2. Təlimin təşkili formaları haqqında ümumi məlumat Mühazirə, praktik məşğələlər,seminar, laborator məşğələlər



Yüklə 88,24 Kb.
səhifə10/11
tarix19.12.2023
ölçüsü88,24 Kb.
#187141
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   11
ALI SEMINAR

Buraxılış işləri – Ali məktəbdə təlimin mühüm təşkili formalarından biri də buraxılış işləridir. Buraxılış işinin qarşısında duran vəzifələr aşağıdakılardır:

  • Təhsil illərində ixtisas üzrə qazanılmış nəzəri və praktik bilikləri sistemləşdirmək;

  • Nəzəri bilikləri konkret sahəyə tətbiq etmək;

  • Tədqiqatçılıq qabiliyyətini, müstəqil işləmək bacarığını inkişaf etdirmək;

  • Mütəxəssis hazırlığının səviyyəsini müəyyənləşdirmək. 

Buraxılış işləri üçün baza rolunu, problem üzrə müvafiqədəbiyyatın öyrənilməsi və elmi təhlili, müəllim və şagirdlərin fəaliyyətinin müşahidə edilməsi, qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi, eksperimentin qoyulması, aparılmış tədqiqatın nəticələri oynayır. Buraxılış işinin yazılması bir neçə mərhələdən ibarətdir:

  1. Mövzunun seçilməsi;

  2. Problemlə bağlı ədəbiyyatın öyrənilməsi;

  3. Işin oriyentir planının tərtibi;

  4. Tədqiqatın metodlarının müəyyənləşdirilməsi;

  5. Materialın toplanması;

  6. Alınmış nəticələrin təhlil edilməsi və ümumiləşdiril­məsi;

  7. Buraxılış işinin tərtibatı;

  8. Buraxılış işinin müdafiə edilməsi. 

Buraxılış işlərinin yazılması və müdafiə edilməsində kafedraların rolu çox böyükdür. Kafedralar buraxılış işlərinin mövzularını müəyyənləşdirməli, onları hər il təzələməli, kafedrada müzakirə etməli və fakültə elmi şurasının təsdiqinə verməlidir. Buraxılış işi verərkən, tələbənin arzusu nəzərə alınmalıdır. Bundan sonra tələbə elmi rəhbərin köməyi ilə buraxılış işinin planını hazırlayır. Buraxılış işinin həcmi 40-45 səhifə olmalı və:
titul səhifəsi (ali məktəbin adı, tələbənin adı və soyadı; buraxılış işinin adı, elmi rəhbərin adı və soyadı, elmi dərəcəsi, işin icra edildiyi il);
giriş (mövzunun aktuallığı, məqsəd və vəzifəsi;);
əsas hissə (problemin nəzəri əsasları, ədəbiyyatın təhlili, illüstrativ materiallar);

Yüklə 88,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin