İqtisadiyyat və Humanitar Kollec İxtisas: Bank işi Kurs: 3 Qrup



Yüklə 21,1 Kb.
səhifə1/4
tarix03.12.2022
ölçüsü21,1 Kb.
#72130
  1   2   3   4
İdarəetmənin sosial – psixoloji metodları


Azərbaycan Respublikası Təhsil və Elm Nazirliyi
Bakı Dövlət Universiteti nəzdində
İqtisadiyyat və Humanitar Kollec
İxtisas: Bank işi
Kurs: 
Qrup: 386
Fənn: Menecment
Mövzu:  İdarəetmənin sosial – psixoloji metodları
Şöbə: İqtisadiyyat
Tələbə: Cəfərova Albina
Müəllim: Mütəllimova Təranə
Sərbəst iş N - 1

BAKI – 2022
Metod yunan sözü olub üsul deməkdir. Bütün elmlərdə olduğu kimi idarəetmə elminin də metodları vardır. Bu metodlar idarəetmə elminin öyrənilməsinin, bu elmdən irəli gələn funksiyaların və prinsiplərin həyata keçirilməsinin üsuludur. İdarəetmə metodu idarəetmə subyektinin idarəetmə obyektinə təsir mexanizmidir. İdarəetmə metodunun başlıca məqsədi idaretmə prosesinin düzgün təşkilinə şərait yaratmaq, qarşıya qoyulan məqsədə tam çatmaq üçün müasir texnikadan, əməyin və istehsalın təşkilinin mütərəqqi formalarından səmərəli istifadə etməkdən ibarətdir. İdarəetmə metodu idarə edilən sistemə necə, hansı üsul və vasitələrlə təsir etmək lazım olduğunu bildirir. 
İdarəetmə metodları təsərrüfatçılığın həyata keçirilməsinə xidmət edir və kompleks idarəçilik funksiyalarının icrası ilə əlaqədardır. Ona görə də idarəetmə metodu idarəçilik fəaliyyətinin icra edilməsi vasitəsidir. İdarəetmə metodları strateji inkişaf vəzifələrinin, iqtisadi qanunların tələblərinin həyata keçirilməsi metodudur. İdarəetmə metodları həmçinin qanun və prinsiplərdən istifadə olunma formasıdır. Metodların seçilməsi və tətbiqi idarə olunan obyekt və proseslərin, hadisələrin xarakteri və məzmunundan asılıdır.
İdarəetmənin üç əsas metodu vardır:
 1) İqtisadi metod.
2) Inzibati-sərəncam metodu.
3) Sosial-psixoloji metod.
1) İdarəetmə məqsədlərinə nail olmaq üçün cəmiyyətin iqtisadi qanunlarından istifadə edilməsi və obyektiv iqtisadi mənafelərin nəzərə alınması əsasında təsərrüfatçılığın həyata keçirilməsi metodlarına idarəetmənin iqtisadi metodları deyilir. İqtisadi metod idarəetmə obyektinin müəyyən tərəflərinə − istehsalın təşkilinə və onun nizama salınmasına, idarəetmə fəaliyyətinin həyata keçirilməsinə, kollektivin və onun üzvlərinin maddi-mənəvi marığına təsir edir, istehsalın ahəngdar olmasına xidmət edir. İqtisadi metod ilə planlaşdırma, təsərrüfat hesabı, əmək haqqı, qiymət, maddi həvəsləndirmə, maya dəyəri, mənfəət, gəlir və başqa mexanizmlər məqsədyönlü təsirə çevrilir. İqtisadi metodlar ehtiyatların qənaətinə, maya dəyərinin aşağı salınmasına, mal və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına, gəlirin və mənfəətin həcminin artırılmasına, əmək qabiliyyətinin yüksəldilməsinə yönəldilir. Buna görə də bəzi ədəbiyyatlarda iqtisadi metodlar təhriketmə metodları kimi adlandırılır.
İqtisadi metodlar bazar sistemində aparıcı mövqeyə malikdir. Bu metodlar vasitəsilə firmaların fəaliyyətinə təsir göstərilir və onlar üçün əlverişli şərait yaradılır.

Yüklə 21,1 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin