Allerqologiya 1 Allerqoloji kabinetdə mütləq nə olmalıdır?


) Südün istifadəsindən sonra uşağı qarında köp, ağrı, və diareya narahat edir. Xəstədə nədir?



Yüklə 1,64 Mb.
səhifə16/18
tarix16.02.2017
ölçüsü1,64 Mb.
#9088
1   ...   10   11   12   13   14   15   16   17   18

1002) Südün istifadəsindən sonra uşağı qarında köp, ağrı, və diareya narahat edir. Xəstədə nədir?
A) Südə qarşı allergiya

B) Enterokolit

C) Laktozaya qarşı dözülməzlik

D) Saxarozaya qarşı dözülməzlik

E) Helmintoz
Ədəbiyyat: Guidelines on diagnosis and therapy of food allergy in USA
1003) Pasiyentin qanında bəzi qidalara qarşı (şokolad, sitruslar) allergenspesifik İgE-lər aşkar olunur, amma həmin qidaların istifadəsi kliniki əlamətlər yaratmır. Pasiyentdə nədir?
A) Qluten xəstəliyi

B) Qida dözülməzliyi

C) Qida allergiyası

D) Allergik sensibilizasiya

E) Enterokolit
Ədəbiyyat: Guidelines on diagnosis and therapy of food allergy in USA
1004) Anafilkasiyada xəstəyə yardım göstərən zaman xəstənin vəziyyəti necə olmalıdır?
A) Anafilkasiyada təcili yardım göstərərkən xəstənin vəziyyətinin əhəmiyyəti yoxdur

B) Xəstəni uzandırmaq olmaz

C) Xəstə düz yerdə yastıqsız uzandırılmalıdır

D) Xəstə oturmalıdır

E) Xəstə uzanıb, ayaqlar qaldırılıb
Ədəbiyyat: Guidelines on diagnosis and therapy of food allergy in USA
1005) Planlı qaydada göz damcısı formasında ß-blokator istifadə edən xəstədə anafilaksiya baş verib. Xəstəyə adrenalin necə təsir edəcək?
A) Göz damcısı şəklində ß-blokator istifadəsi adrenalinin təsirini gücləndirir

B) ß-blokatorların adrenalinlə əlaqəsi yoxdur

C) Adrenalin kömək etməyə bilər

D) Göz damcısı şəklində ß-blokator istifadəsi adrenalinin təsirini dəyişdirmir

E) Belə xəstələrə anafilaksiyada dimedrol yeridilməlidir
Ədəbiyyat: Guidelines on diagnosis and therapy of food allergy in USA, s. 63
1006) Anafilaksiyada antihistamin preparatlar nəyə təsir göstərir?
A) Stridora

B) Mədə-bağırsaq simptomlarına

C) Təngnəfəsliyə

D) Heç birinə

E) Şoka
Ədəbiyyat: Guidelines on diagnosis and therapy of food allergy in USA, s. 63
1007) Son il ərzində, 12 yaşlı oğlanda bir neçə epizod əllərin və ayaqların şişkinliyi olub, getdikcə pisləşir. Bu epizodlar fiziki məşğələdən və stressdən sonra əmələ gəlir, 2-3 gün davam edir, və öz-özünə keçib gedir. Son epizod abdominal ağrı, qusma, diareya ilə müşayiət olunub. Rutin laborator analizlər normal. Xəstənin böyük bacısı və dayısında eyni əlamətlər qeyd olunur, amma onlara diaqnoz qoyulmayıb.Diaqnoz nədir?
A) Şeynleyn-Henox purpurası

B) Fokal qlomeruloskleroz

C) İrsi angionevrotik ödem

D) Qırmızı qurd eşənəyi

E) Anadangəlmə nefrotik sindrom
Ədəbiyyat: Ədəbiyyat
1008) Salbutamol hansı dərman qrupuna aiddir?
A) Beta-2 aqonistlərə

B) Xolinergik aqonistlərə

C) Antixolinergik

D) Beta-1 aqonistlərə

E) Beta-1 blokatorlara
Ədəbiyyat: USMLE STEP 2 QUİZ
1009) “Badamcıqlar” deyəndə hansı badamcıqlar nəzərdə tutulur?
A) Linqval badamcıqlar

B) Damaq badamcıqları

C) Faringeal (udlaq) badamcıqları

D) Dalaq badamcıqları

E) Pilorik badamcıqlar
Ədəbiyyat: http://highered.mcgraw-hill.com/sites/0072507470/student_view0/chapter22/multiple_choice_quiz_2.html
1010) Aşağıdakılardan hansı limfa düyünlərinin aqreqasiya/toplandığı yer deyil?
A) Boyunda

B) Aksillar bölmədə (qoltuqaltı)

C) Qasıqda

D) Ürəyin ətrafında

E) Nazik bağırsaq ətrafında
Ədəbiyyat: http://highered.mcgraw-hill.com/sites/0072507470/student_view0/chapter22/multiple_choice_quiz_2.html
1011) Atopik dermatit xəstəliyinin birinci dövründə əsas morfoloji element hansıdır?
A) Urtika

B) Ekskoriasiya

C) Lixenifikasiya

D) Hiperemiya

E) Papula
Ədəbiyyat: “klinik allerqologiya və immunologiya”, prof. L.Allahverdiyeva, Bakı, 2010, səh.103
1012) Allergik rinitin əsas simptomları hansılardır?
A) periodik olaraq burunun bir tərəfinin tutulması

B) burunun ttutulması

C) rinoreya, asqırma, burun qaşınması, burun tutulması

D) burun qaşınması, burun tutulması, gecə öskürəyi

E) simptomların soyuqda əmələ gəlməsi
Ədəbiyyat: L.İ. Allahverdiyeva “Uşaqlarda allergik xəstəliklər” . Bakı, 2011, səh.18
1013) Allergik salyut” termini hansı xəstəliyin əlamətini xarakterizə edir?
A) allergik rinit

B) vazomator rinit

C) medikamentoz rinit

D) bronxial astma

E) atopik dermatit
Ədəbiyyat: «Аллергология и иммунология», национальное руководство. Р.М. Хаитов, 2009, ст. 399
1014) 1-10 yaşı olan uşaqlarda arterial təzyiqin hansı göstəriciləri anafilaktik şok haqqında düşündürür?
A) Sistolik təzyiqin < 70 mm c süt olması

B) Sistolik təzyiqin 120 mm c süt qədər enməsi

C) Bu yaşda olan uşaqlarda anafilaktik şok zamanı sistolik təzyiqdə heç bir dəyişikliklər qeyd olunmur

D) Sistolik təzyiqin < 90 mm c süt qədər enmesi

E) Sistolik təzyiqin < 70 mm c süt + 2n, n-yaş göstəricisi
Ədəbiyyat: Guidelines on diagnosis and therapy of food allergy in USA, 2010
1015) 11-17 yaşı olan uşaqlarda arterial təzyiqin hansı göstəriciləri anafilaktik şok haqqında düşündürür?
A) Sistolik təzyiqin < 90 mm c süt qədər enməsi

B) Sistolik təzyiqin < 70 mm c süt olması

C) Sistolik təzyiqin 120 mm c süt qədər enməsi

D) Sistolik təzyiqin < 70 mm c süt + 2n, n-yaş göstəricisi

E) Bu yaşda olan uşaqlarda anafilaktik şok zamanı sistolik təzyiqdə heç bir dəyişikliklər qeyd olunmur
Ədəbiyyat: Guidelines on diagnosis and therapy of food allergy in USA, 2010
1016) Anafilaktik şok zamanı uşaqlarda adrenalinin birdəfəlik ə/d yeridilmə dozası hansıdır?
A) 0.05 mq/kq

B) .01 mq/kq

C) 0.1 mq/kq0

D) 0.3 mq/kq

E) 0.03 mq/kq
Ədəbiyyat: Middleton’s “Allergy Principles&Practise”, 2003, səh. 1516
1017) Anafilaktik şok zamanı böyüklərdə adrenalinin birdəfəlik ə/d yeridilmə dozası hansıdır?
A) 0.1-0.3mq

B) 1-3 mq

C) 0.5-0.7 mq

D) 0.05-0.1mq

E) 3-0.5 mq
Ədəbiyyat: Middleton’s “Allergy Principles&Practise”, 2003, səh. 1516
1018) Bronxial astması olan xəstə hipertoniyadan,aritmiyadan əziyyət çəkirsə hansı preparatın verilməsi məqsədə uyğundur?
A) propranolol

B) bisoprolol

C) verapamil

D) lizinopril

E) raunatin
Ədəbiyyat: “Klinik allerqologiya və immunologiya” Prof.L.Allahverdiyeva
1019) Bronxial astmanın ağır kəskinləşməsində xəstədə paradoksal nəbzin olması hansıdır?
A) 9 mm c. s.

B) 15 mm c. s.

C) 2 mm c. s.

D) Astmada paradoksal nəbzin əhəmiyyəti yoxdur

E) 5 mm c. s.
Ədəbiyyat: GİNA 2012
1020) Sistem qlukokortikoidlərin yan təsirlərinə hansı aid deyil?
A) Katarakta

B) Piylənmə

C) Dəridə qançıllarım olması

D) Skelet əzələlərin tremoru

E) Psixoz
Ədəbiyyat: GİNA 2012
1021) Astmanın ağır kəsikinləşməsində tənəffüs çatmamazlığını işarə edən qarının paradoksal tənəffüs hərəkəti nədir?
A) Qarın tənəffüsdə iştirak etmir

B) Qarın nəfəsvermə zamanı bayıra doğru gedir

C) Qarın nəfəsvermə zamanı içəriyə doğru gedir

D) Qarın nəfəsalma zamanı içəriyə doğru gedir

E) Qarının paradoksal hərəkəti obstruktiv xəstəliklərdə önəmli deyil
Ədəbiyyat: GİNA, http://www.medscape.com/viewarticle/712242_2
1022) Astmalı xəstələrdə göz damcısı şəkildə beta-blokatorların istifadəsi necə təsir edəcək?
A) Sadalananların hamısı

B) Heç bir təsiri olmayacaq

C) Yalnız yerli təsir göstərir, bronxlara təsir etməyəcək

D) Taxikardiya verə bilər

E) Bronxospazma səbəb ola ilər
Ədəbiyyat: GİNA
1023) Qida məhsullarının tərkibində konservant kimi istifadə olunan sulfitlər birindən başqa hamısında mövcuddur:
A) Krevetka

B) Qurudulmuş meyvələr

C) Kartof yarımfabrikatları

D) Qəhvə (кофе)

E) Pivə və çaxır
Ədəbiyyat: GİNA
1024) 5 yaş və daha az olan uşaqlarda təkrarlanan “wheezinq”ın (fitlər) səbəbləri birindən başqa hamısı ola bilər:
A) ikincili emfizema

B) pronxopulmonal displaziya

C) yad cismin aspirasiyası

D) anadangəlmə ürək qüsuru

E) xroniki rinosinusut
Ədəbiyyat: GİNA-2007
1025) Atopik dermatitdə immunoloji reaksiyanın əsasən hansı növü durur?
A) T-dən asılı reaksiya

B) İmmunokompleks reaksiyaları

C) Sitotoksik reaksiya

D) Autoallergik reaksiyalar

E) İgE-vasitəli sürətli reaksiya
Ədəbiyyat: Mənbə: Klinik allerqologiya və immunologiya. Prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə. Bakı 2010. Səh. 101-110.
1026) Limfatik damarın strukturu ən çox nəyə bənzəyir?
A) Arteriyaya

B) Arteriola

C) Kapillara

D) Heç birinə

E) Venaya
Ədəbiyyat: http://highered.mcgraw-hill.com/sites/0072507470/student_view0/chapter22/multiple_choice_quiz_1.html#quest2
1027) Xroniki övrə hansı xəstliklərdə yarana bilər ?
A) Autoimmun xəstəliklərdə

B) Hamısında

C) Disparaproteinemiyalarda ( Şnitsler sindromu)

D) Endokrin patologiyada

E) Şişlərdə (Xodjkin limfoması, leykoz, daxili üzvlərin karsinoması)
Ədəbiyyat: Ədəbiyyat
1028) Qan qrupu AB olan şəxslərin/də:
A) Eritrositlərində A antigen, zərdablarında anti-B anticismlər var

B) a və b

C) Zərdabında həm anti-A, həm də anti-B anticismlər mövcuddur

D) Sadalananlardan heç biri

E) Eritrositlərində həm A, həm də B tipli antigenlər mövcuddur
Ədəbiyyat: http://highered.mcgraw-hill.com/sites/0072507470/student_view0/chapter22/animation__cytotoxic__type_ii_hypersensitivity_.html
1029) Aşağıdakılardan hansı 25 kq-dan çox olan uşaqlarda və böyüklərdə epinefrin autoinjektorunun optimal dozasıdır?
A) Bir dozada 0.15 mq

B) Bir dozada 0.01 mq

C) Bir dozada 0.015 mq

D) Bir dozada 0.1 mq

E) Bir dozada 0.3 mq
Ədəbiyyat: L.İ.Allahverdiyeva, G.P.Əhmədova, N.A.Ələkbərova, Anafilaktik şok ( metodik vəsait ), 2014, səh. 28
1030) Anafilaktik şok zamanı adrenalin bədənin hansı nahiyyəsinə yeridilməlidir?
A) Bud nahiyyəsinin aşağı 1/3 hissəsinin arxa-yan səthinə ə/d

B) Bud nahiyyəsinin yuxarı 1/3 hissəsinin ön-yan səthinə ə/d

C) Bazu nahiyyəsinin aşağı 1/3 hissəsinin ön-yan səthinə d/a

D) Bud nahiyyəsinin aşağı 1/3 hissəsinin ön-yan səthinə ə/d

E) Bazu nahiyyəsinin yuxarı 1/3 hissəsinin ön-yan səthinə d/a
Ədəbiyyat: L.İ.Allahverdiyeva, G.P.Əhmədova, N.A.Ələkbərova, Anafilaktik şok ( metodik vəsait ), 2014, səh. 21
1031) 37-yaşlı xəstə öskürək şikayəti ilə həkimə gəlib. Öskürək 3 ay əvvəl başlanıb, hazırda xəstəni rahatsız edir. Öskürək bəlğəmsizdir və gecələr, bir də fiziki məşqlərdən sonra, pisləşir. Xəstə oturaq həyat tərzi keçirir,amma yaxında məşqlərə başlayıb, piyada tez-tez gəzmələrlə. Qeyd edir ki, fiziki məşqlərdə çətinlik çəkir.- təngnəfəslik həmişəkindən tez başlayır, və çoxlu öskürür. Hərarətin artması, bəlğəmdə qan izləri, ya çəkinin azalmasını qeyd etmir. Burunda tutqunluq ya baş ağrıları olmayıb.Siqaret çəkmir,anamnezində heç bir önəmli xəstəlik olmayıb. Müayinədə AT 134/78 mm c.s.,ağciyərlər auskultasiyada hər iki tərəfdən təmiz, forsirə edilmiş nəfəs vermədə tək-tək ekspirator fitləri istisna etməklə. Döş qəfəsi rentgenoqramı normaldır. Xəstədə ən ehtimal edilən diaqnoz nədir?
A) Ağciyər xərçəngi

B) Ürək astması

C) XOAX

D) Bronxoektaziya



E) Bronxial astma
Ədəbiyyat: CASE FILES: Internal medicine third edition. Eugene C. Toy, John T.Patlan. Copyright © 2009. Case 35.
1032) IV tip hiperhəssaslığa görə dəri zədələnməsi nə zaman görünür?
A) Antigenin ilk təsirindən 24 saat sonra

B) Antigenin ilk təsirindən 48-72 saat sonra

C) Sadalananların heç birisi

D) Antigenin təkrar təsirindən 24 saat sonra

E) Antigenin təkrar təsirindən 3 həftə sonra
Ədəbiyyat: http://highered.mcgraw-hill.com/sites/0072507470/student_view0/chapter22/animation__delayed__type_iv__hypersensitivity.html
1033) BA-nın tutmasının aradan qaldırılması üçün tövsiyyə olunan hansıdır?
A) Kalsium antaqonistləri

B) Salmeterol

C) Fenoterol

D) Sadalananların heç birisi

E) İntal
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh. 69
1034) Bradikardiya ilə müşayət olunan anafilaktik şok zamanı hansı dərman preparatı istifadə olunur?
A) Anaprilin

B) Sadalanların heç biri

C) Atenolo

D) Prednizolon

E) Atropin
Ədəbiyyat: L.İ.Allahverdiyeva, G.P.Əhmədova, N.A.Ələkbərova, Anafilaktik şok ( metodik vəsait ), 2014, səh. 20
1035) Aşağıda göstərilən dərman preparatlarından hansılar anafilaksiya zamanı adrenalinin yeridilməsinə baxmayaraq refrakter hipotoniyanın olmasının səbəbi ola bilər?
A) Sadalanların heç biri

B) H1-blokatorları

C) b-adrenoblokatorları

D) Qlükaqon

E) Qlukokortikosteroidlər
Ədəbiyyat: Middleton’s “Allergy Principles&Practise”, 2003, səh. 151
1036) Aşağıdakılardan hansı atelektazlara aid deyil?
A) Ağrı, təngnəfəslik, sianoz qeyd olunur

B) Sadalananların hamısı

C) Xroniki öskürək, pis qoxulu bəlğəm qeyd olunur

D) Çox vaxt cərrahi əməliyyatdan sonrakı ağırlaşmadır

E) Bronxial obstruksiya səbəbindən havasız sahələr olur
Ədəbiyyat: USMLE STEP 2 QUİZ
1037) Anafilaktoid reaksiyalar anafilaktik reaksiyalardan nə ilə fərqlənir?
A) Anafilaktoid reaksiyalar dərmanın ilk qəbulunda baş verə bilər

B) Anafilaktoid reaksiyalarda tosqun hüceyrələr deqranulasiya olmur

C) Anafilaktoid reaksiyalar Kvinke ödemi ilə təzahür etmir

D) Anafilaktoid reaksiyalar bronxospazmla təzahür etmir

E) Anafilaktoid reaksiyalar övrə ilə təzahür etmir
Ədəbiyyat: Секреты аллергологии и иммунологии, Стэнли М. Нагуа, М. Эрик Гершвин. Москва, 2004, s. 214
1038) Limfa düyünləri qruplaşmış şəkildə bütün bədəndə rast gəlir, birindən başqa:
A) Ağciyərlərdə

B) Sadalananların heç biri

C) Mərkəzi sinir sistemdə

D) Mezenterial

E) Qasıq nahiyəsinin birləşdirici toxumasında
Ədəbiyyat: http://highered.mcgraw-hill.com/sites/0072507470/student_view0/chapter22/multiple_choice_quiz_1.html
1039) Medikamentoz rinitin əsas müalicəsi
A) Nazal kortikosteroidlər

B) Kromonlar

C) Duz məhlulları

D) Sistem kortikosteroidlər

E) Antileykotriyenlər
Ədəbiyyat: Секреты аллергологии и иммунологии, Стэнли М. Нагуа, М. Эрик Гершвин. Москва, 2004, s. 113
1040) Hipo və anosmiyanın əsas səbəbləri?
A) Allergik rinit

B) Medikamentoz rinit

C) Burun çəpərinin əyriliyi

D) Vazomotor rinit

E) Sinusitlər və burun polipləri
Ədəbiyyat: Секреты аллергологии и иммунологии, Стэнли М. Нагуа, М. Эрик Гершвин. Москва, 2004, s. 113
1041) Timus vəzi hansı şəxsdə ən böyük olacaq?
A) 45-yaşlıda

B) Üçüncü trimestrdə olan döldə

C) 25-yaşlıda

D) 12-yaşlıda

E) İki-yaşlıda
Ədəbiyyat: http://highered.mcgraw-hill.com/sites/0072507470/student_view0/chapter22/multiple_choice_quiz_1.html
1042) İkincili soyuqluq övrənin səbəbi aşağıdakılardan hansı ola bilər?
A) Hipotireoz

B) Allergik rinit

C) Sinusit

D) Astma


E) Emosional gərginlik
Ədəbiyyat: Секреты аллергологии и иммунологии, Стэнли М. Нагуа, М. Эрик Гершвин. Москва, 2004, s. 119
1043) Atopik dermatit əsas hansı yaş dövründə rast gəlinir?
A) Yaşlı

B) Cavan


C) Bütün yaş dövrlərində

D) Həyatın ilk ayları və illərində

E) Yetkin
Ədəbiyyat: Mənbə: Klinik allerqologiya və immunologiya. Prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə. Bakı 2010. Səh. 101-110.
1044) Ana südünün tərkibində miqdarı ən çox olan immunoqlobulin:
A) İgM

B) Ge


C) Zərdab İgA

D) Sekretor İgA

E) İgG
Ədəbiyyat: Иммунология и микробиология, с. 301
1045) Ana südünün pasterizasiyası (630 C 30 dəqiqə ərzində) nə ilə nəticələnir?
A) Ana südünün tərkibində olan lizosimin miqdarı artır

B) Sadalananların heç biri düz deyil

C) İmmunoqlobulinlərin aktivliyi itir

D) Ana südünün tərkibində olan komplement aktivlənir

E) Heç bir dəyişiklik olmur
Ədəbiyyat: Иммунология и микробиология, с. 302
1046) Vazomotor rinitlərə aid birindən başqa hamısı düzgündür:
A) dəri sınaqları müsbət olur

B) qanda spesifik İgE miqdarı normaldır

C) vazomotor rinitlərdə nazal təhrikedici testlər mənfi olur

D) vazomotor rinitlərdə qanda ümumi İgE miqdarı normaldır

E) yetkin yaşda başlanır
Ədəbiyyat: Xaitov,2002, s. 222
1047) Anticismlər:
A) Qeyd olunanların hamısı yanlışdır

B) Qamma qlobulin proteinləridir

C) Plazmatik hüceyrələrdir

D) B- limfositlərdi

E) T- limfositlərdi
Ədəbiyyat: http://highered.mcgraw-hill.com/sites/0072507470/student_view0/chapter22/multiple_choice_quiz_1.html

1048) Diaskopiya nədir?
A) Şüşə şpatellə və ya linza ilə dərinin basılması

B) Dəridən yaxmanın götürülməsi

C) Dərinin qaşınması vasitəsi ilə qabıqların ayrılması

D) Dəriyə ümumi baxışın keçirilməsi

E) Dermoqrafizm növünün təyini
Ədəbiyyat: Ədəbiyyat: Д. К. Новиков «Клиническая аллергология» 1991г.
1049) Diaskopiya üsulu ilə nəyi təyin etmək olar?
A) Dərinin qanla təchizatının xüsusiyyətlərini müəyyən edir

B) Bu üsul qabıq altında suluqlar aşkar edir

C) Dərinin vegetativ innervasiyasının xüsusiyyətlərini təyin edir

D) Dərinin qabıqlanma xüsusiyyətini təyin edir

E) Bu üsul eritemanı hemorragik səpgidən ayırmağa imkan verir
Ədəbiyyat: Ədəbiyyat: Д. К. Новиков «Клиническая аллергология» 1991г.
1050) Ekzantemaya nə aiddir?
A) Vezikula

B) Sadalananların hamısı

C) Urtika

D) Papula

E) Makula
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
1051) Bronxial astma xəstələrində spirometriyada əsasən hansı göstərici azalır?

A) 1-ci saniyədə verilən güclənmiş nəfəs (FEV1)

B) Tənəffüs həcmi

C) Sadalananların hamısı

D) Qalıq həcm

E) Ağciyərın həyat tutumu


Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
1052) Provokasion (təxribat) testlərə hansı aid deyil?
A) Peroral test

B) Nazal test

C) Eliminasion test

D) Soyuq testi

E) İnhalasion test
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
1053) Allergik rinitin diaqnostikasında ən dəqiq diaqnostik üsul hansıdır?
A) Qanda ümumi İgE-nin yüksəlməsi

B) Qanda hipereozinofiliya

C) Qanda spesifik İgE-lənin yüksəlməsi

D) Allergenlərlə dəri sınaqları

E) Spirometriya
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
1054) Dəri allergik testinin aparılmasına əks göstəriş hansıdır?
A) QİÇS

B) Kəskin respirator infeksiyalar

C) Bədxassəli yenitörəmələr

D) Sadalananların hamısı

E) Dermatomiozit
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
1055) Dəri allergik testlər aparılarkən yalançı müsbət nəticə hansı hal(lar)da müşahidə edilir?
A) Sadalananların hamısı

B) Azyaşlı uşaqlarda

C) Neyroendokrin sistemin xəstəlikləri olduqda

D) Urtikar dermoqrafizmdə

E) Sistem allergik reaksiyadan 3-4 həftə sonra
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
1056) Dəri allergik testlər aparılarkən yalançı mənfi nəticə hansı hal(lar)da müşahidə edilir?
A) Allergenlərin saxlanma qaydası pozulduqda

B) Antihistamin preparatları fonunda

C) Yaşlı insanlarda

D) Kortikosderoidlər qəbul edərkən

E) Sadalananların hamısı
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
1057) Allerqometrik titrləmə nə üçün aparılır?
A) İndividual həssaslığı və allergen-spesifik immunoterapiya aparmaq üçün allergenin ilkin dozasını təyin etmək üçün

B) İndividual həssaslığı və allergen-spesifik immunoterapiya aparmaq üçün allergeni aşkarlamaq üçün

C) Sadalananların hamısı

D) İndividual həssaslığı və yalançı müsbət reaksiyaları aşkarlamaq üçün

E) İndividual həssaslığı və yalançı mənfi reaksiyaları aşkarlamaq üçün
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
1058) Allerqometrik titrləmə nə ilə aparılır?
A) Histaminin müxtəlif konsentrasiyaları və test-nəzarət maye ilə

B) Histamin, müxtəlif allergenlər və test-nəzarət maye ilə

C) Histamin, allergenin müxtəlif konsentrasiyaları və test-nəzarət maye ilə

D) Allergenin müxtəlif konsentrasiyaları ilə

E) Histaminin müxtəlif konsentrasiyaları ilə
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
1059) Spirometriyadan əvvəl seretid ya simbikort qəbulu neçə saat əvvəl kəsilməlidir?

A) 6 saat

B) 24 saat

C) Dərman qəbulunu dayandırmağa ehtiyac yox

D) 10 saat

E) 1 saat


Ədəbiyyat: : Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 21
1060) Metaxolinlə bronx təxribat testi nə zaman müsbət sayılır?
A) Tiffno indeksi metaxolin inhalyasiyasından sonra 20% artır

B) Ağciyərin həyat tutumu metaxolin inhalyasiyasından sonra 20%-dən çox artırr

C) Ağciyərin həyat tutumu metaxolin inhalyasiyasından sonra 20% azalır

D) 1-ci saniyədə verilən gücləndirilmiş nəfəsin həcmi metaxolin inhalyasiyasından sonra 15 % ya daha çox azalır

E) Restriktiv dəyişikliklər olur
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г. s. 23
1061) Hansı parazitar infeksiya anafilaktik şok səbəbi ola bilər?
A) Enterobioz

B) Trixosefalyoz

C) Lyamblioz

D) Exinokokkoz

E) Askaridoz
Ədəbiyyat: Ədəbiyyat: Д. К. Новиков «Клиническая аллергология» 1991г.
1062) Allergik rinitdə patoloji prosesin xarakteri hansıdır?
A) İrinli-nekrotik

B) Sadalananların hamısı

C) Nekrotik

D) Kataral

E) İrinli
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
1063) Atopik dermatit xəstəliyində dəridə nə zaman pustula müşahidə olunur?
A) Kəskin dövrdə

B) Remissiya fazasında

C) İkincili infeksiya qoşulanda

D) Ümumiyyətlə müşahidə olunmur

E) Daimi müşahidə olunur
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
1064) Atopik dermatit xəstəliyində dəridə nə zaman vezikulalar müşahidə olunur?
A) Remissiya fazasında

B) Kəskin dövrdə

C) Daimi müşahidə olunur

D) İkincili infeksiya qoşulanda

E) Ümumiyyətlə müşahidə olunmur
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin