2. Təlimin təşkili formaları haqqında ümumi məlumat Mühazirə, praktik məşğələlər,seminar, laborator məşğələlər



Yüklə 88,24 Kb.
səhifə8/11
tarix19.12.2023
ölçüsü88,24 Kb.
#187141
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   11
ALI SEMINAR

Ardıcıl məşğələlər – nəzəri kursun tədrisi başa çatdıqdan dərhal sonra təşkil olunur. 

  • Paralel məşğələlər – kursun öyrənilməsi ilə paralel surətdə yerinə yetirilir. 

    Laborator məşğələlər 3 formada təşkil olunur: 



    1. Frontal məşğələlər – Bu halda bütün tələbələr eyni işi icra edirlər. 

    2. Qrup məşğələləri – Bu halda tələbələr kiçik qruplar formasında tapşırıqları icra edirlər. 

    3. Fərdi məşğələlər – Bu halda tapşırıq hər bir tələbəyə fərdi şəkildə verilir. 

    Laborator məşğələlərini elə təşkil etmək lazımdır ki, onlar tələbələrin daha yüksək intellektual inkişaf səviyyəsini təmin etsin. Bu baxımdan, tələbə qrupu intellektual inkişaf səviyyəsinə görə, 3 yarımqrupa: qüvvəlilər, orta qüvvəlilər və zəiflərə bölünür. Laborator məşğələlərin daha 2 səviyyəsi təklif olunur: Birinci səviyyə ənənəvi laborator işləri (bakalavr)İkinci səviyyəinnovasiyalı laborator məşğələləridir (magistratura). 
    ALİ MƏKTƏBDƏ TƏLƏBƏ MÜSTƏQİL İŞLƏRİ
    Tələbələrin müstəqil işlərinin təşkili zamanı aşağıdakı prinsiplərə əməl olunmalıdır:

    1. Sistemlilik və ardıcıllıq prinsipi – Tələbələrin müstəqil işlərinin sistemliliyini təmin etmək məqsədilə birinci kursdan son kursadək müstəqil işlərin ən aktual formalarından istifadə olunmalıdır. Tələbələrin müstəqil işləri konkret məqsədlərə xidmət etməlidir. Ali məktəbdə müstəqil işlərin təşkilində təsadüfiliyə, pərakəndəliyə yol verilməməlidir. 

    2. Sinergetik yanaşma prinsipinə görə, tələbəyə müstəqil işə müxtəlif elmlərin baxış bucağından baxımından yanaşmaq öyrədilməlidir. Sinergetik yanaşma tərzi, müstəqil işləri­n bütün formalarında tətbiq edilir. Tələbələrin müstəqil işinin səmərəliliyi məhz bu prinsiplərin vəhdətindən asılıdır. 

    3. Müstəqil yanaşma prinsipi – tələbənin işin icrası zamanı tələbənin elmi informasiyaları axtarıb tapa bilməsində, müəyyən bir fikri əsaslandırmasında, təkrarçılıq etməməsində təzahür edir. Tələbə müstəqil işlərinin təşkilində gözləməli olduğu prinsiplərə aiddir:

      1. İmkanların nəzərə alınması;

      2. Əlverişli şəraitin yaradılması;

      3. Müasir texnika və texnologiyalardan istifadə olunması;

      4. Fəaliyyət rejiminin yaradılması;

      5. Tələbənin sağlamlığına qayğı göstərilməsi;

      6. Tələbədə kimi iradi keyfiyyətlərin inkişaf etdirilməsi. 

    Mənbələr üzərində iş, müşahidə, müsahibə, anket sorğusu, disput, müza­kirə kimi metodlardan istifadə tələbənin müstəqil işlərinin reallaşdırılması formalarıdır. Ən çox istifadə olunan müstəqil işi formaları aşağıdakılardır:



    1. Mühazirəni konspektləşdirmək;

    2. Elmi mənbələrdən istifadə etmək;

    3. Seminarlara hazırlaşmaq;

    4. Tapşırıqları icra etmək;

    5. Təcrübədə iştirak etmək;

    6. Kurs və buraxılış işləri yazmaq;

    7. Elmi-tədqiqat işləri ilə məşğul olmaq və s. 




    Yüklə 88,24 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   10   11




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin