MƏKTƏBDƏ Kİmya təDTİSİNİn məzmunu və quruluşU



Yüklə 19,55 Kb.
tarix08.12.2019
ölçüsü19,55 Kb.
#29853
növüDərs
MƏKTƏBDƏ KİMYA TƏDTİSİNİN MƏZMUNU VƏ QURULUŞU

MƏKTƏBDƏ KİMYA TƏDTİSİNİN MƏZMUNU VƏ QURULUŞU
Müasir mərhələdə Respublikamızın orta məktəblərində tə­li­min təşkilinin əsas iki forması- əsas və köməkçi formaları hə­yata keçirilir. Təlimin əsas təşkilat forması dərs, köməkçi for­ma­ları isə təlim ekskursiyaları, fakultətiv məşğələlər, maraq dərs­ləri, sınifdən və dərsdənxaric məşğələlər, şagirdlərin müəllimin tapşırığı ilə evdə həyata keçirdikləri məşğələlər, zaçotlar, imta­hanlar və s. daxildir.

Təlimin təşkili formaları içərisində əsas yeri tədris müəs­sisələrində həyata keçirilən dərs təşkil edir. Dərs və köməkçi for­malar haqqında pedaqogika elmində geniş məlumatlar verilib.

Dərs təlimin sinif-dərs sisteminin tərkib elementi hesab olunur. Bu sinif-dərs sisteminin əsas xüsusiyyəti yaş və fənn haqqında bilik səviyyələri təxminən bərabər olan dinləyiciləri kollektiv halında sabit qruplarda, bəlli məkanda (sinifdə) birləş­dirməkdən ibarətdir.

Dərsin özünə məxsus səciyyəvi cəhətləri onu, təlimin di­gər təşkilatı formalarından fərqləndirir. Belə ki, dərs təsdiq olun­muş proqrama uyğun, cədvəllə müəyyənləşdirilmiş saatda və məkanda, müəyyən zaman ərzində (45 dəqiqə), daimi tərkibə ma­lik şagirdlərlə aparılır.

Dərs tədris prosesinin elə bir hissəsidir ki, bu zaman təh­sil, tərbiyə və inkişaf vəzifələri vəhdət halında yerinə yetirilir. Bu mənada dərsin mühüm xarakterik cəhətləri sırasına qeyd olu­nan­ları şamil etmək olar:

- Dərs cədvəllə nizamlanır və proqramla tənzimlənir.

- Köməkçi formalardan fərqli olaraq, dərs təlimin daimi for­masıdır. Şagirdlərin dərsdə iştirakı məcburidir.

- Dərsdə şagirdlərin hamısı tədris proqramın tələbləri çərçivəsində kimyadan biliklər sistemini müəyyən məntiqi ardı­cıl­lıqla mənimsəyirlər.

- Dərs təlim təşkilinin çevik forması olub, onda təlim işi­nin frontal, qrup, kollektiv və fərdi formalarından istifadə olunur.

- Dərs şagirdləri kollektivçiliyə, mehriban olmağa, başqa­larına hörmət və ehtiram göstərməyə, onların fikirlərinə qulaq as­mağa, vətənpərvərliyə və s. sövq edir.

Fikirimizi yekunlaşdıraraq belə deyə bilərik: Dərs orta ümum­təhsil məktəblərində təlimin əsas təşkilat forması olub, də­qiq müəyyən edilmiş vaxt müddətində bütün şagirdlər üçün məc­buri olan xüsusi ayrılmış yerdə, müəyyən cədvəl üzrə müəllimin rəhbərliyi altında hər bir şagirdin xüsusiyyəti nəzərə alınmaqla daimi tərkibə malik şagird qrupu ilə kollektiv surətdə aparılır və bu zaman şagirdlərin idrak fəliyyətini inkişaf etdirən müxtəlif didaktik vəzifələr yerinə yetirilir

Kimya dərslərinin təsnifatı.

Metodik ədəbiyyatlarda dərslərin təsnifatı müxtəlif va­hid­lərlə xarakterizə edilir. Bu vahidlərdən ən çox işlədiləni tip hesab olunur. Müasir mərhələdə dərslərin tiplərə bölünməsinin əsasını aşağıdakı xüsusiyyətlər təşkil edir:



1. Tədris prosesinin mərhələləri. Buna S.V.İvanov, İ.N.Bo­­risov, Ə.Ö.Əbdürrəhimov və başqalarının təsnif etdikləri- giriş dərsi, şagirdlərin maddələrlə ilk tanışlıq dərsi, anlayışların yaradılması dərsi, məşq edici dərslər və s. daxil edilir.

2. Dərslərin təşkili və keçirilməsinin üsulları. Prinsipal olaraq metodık ədəbiyyatlarda bu üsullar sırasına aşağıdakı qrup dərslər daxildir:

- tədris materialının müəllim tərəfindən şərhi-mühazirə, müsahibə, hekayə;

- çagirdlərin müstəqil işləri;

- seminar məşğələsi;

- kino dərsi;

- ekskursiya dərsi və s.

Kimya dərslərini tədris üsullarına əsaslanaraq tiplərə ayır­maq düzgün deyildir. Belə ki, həm tədris prosesində tətbiq olu­nan üsulun özü dərsin məzmununa və təlimin vəzifəsinə tabedir, həm də eyni bir üsul dərsdə müxtəlif didaktik vəzifələri yerinə yetirə bilər.

3. Təhsilin məqsədi. Kimya dərsləri başlıca olaraq aşağı­dakı tiplərə bölünür: yeni materialın öyrədilməsi, biliyin təkrar edilməsi, yoxlanılması, hesaba alınması və s.

Metodist alimlər dərsləri əsasən üç tipə bölürlər:

1) Yeni materialın öyrədilməsi və yeni bacarıqların əldə edilməsi dərsləri;

2) Şagirdlərin bilik və bacarıqlarını təkmilləşdirən dərs­lər;

3) Şagirdlərin bilik və bacarıqlarını yoxlayan dərslər.

Didaktik vəzifələrin həllinin ümumi üsullarına əsasən hər bir dərs tipi özü də ayrılıqda dörd növə bölünür:

a) izahlı-illüstrativ üsulun istifadə olunduğu dərs;

b) evristik üsulun tətbiq edildiyi dərs;

c) tədqiqat üsulu əsasında keçilən dərs;

d) biliklərin ümumiləşdirilməsi və sistemləşdirilməsi ilə keçilən dərs.

Orta ümumitəhsil məktəblərində təlim materialının məz­mu­nundan asılı olaraq dərsin beş müxtəlif tipi tətbiq edilir:

1.Yeni materialın öyrədilməsi dərsləri;

2. Nəzəri biliklərin və bacarıqlqrın təkmilləşdirilməsi və tətbiqi;

3. Biliklərin ümumiləşdirilməsi və sistemləşdirilməsi;

4. Bilik, bacarıq və vərdişlərin yoxlanılması;

5. Qarışıq (mürəkkəb) və ya kombinə edilmiş dərslər.

Tədrisin əsas vəzifəsi-yeni biliklərin verilməsi, biliklərin möhkəmləndirilməsi, təkrar edilməsi, ümumiləşdirilməsi, bacarıq və vərdişlərin formalaşdırılması, şagirdlərin ev tapşırıqlarının təşkili və s. ibarətdir. Bir neçə didaktik vəzifəni yerinə yetirən bu cür dərslərə qarışıq tipli və ya kombinə edilmiş dərslər deyilir. Kimya dərslərində ən çox istifadə olunan dərs tipi məhz kombinə edilmiş dərs tipidir. Qeyd etmək lazımdır ki, I-IV dərs tipləri də müəyyən dərəcədə qarışıqdır. Bu tiplərin əhatə dairəsi bunu göstərir.

Kombinə edilmiş dərs mürəkkəb olduğu kimi, onun gedi­şində tətbiq edilən üsul, priyom və yanaşmalar da müxtəlif olur. Bu isə öz növbəsində müəllimə sərbəstlik verir və müəllim şa­girdlərin bilik, bacarıq və vərdişlərinin formalaşdırmaq üçün müx­təlif üsullardan istifadə edir.

Təssüf ki, bu üsul son zamanlar tənqid hədəfinə çevrilib (bu haqda sonra məlumat veriləcək).
Orta ixtisas məktəblərində kimya tədrisinin xüsu­siyyətləri

“Ölkədə ali və orta ixtisas təhsilinin yenidən qurulma­sının əsas istiqamətləri” haqqında verilən qərarda orta ixtisas məktəblərində ümumtəhsil və ixtisas predmetlərinin tədrisi sə­viy­yəsinin daha da yüksəldilməsi, tələbələrə elmlərin əsaslarının şüurlu surətdə öyrədilməsi kimi mühüm vəzifələr irəli sürül­müş­dür. Respublikamızın bir çox şəhər və rayonlarında (Bakı, Sum­qayıt, Gəncə, Qazax, Lənkəran, Salyan, Şamaxı, Əli-Bayramlı, Şə­ki, Zaqatala və s.) uzun illərdən bəri fəaliyyət göstərən və orta təhsilə malik ixtisaslı kadrlar hazırlamasında mühüm rol oynayan məktəblər (texnikumlar) mövcuddur. Pedaqoji məktəb, tibb mək­tə­bi, musiqi məktəbi, əczaçılıq məktəbi, politexnik texnikumu, maliyyə-kredit, energetika, kənd təsərrüfatı, ticarət, neft, kitabxa­naçılıq, rabitə texnikumları və s, belə məktəblərə misaldır. Bu mək­təblərdə iqtisad predmetləri ilə yanaşı, gələcək mütəxəs­sis­lə­rin elmi görüş dairəsinin formalaşmasında böyük əhəmiyyəti olan ümumtəhsil fənləri də tədris olunur. Buna görə də ixtisasını yax­şı bilən texniklər, aqronomlar, tibb işçiləri, müəllimlər, tərbi­yəçilər, ticarətçilər və s. kadrların hazırlanması üçün tələbələrin ixtisas predmetlərini yaxşı öyrənmələri ilə bərabər ümumtəhsil fənlərinə də əsaslı şəkildə yiyələnməsi vacib şərtlərdəndir. Hə­min məktəblərdə tədris olunan ümumtəhsil fənlərindən biri öl­kə­mizin xalq təsərrüfatının inkişafında mühüm rolu olan kimya predmetidir.

Orta ixtisas məktəblərinin birinci kursuna əsasən VIII sin­fi qurtaranlar qəbul edildiyindən kimyanın tədrisinə ümumtəhsil IX sinfi üçün nəzərdə tutulmuş materiallardan başlanır. Orta ixtisas məktəbləri üçün hazırda qüvvədə olan kimya proqramına əsasən fənnin tədrisindən ötrü təxminən 60 saatdan 130 saata qədər vaxt nəzərdə tutulur. Kimya ilə əlaqəsi daha çox olan orta ixtisas məktəblərində (əczaçılıq məktəbində, neft texnikumunda və s.) isə fənnin tədrisinə ayrılan saatların miqdarı daha artıq olur. Göstərilən miqdar saatların təxminən 60 faizi qeyri-üzvi kimyanın, öyrənilməsi üçün sərf olunur. (Bu faiz göstəriciləri mütəmadi olaraq dəyişdirilir.)

Orta ixtisas məktəblərinin birinci kursunda qeyri-üzvi kimyaya aid nəzərdə tutulan mövzuların tədrisinə başlamazdan əvvəl tələbələrin kimyadan ümumtəhsil məktəblərinin səkkizinci sinfində öyrəndikləri materialı onların yadlarına salmaq və kursu daha səmərəli tədris etmək üçün təxminən 6-8 saat həcmində təkrar aparılır. Təkrar zamanı əsasən kimyanın əsas anlayışları və qanunları, oksidlər, əsaslar, turşular, duzlar, D.İ.Mendelyevin dövri qanunu və kimyəvi elementlərin dövri sistemi, nəhayət kimyəvi rabitənin növləri tələbələrdən soruşulur, aydın olmayan bu və ya digər məsələlər şərh edilərək, bir daha onlara xatır­la­dılır. Bundan sonra qeyri-üzvi kimya üzrə başlıca olaraq beş mövzunun (elektrolitik dissosiasiya nəzəriyyəsi, oksigen yarım­qrupu və kimyəvi reaksiyaların əsas qanuna uyğunluqları, azot ya­rımqrupu, karbon yarımqrupu, metallar) tədrisinə başlanılır. Orta ixtisas məktəblərinin spesifik xüsusiyyətindən asılı olaraq göstərilən mövzuların hər birinin tədrisi üçün uyğun miqdarda saat ayrılır. Digər tərəfdən hər mövzunun özünə məxsus tədris xüsusiyyətləri vardır. Orta ixtisas məktəblərinin təmayülündən asılı olaraq həmin xüsusiyyətlər tədris prosesində nəzərə alınmalı və ona uyğunlaşdırılmalıdır. Bununla belə kimya fənni keçilən bütün orta ixtisas məktəblərində qeyri-üzvi kimya kursunun mü­asir tələblər baxımından tədrisi üçün xarakterik olan ümumi xüsusiyyətlər də vardır. Aşağıda məsləhət gördüyümüz ümumi xüsusiyyətlərin mahiyyəti müxtəsər şəkildə də olsa şərh edil­miş­dir.



Orta ixtisas məktəblərində təhsil alan tələbələr qeyri-üzvi kimya kursu ilə əlaqədar didaktik materialı orta ümumtəhsil mək­təblərinin IX sinfi üçün nəzərdə tutulan dərslikdən öyrə­nir­lər. Kütləvi məktəblər üçün hazırda qüvvədə olan kimya proq­ra­mına əsasən IX-XI siniflərdə kimyanın tədrisi üçün 221 saat vaxt ayrılır. Göründüyü kimi, orta ümumtəhsil məktəblərinə nisbətən orta ixtisas məktəblərində kimyanın öyrənilməsindən ötrü ayrılan saatların miqdarı azalır. Buradan da orta ixtisas məktəblərində qeyri-üzvi kimya tədrisinin birinci xarakterik xüsusiyyəti möv­zuların ümumiləşdirilmiş şəkildə keçirilməsindən, başqa sözlə de­sək, dərslərin icmal xarakterində, aparılmasından ibarət olduğu aydınlaşır. Bu zaman bu və ya digər mövzunun materialının təs­viri xarakter daşıyan hissəsi üzərində dalanılmamalı, əsas mo­ment­lər şərh edilib yığcam şəkildə tələbələrin nəzərinə çatdı­rıl­ma­lıdır. Təsviri xarakterli materialı isə tələbələr müstəqil öyrənə bilərlər.

Qeyri-üzvi kimya tədrisinin ikinci xüsusiyyəti proqram materialının yeri gəldikcə respublikamızın ağır sənayesinin inki­şafı ilə əlaqədar qara və əlvan metallurgiya, kimya sənayesi, neft-kimya istehsalatı, tikinti materialları sənayesi, kənd təsərrü­fatının kimyalaşdırılması və s. məsələlərlə üzvi surətdə əlaqələn­dirilməsidir. Buna nail olmaq üçün müəllimlər özləri birinci növ­bə­də müvafiq materiallara aid ədəbiyyat əldə etməli, onu dönə-dönə oxuyub öyrənməli, sonra isə həmin materialları tələbələrə necə öyrətmək üzərində düşünməlidir. Həmin materiallar tələbə­lərə dərs zamanı nisbətən yığcam şəkildə izah olunmalıdır. Tələ­bələrin göstərilən məsələlərlə daha geniş tanış edilməsi üçün on­ların konkret problemlər və mövzular üzrə “Respublikamızın ya­nacaq-energetika kompleksi”,Ölkəmizdə kənd təsərrüfatının kim­yalaşdırılması vəziyyəti və perspektivləri”, “Kimya və süni qida problemi” referat yazmalarını məsləhət görürük. Göründüyü kimi, kimya kursu üzrə proqram mövzularının ölkəmizdə həlli va­cib sayılan problemlərlə əlaqələndirilməsi üçün geniş imkanlar vardır. Bu imkanlardan bacarıqla istifadə etdikdə, yəni mövzular göstərilən problemlərə aid materiallar ilə metodik cəhətdən düzgün əlaqələndirildikdə və tələbələrə konkret mövzular üzrə referatlar yazdırıldıqda həm dərsin ideya-nəzəri səviyyəsi xeyli yüksələr, həm də tələbələr ölkəmizdə gedən quruculuq işləri əla­qədar materialları mükəmməl öyrənər. Bu isə onlarda elmi dünya görüşünün formalaşmasına xeyli kömək edər.

Kimya tədrisinin üçüncü xarakterik xüsusiyyəti (inki­şafetdirici funksiya) müasir dövrdə surətlə artan elmi infor­masi­yalarla tələbələrin müxtəsər də olsa tanış edilməsidir. Bu zaman ölkəmizdə istehsal edilən mühüm sintetik qida növləri (süni kürü, ət və s.), müxtəlif mineral gübrələr, alaq otları və həşəratlarla mü­barizədə işlədilən yeni sintetik maddələr, bu sahədə respub­li­ka­mızın kimyaçı alimlərinin xidməti, şüşə, silikat və metallur­gi­ya sənayesindəki yeniliklər, yeni xəlitə növləri və onlardan isti­fa­də kimi məsələlər üzərində xüsusi olaraq dayanmalıdır. Bu həm tələbələrin elmi görüş dairəsini genişləndirmək, həm də vətən­pər­vərlik tərbiyəsini gücləndirmək baxımından əhəmiyyətlidir.

Kimya tədrisinin dördüncü xüsusiyyəti təlim prose­sin­də tələbələrə ümumbəşəri tərbiyənin aşılamasıdır. Kimya fənni­nin dəqiq elmi sübutları tələbələrdə didaktik materializm dünya­görüşünün formalaşması, möhkəm əqidə və inamın yaradılması, vətənə məhəbbət hissinin tərbiyə edilməsi üçün geniş imkanlar vardır. Vəzifə həmin imkanlardan məqsədyönlü şəkildə istifadə etməkdən ibarətdir. Çünki hazırkı dövrdə dərsin məqsədi düşü­nü­lərkən təhsil vəzifəsi ilə yanaşı tərbiyə vəzifəsi də qarşıya qo­yulmalı və yerinə yetirilməlidir.

Kimya tədrisinin beşinci xüsusiyyəti təlim prosesində tə­lə­bələrin idrak fəaliyyətinin aktivləşdirilməsinə nail olmaqdan ibarətdir. Əks halda müasir dərsin qarşısında qoyulan üçüncü vəzifəni-inkişafetdirici vəzifəni müvəffəqiyyətlə həyata keçirmək olmaz. Tələbələrin idrak fəaliyyətini gücləndirmək məqsədilə həm keçən dərsin sorğusunda, həm də yeni materialın öyrə­dil­məsi prosesində müsahibə üsulundan geniş istifadə edilməlidir. Müsahibə üçün suallar konkret və ardıcıl olmalı, didaktik mate­rialı tamamilə əhatə etməlidir. Tələbələrin idrak fəaliyyətini güc­ləndirmək üçün sualların fərdiləşdirilməsi (qüvvəli, orta qüvvəli və zəif tələbələrin bilik səviyyəsi nəzərə alınmaqla suallar tərtib olunmalı və uyğun səviyyəli şagirdlərdən həmin suallara cavab tələb edilməlidir), bəzi sualların alternativ şəkildə qoyulması, sa­də çalışma və istehsalat xarakterli məsələlərin həll etdirilməsi məq­sədəuyğundur.

Kimya tədrisinin altıncı xüsusiyyəti təlim prosesinin təc­rübə ilə müşayiət edilməsidir. Çalışmaq lazımdır ki, nəinki proqramda nəzərdə tutulan nümayiş təcrübələri, eləcə də labo­ra­toriya məşğələləri günün tələbləri səviyyəsində yerinə yetirilsin. Bunun üçün hər məktəbdə yaxşı təchiz edilmiş kimya kabineti olmalıdır. Təəssüf hissi ilə qeyd edilməlidir ki, orta ixtisas mək­təblərinin bəzilərində ayrıca kimya kabineti və laboratoriyası yox­dur. Lakin buradan heç də o nəticə çıxarılmamalıdır ki, kim­yanı təcrübəsiz keçmək mümkündür. Bizcə istisna təşkil edən hə­min məktəblərin müəllimləri tədris ilinin axırında yeni dərs ili üçün proqramın tələbinə əsasən reaktivləri, cihazları əldə edib ay­rıca şkaflarda yerləşdirsə, onların köməyi ilə müvafiq təcrü­bə­ləri özü nümayiş etdirər ki, bu da dərsin əyani qurulmasını təmin edər və təlim materialının əsaslı şəkildə mənimsənilməsinə səbəb olar.

Kimya tədrisinin yeddinci xüsusiyyəti fənlərarası və fən­daxili əlaqəni nəzərə almaqdan ibarətdir. Çünki kimyanın elə mövzuları vardır ki, o haqda fizika, biologiya, coğrafiya və sair fənlərin tədrisi zamanı bu və ya digər dərəcədə məlumat verilir. Kimya müəllimləri təkrara yol vermək üçün həmin məsələləri auditoriyada yenidən nəzərdən keçirməyib (buna həm də artıq vaxt gedər) tələbələri düşündürmək məqsədi ilə müstəqil öyrən­mə­lərini tapşıra bilər.

Göstərilən ümumi xüsusiyyətlərlə bərabər hər bir ixtisas məktəbində kimya tədrisinin spesifik xüsusiyyəti də vardır. Bu xüsusiyyət təlim prosesində hökmən nəzərə alınmalıdır. Məsələn, orta musiqi məktəblərində kimya tədrisi prosesində ümumbəşəri tərbiyənin tərkib hissələrindən biri olan estetik tərbiyəyə daha çox fikir verməlidir. Başqa sözlə desək, kimya tədrisinin estetika ilə əlaqəsi diqqət mərkəzində saxlanılmalıdır. Çünki musiqi təh­sili verən tədris müəssisələrinin spesifikası məhz bunu tələb edir. Kənd təsərrüfat texnikumunda ərzaq proqramının həyata keçiril­məsində, məhsuldarlığın artırılmasında və məhsulun keyfiy­yəti­nin yaxşılaşdırılmasında, politexnik texnikumunda texniki prob­lem­lərin həllində, tibb məktəbində ayrı-ayrı xəstəliklərin müali­cə­sində, əczaçılıq məktəbində müxtəlif dərman preparatlarının hazırlanmasında kimyanın rolu və əhəmiyyətinin aydınlaş­dırıl­ma­sına daha çox fikir verilməlidir.
Yüklə 19,55 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin