ABĠd tahġRLĠ


  «525-ci qəzet», 26 fevral 2004



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə30/43
tarix31.01.2017
ölçüsü4,4 Mb.
#6963
1   ...   26   27   28   29   30   31   32   33   ...   43

23.02.04 
«525-ci qəzet», 26 fevral 2004, 
      «Bakı Universitetinin xəbərləri» 
     (Humanitar elmlər seriyası), № 2, 
      2004. 
 
 
Missionerlik bəlası 
 
Söhbət bu bəladan xilas olmaqdan gedir. Bunun üçün bütövlükdə 
cəmiyyət «yox» deməyə hazırlanmalıdır. 
 
 
 
 
- Allah eşqinə, vaxtınız varsa, bir dəqiqə sizi olarmı? 
Qəfil, lakin mülayim müraciət yoldan ötəni saxlayır: 
- Buyurun. 
- Sizə Allahın adı ilə müraciət edirəm. İmkanınız varsa, bu kitablardan birini 
götürün, onlarla tanış olun. 
- Bunlar ki, Krişna kitablarıdır?! 
- Bəli, bəli, bunlar müqəddəs kitablardır! 
- Mən müqəddəs demədim, dedim ki, Krişnadır. 
- Elədir, elə Krişna da… 

 
268 
-  Bir  abrınız,  həyanız  olsun.  Əl  çəkin  bu  camaatın  yaxasından.  Nədir  sizi 
islamdan  uzaqlaşmağa  vadar  edən?!  Bir  tikə  çörəyə  görə  hər  şeyinizi  satmağa 
razısınız. 
-  Xahiş  edirəm,  əsəbiləşməyin.  Biz  sizə  təklif  edirik,  sizi  məcbur  etmirik. 
Bu, könüllüdür. 
-  Məni  məcbur  edə  də  bilməzsiniz.  Amma  şirin  dillə  tora  saldıqlarınız  da 
olur.  Başqalarının  imanına  hörmət  qoymursuz,  heç  olmazsa,  öz  müsəlman 
babalarınızın ruhunu incitməyin. 
-  Siz  məni  bağışlayın,  səhv  edirsiniz.  Mən  heç  kimin  ruhuna  əziyyət 
vermirəm. Ona qalanda siz də atəşpərəst əcdadlarınızın ruhunu incitmiş olursunuz. 
- … İndi beləsinə nə deyəsən ki, söz də çatdırmaq olmur. 
Bu  və  buna  bənzər  dialoqlara  Bakının  küçələrində,  xüsusilə  Filarmoniya 
bağında, Əlyazmalar İnstitutunun qarşısında, 28 May  meydanında tez-tez təsadüf 
olunur. Sadə, təmiz geyimli Krişna təbliğatçıları qrup şəklində qoltuqlarında kitab 
adamlara  nəzakətlə  yaxınlaşır,  onlara  kitab  təklif  edir,  müqabilində  utancaq 
görkəmlə cüzi «nəzir» istəyirlər. 
Nəfis  tərtibatlı,  Azərbaycan  dilinə  ustalıqla  tərcümə  edilmiş  kitablara  və 
onları  paylayan  təbliğatçılara  baxanda  sövq-təbii  düşünürsən:  «Bütün  varını-
yoxunu, olanını-olmayanını təbliğat maşınına səxavətlə sərf edən, saysız-hesabsız 
institutları, cəmiyyətləri, qiraət otaqları, qəzet və jurnalları olan kommunist rejimi 
70  ildə  belə  mahir  təbliğatçı  yetirə  bilmədi.  Onların  təbliğatında  bir  zorakılıq, 
amiranəlik  vardı.  Bəs,  bu  Krişnanı  məharətlə  yayan  təbliğatçılar  harada,  nə  vaxt 
yetişdi,  haradan  peyda  oldu?  Bu  kitabları  kim  tərcümə  etdi?  Belə  suallar  çox, 
cavablar müxtəlif və mübahisəlidir. Amma danılmaz bir həqiqət var: islam, onun 
dəyərləri  ölkədə  təhrif  olunmuş  formada  təbliğ  edilir  –  elə  bir  səviyyədə  ki,  o  ya 
mövhumata, cəhalətə aparır, ya da ki, başqa bir istiqamətə. 
Digər 
tərəfdənsə, 
milli  ideologiya  müasir  tələblər  səviyyəsində 
formalaşmayıb, iş o dərəcədə acınacaqlıdır ki, bəzən bu mövzuda söhbət açmağın 
özü  qəribə,  təəccüblü  və  yersiz  görünür.  Belə  bir  bulanıq,  qeyri-müəyyən  şərait, 
təbii ki, missionerlik fəaliyyəti üçün çox münbit sayıla bilər. 
60-cı  illərin  sonunda  orta  məktəbdə  müharibə  veteranları  ilə  görüş  zamanı 
rəhmətlik  Qüdrət  dayı  bir  dəfə  faşistlərin  səngərinə  silahsız  tullanaraq  qeyri-adi 
şücaət  göstərib  düşmənləri  çaş-baş  saldığını  söyləyəndə  iştirakçılardan  biri  ona 
belə sual vermişdi: 
- Qüdrət dayı, siz necə oldu ki, belə risk etdiniz? 
Sual,  deyəsən,  yerinə  düşməmişdi.  Tədbirin  təşkilatçıları  sualın  üstündən 
ötmək istəyəndə, səmimiyyəti ilə seçilən Qüdrət dayı özünəməxsus şirin danışığını 
davam etdirdi: 
- Yaxşı sualdı, lap ürəyimi tərpətdi. Bununla bağlı bir xatirə də danışacağam. 
Bölmə  komandirimiz  bir  urus  idi.  O,  tez-tez  daim  ehtiyatla  hərəkət  edən  erməni 
əsgərinə irad tutardı: «Çox ehtiyatlılıq tədricən qorxaqlığa aparır. Lazım olan anı 
duymaq  və  düşmən  üzərinə  sıçramaq  lazımdır».  Bir  dəfə  də  belə  söyləyib  üzünü 
bütün  əsgərlərə  tutdu:  heç  qonşu  xoruzun  sizin  həyətinizə  girdiyi  səhnəni 
görmüsünüzmü?  Fikir  vermisinizmi,  çağırılmamış  qonaqla  həyətin  xoruzu  necə 
ölüm-dirim davasına çıxır?! O güclüdürsə, o birini dərhal qovur, zəifdirsə, al-qana 

 
269 
bulanır, amma geri çəkilmir, öz istəyinə nail olur. Quş quşluğu ilə belə edir, bəs 
biz? Biz sözdən sonra kim özünü geri çəkər, rüsvay edərdi?! 
Bu gün Azərbaycan cəmiyyətinin bütün cəbhələrdə – ideoloji, hərbi, iqtisadi, 
mədəni  sahələrdə  təsirli,  tutarlı,  dəyərli  sözə  ehtiyacı  var.  «Söz»,  şübhəsiz, 
konsepsiya mənasındadır. 
Yeni  yaranan  qeyri-ənənəvi  təriqətlərin  missionerlik  fəaliyyəti  xristian 
ölkələrində  ciddi  maneələrə,  kəskin  etiraza  səbəb  olduğu  halda,  Azərbaycanda 
onlara  qucaq  açılır.  Özü  də  təəssüf  doğuran  odur  ki,  bəzən  bu,  açıq,  yaxud  gizli 
himayə edilir. 
Qonşu  xristian  ölkələrində  sekta  kitabları  ali  din  xadimləri  tərəfindən 
nümayişkaranə  yandırılır,  missionerlər  cəzalandırılır.  Bizdə  missionerlik 
fəaliyyətinə  qarşı  mübarizəyə  xristian  icmaları  rəhbərliyi  cəlb  edilmir,  islam  din 
xadimlərinin fəaliyyəti isə müşahidəçiliklə və münasibət bildirməklə məhdudlaşır. 
Dini  İşlər  İdarəsi  göstərilən  problemlərlə  bağlı  bir  sıra  faydalı,  təsirli 
tədbirlər  həyata  keçirir.  Bununla  belə,  səlahiyyət  və  imkanlarının  məhdudluğu, 
habelə «Dini etiqad azadlığı haqqında» Azərbaycan Respublikasının Qanunundakı 
bəzi boşluqlar idarənin fəaliyyətində müəyyən çətinliklər yaradır. 
Missionerlər  müstəqilliyin  ilk  illərində  adətən  hüquqi  şəxs  kimi  humanitar 
təşkilatlar tərkibində fəaliyyət göstərmişlər. Hər bir hüquqi şəxs isə təsdiq olunmuş 
nizamnamə  çərçivəsində  fəaliyyət  göstərir.  Təbii  ki,  «Əcnəbilərin  və  vətəndaşlığı 
olmayan  şəxslərin  hüquqi  vəziyyəti  haqqında»  Qanunla  əcnəbilər  və vətəndaşlığı 
olmayan  şəxslər  tərəfindən  dini  təbliğat  aparılması  qadağan  edildiyindən 
nizamnamədə  bu  nəzərə  alınmalıdır  (Qanundan  əvvəlki  nizamnamələrdə  isə 
müvafiq  dəyişiklik  edilməlidir).  Elə  isə  humanitar  yardım  cəmiyyətləri  hansı 
cəsarətlə  müxtəlif  dini-mədəni-kütləvi  (əgər  belə  demək  mümkünsə)  tədbirlər 
təşkil edir, bunu reklam etməkdən belə çəkinmirlər?! 
Bir  neçə  il  bundan  əvvəl  fəallığı  ilə  fərqlənən  «Həyat  sözü»  Bakının 
mərkəzində  tüğyan  edirdi:  ən  böyük  klub və  mədəniyyət  evlərini icarəyə  götürür, 
şoular  təşkil  edirdi.  Heç  kim  onlara  «olmaz»  demir,  deyə  bilmir,  ya  da  demək 
istəmirdi.  «Yaşıl  teatr»da  belə  bir  şounun  keçiriləcəyini  eşidib  Bakı  Şəhər 
Mədəniyyət İdarəsi ilə əlaqə saxladıq. Bütün hazırlıq tədbirlərinin görüldüyü, icarə 
haqqının  ödənildiyi  deyilsə  də,  tədbirin  ləğvini  təkidlə  tələb  etdik.  Bu  zaman  da 
tədbir  təşkilatçılarına  qəti  «yox»  deyilmədi,  sadəcə,  teatrda  qəza  baş  verdiyini, 
elektrik xətlərinin sıradan çıxdığını söyləməklə hər iki tərəf razı salındı… 
«Həyat  sözü»nün növbəti  səfəri  Lənkərana  idi.  Orada  da dayaq  tapılmışdı. 
Rayon  icra  hakimiyyətinin  başçısına  tədbirin  yolverilməz  olduğunu  bildirəndə  o, 
təəccübünü gizlətmədi: 
- Axı sizdən 5-10 dəqiqə əvvəl yuxarı təşkilatdan zəng vurub, xahiş ediblər 
ki,  onlar  bizə  humanitar  yardım  göstərirlər.  Qonaqları  yüksək  səviyyədə 
qarşılayaq. Mənə qaldıqda bilirəm ki, bizim üçün də, əhali üçün də gələnlər əlavə 
problem yaradırlar. Yerli din adamlarının missionerlərə münasibəti necə olacaq? 
Sıravi  «fədailərin»  qəyyumluğu,  fəaliyyəti  məmur  himayədarlığından  daha 
təhlükəlidir.  Sektalar  son  vaxtlar  bu  dayaqlar  üzərində  öz  işlərini  qururlar: 
qeydiyyat məsələsində onları qabağa verir, adamların psixologiyasına, kontingentə 
uyğun onlardan bacarıqla bəhrələnirlər. 

 
270 
Bu  qəbildən  olan  «dayaqlar»  yaxşı  təlim  keçmiş,  hazırlıqlı  adamlardır. 
Düşdükləri  vəziyyətdən  dərhal  istifadə  etməyi,  mövcud  şəraiti  qiymətləndirməyi 
ustalıqla  bacarırlar.  İlk  baxışda  çox  səmimi,  mömin,  mülayim  bəndə  təsiri 
bağışlayan «yerli» ünvanına yönəldilən sərt sözlərə eyni şəkildə və onda da artıq 
cavablar  verməklə  kifayətlənmir,  əks-hücuma  keçir,  hədə-qorxu  gəlir,  «vicdan 
azadlığı»ndan dəm vurur, beynəlxalq qurumlarla, məhkəmə ilə hədələyir. Onların 
davranış, hərəkət və münasibətlərində müşahidə edilən ümumi prinsipləri saf-çürük 
etsək,  ortaya  özündə  müxtəlif  mərhələləri  birləşdirən  bütöv  bir  sistem  meydana 
çıxar. 
Birinci  mərhələ:  həmsöhbətin  müəyyənləşdirilməsi.  Bu  zaman  «yerli 
missioner» həmsöhbətinin mənsub olduğu sosial təbəqəni, onun maddi vəziyyətini, 
dolanacağını, təhsilini, əlaqələrini aydınlaşdırır. 
İkinci  mərhələdə  «yerli  missioner»  öz  torunu  qurmağa  başlayır.  İslama 
toxunmadan  təkallahlılıqdan  dəm  vurur,  həmsöhbətinin  dinə,  dini  ayinlərə 
münasibətini öyrənmək üçün kəşfiyyat xarakterli suallar verir. 
Üçüncü mərhələ həlledici mərhələdir: həmsöhbətinin səbatsız, yaxud ehtiyac 
içərisində olduğunu hiss edən «yerli missioner» bütün «cəbhə boyu» hücuma keçir. 
Həmsöhbətinin beyninə nüfuz edir, onun şübhə və tərəddüdlərinə sarsıdıcı zərbələr 
endirir. Sonra isə öz bildiklərini ona diktə etməyə başlayır və ovunu tora salır, onu 
da böyük şəbəkəyə cəlb edir. 
Təbii  ki,  uğursuzluq  da  olur.  Necə  deyərlər,  daş  qayaya  da  rast  gəlir.  Bu 
zaman ikinci mərhələdən «yerli missioner» ustalıqla aradan çıxır. 
Lap  bu  yaxınların  söhbətidir.  Fəaliyyətinə  yenicə  yaşıl  işıq  yandırılmış 
(qeydiyyatdan  keçmiş)  «Həyatverici  lütf»  adlı  icmanın  ünvanına  Finlandiyadan 
hədiyyə  –  dini  mövzuda  videokassetlər  daxil  olmuşdu.  İcmanın  adından  danışan 
qız  və  oğlanın  azərbaycanlı  olduğu  çox  mətləblərdən  xəbər  verirdi.  Onlar 
videokassetlərin  ziyansızlığını,  onların  əldə  edilməsində  heç  bir  qanun 
pozuntusuna yol verilmədiyini canfəşanlıqla izah etməyə çalışırdılar. Ən maraqlısı 
isə  «yerli  missionerlərin»  icmaya  bağlılıq  tarixidir.  Şübhəsiz,  bu  prosesin  bütün 
məqamları, detalları barədə onlar tam məlumat verməzlər. Lakin məntiq və fəhmlə 
bütün mətləblər agah olur… 
İcmanın fəalı K. adlı qızdan «İslamın nəyi sizi qane etmədi ki, başqa dinə üz 
tutdunuz?» sualını o, xeyli təəccüblə qarşıladı: 
-  Axı,  mən  heç  vaxt  müsəlman  olmamışam.  Nə  olsun  ki,  valideynlərim 
özlərini  müsəlman  hesab  ediblər?  Orta  və  ali  məktəbdə  ateist  tərbiyəsi  almışam. 
Sonra dinlə maraqlanmışam və həyatımı ona həsr etməyi qərara almışam. 
-  Əhatənizdəkilər  islamın  şərtlərinə  tam  riayət  etməsələr  də,  gözünüzü 
müsəlman  mühitindəki  adət-ənənələrlə  açmısınız.  Necə  oldu  ki,  sizə  daha  yaxın 
islama üz tutmadınız, xristianlığa meyl göstərdiniz? 
Növbəti suala cavab verməyə həmsöhbətim çətinlik çəksə də, susmadı: 
- Mən əleyhinə deyiləm. Sadəcə, ilk dəfə qarşıma xristian  ədəbiyyatı çıxdı, 
vəssalam. 
K.  xanıma  «Bəs  xarici  səfərlərə  hansı  vəsait  hesabına  gedirsiniz,  kasetləri 
hansı pula gətirirsiniz və nəhayət, sizi kim dolandırır?» suallarını vermədik. Buna 
ehtiyac da yox idi. Çünki görünən dağa nə bələdçi?! 

 
271 
Bəzən 
Azərbaycandakı 
sektalara  təsirli  qüvvə  kimi  yanaşılmır, 
fəaliyyətlərinə  qeyri-ciddi  münasibət  bəslənilir.  İlk  baxışda  bu  belə  görünə  bilər. 
Lakin  unutmaq  olmaz  ki,  missionerlər  məqsədlərinə  doğru  addım-addım 
irəliləyirlər. 
Son  on  ildə  din  sahəsində  təbəddülatlar  baş  verdiyini  nəzərə  alsaq,  10-20 
ildən  sonra  hansı  mənzərə  yarana  biləcəyini  də  təsəvvürə  gətirmək  olar.  Yaxşı 
yadımdadır. Aşkarlığın ilk illərində Neft Akademiyasından bir alim o zaman çox 
fərqlənən  «Odlar  yurdu»  qəzetinə  təşrif  gətirmişdi.  Onun  ürkək  nəzərlərini, 
ehtiyatlı hərəkətlərini və titrək səsini indiki kimi xatırlayıram: 
-  Bizi  inqilabdan  əvvəl  mollalar,  inqilabdan  sonra  sovet  hökuməti  həmişə 
əzib, sıxışdırıb. Amma məhv edə bilməyib. Düzdür, indi sıralarımız çox seyrəlib, 
amma  aşkarlıqdan  sonra bir dəyişiklik hiss olunur.  Daimi  bir yerimiz  olmasa  da, 
növbə ilə evlərdə görüşlər, yığıncaqlar keçiririk. 
Mən o zaman alimdən mətləbə keçməsini xahiş etdim: 
- Bilirsiz, indi aşkarlıqdır, mən bəhailik haqqında, onun dəyərləri barədə bir 
yazı hazırlamışam. İstərdim, sizin qəzetdə dərc olunsun. 
Həmsöhbətimi  dinlədikcə  qəlbimdə  böyük  Sabirə  rəhmət  oxuyur,  materialı 
verməmək  üçün  dəlillər  haqqında  fikirləşirdim.  Alimə  söylədiklərimin  nə  qədər 
tutarlı, əsaslı olub-olmadığını deyə bilmərəm, amma o, redaksiyadan küsüb getdi. 
Həmin vaxtdan on ildən bir qədər artıq vaxt keçmişdir. O vaxtla müqayisədə 
indiki  mənzərə  heyrətamizdir.  Bəhailər  dövlət  qeydiyyatından  keçmiş,  özəklər 
təşkil etmiş, beynəlxalq əlaqələr yaratmışlar və işlərini çox azad, sərbəst qururlar. 
Bir neçə il əvvəl «Həyat sözü» qeydiyyatı yalnız arzulaya bilərdisə, bu gün 
artıq həmin problem yoxdur. Deməli, sekta irəliləyir, nüfuz edir… 
Sektalar  böyük  maddi-texniki  bazaya  sahibdirlər.  Qurduqları  şəbəkəyə, 
hördükləri tora Azərbaycanı da daxil etmək əzmindədirlər. 
«İncil»in tədqiqatçıları kimi fəaliyyətə başlayan protestant təriqətli «Yeqova 
şahidləri»  150  ilə  yaxındır  ki,  bütün  vasitələrdən  istifadə  edərək  öz  ideyaları 
uğrunda  dərindən-qabıqdan  çıxır.  XX  əsrin  əvvəllərindən  Rusiyaya  ayaq  açan 
«şahidlər»  Oktyabr  inqilabından  sonra  ciddi  sınağa  çəkildilər.  Repressiyalara, 
təzyiqlərə məruz qaldılar. Lakin gizli fəaliyyətlərini dayandırmadılar. Aşkarlıqdan 
sonra keçmiş Sovet İttifaqı məkanında «şahidlər» də baş qaldırdılar. Azərbaycanda 
«şahidlər» müstəqilliyin ilk illərindən fəallıq göstərmişlər. Onlar qanuni fəaliyyət 
üçün  rəsmən  Ədliyyə  Nazirliyindən  qeydiyyatdan  keçməsələr  də,  müxtəlif 
humanitar təşkilatların kölgəsində öz işlərini qurmuşlar. 
Bir  müddət  sonra  isə  qeydiyyat  məsələsini  ortaya  atdılar,  bunun  üçün 
səfirlikləri,  müxtəlif  beynəlxalq  təşkilatları  ayağa  qaldırdılar:  guya  Azərbaycanda 
insan haqları pozulur, beynəlxalq öhdəliklərə riayət edilmir, vicdan azadlığı təmin 
olunmur. «Şahidlər»in canfəşanlığı, nəhayət, onların Ədliyyə Nazirliyindən rəsmən 
qeydiyyatdan keçməsi ilə nəticələndi. Bizə konkret «nədən narahatsınız» sualı ilə 
müraciət  oluna  bilər.  Hələ  qeydiyyata  alınmazdan  əvvəl  bu  başabəla  icmanın 
Qaradağdakı  nümayəndələri  Azərbaycan  Qaz  Emalı  zavodu  kollektivinə  ağır 
mənəvi  zərbə  vurmuşlar.  İcmanın  fəalları  öz  əlaltıları  vasitəsilə  zavodda  bir  neçə 
səbatsız adamı öz tərəfinə çəkmiş, kollektivə nüfuz etmişlər. Onlar bir neçə xristian 
və müsəlmanı yoldan azdırmış, sektalarına cəlb etməyə nail olmuşdular. 

 
272 
İnsan  zəkası  və  tərəqqisinin,  dövlət  və  ictimai  təşkilatların  qatı  əleyhdarı 
kimi  çıxış  edən  «şahidlər»  kollektiv  arasında  Azərbaycanın  dövlət  atributlarını 
tanımamağı  təbliğ  edir,  bayraq,  gerb  və  himnə  hörmətsizliyə  səsləyir,  hərbi 
xidmətə getməməyi, gedəndə isə ələ silah almamağı tövsiyə edirdilər. «Şahidlər»in 
ideoloji 
təcavüzü 
nəticə  etibarilə  Azərbaycan  dövlətinin  dayaqlarının 
zəiflədilməsinə yönəlmişdir. Bax, narahatlıq buna görədir. 
Missionerlik yarışında yazının əvvəlində adı çəkilən Krişna Cəmiyyəti xeyli 
fərqlənir.  80-ci  illərin  əvvəllərindən  gizli  fəaliyyət  göstərən  Krişna  Cəmiyyəti 
1994-cü    ildə  Ədliyyə  Nazirliyində  qeydiyyatdan  keçmişdir.  Xristian  sektaları  ilə 
müqayisədə  Krişnanın  fəaliyyət  dairəsi  məhduddur,  əvəzində  onlar  da 
canfəşanlıqda digər missionerlərdən geri qalmırlar. Təkcə onu demək kifayətdir ki, 
Krişna ilə bağlı Azərbaycan dilində 10-dək kitab çap edilmişdir. 
Qədim Veda fəlsəfəsinə söykənən Krişna təriqətinin əsası 1965-ci ildə ABŞ-
da hindistanlı Trabhubada tərəfindən qoyulub. Dünyanın bir çox ölkələrində özünə 
tərəfdar tapan Krişna Azərbaycanda daha çox kasıb təbəqənin diqqətini çəkir… 
Sektalar,  onların  məqsəd  və  məramları,  iş  prinsipləri  barədə  daha  ətraflı, 
daha geniş yazmaq olar. Lakin hesab edirik ki, buna lüzum yoxdur. Daha çox ona 
görə  ki,  missionerlər  artıq  Azərbaycan  cəmiyyətinin inkaredilməz  problemidir  və 
bu barədə hər kəs müəyyən məlumata sahibdir. Söhbət bu bəladan xilas olmaqdan 
gedir. Bunun üçün bütövlükdə cəmiyyət «yox» deməyə hazırlanmalıdır. Heç kim 
zorakılığa, vicdan azadlığını pozmağa səslənmir. Sadəcə olaraq, cəmiyyətin bütün 
təbəqələrində,  laylarında  ardıcıl  və  məqsədli  iş  aparılmalıdır.  Milli  ideologiyanın 
formalaşdırılması  prosesi  sürətləndirilməli,  ziyanlı,  zərərli  təbliğatın  beyinlərə 
yeridilməsinə  sipər  çəkilməlidir.  İslami  dəyərlər  ardıcıllıqla  təbliğ  edilməli,  xalqa 
çatdırılmalıdır.  Bu  işdə  alimlərimizin  və  savadlı  din  xadimlərimizin  gücündən 
geniş istifadə olunmalıdır. Yalnız bu halda cəmiyyəti onu sarmaqda olan yaradan – 
missionerlik bəlasından xilas etmək olar. 
 
 
 
 
 
 
 
«Ədəbiyyat qəzeti», 12 may 2000. 
 
 
 
Sevgili osmancıq, hüzurundayıq 
 
 
Xalqımızın  tarixində  və  taleyində  misli  görünməmiş  Mart  faciəsinin  əsl 
mahiyyəti,  mənzərəsi  on  illər  boyu  gizlədilmiş,  saxtalaşdırılmışdır.  Sovet  rejimi, 
kommunist  ideologiyası  bir  tərəfdən  tarixin  təhrif  edilməsinə,  qərəzli  qələmə 
alınmasına  rəvac  vermiş,  digər  tərəfdənsə  xəstə  erməni  təxəyyülünün,  məkrli 
erməni təbliğat maşınının işləməsinə göz yummuşdur. Nəticədə üzdəniraq «partiya 
və  dövlət  xadimi,  alim,  pedaqoq,  kommunist  və  vətəndaş»  (Henri  Azadyan)  Con 
Kirokosyanın  «Gənc  türklər  tarixin  məhkəməsi  qarşısında»  (Yerevan,  «Ayastan» 
nəşriyyatı,  1986-cı  il)  kimi  əsərlər  kütləvi  tirajlarla  nəşr  olunmuş,  milyonlarla 
insanı yalanlarla məlumatlandırmış, əsl həqiqətlərdən elmi ictimaiyyətin diqqətini 
yayındırmış,  ermənilərə  qarşı  regionda  ardıcıl  şəkildə  genosid  həyata  keçirildiyi, 

 
273 
Bakıda  və  Azərbaycanın  digər  bölgələrində  onlara  divan  tutulduğu  həyasızcasına 
qeyd  olunmuş,    qatillər  –  erməni  terrorçuları,  başkəsənlər,  qaniçənlər  isə  «xalq 
qisasçıları» adı ilə təqdim olunmuş, təbliğ edilmişdir. 
 
Bizdə  Mart  qırğını  ilə  bağlı  həqiqətlər  (illər  boyu  susmayan  və  susdurula 
bilməyən tək səs – mühacir nəşrlər – «Yeni Qafqasya», «Azəri-türk», «Odlu yurd», 
«Bildiriş»,  «İstiqlal»,  «Qurtuluş»,  «Azərbaycan»  kimi  qəzet  və  jurnallar  istisna 
olmaqla)  Azərbaycan  öz  müstəqilliyini  bərpa  etdikdən  sonra  söylənilməyə 
başlanmışdır.  Dünya  şöhrətli  dövlət  və  siyasət  xadimi  Heydər  Əliyev 
Azərbaycanda  ikinci  dəfə  hakimiyyətə  gəldikdən  sonra  isə  Mart  qırğını  haqqında 
həqiqətlər  ən  yüksək  tribunalardan  eşidilməyə  başlanmışdır.  Azərbaycan 
Respublikası Prezidentinin 1998-ci ildə imzaladığı Fərmana uyğun olaraq, həmin 
vaxtdan  hər  il  31  mart  Azərbaycan  xalqının  soyqırımı  kimi  dövlət  səviyyəsində 
qeyd  olunur,  soyqırım  qurbanlarının  xatirəsi  yad  edilir.  Azərbaycan 
Respublikasının Milli Məclisi bu məsələ ilə əlaqədar mühüm sənədlər qəbul etmiş, 
beynəlxalq təşkilatlardan, dünya ölkələrinin parlamentlərindən və hökumətlərindən 
ermənilər  tərəfindən  azərbaycanlılara  qarşı  törədilən  soyqırımı  cinayətlərini 
tanımasını,  gələcəkdə  bu  cür  cinayətlərin  cəzasız  qalmasının  qarşısını  almaqdan 
ötrü təsirli tədbirlər görülməsini xahiş etmişdir. Yeri gəlmişkən, Azərbaycan Xalq 
Cümhuriyyəti hökuməti tərəfindən 1919 və 1920-ci illərdə martın 31-i milli matəm 
günü kimi qeyd olunmuşdur. 
 
Elə bilirəm ki, Mart qırğını qurbanlarının xatirəsini yad etməklə yanaşı, eyni 
zamanda  Azərbaycanlıların  cismən  məhv  edilməsinin  qarşısını  alan  qəhrəman, 
məğlubedilməz türk əsgərlərinin, xalqımızın igid övladlarının da əziz xatirəsini yad 
etməliyik… 
 
Ötən  əsrin  yetmişinci  illərində  kəndimizdə  –  bizim  Dəmirçi  məhəlləsində 
yaşı 100-ü haqlamış xeyli ağsaqqal, ağbirçək yaşayırdı: babam Məcid əfəndi, onun 
qardaşları Yusif əfəndi, Tahir əmi, eləcə də qonşularımız Muxtar əmi, Qədim əmi, 
Tacəddin əmi, Məci əmi, Daşdəmir əmi, Hümbət əmi, Cəlal əmi, Tükəzban nənə, 
Şəkər  nənə,  Zərxatun  nənə,  Ümmü  nənə,  Səfurə  nənə,  Sona  nənə,  Gülzar  nənə, 
Züleyxa nənə… Onların nurlu, təbəssümlü çöhrələri, işıqlı, ifadəli gözləri, dəyərli 
öyüd-nəsihətləri, şirin, məzəli söhbətləri, müdrik kəlamları o dövrün cavanlarının 
yaddaşına  əbədi  həkk  olunub.  İxtiyar  kişilərin  ixtalatlarının  (söhbətlərinin) 
mövzusunun  sədd-sərhədi  yox  idi:  ata-babalarından  eşitdiklərindən,  özlərinin 
şahidi,  iştirakçısı  olduğu  hadisələrdən  danışmaqdan  yorulmazdılar.  Kolxoz-artel 
quruculuğundan,  bu  işə  müqavimət  göstərənlərə  divan  tutulmasından,  din 
xadimlərinə  qarşı  amansız  rəftar  edilməsindən,  müharibə,  aclıq  illərindən, 
kəndimizin iki addımlığında Nohur su anbarının tikintisindən, ilk avtomobilin, ilk 
priyomnikin  (radionun)  gətirilməsindən,  dəmirçi  sexlərindən,  sənətkarlardan,  at-
öküz,  kəl  arabalarından,  toz-torpaqlı  kənd  yollarından,  cəltik  zəmilərindən,  arpa-
buğda xırmanlarından… ağsaqqallar təsbeh çevirə-çevirə, tənbəki qəlyanı sümürə-
sümürə, həvəslə, ehtirasla, bəzən də göz yaşları ilə, köks ötürə-ötürə danışardılar. 
Biz isə maraqla dinləyər, hey dinləyərdik… 
Bu mövzulardan birindən – kəndimizdə və ona yaxın kəndlərdə ermənilərin 
törətdiyi vəhşiliklərdən bəhs edəndə ağsaqqallar bir qədər ehtiyatlanar (bu barədə 
danışmaq olmazdı),  həyəcanlanar, sarsılar, dodaqları titrəyər, əlləri əsər, qəzəbdən 

 
274 
gözləri hədəqəsindən çıxardı. Onlar söyləyərdilər ki, silahlı ermənilər 1918-ci ildə 
qonşu  kəndlərdə,  xüsusi  ilə  Yengicə  və  Tüntüldə  ağlasığmaz  vəhşiliklər 
törətmişlər:  hamilə  qadınları  süngüləmiş,  adamları  diri-diri  təndirə  tullamış, 
bellərinə  qaynar  samovar  bağlamış,  uşaq,  qoca,  xəstə  bilmədən  qarşılarına  çıxan 
hər  kəsi  qəddarcasına  qətlə  yetirmiş,  sakinlərin  var-dövlətlərini  talan  etmiş,  ev-
eşiklərini yandırmışlar.  
İxtiyar  həmsöhbətlərimiz  danışırdılar  ki,  ermənilər  qəflətən  dəyişmişdilər: 
bir  anda  hər  şeyi  –  haqq-salamı,  duz-çörəyi,  qonşuluğu  unutmuş,  qatı  düşmənə, 
cəllada  çevrilmişdilər.  Silahsız  azərbaycanlılar  dəhrə-balta,  yaba  ilə  müqavimət 
göstərsələr  də,  bu  yetərli  deyildi;  insanların  ah-naləsi  göylərə  bülənd  olurdu, 
imdada yetişən yox idi. Bir gün isə… adamların əli, ümidi hər yerdən üzüləndə… 
lap nağıllarda olduğu kimi, toplar guruldadı, yer-göy titrədi. Əvvəl heç kim heç nə 
anlamadı.  Az  sonra  kəndə  çapar  gəldi.  Məlum  oldu  ki,  qonşu  Göyçaya  yetişən 
Osmanlı  əsgərləri  Qutqaşında  erməni  vəhşiliyindən  xəbər  tutmuş  və  qətliama 
məruz qalan azərbaycanlıların köməyinə gəlmişlər: Kötüklü kəndində quraşdırılan 
toplar  erməni  kəndlərini  –  Bəylər  və  Əmirvanı  hədəfə  alır.  Elə  ilk  həmlədən 
ermənilərin  böyük  əksəriyyəti  pərən-pərən  düşür,  meşələrə  səpilir,  dağlara 
çəkilirlər, azərbaycanlılara sığınır, onlara yalvarır-yaxarır, qonşu olduqlarını, duz-
çörək  kəsdiklərini  xatırladır,  diz  çöküb  aman  diləyirlər.  Bir  qismi  isə  müqavimət 
göstərir, təslim olmaq istəmirlər. Yaşlı həmkəndlilərimin bu söhbətlərindən 30-35 
il  ötdükdən  –  Azərbaycan  öz  müstəqilliyini  yenidən  bərpa  etdikdən  bir  müddət 
sonra mən Azərbaycan Respublikasındakı Türkiyə səfirliyinin sabiq müşaviri Fəthi 
Gədikliyə aşağıdakı məzmunda məktubla müraciət etdim: 
«Hörmətli Fəthi bəy! Tariximizin son 200 ili barədə düşünəndə fikirləşirəm: 
millət  olaraq  ən  böyük  faciəmiz  nədir?  XIX  əsrin  əvvəllərində  Rusiya  tərəfindən 
Azərbaycan 
xanlıqlarının  işğalı,  başqa  sözlə  Türkmənçay,  Gülüstan 
sövdələşmələri?  Bəşər  tarixində  analoqu  olmayan  işgəncə  və  təhqirlərin  farslar 
tərəfindən  başımıza  gətirilməsi  –  milyonlarla  insanın  dilsiz  və  məktəbsiz 
qoyulması?  Son  100  ildə  ermənilər  tərəfindən  millətimizə  qarşı  törədilmiş 
cinayətlər – 1905-ci il fevral, avqust qırğınları, 1918-ci il Bakı, İrəvan, Zəngəzur, 
Şamaxı,  Quba,  İsmayıllı,  Göyçay,  Nəvahi,  Kürdəmir,  Neftçala,  Salyan,  Gəncə… 
fəlakətləri?  Xoy  faciəsi?  1948-1953-cü  illərdə  Ermənistan  adlandırılan  ərazidən 
200  mindən  çox  azərbaycanlının  deportasiyası? 1988-ci ildən  başlanan və bu  gün 
də  davam  edən  erməni  vəhşiliyi  –  terrorlar,  təcavüzlər?  Dağılmış  məktəblər, 
mədrəsələr, şəhərlər, kəndlər? Xocalı, Malıbəyli, Meşəli, Qaradağlı vəhşətləri? Ya, 
bəlkə Azərbaycanın ümumi ərazisinin son iki yüz ildə itirilmiş 80% (!) torpaqları? 
Bunların  hansı  ən  böyük  faciəmizdir?  Biganəlik,  bivecilik,  ətalət,  laqeydlik  və 
unutqanlığımızla  müqayisədə  heç  biri!  Əgər  bir  trilogiya  yazsaydım, 
söylədiklərimin  anatomiyasını  açar  və  bizə  xas  naqis  cəhətlərin  törətdiyi 
ölçüyəgəlməz fəsad və faciələri göstərərdim… 
Keçirəm  mətləbə.  Oxuduğum  Qəbələ  rayon  Nohurqışlaq  kənd  orta 
məktəbinin  həyətində  –  futbol  meydançasının  kənarında,  məktəb  binasına  gedən 
cığırın  –  yolun  sağ  tərəfində  böyük,  qollu-budaqlı  bir  əzgil  ağacı  vardı.  Onun 
budaqlarına  çoxlu  qara  və  qırmızı  parçalar  bağlayardılar.  Lakin  bu  iş  nə  vaxt 
görülürdü,  bilmirdik.  Yalnız  hər  dəfə  köhnəlmiş,  cındır  əskilərin  yanında,  yaxud 

 
275 
yerində  təzə  parçaların  bağlandığı  diqqətdən  qaçmırdı.  O  vaxt  bizə  deyirdilər  ki, 
həmin yer pirdir – ocaqdır. Lakin orada kim, nə vaxt dəfn     edilib – bu barədə bizə 
heç  kim  heç  nə  demirdi.  Biz  həmin  əzgilin  meyvəsini  də  yemirdik.  Bu,  günah 
sayılırdı…  
Rəhmətlik babam Məcid əfəndi və atam Həmid kişi həmişə bizim tərəflərdə, 
xüsusi  ilə  qonşu  Tüntül  və  Yengicə  kəndlərində  ermənilərin  yerli  sakinlərə  qarşı 
törətdikləri  ağlasığmaz  vəhşiliklərdən  danışardılar.  Üzdə  özünü  dost  göstərən 
mənfur  ermənilər  gizlində  silahlanırmışlar.  1918-ci  ildə  onlar  əliyalın 
azərbaycanlılara  qarşı  amansız  divan  tutmuşlar.  Silahlı  ermənilər  Qafqaz-Türk 
Ordusu  tərkibində  Azərbaycana  köməyə  gələn  türklərə  də  ara-sıra  müqavimət 
göstərir, onları arxadan vurur, yaxud pusquya salırdılar. Bizə deyərdilər ki, bir gün 
Göyçay  tərəfdən  –  Kötüklüdən  Tüntülə  yaxın  Bəylər  və  Əmirvan  erməni 
kəndlərinə top gülləsi düşəndə, ermənilər – «bu həna o hənadan deyil, türk gəldi, 
biz  batdıq»  -  deyib,  pərən-pərən  düşürlər.  Valideynlərimiz  bizim  kənddə  də  türk 
məzarı olduğunu ehtiyatla söyləyirdilər… 
Mən  «Odlar  yurdu»  qəzetində  işləyəndə  Tüntül  kənd  sakini  –  Fərman 
müəllim redaksiyaya rəsmən müraciət etdi. O, yazırdı ki, həyat yoldaşının babası 
türk  zabiti  olub.  Fərman  müəllim  Türkiyədəki  –  Bayburtdakı  qohumlarını 
soraqlayırdı. Təəssüf ki, o vaxt Fərman müəllimə kömək edə bilmədik – nə isə… 
Kəndimizin  ağsaqqalları,  xüsusilə  tarix  müəllimi  Hacı  Ağahüseyn  Tahirov 
israr  və  inadla  bildirir  ki,  əzgilin  altındakı  pir  türk  zabitinin,  yaxud  əsgərinin 
məzarıdır. Həmin ərazi yeni məktəb binasının özülünə düşdüyündən əzgilin ətrafı 
qazılmış və kənd sakinləri (Molla Qaraca və digərləri) oradakı sümükləri toplayıb 
kənd  qəbiristanlığında  –  Qarabağ  uğrunda  gedən  döyüşlərdə  şəhid  olmuş  İlham 
İlyas  oğlu  Abdulkərimovun,  Elçin  Məhəmməd  oğlu  Orucovun,  Elxan  Süleyman 
oğlu  Abuşovun,  Elbrus  Rza  oğlu  Qasımovun,  Natiq  Əlisa  oğlu  Abuşovun 
məzarının sırasında yenidən dəfn etmişlər. Heç şübhəsiz, bu türk zabitinin, yaxud 
əsgərinin məzarıdır ki, kənd sakinləri ora vaxtı ilə pir, ocaq kimi baxmışlar. 
Sovet  dövründə  yasaqlar  olduğundan,  bu  gün  isə  biganəlik,  laqeydlik 
ucbatından  hələlik  həmin  məzarı  müqəddəs  şəhid  qəbiri  səviyyəsinə  qaldırmaq, 
səcdəgaha  çevirmək  mümkün  olmamışdır.  1918-ci  ildə  azərbaycanlıların  cismən 
məhv edilməsinin qarşısını alarkən türk ordusu 1300 nəfərdən çox şəhid vermişdir. 
Sovet  hökuməti  onların  məzarlarını  da  yer  üzündən  silmişdir…  Bakı-Şamaxı 
yolunun  kənarında  bir  türk  zabitinin  tənha  məzarı  qalmaqdadır.  Nohurqışlaqdakı 
məlum  məzar  son  vaxtlar  aşkar  edilən  tək-tək  türk  qəbirlərindəndir.  Ruhu  şad 
olsun! 
Bəlkə  o  şəhidin  ruhunu  sevindirək?  Bəlkə,  türk  zabitinin  xatirəsinin 
əbədiləşdirilməsi,  məzarının  abadlaşdırılması,  abidəsinin  ucaldılması  üçün 
tərpənək, hərəkət edək? 
Biz çox vaxt tariximizin doğru-düzgün yazılmadığından gileylənirik. Amma 
tarix  yaşananlar  deyilmi?  Yaşananları  öz  əlimizlə  torpağa  basdırırıqsa,  günah 
kimdədir?» 
Məktubun üstündən bir müddət keçdikdən sonra Türkiyə Cümhuriyyəti Bakı 
Böyük  Elçiliyi  Silahlı  Qüvvələr  attaşesi  general  Fəxri  Kır  Nohurqışlaq  kəndinə 
türk  əsgərinin  qəbrinin  ziyarətinə  gəlir.  Nohurqışlaqdan  Qarabağ  uğrunda  şəhid 

 
276 
olan  5  nəfərin  məzarı  ilə  bir  sırada  uyuyan  xilaskar  türk  əsgərinin  qəbiri  başında 
farağat  duran  general  şəhidlərin  ruhuna  dua  oxuyub  qarşılarında  baş  əydi.  Onun 
görkəmi  elə  təəssürat  yaradırdı  ki,  sanki  general  şəhidə  raport  verirdi:  «Sevgili 
osmancıq, hüzurundayıq. Rahat uyu, Azərbaycan istiqlalına qovuşmuşdur. Ruhun 
şad olsun». 
Kənd  sakinlərinin,  Bakıdan  və  rayon  mərkəzindən  gələn  hörmətli 
qonaqların,  məktəb  müəllimlərinin,  digər  ziyalıların  iştirakı  ilə  keçən  ziyarət 
zamanı çıxış edənlər erməni vəhşiliyindən, xilaskar türk əsgərlərinin şücaətindən, 
qəhrəman  osmancıq-mehmetciklərin  adlarının  əbədiləşdirilməsinin  əhəmiyyəti  və 
aktuallığından ətraflı bəhs etdilər. Tədbir başa çatdıqdan sonra general Fəxri Kıra 
yaxınlaşdım, ziyarət üçün kənd sakinləri adından ona minnətdarlığımı bildirdim və 
əlavə etdim: 
-  Qonşu  Yengicə  kənd  qəbiristanlığında  bir  neçə  türk  əsgər  və  zabitinin 
məzarı  olduğu  barədə  də  məndə  məlumat  var.  Oraya  baş  çəkməyə  vaxtınız, 
imkanınız olarmı? 
General  duyğulandı,  həyəcanlandı,  şəhid  türk  əsgərinin  məzarını  ziyarət 
etməyin müqəddəs borc olduğunu, hər kəsə şərəf gətirdiyini söylədi. Biz Yengicə 
kəndinə  yola  düşdük.  Kəndin  köhnə qəbiristanlığında  əksər  məzarların  yeri  itmiş, 
başdaşları  çökmüşdür.  Yerli  sakinlərin  müşayiəti  ilə  hündür,  sal  çay  daşından 
yonulmuş  başdaşına  yaxınlaşırıq.  Şanlı  türk  əsgəri  tarixin,  əsrlərin  çox 
sınaqlarından  çıxmışdır.  Burada  uyuyan  türk  əsgərinin  başdaşı  da  illərin 
fırtınalarına,  təbəddülatlarına  dözmüşdü,  sinə  gərmişdi,  indi  isə  bizə  bələdçilik 
edirdi.  Qəbələnin  sayılıb  seçilən  din  xadimi  Hacı  Ağahüseyn  Yusif  əfəndi  oğlu 
Tahirov ərəb əlifbası ilə işlənmiş kitabəni oxuyur. Başdaşı üzərindəki ay-ulduz 90 
il  əvvəlki  görkəmini  olduğu  kimi  saxlamışdır.  Dünyanı  fəth  edən  qəhrəman  türk 
əsgərinin  çəkmələri,  qılıncı  və  güllə  darağının  şəkilləri  də  başdaşını  bəzəyir.  Bu 
məzarın  beş-altı  addımlığında  daha  iki  türk  şəhidinin  başdaşı  qalmışdır. 
Təsirlənmiş  ziyarətçilər  şəhidlərin  ruhuna  dua  oxuyub,  məzarıstandan  zəngin, 
unudulmaz təəssüratlarla ayrılırlar.  
Geriyə  boylanıram,  nəzərim  polad  kimi  məğrur,  sarsılmaz  türk  əsgərinin 
simvoluna  çevrilmiş  başdaşına  dikilir.  Bu  an  yadıma  türk  ordusu  tərkibində 
Koreyaya  göndərilən,  əslən  Qars  azərbaycanlılarından  olan  topçu  zabit  Fuat 
Azgurun  1953-cü  ildə  Koreyadan  Türkiyəyə  ünvanlanan  və  «Azərbaycan» 
(Ankara) jurnalında (№ 1 (10), 1953) dərc olunan şeiri  yadıma düşür: 
 
 
 
 
«Doğudan Batıya həsrət qoxulu. 
 
 
 
Bir yel əsər, sərin-sərin, bizimdir; 
 
 
 
Qədər dolu, sevda dolu, eşq dolu, 
 
 
 
Şəhid dolu təpələrin bizimdir. 
 

 

 

 
 
 
 
Bir sonsuz həsrətlə bağrılar yaxan 
 
 
 
İrmağın, çayındır damarlarda qan; 
 
 
 
Səni hərşeyinlə sevəriz, Vatan, 
 
 
 
Yağmurun, fırtınan, qarın bizimdir. 

 
277 
 

 

 

 
 
 
 
Eşqi və həyatı səndə bulan biz, 
 
 
 
Yar diyə sevdiksə, səni sevmişiz
 
 
 
Hicranına ortaq, dərdinə eşiz. 
 
 
 
Həm sevincin, həm kədərin bizimdir.» 
 
 
Azərbaycanın  istiqlalı  uğrunda  son  nəfəsinədək  ideoloji  mücadilə  aparmış 
istedadlı  yazıçı,  publisist,  naşir,  redaktor  Mirzə  Bala  Məmmədzadə  mühacirlərin 
İstanbulda  nəşr  etdikləri  «Yeni  Qafqasya»  jurnalında  «Bakının  azad  olunması 
uğrunda  döyüş  –  15  Sentyabr  qələbəsi»  adlı  məqaləsində  (№  24  (93),  1927) 
yazırdı:  «15  Sentyabr  28  May  qədər  tarixi  və  müqəddəs  bir  gündür».  Bu  gün  – 
Azərbaycan  müstəqilliyini  bərpa  etdikdən  17  il  sonra,  Azərbaycan  Xalq 
Cümhuriyyətinin  90  illiyi  ərəfəsində  də  bu  kəlam  türk  əsgəri  tərəfindən  erməni 
quldur  dəstələrinin  darmadağın  edilməsinin  xalqın  tarixində,  taleyində,  istiqlalın 
qazanılmasında və qorunmasında rolunu layiqincə dəyərləndirir. 
…Müşavir  Fəthi  Gədikliyə  müraciətimin,  general  Faxri  Kırın  Qəbələyə 
səfərinin  üstündən  2  ilə  yaxın  vaxt  keçir.  Bu  gün  Nohurqışlaq  kənd 
qəbiristanlığında  bu  kəndin  Qarabağ  uğrunda  döyüşlərdə  həlak  olan  şəhidləri  ilə 
bir cərgədə türk əsgərinin də məzarı var. Onların müqəddəs məzarları üstündə iki 
qardaş dövlətin bayraqları keşik çəkir, dalğalanır. 
“Ədəbiyyat qəzeti”, 12 mart 2010 
 
Xəlil Rza Ulutürk – 70  
 
Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin