Azərbaycan respublikasi təHSİl naziRLİYİ QƏRBİ kaspi universiteti S



Yüklə 62,99 Kb.
səhifə1/5
tarix02.01.2022
ölçüsü62,99 Kb.
#40919
  1   2   3   4   5
sema elekberova info


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ QƏRBİ KASPİ UNİVERSİTETİ




SƏRBƏST İŞ

Kafedra: Tarix və Fəlsəfə

Fənnin adı: İnformatika

Mövzu: Kompüter tərcümə proqramları

Müəllim: Rəna Hacıyeva

Tələbə: Səma Ələkberova

Fakultə: Siyasi və ictimai elmlər

Kurs: 129 P

Qrup: II

BAKI-2021

Plan


  1. Kompüter tərcümə proqramları.

  2. Kompüter tərcümə proqramlarının üstünlükləri və çatışmayan cəhətləri.

  3. Kompüter tərcümə proqramlarının növləri

  4. Ədəbiyyat siiyahısı.



  1. Kompüter tərcümə proqramları

Kompüter tərcümə proqramlarının tarixi inkişaf mərhələləri, onların növləri, strategiyaları, metod və konsepsiyaları, kompüter tərcüməsinin linqvistik problemləri, kompüter tərcümə sistemlərinin alqoritmi, strukturu, üstünlükləri və çatıĢmayan cəhətləri və beləliklə, onun nəzəri-elmi əsasları işıqlandırılır, müasir dövrdə ən çox işlənən Online və avtonom kompüter tərcümə proqramları, o cümlədən Azərbaycanda son illərdə yaradılmış bu qəbildən olan proqramların xüsusiyyətləri haqqında geniş məlumatlar vardır. Bu məlumatlardan həm tərcümə və linqvistika sahəsində təhsil alan tələbələr, həm xarici dil öyrənənlər, həm də professional tərcüməçilər yararlana bilərlər.

Kompüter tərcüməsi elmin yeni sahələrindən biridir. Bu elmin obyekti tərcümə, predmeti isə kompüter tərcüməsinin xüsusiyyətləridir.

Kompüter tərcümə proqramları kompüter vasitəsi ilə şifahi və yazılı mətnin bir dildən başqa dilə tərcümə olunması üçün istifadə olunur. Kompütər tərcüməsi əvvəllər maşın və ya avtomatik tərcümə kimi də işlənilib. Zaman keçdikcə böyük EHM-lər (elektron hesablama maşınları) öz yerini fərdi kompüterlərə verdikdən sonra maşın tərcüməsi termini kompüter tərcüməsi termini ilə əvəz olunmuşdur. Maşın tərcümə sistemi bir dildə olan mətnin digər dildə keyfiyyətli qaralama tərcüməsini almaq üçün yaradılan kompüter proqramı sistemidir. Bizim bilmədiyimiz dildə olan məlumatı başa düşə biləcəyimiz dildə əldə etmək üçün bu proqram ideal vasitədir. Dünya alimləri maĢın tərcümə sistemindən elmi-tədqiqat sahəsi kimi ötən əsrin 50-ci illərindən istifadə etməyə başlayıblar. Uzun müddət keçməsinə baxmayaraq, bu gün də maşın tərcüməsi sahəsində araşdırmalar aparılır. Bu müddət ərzində maşın tərcüməsindən imtina olunan vaxtlar olsa da, sonralar məcburən bu sistemə yenidən qayıdılıb.

Maşın tərcüməsi adətən iki mənada başa düşülür. Birinci mənada müəyyən mətni bir təbii dildən başqa bir təbii dilə kompüter vasitəsi ilə tərcümə olunması prosesidir. Bu proses zamanı kompüterin girişinə mətn verilir, heç bir başqa müdaxilə olunmadan komputeriin çıxışında tərcümə olunmuş mətn alınır. Kompüter tərcüməsi daha genş mənada isə riyaziyyatın, kibernetikanın, linqivistikanın, suni intellektin bir sahəsi kimi başa düşülür.

Əslində, tərcümə insan fəaliyyətinin çox mürəkkəb və coxşaxəli bir növüdür. Çox zaman tərcümə prosesi bəsit olaraq ―bir dildən başqa dilə çevrilmə‖ kimi xarakterizə olunsa da, reallıqda bu proses sadəcə bir dildən başqa dilə çevrilmə kimi baş vermir. İki dili bilmək hələ yaxşı tərcüməçi olmaq demək deyildir. Tərcümə zamanı iki xalqın mədəniyyəti, etnoqrafiyası, tarixi, ədəbiyyatı, müxtəlif yaşayış tərzləri və adət-ənənələri, müxtəlif düşüncə tərzləri və s. kimi problemlərlə qarşılaşırıq.

Rus tərcümə nəzəriyyəsinin banislərindən biri olan L.S.Barxudarov tərcüməyə belə tərif verir: - “Tərcümə elə bir prosesdir ki, burada bir dildə olan nitq başqa bir dildə olan nitqə çevrilərək özünün dəyişməz məzmun planını, yəni mənasını saxlayır”.




  1. Yüklə 62,99 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin