ABĠd tahġRLĠ



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə31/43
tarix31.01.2017
ölçüsü4,4 Mb.
#6963
1   ...   27   28   29   30   31   32   33   34   ...   43

Odlu sətirlər müəllifi 
 
Qaynar,  coşqun  təbiəti,  obrazlı,  alovlu,  cəsarətli  çıxışları  ilə  həmsöhbətini, 
ətrafındakıları  ovsunlayan,  heyran  qoyan,  düşündürən,  onların  qəlbinə,  beyninə 
nüfuz edən Xəlil Rza haqqında tələbə ikən – 70-ci illərdə çox eşitsəm də, onunla 
ilk tanışlığım, ünsiyyətim 1990-cı ilin noyabr ayında oldu. 
«Odlar yurdu» qəzetində çalışırdım. Fasilə zamanı redaksiyanın qapısı açıldı 
və  Xəlil  Rza  əlində diplomat  çanta  içəri daxil oldu. Həyəcanlı, ürəyi  dolu olduğu 
üzündən  oxunurdu,  gözləri  az  qala  hədəqəsindən  çıxırdı.  Əyləşmək  üçün  yer 
göstərdim. O, çantanı stolun üstünə köndələn qoydu, bir qədər ucadan dilləndi: 
- Dünyanın bu vaxtında da qorxu xofu adamların qəlbindən çıxmır. Nə qədər 
belə  ehtiyatla,  səksəkə  içində  yaşamaq  olar?!  İnsan  mübariz  olmalıdır,  azad 
yaşamalıdır! 
Bunları söylədikdən sonra, bir az sakitləşən Xəlil Rza «Elçin bəyin yanına 
gəlmişdim, dedilər fasilədədir, dedim redaksiyada gözləyərəm, mane olmaram?» – 
deyə soruşdu. 
- Əsla! Çox xoşdur, - dedim. 

 
278 
Ad-familiyamla maraqlandı. Özümü təqdim etdikdən sonra niyə əsəbləşdiyi, 
narahat olduğu ilə maraqlandım. O, qürurla dilləndi: 
-  Sumqayıt  qartallarına  bir  dastan  yazmışam.  Qoy  bütün  dünya  bilsin  ki, 
Sumqayıt  hadisələri  erməni  təxribatının  nəticəsidir,  şovinist  rusun  törətdiyi 
əməldir,  bizim  igidlər  də  tankdan,  topdan  qorxmur,  təpədən  dırnağa  silahlı 
düşmənin üzərinə əliyalın şığıyır. 
Sonra  cəld  bir  hərəkətlə  çantasını  açdı,  üç-dörd  vərəq  çıxardı  və  oradakı 
şeirdən bir parçanı çox ehtirasla oxumağa başladı: 
- Bala, getmə qabağa!.. Qarşıdan tanklar gəlir! 
BT – Rostov markalı zirehli dağlar gəlir! 
- Rostovun nə ölümü axı, bu yerdə ana? 
Tros qırıldı, düşdü!.. Başqasını ver mana! 
- Bala, getmə! 
 
- Ana, gəl! 
 
 
- Getmə, qansızdır tankçı! 
Dağ boyda tanka neynər əlindəki qamçı? 
Tankçı, əlin qurusun! 
 
Tankçı, dilin qurusun! 
 
 
Tankçı, belin qurusun! 
Söylə, hansı üzlə sən 
Belə xalqın üstünə öz tankını sürürsən? 
Sanki  şeir  oxumur,  od  püskürürdü.  Sözlərin,  səsin  sehrindən  çıxmaq 
olmurdu. Azadlıq aşiqi rus əsgərlərini nifrətlə ittiham, millətin qeyrətli övladlarını 
məhəbbətlə vəsf edirdi. O, fasilə verib «Necədir?» - deyə soruşdu. 
Mən fikirləşmədən: 
- Əla! Həm də çox əla! – dedim. 
- Hamı belə deyir. Elə isə niyə çap etmirsiniz? Səhərdən bütün qəzetləri bir-
bir gəzmişəm. Hərə bir bəhanə gətirir. Fikirləşdim ki, bunu yalnız Elçin çap edər. 
Ona görə bura gəldim. İndi onu gözləyirəm. Düzdür, tələsirəm, amma gözləyəcəm. 
- Xəlil bəy, ünvana düz gəlmisiniz. Şeiri verin. Biz hökmən çap edərik. 
- Doğrudan? Elçin bəyə demək lazım deyil? 
- Məncə yox, o özü bizdən belə materiallar tələb edir. 
Bu  söhbətin  üstündən  bir  neçə  gün  sonra  istiqlal  şairinin  portreti  və 
«Sumqayıt  dastanı»  şeiri  «Odlar  yurdu»  qəzetini  (№  23,  dekabr  1990-cı  il) 
bəzəyirdi. 
 
 
 
 
 
 
 
 
«Ədalət» qəzeti, 29 iyun 2002. 
 
 
 
Səməndər tək yanar daim anan nari-fərağında 
 
Erkən qıĢ 
 

 
279 
Qəbələyə bu il qış erkən gəldi. Qar hələ saralıb solmayan yaşıl yarpaqların, 
dərilməmiş  meyvələrin  üstünə  yağdı,  qəfil  yükün,  zərbənin  ağırlığına  dözməyən 
ağaclar  kökündən  yıxıldı,  məhv  oldu.  Son  illər  noyabrın  3-cü  ongünlüyü  girər-
girməz havanın birdən-birə belə kəskin dəyişdiyini bu yerlərdə xatırlamırlar. 
 
 
 
Ömrün xəzanı 
 
Nohurqışlağa  ildırım  sürətilə  yayılan  acı,  ağır  xəbər  qışın  hikkəsini, 
sərtliyini  və  sazağını  kölgədə  qoydu:  kəndin  seçilib-sayılan,  kiçikdən-böyüyə  hər 
kəsin  qəlbində  yeri  olan  Rafiq  Mirzəyev  ağır  avtomobil  qəzasında  faciəli  şəkildə 
həlak olmuşdur! 
Hər  kəsin  ürəyi  sızıldadı,  gözlər  nəmləndi.  Kənd  sakinləri  dərin  kədərə, 
matəmə qərq oldu. Ölüm xəbəri hamını sarsıtmışdı. Rafiqin ata yurdundan ucalan 
ah-nalə  göylərə  bülənd  olmuşdu,  göz  yaşları  selə  dönmüşdü,  ağılar  ürəkləri  didib 
parçalayırdı, bir yerdə qərar tutmayan, özünə yer tapmayan Rafiqin övladlarının – 
Vüsal  və  Turalın  ara  verməyən  hıçqırtıları  sinələri  dağlayırdı.  Həyətdə  sarsılan, 
donub qalan valideynlərin, qardaş-bacıların, dost-tanışların, qohum-qonşuların beli 
bükülmüş, qaməti əyilmiş, dizləri taqətdən düşmüşdü… 
 
 
Ġz 
 
Rafiq  həyatda  və  ürəklərdə  iz  qoyub  getdi,  xatirələrdə  yaşamaq, 
unudulmamaq  haqqını  qazandı.  Qədirbilən  övlad,  qayğıkeş,  həssas  ata,  qardaş, 
əmi,  dayı,  sədaqətli  həyat  yoldaşı,  əvəzolunmaz  dost,  yaxşı  qonşu,  yoldaş, 
bənzərsiz insan kimi onun yeri bizim sırada, cərgədə, aramızda həmişə görünəcək. 
O, öz xarakteri, xasiyyəti, əməli ilə ünsiyyətdə olduğu insanların hamısında özünə 
qarşı  bir  mənəvi  ehtiyac  yaratmışdı.  Yaxınlıq  dərəcəsindən  asılı  olmayaraq, 
kiminsə bir problemi yaranırdısa, dərhal həmin yükün altına girirdi: fikirləşmədən 
və  təmənnasız.  Bu  cür  fəaliyyətin,  yaşam  tərzinin  bir  adı  var:  fədakarlıq. 
R.Mirzəyev tərkibindən və təyinatından asılı olmayaraq, bütün məclislərin yaraşığı 
idi.  O,  tədbirlərə  gecikəndə,  hamı  bir-birinə  sual  verirdi:  -  Bəs,  Rafiq  hanı,  niyə 
ləngiyir? Tanıyanlar ona elə öyrəşmişdilər ki, yəqin bundan sonrakı məclislərdə də 
sual və nisgil dolu nəzərlər bir-birinə dikiləcək: bəs, Rafiq hanı?! 
 
 
Rafiq – rəfiq  
 
Taleyin hökmü ilə eyni kənddə dünyaya gəldik, eyni yerin havasını udduq, 
suyunu  içdik,  duz-çörəyini  kəsdik.  Hər  səhər  gözümüzü  açanda  eyni  dağlara, 
meşələrə tamaşa  etdik.  Eyni  çayların şırıltısına  qulaq  asdıq.  Bir  məhəllənin  tozu, 
torpağı  içində  oynadıq,  eyni  cığırlarla,  yollarla  yürüdük,  eyni  güllərin  ətrindən 
məst  olduq,  eyni  meyvələrdən  dərdik.  Bu  yerlərin  leysanı  bizi  birgə  islatdı,  qışı, 

 
280 
qarı birgə üşütdü, qızmar yayında birgə isindik. Eyni məktəbdə eyni müəllimlərdən 
dərs aldıq, eyni insanların əhatəsində boya-başa çatdıq. Bütün bu amillər həyat və 
düşüncə tərzimizdə yaxınlığın, doğmalığın əsasını qoydu. Bu təbii təməl görünən 
və görünməyən milyon tellərlə bizi bir-birimizə bağladı. Yaşımızın və həyatımızın 
müəyyən  mərhələsində  daha  tez-tez  təmasda  olmağa,  tez-tez  ünsiyyətə  ehtiyac 
yarandı. Bu cür təşəbbüslərin kim tərəfindən gəlməsindən asılı olmayaraq, tədbirlər 
Rafiq  Mirzəyevsiz  keçmirdi.  Dostların  hər  biri  –  Ağalar  İbrahimov,  Mirzəbala 
Əmrahov,  Vahid  Babayev,  bu  sətirlərin  müəllifi  onun  məsləhətləri  ilə  dərhal 
hesablaşırdı.  Belə  görüşlərin  birində  Ağalar  müəllim  «tərifləyin  bir-birinizi, 
özümüzü tanıyandan, dərk edəndən bu günə kimi tərifləmişik, bir-birimizin şəninə 
xoş  sözlər  demişik,  yenə  də  deyək!»  -  deyə  yarızarafat,  yarıgerçək  bildirdi. 
Məclisdə  biz  Rafiqin  də  ünvanına,  o  ki  var,  layiq  olduğu  sözləri  qəlbimizdən 
dilimizə gətirdik. O, etiraz edib, başını aşağı salıb, «bəsdir, bəsdir» - deyib, biz isə 
davam etmişik. Yaxşı ki, belə olub… 
 
 
Ot kökü üstə bitər 
 
Rafiq  nəinki  Nohurqışlaqda,  bütün  bölgədə  tanınan,  hörməti,  nüfuzu  olan, 
böyük  nəslin  layiqli  davamçısı  idi.  Doğrudur,  ulu  babası  Hacınəzirin,  babası 
Əhməd  kişinin  nəslinə  çox  təlatümlü  bir həyat  nəsib  olmuşdur.  Ötən  əsrin  30-cu 
illərində  Əhməd  kişi  qolçomaq  nəslindən  olan  əksinqilabçı,  düşmən  kimi  həbs 
edilib  Sibirə  göndərilmişdi.  Lakin  gec  də  olsa,  haqq  öz  yerini  tapmış,  o  bəraət 
almışdı.  Bu  nəsildən  pərvazlanan  bütün  övladlar  tərbiyəsi,  təhsili,  yüksək 
mədəniyyəti,  əməli  ilə  çox  böyük  hörmət  sahibi  olmuşlar.  Rafiq  də  öz  nəslinə, 
nəcabətinə  xas  həyat  tərzi  sürürdü.  Kimi  onu  «zadəgan»,  kimi  «bəy»  kimi 
xarakterizə edirdi. 
Rafiq öz kökünə layiq 2 övlad böyüdürdü: Vüsal və Tural. Əminəm, Rafiqin 
tərbiyəsini  görən  bu  iki  gənc,  heç  şübhəsiz,  atalarının  xoş  məramlı,  xoş  niyyətli 
əməllərinin davamçıları olacaqlar. 
 
 
Son görüĢ 
 
Ölümündən  iki  gün  əvvəl  Rafiqlə  kəndə  getmişdik.  Yolda  məlum  oldu  ki, 
Rafiqin  həmin  gün  kəndə  getmək  niyyəti  yoxmuş.  Səhər  yuxudan  durub  və  qərar 
verib: kəndə gedirəm. Ertəsi gün Bakıya qayıtmağa hazırlaşırdıq ki, qəfildən Vahid 
həkimə  zəng  vurdu,  onunla  görüş  təyin  etdi.  Mənə  isə  dedi:  Doktoru  çoxdan 
görmürəm, gedim görüşüm. Etibarsız dünyadır. Bəlkə, bir də görmədim. 
Ata-anası, bacı-qardaşları, dost-tanışları  ilə  vidalaşmaq  üçün  yola  çıxıbmış. 
Doğma kəndə, elə-obaya, bizim dağlara «salamat qal» demək üçün tələsirmiş. Heç 
demə, o kəndə son səfərə, son görüşə gedirmiş… 
 
 
 
 
 
 
                             «525-ci qəzet», 
 
 
 
 
 
                            dekabr 2006. 

 
281 
 
 
 
Əməllərinizlə, əsərlərinizlə əbədi yaĢayacaqsınız, professor 
 
 
Azərbaycan elminə, təhsilinə, ictimaiyyətinə ağır itki üz vermişdir. Əməkdar 
elm  xadimi,  tibb  elmləri  doktoru,  professor,  müharibə  və  əmək  veteranı, 
Azərbaycan  farmakologiyasının  yaradıcılarından  biri  Dursun  Yaqub  oğlu 
Hüseynov  ömrünün  95-ci  baharında  dünyasını  dəyişmişdir.  «Hər  son  bir 
başlanğıcdır»  -  deyənlər  yanılmırlar.  Bu  gündən  Dursun  müəllimin  haqq 
dünyasındakı bioqrafiyası başlanır. Əminəm ki, onun bu dünyadakı gözəl əməlləri 
Dursun  müəllimin  haqq  dünyasında  da  yerini  yüksək  mərtəbələrdə  edəcəkdir, 
cənnətlik olacaqdır… 
Dursun  müəllimin  elmi  fəaliyyəti  haqqında  fikirləşəndə  yadıma  Qəbələnin 
yetişdirdiyi  digər  elm  xadiminin,  unudulmaz  professor,  müəllimim  Xəlil 
Əlimirzəyevin  alimlər  barədə  dediyi  sözləri  xatırlayıram:  «Alimlər  bir  neçə  cür 
olur. Bir qismi yaxşı natiqdir, pis yazır, başqa qismi pis natiqdir, yaxşı yazır, elələri 
də  var  ki,  həm  yaxşı  natiqdir,  həm  də  yaxşı  yazır».  Bax,  Dursun  müəllim, 
sonunculardan idi. O, gözəl həmsöhbət idi, onun maraqlı söhbətlərindən ayrılmaq 
mümkünsüz idi, eyni zamanda gözəl qələmi vardı. 
Sahəmə  yaxın  olduğu  üçün  tam  məsuliyyətlə  deyə  bilərəm  ki,  Dursun 
müəllim,  mahir  publisist  idi.  Elmi  əsərləri  nə  qədər  dərin  və  dəyərlidirsə, 
publisistik  məqalələri  də bir  o  qədər  oxunaqlı,  maraqlı və  zəngindir. 200-dən  çox 
elmi  əsərin,  10  dərsliyin,  16  monoqrafiyanın,  3  lüğətin,  farmakologiya  üzrə  2 
məlumat-soraq  kitabının  müəllifi  olan  Dursun  müəllimin  şərəfli  həyat 
salnaməsində  pedaqoji  fəaliyyəti  mühüm  yer  tutur.  Onun  dərs  dediyi,  yetişdirdiyi 
tələbələrin,  onlarca  alimin,  əczaçılar  ordusunun  sorağı  bu  gün  yüksək  elm,  təhsil 
ocaqlarından, Azərbaycanın bütün bölgələrindən gəlir. 
Dursun  müəllimin  məhsuldar  elmi-pedaqoji  fəaliyyəti  ondakı  yüksək 
təşkilatçılıq  bacarığının  da  üzə  çıxmasına  təkan  vermişdir.  Daim  yaradıcılıq 
axtarışlarında  olan,  tükənməz  enerji  ilə  çalışan  Dursun  müəllim  ölkə 
farmakoloqlarının elmi cəmiyyətinin yaradıcılarından biri olmuşdur. 
Dursun  müəllimi  mən  səmimi,  sədaqətli,  prinsipial,  mehriban,  həssas, 
ailəcanlı bir insan kimi tanıyırdım. O, əqidəsinə, məsləyinə bağlı, qətiyyətli adam 
idi.  İndiki  kimi  xatırlayıram.  İki  il  əvvəl  ailəsi  ilə  birlikdə  Qəbələnin  dilbər 
guşələrindən birində – Nohurqışlaqda dincəlirdi. Onlara baş çəkməyə gəlmişdim. 
Dursun müəllim həyətdə – fındıq ağacının kölgəsində bir kitab oxuyurdu.  
– Kimin haqqındadır? – deyə maraqlandım.  
– İosif Vissarionoviç Stalin haqqında.  
Üz-gözümü turşudub, «Oxumağa kitab tapmadınız?!» - demək istəyirdim ki, 
Dursun  müəllimin  fədakar  və  sədaqətli  ömür-gün  yoldaşı,  nəcib,  xeyirxah  Zoya 
xanım ehmalca, xoş təbəssümlə, lakin çox ciddi işarə vurdu:  

 
282 
-  Abid  müəllim,  özünüzə  düşmən  qazanmaq  istəmirsinizsə,  bu  mövzunu 
bağlayın.  
Bizi  kənardan  seyr  edən  Dursun  müəllimin  qızı,  istedadlı  alim,  pedaqoq 
Fatimə  xanım  gülümsəyərək  anası  Zoya  xanımın  dediyini  başı  ilə  təsdiqlədi. 
Bununla  demək  istəyirəm  ki,  Dursun  müəllim  fikrini,  sözünü  tez-tez  dəyişən 
adamlardan deyildi, əqidəsinə, məsləyinə sadiq insan idi. 
Dursun  müəllimi  son  mənzilə  yola  salırıq.  Qəbələ  ziyalıları,  ayrı-ayrı 
rayonlardan gələn qonaqlar unudulmaz Dursun müəllimlə vida görüşünə gəlmişlər. 
Fürsətdən  istifadə  edib  bir  məsələyə  də  diqqəti  çəkmək  istəyirəm.  Dursun 
Hüseynovun  xidmətləri  onun  xatirəsinin  əbədiləşdirilməsi  üçün  əsasdır.  Yaxşı 
olardı  ki,  Qəbələdə,  yaxud  elə  onun  dünyaya  göz  açdığı  qədim  Vəndam 
qəsəbəsində professorun adı əbədiləşdirilsin. 
Sonda uca Allahdan Dursun Hüseynova rəhmət diləyir və deyirəm: Dursun 
müəllim, rahat yatın, sizin əməlləriniz, əsərləriniz, irsiniz Sizi əbədi yaşadacaqdır. 
 
“525-ci qəzet”, 14 aprel 2009 
 
Unudulmaz ġaban müəllim 
 
Üzünü  ilk  dəfə  1980-ci  ildə  gördüyüm  Şaban  müəllimi  70-ci  illərdən 
tanıyıram desəm, burada yanlışlıq, yaxud qəribəlik axtarmağa dəyməz. Hələ tələbə 
ikən  «Bakı»  qəzetində  tez-tez  rast  gəldiyim  imzasının  arxasında  prinsipial, 
cəsarətli, mübariz, eyni zamanda qayğıkeş, həssas, diqqətli və yumorlu bir insanın 
dayandığı hiss olunurdu. Vicdanının səsi, qəlbinin hökmü ilə qələmə aldığı hər bir 
yazısı  hamı  kimi  biz  tələbələrin  arasında  da  geniş  əks-səda  doğurur,  ciddi 
müzakirəyə  səbəb  olurdu.  Yanılmıramsa,  o  müəllimlik  etməyib,  lakin 
jurnalistikaya  yeni  gələn  gənclər  ondan  öyrənir,  ona  böyük  ehtiramla  «Şaban 
müəllim» deyə müraciət edirdilər. 
Şəxsi  tanışlığımızın  ilk  günündən  yanılmadığımın  şahidi  oldum: 
«Bakıelektrikməişətcihaz»  İstehsalat  Birliyinin  «Nümunəvi  texnika  uğrunda» 
qəzetinin  redaksiyasına  daxil  olanda  məni  gülərüz,  sarıbəniz,  qıvrımsaç  bir  nəfər 
mehribanlıqla qarşıladı. Bu, Şaban Şabanov idi. 
- Yəqin səni Əliabbas müəllim göndərib, - dedi və otaqdakılar ilə tanış etdi. 
O  vaxt  Şaban  müəllim  qəzetin  Azərbaycan  hissəsinə  redaktorluq  edirdi. 
Yura Əsədov isə rus hissəsinə redaktorluq etməklə yanaşı, həm də hər iki qəzetin 
baş redaktoru hesab olunurdu. Şaban müəllim üzünü Yuraya tutub dedi: 
-  Yura,  Abid  bu  il  ali  məktəbi  bitirib,  jurnalistdir.  Bizdə  işləmək  istəyir. 
Etiraz  etmirsiniz?!  –  O,  sonuncu  sözlərini  elə  söylədi  ki,  mən  onu  «etiraz  edə 
bilməzsiniz» kimi qəbul etdim. 
Yura: 
- Onun yazdıqlarını oxumusunuz? 
Şaban müəllim «Yox» deyib, sənədlərimi istədi. Yura isə mızıldanırdı: 
- Bəlkə, əli qələm tutmur. Heç nə yaza bilmir. Axı, indi belələri çoxdur… 
Şaban müəllim dözməyib Yuranın üstünə qışqırdı: 

 
283 
- Bu adama Əliabbas Əliyev zəmanət verib, bura göndərib, başa düşdün, ay 
Allahın yazıq ermənisi! 
Yura Şaban müəllimin sözlərini zarafata salıb mövzunu dəyişdi, mən isə bir 
müddət həmin redaksiyada işləməli oldum… 
Sonralar  da  Şaban  müəllimi  tez-tez  görür,  əlaqə  saxlayır,  hal-əhval 
tuturdum.  Həmişə  şən,  gümrah  görünən  Şaban  müəllim  heç  vaxt  öz 
problemlərindən, onu narahat edən, düşündürən şəxsi məsələlərdən söhbət salmaz, 
şikayətlənməzdi. Hərdən isə «dərdimi bölüşdüyüm tək-tək adamlardan biri sənsən 
deyib  bir  kənarda  yorulanadək  danışar,  söhbəti  isə  «bax,  belə  əzizim»  deyə 
yekunlaşdırardı. 
Şaban  müəllimin  söhbətlərindən  onun  ailəsini  demək  olar  ki,  yaxından 
tanıyıram.  Bu  gün  –  Şaban  müəllimsiz  günlərdə  onlara  nə  qədər  çətin,  ağır 
olduğunu  yaxşı  başa  düşürəm.  Amma  nə  yaxşı  ki,  bu  dünyada  təsəlli,  təskinlik 
tapmağa Şaban müəllim çox yadigarlar qoyub: onlardan biri də yaxşı əməl sahibi, 
yaxşı addır. 
 
 
 
 
 
 
«Azərbaycan müəllimi» qəzeti, 
                    
 
 
 
 
№ 5, 1 fevral 2001. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
284 
Sərvətim-- hədiyyə sətirlər 
 
Müəllifdən 
 
 
Bu kitabın nəşri 55 yaşıma təsadüf etməsəydi, bəlkə də «Sərvətim-hədiyyə 
sətirlər»  adı  ilə  sizə  təqdim  etdiyim  yazılar  elə  arxivimdə,  qəzet,  jurnal 
səhifələrində  qalacaqdı.  Amma    ad  günüm  ərəfəsində  «indiyədək  nə  etmişəm, 
nəyə  nail  olmuşam?»-  kimi  suallar  məni  geri  boylanmağa  vadar  etdi.  Əziz  və 
unudulmaz  Yaşar  Qarayevin,  Xeyrulla  Məmmədovun,  Şamil  Qurbanovun, 
Ağarəfi  Zeynalovun,  Əflatun  Məmmədovun  böyük  sevgi  və  həvəslə  haqqımda 
yazdıqları və  dissertasiyalarımın müzakirəsi və müdafiəsi zamanı  söylədiklərini 
şükranlıqla xatırladım.Ruhları şad olsun! 
Azərbaycan  ədəbiyyatşünaslıq  elmində,  belə  demək  mümkünsə,  möhürü, 
öz  sözü  olan,  sayılıb  seçilən  alimlərimizdən  Bəkir  Nəbiyev,  Nizami  Cəfərov, 
Hüseyn Əhmədov, Məhərrəm Qasımlı, Nizaməddin Şəmsizadə, Vaqif Arzumanlı, 
Həsən  Quliyev,  Nizami  Məmmədov,  Xaləddin  İbrahimli,  İslam  Ağayev,  Tofiq 
Hüseynoğlu, Abdulla Abbasov, Şamil Vəliyev, Vaqif Sultanlı, Bəhlul Abdullayev, 
İfrat  Əliyeva,  Nazif  Qəhrəmanlı,  Qulu  Məhərrəmli,  İsmayıl  Vəliyev,  Alxan 
Məmmədov,  Aydın  Dadaşov,  Buludxan  Xəlilov,  Himalay  Qasımov,  Səbahəddin 
Şimşir,  Tehran  Əlişanoğlu,  Bayram  Ağayev,  Mənzər  İbrahimova,  Ramin 
Əhmədov 
və 
başqaları 
kimi 
nüfuzlu 
tədqiqatçıların 
fəaliyyətimlə, 
araşdırmalarımla  bağlı  yüksək  fikirlərini,  yazılarını  minnətdarlıq  hissi  ilə  bir 
daha  nəzərdən  keçirdim.  Dəyərli  müəllimlərim  Cahangir  Məmmədli,  Yalçın 
Əlizadə,  Akif  Rüstəmli  və  Mahmud  Mahmudovun  araşdırmalarıma  diqqətli  və 
qayğı dolu münasibətlərini qədirbilənliklə yada saldım. 
Jurnalistika  fakültəsinin  gənc  və  perspektivli  müəllimlərinin,  təcrübəli, 
istedadlı  həmkarlarımın,  digər  peşə  sahiblərinin  tədqiqatlarımla  bağlı  KİV-də 
çıxışlarını razılıqla bir daha oxudum. 
Bütün  bunlardan  sonra  bu  qənaətə  gəldim  ki,  mənə  ünvanlanan  xoş 
məramlı,  təmiz  niyyətli,  isti,  səmimi    sətirlər  ən gözəl  hədiyyədir,  fikirləşdim  ki, 
bu  hədiyyələrin  yaratdığı  nəşəli  duyğuları  ,  zəngin  təəssüratları  elə  sizinlə 
bölüşsəm  yaxşıdır.Fürsətdən  istifadə  edib  mənə  ən  böyük  sərvət-xoş  sözlər, 
sətirlər ünvanlayan dəyərli müəlliflərə minnətdarlıgımı bildirirəm. 
 
 
Namizədlik dissertasiyası və avtoreferatına rəylərdən 
parçalar 
 
Abid Həmid oğlu Tahirlinin «C.Hacıbəylinin həyat və yaradıcılığı 
(mühacirətə qədərki dövr)» mövzusunda dissertasiya əsəri haqqında 
 

 
285 
R  Ə  Y  D  Ə  N 
 
Dissertasiya  gənc  tədqiqatçının  uzun  illərdən  bəri  apardığı  elmi 
araşdırmaların, müəyyən qisminin ilk dəfə üzə çıxardığı və elm dövriyyəyə daxil 
etdiyi ilk mənbələrin, yasaqdan yeni çıxmış mətbu sənədlərin, arxiv materiallarının 
əsasında yazılmışdır. 
Tədqiqatın  nəticələri  doxsanıncı  illərin  əvvəllərindən  başlayaraq,  ardıcıl 
şəkildə  ədəbi  ictimaiyyətə  çatdırılmış,  ilk  mötəbər,  ictimai  aprobasiyadan 
çıxmışdır. 
Əsərdə  C.Hacıbəylinin  hərtərəfli  maarifçilik  fəaliyyəti  və  bədii-publisist 
yaradıcılığı  dövrün,  mühitin,  sosial-tarixi  gerçəkliyin  ümumi  kontekstində  alınır, 
xeyriyyəçiliyi,  «Hacı  Kərim»  povesti,  hekayə  və  felyetonları  tarixilik  meyarı  ilə, 
milli  mənəviyyat  və  mentalitetik  inkişafına  təsiri,  bu  gün  üçün  əhəmiyyəti 
baxımından  qiymətləndirilir.  Azərbaycan  maarifçiliyinin  və  hekayəçiliyinin 
inkişafında ədibin roluna münasibət ifadə edilir. 
Dissertasiya tədqiq olunan dövrə hərtərəfli elmi bələdliklə, yeni müasir elmi 
tələblər və prinsiplər səviyyəsində yazılmışdır. 
 
 
 
 
 
 
 
 
  akademik Y.V.Qarayev 
 
 
 
 
 
 
 
 
 
   elmi rəhbər 
 
 
 
A.H.Tahirlinin «Ceyhun Hacıbəylinin həyat və yaradıcılığı (mühacirətə 
qədərki dövr)» mövzusunda filologiya elmləri namizədi alimlik dərəcəsi 
almaq üçün təqdim etdiyi dissertasiya iĢi haqqında 
 
R  Ə  Y  D  Ə  N 
 
Uzun  illər  fəaliyyəti  qadağan  zonası  elan  edilən  mühacir  Azərbaycan 
ədəbiyyatı,  mətbuatı  xadimlərinin  tədqiqi  bu  gün  xüsusilə  aktual  əhəmiyyət  kəsb 
edir.  A.H.Tahir  «Ceyhun  Hacıbəylinin  həyat  və  yaradıcılığı  (mühacirətə  qədərki 
dövr)»  mövzusunda  dissertasiya  işinin  aktuallığı  və  elmi  əhəmiyyəti  ilk  növbədə 
bununla  şərtlənir.  Dissertant  Ceyhun  Hacıbəyli  irsini  tədqiq  etməklə  təkcə  milli 
ədəbiyyatşünaslıq elmimizin dövrəsinə yeni faktlar daxil etmir, eyni zamanda onun 
hüdudlarını  genişləndirir,  məfkurəvi  istiqaməti  və  bədii  səviyyəsi  haqqında  yeni 
təsəvvür hasil edir. 
A.H.Tahirlinin  «Ceyhun  Hacıbəylinin  həyat  və  yaradıcılığı  (mühacirətə 
qədərki dövr)» mövzusunda dissertasiya işi «Giriş»dən, iki fəsildən, «Nəticə»dən, 
istifadə  olunmuş  ədəbiyyatın  siyahısından  və  bir  əlavədən  (C.Hacıbəylinin 
mühacirətə  qədərki  mətbuatda  dərc  olunan  əsərlərinin  biblioqrafiyasından) 
ibarətdir. 

 
286 
Dissertasiya  işinin  «Giriş»ində  mövzunun  aktuallığı,  metodologiyası,  elmi 
yeniliyi,  nəzəri  və  təcrübi  əhəmiyyəti,  aprobasiyası  haqqında  ətraflı  məlumat 
verilmiş, mövzunun tədqiqi tarixi və obyektindən bəhs edilmişdir. 
Dissertasiya işinin «Ceyhun Hacıbəyli Azərbaycan maarifçiliyinin görkəmli 
nümayəndəsi  kimi»  adlanan  birinci  fəsli  bütövlükdə  ədibin  publisistik  irsinin 
tədqiqinə həsr olunmuşdur, lakin bununla yanaşı C.Hacıbəylini XX əsr Azərbaycan 
maarifçiliyinin görkəmli nümayəndələrindən biri kimi araşdırmağı məqsəd qoyan 
dissertant yeni yüzilliyin başlanğıcında bu məfkurənin inkişaf yolları və səciyyəsi 
haqqında  da  məlumat  verməyi  zəruri  hesab  etmiş,  ədibin  yaradıcılığını  mənsub 
olduğu  ideoloji  hərəkatın  fonunda  təhlil  etmişdir.  Beləliklə,  tədqiqin  hüdudları 
genişlənmiş,  əsrin  əvvəlində  milli  maarifçiliyin  inkişaf  xüsusiyyətləri,  Ceyhun 
Hacıbəylinin  həyatı,  ilk  yaradıcılığı,  dövri  mətbuatda  iştirakı,  imzaları,  bu  vaxta 
qədər  haqqında  danışılmamış  publisistikasında  qaldırılan  problemlər  kimi 
ədəbiyyatşünaslıq  elmimiz  üçün  yeni  və  maraqlı  məsələlər  əhatə  olunmuşdur. 
Dövri  mətbuatda  C.Hacıbəyli  haqqında  dərc  olunmuş  bir  neçə  məqalə  istisna 
edilməklə,  sözügedən  fəsildə  tədqiqata  cəlb  olunmuş  tarixi  və  filoloji  faktlar 
tədqiqata  ilk  dəfə  dissertant  tərəfindən  cəlb  olunmuşdur.  Şübhəsiz,  bu  məsələnin 
bir  tərəfidir.  Digər  diqqətəlayiq  cəhət  ondan  ibarətdir  ki,  tədqiqatçı  faktları 
professional  ədəbiyyatşünas  qələmi  ilə  araşdırıb  təhlil  edir.  Bu  keyfiyyət  fəslin 
«C.Hacıbəylinin 
həyatı, 
ilk 
yaradıcılığı 
və 
imzaları», 
«C.Hacıbəyli 
publisistikasında  maarif,  mentalitet  və  mənəviyyat  məsələləri»,  «C.Hacıbəyli 
publisistikasında  din  və  maarifçilik  məsələləri»  bölmələrində  qabarıq  surətdə 
nəzərə çarpır. 
A.H.Tahirlinin  «Ceyhun  Hacıbəylinin  həyat  və  yaradıcılığı  (mühacirətə 
qədərki dövr)» mövzusunda dissertasiya işi zəngin tarixi və filoloji faktlar əsasında 
yazılmışdır.  Tədqiqatdakı  faktlar  yeni  olduğu  kimi,  onların  təhlili  də  orijinal 
səpkidə yerinə yetirilmişdir. 
Dissertasiyanın  C.Hacıbəylinin  yaradıcılığı  üzərində  apardığı  təhlillər, 
mülahizə  və  mühakimələri  onun  elmi-nəzəri  səviyyəsinin  yetkinliyini  nümayiş 
etdirir.  Bu  baxımdan  «Ceyhun  Hacıbəylinin  həyat  və  yaradıcılığı  (mühacirətə 
qədərki  dövr)»  mövzusunda  dissertasiya  işi  cari  ədəbiyyatşünaslıq  elmimizin 
nailiyyətlərindən hesab oluna bilər. 
 
 
 
 
 
 
 
 
 
Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin