2. Təlimin təşkili formaları haqqında ümumi məlumat Mühazirə, praktik məşğələlər,seminar, laborator məşğələlər



Yüklə 88,24 Kb.
səhifə5/11
tarix19.12.2023
ölçüsü88,24 Kb.
#187141
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   11
ALI SEMINAR

Mühazirə – intervü – İntervü formalı mühazirənin əsasında pedaqoji kommunikasiya durur. Belə mühazirə 2 müəllim tərəfindən aparılır. Mühazirənin ssenarisi əvvəlcədən hazırlanır. Tələbələr böyük dəyirmi stol arxasında otururlar. Müəl­limlər növbə ilə şullar verir, tələbələr onları cavablandırırlar. Beləliklə, tələbələr fəal şəkildə informasiyanı mənimsəyirlər. 

  • Mühazirə – şou (illüstrasiya) – Bu mühazirə formasının əsasını mühazirə mövzusunun vizual vasitələr, sxemlər, simvol­lar, obrazlar əsasında izahı təşkil edir. Şifahi şərh və vizual vasitələr bir-birini tamamlayır. Vizual vasitələr müəllimin şərhini aydın edir.

  • Vizuallaşdırma – şifahi informasiyaya yaradıcı xarakter verilməsini təmin edir. Kodoskopdan istifadə et­məklə mühazirə-şou bir neçə şəkildə keçirilir:

    1. Əsas informasiya obrazlarla təqdim olunur;

    2. Əyani vasitələr informasiya xarakteri daşıyır və müəllimin şifahi nitqini tamamlayır;

    3. İnformasiya obrazların dili ilə verilir və s.

  • Didaktik metodların tətbiq edildiyi mühazirə – Bu, diskussiya, qruplarla iş və digər didaktik qaydaların tətbiqi ilə qurulan mühazirədir. Belə mühazirələr tələbələri müstəqil olaraq problem qoymağa və həll etməyə təhrik edir və bununla da onların təlim materialını şüurlu surətdə qavramasını təmin edir. 



    PRAKTİK MƏŞĞƏLƏLƏR
    İxtisasdan, fəndən, mövzudan, məqsəddən, qarşıya qoyu­lan problemin xarakterindən, təlim materialının məzmunundan, tədris ilindən, təhsilin pillələrindən, seminar rəhbərinin düzgün seçimindən asılı olaraq seminar məşğələsi aşağıda göstərilən bir neçə tiplərə ayrılır:

    1. Seminar-oxu – ixtisas hazırlığı ilə bağlı yeni informasiyanın oxunması, şərhi və lazımi qeydlər götürülməsi formasında təşkil olunur. İxtisasla bağlı innovasiyalarla tanışlıqdan sonra seminar-sorğu və seminar-müsahibə keçirmək olar.

    2. Seminar-sorğu – qrupla tanış olmağa, hər bir tələbənin idrak imkanlarını, fərdi-psixi xüsusiyyətlərini, fəallıq dərəcəsini və informasiyaları necə mənimsədiyini yoxlamağa imkan verir.


    3. Yüklə 88,24 Kb.

      Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   10   11




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin