Allerqologiya 1 Allerqoloji kabinetdə mütləq nə olmalıdır?


) Atopik dermatitdə dərinin xarici görünüşü nə ilə fərqlənir?



Yüklə 1,64 Mb.
səhifə8/18
tarix16.02.2017
ölçüsü1,64 Mb.
#9088
1   ...   4   5   6   7   8   9   10   11   ...   18

481) Atopik dermatitdə dərinin xarici görünüşü nə ilə fərqlənir?
A) Daimi yağlılıqla

B) Daimi quruluqla

C) Dəridə səpkilərin əmələ gəlməsi ilə

D) Normal dəri görünüşü ilə

E) Daimi tərləmə ilə
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 205
482) Kseroz nə deməkdir?
A) Dərinin quruluğu

B) Dərinin tərli olması

C) Dəridə qırışların olması

D) Dərinin yağlı olması

E) Qarışıq tip dərinin olması
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 205
483) Atopik dermatitin yaranmasında hansı risk faktoru əhəmiyyətli deyil?
A) Mədə - bağırsaq sistemi xəstəlikləri

B) Parazitar invaziyalar

C) Qida pozuntuları

D) Piylənmə

E) Erkən süni qidalanma
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 196
484) Atopik dermatitin ilk dəfə başlanmasına əsasən hansı allergenlər təkan verir?
A) Epidermal allergenlər

B) Bakterial allergenlər

C) Ev tozu allergenləri

D) Qida allergenləri

E) Metal allergenlər
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 196
485) Hansı bakteriya allergen kimi atopik dermatit yarada bilər?
A) Klebsiella

B) Pseudomonas aeroginosa

C) Staphylococcus pneumoniae

D) Staphylococcus aureus

E) Mycoplazma
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 196
486) Atopik dermatit zamanı yaranan qaşınmanı aradan qaldıran ən effektiv preparatlar hansılardır?
A) Kalsinevrin inhibitorları

B) Antiserotonin preparatları

C) Antileykotriyen preparatları

D) Natrium - tiosulfat

E) Kalsium preparatları
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 205
487) 29-yaşlı kişidə məzuniyyət zamanı generalizə olunmuş övrə yaranır.

Aşağıdakılardan hansı xəstənin vəziyyətinin səbəbi deyil?

A) Xəstə mollusk yeyib

B) Xəstə araxis yağı ilə buterbrod yeyib

C) Xəstə ot çiçəklənən zamanı otluqdan keçib

D) Xəstəni arı vurub

E) Xəstə dənizdə çimib


Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 215
488) Layell sindromunda dərinin xarici görünüşü nəyi xatırladır?
A) Tərli dərini

B) Kobud keratozu

C) Balıq dərisini

D) Donmuş dərini

E) Yanığı
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 532
489) Lateksə qarşı sensibilizasiya əsasən hansı yolla baş verir?
A) Aerogen və kontakt yolla

B) Alimentar

C) Akvagen

D) Parenteral

E) Lateksə qarşı sensibilizasiya olmur
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 544
490) Göstərilən preparatlardan hansı astmanın gecə tutmalarının profilaktikasında istifadə olunur?

A) Salmeterol+flutikazon

B) Efedrin

C) İzoprenalin

D) Diprospan

E) Adrenalin


Ədəbiyyat: Р. М.Хаитов, Н. И.Ильин. «Аллергология. Клинические рекомендации» 2008г.
491) Göstərilən preparatlardan hansı bronxial astmanın müalicəsində istifadə olunan selektiv β2-adrenostimulyatorlara aid deyil?

A) Salbutamol

B) Terbutalin

C) İzoprenalin

D) Salmeterol

E) Pirbuterol


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000г.
492) Göstərilən preparatlardan hansı qeyri-selektiv adrenostimulyatorlara aid deyil?

A) İzoprenalin

B) Adrenalin

C) Salbutamol

D) Dopamin

E) Efedrin


Ədəbiyyat: : Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
493) Omalizumab (Кsolar) preparatı hansı astma xəstələrinə təyin edilir?

A) Aspirin astması

B) Qeyri- atopik astma

C) Bronxial astmanın infeksion asılı variantı

D) Fiziki gərginlik astması

E) Qanda İgE səviyəsi yüksək olan astma


Ədəbiyyat: : А. Г. Чучалин. «Глобальная стратегия лечения и профилактики бронхиальной астмы» 2006г; GİNA 2012
494) Hansı preparat orqanizmdə prostoqlandinlərin sintezini azaldır?

A) Tayled

B) Sinqulyar

C) Kalsiy qlukonat

D) Aspirin

E) Suprastin


Ədəbiyyat: Лолор младший, Д. Тэшкин. « Клиническая иммунология и аллергология» 2000г.
495) Orqanizmin qeyri-spesifik müdafiə amillərinə hansılar aiddir?

A) Komplement sistemi və faqositoz

B) Sadalananların hamısı

C) İnterferon və limfokinlər

D) Toxumaların bakterisid substansiyaları və hidrolitik fermentlər

E) Lizosim, NK- və K hüceyrələr


Ədəbiyyat: Лолор-мл., Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000г.
496) İnsanın əsas histoloji uyğunlaşma geni necə nişanlanır?

A) HLA


B) JPLA

C) DLA


D) RhLA

E) RLA
Ədəbiyyat: Лолор младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000г.


497) Antigenləri xarakterizə edən əsas prinsip hansıdır?

A) Sadalananların hamısı

B) Antigenlik

C) Spesifiklik

D) İmmunogenlik

E) Yadcisimlik


Ədəbiyyat: Лолор младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000г.
498) İnsan orqanizmindəki immunoqlobulinlərin tiplərinin sayı neçədir?

A) 4


B) 3

C) 6


D) 5

E) 7
Ədəbiyyat: Лолор младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000г.


499) Sürətli tip hiperhəssaslığın inkişafında aparıcı rolu oynayan əsas hədəf-hüceyrə hansıdır?

A) Heytrofil

B) Tosqun hüceyrə

C) Limfosit

D) Eritrosit

E) Makrofaq


Ədəbiyyat: Лолор младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000г.
500) Sürətli tip hiperhəssaslığın inkişafında rolu olan mediatorlar hansılardır?

A) Trombositlərin aqreqasiya faktoru, eozinofil hemotaksiki amil

B) Sadalananların hamısı

C) Anafilaksiyanın ləng reaksiya verən substansiyası

D) Histamin

E) Prostaqlandinlər, tromboksan


Ədəbiyyat: Лолор младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000г.
501) Anafilaksiya inkişaf etdikdə nə zədələnir?

A) Ürək qan-damar sistemi

B) Dəri, selikli qişalar

C) Tənəffüs yolları

D) Sadalananların hamısı

E) Mədə-bağırsaq traktı


Ədəbiyyat: Лолор младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000г.
502) Atopiyaya hansılar aiddir?

A) Allergik astma

B) Atopik dermatit

C) Allergik övrə

D) Sadalananların hamısı

E) Allergik rinit və konyuktivit


Ədəbiyyat: Лолор младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
503) Ləng tip hiperhəssaslığın inkişafında iştirak edən əsas hüceyrə hansıdır?

A) Bazofil

B) B-limfosit

C) Makrofaq

D) T-limfosit

E) Monosit


Ədəbiyyat: Лолор младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
504) Allergiyanın diaqnostikası üçün nədən istifadə olunur?

A) İmmunoferment analiz

B) İgE miqdarının təyini

C) Applikasiya testi

D) Sadalananların hamısı

E) Dəri allergik sınaqları


Ədəbiyyat: Лолор младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
505) İmmun kompleks xəstəliklərinə hansılar aid deyil?

A) Essensial krioqlobulinemiya

B) Sklerodermiya

C) Revmotoidli artrit

D) Qırmızı qurd eşənəyi

E) Anafilaktik şok


Ədəbiyyat: Лолор младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
506) İmmunitetin T-sistemini stimulyasiya edən dərman preparatlarına hansılar aiddir?

A) Sadalananların hamısı

B) Taktivin

C) Levamizol

D) Timozin

E) Timalin


Ədəbiyyat: Лолор младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
507) Araxidon turşusunun metabolizmini pozan preparat hansıdır?

A) Furadonin

B) İzoniazid

C) Penisillamin

D) Qentamisin

E) Aspirin


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Аллергология. Клинические рекомендации» 2008 г.
508) Göstərilən preparatlardan hansı xolinolitik və simpatomimetik təsirə malikdir?

A) Atrovent

B) Berodual

C) Sinqulyar

D) İntal

E) Platifillin


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Аллергология. Клинические рекомендации» 2008 г.
509) Hansı preparat bronxgenəldici təsir göstərir?

A) Kaptopril

B) Teotard

C) Kordaron

D) Rezerpin

E) Prozerin


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000г.
510) BA-nın təxirəsalınmaz müalicəsi zamanı tətbiq olunması tövsiyyə olunan hansıdır?

A) Mukolitiklər

B) Sedativ preparatlar

C) Fitopreparatlar

D) Antihistamin preparatlar

E) Heç biri


Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
511) Qeyd olunan hansı qlükokortikosteroidlərin inhalə forması yoxdur?

A) Budesonid

B) Mometazon furoat

C) Metilprednizolon

D) Flutikazon propionat

E) Flunisolid


Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
512) Hansı preparat orqanizmdə prostoqlandinlərin sintezini azaldır?

A) Kalsiy qlukonat

B) Suprastin

C) Sinqulyar

D) Tayled

E) Aspirin


Ədəbiyyat: Г. Долор младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
513) Neçə tip histamin reseptorları məlumdur?

A) 5 tip


B) 1 tip

C) 2 tip


D) 3 tip

E) 4 tip


Ədəbiyyat: М. Д. Машковский. «Лекарственные средства» 2000г.
514) H2-histamin reseptorlarını stimulyasiya etdikdə nə baş verir?

A) Mədə turşuluğunun azalması

B) Baş beyinin damarlarına təsiri olur

C) Öd ifrazının yüksəlməsi

D) Mədə sekresiyasının yüksəlməsi

E) Damar divarının keçiriciliyinin azalması


Ədəbiyyat: М. Д. Машковский. «Лекарственные средства» 2000г
515) H1-histamin reseptorlarının blokatoru hansıdır?

A) Erius

B) Famotidin

C) Simetidin

D) Taqomet

E) Ranitidin


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2003г.
516) H2- histamin reseptorlarının blokatoru hansıdır?

A) Dimedrol

B) Erius

C) Ranitidin

D) Pipolfen

E) Suprastin


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2003г.
517) Hansı preparat terapevtik dozalarda sedativ təsir göstərmir?

A) Suprastin

B) Dimedrol

C) Tavegil

D) Loratadin

E) Peritol


Ədəbiyyat: : Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
518) İntalın tətbiqi üçün əks göstəriş nədir?

A) Kəskin boğulma tutması

B) Allergik konyuktivit

C) Övrə və Kvinke ödemi

D) Allergik rinit

E) Qida allergiyası


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2003г.
519) İntalabənzər təsirə hansı preparat malikdir?

A) Dimedrol

B) Zaditen

C) Erius


D) Bikarfen

E) Peritol


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2003г.
520) Hansı, inhalə qlükokortikosteroidlərin yerli təsirinə aid deyil:

A) Dişlərin kariyesi

B) Oral kandidoz

C) Səsin xırıltılı olması

D) Səsin xırıltılı olması hətta afoniya

E) Ağız selikli qişasının kandidozu


Ədəbiyyat: Prof. Dr.A.Fuat Kalyonçu, “Çocuk ve erişkinde astım ve allerji hastalıkları”, 2010, səh. 249
521) Tayledin təsir mexanizmini nə izah edir?

A) H1- reseptorlarının blokadası

B) Anti- FAT fəallıq

C) Allergik iltihablı hüceyrələrin (tosqun hüceyrələrin, bazofillərin, eozinofillərin, neytrofillərin, monositlərin) sabitliyi

D) Antifosfolipoz fəallıq

E) Antifosfodiesteraz fəallıq


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2003г.
522) Tayled hansı formada istifadə edilir?

A) İnhalyasiya üçün aerozol

B) Göz üçün damcı

C) Sirop


D) Burun damcısı

E) Həblər


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2003г.
523) Kromonların maksimal terapevtik təsiri hansı müddətdə başlanır?

A) 3 günə

B) 1-2 saata

C) 1 həftə ərzində

D) 1 aydan sonra

E) 10-14 gündən sonra


Ədəbiyyat: : Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г. s. 73
524) Tayledin tətbiqinin optimal müddəti nə qədərdir?

A) 2 ay


B) 1 il

C) 1 ay


D) 2 həftə

E) 3-4 ay


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2003г.
525) Tayledin tətbiqi zamanı yanaşı təsirlər hansılardır?

A) Ağızda acı tam

B) Diareya

C) Dəridə və selikdə hemorragik səpmələr

D) Aqranulositoz

E) Övrə
Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2003г.


526) Spesifik immunoterapiya nə zaman geniş istifadə olunur?

A) Epidermal allergiyada

B) Pollinozlarda

C) Astmatik statusda

D) Aspirinlə-bağlı astmada

E) Qida allergiyasında


Ədəbiyyat: : Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
527) 18-yaşlı bronxial astma xəstəsində bərk baş ağrıları, ürəkbulanma, qusma, və işığa dözülməzlik əmələ gəlib. Baş ağrıları həftədə 1-2 dəfə olur. Xəstədə miqrenin müalicəsində birindən başqa hamısını istifadə etmək olar:

A) Propranolol

B) Qidanın asta şəkildə qəbulu

C) Amitriptilin

D) Verapamil

E) Parasetamol


Ədəbiyyat: : Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
528) Övrə və angionevrotik ödemin müalicəsində birindən başqa bütün üsullar

istifadə olunur:
A) H1-histamin blokatorlarla müalicə

B) Minimal androgen təsiri olan steroidlər

C) Əsas xəstəliklərin müalicəsi

D) á-adrenomimetiklər

E) Səbəbkar faktorların eliminasiyası
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
529) 30-yaşlı kişidə persistə edən astma və allergik rinit var. Bu xəstəyə ən uyğun müalicə nə ola bilər?

A) İntranazal flutikazon

B) İnhalator salbutamol

C) Peroral setirizin

D) Ketotifen

E) Allergenin dozasının yüksəlməsinin qabağını almaq


Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
530) Spesifik immunoterapiya aparıldıqda anafilaktik reaksiya törəyərsə, ilk növbədə nə təyin etmək lazımdır?

A) Mezaton

B) Antihistamin dərman preparatları

C) Adrenalin

D) Qlükokortikosteroidlər

E) Noradrenalin


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2003г.
531) İntalın təsir mexanizmi hansından ibarətdir?

A) Fosfodiesteraza inhibioru

B) Adrenergik reseptorların blokadası

C) Tosqun hüceyrələrin membranına stabilizasiya edici təsir

D) Selikli qişaların keçiriciliyini artırır

E) Xolinoblokator


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Рациональная фармакотерапия аллергических заболеваний» 2007 г.
532) Kromonlar qrupuna aid nazal sprey şəklində istifadə olunan preparat hansıdır?

A) Loratadin

B) Ketotifen

C) Optikrom

D) Nalkrom

E) Kromoqeksal


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Рациональная фармакотерапия аллергических заболеваний» 2007 г.
533) İntalın inhalyasiya formasının istifadəsinin optimal müddəti nə qədərdir?

A) 2 həftə

B) 1 ay

C) 10 gün

D) 3 - 4 ay

E) Bronxospazm zamanı


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Рациональная фармакотерапия аллергических заболеваний» 2007 г.
534) Qida allergiyasının müalicəsində istifadə olunan kromonlar qrupuna aid dərman hansıdır?

A) Optikrom

B) Kromoqeksal

C) Nalkrom

D) İntal

E) Nazoneks


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Рациональная фармакотерапия аллергических заболеваний» 2007 г.
535) Tayledin istifadəsi üçün göstəriş hansıdır?

A) Kəskin boğulma tutmaları

B) Kvinke ödemi

C) Övrə


D) Astmatik status

E) Yüngül persistə edən bronxial astma


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Рациональная фармакотерапия аллергических заболеваний» 2007 г.
536) Ödemlə müşaiyət olunan hansı xəstəlikdə 5%-li aminokapron turşusu vena daxilinə vurulur?

A) Yuxarı boş vena sindromunda

B) İrsi Kvinke ödemində

C) Nefrotik sindromda

D) Ürək çatmamazlığında

E) Miksedemada


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
537) Ev tozuna allergiya varsa saydıqlarımızdan hansı tədbiri görmək məsləhət deyil?

A) Vaksinasiyalardan imtina

B) Kitabları şüşəli şkaflarda saxlamaq

C) Otaqda optimal rütubətliliyi (40%) saxlamaq

D) Sintetik materialdan hazırlanmış pərdələrdən istifadə etmək

E) Xalçaları otaqdan çıxarmaq


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
538) Kif göbələyi sporlarına hiperhəssaslıq olduqda aşağıda saydıqlarımzdan hansı tədbir düz deyil?

A) Zirzəmini quru saxlamaq

B) Zibil qabını mətbəxdə saxlamaq

C) Yuyulmuş paltarı ventilyasiyası pis olan otaqda qurutmamaq

D) Vanna otağını quru saxlamaq

E) Mətbəxdə su buxarının çox qalmaması üçün sorucu qurğudan istifadə etmək


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
539) Bronxial astma tutmasını aradan götürmək üçün hansı bronxgenəldicidən istifadə edilmir?

A) Berotek

B) Ditek.

C) Fenoterol

D) Salmeterol

E) Salbutamol


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
540) Uzun müddət təsir edən antixolinergik preparat hansıdır?

A) Spiriva

B) Atrovent

C) Troventol

D) Oksivent

E) Atropin


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
541) Tərkibində beta-2 simpatomimetik və inhalyasion kortikosteroid olan preparat hansıdır?

A) Ditek


B) Teofedrin

C) Berodual

D) Troventol

E) Simbikort turbuxaler


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
542) Atopik forma bronxial astmanın müalicəsi zamanı hansı mukolitikdən istifadə etmək məsləhət deyil?

A) Karbosistein

B) Asetilsistein

C) Bromqeksin

D) Lazolvan

E) Ximotripsin


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
543) Fiziki gərginlik astmasında astma tutmasının baş verməsinin qarşısını almaq üçün hansı dərman preparatının istifadə edilməsi məqsədə uyğun deyil?

A) Nedokromil natriy

B) Berodual

C) Salbutamol

D) Deksametazon

E) Kromolin natriy


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
544) Aşağıda saydıqlarımızdan hansı preparatın tərkibində qlükokortikoid, antibiotik və göbələk əleyhinə maddə var?

A) Triderm

B) Dermazolon

C) Flusinar-H

D) Lorinden C

E) Mikozolon


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
545) Aşağıda saydıqlarımızdan hansı steroid hormonların fəsadı deyil?

A) Hepatit

B) Osteoporoz

C) Qastroduodenal xora

D) Arterial hipertenziya

E) İsenko-Kuşinq sindromu


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
546) Aşağıda saydığımız preparatlardan hansı immunosupressiv təsir göstərir?

A) Dekaris

B) Tsiklosporin

C) Natriy nukleinat

D) Bronxomunal

E) Prodiqiozan


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
547) I nəsil antihistamin preparatlara hansı aid deyil?

A) Diazolin

B) Setirizin

C) Pipolfen

D) Taveqil

E) Suprastin


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
548) II nəsil antihistamin preparatlara hansı aid deyil?

A) Terfenadin

B) Loratadin

C) Suprastin

D) Dezloratadin

E) Setirizin


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
549) M-xolinoblokatorlar (xolinolitiklər) qrupuna hansı preparat aid deyil?

A) Salbutamol

B) Platifillin

C) Metatsin

D) Atrovent

E) Atropin


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
550) Aşağıda qeyd olunanlardan hansı qısa müddətli selektiv b2-adrenostimulyatorlara aiddir?

A) Salbutamol

B) İntal

C) Tayled

D) Salmeterol

E) Formoterol


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
551) Bronxial astmanın müaliсəsində istifadə olunan aşağıda qeyd olunan preparatlardan hansı membran stabilləşdirən qrupuna aiddir?

A) Serivent

B) Salbutamol

C) İntal (Natrium kromoqlikat)

D) Ventolin

E) İzadrin


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
552) Sadalananlardan hansı inhalyasion qlukokortikoidlərin uzun müddətli istifadəsinin yan təsirlərinə aid deyil?

A) Ağız boşluğunun selikli qişasının kandidamikozu

B) Böyrəküstü vəzlərin atrofiyası

C) Uşaqlarda böyümənin ləngiməsi

D) Osteoporoz

E) Farinqit və disfoniya


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г. s. 86.
553) Sadalananlardan hansı Ketotifenin (Zaditen) təsir mexanizminə aid deyil?

A) Tosqun hüceyrələr və bazofillər tərəfindən mediator sekresiyasını azaldır

B) Leykotriyenlərin təsirini ləngidir

C) Histaminin H1 – reseptorlarını stimullaşdırır

D) Eozinofil və trombositlərin aktivliyini ləngidir

E) Histaminin H1 – reseptorlarını blokada edir


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin