6. Dövlətlərarası münasibətlərə transmilli korporasiyaların təsiri və hökumətlərin nəzarəti itirməsi problemi



Yüklə 17,41 Kb.
səhifə1/6
tarix10.05.2022
ölçüsü17,41 Kb.
#56968
  1   2   3   4   5   6
muhazire6


6. Dövlətlərarası münasibətlərə transmilli korporasiyaların təsiri və hökumətlərin nəzarəti itirməsi problemi

Plan:


1. TMK və dövlətlərarası münasibətlər;

2. 1980-ci ildən sonrakı dövrdə dövlətlər TMK-lar;

3. Transmilli korporasiyaların iqtisadi fəaliyyətlərinin tənzimlənməsi;

4. Xaricdən TMK-larin dəstək ala bilmə imkanları;

5. Dövlətlərin qeyri-bərabərliyi şəraitində transmilli münasibətlər
Transmilli qarşılıqlı təsir və TMK-lar hansı şəkildə dövlətlərarası siyasətə öz təsirini göstərir? Deyilənləri nəzərə alsaq, transmilli münasibətlər cəmiyyətin qarşılıqlı tez qəbul edilənə, dərk edilənə çevrilməsi prosesini sürətləndirir, bu da hökumətlərarası münasibətləri dəyişməyə sövq edir. Bu yanaşmanı 2 ölçüdə işıqlandırmaq olar - beynəlxalq ticarət və maliyyə, digər tərəfdən kütləvi kommunikasiyanın dünyanı əhatə edən sistemindən çıxış etməklə.

TMK-ların yaranması, mövcudluğu və inkişafı üçün ən vacib amillərdən biri də siyasi amillərdir. Bir çox siyasi amillər şirkətlərin beynəlmiləlləşməsində və ev sahibi ölkələrdəki fəaliyyətlərinin düzgün inkişaf etdirilməsində özünü göstərməkdədir. Ev sahibi ölkələrdə istər xalq, istərsə də, hökumət TMK-lara qarşı adətən simpatiya ilə yanaşmırlar. Buna görə də, hökumətlər TMK-lara qarşı təmkinli yanaşır və lazım olan vaxtda onların fəaliyyətlərini məhdudlaşdıra bilər. Ev sahibi ölkələrin hökumətlərinin narahatığı artdığı zaman TMK-ların ev sahibi ölkələrdəki sərmayələri milliləşdirilə bilər. Əvəzi ödənsə də, milliləşdirmə TMK-ların ən çox çəkindiyi hallardan biridir.

Bu baxımdan şərtlər nə qədər əlverişli olsa da, TMK-lar investisiya yatırdıqları ölkədə az və ya çox dərəcədə mütləq siyasi çətinliklə üzləşirlər. Bunun səbəbi ana ölkə ilə ev sahibi ölkədəki qərarvermə mexanizmlərinin bir-birindən fərqli olmasıdır. Ev sahibi ölkədə üzləşilən çətinliklər isə ən çox millətçilikdən qaynaqlanır.56


Yüklə 17,41 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin