1. İqtisadiyyat elmi və onun yaranması tarixi İqtisadiyyat «oikonomik»


  Mikroiqtisadiyyatın metodu və predmeti



Yüklə 339,68 Kb.
Pdf görüntüsü
səhifə6/10
tarix09.05.2022
ölçüsü339,68 Kb.
#56941
1   2   3   4   5   6   7   8   9   10
1-11

6.  Mikroiqtisadiyyatın metodu və predmeti 

Mikroiqtisadiyyatın  predmeti  —  iqtisadi  agentlərin  öz  məqsədlərinə  nail 

olmaq  üçün  qəbul  etdikləri  qərarların  işlənib  hazırlanması  və  reallaşdırılması 

prosesidir.  

Qərarlar qəbul edilməsi həmişə müəyyən təsərrüfat şəraitində həyata keçirilir. 

Qərarlar  qəbul  edilməsi  prosesinin  parametrik  xarakteristikaları  bu  şərtlərlə 

təyinedilir:  iqtisadi  agentlərin  mövcud  alternativlər  haqqında  məlumatlı  olması, 

agentlərin  bu  alternativləri  qiymətləndirmək  və  müqayisə  etmək  qabiliyyəti. 

Qərarlarqəbul edilməsi üçün meyarlar da bu şərtlərlə təyin olunur. Bununla əlaqədar, 

mikroiqtisadi  təhlilin  əhatə  dairəsi  də  genişlənir,  qərarların  qəbul  olunması 

prosesinin  öyrənilməsindən  əlavə,  onların  qəbul  edildiyi  şərait  də  tədqiq  olunur. 

İqtisadi  agentlər  bazar  mühitində  fəaliyyət  göstərdiyi,  bazar  qiymətləri  həmin 

agentlərin  seçim  meyarı  qismində  çıxış  etdiyi  üçün  bazar  qiymətlərinin 

formalaşması  problemi  mikroiqtisadi  təhlilin  diqqət  mərkəzində  olur.  Buna  görə 

mikroiqtisadiyyatı çox vaxt qiymətlər nəzəriyyəsi adlandırırlar. 

Mikroiqtisadiyyatın  xüsusiyyəti  ondan  ibarətdir  ki,  mikroiqtisadi  təhlilin 

metodologiyası fərziyyə və ya ehtimal adlandırılan bir sıra prinsiplərə - real həyat 

faktlarından  çıxarılmış  və  apriori  qəbul  edilən  məntiqi  nəticələrə  əsaslanır.  İlkin 

nəzəri  postulatlar  kimi  qəbul  edilən  bu  fərziyyələr  iqtisadi  davranış  modellərində 

məntiqi  qurmalar  üçün  baza  kimi  xidmət  edir.  Hər  bir  fərziyyə  ikinci  dərəcəli 

mürəkkəb detallardan təmizlənmiş həqiqətin sadələşdirilmiş formasıdır. Fərziyyələr 

davranışın yalnız əsas xüsusiyyətlərini əks etdirir, yəni reallığa tam uyğun gəlmir. 

Lakin  bu  heç  də  o  demək  deyildir  ki,  fərziyyələr  abstrakt  xarakter  daşıyır. 

Sadələşdirmələr reallığı təhrif etməməli və nəticələrin dəyərini azaltmamalıdır. 

 

 

 



 

 



7.  Mikroiqtisadiyyat-iqtisadiyyat elmləri sistemində 

Mikroiqtisadıyyatda  mühüm  cəhətlərdən  biri  burada  funksional  təhlilin 

aparılması  ilə  əlaqədardır.  Bu  da  istehsal  prosesində  tətbiq  olunan  amillərin 

asılılığını və bir-birilə qarşılıqlıtəsirini əks etdirən dəyişikliklərin üzə çıxarılması ilə 

əlaqədardır. Тəkcə qarşılıqlı əlaqəli funksional asılılıqlar nəticəsində dəyişikliklərin 

nəticəsi  üzə  çıxmaqla  iqtisadi  fəaliyyətdəki səbəb-nəticə əlaqələrinin  mahiyyətini, 

qazanc  və  məsrəflərin  asılılıq  səviyyəsini,  eləcə  də  müəyyən  kəmiyyətin  əldə 

olunmasında qazanc və məsrəflərin son hədd dəyişikliklərinin səviyyəsini müəyyən 

etmək olar. 

Mikroiqtisadi  təhlilin  mühüm  cəhətlərindən  biri  də  iqtisadi  fəaliyyətin 

tədqiqində ona tarazlı yanaşmaqdan ibarətdir. İqtisadi fəaliyyəti daima dəyişilən bir 

proses kimi  öyrənən mikroiqtisadiyyat  buradakı  mövcud olan  ümumi  və  ayrı-ayrı 

hissələrin öyrənilməsı ilə nisbətən sabit vəziyyətin üzə çıxarılması ilə əlaqədardır. 

Вelə  bir  şəraitdə  ayrı-ayrı  dəyisilən  xarici  və  daxili  şərtləri  müəyyənləşdirməklə 

iqtisadi fəaliyyətin tarazlığını və ya qeyri-tarazlığını müəyyən etmək mümkündür. 

Iqtisadi təhildə xüsusən qazanc və məsrəflərin bu və ya digər məhsul istehsalındakı 

tarazlığının təmin olunması və onun davamlı xarakter alması mikroiqtisadiyyat üçün 

xüsusi əhəmiyyətə malikdir. 

Sözsüz ki, mikroiqtisadi səviyyədə tarazlığın səviyyəsinə xarici şərait tez təsir 

göstərə bilər, onda bu bilavasitə makrosəviyyədə fəaliyyət göstərən iqtisadi sistemin 

mahiyyətindən asılılığını əks etdirəcəkdir. Çünki, iqtisadi sistemin bir vəziyyətdən 

digər  sistemə  kecməsi  bilavsitə  tarazlığın  davamlılığının  təmin  olunması  ilə 

əlaqədardır.  

Bir  cəhəti  xüsusi  qeyd  etmək  lazımdır ki, mikrosəviyyədə  baş verən  ardıcıl 

xarakter  alan  tarazlığın  qeyri-davamlı  xarakter  alması  nəticə  etibarilə  iqtisadi 

sistemin dəyişilməsinə səbəb olur və daha davamlı tarazlı sistemə keçməsinə şərait 

yaradır.  

Mikrosəviyyəli  bu  proses  nəticə  etibarilə  iqtisadi  sistemin  bütövlükdə 

makromüvazinətinin də yaradılmasına və qorunmasına gətirib çıxarmış olur.   



Mikroiqtisadiyyatın  son  hədd,  funksional  və  tarazlı  istiqamətdə  təhlilinin 

nəticəsi  özünü  bilavasitə  yeni  iqtisadi  modelin  əldə  olunmasına  yönəltmiş  olur. 

İqtisatlı modelin müəyyənləşdirilməsində həm ekzeqen  (xarici), həm də endogen 

(daxili) amillərinin üzə çıxarılmasına səbəb olur.  

Əlbəttə, bər hansı bir iqtisadi modelin müyyənləşdirilməsiiqtisadi fəaliyyətin 

müəyyən səviyyəsini dəyişdirməyə imkan verməklə başlıca iqtisadi problemin həll 

olunması  istiqamətinin  müəyənləşməsinə  imkan  verəcəkdir.  Lakin  əsas  məsələ 

iqtisadi  subyektlər  üçün  təkcə  iqtisadi  modelin  müəyyənləşməsi  deyil,  qazanc  və 

məsrəflərin  optimallıq  səviyyəsinə  və  maksimum  gəlir  əldə  etmək  imkam  verən 

iqtisadi mühitin yaradılmasından ibarətdir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 




Yüklə 339,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin