1. İqtisadiyyat elmi və onun yaranması tarixi İqtisadiyyat «oikonomik»



Yüklə 339,68 Kb.
Pdf görüntüsü
səhifə8/10
tarix09.05.2022
ölçüsü339,68 Kb.
#56941
1   2   3   4   5   6   7   8   9   10
1-11

 

 

 

 

 

 

 

 

 


9.  Azərbaycanda iqtisadi fikir tarixi 

Tarixin ilkin dövrlərindən başlayaraq Azərbaycanda, Şərqdə iri şəhərlər, elm 

və  mədəniyyət  mərkəzləri  yaranmış  və  özünün  yüksək  inkişaf  mərhələsini 

keçirmişdir.  Çindən  Avropaya  uzanan  qədim  ipək  yolu  Azərbaycanın  və  bir  çox 

Şərq  ölkələrinin  iqtisadi,  mədəni  inkişafında  mühüm  yer  tutmuşdur.  İndi  bərpa 

olunmağa  başlanılan  bu  qədim  karvan  yolu  xalqlar  arasında  iqtisadi,  mədəni  və 

mənəvi  yaxınlığa  və  tərəqqiyə  də  səbəb  olmuşdur.  IX-XIV  əsrlərdə  Şərqdə  və 

Azərbaycanda  elm,  sənət  və  mədəniyyət  yüksək  inkişaf  dövrü  keçirmişdir.  Bu 

dövrdə  Şərqin  dünya  şöhrətli  dahi  mütəfəkkirləri  yetişmişdir.  Bunlardan  Fərabi 

(870-950), İbn Sina (980-1037), Biruni (973-1048), Bəhmənyar (993-1066), Nizami 

(1141-1209),  Tusi  (1201-1274),  İbn  Xəldun  (1332-1406)  kimi  mütəfəkkirlər 

çoxcəhətli elmi və ədəbi yaradıcılıqları ilə dünya mədəniyyətini zənginləşdirmişlər. 

Çox erkən dövrlərdə heyvandarlıqla, əkinçiliklə məşğul olan türk tayfaları dəmir-

metal  əşyalardan  sənət  məmulatları  istehsal  etməyə  başlamışlar.  Azərbaycanda 

dəmir  filizi,  mis  istehsalı  və  onlardan  istifadə  olunması  qədim  tarixə  malikdir. 

Məşhur  türkoloq  alim  Lev  Qumilyev  «Qədim  türklər»  əsərində  yazır:  «Türklər 

dəmirin  sənaye  üsulu  ilə  istehsalını  mənimsəyən  ilk  xalq  kimi  tarix  səhnəsinə 

çıxmışlar». 

Azərbaycanda ilkin iqtisadi fikir və təsəvvürlər türk dünyasının böyük abidəsi 

olan  «Kitabi-Dədə  Qorqud»  dastanlarında  da  əks  olunmuşdur.  Bu  dastanda  əks 

etdirilən  həyat  səhnələri,  qəhrəmanlıq  hadisələri  ilə  yanaşı,  oğuz  qəbilələrinin 

yaşadığı  iqtisadi  və  sosial  həyat  şəraiti  haqqında  da  məlumatlar  verilir.  Dastanın 

boylarından  aydın  olur  ki,  qədim  oğuzlar  maldarlıqla,  əkinçiliklə  məşğul  olmaqla 

yanaşı, sənətkarlığın müxtəlif növləri ilə də məşğul olmuşlar. Bu sənətlərdən dəmir 

və poladdan düzəldilmiş alətlər, döyüşdə istifadə edilən qılınc, nizə, xəncər, ox və 

yay,  zirehli  paltar  və  sairələri  daha  çox  yayılmışdır.  Bununla  yanaşı,  xalçaçılıq, 

keçəçilik, toxuculuq, zərgərlik və şərabçılıq kimi sənət növləri də xüsusi yer tuturdu. 

Bütün  bu  sənət  və  peşə  növlərinin  inkişafı  qədim  türk-oğuz  tayfalarında  əmtəə 

mübadiləsinə və ticarətə də şərait yaratmışdır. 



İslam mədəniyyəti xalqların həyat tərzinə, əxlaqi davranış və düşüncələrinə 

daxil  olmaqla  yanaşı  iqtisadi-sosial  həyat  məsələlərinin  də  tənzim  edilməsində 

özünü  göstərir.  İslamın  müqəddəs  kitabı  «Qurani-Kərim»  də  və  Məhəmməd 

Peyğəmbərin kəlam və nəsihətlərindən ibarət olan «Hədislər» də mülkiyyət, sərvət, 

əmək,  bölgü,  mübadilə,  ticarət,  pul,  sələm  və  vergilər  kimi  iqtisadi  məsələlərə 

münasibət bildirilir. Quran»ın bir çox surələrində ticarətdə, alqı-satqıda bərabərlik 

prinsipinə əməl olunması göstərilir. Çəkidə, ölçüdə, malın keyfiyyətində aldatmaq 

şəriət qanununa zidd bir əməl kimi pislənilir. 

İbn Xəldunun böyük elmi xidmətlərindən biri cəmiyyətin keçdiyi təbii-tarixi 

inkişaf  mərhələləri  və  onun  hərəkətverici  qanunları  haqqındakı  fikirləridir.  O 

göstərir  ki,  cəmiyyət  öz  inkişafında  köçərilik,  oturaq  həyat  və  mədəniyyət 

mərhələlərindən  keçməlidir.  Müəllif  bu  inkişaf  mərhələlərinin  birindən  digərinə 

keçməsi  prosesini  əmək  bölgüsü  və  məhsuldar  qüvvələrin  inkişafında  baş  verən 

dəyişiklik və tərəqqilə izah edir. İbn Xəlduna görə dövlətin və məmurların bilavasitə 

iqtisadi fəaliyyətlə, ticarətlə məşğul olması o ölkənin təbəələri üçün zərərli haldır. 

Azərbaycanın  və  Şərqin  ictimai  fikrinin  mühüm  hissəsi  olan  iqtisadi  fikir sonrakı 

dövrlərdə  də  məşhur  mütəfəkkirlərin  əsərlərində  bu  və  digər  dərəcədə  öz  əksini 

tapmışdır.  Xüsusilə  Azərbaycanda  iqtisadi  fikir  və  təlimlər  XIX  əsrin  ikinci 

yarısında  M.F.Axundovun,  H.B.Zərdabinin,  N.B.Vəzirovun,  Z.Marağayinin  və 

başqa  mütəfəkkir  və  yazıçıların  əsərlərində  inkişaf  etdirilmişdir.  XX  əsrin 

əvvəllərində  baş  verən  ictimai-siyasi  hadisələr  Azərbaycanda  xeyli  qəzet  və 

jurnalların  yaranmasına,  müxtəlif  fikir  cərəyanlarının  meydana  çıxmasına  təkan 

vermişdir.  Bu  dövrün  mətbuatında,  böyük  mütəfəkkir,  şair,  yazıçı  və  siyasi 

xadimlərin  əsərlərində  Azərbaycanın  mövcud  iqtisadi  və  mənəvi  mühiti  ifadə 

edilmişdir. 

 

 



 


Yüklə 339,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin