2. Təlimin təşkili formaları haqqında ümumi məlumat Mühazirə, praktik məşğələlər,seminar, laborator məşğələlər



Yüklə 88,24 Kb.
səhifə4/11
tarix19.12.2023
ölçüsü88,24 Kb.
#187141
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   11
ALI SEMINAR

Problemli mühazirə – Bu halda müəllim öyrədiləcək məsələni tələbələrə problem şəklində təqdim edir. Tələbələrin vəzifəsi problemin həllini tapmaqdır. Onlar fikir mübadiləsi edir və yeni biliklər mə­nimsənilir.

  • Vizual mühazirələr – Bu halda mühazirənin əsas məzmunu tələbələrə obrazlı şəkildə (fiqur, şəkil, sxem və s.) təqdim olunur.

  • İkilikdə mühazirə – Mühazirəni 2 müəllim biri-birilə və tələbə auditoriyası ilə əməkdaşlıq şəraitində oxuyur. Mühazirə­nin bu növü, şəxsiyyətlərarası münasibətlərə əsas­lanır. Hər 2 müəllim mövzu ilə əlaqədar müvafiq problem qoyur, fərziyyə irəli sürür və əsaslandırır.

  • Mühazirə-press konfrans – tələbələrin sualları əsasında bir, yaxud bir neçə müəllim tərəfindən aparılır. Bu mühazirənin təşkili aşağıdakı kimi aparılır:

    1. Müəllim mühazirənin mövzusunu elan edir və hər bir tələbə yazılı surətdə mövzu ilə əlaqədar onu maraqlandıran sualları verir.

    2. Sonra müəllim bu sualları sistemləş­dirir və mühazirəni oxumağa başlayır.

    3. Mühazirə tələbələrin suallarının cavablandırılması üzərində qurulur. Burada əsas şərt budur ki, mühazirənin forması tələbələr üçün maraqlı olsun və onları özünə cəlb etsin. 

  • Mühazirə–məsləhət – Bu mühazirə forması mühazirə press konfransa yaxındır. Fərq ondadır ki, mühazirəyə mütəxəssis də dəvət olunur və mütəxəssisin məsləhətləri müəllim tərəfindən istiqamətləndirilir. 

  • Mühazirə-təbliğat – Bu, planlaşdırılmış səhvlərlə aparılan mühazirədir. Məqsəd – tələbələrin diqqətini cəlb etmək və informasiyanı düzgün qiymətləndirmək bacarığı formalaşdırmaqdır. Mühazirənin bu formasının əsasını – konfliktlər, problemlər, öyrədən və öyrənənlərin birgə fəaliyyəti təşkil edir.

  • Mühazirə – dialoq – Mühazirə prosesində müəllim tələbə­lərə suallar verir, cavabları ümumiləşdirir və bu əsasda yeni materialı şərh edir.


  • Yüklə 88,24 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   10   11




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin