2. Təlimin təşkili formaları haqqında ümumi məlumat Mühazirə, praktik məşğələlər,seminar, laborator məşğələlər


TƏLİM METODLARININ ÜMUMİ XARAKTERİSTİKASI



Yüklə 88,24 Kb.
səhifə2/11
tarix19.12.2023
ölçüsü88,24 Kb.
#187141
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   11
ALI SEMINAR

TƏLİM METODLARININ ÜMUMİ XARAKTERİSTİKASI

  1. İzahlı-illüstrativ metod – Tələbələr mühazirədə yeni informasiyalar alır, dərsliklərdən, istifadə etməklə qazandıqları bilikləri zənginləşdirir və möhkəmlənləndirir. Mühazirədə, yeri gəldikdə, ekran vasitələrindən istifadə etməklə biliklər əyaniləşdirilir.

  2. Reproduktiv metod – Tələbələr qazandıqları nəzəri bilikləri verilən nümunə, yaxud qaydalar əsasında tətbiq edirlər.

  3. Problemli şərh metodu – Müəllim müxtəlif mənbələrdən və vasitələrdən istifadə edərək problemi müəyyənləşdirir və araşdırması üçün tələbələrin qarşısına qo­yur.

  4. Deduktiv metod – Bu halda hazır biliklər dinləyicilərə deduktiv nəticələr çıxa­rmaq yolıı ilə təqdim olunur.

  5. Qismən axtarış və ya evristik metod – Bu metoda görə, problemi tələbənin özü də müstəqil olaraq müəyyənləşdirə bilər. Bu zaman pedaqoq bu işə tələbəni mərhələ-mərhələ istiqamətləndirir və onun icrasına nəzarət edir.

  6. Tədqiqatçılıq metodu – Tədris materialının təhlili, problemlərin qoyulması və həlli, şifahi və ya yazılı təlimatların verilməsindən sonra tələbələr müstəqil olaraq müvafiq ədəbiyyatı və mənbələri müəyyənləşdirir, araşdırır və öyrənirlər. 

Tələbənin tədris materialı üzərində müstəqil iş metodları – Tələbə, dərsliyi, yaxud mühazirə mətnini tam mənimsəyənə qədər oxuyur. Yeni materialı bütün dəqiqliyi ilə dərk etdikdən sonra müxtəlif tapşırıqları yerinə yetirir. Tapşırıqlar, təlim materialını əhatə edən suallar, yaxud biliklərin tətbiqini tələb edən misallar ola bilər. Tədris metodunu müəyyənləşdirərkən bü­tün təlim-tərbiyə metodlarının öyrədici, inkişafetdirici, tərbiyəedici funksiyaları əsas götürülməli­dir. Təlim metodu seçərkən onun öz funksiyalarını nə dərə­cədə yerinə yetirdiyi, yəni, «funksional yararlılığı» nəzərə alınmalıdır. Təlim metodunun «funksional yararlığı» təhsil alanların dünyagörüşünü, təfəkkür və nitqini inkişaf etdirməsində təzahür edir

ALİ MƏKTƏBDƏ TƏLİMİN TƏŞKİLİ FORMALARI HAQQINDA ÜMUMİ MƏLUMAT


Ali məktəbdə tədris prosesi bir qayda olaraq auditoriya və auditoriyadankənar for­malarda həyata keçirilir. Auditoriya və auditoriyadankənar məşğələlər öz növbəsində tələbələrlə frontal, qrup, yarımqrup fərdi iş formaları şəklində icra olunur. Təlimin təşkili texno­logiyaları 2 qrupa bölünür:

  1. Təlimin təşkilinin ənənəvi texnologiyaları. 

  2. Təlimin təşkilinin innovasiya texnologiyaları.




Yüklə 88,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin