2. Təlimin təşkili formaları haqqında ümumi məlumat Mühazirə, praktik məşğələlər,seminar, laborator məşğələlər



Yüklə 88,24 Kb.
səhifə6/11
tarix19.12.2023
ölçüsü88,24 Kb.
#187141
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   11
ALI SEMINAR

Seminar-müsahibə – tələbələrin təqdim edilən məlumatlara münasibətlərini aşkarlamağa imkan verir.

  • Proseminar;

  • Seminar-yoxlama işi;

  • Seminar-diskussiya - Seminar-diskussiyada «fikirlərin hücumu», «işgüzar oyunlar» kimi elementlərdən istifadə olunur. Birinci halda tələbələr müxtəlif ideyalar irəli sürür və biliklərini daha da dərinləşdirirlər. İkinci halda seminar, rollar üzərində qurulur.

  • Seminar-disput;

  • Seminar-şifahi məruzə – Seminarın məruzə formasında təşkilinin əsas əhəmiyyəti ondadır ki, tələbə əvvəlcədən hansı sual əsasında çıxış edəcəyini bilir. Tələbə özünün hazırlıq səviyyəsinə görə həm geniş məruzə ilə, həm də konkret tezislərlə çıxış edə bilər.

  • Seminar-referat – Seminarın referat formasında təşkili məqsədilə tələbələrə referat mövzuları verilir. Seminarda referatın mətnini tam şərh etmək üçün onu 20-25 səhifə həcmində yazmaq məsləhətdir. Referat üzərində işləmək tələbələrdə yaradıcılıq əhval-ruhiyyəsi yaradır. Müəllimin köməyi ilə referatlar hazırlanır və müzakirə edilir.

  • Seminar-nəzəri konfrans – Daha çox kursun yekunlaşdırılması məqsədilə tətbiq olunur. Belə seminar məşğələlərində tələbələr müəyyən olunmuş mövzular əsasında məruzə və ya referatla çıxış edir. Yaradıcı müzakirələr aparır, opponent kimi çıxış edir, rəy yazırlar.

  • İxtisas seminarı;

  • Tələbə elmi seminarı;

  • Seminar-tədqiqat. 



    Seminar-oxu, seminar-sorğu, seminar-müsahibə, proseminar, seminar-yoxlama işi daha çox birinci kurslarda tətbiq olu­nur. İkinci, üçüncü kurslarda seminar-məruzə, seminar-diskus­siya, seminar-disput, seminar-referat tiplərindən istifadə daha məqsədə müvafiqdir. Yuxarı kurslarda və təhsilin magistratura pilləsində ixtisas hazırlığı ilə əlaqədar seminar məşğələlərinin nəzəri konfrans, ixtisas seminarı, tələbə elmi seminarı tiplərin­dən istifadə daha effektli almır. 
    Təcrübəli seminar rəhbərləri məşğələni diskussiya və disput formasında təşkil edir, hər hansı məsələnin müxtəlif fikirlərin «toqquşması» yolu ilə düzgün həllinə nail olmağa çalışırlar. Seminar məşğələlərinin diskussiya, yaxud disput forması tələbələrdə müsahibini axıra qədər diqqətlə dinləmək, başqasının fikrini təkzib edərkən etikanı gözləmək, öz möv­qeyini müdafiə etmək və əsaslandırmaq, hay-küy salmadan öz mülahizəsini bildirmək mədəniyyəti formalaşdırır. Seminar-diskussiya və seminar-disput tipli seminar-məşğələlərində tələbələrə daha artıq müstəqillik verildiyi üçün onların fəaliyyəti daha məhsuldar və səmərəli olur. 



    Yüklə 88,24 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   10   11




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin