1. İqtisadiyyat elmi və onun yaranması tarixi İqtisadiyyat «oikonomik»



Yüklə 339,68 Kb.
Pdf görüntüsü
səhifə10/10
tarix09.05.2022
ölçüsü339,68 Kb.
#56941
1   2   3   4   5   6   7   8   9   10
1-11

11. İqtisadi sistemin formaları 

İqtisadi sistemin tarixi inkişaf prosesinə uyğun olaraq, ayrı-ayrı mərhələlərdə 

malik  olduğu  sərvət  və  maddi  ne'mətlərin  istehsalı,  bölgüsü  və  mübadiləsi 

sahəsindəki iqtisadi münasibətlər, eyni zamanda onların təşkili müxtəlif formalarda 

həyata keçirilmişdir. Bu baxımdan iqtisadi sistemin bazar, inzibati-amirlik, ənənəvi 

və qarışıq formalarını qeyd edə bilərik. İqtisadi sistemin bu və ya digər formasına 

uyğun olaraq ayrı-ayrı ölkələrdə onların müxtəlif modelləri həyata keçirilmişdir. 

XVII əsrdən müxtəlif formalarına, insanların azad iqtisadi təşəbbüsünə, azad 

rəqabətə əsaslanan iqtisadi sistem fəaliyyətə başlamış və özünü doğrultmuşdur.  

Bazar münasibətləri ilə səciyyələnən bu sistemin iki tipi vardır. Onlardan biri 

əvvəlki azad rəqabətlə müşayiət olunan bazar iqtisadiyyatı, digəri isə müasir bazar 

iqtisadiyyatıdır. 

Birinci tip sistem şərti olaraq XVIII əsrdən XX əsrin əvvəlinə qədər fəaliyyət 

göstərib (bunun bir çox ünsürləri müasir bazar sisteminə də daxildir). Burada fərqli 

cəhət  ondan  ibarətdir  ki,  investisiya  ehtiyyatları  xüsusi  mülkiyyətçilərin 

sərəncamında olmuş, azad rəqabət əsasında mikroiqtisadi fəaliyyət bazar mexanizmi 

vasitəsilə  tənzimlənmişdir.  Cəmiyyətin  inkişafının  bu  mərhələsinin  başlıca  şərti 

iqtisadi fəaliyyətdə bütün iştirakçıların sərbəst olmasıdır. Nəinki sahibkarlar, hətta 

muzdlu işçilər də sərbəst olmuşlar. 

İnzibati-amirlik sistemi keçmiş SSRİ-də, Şərqi Avropa ölkələrində olmuşdur. 

İqtisadi sistemlərin bir forması da qarışıq iqtisadi sistemdir. Bu sistem ilk növbədə 

bazar və inzibati-amirlik sistemlərinin qarışığı kimi çıxış edir.  

Dünyanın bir çox ölkələri qarışıq iqtisadiyyat sisteminə malikdir. Onların bir 

qismi  sərbəst  bazar  iqtisadiyyatına,  digər  qismi  isə  inzibati-amirlik  sisteminə  çox 

yaxındır.  Qarışıq  iqtisadi  sistemdə  sahibkar  iqtisadiyyatına  üstünlük  və  tə'minat 

verilməsi ölkə iqtisadiyyatını daha çox demokratikləşdirir və gəlirlərin bölgüsündə 

nisbətən ədalətin tə'min olunmasına imkan yaradır. 

Azərbaycanın  milli  iqtisadiyyatında  indiki  keçid  dövrü  bir  çox  ölkələrdə 

olduğu  kimi,  qarışıq    sistem    mövcuddur.  İnzibati-amirlik  sistemində  ədalətdən 

danışılsa da, praktikada sərt inzibatçılıq ədalətsizliyə gətirib çıxarır və cəmiyyətdə 




baş  verəcək  ziddiyyətlərin  daha  da  dərinləşməsinə  səbəb  olur.  Eyni  zamanda 

iqtisadiyyatın  idarə  olunmasındakı  inzibatçılıq  təkrar  istehsal  fazaları  arasındakı 

əlaqəni, mülkiyyət hüququnu tamamilə pozur. 

Sabiq  İttifaqda  bütövlükdə  iqtisadiyyata  aid  edilən  problemlər,  istər 

resursların bölgüsü və istifadəsi sahəsində, istərsə də başqa sahələrdəki məsələlər 

mərkəzləşdirilmiş plan orqanları tərəfindən müəyyənləşdirilirdi. 

İqtisadi  sistemlərin  bir  forması  da  qarışıq  iqtisadi  sistemdir.  Bu  sistem  ilk 

növbədə bazar və inzibati-amirlik sistemlərinin qarışığı kimi çıxış edir.  

Dünyanın bir çox ölkələri qarışıq iqtisadiyyat sisteminə malikdir. Onların bir 

qismi  sərbəst  bazar  iqtisadiyyatına,  digər  qismi  isə  inzibati-amirlik  sisteminə  çox 

yaxındır.  Qarışıq  iqtisadi  sistemdə  sahibkar  iqtisadiyyatına  üstünlük  və  tə'minat 

verilməsi ölkə iqtisadiyyatını daha çox demokratikləşdirir və gəlirlərin bölgüsündə 

nisbətən ədalətin tə'min olunmasına imkan yaradır. 

Azərbaycanın  milli  iqtisadiyyatında  indiki  keçid  dövrü  bir  çox  ölkələrdə 

olduğu kimi, qarışıq sistem mövcuddur. 

 

 



 

 

Yüklə 339,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin