Allerqologiya 1 Allerqoloji kabinetdə mütləq nə olmalıdır?


) I tip hiperhəssaslıq reaksiyalarının gec fazası hansı müddətdə meydana çıxır?



Yüklə 1,64 Mb.
səhifə13/18
tarix16.02.2017
ölçüsü1,64 Mb.
#9088
1   ...   10   11   12   13   14   15   16   17   18

820) I tip hiperhəssaslıq reaksiyalarının gec fazası hansı müddətdə meydana çıxır?
A) Saniyələr və ya ən gec 2 saat ərzində

B) 2- saatdan sonra

C) Istənilən vaxt

D) 48-72 saat sonra

E) 24 saat sonra
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya. Prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə. Bakı 2010. Səh. 101-110.
821) Göz ətrafında xroniki venoz durğunluq hesabına hansı simptom yaranır?
A) Sulanma,yaşarma

B) “Səki daşı” simptomu

C) Kirpiklərin tökülməsi

D) Qaşınma

E) “Allergik eynəklər” gözaltı qaraltı
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya. Prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə. Bakı 2010. Səh. 101-110.
822) Atopik dermatiti hansı xəstəliklərlə differenisasiya etmək laznmdır?
A) Kontakt allergik dermatit

B) Qoturluq

C) Seboreyalı dermatit

D) Sadalananların hamısı

E) Strofulyus
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya. Prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə. Bakı 2010. Səh. 101-110.
823) Atopik dermatitdə morfoloji elementlərdən asılı olaraq hansı forma ayırd edilməyib?
A) Eritema- skvamoz

B) Eksudativ

C) Urtikar

D) Lixenifikasiyalı eritema- skvamoz

E) Sadalananların heç biri
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya. Prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə. Bakı 2010. Səh. 101-110.
824) Tolerantlığın ən vacib funksiyası
A) İmmun sistemi öz antigenlərinə qarşı cavabdan qorumaqdır

B) Komplementin aktivlənməsini artırmaq

C) Antigenlərin üzərində işləmək və onları təqdim etmək

D) Limfositlərin aktivliyini artırmaq

E) İmmun sistemin yad antigenlərə qarşı həddən artıq cavabdan qorunması
Ədəbiyyat: http://highered.mcgraw-hill.com/sites/0072507470/student_view0/chapter22/review_and_comprehension_quiz.html
825) Aspirin bronxial astmasına aid deyil:
A) Boğulma tutması

B) Aspirinə və qeyri-steroid iltihab əleyhinə preparatlara qarşı dozülməzlik

C) Çoxlu miqdarda irinli bəlğəmin ifrazı

D) Aspirinə qarşı dozülməzlik

E) Burun polipozu
Ədəbiyyat: “Аллергология” Г.Б.Федосеева
826) Ağciyərlərin Xronik Obstruktiv Xəstəliyinə nə aid deyil?
A) Tədrici başlama və uzun müddətli olma

B) Dəri sınağının mənfi olması

C) Kəskin başlama,tez inkişaf və qısa müddətli olma

D) Anamnezdə uzun müddətli siqaret çəkmənin olması

E) Ağciyər emfizeması və ağciyər ürəyinin daha tez inkişaf etməsi
Ədəbiyyat: “Аллергология” Г.Б.Федосеева “Аллергология” Г.Б.Федосеева
827) Astmanın kəskin ağırlaşması zamanı hansı tövsiyyə olunmur?
A) İQKS+uzun müddətli təsirə malik β2 aqonistlər

B) Teofillinlər

C) Qısa müddətli təsirə malik β2 aqonistlər

D) Antixolinergik dərmanlar

E) Sedativ dərmanlar
Ədəbiyyat: GİNA 2011
828) Hansı əlamət atopik dermatitin tipik dəri ifadələrinə xas deyil?
A) Qızılcaya bənzər səpkilər

B) Dəri qızarması

C) Lixenifikasiya

D) Dəri qaşınması

E) Dərinin quruluğu və atrofiyası
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya. Prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə. Bakı 2010. Səh. 101-110.
829) Atopik dermatit zamanı ilkin əlamətlərə hansılar aid deyil?
A) Çapıq

B) Qaşınma

C) Hiperemiya

D) Ekssudasiya

E) Mikrovezikula
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya. Prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə. Bakı 2010. Səh. 101-110.
830) 18-yaşlı bronxial astma xəstəsində bərk baş ağrıları, ürəkbulanma, qusma, və işiğa dözülməzlik əmələ gəlib. Baş ağrıları həftədə 1-2 dəfə olur. Müalicədə aşağıdakılardan hansından istifadə etmək olmaz?
A) Amitriptilin

B) Qidanın asta şəkildə qəbulu

C) Naproksen

D) Verapamil

E) Propranolol
Ədəbiyyat: Terapiya (ingilis dilindən tərcümə edilmiş) A.Q. Çuçalinin redaktəsi ilə. Moskva, 1996 s.810-93.
831) Ağırlaşmamış fəsilli allergik rinit birindən başqa bütün klinik sindromlarla müşayiət olunur?
A) burnun selikli qişasının qızartısı və boyun limfadeniti

B) asqırma paroksizmi

C) damaq, burun və udlaqda qaşıntı

D) burun yollarından sulu ifrazat

E) gözlərin artıq yaşarması
Ədəbiyyat: Terapiya (ingilis dilindən tərcümə edilmiş) A.Q. Çuçalinin redaktəsi ilə. Moskva, 1996 s.811-99
832) 34-yaşlı qadın, ağır ilboyu allergik rinit, bir neçə il ərzində ildə 10-15 gün ikincili rinosinusitlər olur. Qadında ev tozuna, Cladosporium, çəmən otların və ambroziyanın tozcuquna qarşı müsbət dəri slnaqları aşkar edilıb. Müxtəlif dərman preparatları yalnız qismən effekt göstərib. Xəstəyə ən uyğun terapevtik tədbiri seçin.
A) Səbəbkar antigenlərlə spesifik immunoterapiya

B) Burun tutulmasını aradan qaldıran antihistamin preparat

C) Yerli adrenergik aqonist

D) Antigenin eliminasiyası

E) Anti-İgE preparatları (omalizumab)
Ədəbiyyat: Terapiya (ingilis dilindən tərcümə edilmiş) A.Q. Çuçalinin redaktəsi ilə. Moskva,1996 s.811-99
833) 10-yaşlı qızda qonşularında olan pişiklə təmasdan sonra rinoreya və burunda qaşınmalar epizodları olur. Xəstəyə ən uyğun terapevtik tədbiri seçin:
A) Səbəbkar antigenlərlə spesifik immunoterapiya

B) Burun tutulmasını aradan qaldıran antihistamin preparat

C) Antigenin eliminasiyası

D) Anti-İgE preparatları (omalizumab)

E) Yerli adrenergik aqonist
Ədəbiyyat: Terapiya (ingilis dilindən tərcümə edilmiş) A.Q. Çuçalinin redaktəsi ilə. Moskva, 1996 s.811-99
834) İnsekt allergiyasını nəticələrdən ən yaxşı sübut edən hansıdır ?
A) Müsbət prik-test ya dəriiçi test

B) Spesifik İgE antitoksinlər

C) Sənədləşdirilmə ilə təsdiq olunmuş sistem allergik reaksiya

D) 5-7 gün davam edən yayılmış yerli reaksiya

E) Spesifik İgG antitoksinlər
Ədəbiyyat: Terapiya (ingilis dilindən tərcümə edilmiş) A.Q. Çuçalinin redaktəsi ilə. Moskva, 1996 s.459-2
835) Allergik rinitin diaqnostikasında hansı test ən faydalıdır?
A) Qanda İgE-nin təyini

B) Sürətli hiperhəssaslıq dəri testi

C) Eozinofillərə boyanan burun ifrazatından yaxma

D) Radioallerqosorbent test RAST (qanda anticismlərin təyini

E) Leykositar formula
Ədəbiyyat: Terapiya (ingilis dilindən tərcümə edilmiş) A.Q. Çuçalinin redaktəsi ilə. Moskva, 1996 s.459-3
836) Aşağıda saydıqlarımızdan hansı steroid hormonların fəsadı deyil?
A) Hepatit

B) Osteoporoz

C) Qastroduodenal xoranın kəskinləşməsi

D) İsenko-Kuşinq sindromu

E) Arterial hipertenziya
Ədəbiyyat: Terapiya (ingilis dilindən tərcümə edilmiş) A.Q. Çuçalinin redaktəsi ilə. Moskva, 1996 s.459-3
837) Atopik dermatitdə spesifik laborator diaqnostika üsulu hansıdır?
A) Qanda ümumi və spesifik İqE-nin səviyyəsinin təyini

B) Leykopenik test

C) Nəcisin disbakterioza müayinəsi

D) Nəcisin ümumi müayinəsi

E) Trombositopenik test
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya. Prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə. Bakı 2010. Səh. 101-110.
838) Atopik dermatitin müalicəsində son halda hansı preparat istifadə olunur?
A) Membranstabiliztorlar

B) Qlükokortikoid tərkibli yerli maddələr

C) Sistem glükokortikoid preparatlar

D) Antihistamin preparatlar

E) Ferment və enterosorbentlər
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya. Prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə. Bakı 2010. Səh. 101-110.
839) Urtikar elementlərə hansı aid deyil?
A) Dermoqrafizm

B) Aydın konturlar

C) Qaşınma

D) Elementin uzun müddət qalması

E) Mərkəzdə avazımış boyanmanın olması
Ədəbiyyat: Terapiya (ingilis dilindən tərcümə edilmiş) A.Q. Çuçalinin redaktəsi ilə. Moskva, 1996 s.459-6
840) Övrə və angionevrotik ödemin müalicəsində hansı üsul istifadə olunmur?
A) Səbəbkar faktorların eliminasiyası

B) H1-histamin blokatorlarla müalicə

C) Minimal androgen təsiri olan steroidlər

D) Əsas xəstəliklərin müalicəsi

E) α-adrenomimetiklər
Ədəbiyyat: Terapiya (ingilis dilindən tərcümə edilmiş) A.Q. Çuçalinin redaktəsi ilə. Moskva, 1996 s.460-7
841) Atopik dermatitin kardinal simptomu hansıdır?
A) Ümumi İqE səviyyəsinin artması

B) Erkən yaşdan başlanması

C) Dəri quruluğu

D) Qanda eozinofiliya

E) Dəri qaşınması
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya. Prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə. Bakı 2010. Səh. 101-110.
842) Aşağıdakı xəstəliklərdən hansında restriktiv növlü tənəffüs pozulması gözlənilir?
A) Bronxiolit

B) Mukovissidoz

C) Bronxial astma

D) Miasteniya qravis

E) Bronxoektaziya
Ədəbiyyat: Denklik test sınaqları N5. 2 mərhələ, 2010
843) 24-yaşlı xəstə sefaklor (sefalosporin qrupundan antibiotik) qəbul edir. 1 həftədən sonra xəstədə temperaturun yüksəlməsi, məxmərək və qızılcayabənzər səpgilər, hər iki diz oynaqlarında artralgiya, limfa düyünlərinin böyüməsi (generalizə olunmuş) qeyd olunur. Xəstədə ən ehtimal edilən diaqnoz nədir?
A) İnfeksion mononukleoz

B) Revmatizm

C) Zərdab xəstəliyi

D) Hemorragik vaskulit

E) Limfoqranulematoz
Ədəbiyyat: Секреты аллергологии и иммунологии, Стэнли М. Нагуа, М. Эрик Гершвин. Москва, 2004
844) 38 yaşlı müntəzəm şəkildə atenolol qəbul edən qadını arı sancıb. 5 dəqiqə ərzində anafilaksiya əlamətləri inkişaf edib. Klinikaya daxil olarkən xəstədə arterial hipotoniya, generalizə edilmiş övrə və stridor qeyd olunur. Xəstəyə adrenalin təyin edilib, amma arterial hipotoniya qalır. Xəstəyə ən uyğun preparat hansıdır?
A) β2-adrenergik aqonist aerozol formasında

B) adrenalin aerozol formasında

C) venadaxili qlukaqon

D) venadaxili aminofillinin yeridilməsi

E) venadaxili ürək qlikozidləri
Ədəbiyyat: Секреты аллергологии и иммунологии, Стэнли М. Нагуа, М. Эрик Гершвин. Москва, 2004 Terapiya (ingilis dilindən tərcümə edilmiş) A.Q. Çuçalinin redaktəsi ilə. Moskva, 1996 s.805-67.
845) 56-yaşlı kişi allergik rinitə görə həkimə gəlib. Anamnezində yanaşı xəstəliklərdən prostat vəzinin xoşxassəli hiperplaziyası var. Ambarda çalışır, yük maşınlarına yükün daşınmasının operatorudur. Bu xəstənin müalicəsinə uyğun hansı preparatdır?
A) Xlorfeniramin

B) Klemastin

C) Feksofenadin

D) Difenhidramin

E) Hidroksizin
Ədəbiyyat: CASE FILES: Family medicine third edition. Eugene C. Toy, John T.Patlan. Copyright © 2009. Case 6.3
846) Anamnezində bronxial astma olan xəstə. Əvvəl aparılan ağciyərlərin funksional testləri mülayim dərəcəli obstruksiya aşkar edib. Xəstə inhalasion kortikosteroid və ehtiyac olanda qısa təsirli β2-aqonist qəbul edir; buna baxmayaraq, həftədə 3-4 dəfə gecələr öskürəkdən oyanır. Xəstə üçün ən yaxşı növbəti addım hansıdır?
A) Leykotriyeninhibitorlar

B) Uzun müddət təsir edən β2-aqonistlər

C) Antirefluks müalicə

D) Oral steroidlər

E) Teofillin
Ədəbiyyat: CASE FILES: Internal medicine third edition. Eugene C. Toy, John T.Patlan. Copyright © 2009. Case 35.1
847) Piylənməsi olan 50-yaşlı bronxial astma xəstəsini ara-sıra dispepsiya və gecə öskürəyi narahat edir. Səhərlər ağzında turş hissi ilə oyanır. Müntəzəm qaydada inhalasion kortikosteroid və qısa təsirli β2-aqonist qəbul edir.Sizin ən düzgün nöbəti addımınız hansıdır?
A) Oral kortikosteroidlərin qısa kursu

B) Omeprazolun başlanması

C) Allergik desensitizasiyanın başlanması

D) Döş qəfəsi rentgenoqrafiyası

E) 24 saatlıq ezofageal PH monitoringi
Ədəbiyyat: CASE FILES: Internal medicine third edition. Eugene C. Toy, John T.Patlan. Copyright © 2009. Case 35.4
848) 25-yaşlı oğlan streptokokk mənşəlli faringitə görə əzələ daxilinə penisillin alır. Oğlan temperaturun aşağı olması və boğaz ağrısına görə poliklinikaya müraciət edir. Sağlam görünür və başqa dərman qəbul etmir. 20 dəqiqə ərzində, üzün şişkinliyi və tənəffüs məhdudluğundan şikayət etməyə başladı. Xəstə boğulur və qorxan kimi görünür. Ürəyin vurğu sayı 130/dəq., AT 90/47mm c.s., tənəffüs səthidir, sayı 28/dəq. Üzü və dodaqları şişkin, gözlərini şişkinlikdən gücnən aça bilir. Auskultasiyada diffuz fitverici xırıltılar, çoxsaylı urtikar (övrə) qalxan zədələnmələr görünür. Təcili yardım çağırılır. İlk növbədə xəstəyə nə yeridilməlidir?
A) Adrenalin vena daxilinə

B) Suprastin vena daxilinə

C) Adrenalin əzələ daxilinə

D) Ürək qlikozidləri vena daxilinə

E) Prednizolon vena daxilinə
Ədəbiyyat: CASE FILES: Internal medicine third edition. Eugene C. Toy, John T.Patlan. Copyright © 2009. Case 48
849) I tip hiperhəssaslıq reaksiyalarının kliniki əlamətlərinə hansılar aid deyil?
A) Urtikar səpkilər

B) Eritema, qaşınma hissi

C) Stridor, qastro-intestinal sistemdə spazm

D) Bronxospazm, AT-in enməsi

E) Hemoftiz,qızdırma, oynaq ağrıları
Ədəbiyyat: CASE FILES: Internal medicine third edition. Eugene C. Toy, John T.Patlan. Copyright © 2009. Case 48
850) 55-yaşlı mühasibatçı üzün və dilin şişkinliyindən şikayət edir. Yaxında yeni hamam sabunundan istifadə etməyə başlayıb. Yanaşı xəstəliklərdən osteoartrit və yüngül hipertoniyası var, ona görə asetaminofen (parasetamol) və kaptopril qəbul edir Şişkinliyin səbəbi nədir?
A) Qida ilə bağlı allergiya

B) Kaptopril

C) Asetaminofen

D) Hipotireoz

E) Sabuna qarşı hiperhəssaslıq
Ədəbiyyat: CASE FILES: Internal medicine third edition. Eugene C. Toy, John T.Patlan. Copyright © 2009. Case 48.1
851) 18-yaşlı oğlan epilepsiyaya görə müntəzəm dərman qəbul edir. Temperaturun artması, limfadenopatiya, generalizə olunmuş makulo - papular səpkilər, və artralgiyalarla həkimə gəlib. Xəstə geyd edir ki, bağçada işləyəndə onu gənələr dişləyib. Xəstənin vəziyyətinin səbəbi nə ola bilər?
A) Laym xətəliyi

B) İnsan immunodefisit virusu infeksiyası (HIV)

C) İgE vasitəli reaksiya

D) Epilepsiya dərmanlarına qarşı reaksiya

E) Sarmaşıq zəhəri ilə bağlı ağır dermatit
Ədəbiyyat: CASE FILES: Internal medicine third edition. Eugene C. Toy, John T.Patlan. Copyright © 2009. Case 48.2
852) 34-yaşlı kişi arı sancmasına görə ağır allergik reaksiya ilə reanimasiyaya gətirilib. Xəstəyə anafilaktik şokun alqoritminə uyğun ilk tibbi yardım göstərilib, amma oksigenin saturasiyası 80% qədər enib (norma 90%-dan yuxarı olmalı), və xəstə apnoe vəziyyətindədir. Bu durumda ən yaxşı növbəti addım hansıdır?
A) Venaya epinefrin

B) Venaya dimedrol

C) Endotraxeal intubasiya

D) Burun kanyulası vasitəsi ilə oksigen

E) Elektrik kardioversiya
Ədəbiyyat: CASE FILES: Internal medicine third edition. Eugene C. Toy, John T.Patlan. Copyright © 2009. Case 48.3
853) 57-yaşlı durğunluq ürək çatışmazlığı ilə xəstədə kardiastress test (tredmil) pozitiv nəticə vermiş, xəstəyə kardial kateterizasiya lazımdır. Xəstənin sözünə görə, anamnezində yoda qarşı allergiya var. Xəstə üçün ən yaxşı növbəti addım hansıdır?
A) Müayinə zamanı diphenhydramine (dimedrolun) infuziyası

B) Müayinədən sonra xəstəyə diphenhydramine və adrenalinin təyini

C) Müayinədən vaz keçib cərrahi əməlyyata göndərmək

D) Yodun artan dozaları ilə desensitizasiya

E) Müayinədən əvvəl gecə diphenhydramine və kortikosteroidlərin təyini
Ədəbiyyat: CASE FILES: Internal medicine third edition. Eugene C. Toy, John T.Patlan. Copyright © 2009. Case 48.4
854) Aşağıdakı testlərdən hansı qırmızı qurd eşənəyi diaqnozunun qoyulmasında önəmli deyil?
A) C3 (komplement 3)

B) Anti-dsDNA

C) C reaktiv protein

D) Antinuklear anticismlər

E) AntiSm-anticismlər
Ədəbiyyat: Denklig test sınaqları N6. 2 mərhələ, 2011
855) 55-yaşlı kişi, 30 il ərzində gündə 30 siqaret çəkir; qanhayxırmaya görə həkimə gəlib. Hər səhər 5-10 ml miqdarda bəlgəmlə öskürək olur. Fizikal və rentgenoloji müayinədə patologiya aşkar olunmadı. Xəstədə qanhayxırmanın ən ehtimal edilən səbəbi nədir?
A) Bronxogen karsinoma

B) Bronxoektaziya

C) Ağciyər vərəmi

D) Xroniki bronxit (XOAX xroniki obstruktiv ağciyər xəstəliyi)

E) Ǎ1-antitripsin defisiti
Ədəbiyyat: Terapiya (ingilis dilindən tərcümə edilmiş) A.Q. Çuçalinin redaktəsi ilə. Moskva, 1996 s.796-17
856) 40-yaşlı özünü həmişə sağlam hiss edən qadında birdən birə döş qəfəsində ağrılar, qızdırma, və tənəffüsün qısalması əmələ gəlib. Qadın siqareti çox çəkir və heç bir dərman qəbul etmir, peroral kontraseptivlərdən başqa. Fizikal müayinədə taxipnoye və temperaturu 38,3ºC qeyd olunur; perkussiya, auskultasiya, və döş qəfəsi rentgenoqrafiyası heç bir patologiya aşkar etmir. Ən çox ehtimal edilən diaqnoz:
A) Bakterial pnevmoniya

B) Atipik pnevmoniya

C) Ağciyər damarlarının emboliyası

D) Traxeobronxit

E) Ağciyər xərçəngi
Ədəbiyyat: Terapiya (ingilis dilindən tərcümə edilmiş) A.Q. Çuçalinin redaktəsi ilə. Moskva, 1996 s.798-28
857) 25-yaşlı hər zaman sağlam olan qadını son həftə sarımtıl bəlgəmlə öskürək narahat edir. Qadında həmçinin burun axılntısı və boğaz ağrısı qeyd olunur. 2-yaşlı oğlu eyni simptomlarla xəstə idi. Xəstənin temperaturu normal; burun, boğaz, qulaq müayinəsi normal, ağcyərləri təmizdir. Xəstəyə uyğun hansı ifadə ən dəqiqdir?
A) Astmanın ilkin əlamətləridir

B) Xəstədə sarımtıl bəlgəmlə öskürək olduğu üçün, ən çox bakterial infeksiya təhmin edilir

C) Fəsillə bağlı allergiyayla əlaqəlidir

D) Xəstədə çox guman ki virus infeksiyasıdır

E) Stafilokokk pnevmoniyasıdır
Ədəbiyyat: CASE FILES: Family medicine third edition. Eugene C. Toy, John T.Patlan. Copyright © 2009. Case 19.1
858) 25-yaşlı qadının ayağında arı sancmasından sonra proqressivləşən qırmızı, isti sahə müşahidə olunur. Sancma kəskin və qısa müddətli olub, qadın arının iynəsini pinsetlə tam çıxarıb. Anamnezində sistem anafilaksiya olmayıb, allergiyası yox. Həkimə arı sancmasından 1 gün sonra gəlib-antihistamin qəbuluna və kortikosteroid kremin istifadəsinə baxmayaraq, zədələnən yer hələ böyüyür. Xəstəyə uyğun ən yaxşı müalicə hansıdır?
A) Gələcəkdə ola bilən arı sancmalarına qarşı epinefrin hazır inyeksiya

B) Xəstəni sakit etmək

C) Topik (yerli) kortikosteroidlər

D) Oral prednizolon

E) Qram-pozitiv kokklara qarşı antibiotik
Ədəbiyyat: CASE FILES: Family medicine third edition. Eugene C. Toy, John T.Patlan. Copyright © 2009. Case 43.2
859) İmmun sistemi təşkil edən toxuma və üzv strukturu aşağıdakılardan hansı deyil?
A) Limfa düyünləri

B) Qara ciyər

C) Bağırsağın peyer piləkləri

D) Sümük iliyi

E) Timus
Ədəbiyyat: Ədəbiyyat
860) Atopik dermatitli xəstələrdə quruluq olduqda hansı preparatlardan istifadə etmək lazımdır?
A) Nəmləndirici kremlər.

B) Losyon

C) Qlükokortikoid tərkibli kremlər

D) Məlhəmlər

E) İslatmalar
Ədəbiyyat: Mənbə: Klinik allerqologiya və immunologiya. Prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə. Bakı 2010. Səh. 101-110.
861) A immunoqlobulini hansında iştirak edir?
A) Sitotoksik reaksiyalarda

B) Yerli immunitetin (sİqA) formalaşmasında

C) Ləng tipli hiperhəssaslıq reaksiyalarında

D) İmmun kompleksi şəklində baş verən allergik reaksiyalarda

E) Dərhal baş verən allergik reaksiyalarda
Ədəbiyyat:
862) E immunoqlobulini hansında iştirak edir?
A) İmmun kompleksi şəklində keçən allergik reaksiyalarında

B) Hiperhəssaslığın ləng tipli reaksiyanın formalaşmasında

C) Helmintlərdən müdafiənin formalaşmasnda iştirak etmir

D) Sitotoksik immun reaksiyalarında

E) Sürətli baş verən allergiya reaksiyalarını formalaşdırır
Ədəbiyyat:
863) Tam dəyərə malik allergen hansı deyil?
A) Heyvanların proteinləri

B) Su


C) Qida maddələri

D) Bitkilərin tozcuğu

E) Bəzi həşaratların zəhərlərinin komponentləri
Ədəbiyyat:
864) Pollenlərə məruziyyəti azaltmaq üçün alınabiləcək tədbirlər:
A) Sadalananların hamısı

B) Pollenlərə konsentrasiyası ən yüksək olduğu saatlarda pəncərələr bağlı saxlanılmalı

C) .Gözləri pollenlərdən qorumaq üçün eynək və ya günəş eynəyi taxılmalı

D) Pollen konsentrasiyası yüksək olduğu saatlarda mümkün qədər küçəyə çıxmamalı

E) Pollen konsentrasiyası yüksək olduğu saatlarda ağız və burun maska ilə örtülməlidir
Ədəbiyyat: Elif Dağlı, Fazilet Karakoç “Çocuk göyüs hastalıkları” səh.97
865) Ev tozu gənələrini azaltmaq üçün tədbirlər.
A) Yataq örtüsü kimi xüsusi qoruyucu üzlüklərdən istifadə edilməlidir

B) Yataq örtüləri, yastıq yorğanlar 1-2 həftədən bir düzənli olaraq 55-60 0C yuyulmalıdır

C) Otaqda əşyaların sayı mümkün qədər az olmalı

D) Sadalananların hamısı

E) Otaqlar, ev içi rütubətin səviyyəsi 50%-dən az olacaq şəkildə havalandırılmalı və rütubətli evlərdən qaçınılmalıdır
Ədəbiyyat: Elif Dağlı, Fazilet Karakoç “Çocuk göyüs hastalıkları” səh.97
866) BA müalicəsində hansı sıra preparatlar ilk yardım vasitələrinə aiddir?
A) 2 aqonistlər, ipratropium bromid, teofillin preparatları, sistem qlükokortikoidlər

B) Bəlgəmgətiricilər, ipratropium, teofillin qrup preparatlar

C) Qısa təsirli 2 aqonistlər, makrolid antibiotiklərr, qlukokortikoidlər

D) Qısa təsirli 2 aqonistlər, ipratropium bromid, kromonlar

E) 2 aqonistlər, ipratropium bromid, II-ci nəsil antihistaminlər
Ədəbiyyat: Elif Dağlı, Fazilet Karakoç “Çocuk göyüs hastalıkları” səh.103
867) Tosqun hüceyrələr tərəfindən azad olunan histamin, birindən başqa bütün əlamətləri əmələ gətirir:
A) tənəffüs yollarının konstriksiyası

B) seliyin sekresiyası

C) qaşınma

D) yüksək temperatur

E) kapillarların genişlənməsi
Ədəbiyyat: http://highered.mcgraw-hill.com/sites/0072507470/student_view0/chapter22/animation__ige_mediated__type_1__hypersensitivity__quiz_1_.html
868) Spirometriyadan bronxial astma zamanı nə üçün istifadə edilir?
A) BA-nın diaqnostikasında

B) Xəstəliyin uzun müddətli izlənilməsində

C) BA-nın differensial diaqnostikasında

D) Sadalananların hamısı

E) Müalicəyə cavabın dəyərləndirilməsində
Ədəbiyyat: Elif Dağlı, Fazilet Karakoç “Çocuk göyüs hastalıkları” səh. 84
869) Bronx təhrikedici testləri kimlərə tətbiq edilməlidir?
A) Bütün bronxial astmalı xəstələrə

B) Astmaya bənzər əlamətləri olmasına baxmayaraq, müayinə və XTF göstəriciləri ilə diaqnozu dəqiqləşdirilə bilinməyənlərə

C) Bronx hiperreaktivliyi olmayanlara

D) Bronx hiperreaktivliyi olanlara

E) Sadalananların hamısı
Ədəbiyyat: Elif Dağlı, Fazilet Karakoç “Çocuk göyüs hastalıkları” səh. 85
870) BA ağırlıq dərəcəsinin müəyyən edilməsində hansı xüsusiyyətlər nəzərə alınmır?
A) 2 aqonistlərə ehtiyac

B) Simptomların tezliyi

C) Simptomların tezliyi Qanda İgE-nin səviyyəsi

D) Simptomların ağırlıq dərəcəsi

E) Xarici tənəffüs funksiyasının azalma dərəcəsinə
Ədəbiyyat: Midletons allergi, 2009, səh. 1351
871) İltihab cavabı birindən başqa hamısına təkan verir:
A) Ağrı

B) Kapillarların genişlənməsi

C) Qaşıntı

D) Tənəffüs yollarının konstriksiyası

E) Seliyin inhibisiyası
Ədəbiyyat: http://highered.mcgrawhill.com/sites/0072507470/student_view0/chapter22/animation__ige_mediated__type_1__hypersensitivity__quiz_2_.html
872) Hiperhəssaslıq reaksiyası:
A) İmmun sistemi xəstəlikləri olan şəxslərdə əmələ gəlir

B) Antigenin ikinci ya sonrakı təsiri zamanı əmələ gəlir

C) Antigenin birinci təsiri zamanı əmələ gəlir

D) Yalnız bronxial astma xəstələrində əmələ gəlir

E) Yalnız uşaqlarda əmələ gəlir
Ədəbiyyat: http://highered.mcgrawhill.com/sites/0072507470/student_view0/chapter22/animation__ige_mediated__type_1__hypersensitivity__quiz_2_.html


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin