ABĠd tahġRLĠ



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə34/43
tarix31.01.2017
ölçüsü4,4 Mb.
#6963
1   ...   30   31   32   33   34   35   36   37   ...   43

 
 
 
 
 
 
 
 
N.T.Məmmədov 
  
 
 
 
 
filologiya elmləri doktoru, Bakı Slavyan 
  
 
 
 
 
            Universitetinin professoru 
 
 
 
Bakı Dövlət Universitetinin doktorantı Abid Həmid oğlu Tahirlinin 
filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün «Azərbaycan 
mühacirət mətbuatında publisistika (1921-1991)» mövzusunda iĢlədiyi 
dissertasiyanın avtoreferatı haqqında 
R  Ə  Y  D  Ə  N 
 
Son  illər  Azərbaycan  mühacirəti  probleminin  öyrənilməsi  istiqamətində 
xeyli araşdırmalar aparılmışdır. Ancaq problem öz aktuallığını hələ saxlamaqdadır. 
Bu  nöqteyi-nəzərdən  hazırlanan  dissertasiya  işi,  heç  şübhəsiz,  əhəmiyyətli  və 
zəruri bir mövzuya həsr olunub. 
Dissertasiyanın avtoreferatı aparılmış tədqiqatın elmi mahiyyəti, strukturu və 
problemin  aktuallığı  ilə  bağlı  bitkin  təəssürat  yaradır.  Tədqiqatın  məqsəd  və 
vəzifələri, elmi  yeniliyi  məntiqli və sistemli təsnif olunub. Sovet publisistikası ilə 
mühacirət  publisistikası  arasında  müqayisəli  təhlillər,  paralellər  aparılmasının 
nəzəri-metodoloji  əsas  kimi  müəyyənləşdirilməsi  mövzunun  xarakterinə  uyğun 
olduğuna  görə  tədqiqatçı  qarşısına  qoyduğu  məqsəd  və  vəzifələrin  yerinə 
yetirilməsinə  nail  olub.  Avtoreferatda  problemlə  bağlı  aparılan  çoxsaylı 
araşdırmalar  haqqında  dolğun  bilgi  verilir  ki,  bu  da  tədqiqatçının  səriştəliliyi 
barədə pozitiv rəf formalaşdırır. 
«Mühacirət  mətbuatının  təşəkkülü  və  inkişaf  mərhələləri»  adlanan  birinci 
fəsildə  Azərbaycan  mətbuat  tarixi  və  publisistikasına,  mühacirət  tarixinə, 
problemin  öyrənilməsi  səviyyəsinə  aydınlıq  gətirilir.  Müəllif  mühacirət 
probleminin ilk tədqiqatçılarından olduğuna, problemi 1980-ci illərdən, yəni sovet 
dönəmlərindən  izlədiyinə  görə,  bu  sahədə  müxtəlif  istiqamətlərdə  dərc  olunan 
məqalələri, aparılan araşdırmaları obyektiv dəyərləndirə bilib. 
İkinci  fəsildə  mühacirət  publisistikasının  mövzu  və  ideya-siyasi 
istiqamətlərinin tədqiq olunduğu göstərilir. 
...Onu  da  qeyd  edək  ki,  bütün  bu  əsərləri  oxumaq,  hər  birinin  mövzusuna, 
mahiyyətinə,  publisistikasına,  ideya-siyasi  istiqamətinə  qiymət  vermək,  onların 
sovet publisistikası ilə müqayisəli təhlilini aparmaq asan iş deyil. Lakin müəllif bu 
asan olmayan işin öhdəsindən gəlib. 

 
304 
Xarici ölkələrdə Azərbaycan diasporunun formalaşdırılması, aktivləşməsi və 
Vətən  Azərbaycanın  problemlərinin  həllində  daha  yaxından  iştirak  etməsi  üçün 
1920-ci  ildən  sonra  yaranan  ağ  mühacirətin  fəaliyyətini,  onların  nə  vaxtsa  əvəzi 
ödəniləcəyi  barədə  bir  an  belə  fikirləşmədən  çəkdikləri  təmənnasız  zəhmətini, 
cəfalarını  öyrənmək  özü  də  millətə  xidmət  örnəyidir.  A.Tahirlinin  təqdim  etdiyi 
tədqiqat bu cür praktiki baxımdan da əhəmiyyətlidir. 
Avtoreferat üslub baxımından sadə və anlaşıqlı, struktur, mahiyyət və həcm 
etibarilə elmlər doktoru elmi dərəcəsi almaq üçün mövcud tələblərə uyğundur. 
 
 
 
 
 
 
 
  
Xaləddin Ġbrahimli 
Azərbaycan Universitetinin elmi iĢlər üzrə 
            prorektoru, t.e.d., professor  
 
 
 
Filologiya elmləri namizədi Abid Həmid oğlu Tahirlinin 10.01.10 – 
Jurnalistika ixtisası üzrə «Azərbaycan mühacirət mətbuatında 
publisistika (1921-1991)» mövzusunda doktorluq dissertasiyasına 
avtoreferatı əsasında 
 
R  Ə  Y  D  Ə  N  
 
Azərbaycan  mühacirləri  1921-1991-ci  illər  arasında  zəngin  və  dəyərli  bir 
ədəbi-elmi  və  mədəni  irs  yaratmışlar.  Bu  irs  bütöv  Azərbaycan  mədəniyyətinin, 
ədəbi-elmi irsinin tərkib hissəsi olub, onun zənginliyini şərtləndirən amillərdəndir. 
Lakin  milli  mədəniyyətimizin  bu  sahəsi  sovetlər  dövründə  öyrənilməmiş,  onun 
obyektivliklə  öyrənilməsi  yasaqlar,  qadağalar  nəticəsində  mümkün  olmamışdır. 
Bununla 
əlaqədar 
olaraq, 
azərbaycanşünaslığın 
öyrənilməsində 
və 
mənimsənilməsində daimi bir yarımçıqlıq var idi. 
Müstəqillik  dövrü  bu  yarımçıq  öyrənmənin  səbəblərini  aradan  qaldırdı. 
Tədqiqatlarda  yarımhəqiqətdən  tam  həqiqətə  doğru  bir  dönüş  yarandı.  Fil.e.n. 
A.Tahirlinin  doktorluq  dissertasiyası  bu  dönüşü  özündə  əks  etdirən  ən  əhatəli, 
bitkin və əhəmiyyətli elmi-tədqiqat işlərindən biridir. 
Abid  Tahirli  Azərbaycan  mühacirət  mətbuatının  tanınmış  tədqiqatçısıdır. 
Onun  bu  mövzuda  beş  monoqrafiyası,  onlarla  jurnal  və  qəzet  məqaləsi  çap 
olunmuş,  geniş  yayılmış  və  həm  mütəxəssislər,  həm  də  geniş  oxucu  kütləsi 
tərəfindən  müsbət  rəylərlə  qarşılanmışdır.  «Azərbaycan  mühacirət  mətbuatında 
publisistika  (1921-1991)»  mövzusunda  doktorluq  dissertasiyası  A.Tahirlinin  bu 
sahədə  uzun  illər  apardığı  elmi  axtarışlarının  bir  növ  nəzəri  yekunu  kimi 
dəyərləndirilməlidir. 
Publisistika  yaradıcılıqdır  və  onun  özünəməxsus  nəzəriyyəsi,  forma,  ifadə 
xüsusiyyətləri  və  bunlarla  əlaqədar  tələbləri  var.  Bütün  bunlar  A.Tahirlinin 
dissertasiyasının  «Mühacirət  publisistikasının  sənətkarlıq  məsələləri»  adlı  üçüncü 
fəslində  bir  tədqiqatçı-nəzəriyyəçi  həssaslığı  ilə  nəzərə  alınmış,  qaldırılan 
məsələlərin dolğun və doğru həlli verilmişdir. 

 
305 
Elmi-nəzəri  yeniliyi  və praktik  əhəmiyyəti  ilə  diqqəti  cəlb  edən bu  sanballı 
tədqiqat işi doktorluq dissertasiyası ilə əlaqədar tələblərə tam cavab verir. 
Müəllifin çap etdirdiyi  monoqrafiyalar, elmi  məqalələr və avtoreferat onun 
dissertasiyasının məzmununu bütövlüklə əhatə və əks etdirir. 
Bu  dissertasiyasına  görə  A.H.Tahirli  iddiasında  olduğu  doktorluq  elmi 
dərəcəsinə tamamilə layiqdir. 
 
 
 
 
 
 
 
 
 
Tofiq Hüseynoğlu 
 
 
 
 
 
 
           BDU-nun professoru, fil.e.d. 
 
 
 
Abid Həmid oğlu Tahirlinin «Azərbaycan mühacirət  
mətbuatında publisistika (1921-1991)» mövzusunda  
doktorluq dissertasiyasına 
 
R Ə Y D Ə N  
 
Publisistikamızın  layiqli  qələm  sahibi,  mühacirət  irsimizin  tanınmış 
araşdırıcısı  Abid  Tahirlinin  son  tədqiqat  işlərindən  olan  iki  hissəli  «Azərbaycan 
mühacirət  mətbuatı»  əsəri  (Bakı,  Qapp-Poliqraf»-2002;  Bakı,  «Ozan»-2003)  öz 
elmi sanbalı və nəzəri konseptuallığı ilə diqqəti cəlb edir. 
Məlumat  üçün  qeyd  edək  ki,  Abid  Tahirli  1980-ci  illərin  sonu,  90-cı 
illərin  əvvəllərində  Azərbaycan  müstəqil  mətbuatının  flaqmanlarından    olan 
«Odlar  yurdu»  qəzetində  redaktor  müavini,  daha  sonralar  «Vətən» 
cəmiyyətində  Avropa  və  Amerika  ölkələri  şöbəsinin  müdiri  işləmişdir.  İş 
təcrübəsində  onun  mətbuat  tariximiz,  mühacirət  irsimizlə  bağlı  əldə  etdiyi 
faktlar,  topladığı  materiallar,  bu  mövzulara  həsr  etdiyi  elmi,  publisistik 
məqalələr 
Abid  Tahirlinin  elmi  yaradıcılığının  əsas  kursunu  da 
müəyyənləşdirmiş  oldu.  Tədqiqatçının  namizədlik  dissertasiyasının  mühacir 
yazıçı-publisist,  naşir,  redaktor,  tərcüməçi  Ceyhun  Hacıbəylinin  həyat  və 
yaradıcılığına həsr olunması təsadüfi deyildir.  
Elmi  tədqiqatını  Azərbaycan  mühacir  irsinin,  xüsusən  mühacir 
mətbuatımızın  tədqiqinə  həsr  edən  Abid  müəllimin  nəzəri,  təcrübi 
professionallığı, bəziləri kimi işə həvəskar deyil, əsl sənətkar kimi yanaşması 
onun hər bir əsərinin əsl səviyyə göstəricisidir. 
A.  Tahirli  artıq  Azərbaycanda  mühacirət  mətbuatı  anlayışının  forma-
laşdığını,  onun  elmi  tədqiqatı  və  tədrisi  istiqamətində  önəmli  addımlar 
atıldığını,  lakin,  mühacirət  jurnalistikamızın  elmi-tədqiqat  predmetinə 
çevrilməməsini  təəssüf  hissi  ilə  qeyd  edir.  Doğrudur,  ayrı-ayrı  müəlliflər  bu 
və  ya  digər  xadimin  həyat  və  fəaliyyətindən  bəhs  edərkən  pərakəndə  halda 
olsa  da,  onların  xarici  ölkələrdə  jurnalistik  fəaliyyətini  işıqlandırırlar.  Lakin 
«bəhs etdiyim sahə o qədər aktual, eyni zamanda zəngindir ki, mövzu mütləq 
ayrıca tədqiqat predmeti kimi dərindən, ətraflı öyrənilməli və ali məktəblərin 

 
306 
müvafiq  fakültələrində  tədris  edilməlidir»  -  qənaətində  olan  müəllif 
Azərbaycan  mühacirət  irsinin  öyrənilməsində  önəmli  mərhələ  təşkil  edən 
mühacirət  jurnalistikasının  diqqətdən  kənar  qalmasını  haqlı  emosionallıqla 
tənqid 
edir:  «Dünya  jurnalistikasının  öyrənilməsi  və  öyrədilməsi 
təqdirəlayiqdir,  lakin  bu  xəzinəyə  son  dərəcə  gözəl  töhfələr  vermiş 
Azərbaycan 
mühacirət 
jurnalistikası 
niyə 
diqqətdən 
kənarda 
saxlanılmalıdır?!» 
Azərbaycan  mühacirət  irsi,  mühacirət  mətbuatı  və  mühacirət 
jurnalistikası  kimi  anlayışlara  daha  çox  dolğun  və  elmi-nəzəri  ümumiləş-
dirmələr  mövqeyindən  aydınlıq  gətirən  Abid  Tahirli  daha  sonra  müxtəlif 
illərdə  və  müxtəlif  ölkələrdə  azəri  mühacirlərin  nəşr  etdikləri  «Yeni 
Qafqasya», «Odlu yurd», «Azərbaycan», «Azərbaycan yurd bilgisi» jurnalları 
«İstiqlal»  qəzeti  və  s.  haqqında  geniş  elmi  təhlilə,  analitik  yanaşma  tərzinə 
əsaslanan məlumatlar verir. 
...Tam əminliklə demək olar ki, Azərbaycan mühacirət mətbuatının əsas 
ideya  istiqamətlərindən  birini  təşkil  edən  Qafqaz  birliyi  anlayışı  Abid 
Tahirlinin  bu  kitabında  fundamental  bir  şəkildə  tədqiq  edilmişdir.  Bu 
mövzuyla  əlaqədar  «Prometey»  (Paris),  «Qafqaz  almanaxı»  (İstanbul), 
«Qafqasya»  (Münhen),  «Birləşik  Qafqasya»  (Münhen),  «Azərbaycan» 
(Münhen),  «Azərbaycan»  (Ankara),  «Türk  izi»  (Ankara),  «Türk  yolu» 
(İstanbul)  adlı  nəşrlərdən,  habelə  «Mücahid»  (Ankara),  «Ana  dili»  (Bonn), 
«Aydınlıq»  (London),  «Azər»  (Berlin)  kimi  qəzet  və  jurnallardan  ətraflı 
söhbət açılmışdır. 
Əsərdə  irəli  sürülən  mövzuların  aktuallığı  və  rəngarəngliyinə,  zəngin 
mənbələrə,  bu  sahəylə  bağlı  qələmə  alınmış  fikir  və  düşüncələrə  istinadən 
əldə  edilmiş  nəticələrin  elmi  sanbalına,  tədqiqatın  həcminin  genişliyinə 
baxmayaraq,  kitabın  hər  iki  cildi  səlis,  rəvan  və  çox  oxunaqlı  bir  dildə 
qələmə  alınmışdır.  Bu  əsər,  heç  şübhəsiz  ki,  iki  hissəli  bu  kitab  təkcə 
Azərbaycan  mühacir  mətbuatının deyil, ümumən  Azərbaycan  mühacir irsinin 
öyrənilməsi  və  təbliğinə    layiqli  bir  töhfədir.  Təsadüfi  deyildir  ki,  Abid 
Tahirlinin  həmin  kitablarından  Bakı  Dövlət  Universitetində,  Azərbaycan 
Beynəlxalq 
Universitetində, 
«Xəzər» 
Universitetində, 
«Təfəkkür» 
Universitetində dərs vəsaiti kimi istifadə olunur. 
Abid  Tahirli  tədqiqatlarının  sanbalı,  çəkisi  ilə  fərqlənən  alimlərdəndir. 
Lakin      o,    araşdırmalarında   ardıcıllığı,    fədakarlığı,     prinsipiallığı   və  
məhsuldarlığı  ilə  daha  çox  seçilir.  Qarşıladığı  50-ci  yaşının  az  qala  yarısını 
mühacirət  probleminə  həsr  etdiyi  elmi-publisistik  yaradıcılığı  dediklərimizi 
təsdiqləyir. 
 
Bayram Ağayev 
  filologiya elmləri namizədi 
 
 
 

 
307 
Bakı Dövlət Universitetinin dissertantı Abid Həmid oğlu Tahirlinin 
«Azərbaycan mühacirət mətbuatında publisistika (1921-1991)» 
mövzusunda doktorluq dissertasiyasına aparıcı müəssisənin 
 
R Ə Y Ġ N D Ə N 
 
Bakı  Dövlət  Universitetinin  dissertantı  Abid  Həmid  oğlu  Tahirlinin 
«Azərbaycan  mühacirət  mətbuatında  publisistika  (1921-1991)»  adlı  doktorluq 
dissertasiyası  mədəniyyətşünaslığımızın  aktual  probleminə  həsr  edilmişdir.  Onun 
dissertasiya üzərində çalışdığı illərdə 5 kitabı, 20-dən çox elmi-nəzəri məqaləsi çap 
olunmuşdur. Abid Həmid oğlunun bu istiqamətdəki işi təkcə elmi-nəzəri baxımdan 
deyil,  həm  də  milli  jurnalistikamızın  vətəndaşlıq  ləyaqəti  nöqteyi-nəzərindən  də 
qiymətlidir. 
Elmi-tədqiqat işində ilk dəfə olaraq: 
-  mühacirət  publisistikasının  mövzusu,  ideya  istiqamətləri,  dil,  üslub, 
sənətkarlıq məsələləri kompleks şəklidə işlənmiş və ümumiləşdirilmişdir; 
-  Azərbaycan  mühacirət  publisistikası  və  mətbuatının  yaranması,  inkişaf 
mərhələləri elmi-nəzəri cəhətdən dəyərləndirilmişdir; 
-  mühacirlərin  ədəbi-kulturoloji  fəaliyyəti  «Azərbaycan  davası»nın  əsas 
istiqamətlərindən biri kimi araşdırılmışdır; 
-  mühacirət  publisistikasında  daha  çox  nəzərə  çarpan  istiqlal  hərəkatının 
tarixi  və  nəzəri-ideoloji  problemləri  müasir  milli-dövlətçilik  tələbləri  baxımından 
qiymətləndirilmişdir; 
-  mühacirət  publisistikasında  Qafqaz  birliyi  mövzusu  və  bu  ideyanın  tarixi 
mahiyyəti açıqlanmışdır; 
- ayrı-ayrı mühacir nəşrlərin təsnifatı verilmiş, qəzet və jurnallar mövzusuna, 
ideoloji  mücadilədəki  metoduna  görə  qruplaşdırılmış,  mühacirət  mətbuatının 
səciyyəsi cəhətləri göstərilmişdir. 
Görkəmli  ədəbiyyat  və  mədəniyyət  xadimlərinin  ədəbiyyatşünaslığa,  o 
cümlədən jurnalistika sahəsinə, publisistikaya, ona verilən tələblərə, mühacirət irsi 
və  mətbuatına  dair  mülahizələri,  tədqiqatçıların  Azərbaycan  mühacirəti  problemi, 
xüsusilə  mətbuatı  ilə  bağlı  fikir  və  mühakimələri  tədqiqatın  nəzəri-metodoloji 
əsasını  təşkil  edir.  Mövzunun  dəyərləndirilməsində,  problemə  yanaşmada  tarixi 
müqayisə, təhlil və təsvir üsullarına üstünlük verilmişdir. 
Dissertasiya bitkin elmi struktura malikdir. Avtoreferat dissertasiyanın  əsas 
müddəalarını  əhatə  edir.  Elmi-tədqiqat  işi  «Giriş»dən,  «Mühacirət  mətbuatının 
təşəkkülü  və  inkişaf  mərhələləri»,  «Mühacirət  publisistikasının  mövzusu,  ideya-
siyasi  istiqamətləri»,  «Mühacirət  publisistikasında  sənətkarlıq  məsələləri»  adlı  üç 
fəsildən, nəticə, istifadə edilmiş ədəbiyyat siyahısından və əlavələrdən ibarətdir. 
Tədqiqat  işində  sovet  dövründə  yaşayıb  yaradan  müəlliflərin  publisistikası 
ilə  mühacirətdə  yaranan  publisistikanı  bir-birindən  kəskin  fərqləndirən  bir  sıra 
xüsusiyyətlər ortaya çıxarılmışdır. 
Beləliklə,  Azərbaycan  mühacirət  publisistikasının  yaranması,  keçdiyi  tarixi 
yol,  bu  sahəyə  həsr  edilmiş  elmi  tədqiqatlar  və  onlara  obyektiv  münasibət 
dissertasiyanın  ən  maraqlı  məqamlarını  təşkil  edir.  Abid  Tahirli  Azərbaycan 

 
308 
mühacirət  mətbuatında  publisistikanın  özünəməxsusluqlarını,  mövzu  və 
motivlərini  bu  günün  gözü  ilə  görür  və  göstərir.  Tədqiqatda  Azərbaycan 
mühacirlərinin ədəbi-publisist və kulturoloji fəaliyyəti işıqlandırılır, jurnalistikanın 
və mətbuatın inkişaf mərhələləri və əsas istiqamətləri müəyyənləşdirilir. 
Dissertasiyanın  diqqəti  cəlb  edən  cəhətlərindən  biri  də  mühacirət 
publisistikasında istiqlal hərəkatının tarixi-sosial və nəzəri-ideoloji problemlərinin 
milli dövlətçilik mövqeyindən qiymətləndirilməsidir. 
Dissertantın  araşdırma  səriştəsi  ayrı-ayrı  mühacir  nəşrlərin  təsnifatının 
verilməsində, 
qəzet 
və 
jurnal 
səhifələrinin 
müəyyən  tematika  üzrə 
qruplaşdırılmasında  və  eyni  zamanda  bir  çox  materialların  əyani  olaraq 
dissertasiyada nümayiş etdirilməsində özünü parlaq nəzərə çarpdırır. 
Dissertasiya belə bir qənaət yaradır ki, həqiqətən mühacirət irsi, o cümlədən 
mühacirət mətbuatı və publisistikası zəngin Azərbaycan milli-mədəni irsimizin ən 
qiymətli hissəsidir. Onun öyrənilib qiymətləndirilməsi milli-mənəvi dəyərlərimizin 
qorunması, yaşadılması deməkdir. 
Müzakirəyə  təqdim  olunan  dissertasiya  işi  ilə  bağlı  bütün  seminar 
iştirakçılarının yekun və yekdil rəyi belədir: 
Tahirli  Abid  Həmid  oğlunun  filologiya  elmləri  doktoru  alimlik  dərəcəsi 
almaq üçün təqdim etdiyi «Azərbaycan mühacirət mətbuatında publisistika (1921-
1991)» adlı dissertasiyası böyük elmi-nəzəri və praktiki əhəmiyyətə malik olmaqla, 
Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Ali  Attestasiya  Komissiyasının 
doktorluq dissertasiyaları qarşısında qoyduğu bütün tələblərə cavab verir və onun 
müəllifi filologiya elmləri doktoru alimlik dərəcəsi almağa tamamilə layiqdir. 
Rəy  Azərbaycan  Dövlət  Pedaqoji  Universitetin  filologiya  fakültəsinin 
İxtisas Ekspert elmi-nəzəri seminarının 16 oktyabr 2006-cı il tarixli iclasında (1 
saylı protokol) gedən müzakirə əsasında hazırlanmış və təsdiq olunmuşdur. 
 
 
 
 
Tahirli Abid Həmid oğlunun «Azərbaycan mühacirət mətbuatında 
publisistika (1921-1991)» mövzusunda 10.01.10 – «Jurnalistika» ixtisası 
üzrə Birdəfəlik Dissertasiya ġurası yanında doktorluq dissertasiyasının 
müdafiədən əvvəl müzakirəsini keçirən elmi seminarın 
 
PROTOKOLUNDAN 
 
Sədr  –  Aydın  DadaĢov  –  fil.e.d.:  -  Elmi  ictimaiyyət  Abid  Tahirlini  ciddi, 
sanballı  tədqiqatçı  kimi  tanıyır.  Onun  «Azərbaycan  mühacirət  mətbuatında 
publisistika  (1921-1991)»  mövzusundakı  dissertasiyası  Bakı  Dövlət  Universiteti 
Jurnalistika  fakültəsi  Elmi  Şurasının,  mətbuat  tarixi  və  ideoloji  iş  metodları, 
jurnalistikanın  nəzəriyyəsi  və  təcrübəsi  kafedralarının  26  aprel  2005-ci  il  tarixdə 
keçirilmiş birgə iclasının qərar və tövsiyəsi ilə monoqrafiya şəklində nəşr olunmuş 
və  sahənin  tədqiqatçıları  tərəfindən  maraqla  qarşılanmışdır.  Mühacirətlə  bağlı 
problemlərin  tədqiq  tarixi  20  ilə  yaxın  bir  dövrü  əhatə  edir.  Yəni  «Vətən» 

 
309 
Cəmiyyəti  yarandıqdan  –  1988-ci  ilin  əvvəllərindən  mühacirət  problemi  geniş 
ictimaiyyətin,  o  cümlədən  tədqiqatçıların  diqqətini  çəkdi.  Bildiyimə  görə,  Abid 
Tahirli də elə o vaxtdan respublika mətbuatında bu mövzuda maraqlı materiallarla 
çıxış  etməyə  başlamışdı.  Sonralar o,  araşdırmalarını davam  etdirmiş,  mühacirətin 
parlaq  simalarından  olan,  Azərbaycan  ədəbi,  mədəni,  ictimai-siyasi  və  mətbu 
həyatında  silinməz  iz  buraxmış  Ceyhun  Hacıbəylinin  həyat  və  yaradıcılığından 
namizədlik  dissertasiyası  yazmışdır.  A.Tahirli  sonrakı  illər  tədqiqat  dairəsini 
genişləndirərək  indi  sizin  müzakirənizə  verilən  doktorluq  dissertasiyasını 
yazmışdır. 
BDU-nun Jurnalistika fakültəsinin dekanı, fil.e.n. Yalçın Əlizadə:          
 
-  Azərbaycan  mühacirət  irsinin,  xüsusilə  mühacirət  mətbuatının  ilk  və 
sanballı  tədqiqatçılarından  olan  Abid  Tahirlinin  mühacirət  publisistikası  ilə  bağlı 
araşdırmaları  elmi  dəyəri,  aktuallığı  ilə  diqqəti  çəkir.  Bir  yaradıcılıq  sahəsi  kimi 
publisistikanın  funksiya  və  predmeti,  əsas  məziyyətləri,  janrları,  süjet  və 
kompozisiyası,  dil-üslub,  sənətkarlıq  məsələləri  haqqında  kifayət  qədər  deyilmiş, 
yazılmışdır. A.Tahirlinin elmi-tədqiqat işindəki üstün cəhətlərdən biri budur ki, o, 
mühacirət  publisistikasının  sovet  publisistikasından  fərqli,  üstün  keyfiyyətlərini 
açıb göstərir, mühacirət publisistikasının tamamilə yeni keyfiyyət, yeni mahiyyət, 
məna  kəsb  etdiyini  yazır  və  təqdirəlayiqdir  ki,  fikirlərini  tutarlı,  əsaslı  dəlillərlə 
sübut  edir.  O,  mühacirət  publisistikasının  ideyanı,  fikri  ifadə  etmək  baxımından 
daha  azad  və  sərbəst  olduğunu,  senzura  buxovlarında  çırpınan  sovet 
publisistikasından fərqli olaraq, döyüşkən, mübariz, digər tərəfdən Vətən həsrətli, 
yanğılı  xarakter  daşıdığı  fikrini  irəli  sürür  və  mülahizələrini  M.Ə.Rəsulzadə, 
M.B.Məmmədzadə, 
C.Hacıbəyli, 
F.Daryal, 
Ş.Rüstəmbəyli, 
S.Təkinər, 
M.H.Türkəqul,  Ə.Yurdsevər,  M.Mehdiyev  və  başqa  mücahid  publisistlərin 
yaradıcılığına  istinad  edərək  əsaslandırır.  Abid  Tahirli  fikirlərində  ardıcıl, 
qətiyyətli,  məntiqlidir,  faktları  ümumiləşdirməyin,  düzgün  elmi-nəzəri  qənaətlərə, 
nəticələrə gəlməyin ustasıdır. Mən onun tədqiqatını yüksək qiymətləndirir və hesab 
edirəm ki, dissertasiya mühacirət irsinin tədqiqinə böyük töhfədir. 
BDU-nun  Müasir  Azərbaycan  ədəbiyyatı  kafedrasının  müəllimi, 
professor  Abdulla  Abbasov:  -  Mən  elmi-tədqiqat  işi  və  onunla  bağlı  mətbuatda 
dərc  olunan  çoxsaylı  rəy,  resensiyalarla  tanışam.  Mövzu,  onun  işlənməsi, 
dəyərləndirilməsi,  tədqiqat  işində  ortaya  qoyulan  elmi-nəzəri  qənaətlər 
təqdirəlayiqdir.  Bəzən  adamda  elə  təəssürat  yaranır  ki,  mühacirət  irsinə  lazım 
olduğundan  artıq  diqqət  göstərilir.  Zənnimizcə,  bu belədirsə, çox  yaxşıdır.  Çünki 
mövzu çox aktualdır, əhəmiyyətlidir. Bu mövzunun araşdırılması nəticəsində sovet 
rejimi  və  ideologiyasının  səyi  sayəsində  diqqətdən  kənar  saxlanılan  mühacirət 
problemi  ilə  bağlı  bir  sıra  məsələlər,  o  cümlədən  mücahidlərin  istiqlal  uğrunda 
ideoloji  mübarizə  yolu,  onların  həyat  və  düşüncə  tərzi,  bütün  bunların  salnaməsi 
sayılan  mühacirət  mətbuatının,  obrazlı  desək,  tariximizin  qaranlıq  səhifələrindən 
birinin  üzərinə  işıq  salınmışdır.  O  qənaətdəyəm  ki,  Abid  Tahirli  üzərinə  düşən 
vəzifəsinin  öhdəsindən  bacarıqla  gəlmişdir,  hesab  edirəm  ki,  elmi-tədqiqat  işi 
bütün tələblərə tam cavab verir və müdafiəyə buraxılmalıdır. 
BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının dosenti, 
fil.e.n.  Akif  Rüstəmov:  -  Abid  Tahirlinin  dissertasiyasında  diqqətimi  daha  çox 

 
310 
çəkən  mənbələrin,  məxəzlərin  zənginliyi,  eyni  zamanda  tədqiqatçı  tərəfindən 
onların  uğurla  ümumiləşdirilməsi,  təsnif,  təhlil  edilməsidir.  Abid  Tahirlinin  arxiv 
sənədləri ilə peşəkarlıqla işləməsinin nəticəsidir ki, o, ciddi elmi-nəzəri qənaətlərə, 
nəticələrə nail olmuş, maraqlı, faydalı və aktual bir mövzuda günün tələblərinə tam 
cavab  verən  dissertasiya  yaza  bilmişdir.  Tədqiqatçı  fikirlərində  qəti  və 
prinsipialdır.  Bildiyimə  görə,  sahənin  əksər  tədqiqatçıları  mühacirət  mətbuatının 
yaranma  tarixi  ilə  bağlı  A.Tahirlinin  fikri  ilə  şərik  deyillər.  Lakin  o, 
təkzibolunmaz,  inandırıcı  faktlara  əsaslanaraq,  öz  mövqeyini  dəyişmir  və 
mühacirət  mətbuatının  əsasının  C.Məmmədquluzadənin  buraxdığı  «Molla 
Nəsrəddin» jurnalının Təbriz nömrələri ilə qoyulduğu fikrində israrlıdır. Professor 
Əziz Mirəhmədov, t.e.d Xaləddin İbrahimlidən gətirdiyi sanballı sitatlar elə bilirəm 
ki, opponentləri tərk-silah edir. 
Mən  Abid  Tahirlini  tələbəlikdən  tanıyıram.  «Odlar  yurdu»ndakı  məhsuldar 
və  məsuliyyətli  yaradıcılığı  ilə  də  yaxından  tanışam.  Fikrimcə,  iş  təcrübəsində 
mühacirət irsi ilə bağlı əldə etdiyi faktlar, topladığı materiallar, bu mövzuya həsr 
etdiyi çoxsaylı elmi, publisistik məqalələr Abid Tahirlinin elmi yaradıcılığının əsas 
kursunu  da  müəyyənləşdirmişdir.  Sonda  Abid  Tahirlini  sanballı  elmi-tədqiqat  işi 
münasibəti ilə təbrik edirəm və hesab edirəm ki, dissertasiya AAK-nın tələblərinə 
tam  cavab  verir  və  elmi-tədqiqat  işinin  müdafiəyə  buraxılmasını  məqsədəuyğun 
hesab edirəm. 
Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin