Allerqologiya 1 Allerqoloji kabinetdə mütləq nə olmalıdır?


) Hansı xüsusiyyyətinə görə I nəsil antihistamin preparatları BA-ya əks göstərişdir?



Yüklə 1,64 Mb.
səhifə14/18
tarix16.02.2017
ölçüsü1,64 Mb.
#9088
1   ...   10   11   12   13   14   15   16   17   18

873) Hansı xüsusiyyyətinə görə I nəsil antihistamin preparatları BA-ya əks göstərişdir?
A) Bəlğəmi qatılaşdırmasına

B) Antixolinergik xüsusiyyətinə görə

C) Hava yolu selikli qişasını qurutmasına

D) Sadalananların heç biri

E) Qeyd olunan xüsusiyyətlərin hamısına görə
Ədəbiyyat: Midletons allergi, 2009, səh. 1535
874) Qeyd olunan hansı qlükokortikosteroidlərin inhalə forması yoxdur?
A) Budesonid

B) Flutikazon propionat

C) Mometazon furoat

D) Metilprednizolon

E) Flunisolid
Ədəbiyyat: Midletons allergi, 2009, səh. 1577
875) Hansı, inhalə qlükokortikosteroidlərin yerli təsirinə aid deyil
A) Səsin xırıltılı olması

B) Oral kandidoz

C) Səsin xırıltılı olması hətta afoniya

D) Dişlərin kariyesi

E) Ağız selikli qışasının kandidozu
Ədəbiyyat: Prof. Dr.A.Fuat Kalyonçu, “Çocuk ve erişkinde astım ve allerji hastalıkları”, 2010, səh. 249
876) Yenidoğulmuş və körpələrdə həqiqi qida allergiyasının formalaşmasına şərait yaradan amillər hansıdır?
A) İgA-nın müvəqqəti defisiti

B) Bağırsağa həddən çox antigen təsiri

C) Atopik status

D) Sadalananların hamısı

E) Virus infeksiyasının immunosupessiv təsiri
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh. 88
877) 2 adrenergik aqonistlərin qeyri bronxodilatator təsirlərinə aşağıdakılardan hansı aiddir?
A) Mikrovaskulyar keçiricili azaldır

B) Mukosiliar klirensi artırır

C) Respirator epiteli bakteriyalardan müdafiə edir

D) Sadalananların hamısı

E) Mediator sintezini inhibə edir
Ədəbiyyat: Midletons allergi, 2009, səh. 1492
878) 2 adrenergik aqonistlərin farmokoloji aktivlikləri ilə əlaqədar yan təsirlərinə hansı aid deyil?
A) Paradoksal bronxokonstriksiya və bronxodilatator desensitizasiya

B) QT intervalının uzanması, aritmiya

C) Taxikardiya

D) Tremor

E) Hiperqlikemiya
Ədəbiyyat: Midletons allergi, 2009, səh. 1494
879) Aşağıdakılardan hansı dərman allergiyasının inkişafına meyl yaradan faktorlara aid deyil?
A) Dərmanların istifadə vaxtı (axşamlar daha çox baş verir)

B) Dərmanın verilmə sıxlığı

C) Dərmanların verilmə yolu (daha çox dəri altı və v/d istifadə zamanı)

D) Dərmanlardan istifadə tezliyi

E) Qəbul edilən dərmanın yüksək molekulyar çəkiyə malik olması
Ədəbiyyat: A. Fuat Kalyonçu "Allerji hastalıklarında yeni ufuklar", səh.143
880) Dərman allergiyasının yaranmasında xəstənin hansı xüsusiyyəti rol oynamır?
A) Genetik meyl

B) Yaş (böyüklərdə daha çox, uşaqlarda az)

C) Cinsiyyəti (qadınlarda daha çox)

D) Xəstənin bədən ölçüləri

E) Yanaşı gedən xəstəliklər
Ədəbiyyat: A. Fuat Kalyonçu "Allerji hastalıklarında yeni ufuklar", səh.144
881) Dərmana qarşı yaranan hansı klinik əlamət Gell Kumbs təsnifatına görə I tip üzrə inkişaf edir?
A) Anafilaktik şok

B) Trombositopeniya

C) Layella sindromu

D) Serum xəstəliyi

E) Anemiya
Ədəbiyyat: A. Fuat Kalyonçu "Allerji hastalıklarında yeni ufuklar", səh.144
882) Atopik dermatit xəstəliyinin üçüncü dövründə əsas morfoloji element hansıdır?
A) Vezikula

B) Hiperemiya

C) Papula

D) Lixenifikasiya

E) Urtika
Ədəbiyyat: “Klinik allerqologiya və immunologiya”, prof. L.Allahverdiyeva, Bakı, 2010, səh.104
883) P.Cell və R.Kumbsa görə atopik dermatit hansı tiplə gedir?
A) İmmunkompleks tiplə

B) Ləng tipli yüksək həssaslıqla

C) Yüksək həssaslığın stimuləedici tipilə

D) Reagin tiplə

E) Sitotoksik tiplə
Ədəbiyyat: “Klinik allerqologiya və immunologiya”, prof. L.Allahverdiyeva, Bakı, 2010, səh.103
884) Övrə zamanı birincili dəri elementləri itdikdən sonra nə qalır?
A) Hipopiqmentasiya

B) Nekroz

C) Hiperpiqmentasiya

D) Dəyişikliklər olmur

E) Lixenifikasiya
Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильинa «Аллергология. Клинические рекомендации» 2008г
885) Anafilaksiyada, ə/d adrenalinin yeridilməsinə baxmayaraq, xəstədə hipotenziya, ortostaz davam edirsə, ən yaxşı növbəti addım hansıdır?
A) Fizioloji məhlulun venadaxili yeridilməsi

B) Poliqlukinin venadaxili yeridilməsi

C) 40%-li qlükozanın venadaxili yeridilməsi

D) 5%-li qlükozanın venadaxili yeridilməsi

E) Laktat-Ringer venadaxili yeridilməsi
Ədəbiyyat: Up-to-date, 2013
886) Allergik Kvinke ödeminin reqressiyasından sonra dəridə nə qalır?
A) Hər hansı bir dəyişiklik olmur

B) Lixenifikasiya.

C) Hiperpiqmentasiya

D) Dərinin atrofiyası

E) Hipopiqmentasiya
Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Аллергология. Клинические рекомендации» 2008г.
887) Hansı əlamət qida allergiyasının tipik dəri ifadələrinə xas deyil?
A) Dərinin quruluğu və atrofiyası

B) Dəri qaşınması

C) Dəri qızarması

D) Övrə


E) Qızılcaya bənzər səpkilər
Ədəbiyyat: Под ред. Р. М. Хаитова «Клинические рекомендации. Аллергология» 2006 г.
888) Allergik kontakt dermatitin diaqnostikasında hansı testlərdən istifadə olunur?
A) Applikasiya testi

B) Skarifikasiya testi

C) Göstərilən bütün testlər

D) Dəridaxili test

E) Prick-test
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Пробы для диагностики лекарственной аллергии» 2005 г.
889) Uşaqlarda ən güclü qida allergeni hansıdır?
A) Kələm

B) İnək südü

C) Pomidor

D) Kartof

E) Limon
Ədəbiyyat: “Klinik allerqologiya və immunologiya”, prof. L.Allahverdiyeva, Bakı, 2010, səh.77
890) Qida allergiyası daha tez-tez hansı yaşlarda rast gəlinir?
A) Yaşlı

B) Həyatın ilk ayları və illərində

C) Cavan

D) Yetkin

E) Bütün yaş dövrlərində
Ədəbiyyat: “Klinik allerqologiya və immunologiya”, prof. L.Allahverdiyeva, Bakı, 2010, səh.76
891) Neytrofillər hansında iştirak edirlər?
A) Həm anadangəlmə, həm adaptiv (qazanılmış) immunitetdə

B) Yalnız adaptiv (qazanılmış) immunitetdə

C) Yalnız anadangəlmə immunitetdə

D) Sadalananların hamısı

E) Yalnız passiv immunitetdə
Ədəbiyyat: http://highered.mcgraw-hill.com/sites/0072507470/student_view0/chapter22/multiple_choice_quiz_2.html
892) Yalançı qida allergiyası əsil qida allergiyasından nə ilə fərqlənir?
A) Klinik təzahürləri ilə

B) İnkişaf mexanizmləri ilə

C) Klinik simptomların əmələgəlmə sürəti ilə

D) Reaksiyanı yaradan qida məhsulları ilə

E) Klinik təzahürləri yaradan mediatorlarla
Ədəbiyyat: “Klinik allerqologiya və immunologiya”, prof. L.Allahverdiyeva, Bakı, 2010, səh.88
893) Qida allergiyasında spesifik terapiyanın ən effektli üsulu hansıdır?
A) Parenteral allergenlərlə spesifik immunterapiya

B) Anti İgE anticisimlərin istifadəsi

C) Tam eliminasion pəhriz

D) Natrium kromoqlikatın (nalkrom) istifadəsi

E) Peroral allergenlərlə spesifik immunterapiya
Ədəbiyyat: “Klinik allerqologiya və immunologiya”, prof. L.Allahverdiyeva, Bakı, 2010, səh.95
894) Bronxial astmanın bazis terapiyasına nə aiddir?
A) Montelukast

B) İnhaliasion qlükokortikosteroidlər

C) Bunların heç birisi

D) Bunların hamısı

E) Uzuntəsirli inhalyasion ß2-aqonistlər
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh. 52
895) Aspirin bronxial astması olan xəstəyə hansı dərmanı vermək olmaz?
A) Teofedrin

B) İntal


C) Qlükokortikosteroidlər

D) Montelukast

E) Zafirlukast
Ədəbiyyat: Р. М. Хаитов «Клинические рекомендации. Аллергология» 2006 г.
896) Aşağıdakılardan hansı anafilaktik şoka aiddir?
A) İldırımvari anafilaktik şok ən xoşxassəli formadır

B) Anafilaktik şok zamanı arterial təzyiqin yüksəlməsi qeyd olunur

C) Anafilaktik şok zamanı qan zərdabında -triptazanın normadan artıq yüksəlməsi qeyd olunur

D) Anafilaktik şok sürətli tip allergik reaksiyalara aiddir

E) Anafilaktik şok zamanı qlukokortikosteroidlər ilkin seçim preparatıdır
Ədəbiyyat: L.İ.Allahverdiyeva, G.P.Əhmədova, N.A.Ələkbərova, Anafilaktik şok ( metodik vəsait ), 2014, səh. 3
897) 44-yaşlı xəstə konservləşdirilmiş balıq yedikdən sonra subfebril hərarət, bədənində qaşınma, övrə əlamətləri, qarında gurultu hissi, diareya olmasından şikayətlənir. Qanın ümumi analizində: eoz-2% təşkil edir; ümumi Ig E miqdarı – norma daxilindədir. Anamnezində xroniki qastroduodenit qeyd olunur, allergik xəstəliklərin olmasını inkar edir. Düşündüyünüz ilkin diaqnoz:
A) Dizenteriya

B) Xroniki qastroduodenitin kəskinləşməsi

C) Anafilaktoid reaksiya

D) Qida allergiyası

E) Botulizm
Ədəbiyyat: Под ред. Р.М.Хаитова, Н.И.Ильиной «Аллергология и иммунология», национальное руководство, 2009 г., стр.560
898) Atopik dermatitin müalicəsi zamanı yerli istifadə olunan qlükokortikosteroid preparatlar hansı təsiri göstərmir?
A) İltihab əleyhinə təsir

B) Qaşınma əleyhinə təsir

C) Antiproliferativ təsir

D) Antiallergik təsir

E) İmmunostimulyator təsir
Ədəbiyyat: Под ред. Р. М. Хаитов Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
899) Allergik bronx-ağciyər aspergillozu hansı bronxial astma fonunda iştirak edir?
A) Aspirin BA

B) İnfeksiyadan asılı BA

C) Atopik BA

D) Fiziki gərginlik BA

E) Sadalananların heç birində
Ədəbiyyat: Аллергология и иммунология национавльное руководство. Гл. ред. Акад. РАН «РАМН Р.М. Хаитов, проф. Н.И.Ильина Москва «Ботар медиа 2009 səh.595.
900) Bronxial astma fonunda qanda İgE-nin miqdarının artması (> 1000 nq/ml) və proksimal bronxoektazların əmələ gəlməsi hansı xəstəlik üçün xarakterdir?
A) Sarkoidoz

B) Ekzogen allergik alveolit

C) Fibrozlaşan alveolit (Xammen-Riç sindromu

D) Allergik bronx-ağciyər asperqillozu

E) Leffler İ sindromu
Ədəbiyyat: Аллергология и иммунология национавльное руководство. Гл. ред. Акад. РАН «РАМН Р.М. Хаитов, проф. Н.И.Ильина Москва «Ботар медиа 2009 səh.596
901) Aşağıdakılardan hansı 25 kq qədər olan uşaqlarda epinefrin autoinjektorunun optimal dozasıdır?
A) Bir dozada 0.25 mq

B) Bir dozada 0.01 mq

C) Bir dozada 0.3 mq Bir dozada 0.15 mq

D) Bir dozada 0.3 mq

E) Bir dozada 0.015 mq
Ədəbiyyat: L.İ.Allahverdiyeva, G.P.Əhmədova, N.A.Ələkbərova, Anafilaktik şok ( metodik vəsait ), 2014, səh. 28
902) Anafilaktik şok zamanı xəstəyə hansı düzgün vəziyyət verilməlidir?
A) Xəstəyə oturaq vəziyyət verilməli

B) Xəstə qarnı üstə uzanmalı, ayaqları 30° bucaq altında qaldırılmalı

C) Xəstə ayaqüstə durmalıdır Xəstə arxası üstə uzanmalı, ayaqları 30° bucaq altında qaldırılmalı

D) Xəstə ayaqüstə durmalıdır

E) Xəstə hərəkət etməli
Ədəbiyyat: L.İ.Allahverdiyeva, G.P.Əhmədova, N.A.Ələkbərova, Anafilaktik şok ( metodik vəsait ), 2014, səh. 21
903) Ekzogen allergik alveolitin kəskin dövrünün müalicəsində ən təsirlisi hansıdır?
A) Sadalananların heç birisi

B) Sistem qlükokortikosteroidlər

C) Göbələk əleyhi dərmanlar (İtrakonazol, Amfotericin və s.)

D) Antihistaminlər vena daxilinə

E) İnhaliyasion qlükokortikosteroid
Ədəbiyyat: Р.М.Xаитов национальное руководство 2009, səh.588
904) Bronxial astma diaqnozunun qoyulması zamanı bronxial obstruksiyanın kəskinliyi və geriyə dönməsini qiymətləndirmək üçün seçim üsulu nədir?
A) Spirometriya (bronxodilatatorlarla sınaq)

B) Kompyuter tomoqrafiya

C) Qanda eozinofil kationik zülalın təyin olunması

D) Bronxoskopiya

E) Pikfloumetriya
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh. 35
905) Bronxial astma xəstələrinin vəziyyətinə nəzarət etmək üçün nədən istifadə edilir?
A) Pikfluometriya

B) Qanda spesifik İgE-nin dəyişməsinə nəzarət

C) Qanda ümumi İgE-nin səviyyəsinə nəzarət

D) Ağciyərlərin auskultasiyası

E) Gündəliyin yazılması
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh. 36
906) Vaksinasiya yolu ilə nə əldə olunur?
A) Passiv təbii immunitet

B) Aktiv süni immunitet

C) Aktiv təbii immunitet

D) Passiv süni immunitet

E) Passiv təbii və süni immunitet
Ədəbiyyat: http://highered.mcgraw-hill.com/sites/0072507470/student_view0/chapter22/multiple_choice_quiz_2.html
907) Bazis müalicəsindən əvvəl klinik əlamətlərə görə bronxial astmanın ağırlıq təsnifatına aid olmayan hansıdır?
A) İntermittə (fasiləli) BA

B) Astmatik status

C) Ağır persistəedici BA

D) Yüngül persistəedici BA

E) Orta ağır persistəedici BA
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh. 43-44
908) BA xəstələrində qripin profilaktikasi məqsədilə aparılan vaksinasiya hansı şəxslərə olmaz?
A) BA-nın remissiya dövründə olan xəstələrə

B) Anamnezində toyuq yumurtası zülalına allergiyası olan şəxslərə

C) 2-5 yaşında olan uşaqlar

D) 50 yaşdan yuxarı şəxslər

E) Sadalananların heç birisinə
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh. 73-74
909) Tərkibində təbii salisilatlar olan qida hansıdır?
A) Çiyələk

B) Sadalananların hamısı

C) Şaftalı

D) Ərik


E) Böyürtkən
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh. 86
910) Tərkibində təbii salisilatlar olmayan qida hansıdır?
A) Yemiş

B) Portağal

C) Sadalananların heç birisi

D) Kişmiş

E) Qarağat
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh. 86
911) Limfa limfatik damarlarlardan axır, çünki:
A) Ətrafdakı skelet əzələləri yığılır

B) Limfatik qapaqlar qapanır

C) Limfa düyünləri tərəfindən qovulur

D) Ürək yığılır

E) Qan damarlarlarında təzyiq dəyişilir
Ədəbiyyat: http://highered.mcgraw-hill.com/sites/0072507470/student_view0/chapter22/review_and_comprehension_quiz.html
912) Badamcıqlar:
A) Böyüklərdə ölçüləri böyüyür

B) Üç qrup limfatik düyünlərdən ibarətdir

C) Ağız boşluğunda yerləşir

D) Burun boşluğunda yerləşir

E) Sadalananların hamısı
Ədəbiyyat: http://highered.mcgraw-hill.com/sites/0072507470/student_view0/chapter22/review_and_comprehension_quiz.html
913) 8-yaşlı uşaqda hərarətin artması (yüksək deyil), artrit, qarında sancılı ağrılar, ayaqlarında purpuralı səpkilər. Laborator müayinələr nəcisdə qanın nəticəsi müsbət, sidikdə proteinuriya, eritrositar silindrlər, sidikdə trombositlərin miqdarı normaldır. Ən ehtimal edilən diaqnoz hansıdır?
A) Hemorragik vaskulit

B) Qırmızı qurd eşənəyi

C) Streptokokkdansonrakı qlomerulonefrit

D) Dərman allergiyası

E) İdiopatik trombositopenik purpura
Ədəbiyyat: Ədəbiyyat
914) Atopik dermatitdə morfoloji elementlərdən asılı olaraq hansı forma ayırd edilməyib?
A) Papulyoz

B) Pruriqoya bənzər

C) Lixenoid

D) Eksudativ

E) Eritema-skvamoz
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh. 103-104
915) İrsi və allergik Kvinke ödemlərinin oxşar cəhətləri hansıdır?
A) C1 –inhibitorunun miqdarı

B) Sadalananların heç birisi

C) Ümumi və spesifik İgE-nin səviyyəsi

D) Qanda eozinofiliya

E) C2 və C4 komponentlərin miqdarı
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh. 121
916) İrsi və allergik Kvinke ödemlərinin oxşar cəhətləri hansıdır?
A) ) C1 –inhibitorunun miqdarı

B) Lokalizasiya

C) İnkişaf dinamikası

D) Təhrikedici faktorlar

E) Sadalananların heç birisi
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh. 121
917) Anafilaktik şokun neçə klinik forması var?
A) 3

B) 5


C) 2

D) ) 1


E) 4
Ədəbiyyat: Р.М.Xаитов, Н.И.Ильин национальное руководство “Аллергология и иммунология” 2009, səh. 483
918) Aşağıda göstərilənlərdən hansı AŞ-un klinik formalarına aid deyil?
A) abdominal

B) abortiv

C) serebral

D) asfiksik

E) hemodinamik
Ədəbiyyat: Р.М.Xаитов, Н.И.Ильин национальное руководство “Аллергология и иммунология” 2009, səh. 483
919) AŞ-un ağırlıq dərəcəsi hansı göstəriciyə görə təyin edilir?
A) tənəffüs pozuntusunun təzahür dərəcəsinə görə

B) hemodinamik pozuntunun təzahür dərəcəsinə görə

C) qeyri-iradi sidik ifrazatına görə

D) Sadalananların hamısı

E) anafilaksiyanın inkişaf etmə sürətinə görə
Ədəbiyyat: Р.М.Xаитов, Н.И.Ильин национальное руководство “Аллергология и иммунология” 2009, səh. 485
920) Fiksasiya olunmuş dermatitlər nə ilə səciyyələnir?
A) Prosesin sönmə mərhələsində piqmentasiya olmaması ilə

B) Subyektiv əlamətlərlə müşayət olunması ilə

C) Səpkilərin yerində qabıqlanma olması ilə

D) Səpkilərin eyni nahiyyələrdə fiksasiya olunması ilə

E) Səpkilərin müxtəlif lokalizasiyasının olması ilə
Ədəbiyyat: Под ред. Р. М. Хаитов «Клиническая аллергология» 2002г.
921) Övrə zamanı dəri əlamətləri hansılardır?
A) Davamlı piqmentasiya

B) Urtikariya

C) Qabıqlanma

D) Çapıq


E) Qabıqlanma və piqmentasiya
Ədəbiyyat: В. Адо. «Аллергия» 1985 г.
922) Eritrodermiya hansı əlamətlərlə səciyyələnir?
A) Səpkilərin polimorfizmi

B) Dərinin parlaq hiperemiyası

C) Yüngül piqmentasiya

D) Pustulyoz səpkilərlə

E) Dərinin şişkinliyi
Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
923) AŞ zamanı ilk seçim preparatı aşağıdakılardan hansıdır?
A) salbutamol

B) tavegil

C) dimedrol

D) deksametazon

E) adrenalin
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh. 157
924) Aşağıdakılardan hansı immunokompleks tip allergik reaksiyalara aid deyil?
A) atopik bronxial astma

B) qlomerulonefrit

C) autoimmun patologiyalar

D) zərdab xəstəliyi

E) Artyus fenomeni
Ədəbiyyat: Ədəbiyyat:
925) Aşağıdakılardan hansı formoterolun farmakoloji xüsusiyyətlərinə aid deyil?
A) təsirin qısa müddətdə inkişafı

B) hiperkaliemiya

C) qısamüddətli β2-adrenomimetiklərə qarşı antaqonistliyin olmaması

D) təsir müddətinin 12 saat davam etməsi

E) terapevtik dozalarda kumulasiyanın olmaması
Ədəbiyyat: Р.М.Xаитов, Н.И.Ильин национальное руководство “Аллергология и иммунология” 2009, səh.112
926) Pollinozu olan xəstələrdə ASİT nə vaxt aparıla bilər?
A) xəstəliyin remissiya dövründə və mövsüm qabağı müddətdə

B) xəstəliyin kəskinləşmə dövründə

C) xəstəliyin remissiya dövründə və ilboyu

D) xəstəlyin remissiya dövründə və bütün mövsüm boyu

E) yuxarıda göstərilən bütün vəziyyətlərdə aparıla bilər
Ədəbiyyat: Р.М.Xаитов, Н.И.Ильин национальное руководство “Аллергология и иммунология” 2009, səh.203
927) AŞ zamanı uşaqlar və böyüklər üçün adrenalinin birdəfəlik ə/d yeridilmə dozası?
A) uşaqlar – 0,1 mq/kq; böyüklər – 3 – 5 mq

B) uşaqlar – 0,03-0,05 mq/kq; böyüklər – 0,3-0,5 mq

C) uşaqlar – 0,001 mq/kq; böyüklər – 0,03-0,05 mq

D) uşaqlar – 0,01 mq/kq; böyüklər – 0,03-0,05 mq

E) uşaqlar – 0,01 mq/kq; böyüklər – 0,3-0,5 mq
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh. 198
928) AŞ zamanı inkişaf edən bronxoobstruktiv sindromu əsas seçim preparatı aradan götürməyibsə, aşağıdakılarlardan hansı istifadə edilə bilər?
A) salbutamol və ya albuterol

B) albuterol və ya adrenalin

C) aminofillin və ya qlükaqon

D) adrenalin və ya deksametazon

E) prednizolon və ya qlükaqon
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh. 159
929) Aşağıdakı preparatlardan hansının qəbulu fonunda dəri sınaqları aparıla bilər?
A) ranitidin

B) amitriptilin

C) topik qlükokortikoidlər (məlhəmlər)

D) ataraks (hidroksizin)

E) sistem qlükokortikosterodilər
Ədəbiyyat: Up-to-date 2013
930) Aşağıda göstərilən ASİT üsullarından hansı daha təhlükəsiz və daha effektivdir?
A) peroral

B) endobronxial

C) intranazal

D) sublinqval

E) parenteral
Ədəbiyyat: Р.М.Xаитов, Н.И.Ильин национальное руководство “Аллергология и иммунология” 2009, səh.198
931) Aşağıda göstərilən preparatlardan hansılarını qəbul edən şəxslərdə AŞ-un gedişatı daha ağır olur?
A) hipotenziv preparatlar və β-blokatorlar

B) antibiotiklər

C) antasid preparatlar

D) AÇF inhibitorları və β-blokatorlar

E) β-blokatorlar və inhalyasion qlükokortikosteroidlər
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh.163
932) Anafilaksiyada bir aydan, bir yaşa qədər olan uşaqlarda enmiş AT hansı sayılır?
A) bir yaşına qədər körpələrdə anafilaksiyada AT-qin ölçülmənin önəmi yoxdur

B) 50 mm Hg-dan aşağı

C) 80 mm Hg-dan aşağı

D) 90 mm Hg-dan aşağı

E) 70 mm Hg-dan aşağı
Ədəbiyyat: Up-to-date
933) Anafilaksiyada bir yaşdan 10 yaşa qədər olan uşaqlarda enmiş AT hansı sayılır?
A) 80 mm Hg-dan aşağı

B) 90 mm Hg-dan aşağı

C) 70 mm Hg +( 2x yaş) -dan aşağı

D) bir yaşına qədər körpələrdə anafilaksiyada AT-qin ölçülmənin önəmi yoxdur

E) 70 mm Hg +( 3x yaş) -dan aşağı
Ədəbiyyat: Up-to-date
934) 49-yaşlı qadın xəstə xəstəxanaya aşağıdakı şikayətlər ilə müraciət edib: subfebril hərarət, dəri üzərində bütün bədən boyu qızılcayabənzər səpkilər, hər iki diz oynaqlarındakı ağrılar. Aparılan müayinə zamanı generalizəolunmuş limfoadenopatiya və splenomeqaliya aşkarlandı. Anamnezindən məlum oldu ki, xəstəyə 10 gün öncə it dişləməsinə görə antirabik vaksinasiya aparılıb. Düşündüyünüz ilkin diaqnoz:
A) Zərdab xəstəliyi

B) Toksik epidermal nekroliz

C) Çoxformalı eksudativ eritema

D) Leffler I sindromu

E) Trombositopenik purpura
Ədəbiyyat: Под ред. Р.М.Хаитова, Н.И.Ильиной «Аллергология и иммунология», национальное руководство, 2009 г., стр.532
935) Aşağıdakılardan hansı fiziki övrəyə aid deyil?
A) Dermoqrafik

B) Təzyiq nəticəsində yaranan

C) Temperaturdan asılı olan

D) Autoimmun

E) Vibrasion
Ədəbiyyat: Под ред. Р.М.Хаитова, Н.И.Ильиной «Аллергология и иммунология», национальное руководство, 2009 г., стр.462
936) Südəmər uşaqlarda wheezingin (xışıltıların) BA-dan kənar səbəblərinə hansı aiddir?
A) mukovitsidoz

B) sadalananların hamısı

C) traxeoözofagial fistul, vaskulyar ring

D) mukovitsidoz, bronxopulmonar displaziya

E) bronxiolit, traxeit
Ədəbiyyat: “Pediatrik allerji”, Ülker Öneş, 2007


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin