ABĠd tahġRLĠ



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə29/43
tarix31.01.2017
ölçüsü4,4 Mb.
#6963
1   ...   25   26   27   28   29   30   31   32   ...   43

   
 
 
 
 
 
 
 
“Ədəbiyyat qəzeti”, 
 
 
 
 
 
 
 
 
               12 iyun 2009 
 
 
Sözün dilini bilən Ģair
 
 
 
Bütün  insanlar  sözün  sehrinə  düşür,  tək-təkləri  isə  sözlə  sehrləyirlər:  təsir 
edir, düşündürür, həyəcanlandırır, sevindirir, kədərləndirir, bir sözlə, beyinə nüfuz 
edir, qəlbə hakim kəsilir. Belə söz sərraflarından, sahiblərindən biri, heç şübhəsiz 
istedadlı şair, gözəl publisist Ağacəfər Həsənlidir. 
«Dostunu göstər, sənin kim olduğunu söyləyim» - deyirlər. Səhv etmirəmsə, 
Ağacəfərin dostlarının sırasında ilk iki yeri məhəbbət fədaisi Füzuli və istiqlal aşiqi 
Almaz  İldırım  tutu.  Ağacəfərin  saatlarla  böyük  Füzulidən  fasiləsiz  və  ehtirasla 
qəzəllər söylədiyinin, onları bütün incəliklərinə qədər şərh etdiyinin, azadlıq carçısı 
Almaz  İldırımın  əsərlərini,  xüsusilə  «Türkün  dastanı»  adlı  möhtəşəm  və 
həmişəyaşar  poemasını  əvvəldən  axıra  kimi  birnəfəsə  həvəslə,  ürəklə  əzbər 
dediyinin şahidləri bu ədəbi dostluğun əzəli və əbədi olduğuna da əmindirlər… 

 
260 
Ağacəfər poeziyasında zəif söz yoxdur, ümumiyyətlə, Ağacəfərə görə, zəif 
söz yoxdur, zəif deyilmiş və yersiz sözlər var. Şairin ağır çəkili, sanballı sətirləri 
axıcı, canlı, oynaq və obrazlıdır. Səbəbi aydındır: 
 
 
 
«Püskürür sinəmdə sözün vulkanı, 
 
 
 
Palçığı bir yana, qummu bir yana. 
 
 
 
Zamanın xırmanı döyür, ayırır, 
 
 
 
Qılçığı bir yana, tumu bir yana» - 
 
deyən  şair  («Püskürür  söz  vulkanı»)  uğurlu  sözünü  «gözünü  öpdüyüm  balamdı», 
«səngərimdi,  qalamdı»  deyə  əzizləyir,  bununla  da  kifayətlənmir  və  sözdən 
yarandığını  söyləyir:  «Mən  vulkan  altında  bərkimiş  sözəm».  «Əli  qələmə,  söz 
dilinə, heç nə könlünə yatmayanda» isə fəryad qoparır: 
 
 
 
 
«Söz Allahın – Füzuli  
 
 
 
Çat dadıma – imdadıma» («Söz haqqında söz»). 
 
Sözə, sənətə bu qədər ehtiyatla, ehtiramla yanaşan sənətkarın yaradıcılığının 
yeni  fikirlərlə,  orijinal  və  özünəməxsus  deyim  tərzi  ilə  zəngin  olması  tamamilə 
təbiidir.  Ağacəfər  mövzudan  asılı  olmayaraq,  öz  duyğu  və  düşüncələrini  canlı, 
ehtiraslı və obrazlı çatdırmağın mahir ustasıdır. 
Bəzən  adama  elə  gəlir  ki,  Ağacəfər  nədən  yazmaq  barədə  heç  fikirləşmir. 
Onun  üçün  əsas  məsələ  nəyi  isə  dəstəvuz  edib,  yalnız  özünəməxsusları  oxucuya 
çatdırmaq,  bu  yolla  onun  hiss  və  duyğularına  təsir  etmək,  onu  riqqətə  gətirmək, 
həyəcanlandırmaq,  düşündürməkdir.  Amerikanın  İraqa  təcavüzündən  yazanda  da 
o, buna nail olur: 
 
 
 
 
Yığışdırın səhradan, 
 
 
 
Götürün meyitləri 
 
 
 
Dağılıb Kərbəlada 
 
 
 
Füzulinin beytləri («İblis barmağı»). 
 
Dərdi, qəmi, qələmə alanda da istəyinə yetir: 
 
 
 
 
Gözlərimin yağını, 
 
 
 
İçdi, bildim yağıdı… 
 
 
 
Qələbə bayrağını 
 
 
 
Gözlərimə sancdı dərd («Dərd»). 
 
Dostlarından söz salanda da məqsədinə çatır: 
 
 
 
 
Yoxluğumun küncündə 
 
 
 
Diz çökəcək dostlarım. 
 
 
 
Məzarımın içindən 
 
 
 
Söz çəkəcək dostlarım («Dostlarım»). 
 

 
261 
Ata-anaya məhəbbəti tərənnüm edəndə də niyyətinə yetişir: 
 
 
 
 
 
Atamın əllərinin istisi 
qapı dəstəyində, 
Pəncərə pərdəsinin ətəyində, 
ocaq külündə… 
Heç nəyə dəyə bilmirəm, 
Qorxuram anamın səliqəsinin rəngi gedər, 
Divarların əhəng ütüsü. 
Odun sobasının təpəsindən qalxır tüstüsü. 
Suvağı tökülmüş çiy kərpiclər 
Hamısı kibrit qutusu – 
Odla oynamağa bənddi…  
(«Kənddəki evimizin mənzərəsi»). 
 
Yanılmıramsa, Ağacəfərin yüzlərlə şeirinin heç birində «azadlıq istəyirəm» 
ifadəsi, ya ona bənzəri yoxdur. Amma  mövzusundan asılı olmayaraq, onun bütün 
şeirləri üçün azad ruh hakimdir. Lakin şairin elə şeirləri də var ki, orada mənəvi və 
fərdi  azadlığa  çağırış,  eyni  zamanda  mütiliyə  və  köləliyə  nifrət  daha  kəskin,  sərt 
səslənir. 
 
 
 
 
Əyilib bir ağız zaman götürmür, 
 
 
 
Nə haray, nə həşir vecinə deyil. 
 
 
 
Xırman mərəkəsi, xırman təlimi 
 
 
 
Elə bil gündəlik vərdişdi elə. 
 
 
 
Sarı öküzlərin gücünə deyil. 
 
 
 
 
Tər yuyub aparır bu fağırları, 
 
 
 
Hədəqədən çıxır bərəlmiş gözlər. 
 
 
 
Cin vurub başına dərz daşıyanın, 
 
 
 
Ovundurmaq olmur hər şirin sözlə. 
 
 
 
 
Vəlqoşan qıymayıb bir çəngə ota, 
 
 
 
Atıb qabağına bomboz küləşi. 
 
 
 
Dayanıb kölgədə buynuz-buynuza 
 
 
 
Xırman öküzləri söz güləşdirir. 
 
Bu  sətirlər  mənə  çağdaş  mədəniyyətimizin  bel  sütunu  M.Fətəlini  xatırlatdı. 
O yazırdı: «Əgər cəmiyyət öz fərdlərinə fikir azadlığı verməzsə, onları ata-babanın 
və  övliyaların  qərar  verdikləri  şeylərlə  kifayət  etməyə  və  bunlardan  kənara 
çıxmamağa və ağıllarını mədəniyyət işlərində işlətməyə məcbur edərsə, bu surətdə 
fərdlər yer əkən, məhsul toplayan və hər bir işi düşünmədən və fikir etmədən görən 
avtomat  olarlar;  və  ya  onlar  dəyirman  atlarına  bənzərlər  ki,  hər  gün  müəyyən 
dairədə  dolanarlar  və  öz  vaxtında  da  arpa-saman  yeyib  su  içər  və  yatarlar,  sonra 

 
262 
yenə oyanıb haman dünənki dolanışı dünyanın axırına qədər təkrar edərlər. Və bu 
biçarə  atların  hərgiz  xətri  olmaz  ki,  dünyada  çəmənlər,  otlaqlar,  çayırlıqlar, 
çiçəkliklər,  meşələr,  dağlar  və  dərələr  vardır;  əgər  bağlı  olmasaydılar,  dünyada 
gəzərdilər  və  o  könül  açan  yerləri  görərdilər  və  dünya  nemətlərindən  tamamilə 
faydalanmış olardılar». 
Yaradıcılığı  ilə  ilk  tanışlıq  elə  təəssürat  oyadır  ki,  Ağacəfər  qəm,  kədər 
şairidir, tərki-dünyadır. Çünki gah 
 
 
«Çiçəklər açılır hər yaz qabağı, 
 
 
Mənim ki, ürəyim açılmır, canım» - deyir, gah 
 
 
«Yatıram, səhər açılmır, 
 
 
Gecəni necə dartıblar» - söyləyərək sıxılır, gah 
 
 
«Yırtılır ömür torbası 
 
 
Adam yaşamaqdan doyur» - yazır, gah da dünyanın 
 
 
«Gülünün iyindən daddım, 
 
 
Külünü tökdüm başıma» - deyə fəryad qoparır, gah da 
 
 
«Mən yatan gecənin səhəri yoxdur» - söyləyərək – hər şeydən 
əlini üzür. Lakin bütün bunlar şairə öz işıqlı ideyalarını, nikbin duyğularını kədər, 
qəm süzgəcindən keçirərək çatdırmaq üçün bir vasitədir. Və həmin «ağrı» və ağır 
şeirləri oxuyanda insan duyğulanır, təsirlənir, təzələnir, səfərbər olur. 
«…ilhamının  səmimiliyinə,  orijinallığına  və  fərdiliyinə  qəlbən  inanan», 
özünü  Ağacəfərin  «iyirmiillik  oxucusu»  adlandıran  istedadlı  tənqidçi  mərhum 
Nadir  Cabbarlı  şairin  «Ürəyim  döyünür,  qapım  döyülür»  adlı  kitabına  (Bakı, 
«Gənclik»,  1977)  yazdığı  «Sözün  ağrı  yaddaşı»  adlı  ön  sözdə  şairin  «şeirlərinin 
lirik  düşüncə  axarını,  poetik  təhlil  yönünü,  deyim-üslub  meylini  izləməyə  həmişə 
ehtiyac hiss etdiyini» xüsusi vurğulayır və səmimi etiraf edir: «…yaş sayağı, ömür-
gün  sayağı,  təbii  ki,  bədii  zövq  də,  estetik  duyum  da  yerində  saymayıb  – 
təbəddülata  uğrayıb.  Amma  Ağacəfərin  şair  sözünə  oxucu  marağım  heç  vaxt 
azalmayıb».  Elə  bilirəm  ki,  ədəbi  prosesi  diqqətlə  izləyən,  onu  təhlil  etməyi  və 
dəyərləndirməyi  bacaran  Nadir  Cabbarlı  təxminən  10  il  əvvəl  bu  qənaətə 
gəlmişdirsə, şairin həmin vaxtdan ötən müddət ərzindəki yaradıcılıq uğurlarını da 
nəzərə alıb, sonuncu cümləni kiçik redaktə ilə vermək olar: Ağacəfərin şair sözünə 
oxucu marağı heç vaxt azalmayıb və azalmayacaqdır. 
 
 
 
 
 
 
 
 
 
       1 noyabr 2004 
 
 
Oğlan  bir  ailəninsə, oğul  bir millətindir 
 
Toy    məclisinin    şirin    bir  yerində  masabəyi  özünəməxsus  tərzdə  həkimlər  
əyləşən    stola  yanaşdı,  onları  ehtiramla  salamladı,  sağlamlıq    keşikçilərinin 
ünvanlarına    xoş  sözlər    söylədi    və  bəylə  gəlini    təbrik  etmək  üçün  həkim  
qonaqlardan  birinə  mikrofonu  uzatdı    və  nəzakətlə  -    buyurun,  müəllim,  söz 
sizindir – dedi. Arağın təsirindən  xeyli  məstləşən  həkim ağır – ağır ayağa qalxdı, 
mikrofonu  əlinə  alıb,  ləngərli  yerişlə  stoldan  xeyli  aralanıb,  çalğıçıların  yanında 
dayandı. Çıxışa salamsız – kəlamsız  başladı. İlk  cümləsi isə bu oldu: 
  

 
263 
 
-  Birincisi  ,  müəllim  yox,  həkim.  İkincisi  isə  …  -  deyərək    sözünə  davam 
etdi.      
Həkim  çıxışını bitirəndə masabəyi  mikrofonu  ondan aldı. Çoxu elə bilirdi 
ki, masabəyi ya növbəti qonağa, ya da müğənniyə söz verəcək. Amma belə olmadı. 
Masabəyinin  gur  səsi  bütün  salona  hakim  kəsildi,  tam    sakitlik  yarandı:    -Fateh 
Sultan  Mehmet Konstantinopolu, indiki İstanbulu alandan sonra bu böyük  zəfəri 
qeyd  etmək  üçün  şəhərə  çıxır.  Bu  zaman  hörmət  əlaməti    olaraq    müəlliminin 
arxasınca  hərəkət  edir.  Yəqin  bu  faktı    da  bilirsiniz  ki,  Əmir  Teymur  vəsiyyət  
etmişdi ki, onu müəlliminin  qəbrinin ayaq tərəfində dəfn etsinlər. Əlbəttə, tarixdə, 
həyatda  belə  hadisələr  saysız  –  hesabsız    olmuşdur.  Bütün  böyük,  qədirbilən 
insanlar  öz  ustadlarını,  müəllimlərini  həmişə  sonsuz  ehtiramla  yad  etmiş, 
xatirələrini əziz  tutmuşlar. Ona görə hər  dəfə « müəllim » sözünü böyük qürur və 
iftixarla deyirəm. Bu sözü kimə  müraciət  kimi ünvanlayıramsa , elə bilirəm onu 
şərəfləndirmiş oluram… Nə isə, mətləbdən çox  uzaqlaşmayaq, - deyə o , məclisi 
aparmağa davam etdi.   
 
 
 
Bu zaman gözüm həkimlərin stoluna sataşdı. «Müəllim»   sözündən inciyən 
həkim çox pərt halda vurnuxur, lakin özünü o yerə qoymurdu, sanki  masabəyinin 
dediklərinin  ona  dəxli  yox    idi.  Rəqs  edənlər    meydanı  qızışdıranda  həkimlərin 
stolundan bir  nəfərin ehmalca  aradan çıxdığı gözünə sataşdı. Bu masabəyinin dərs 
verdiyi  həkim idi … 
 
 
 
Vaqif    Yaquboğlu  haqqında    söhbətə 
bu epizodla başlamağım  təsadüfi  deyil. Buradan onun bir neçə  ali keyfiyyəti üzə 
çıxır  :  o,  sözə  çox  həssasdır,  ətrafındakılara  qarşı    diqqətli    olduğu  qədər    də 
prinsipialdır,  müşahidə  etməyi,  dəyərləndirməyi  yaxşı    bacarır,  mahir  natiqdir, 
insanların qəlbinə və beyninə nüfuz  etməkdə ustadır, iti yaddaşı, möhkəm məntiqi 
var. Bütün bunları bircə məclisdə şahidi olduğum hadisə ilə əsaslandırıram. Amma 
bu  keyfiyyətlər    birdən  –  birə    formalaşmayıb  :  uzun    illərin  gərgin  zəhməti, 
axtarışları  bəhrəsini    tədricən    verib.  Bu  gün  artıq    Vaqif    Yaquboğlu    sayılıb-
seçilən söz və nüfuz sahibdir. Doğrudan da , əgər biz  Vaqif  Yaquboğlunu yalnız  
el şənliklərinin , müxtəlif  mədəni – kütləvi  tədbirlərin  aparıcısı  kimi  tanıyır və  
təqdim  ediriksə,  deməli  ,  biz  onu  tanımırıq.  Doğrudur,  tanınmaq,  şan  –  şöhrət 
sahibi olmaq üçün elə aparıcılıq da kifayət  edər. Bu sənət  də az enerji, az zəhmət  
tələb  edən  sahə  deyil.  Bunun  üçün  ədəbiyyata,  xüsusilə    şifahi  söz  xəzinəmizə, 
yüksək səhnə mədəniyyətinə, özünəməxsus səsə, ifa tərzinə yiyələnmək, el-obanın  
adət-ənənələrini bilmək vacib şərtlərdəndir.  
 
Vaqif  Yaquboğlu    ali  təhsilli,  bacarıqlı  rejissor,  istedadlı  şairdir.  Onun 
şeirləri  insanı  həyəcanlandırır,  riqqətə  gətirir,  düşündürür.  Uzun  müddət 
yaddaşlardan  silinməyən,  böyük  təəssürat  yaradan  əsərləri  Vaqif  Yaquboğlunun 
şeirlərinin  həm  mövzu,  həm  də  sənətkarlıq  baxımından  diqqətçəkən  olduğuna 
dəlalət  edir.  Vaqif  səsinin  sehri,  sözünün  gücü  ilə  öz  xalqına  xidmət    edir.  Onun  
övladlarına  Dədə Qorqud  sayağı xeyir – dua verir, insanları düz yola, düz əmələ, 
ədalətə səsləyir.   Vaqif    Yaquboğlu    bütün  təbəqələrin,  zümrələrin  dili  ilə  
danışmağı, ünsiyyət qurmağı, təmas yaratmağı bacarır. Onun varlıya da, kasıba da, 
cavana da, yaşlıya da deməyə sözü var. Əbəs deyil ki, V. Yaquboğlu bəzən həzin, 
lirik  nəğmə  söyləyirmiş  kimi    yumşaq,  həlim  bir  səslə  danışır,  bəzən  də  dağ  çayı 
kimi  coşub – daşır, nərə çəkir, ağzından od –alov püskürür. 

 
264 
Vaqif    Yaquboğlu    haqqında  fədakar  və  cəfakeş  publisist    Ramin 
Məmmədovun  sanballı  «Qəbələ  ziyalıları»  adlı    kitabında  məqaləyə  rast    gələndə  
təəccüblənmədim,  əksinə  sevindim  və  fikirləşdim  ki,  Vaqif  Yaquboğlu  öz  parlaq 
istedadı və tükənməz zəhməti  hesabına  Qəbələnin  adlı-sanlı insanları bir cərgədə 
durmaq  haqqını  qazanmışdır.  Bir  gözəl  şeirində  söylədiyi  «Oğlan  bir  ailəninsə, 
oğul bir millətindir» misrası  elə  Vaqif Yaquboğlunun özünə çox yaraşır… 
 
ĠLLƏR, ĠZLƏR 
 
 
 
 
«Mənəvi borcumuzu, əqli duyğularımızı oyadan gün» 
 
Böyük maarifçi-demokrat, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin 
sağlığında  da,  vəfatından  sonra  da  ona,  nəşr  etdirdiyi  «Əkinçi»yə  münasibət 
birmənalı olmamışdır. Hakimiyyəti təmsil edən qüvvələr bir tərəfdən, nadanlar və 
cəhalətpərəstlər  isə  digər  tərəfdən  H.Zərdabiyə  və  «Əkinçi»yə,  qəzetin  işıqlı 
ideyalarına  qarşı  düşmən  münasibəti  bəsləmişlər.  M.F.Axundov,  S.Ə.Şirvani, 
Ə.Adıgözəlov (Gorani), N.Vəzirov kimi ziyalılar H.Zərdabini hərtərəfli təqdir edir 
və  bu  mübariz  insana  mənəvi  kömək  göstərirdilər.  Qəzeti  «Şərqdən  qərbə  əxbar 
söyləyən», «səadətin mayası» adlandıran S.Ə.Şirvani nahaq yerə demirdi: 
 
 
 
 
 
Dün sual etdi bir nəfər cahil: - 
 
 
 
 
Ki, qəzetdən nədir bizə hasil? 
 
 
 
 
Bu Həsən bəy nə istəyir bizdən? 
 
 
 
 
Doldurub aləmi quru sözdən. 
 
Belə  ikili  münasibət  H.Zərdabinin  vəfatından  sonra  da  eyni  ilə  qalmışdı. 
Sadəcə, bu dəfə H.Zərdabinin tərəfində duranlar və ona qarşı çıxanlar nəsil etibarı 
ilə dəyişmişdi. Firudin bəy Köçərli, Ceyhun Hacıbəyli kimi ziyalılar H.Zərdabinin 
və onun «Əkinçi»sinin əsl dəyərini verən xadimlər idi. Azərbaycan ictimai-siyasi, 
ədəbi-mədəni,  mətbu  həyatında  parlaq  iz  qoymuş  yazıçı-publisist,  tərcüməçi-
tədqiqatçı,  naşir-redaktor,  diplomat  Ceyhun  Hacıbəyli  H.Zərdabiyə  və  onun 
«Əkinçi»sinə  münasibətdə  xüsusilə  fərqlənirdi.  Bir  faktı  demək  kifayətdir  ki,  o, 
H.Zərdabinin  vəfatından  sonra  hər  il  «Kaspi»  qəzetində  öz  böyük  müəlliminin 
xatirəsinə  həsr  olunmuş  məqalə  dərc  etdirmişdir.  Bu  yazılar  Azərbaycanın 
mədəniyyət tarixinə əbədi möhür vurmuş bir insan haqqında, sadəcə, xoş xatirələr 
deyil,  həm  də  öz  milli-mənəvi  dəyərlərinə  laqeyd  qalan  Azərbaycan  cəmiyyətinə 
kəskin etiraz idi. 
«Yeddi  il»  adlı  məqalədə  («Kaspi»,  №  267,  1914)  oxuyuruq:  «Bu  gün 
müsəlmanların mədəni maarifçilik sahəsində pioneri sayılan Həsən bəy Məlikovun 
vəfatının  7  ili  tamam  olur.  Bakılıların  pafoslu  nitqləri  və  təntənəli  mərasimlə  öz 
xadimlərini  dəfn  etdikləri  həmin  gündən  vur-tut  7  il  keçir.  Hələ  tam  soyumamış 
meyit  üzərində  səslənən  o  çıxışlar  mənim  indi  də  qulaqlarımdadır.  Aman  Allah, 
həmin nitqlərdən necə od-alov püskürürdü, çıxışlar ürəklərdə necə bir ümid çırağı 

 
265 
yandırır,  mərhumun  xatirəsi  minnətdarlıq  hissi  ilə  yad  edilirdi?!  Həmin  gündən 
cəmi 7 il ötmüşdür. 
Nə  olsun?  O  təmtəraqlı,  ibarəli  nitqlərdən  nə  qaldı?  Deyəsən,  külək  elə 
həmin  gün  o  çıxışları  sovurub  apardı.  Həsən  bəy  təntənəli  şəkildə  dəfn  olundu, 
onun  haqqında  iki-üç  gün  də  orda-burda  danışdılar,  qəzet  və  jurnallar  onun 
bioqrafiyasını dərc etdilər, portretini verdilər – vəssalam. 
Müsəlman cəmiyyəti ona müxtəlif sahələrdə ilk addımı atmağı öyrədən, ona 
zəngin  miras,  irs  qoyan,  onu  mədəni  həyata  alışdıran  xadimi  ilə  beləcə  üzülüşdü. 
Deyəsən,  hər  şey  bitdi…  Və  müsəlman  cəmiyyəti  mərhumu  tamamilə  unutdu. 
Lakin bu hələ hamısı deyil». 
«Həsən bəyin xatirəsi» adlı yazıda («Kaspi», № 269, 1912) oxuyuruq: «Bu 
gün  28  noyabrdır.  Düz  5  ildir  ki,  Qafqaz  müsəlmanları  Həsən  bəy  Məlikovu 
itirmişlər.  İctimai  özünüdərki,  ictimai  ruhu  oyatmaq  üçün  hər  bir  jurnalistin 
borcudur ki, hər il bu mühüm tarixi günü qeyd etsin… 
28  noyabr  tarixi  təkcə  Həsən  bəy  Məlikovu  itirdiyimiz  matəm  günü  kimi 
yox,  həm  də  mənəvi  borcumuzu,  əqli  duyğularımızı  oyadan,  xatırladan  bir  gün 
kimi yaddaşlara həkk olunmalıdır. 
Məhz buna görə də, bir də təkrar edirəm ki, hər bir jurnalist hər il 28 noyabrı 
qeyd etməlidir. Və bu zaman Həsən bəyin özünəməxsus frazası rəhbər tutulmalıdır: 
«Bir  damla  su  vaxt  keçdikcə  böyük  qayanı  deşir,  söz  də,  əlaxüsus,  doğru  söz 
insanın başını deşir, nəhayət, onun beyninə işləyir, ona təsir edir». 
Ceyhun Hacıbəyli həmin məqalədə Həsən bəy Zərdabinin tarixi xidmətlərini 
sadalayır və sonda yazır: «Mən 28 noyabrı xatırlamaqla cəmiyyətin diqqətini ona 
yönəltmək istərdim ki, mədəni həyatımızın pioneri sayılan Həsən bəyin xatirəsinin 
əbədiləşdirilməsi  üçün  onun  əsasını  qoyduğu  və  bütün  ömrünü  sərf  etdiyi 
ideyaların həyata keçirilməsinə çalışaq». 
Abdulla  Şaiq  H.Zərdabinin  ölümü  münasibəti  ilə  «İrşad»da  dərc  etdirdiyi 
şeirdə  onu  «gəncliyin  rəhbəri»,  «nur  saçan  ülkər»,  «dahi»,  «fədakar»,  «böyük 
insan»  adlandırır.  Haşım  bəy  Vəzirov  H.Zərdabini  «millət  mücahidi»  kimi 
xarakterizə  edirdi.  M.Ə.Rəsulzadə  H.Zərdabiyə  dəfn  mərasimində  «maarif 
mücahidi»,  «piri-rövşən»  deyə  xitab  edirdi.  «Azərbaycan  mətbuatının  piri»  adlı 
yazısında isə (Ankara, Azərbaycan jurnalı, 1952, № 2) M.Ə.Rəsulzadə qeyd edirdi: 
«H.Zərdabi səpdiyi toxumun səmərəsini görən uğurlu bir əkinçi kimi öyünərək və 
sevinclə bu dünyadan köçdü. O gün mətbuat qara geydi. Şairlər mərsiyələr yazdı. 
Teatrlar  pərdələrini  endirdi.  Bazarlar  və  dükanlar  qapandı.  Bir  kəlmə  ilə,  millət 
matəm tutdu».Sonrakı illərdə, o cümlədən Sovet hakimiyyəti dövründə Həsən bəy 
Zərdabi  və  «Əkinçi»  ilə  bağlı  geniş  tədqiqat  işləri  aparılmışdır.  Lakin  bu 
araşdırmalar rejim və ideologiyanın çərçivəsindən çıxa bilməmişdir. Faktlar bəzən 
təhrif edilmiş şəkildə təqdim olunur, yazılar «kommunist əxlaqı»na uyğunlaşdırılır 
və  yozulurdu. Tədqiqatçılardan biri  yazırdı:  «təəssüf ki, H.Zərdabi  maarifçilikdən 
irəli gedə bilmədi, inqilabçı ola bilmədi». 
«Əkinçi» bütün problemləri həll etdimi? Təbii ki, yox. Lakin qaranlıqda bir 
şimşək  kimi  çaxdı,  onun  ziyası  ilə  gözlər  işıqlandı,  beyinlər  qidalandı,  fikirlər 
təzələndi. Bir sözlə, maarif, mədəniyyət karvanı tərpəndi, yola düşdü. «Əkinçi» söz 
azadlığı,  insan  haqları,  demokratik  dəyərlər,  elm,  tərəqqi,  mədəniyyət,  maarif 

 
266 
uğrunda mübarizəyə, cəhalətə, geriliyə, mövhumata, savadsızlığa qarşı mücadiləyə 
start verdi.«Əkinçi» xalqın xidmətində dururdu, onun yoluna işıq salırdı. Bugünkü 
KİV-dən də məhz bunu umuruq. Ən azı nadan və qərəzli olmaq lazımdır ki, deyək: 
«Əkinçi»  informasiyaları  operativ  çatdırmırdı,  onun  tərtibatı,  şrifti  yeknəsəq  idi. 
Qəzetin  naşiri,  redaktoru,  korrektoru,  mürəttibi  H.Zərdabi  sonralar  xatırlayırdı: 
«pul yox, yazıçı yox, çapxana yox, hürufat yox, oxucu yox… dövlət tərəfindən izn 
almaq da ki, böyük bəladır».Vərəqləri saralmış «Əkinçi» ilə bugünkü rəngli qəzeti, 
yaxud  jurnalı  yanaşı  qoyub  görkəmini  müqayisə  etməyək,  onların  məzmununu, 
mahiyyətini  və  arxalarındakı  simaları  tutuşduraq.  Onların  ideyasını,  əqidəsini, 
məsləkini  müqayisə  edək.  Onların  istedadını,  enerjisini,  xalqa  xidmət  istəyini, 
yanğısını yanaşı qoyaq. 
Bu  gün  Zərdabi  ilə  bağlı  bütün  məsələlər  həllini  tapmışdırmı?  Onun 
həyatının  və  irsinin  tam,  milli  tələblər  baxımından  tədqiq  edildiyini  söyləyə 
bilərikmi? Əlbəttə, yox. Milli mətbuatımızın banisi H.Zərdabinin həyatı, irsi, onun 
«Əkinçi»si daha dərindən, diqqətlə araşdırılmalıdır. H.Zərdabinin Bakıda yaşadığı, 
«Əkinçi»nin  nəşr  olunduğu  binalara  xatirə  lövhəsi  vurulmalıdır.  Bütün  bunların 
başlanğıcı olaraq, hər il 28 noyabr tarixinin, böyük Ceyhun Hacıbəylinin arzuladığı 
kimi,  Həsən  bəy  Zərdabinin  xatirə  günü  kimi  ölkə  miqyasında  qeyd  edilməsi  ola 
bilər.  Bu  baxımdan,  nəhayət,  Milli  Mətbuat  Şurasının  çağırışı  ilə  bu  ildən  28 
noyabrın  Həsən  bəy  Zərdabinin  anım  günü  kimi  qeyd  olunması  böyük 
qədirbilənlik nümunəsidir. 
 
 «Xalq qəzeti» 
 
 
 
 
 
 
 
 
 
1 dekabr 2000 
 
    Azərbaycanlı zabitə bəraət verilməlidir 
 
Ġngilis və alman tribunallarının tarixi  
təcrübəsi bunu tələb edir
 
 
 
 
 
 
 
 
 
1921-ci il iyun ayının 18-də ingilis işğalı altında olan İstanbulun Pera Palas 
oteli qarşısında Azərbaycan Xalq Cümhuriyyətinin sabiq daxili işlər naziri Behbud 
Xan  Cavanşir  erməni  Torlakyan  tərəfindən  üç  güllə  ilə  qətlə  yetirilir.  İngilis 
tribunalı qurulur və bir neçə aydan sonra məhkəmə Torlakyanın cinayət törətdiyini 
elan  etsə  də,  ona  bəraət  hökmü  çıxarır.  Bu  qərar  onunla  əsaslandırılır  ki,  guya 
azərbaycanlılar  1918-ci  ildə  Bakıda  Torlakyanın  qohumlarını  öldürmüşlər  və 
Torlakyan da anlaqsız vəziyyətdə qətl cinayətini törətmişdir (ətraflı bax: 1. Murat 
Çülçu. Erməni intriqalarının pərdə arxası: Torlakyan davası, İstanbul, 1990, Kastaş 
A.Ş. yayınları, 338 səh. 2. Sürəyya Ağaoğlu. Bir ömür belə keçdi (İstanbul). 
Bundan bir qədər əvvəl isə Soqoman Teyleryan (1886-1960) Berlində Tələt 
paşanı  qətlə  yetirir  (mart  1921).  Berlin  dairə  məhkəməsi  də  «xalq  qisasçısı» 
Teyleryana  bəraət  hökmü  çıxarır  (ətraflı  bax:  Con  Kirokosyan.  Mladoturki  pered 
sudom istorii. «Hayastan» nəşriyyatı, Yerevan, 1986, 480 səh.). 
Düz  iki  yüz  ildir  ki,  Azərbaycanda  erməni  terroru,  vəhşəti  baş  alıb  gedir. 
Körpə,  qadın,  qoca  demədən  erməni  qatillər  azərbaycanlıları  ağlasığmaz 

 
267 
işgəncələrlə məhv edirlər. Onların sırasında ana bətnində olan yavru da, yaşı 100-ü 
haqlamış  qoca  da,  dövlət  xadimləri  də  (F.X.Xoyski,  H.Ağayev,  N.Yusifbəyli…, 
elm,  mədəniyyət  adamları  F.Köçərli,  T.İsmayılov, S.Əsgərova,  A.Mustafayev  …) 
var.  Bu  vaxta  kimi,  «Difai»  təşkilatı  istisna  olmaqla,  Azərbaycanlılar  tərəfindən 
erməni  qatillərinə  onların  «dilində»  «Dur»  deyən  təşkilat  olmamışdır.  Odur  ki, 
terrorlar  soyqırımla  və  deportasiyalarla  əvəz  olunmuşdur:  1905,  fevral,  avqust, 
1918, mart, 1948-1954, 1988, 1992…Nəticədə Azərbaycanlılar başı qapazlı, çörəyi 
əlindən alınan yazıq, gözüqırpıq körpə vəziyyətinə salınmış, torpağının 80 faizi (!) 
işğal edilmişdir. Bəlkə, bəsdir?! 
Sözüm  ictimaiyyətə,  daxildə  və  xaricdə  susan,  müşahidə  edən,  laqeyd, 
biganə həmvətənlərə, ilk növbədə hüquq müdafiəçilərinədir: dili, dodağı, barmağı, 
başı  kəsilərək  qətlə  yetirilən  ərlərin,  qadınların,  körpələrin  sızıltısına,  qarnı 
nizələrlə dəlik-deşik edilən hamilə qadınların naləsinə dözməyən, torpağından, ev-
eşiyindən didərgin salınan, yataqxanada məskunlaşan Cəbrayıl qaçqını zabit Ramil 
Səfərov  ermənilərin  vəhşiliyindən  sarsılmış,  anlaqsız  vəziyyətə  düşmüş  və 
qatillərdən  birini  zərərsizləşdirmişdir.  Əslində,  bir  millətin  namus  və  qeyrət 
simvolu  olan    Ramil  Səfərovu  erməni  qatilləri  ilə  müqayisə  etmək  özü  də  böyük 
qəbahətdir.  Əgər  hətta  erməni  qatillərinə  ingilis,  alman  tribunalları  bəraət 
qazandırırsa, biz niyə susuruq?! 
 
 
 
 
 
 
 
Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin