1. İqtisadiyyat elmi və onun yaranması tarixi İqtisadiyyat «oikonomik»



Yüklə 339,68 Kb.
Pdf görüntüsü
səhifə5/10
tarix09.05.2022
ölçüsü339,68 Kb.
#56941
1   2   3   4   5   6   7   8   9   10
1-11

5.  İqtisadi qanunlar 

İqtisadi qanun iqtisadi hadisələrin, proseslərin, mahiyyətidir. İqtisadi qanun 

iqtisadi hadisə və proseslərə daxilən xas olan mühüm, zəruri, təkrarlanan səbəb və 

əlaqələrini özündə əks etdirir. İqtisadi qanunlar da təbiət qanunları kimi obyektiv 

xarakter  daşıyır.  Belə  ki,  onların  fəaliyyəti  insanların  onları  istəyib- 

istəməmələrindən  asılı  deyildir.  İnsanlar  iqtisadi  qanunları  dəyişə,  ləğv  edə 

bilməzlər. İnsanlar öz fəaliyyətlərini iqtisadi qanunların tələblərinə müvafiq qursalar 

daha böyük nailiyyətlər əldə edə bilərlər. 

İqtisadiyyatda üç qrup iqtisadi qanunlar fəaliyyət göstərir.  

Ümumi  iqtisadi  qanunlar  –  bunlar  bəşəriyyətin  inkişafının  bütün 

mərhələlərində  fəaliyyət  göstərirlər.  Onlar  ictimai  istehsalın  inkişaf  prosesini  əks 

etdirir.  Bunlara  tələbatın  artması,  əmək  məhsuldarlığın  yüksəlməsi,  ictimai  əmək 

bölgüsü qanunları aiddir.  

Bu qanunlar aşağıdakı xüsusiyyətlərə malikdir. Onlar:  

1) Ən ümumi iqtisadi əlaqələri və münasibətləri səciyyələndirir;  

2) Həmişə iqtisadi tərəqqi qanunları kimi çıxış edir.  Spesifik iqtisadi qanunlar 

isə bu xüsusiyyətlərə malik deyildirlər. Məsələn, feodalizmin formalaşdığı və inkişaf 

etdiyi  dövrdə  feodal  rentası  qanunu  cəmiyyətin  inkişafına  təkan  vermiş,  ictimai 

tərəqqi  qanunu  olmuşdur.  Lakin  kapitalizm  cəmiyyəti  meydana  gəlib 

formalaşdıqdan sonra həmin qanun ictimai tərəqqini ləngitmişdir;  

3) Cəmiyyətin inkişafı ilə əlaqədar olaraq ümumi iqtisadi qanunlar nəinki tarix 

səhnəsindən  çıxır,  əksinə  yenə  də  qalmaqda  davam  edir,  rolları  daha  da  artır. 

Bir qrup iqtisadi qanunlar da vardır ki, onları nə spesifik, nə də ümumi qanunlara 

aid etmək olmaz. Bunlara dəyər qanunu, pul tədavülü qanunu və s. misal göstərmək 

olar. Onlar cəmiyyətin inkişafının, tərəqqinin doğurduğu iqtisadi münasibətləri ifadə 

edirlər


 

Əmtəə istehsalının qanunları - bunlar məhsul və xidmətlərin əmtəə xarakteri 

daşıdığı  cəmiyyətlərdə  fəaliyyət  göstərirlər.  Dəyər  qanunu,  pul  tədavülü  qanunu, 

yığım qanunu bu qəbildəndirlər.  




Spesifik  xüsüsi  qanunlar  –  bunlar  tarixən  müəyyən  təsərrüfatçılıq 

formalarının  inkişaf  qanunlarıdır.  Bunlara  dövrün  əsas  iqtisadi  qanunu,  dövrün 

bölgü qanunu aiddir. 

Cəmiyyətin inkişafı, əmək bölgüsünün dərinləşməsi, mülkiy-

yət  formalarının  və  təsərrüfatçılıq  metodlarının  təkmilləşdirilməsi  ilə  əlaqədar 

olaraq iqtisadi mənafelərin strukturu və həyata keçirilməsi mexanizmi də mürəkkəb-

ləşir. Məsələn, ibtidai cəmiyyətdə əməyə sövqedici səbəb acından ölmək təhlükəsi, 

adət  və  ənənələr, nüfuz, quldarlıq  və feodalizmdə  isə başlıca olaraq qeyri-iqtisadi 

məcburiyyət olmuşdur.

 

Kapitalizm, iqtisadi məcburiyyətin, adamların məna-felərinə 



iqtisadi  təsiretmənin  xüsusi,  olduqca  çevik  və  səmərəli  sistemini  yaratmışdır. 

Məsələn,  rəqabət  mübarizəsində  məğlub  olmaq  və  müflisləşmək  təhlükəsi 

sahibkarları  istehsalı  təkmilləşdirməyə,  onu  ən  yeni  və  yüksək  məhsuldarlıqlı 

avadanlıqlarla təchiz etməyə məcbur edir.

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 



Yüklə 339,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin