Allerqologiya 1 Allerqoloji kabinetdə mütləq nə olmalıdır?


) Aşağıda deyilənlərdən hansı AŞ-yə aid edilə bilməz?



Yüklə 1,64 Mb.
səhifə15/18
tarix16.02.2017
ölçüsü1,64 Mb.
#9088
1   ...   10   11   12   13   14   15   16   17   18

937) Aşağıda deyilənlərdən hansı AŞ-yə aid edilə bilməz?
A) hipertenziyaya səbəb olur

B) həyat üçün təhlükə yaradan kəskin böhranlı vəziyyətdir

C) sürətlə inkişaf edərək ağır hemodinamik pozutular törədir

D) həyati vacib orqanların zədələnməsi ilə müşayiət olunur

E) orqanizmdə dərin hipoksiya yaradır
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh.148
938) Anticismlərdən hansı zərdabda 80-85% təşkil edir, plasentadan keçə bilir, və Rh- reaksiyalara cavabdehdir?
A) İgE

B) İgD


C) İgG

D) İgM


E) İgA
Ədəbiyyat: http://highered.mcgraw-hill.com/sites/0072507470/student_view0/chapter22/multiple_choice_quiz_2.html
939) Patch-testin qiymətləndirilməsi hansı müddətdə aparılır?
A) 72 saat sonra

B) 15-20 dəqiqə sonra

C) sınağın aparıldığı ilk dəqiqədə24

D) 1 həftə sonra

E) 6 saat sonra
Ədəbiyyat: Р.М.Xаитов, Н.И.Ильин национальное руководство “Аллергология и иммунология” 2009, səh.59
940) ASİT-in davametmə müddəti:
A) 1-2 il

B) 1 il


C) 3-5 il

D) 5- 7 il

E) ömürboyu
Ədəbiyyat: Р.М.Xаитов, Н.И.Ильин национальное руководство “Аллергология и иммунология” 2009, səh.203
941) Tozcuq allergenləri ilə dəri sınaqları nə zaman qoyula bilər?
A) xəstəliyin remissiya dövründə və tozlanma olmayan dövrdə

B) xəstəliyin kəskinləşmə dövründə

C) xəstəliyin remissiya dövründə və ilboyu

D) xəstə acqarına olduqda

E) xəstəliyin remissiya dövründə və tozlanma müddətində
Ədəbiyyat: Р.М.Xаитов, Н.И.Ильин национальное руководство “Аллергология и иммунология” 2009, səh.210
942) Atopik bronxial astma fonunda periferik qanda yüksək eozinofiliya ( >20%) və residivverən ağciyər infiltratlarının əmələ gəlməsi hansı xəstəlik üçün xarakterdir?
A) Qudpasçer sindromu

B) AXOX


C) Allergik bronx-ağciyər aspergilyozu

D) Sarkoidoz

E) Ambar xəstəliyi
Ədəbiyyat: Под ред. Р.М.Хаитова, Н.И.Ильиной «Аллергология и иммунология», национальное руководство, 2009 г., стр.596
943) Aşağıda göstərilən hansı preparatlar AŞ-un müalicəsində istifadə olunmur?
A) inhalyasion bronxoliklər

B) fizioloji məhlul

C) montelukast

D) adrenalin

E) antihistamin preparatlar
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh.158
944) 2 yaşa qədər uşaqlarda atopik dermatitin əsasən hansı klinik forması müşahidə edilir?
A) pruriqoyabənzər

B) eritema-skvamoz lixenizasiya ilə

C) lixenoid

D) pruriqoyabənzər, eksudativ

E) eksudativ, eritema-skvamoz
Ədəbiyyat: «Аллергология и иммунология», национальное руководство. Р.М. Хаитов, 2009, ст. 440
945) Layella sindromu üçün nə xarakterikdir?
A) Stivens-Conson sindromuna nisbətən daha yüngül keçir

B) Epidermal nekrolizin dəri örtüyünün 10%-dən çoxunu təşkil etməsi

C) Birincili immunodefisitlerə aiddir

D) Sadalanların hamısı

E) Əsas etioloji faktor kimi qurd invaziyaları qeyd olunur
Ədəbiyyat: Под ред. Р.М.Хаитова, Н.И.Ильиной «Аллергология и иммунология», национальное руководство, 2009 г., стр.531
946) Aşağıdakılardan hansı antigen özünə qarşı olan antigendir?
A) şiş antigeni

B) qida antigeni

C) bakterial antigen

D) virus antigeni

E) tozcuq antigeni
Ədəbiyyat: http://highered.mcgraw-hill.com/sites/0072507470/student_view0/chapter22/multiple_choice_quiz_2.html
947) AŞ zamanı hamilə qadınlarda kaval kompressiyanın qarşısını almaq üçün aşağıdakı tədbirlərdən hansının keçirilməsi zəruridir?
A) sol böyrü üstə uzatmaq

B) xəstəni arxası üstə uzatmaq

C) ayaqlarını yuxarıya qaldırmaq

D) xəstəni arxası üstə uzatmaq və ayaqlarını yuxarıya qaldırmaq

E) xəstəni otuzdurmaq
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh.156
948) Atopik dermatit üçün nə xarakter deyil?
A) dəri qaşınması

B) xroniki residivverən gediş

C) epidermal nekroliz

D) dəri elementlərinin yaşa uyğun lokalizasiyasının dəyişməsi

E) yanaşı atopik xəstəliyin olması
Ədəbiyyat: «Аллергология и иммунология», национальное руководство. Р.М. Хаитов, 2009, ст. 442
949) Atopik dermatit ən çox hansı yaş dövrlərində inkişaf etməyə başlıyır?
A) 5 yaşa qədər

B) 12-14 yaş

C) 50-60 yaş

D) 35 yaşdan sonra

E) 80-90 yaş
Ədəbiyyat: «Аллергология и иммунология», национальное руководство. Р.М. Хаитов, 2009, ст. 436
950) İrsi angionevrotik ödemin diaqnostikasında aşağıdakılardan hansını yoxlamaq məsləhətdir?
A) sekretor İgA konsentrasiyasını

B) hematokrit göstəricisini

C) zərdabda İgA konsentrasiyasını

D) C1 – inhibitorunun konsentrasiyasını

E) bazofili
Ədəbiyyat: «Аллергология и иммунология», национальное руководство. Р.М. Хаитов, 2009, ст. 476
951) Layella sindromu hansı xəstəliyin ağır formasıdır:
A) Psoriazın

B) Toksikodermiyanın

C) Övrənin

D) Sklerodermiyanın

E) Atopik dermatitin
Ədəbiyyat: Под ред. Р.М.Хаитова, Н.И.Ильиной «Аллергология и иммунология», национальное руководство, 2009 г., стр.531
952) Hansı xəstəlikdə Nikolski simptomu müsbətdir?
A) Çoxformalı eksudativ eritemada

B) Kontakt dermatitdə

C) Dermatomiozitdə

D) Neyrodermitdə

E) Toksik epidermal nekrolizdə
Ədəbiyyat: Под ред. Р.М.Хаитова, Н.И.Ильиной «Аллергология и иммунология», национальное руководство, 2009 г., стр.531
953) Cell və Kumbsa görə allergik reaksiyaların neçə tipi ayırd edilir?
A) 1

B) 3


C) 2

D) 7


E) 4
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh.9
954) Aşağıdakılardan hansı allergik reaksiyaların anafilaktik tipinə aid deyil?
A) allergik rinit

B) pollinoz

C) anafilaktik şok

D) allotransplantantın qopma reaksiyası

E) övrə və Kvinke ödemi
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh.12
955) Xəstə qadın, 51 yaşında 2 gündür ki davam edən, bədən hərarətinin artması, təngnəfəslik, öskürək, başağrıları, əzələ və oynaqlarında olan ağrılardan şikayət edir. Dediyinə görə bu əlamətlər onda evə saxlamaq üçün tutuquşu gətirəndən yarım gün sonra yaranıb. Quşu evdən kənarlaşdırdıqdan sonra xəstənin vəziyyəti bir qədər yaxşılaşıb. Sizin ehtimalınız :
A) AXOX

B) bronxial astma

C) bronxektoziya

D) miliar vərəm

E) ekzogen allergik alveolit
Ədəbiyyat: «Аллергология и иммунология», национальное руководство. Р.М. Хаитов, 2009, ст. 585
956) Aşağıda qeyd edilmiş hansı qrup preparatlar anafilaktoid reaksiyalar törədə bilər?
A) lateks, beta-laktam həlqəli antibiotiklər

B) yodtərkibli rentgenkontrast maddələr, qeyri-steroid iltihab əleyhinə preparatlar

C) allergen ekstratları, siprofloksasin

D) dekstranlar, heterogen zərdablar

E) insulin, asetisalisil turşusu
Ədəbiyyat: «Аллергология и иммунология», национальное руководство. Р.М. Хаитов, 2009, ст. 530
957) Uzuntəsirli dərman preparatlarından yaranmış anafilaktik şok üçün əsasən hansı klinik gedişat səciyyəvidir?
A) residivverən və uzanmış gediş

B) heç biri

C) kəskin bədxassəli gediş

D) kəskin xoşxassəli gediş

E) abortiv gediş
Ədəbiyyat: «Аллергология и иммунология», национальное руководство. Р.М. Хаитов, 2009, ст. 484
958) Allergik rinitin differensial diaqnostikası hansı xəstəliklərlə aparılmalıdır?
A) sadalananların hamısı

B) serebrospinal maye axıntısı

C) qranulamatoz xəstələr (sarkoidoz, Vegener qranulamatozu)

D) nazal poliplər

E) siliar funksiya defekti
Ədəbiyyat: Midletons allergy, 2010, səh.983
959) Hamiləlik induksiyalı allergik rinitin mümkün səbəblərinə hansı aidir?
A) sadalananların heç biri

B) plasentar boy faktorları

C) sadalananların hamısı

D) estrogen səviyyəsi

E) progesteron
Ədəbiyyat: Midletons allergy, 2010, səh.966
960) Hamiləlik rinitlərinin müalicəsində ən təhlükəsiz müalicə vasitəsi hansıdır?
A) nazal kromonlar

B) dekongestantlar

C) II nəsil antihistamin

D) nazal qlükokortlar

E) I nəsil antihistamin
Ədəbiyyat: Midletons allergy, 2010, səh.987
961) Hamiləlik rinitlərinin müalicəsində istifadəsinə icazə verilən antihistamin preparatları hansılardır?
A) feksofenadin və dezloratadin

B) terfenadin

C) astemizol

D) loratadin və setirizin

E) loratadin və terfenadin
Ədəbiyyat: Midletons allergy, 2010, səh.987
962) Atopik dermatitin kəskinləşməsinə səbəb ola bilən faktorlara nə aid deyil?
A) havanın kəskin dəyişməsi

B) stress

C) bəzi qida məhsulları

D) allergenlər

E) mikroorqanizmlər
Ədəbiyyat: “Allerji hastalıklarda yeni ufuklar”, Fuat Kalyonçu, 2007, səh.231
963) Hamilələrdə BA müalicəsində hansı inhalyasion qlükokortikoid daha etibarlı hesab edilir?
A) triamsinolon

B) flutikazon

C) mometazon

D) budesonid

E) seretid
Ədəbiyyat: “Allerji hastalıklarda yeni ufuklar”, Fuat Kalyonçu, 2007, səh.136
964) Hansı simptomlar astma tutmasının həyat üçün real təhlükə olmasına dəlalət edir?
A) yorğunluq və koma

B) sadalananların hamısı

C) zəif tənəffüs və hipotenziya

D) lal ağciyər və siyanoz

E) koma və lal ağciyər
Ədəbiyyat: “Allerji hastalıklarda yeni ufuklar”, Fuat Kalyonçu, 2007, səh.80
965) Aşağıda qeyd olunanlardan hansı qeyri immunoloji mexanizmli övrə,Kvinke ödeminə səbəb olur?
A) alkoqol

B) kodein

C) vankomisin

D) kontrast maddələr

E) sadalananların hamısı
Ədəbiyyat: “Allerji hastalıklarda yeni ufuklar”, Fuat Kalyonçu, 2007, səh.250
966) Hansı variant övrə qeyri immunoloji mexanizmə malikdir?
A) dermoqrafizm, xolinergik

B) vibrasion urtikariya

C) akvagen urtikariya

D) xolinergik övrə

E) övrə sadalananların hamısı
Ədəbiyyat: “Allerji hastalıklarda yeni ufuklar”, Fuat Kalyonçu, 2007, səh.250
967) Virusun istehsalına maneə olan, və virus infeksiyasına cavab olaraq bir çox hüceyrə tərəfindən istehsal olunan protein:
A) selikdir

B) interferondur

C) komplementdir

D) lizosimdir

E) piy vəzlərinin sekretidir
Ədəbiyyat: http://highered.mcgraw-hill.com/sites/0072507470/student_view0/chapter22/multiple_choice_quiz_2.html
968) Atopik dermatitin diaqnostikasında istifadə olunan əlavə kriteriyalara nə aiddir?
A) Dennie Morqan infraorbital büküş, çirkli boyun

B) periobital tündləşmə, Dennie Morqan infraorbital büküş

C) sadalananların hamısı

D) periobital tündləşmə, ovuc içi şəklinin güclənməsi

E) pitiriazis alba, kseros
Ədəbiyyat: “Allerji hastalıklarda yeni ufuklar”, Fuat Kalyonçu, 2007, səh.233
969) Nazal dekongestanlardan kimlərə istifadə etmək xüsusilə arzuolunmazdır?
A) sadalananların hamısı

B) hamilələrə (fetal inkişafa təsiri)

C) bir yaşa qədər uşaqlarda

D) idmançılara (dopinq effekt)

E) yaşlılarda ( kardiovaskulyar sistemə təsiri)
Ədəbiyyat: “Allerji hastalıklarda yeni ufuklar”, Fuat Kalyonçu, 2007
970) Qanda eozinofiliyanın allergik xəstəliklərdən kənar səbəblərinə hansı aiddir?
A) sadalananların hamısı

B) Wiskott Oldrich sindromu

C) askaridoz

D) amöbiaz

E) qotur
Ədəbiyyat: “Pediatrik allerji”, Ülker Öneş, 2007, səh.10
971) Ev tozu gənəsi ilə mübarizə vasitələrinə hansı aid deyil?
A) Otaqda əşyaların sayı mümkün qədər az olmalıdır

B) ev rütubətliliyini çoxaltmaq

C) həftədə bir dəfə 55-60 0C yataq örtülərini yumaq

D) yataq örtülərinə gənə keçirməyənlərə dəyişmək

E) evdəki yumşaq mebel və oyunçaqları eliminasiya etmək
Ədəbiyyat: Midletons allergy, 2010, səh.1449
972) Hansı qeyri-steroid iltihab əleyhinə preparatlar aspirinlə çarpaz reaksiya verə bilər?
A) ibuprofen

B) diklofenak

C) sadalananların hamısı

D) İƏQS preparatları aspirinlə çarpaz reaksiya vermir

E) naproksen
Ədəbiyyat: Midletons allergy, 2010, səh.1234
973) Aparılan immunoterapiyada hansı hallar tətbiq olunan dozanın azaldılmasını gərəkdirir?
A) inyeksiya arası fasilə uzanmışsa

B) allergik simptomu son 3 gündə artan xəstələr

C) tənəffüs yolu infeksiya keçən xəstələr

D) sadalananların hamısı

E) F1 dəyəri 80%-dən az olan xəstələr
Ədəbiyyat: “Pediatrik allerji”, Ülker Öneş, 2007, səh.195
974) ASİT-in əks göstəriş olduğu xəstələr hansılardır?
A) ağır immunoloji, kardiovaskulyar xəstəliyi, xərçəng xəstəliyi, xronik infeksiya ocaqları infeksiya olanlara

B)  blokatorlarla müalicə alanlar

C) sadalananların hamısı

D) psixoloji pozğunluğu olan xəstələr

E) F1 dəyərləri ideal göstəricilərin 70%-dən az olanlarda
Ədəbiyyat: “Pediatrik allerji”, Ülker Öneş, 2007, səh.192
975) Hansı antihistaminin sedativ təsiri daha yüksəkdir?
A) levosetirizin

B) dezloratadin

C) feksofenadin

D) setirizin

E) setirizin difenhidramin
Ədəbiyyat: “Pediatrik allerji”, Ülker Öneş, 2007, səh.181
976) Aşağıda qeyd edilmiş üsullardan əsasən hansı allergik kontakt dermatitin diaqnostikasında istifadə edilə bilər?
A) endonazal testlər

B) dəriiçi sınaqlar

C) qanda spesifik İgE təyini

D) patch-test

E) qanda İgA təyini
Ədəbiyyat: «Аллергология и иммунология», национальное руководство. Р.М. Хаитов, 2009, ст. 459
977) Miokard infarktı və anafilaktik şokun əsas differensial diaqnostik fərqi nədir?
A) Anafilaktik şokdan fərqli olaraq miokard infarktı zamanı qan zərdabında -triptazanın miqdarı yüksəlir

B) Anafilaktik şokdan fərqli olaraq miokard infarktı zamanı qanda kreatinkinazanın MB-fraksiyası və troponinin artması qeyd olunur

C) Sadalanların heç biri

D) Anafilaktik şokdan fərqli olaraq miokard infarktı hemodinamik pozuntular ilə müşayət olunur

E) Anafilaktik şokdan fərqli olaraq miokard infarktı daha yüngül keçir
Ədəbiyyat: L.İ.Allahverdiyeva, G.P.Əhmədova, N.A.Ələkbərova, Anafilaktik şok ( metodik vəsait ), 2014, səh. 15
978) Bronxial astmanın patogenezində hansı amil iştirak etmir?
A) bəlğəmin çətin xaric olması

B) larinqospazm

C) bronxların spazm

D) bronxların selikli qişasının ödemi

E) selik ifrazının çoxalması
Ədəbiyyat: “Klinik allerqologiya və immunologiya” Prof.L.Allahverdiyeva
979) Bronxial astma üçün xarakter deyil.
A) stridor tənəffüs

B) yayılmış quru vızıldayıcı və fitverici xırıltı

C) yapışqanlı,az miqdarda çətin ifraz olunan bəlğəm

D) beta-adrenoblokatorların mənfi təsiri

E) ekspirator təngnəfəslik
Ədəbiyyat: “Klinik allerqologiya və immunologiya” Prof.L.Allahverdiyeva
980) Xəstəyə venadaxili immunoqlobulinin yeridilməsi:
A) Bir neçə il ərzində xəstəni qoruyur

B) anticismləri yaradan yaddaş B-hüceyrələrin aktivlənməsinə təkan verir

C) passiv immunitet hesabına spesifik xəstəlikdən müvəqqəti olaraq qoruyur

D) Sadalananların hamısı

E) patogenə qarşı anticismlərin əmələ gəlməsinə səbəb olur
Ədəbiyyat: http://highered.mcgraw-hill.com/sites/0072507470/student_view0/chapter22/multiple_choice_quiz_1.html
981) Xəstəlik zamanı və ondan sağalma müddətində əldə edilən rezistentliyin növü :
A) süni yolla əldə edilən aktiv immunitetdir

B) təbii yolla əldə edilən passiv immunitetdir

C) Sadalananların heç biri

D) süni yolla əldə edilən passiv immunitetdir

E) təbii yolla əldə edilən aktiv immunitetdir
Ədəbiyyat: http://highered.mcgraw-hill.com/sites/0072507470/student_view0/chapter22/multiple_choice_quiz_1.html
982) Bəzən xəstələrə yeridilən qamma-qlobulin inyeksiyaları nəyi təmin edir?
A) süni yolla əldə edilən passiv immuniteti

B) təbii yolla əldə edilən aktiv immuniteti

C) təbii yolla əldə edilən passiv immuniteti

D) Sadalananların heç biri

E) süni yolla əldə edilən aktiv immuniteti
Ədəbiyyat: http://highered.mcgraw-hill.com/sites/0072507470/student_view0/chapter22/multiple_choice_quiz_1.html
983) Hansı yaşdan sonra immun sistemin zəifləməsi daha qabarıqdır?
A) 30

B) 80


C) 20

D) 40


E) 60
Ədəbiyyat: http://highered.mcgraw-hill.com/sites/0072507470/student_view0/chapter22/multiple_choice_quiz_1.html
984) Dərinin yaşa uyğun xarakter zədələnməsi, xəstəliyn erkən yaşlarda başlanması, xeylit, periorbital nahiyyədə dərinin hiperpiqmentasiyası, qan zərdabında ümumi və spesifik İqE-nin artması hansı xəstəlik üçün xarakterdir?
A) E hiperimmunoqlobulinemiya sindromu

B) Qida allergiyası

C) Kontakt allergik dermatit

D) Neyrodermit

E) Atopik dermatit
Ədəbiyyat: Mənbə: Klinik allerqologiya və immunologiya. Prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə. Bakı 2010. Səh. 101-110.
985) Ftorlu QKS məlhəmlərini uzun müddət istifadə etdikdə nəyin baş verməsi xarakter deyil?
A) Dərinin atrofiyası

B) Striyalar

C) Teleangioektaziyalar

D) Kontakt allergik dermatit;

E) Hipertrixoz
Ədəbiyyat: Mənbə: Klinik allerqologiya və immunologiya. Prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə. Bakı 2010. Səh. 101-110.
986) Ftorlu QKS məlhəmlərini uzun müddət istifadə etdikdə nəyin baş verməsi xarakter deyil?
A) Kontakt övrə və Kvinke ödemi

B) Piqmentasiyanın pozulması

C) Rozacea

D) İkincili infeksiyalara meyillik

E) Steroid aknelər-sızanaqlar
Ədəbiyyat: Mənbə: Klinik allerqologiya və immunologiya. Prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə. Bakı 2010. Səh. 101-110.
987) Bronxial astma:
A) ağciyərin interstisial toxumasının xroniki xəstəliyidir

B) tənəffüs yollarının kəskin iltihabi xəstəliyidir

C) boğulma tutması ilə xarakterizə olunan sporadik xəstəlikdir

D) tənəffüs yollarının xroniki iltihabi xəstəliyidir

E) ağciyərin birləşdirici toxumasının kəskin zədələnməsidir
Ədəbiyyat: “Klinik allerqologiya və immunologiya” Prof.L.Allahverdiyeva
988) Hansı bronxial astma üçün xarakterdir?
A) ağciyərin aşağı paylarında yaş xıırıltı

B) beta-adrenoblokatorların müsbət təsiri

C) nəfəsalmanın çətinləşməsi(inspirator təngnəfəslik)

D) yapışqanlı, az miqdarda çətin ifraz olunan bəlğəm

E) köpüklü, duru, asan ifraz olunan, bəzən çəhrayı rəng alan bəlğəm
Ədəbiyyat: Ədəbiyyat
989) İntermittə edən allergik rinit necə təsnif olunur?
A) simptomlar həftədə 4 gündən çox, ildə 6 həftədən çox olur

B) simptomlar həftədə 6 gündən çox, ildə 4 həftədən çox olur

C) simptomlar həftədə 6 gündən az, ildə 6 həftədən çox olur

D) simptomlar həftədə 4 gündən çox, ildə 4 həftədən az olur

E) simptomlar həftədə 4 gündən az, ildə 4 həftədən az olur
Ədəbiyyat: «Аллергология и иммунология», национальное руководство. Р.М. Хаитов, 2009, ст. 397
990) Persistə edən allergik rinit necə təsnif olunur?
A) simptomlar həftədə 4 gündən az, ildə 4 həftədən çox olur

B) simptomlar həftədə 6 gündən çox, ildə 6 həftədən çox olur

C) simptomlar həftədə 6 gündən çox, ildə 4 həftədən çox olur

D) simptomlar həftədə 6 gündən az, ildə 6 həftədən çox olur

E) simptomlar həftədə 4 gündən çox, ildə 4 həftədən çox olur
Ədəbiyyat: «Аллергология и иммунология», национальное руководство. Р.М. Хаитов, 2009, ст. 397
991) Autoimmun xəstəlikdə immun cavab nəyə qarşı yönəlir?
A) Yad antigenlərə

B) Anticismlərə

C) Sadalananların hamısı

D) Öz antigenlərinə

E) Viruslara
Ədəbiyyat: http://highered.mcgraw-hill.com/sites/0072507470/student_view0/chapter22/multiple_choice_quiz_1.html
992) Övrənin differensial diaqnozunda nəzərə alınan xəstəliklərdən, yalnız birində qaşıntı olur:
A) Enterovirus

B) EBV (Ebşteyn-Barr vitusu)

C) Aurikulotemporal sindrom

D) Qızılca

E) Çoxformalı eritema
Ədəbiyyat: Up-to-date 2008
993) Böyüklərdə arterial təzyiqin hansı göstəriciləri anafilaktik şok haqqında düşündürür?
A) Sistolik təzyiqin individual normadan 30%-dan artıq yüksəlməsi

B) Sistolik təzyiqin < 90 mm c süt və ya individual normadan 30%-dan artıq enməsi

C) Sadalanların heç biri

D) Sistolik təzyiqin individual normadan 10%-dan daha az enməsi

E) Anafilaktik şok zamanı sistolik təzyiqdə heç bir dəyişikliklər qeyd olunmur
Ədəbiyyat: Guidelines on diagnosis and therapy of food allergy in USA, 2010
994) 1 ay - 1yaşı olan uşaqlarda arterial təzyiqin hansı göstəriciləri anafilaktik şok haqqında düşündürür?
A) Sistolik təzyiqin < 90 mm c süt qədər enmesi

B) Sistolik təzyiqin < 70 mm c süt + 2n, n-yaş göstəricisi

C) Sistolik təzyiqin < 70 mm c süt olması

D) Bu yaşda olan uşaqlarda anafilaktik şok zamanı sistolik təzyiqdə heç bir dəyişikliklər qeyd olunmur

E) Sistolik təzyiqin 120 mm c süt qədər enməsi
Ədəbiyyat: Guidelines on diagnosis and therapy of food allergy in USA, 2010
995) Adrenalinə refrakter anafilaksiya zamanı hansı dərman preparatı istifadə olunur?
A) Furosemid

B) Prednizolon

C) Qlükaqon

D) Aminofillin

E) Verapamil
Ədəbiyyat: L.İ.Allahverdiyeva, G.P.Əhmədova, N.A.Ələkbərova, Anafilaktik şok ( metodik vəsait ), 2014, səh. 20
996) Aşağıda göstərilən dərman preparatlarından hansılar anafilaksiya zamanı adrenalinin yeridilməsinə baxmayaraq refrakter hipotoniyanın olmasının səbəbi ola bilər?
A) Antileykotrien preparatları

B) H2-blokatoları

C) AÇF-inhibitorları

D) Qlukokortikosteroidlər

E) Sadalanların heç biri
Ədəbiyyat: Middleton’s “Allergy Principles&Practise”, 2003, səh. 151
997) Limfanın tərkibi ən çox hansına bənzəyir?
A) Südə

B) İnterstisial mayeyə

C) Sitozola

D) Qana


E) Zərdaba
Ədəbiyyat: http://highered.mcgraw-hill.com/sites/0072507470/student_view0/chapter22/multiple_choice_quiz_1.html
998) Anafilkasiyada bəzən belin aşağısında olan ağrıların səbəbi nə olur?
A) Anafilkasiyaya belin aşağısında ağrılar xarakter deyil

B) Uşaqlığın sancıları/spazmı

C) Əzələ ağrıları

D) Anafilkasiyanın nevroloji təzahürləri

E) Qorxu hissi
Ədəbiyyat: Up-to-date 2009
999) Anafilkasiyada üstünlük hansı venadaxili mayeyə verilməlidir?
A) Albiminə

B) 5% qlukozaya

C) Fizioloji 0,9% məhlula

D) Laktat-Ringer məhluluna

E) Anafilkasiyada venadaxili mayenin yeridilməsinə ehtiyac yoxdur
Ədəbiyyat: Up-to-date 2009
1000) Uşaq vaxtı hansı qidaya qarşı allergiya böyük yaşlarda çox vaxt keçir?
A) Qoza qarşı

B) Xərçəngə qarşı

C) Südə qarşı

D) Balığa qarşı

E) Araxisə qarşı
Ədəbiyyat: Guidelines on diagnosis and therapy of food allergy in USA
1001) Uşaq vaxtı hansı qidaya qarşı allergiya böyük yaşlarda çox vaxt keçib gedir?
A) Qoza qarşı

B) Balığa qarşı

C) Xərçəngə qarşı

D) Araxisə qarşı

E) Yumurtaya qarşı
Ədəbiyyat: Guidelines on diagnosis and therapy of food allergy in USA


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin