preparatları

D) Kosmetik ətriyyat vasitələri

E) Sadalananların hamısı


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001г.
452) Allergik kontaktlı dermatiti hansı sensibilizatorlar törədir?

A) Sadalananların hamısı

B) Rezinin komponentləri

C) Nikel


D) Lateks

E) Etilendiaminhidroxlorid


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001г.
453) Kontaktlı hiperhəssaslığın əsas mediatorları hansılardır?

A) Sadalananların hamısı

B) Makrofaqların miqrasiyasını inqibə edən amil

C) q-interferon

D) Şişlərin nekrozu amili

E) Sitokinlər


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002 г., с. 365
454) Lateksə qarşı hansı reaksiya tipləri mümkündür?

A) İmmunokompleks reaksiyası, sitotoksiki reaksiya

B) Kontaktlı allergik dermatit, immunokompleks reaksiyası

C) Yalnız qeyri-immun reaksiya

D) İrritant kontaktlı dermatit; sürətli tipli reaksiya (İgE-vasitəli); ləng tipli reaksiya

E) Autoimmun reaksiya


Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 543
455) Lateksə allergiya daha tez-tez hansı qruplarda rast gəlir?

A) Toxuculuq sənayesi işçiləri

B) Fermerlər

C) QİÇS-ə yoluxanlar

D) Neftçilər

E) Səhiyyə işçiləri


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001г.
456) Atopik dermatitdə nəyin səviyyəsinin yüksəlməsi daha tez-tez müşahidə edilir?

A) İgG


B) İgM

C) İgA


D) İgE

E) T-limfositlər


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001г.
457) Atopik dermatitin inkişafına səbəb olan allergenlər hansılardır?

A) Qeyri-patogen kif göbələkləri

B) Ev tozunun gənəsi

C) Qida mənşəli

D) Sadalananların hamısı

E) Ev heyvanlarının yunu və epidermisi


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001г.
458) Atopik dermatitdə yeniyetmə və böyüklərdə əsas hansı morfoloji element müşahidə olunur?

A) Lixenifikasiya

B) Dərinin vezikulasiyası

C) Dərinin hiperemiyası ilə

D) Sadalananların hamısı

E) Urtika (köpüşük)


Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 441
459) Atopik dermatiti olan xəstələrə nə zaman vaksin vurmaq olar?

A) Remissiya fazasında

B) Həyatı göstərişlərə görə

C) Heç bir halda

D) İstənilən vaxtda

E) Məhdud dəri zədələri olduqda


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001г.
460) Allergik övrədə əsas dəri elementi hansıdır?

A) Pustula

B) Papulalar

C) Vezikulalar

D) Düyünlər

E) Köpüşük (urtica)


Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 465
461) Kəskin allergik övrə və Kvinke ödeminin patogenezində əsas mediator hansıdır?

A) Histamin

B) Heparin

C) Serotonin

D) Triptaza

E) Bradikinin


Ədəbiyyat: Секреты аллергологии и иммунологии, Стэнли М. Нагуа, М. Эрик Гершвин. Москва, 2004 с. 128
462) Urtikar elementlərə birindən başqa hamısı aiddir:

A) Aydın konturlar

B) Elementin uzun müddət qalması

C) Qaşınma

D) Dermoqrafizm

E) Mərkəzdə avazımış boyanmanın olması


Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
463) Təcili surətdə plazma yeridilməsi nə zaman tövsiyyə olunur?

A) Xroniki övrədə

B) İrsi angionevrotik Kvinke ödemində

C) Kəskin övrə və dərman mənşəli Kvinke ödemində

D) Allaregik Kvinke ödemində

E) Kəskin övrədə


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Аллергология. Клинические рекомендации» 2008г.
464) Kontakt allergik dermatitin immunoloji mexanizmi hansıdır?

A) İmmunokompleksli mexanizm

B) Autoallergik reaksiya

C) T-asılı reaksiya

D) Sitotoksik reaksiya

E) Reagin mexanizm


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Аллергология. Клинические рекомендации» 2008г.
465) Allergik kontakt dermatitin əsəs terapiya növü hansıdır?

A) Qlyukokortikosteroid məlhəmləri

B) Antibakterial məlhəmlər

C) Sistemli qlyukokortikosteroidlər

D) Proteinaza inhibitorları

E) Antihistamin preparatlar


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Аллергология. Клинические рекомендации» 2008г.
466) Atopik dermatitlərin aparıcı morfoloji elementi hansıdır?

A) Lİxenifikasiya

B) Papula (düyüncük)

C) Övrə


D) Pustula (irincik)

E) Vezikulasiya


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Аллергология. Клинические рекомендации» 2008г.
467) Allergik təmas dermatit zamanı hansı provakasion allergik sınaqlar aparmaq məqsədə uyğundur?

A) İntranazal

B) İnqalyasion

C) Konyuktival

D) Dəri daxili

E) Aplikasion


Ədəbiyyat: Г. Б. Федосеев. «Аллергология» 2001 г.
468) Atopik dermatitin müalicəsi zamanı dəriyə sürtülən qlükokortikosteroid preparatlar hansı təsiri göstərmir?

A) İmmunostimulyator təsir

B) Qaşınma əleyhinə təsir

C) Antiproliferativ təsir

D) Antiallergik təsir

E) İltihab əleyhinə təsir


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
469) Epidermal allergiya olduqda aşağıda saydıqlarımızdan hansı tədbir düzgün deyil?

A) Evdə heyvanlar saxlamaq

B) Sirkə getməmək

C) Heyvanlar saxlanan evə getməmək

D) Zooparka getməmək

E) Heyvanları otaqdan çıxardıqdan sonra otağı diqqətlə yığışdırmaq


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
470) Kontakt dermatitini müalicə edərkən antibakterial preparat sistem şəklində (daxilə parenteral) nə vaxt işlədilir?

A) Göbələk infeksiyası əlavə olunduqda

B) Qaşınma olduqda

C) İkincili infeksiya lokal olduqda

D) Ekssudasiya olduqda

E) İkincili infeksiya geniş sahəyə yayıldıqda


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
471) Aşağıda saydıqlarımız övrənin variantlarından hansı fiziki övrə qrupuna aid deyil?

A) İsti ilə təmas nəticəsində baş verən övrə

B) Vibrasion övrə

C) Soyuqla təmas nəticəsində baş verən övrə

D) İdiopatik övrə

E) Dermoqrafik övrə


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
472) Övrə xəstəliyini müalicə edərkən hansı dərman preparatlarının dozasını tədricən azaltmaq lazımdır?

A) Montelukast

B) Nifedipin

C) Tsiklosporin

D) Prednizolon

E) Feksofenadin


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
473) Övrə xəstəliyində cərrahi müalicə hansı halda lazım ola bilər?

A) Anafilaktik reaksiya ilə müşayiət olunan kəskin övrədə

B) Kəskinləşmə və remissiya fazaları ilə keçən övrədə

C) Xroniki, tez-tez residiv verən övrədə

D) Qırtlaqda ödem baş verdikdə

E) Soyuq suda çimərkən baş verən, arterial təzyiqin enməsi ilə keçən övrədə


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
474) Kontakt hiperhəssas reaksiyalarda nə istifadə olur?

A) Dəridaxili sınağı

B) Aplikasion dəri sınağı

C) Preck- test

D) Skarifikasion dəri sinağı

E) Bütün testlər


Ədəbiyyat: Под ред. Р. М. Хаитова, Н. И. Ильиной. «Аллергология и иммунология: национальное руководство» 2009 г.
475) Atopik dermatit əksər xəstələrdə hansı yaşda ilk dəfə özünü büruzə verir?
A) 25 - 30 yaşda

B) 35 - 40 yaşda

C) 10 - 15yaşda

D) Həyatın ilk 5 yaşına qədər

E) 50 yaşdan sonra
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 436
476) Atopik dermatitin 1-ci yaş dövrü üçün hansı kliniki forması xarakterdir?
A) Eritematoz - skvamoz

B) Lixenifikasiya

C) Eksudativ

D) Pruriqobənzər

E) Eritematoz - skvamoz lixenifikasiya ilə
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 440
477) Atopik dermatitin hansı klinik forması daha nadir hallarda rast gəlir?
A) Eritematoz - skvamoz lixenifikasiya ilə

B) Eritematoz - skvamoz

C) Pruriqobənzər

D) Eksudativ

E) Lixenifikasiya
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 440
478) Atopik dermatitin müalicəsində istifadə edilən yerli qlükokortikoidlərin hansının tərkibində flüor yoxdur?
A) Mometazon

B) Deksametazon

C) Klobetazol

D) Betametazon

E) Flumetazon
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 446
479) Flüor tərkibli yerli istifadə edilən qlükokortikosteroidlərin yanaşı təsiri hansı deyil?
A) Teleangioektaziyaların yaranması

B) Dərinin atrofiyası

C) İkincili infeksiyaya meyillik

D) Lixenifikasiya

E) Hipertrixoz
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 446
480) Allergik təmas dermatitini hansı allergenlər yaratmır?
A) Bitkilər

B) Yerli təsirə malik dərmanlar

C) Sabun və deterjentlər

D) Ev tozu

E) Kosmetik vasitələr
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 458


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin