ABĠd tahġRLĠ



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə32/43
tarix31.01.2017
ölçüsü4,4 Mb.
#6963
1   ...   28   29   30   31   32   33   34   35   ...   43

Xeyrulla Məmmədov 
 
 
 
 
 
     filologiya elmləri doktoru, professor 
 
 
 
 
 
 
 
 
 
 

 
287 
 
 
 
 
 
 
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat Ġnstitutu 
«Xaricdə Azərbaycan ədəbiyyatı» Ģöbəsinin 14 may 
1997-ci il tarixli növbəti iclasının 9 №-li 
 
PROTOKOLUNDAN 
 
 
Filologiya elmləri doktoru Ağarəfi Zeynalov:  
-  Abid  Tahirli  çox  maraqlı  bir  iş  görüb.  O,  Üzeyir  bəyin  qardaşı  Ceyhun 
haqqında  elmi  əsər  yazıb.  Onu  da  qeyd  edim  ki,  Hacıbəyli  qardaşlarının  bizim 
Azərbaycan  mətbuatında,  incəsənətində,  mədəniyyətində  böyük  rolu  olub.  Lakin 
buna baxmayaraq, bu qardaşlar təzyiq altında olub, çox əziyyət çəkiblər, xüsusən 
Ceyhun  bəy  tamamilə  unudulub.  Abidin  ən  böyük  xidməti  ondadır  ki,  o,  Ceyhun 
bəyin  bütün  əsərlərini,  istər  publisistikasını,  istər  bədii  əsərlərini  araşdırıb,  onları 
«Kaspi», «Baku», «Proqress» qəzetlərindən aşkar edib tədqiqata cəlb edibdir. İşin 
əvvəlindən o, düz yol tutub,  onun imzalarını işıqlandırıb. Bununla kifayətlənməyib 
arxivdə olan materialları cəlb edib, onları nəzərdən keçirib və nəticədə sanballı iş 
yazıb. Bu, Ceyhun Hacıbəylinin həyat və yaradıcılığı haqqında olan ilk tədqiqatdır. 
O,  publisist  materialları  geniş  analiz  edib,  maarifçiliyə  aid  yaxşı  fikirlər  var, 
nəticələri  elmlidir,  məntiqlidir.  Onun  xidməti  bir  də  ondadır  ki,  «Hacı  Kərim» 
kitabını əldə edib, dolğun bir biblioqrafiya tərtib edib. 
 
Filologiya еlmləri нamizədi Мənzər Ġbrahimova: 
-  Работа  А.Таирли  посвящена  изучению  доэмигрантского  периода 
творчества  одного  из  представителей  азербайджанского  зарубежья,  видного 
публициста, журналиста, общественного деятеля Джейхун бека Гаджибейли. 
Она  восполняет  пробел  истории  азербайджанской  литературы  начала 
столетия,  предметом  исследования  служит  в  основном  публицистика 
Д.Гаджибейли  со  страниц  русскоязычной  печати  –  газет  «Каспий»,  «Баку», 
«Прогресс»  и  т.д.  Литературное  наследие  Дж.Гаджибейли  соискатель 
рассмотрел  в  двух  аспектах:  как  представителя  азербайджанского 
просветительства,  благотворительности,  религии  и  духовенства,  а  также 
анализа  художественных  произведений  –  «Гаджи  Керим»,  рассказов  и 
фельетонов.  Освещается  и  отношение  Дж.Гаджибейли  к  истории  развития 
азербайджанской  печати  и  дается  небольшой  очерк  об  издателе  редакторе 
газеты «Тарджуман» Исмаил бек Гаспринском. 
Прежде  всего,  необходимо  отметить  ту  большую  работу,  которую 
проделал  соискатель,  собрав  воедино  разбросанные  на  страницах  печати 
публикации  Джейхун  бека.  К  числу  заслуг  следует  отнести  и  то,  что  он 

 
288 
возродил  для  нашей  действительности,  до  сих  пор  находившийся  под 
запретом, сборник его первых литературных опытов, изданных в 1911 году. 
Переизданный  сборник  А.Таирли  имеет  то  преимущество,  что  к  нему 
предпослано 
предисловие, 
являющееся 
можно 
сказать 
первым 
исследованием художественных образов, созданных Дж.Гаджибейли. 
Работа  оставляет  хорошее  впечатление,  так  она  начинается  с 
теоретического  освещения  проблемы  азербайджанского  просветительства, 
отметив при этом заслуги Дж.Гаджибейли на этом поприще. 
Исследование А.Таирли довольно-таки объемное, оно имеет ценность и 
несомненно,  является  большим  научным  подспорьем  для  дальнейших 
Джейхуноведом. 
 
«Yeni dövr Azərbaycan ədəbiyyatı» Ģöbəsinin baĢ elmi iĢçisi, filologiya 
elmləri doktoru Ġslam Ağayev: 
-  XIX  əsrin  sonu,  XX  əsrin  əvvəlləri  Azərbaycan  ədəbi  ictimai  fikrinin 
onlarca şəxsiyyəti var ki, bunlar haqqında müasir elmi fikrimizin məlumatları çox 
azdır və yaxud yox dərəcəsindədir. Belə şəxsiyyətlərdən biri də görkəmli publisist 
yazıçı  və  ictimai  xadim  Ceyhun  bəy  Hacıbəylidir.  1919-cu  ilə  kimi  Azərbaycan 
ədəbi-ictimai  həyatında  çox  fəal  iştirak  etmiş,  lakin  sonra  Parisdə  mühacirətdə 
yaşamış bu görkəmli şəxsiyyətin haqqında yazılmış bu dissertasiya işi hər şeydən 
əvvəl özünün yeniliyi ilə qiymətlidir. Dissertant Abid Tahirlini mən bu mövzunu 
götürdüyü  vaxtdan  tanıyıram.  Onun  Azərbaycan  xalqının  bu  görkəmli  şəxsiyyəti 
barədə nə cür həvəs və inadkarlıqla axtarışlar apardığını şahidiyəm. Dissertant bu 
əsərində  Ceyhun  Hacıbəylinin  həyatı,  dövrü  və  mühiti,  ədibin  publisistikasının 
başlıca  problemləri,  «Hacı  Kərim»  adlı  povesti,  hekayə  və  felyetonları  barədə 
Azərbaycan  ədəbi-ictimai  fikrində  ilk  dəfə  olaraq  elmi  araşdırmalar  aparmışdır. 
Dissertasiyası  ilk  mənbələrə  və  Azərbaycan  ədəbi-ictimai  fikrinin  ən  mötəbər 
məxəzlərinə  əsaslanır.  Tədqiqat  yüksək  elmi  səviyyədə  yazılmış,  namizədlik 
dissertasiyası  üçün  qarşıya  qoyulmuş  məqsədə  kifayət  qədər  cavab  verir.  Bütün 
bunları  nəzərə  alaraq,  mən  Abid  Tahirlinin  bu  əsərini  elmlər  namizədi  alimlik 
dərəcəsi  almaq  üçün  tələb  olunan  vəzifələrə  artıqlamasilə  cavab  verdiyini  hesab 
edirəm. 
Sözümün sonunda Abid Tahirlinin müzakirə üçün təqdim etdiyi bu əsərinin 
elmi  dəyərini  və  müasir  əhəmiyyətini  aşağıdakı  cəhətlərinə  görə  bir  daha  qeyd 
edirəm:  bu  əsər  təkcə  bizə  çox  az  məlum  olan  bir  görkəmli  şəxsiyyəti  tanıtmaq 
baxımından  deyil,  həm  də  bu  şəxsiyyətin  bu  gün  bizim  müasir  baxışlarımızdakı 
dini-fanatizm qalıqlarına qarşı mübarizəmizdə, həyat və məişətimizdəki yeniləşmə, 
müasirləşmə meyllərinin təbliğində və sair bu kimi köklü milli təbliğatımızda çox 
qiymətlidir. 
Əsərdə  C.Hacıbəyliyə  aid  zəngin  biblioqrafiyanın  verilməsi  də  çox 
qiymətlidir… 
 
Kiçik elmi iĢçi T.Aslanova: 
- Qeyd edək ki, dissertasiyada tədqiq olunan dövr çox çətin və qalmaqallı bir 
dövr olsa da, onu düzgün və aydın araşdırmaq, tədqiq etmək ən mühüm şərtlərdən 

 
289 
biridir. Tədqiqatçı bu mövzuya müraciət etməklə, Ceyhun Hacıbəylinin mühacirətə 
qədərki həyat və yaradıcılığı haqqında düzgün və dəqiq məlumatlar əldə etmiş və 
onu bu gün aktual mövzu olan mühacirət ədəbiyyatının görkəmli simalarından biri 
kimi  biz  oxuculara  çatdırmışdır.  Bu  baxımdan  tədqiqatçı  Ceyhun  Hacıbəylinin 
imzalarını  böyük  həvəslə,  məharətlə  axtarıb  araşdırmış  və  faktlarla  sübuta 
yetirmişdir.  Qeyd  edim  ki,  gətirdiyi  sitatlardan,  faktlardan  görünür  ki,  çoxlu 
ədəbiyyatdan,  görkəmli  tədqiqatçıların  əsərlərindən  bəhrələnmişdir.  Diqqəti  cəlb 
edən məsələlərdən biri də budur ki, dissertasiyada C.Hacıbəylinin gizli imzalarının 
adı  çəkilir,  haqqında  danışılır  və  bu  imzalarla  əlaqədar  olan  adamlar  haqqında, 
məsələn,  Cəmaləddin  Məmmədzadə  haqqında  geniş  məlumat  verilir.  Və 
mübahisəyə  səbəb  olan  imzaların  məhz  C.Hacıbəyliyə  aid  olduğu  dəqiq  sübuta 
yetirilir. 
Bu gün C.Hacıbəylinin imzalarının üzə çıxarılması, yüzlərlə məqaləsi, bədii 
əsərləri  haqqında  düzgün  məlumat  vermək,  onu  bugünkü  nəslə  çatdırmaq  çox 
əhəmiyyətli və vacib məsələlərdən biridir. 
Dissertasiyanın üstün cəhəti odur ki, müəllif əldə etdiyi faktları müqayisəli 
şəkildə şərh edib oxucuya çatdırır. 
Dissertasiyada Hacıbəylinin yaradıcılığı maarif və mənəviyyat, xeyriyyəçilik 
məsələləri,  din  və  ruhaniliyin  cəmiyyətdəki  rolu,  ictimai-mədəni  mühit  və  digər 
məsələlər  öz  geniş  əksini  tapır.  Qeyd  etmək  istəyirəm  ki,  dissertasiyada 
Hacıbəylinin mühacirətə qədərki yaradıcılığı və fəaliyyəti diqqətlə araşdırılmış və 
faktlarla sübuta yetirilmişdir. 
Tədqiqatın  elmi  yeniliyi  ondan  ibarətdir  ki,  bu  dissertasiya  C.Hacıbəylinin 
mühacirətə  qədərki  həyat  və  yaradıcılığından  bəhs  edən  ilk  əsərdir.  Və  ilk  dəfə 
olaraq,  onun  imzaları  axtarılıb  araşdırılmış  və  bu  imzaların  məhz  C.Hacıbəyliyə 
aid olduğu sübuta yetirilmişdir. 
 
Filologiya elmləri namizədi Bayram Ağayev: 
- Dissertasiya haqqında istənilən qədər danışmaq, tərifləmək olar. Burada da 
tədqiqatçının,  onun  işinin  ünvanına  xeyli  təriflər  söyləndi.  Mən  bunları  təkrar 
etmək  istəmirəm.  Yalnız  onu  deyirəm  ki,  bu  işdə  çoxlarından  fərqli  olaraq,  həm 
təhlil var, həm tədqiqat. 
 
 
 
Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat   
Ġnstitutunun 1997-ci il 3 iyun tarixli elmi seminarı 
protokolunun (№14) 
 
Ç I  X AR I ġ I N D A N 
 
Filologiya elmləri doktoru Ġslam Ağayev: 
-  Dissertantın  çıxışı,  suallara  verdiyi  cavab  əhatəli,  dolğun,  təqdirəlayiqdir. 
Onun araşdırmaları haqqında mən şöbədəki müzakirə zamanı da öz müsbət, yüksək 
rəyimi  bildirmişəm.  Çox  yaxşı  cəhətdir  ki,  Abid  Tahirli  araşdırmaları  haqqında 

 
290 
mətbuatda  müntəzəm  çıxış  etmişdir.  Onun  Ceyhun  bəyin  həyat  və  yaradıcılığı 
haqqında  mətbuatda  dərc  olunmuş  məqalələrini  bir  yerə  toplasan,  sanballı  bir 
monoqrafiya alınar. Dissertasiyanı müdafiəyə buraxmaq olar. 
Filologiya elmləri namizədi Bayram Ağayev: 
-  A.Tahirli  bu  mövzunu  götürəndən  onu  tanıyıram.  İlk  gündən  işə  böyük 
həvəs və məsuliyyətlə girişən tədqiqatçı bu vəzifənin öhdəsindən bacarıqla gəlmiş, 
çox  sanballı,  dəyərli  bir  dissertasiya  yazmışdır.  Əsərin  müdafiəyə  buraxılmasına 
mən də tərəfdaram. 
Filologiya elmləri doktoru A.Zeynalov: 
-  Araşdırmada  elmilik,  sistemlilik,  ardıcıllıq  dərhal  gözə  çarpır.  Müəllif 
əvvəlcə C.Hacıbəylinin təvəllüdü barədə fikir ayrılıqlarına son qoyur, sonra onun 
imzaları ətrafındakı mübahisələrə bir aydınlıq gətirir, daha sonra yazıçı-jurnalistin 
bədii-publisistik irsini filoloji təhlilə, tədqiqata cəlb edir və buna nail olur. 
Kiçik elmi iĢçi T.Aslanova: 
-  A.Tahirlinin  işi  məndə  böyük  maraq  doğurdu.  Bugünkü  seminarda  da 
dissertantın  çıxışı  xoşuma  gəldi.  Hiss  olunur  ki,  tədqiqatçı  işə  çox  məsuliyyətlə 
yanaşmışdır.  Maraqlı  və  təqdirəlayiqdir  ki,  dissertant  mövzunu,  C.Hacıbəyli 
yaradıcılığını mühitin kontekstində işləmiş, dəyərləndirmişdir. 
 
 
 
 
Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat Ġnstitutunun 
nəzdində Elmlər Akademiyası və Təhsil Nazirliyinin filologiya elmlər 
doktoru alimlik dərəcəsi almaq üçün dissertasiyaların müdafiəsini 
keçirən BirləĢdirilmiĢ ixtisaslaĢdırılmıĢ Ģuranın 4 fevral 1997-ci il tarixli 
iclasının 2 nömrəli protokolundan 
 
 
Filologiya elmləri doktoru, professor ġamil Qurbanov: 
- Abid Tahirlinin əsəri yaxşı yazılıb, yaxşı təsir bağışlayır. Bir məsələ burada 
mübahisə doğurur. İmzalarla bağlı. Abid doğru izah etdi. Mən bu barədə bir qədər 
də ətraflı dayanmaq istərdim. 
Bəkir müəllim də sual verdi ki, niyə onun imzası Dağıstani adlanır? Bunları 
oxuyanlar  bilirlər,  bilməyənlər  üçün  deyirəm,  Natəvanın  ərə  getmək  məsələsi 
meydana  çıxanda,  belə  şərt  qoymuşdular  ki,  gələcək  həyat  yoldaşı  gəlsin, 
Qarabağda yaşasın, Usmiyev də gəlmişdi bütün ətrafı ilə birlikdə. Onun aqibəti nə 
təhər  oldu,  onu  bilirsiniz,  mirzəsi  qaldı  Şuşada,  o,  onun  babasıdır,  Qafqazdan 
gəlmişdi, Usmiyev də o şamexlərin bir oğlu idi, Şimali Qafqazda, nədir, nə deyil, 
onu bilmirəm. Ramazan Xəlilov da qəzetə şikayət etmişdi, mən ona cavab verdim 
ki, bu filan millətdəndir. Bu qədər, Lermontov, Puşkin, bunlar kimdəndirlər, kimin 
mənafeyini  müdafiə  ediblər,  bunu  sən  deyə  bilərsən  ki,  filankəsin?  Üzeyir 
Hacıbəyov  da  Şimali  Qafqazdan  gəlib,  türk  olduğunu  etiraf  edirsənmi?  Bəli! 
Vəssalam! Üzeyir Hacıbəyovun, anadan olandan sonra bunların babası arvadından 

 
291 
ayrılıb  gəlir  Ağsuya,  Üzeyir  də,  Ceyhun  da,  bir  də  Zülfüqar,  bunlar  qalırlar 
Hacıbəylinin  himayəsində,  onlar  əmilərinə  rəğbətən  onun  adını  öz  üzərlərinə 
familiya  götürürlər,  amma  ailədə  məlumdur  ki,  Dağıstandan  gəliblər.  O,  yazır 
Dağıstani,  özü  də  Ceyhun  Dağıstani  yox,  Cey  Dağıstani.  Mən  bu  «Kaspi» 
qəzetində  1909-cu  ildən  1917-ci  ilə  qədər  iki  azərbaycanlı  görürəm,  hər  nömrədə 
biri  Ceyhun  Dağıstanidir,  ikincisi  Əhməd  Ağayevdir.  Arada  ayrı  adamlar  var, 
amma bunlar daimi əməkdaşlardır. 
Yenə də təkrar edirəm, iş yaxşı işdir, tədqiqatçı xeyli hekayələr tapıb, diqqəti 
cəlb edir. O vaxtı Mir Cəlal müəllim bu mövzunu mənə təklif edəndə yalvardım ki, 
bu mövzunu məndən alın, heç bilmirəm material vardır, ya yox? Sonra gördüm ki, 
ucu,  bucağı  görünməyən  bir  dəryadır  düşmüşəm.  Dedi  mənə  ki,  qardaşım,  yaz. 
Əlinə nə gəldi, nə keçdi, yaz! Ona görə də, əlimə nə keçdi götürdüm. Sonra Cey 
Dağıstanini də oradan götürmüşəm, Dai Dağıstanini də oradan götürmüşəm. Abid 
Tahirli yaxşı iş görüb, Ceyhun Hacıbəyli bizim ədəbiyyatımızda, publisistikamızda 
yaxşı  sütunlardan  biridir.  Bircə  şeyi  mən  deyim,  «Hacı  Kərim»  əsərində  Hacı 
Kərim Məşədi İbadın eynisidir. Bax, böyük qardaş kiçik qardaşdan iqtisbas edir və 
yaxud  da  ikisi  də  eyni  adamdır,  götürüblər,  yazıblar.  Sonda  yenə  deyirəm  yaxşı 
işdir, mən də təbrik edirəm, amma Abid, əvvəlcədən gərək deyəydin ki, müəllimin 
kim olub, mən də bu sualı sənə verməzdim ki, görüm bu bilir, bilmir, yaxşı işdir. 
Təbrik edirəm. Sağ olun. 
Filologiya elmləri doktoru Həsən Quliyev: 
-  Ona  görə  mən  sual  verdim  ki,  bir  balaca  mənim  özüm  üçün  də  qaranlıq 
qalmışdı, mətbuatımız da var, imkanlarımız da var, nə əcəb indiyədək onun əsərləri 
akademik  səviyyədə  buraxılmayıb.  Bu  məni  narahat  edir,  çünki  ondan  başqa 
başqalarının  da  mühacirətdə  olan  əsərləri  qalıb,  mənə  elə  gəlir  ki,  biz  bunların 
hamısını  toplayıb  dərc  etməliyik.  Ona  görə  də  mən  istəyirəm  ki,  Abid  müəllim 
bundan  sonra  da  bu  işlə  məşğul  olsun,  bu  dəfə  də  öz  istiqamətini  mühacirət 
dövründən və həmin dövrdən də mükəmməl bir əsər yazsın. 
Filologiya elmləri doktoru, professor Bəhlul Abdullayev: 
- Mən öz dissertasiyamı yazanda gördüm, bir məqalə çıxıb və altında yazılıb: 
Cey Dağıstani və mən bilmədim bu Cey Dağıstani kimdir, götürdüm bunu saldım 
Yusif Vəzirin «Qorxulu görüşlər» kitabına. 
İşin  müzakirəsi  zamanı,  Allah  rəhmət  eləsin  keçənlərə,  o  rəhmətə 
gedənlərdən  biri  dedi  ki,  bu  xalq  düşmənidir  və  mən  də  qorxdum  və  o  saat 
pozdum, çıxartdım bunu. Tanımırdım, doğrudan deyirəm. 
Bunları deməkdə fikrim nədir, Abid sağ olsun ki, vaxtı ilə bax belə təqiblərə, 
təhqirlərə  məruz  qalan  bir  ədibimizi  bu  gün  yüksək  şəkildə  tədqiq  edib,  təqdim 
edir. 
Filologiya elmləri doktoru, professor Əflatun Məmmədov: 
-  Həqiqətən  Ceyhun  Hacıbəyli  haqqında  yazılmış  bu  dissertasiya  haqqında 
burada  deyilən  bu  yüksək  elmi  fikirlərlə  mən  də  şərikəm.  Avtoreferatı  və 
dissertasiyanı  oxumuşam,  tanışam.  Abid  müasir  düşüncəli,  qabiliyyətli  oğlandır. 
Onun  bu  dissertasiyası  da  yaxşı,  elmi  səviyyədə  yazılmış  bir  əsərdir.  Bəzən 
deyirik,  yeni  materiallar  yeni  fikirlərlə  yazılıb,  amma  bu  dissertasiyanın  özü 
başdan  başa  yenidir  və  gənc  alim  tərəfindən  təhlilə  çəkilmiş  əsərlərdir,  onun 

 
292 
özünün elmi düşüncələridir ki, nəticə göz qabağındadır. Onun çıxışı, opponentlərə 
cavabı, bütün bunlar göstərdi ki, o, elmlər namizədi adını almağa layiqdir. Bütün 
bunlar o adı ona verməyə əsas verir. 
İkinci  cəhəti  odur  ki,  biz  Şərqdə  ilk  Demokratik  Respublikamızın  80  illik 
yubileyini  qeyd  etməyə  hazırlaşırıq,  belə  bir  əsərin  bizim  müdafiə  şuramızda  bu 
gün  müdafiə olunması, burada bəyənilməsinin özü bir  şərəf işidir, baş  ucalığıdır, 
hədiyyədir  bizim  bu  yubileyə.  Təbrik  edirəm  hamınızı.  Mənim  sözüm  bu  qədər. 
Çox sağ olun. 
Sədr, akademik Bəkir Nəbiyev: 
- Başqa danışmaq istəyən yoxdursa, onda yekunlaşdıraq. Mənim də fikrimdir 
ki,  bu  gün  həqiqətən  də  bizim  ədəbiyyatşünaslığımız  və  publisistikamızın 
tarixində,  Azərbaycanın  ictimai  fikir  tarixində  özünəməxsus  xidməti,  fəaliyyəti 
olmuş, həqiqət baxımından, qədir-qiymətinin bilinməsi baxımından nakam olmuş 
bir müəllif haqqında, bir Azərbaycan ziyalısı haqqında maraqlı bir əsər yazılıb və 
müdafiə olunur. 
Mən  indi  maraqlı  bir  faktı  deyəcəyəm.  Dissertasiyanın  biblioqrafiyasına 
salınmış  əsərlərdən  görünür  ki,  bu  adam  publisistikamızın  tarixində  ancaq 
Ə.Ağayevlə,  Ə.Hüseynzadə  ilə,  elə  Üzeyir  Hacıbəyovun  özü  ilə  müqayisə 
olunacaq dərəcədə dura biləcək bir şəxsiyyətdir. 
Mən  bir  neçə  kəlmə  də  dissertant  haqqında  demək  istəyirəm,  onu  çoxdan 
tanıyıram, bəlkə 20 il olar, bəlkə də bundan bir az çox, ya az. Bundan əvvəl onun 
çalışdığı  «Odlar  yurdu»  qəzeti  var  idi,  məndən  gəlib  müsahibələr  alırdı,  yazırdı, 
aparıb çap etdirirdi. Heç kəsin yanında gözü kölgəli, üzü qara olmayan, təvazökar 
əməyi ilə o, Azərbaycan elmi, mədəniyyəti, ictimai fikir sahəsində xidmət göstərən 
cəfakeş  adamlardan  biridir.  Və  bu  mövzu  ilə  əlaqədar  meydana  çıxan  suallara 
verdiyi  cavabdan  bir  daha  hiss  olundu  ki,  o,  çox  təvazökar  və  zəhmətsevər 
adamdır.  Nə  yaxşı  oldu  ki,  o,  Ceyhun  Hacıbəylinin  həyatı  və  yaradıcılığının 
mühacirətə  qədərki  dövrünün  tədqiqatını  öz  üzərinə  götürüb.  Bunun  bir  çox 
səbəbləri  var.  Birinci  vacib  səbəbi  odur  ki,  bu  kişinin  əli  çatmayıb  ki,  onun 
mühacirətdəki  dövrünün  fəaliyyətini  tədqiq  etsin.  Onu  bu  sahəyə  gətirən,  çox 
hörmətli  Ramiz  Abutalıbova  da  Allah  qəni-qəni  kömək  etsin.  İkincisi  odur  ki, 
Ceyhun  bəyin  mühacirətə  qədərki  dövr  irsi  çox-çox  zəngindir.  Dissertasiya 
xüsusilə  elmi  yeniliyi,  yeni  baxışı  ilə  diqqəti  cəlb  edir.  Bir  tərəfdən  materiallar 
yenidir,  digər  tərəfdən  bu  materiallara  baxış,  münasibət  yenidir.  C.Hacıbəylinin 
əsərlərinin biblioqrafiyasının tərtibi də təqdirəlayiqdir. 
Beləliklə,  dediklərimizi  yekunlaşdırsaq,  bu  qənaətə  gəlmək  olar  ki, 
A.H.Tahirlinin  «Ceyhun  Hacıbəylinin  həyat  və  yaradıcılığı  (mühacirətə  qədərki 
dövr)»  mövzusunda  elmi-tədqiqat  işi  namizədlik  dissertasiyalarının  qarşısında 
AAK-ın  qoyduğu  tələblərə  tam  cavab  verir.  Onun  müəllifini  siz  də,  biz  də  çox 
yaxşı  tanıyırıq,  cəfakeşliyinə,  mədəniyyətinə,  əxlaqına  bələdik.  Bu  cür 
dissertantdan elə belə də dissertasiya gözləyirdik. 
 
 
 
 

 
293 
Doktorluq dissertasiyası və avtoreferatına rəylərdən 
 
 
Abid Həmid oğlu Tahirlinin «Azərbaycan mühacirət mətbuatında 
publisistika (1921-1991)» mövzusunda doktorluq iĢinin avtoreferatı 
haqqında 
 
R Ə Y D Ə N 
 
Avtoreferatdan aldığım təəssürata əsasən deyə bilərəm ki, A.Tahirli az qala 
bir əsrin hüdudlarında Azərbaycan mühacirət mətbuatının fəaliyyətində aparıcı yer 
tutan  publisistikanı  əsaslı  surətdə,  özü  də  istisnasız  olaraq  ilk  mənbələr  əsasında 
araşdırmaq  kimi  çox  çətin  bir  işin  altına  girmiş  və  onun  öhdəsindən  uğurla 
gəlmişdir. Bunun üçün dissertant əvvəlcə mühacirət mətbuatının tarixini ələk-vələk 
etmiş,  onun  təşəkkül  və  inkişafının  əsas  mərhələlərini  müəyyənləşdirmiş,  başlıca 
mətbuat orqanlarının müxtəsər tarixçəsini açıqlamışdır. Elə buradaca qeyd edək ki, 
mühacirət  mətbuatımızın  bir  sıra  nümunələri  ilk  dəfə  məhz  bu  əsərdə  tədqiqata 
cəlb edilmiş və öz obyektiv elmi qiymətini almışdır. 
Bu cür zəngin mənbələr əsasında əsərdə mühacirət publisistikamızın aparıcı 
mövzuları,  ideya  siyasi  istiqamətləri  araşdırılmışdır.  Mühacirət  publisistikasında 
sənətkarlıq  məsələlərinə  həsr  edilmiş  ayrıca  fəsil  isə  ilk  növbədə  problemin 
qoyuluşundakı  yeniliklə  əlamətdardır.  Azərbaycanın  qürbətdə  yaşamağa  məcbur 
olmuş  ayrı-ayrı  ədib,  şair  və  jurnalistlərinin  yaradıcılıq  üslubu,  onların 
publisistikasının  dil  özəllikləri,  pafosu,  sözdən  istifadə  üsulları  və  s.  belə  əsaslı 
şəkildə ilk dəfə məhz bu dissertasiyada tədqiqatın predmetinə çevrilmişdir. 
Dissertant  öz  qənaətlərini  əsaslandırmaq  üçün  Türkiyədə  buraxılan  «Yeni 
Qafqasya»,  «Azəri  türk»,  «Odlu  yurd»,  «Bildiriş»,  «Azərbaycan  yurd  bilgisi», 
«Azərbaycan», «Mücahid», «Türk izi», «Türk yurdu», «Türk amacı», Almaniyada 
nəşr  edilən  «İstiqlal»,  «Qurtuluş»,  «Ana  dili»,  «Azər»,  İngiltərədə  işıq  üzü  görən 
«Aydınlıq»  və  s.  kimi  qəzet  və  jurnallarda  dərc  olunmuş  çox  sayda  publisistika 
nümunələrini əsas götürmüşdür. Həmin mətbuat orqanlarını mövzu və sənətkarlıq 
baxımından əsaslı təhlil süzgəcindən keçirən müəllif materialların elmi təsnifatını 
aparmış,  çoxsaylı  müəlliflərin  yaradıcılıq  axtarışlarına  münasibətini  bildirmiş, 
onları  dəyərləndirmiş,  mühacirət  publisistikasının  spesifik  cəhətlərini  açıqlamış, 
sanballı, təqdirəlayiq elmi-nəzəri nəticələrə gəlmişdir. 
Dissertasiyanın məzmunu, əsas müddəaları, müəllifin son beş il ərzində nəşr 
etdirdiyi  beş  sanballı  monoqrafiyasında  və  iyirmi  məqaləsində  öz  dolğun  əksini 
tapmışdır.  Dissertant  bu  siyahıdan  sonra  özünün  ayrı-ayrı  əsərlərinə  dair  dövrü 
mətbuatda  və  digər  mənbələrdə  nəşr  olunmuş  otuz  üç  məqalənin  də  siyahısını 
vermişdir ki, bu da onun elmi uğurlarına elmi-ədəbi ictimaiyyətin münasibətini əks 
etdirmək baxımından xüsusi əhəmiyyət kəsb edir. 
Deyilənlərdən  bu  nəticəyə  gəlmək  olar  ki,  «Azərbaycan  mühacirət 
mətbuatında publisistika (1921-1991)» mövzusunda doktorluq dissertasiyası səriştə 
ilə  işlənmiş  kamil  elmi  əsərdir,  Ali  Attestasiya  Komissiyasının  bütün  tələblərinə 

 
294 
cavab  verir  və  onun  müəllifi  Abid  Həmid  oğlu  Tahirli  «Jurnalistika»  üzrə 
filologiya elmləri doktoru elmi dərəcəsi almağa tam layiqdir. 
 
 
 
 
 
 
 
 
      
    
Bəkir Nəbiyev 
 
 
 
 
 
 
Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin