1. İqtisadiyyat elmi və onun yaranması tarixi İqtisadiyyat «oikonomik»



Yüklə 339,68 Kb.
Pdf görüntüsü
səhifə9/10
tarix09.05.2022
ölçüsü339,68 Kb.
#56941
1   2   3   4   5   6   7   8   9   10
1-11

 

 


10. İqtisadi sistem və onun formalaşması prinsipləri 

İnsan cəmiyyətinin bütün inkişaf mərhələlərində iqtisadi fəaliyyət üçün eyni 

şərait  olmamışdır.  Lakin  bir  sıra  iqtisadi      məsələlər  ümumi  olmuşdur.  Bura 

iqtisadiyyatın təşkili, kimin üçün nə istehsal etməli, nə qədər istehsal etməli kimi 

məsələlər daxildir. Necə   istehsal etmək sualına görə isə dövrlər bir-birindən əsaslı 

surətdə  fərqləmişdir.  Ayrı-ayrı  dövrlərdə  mövcud  olan  cəmiyyətlərdə  müxtəlif 

iqtisadi sistemlər mövcud olmuşdur. 

Cəmiyyətdə  hakim  münasibətlər  və  təşkilat  formaları  əsasında  təşəkkül 

tapmış  iqtisadi  proseslərin  məcmusuna  iqtisadi  sistem  deyilir.  İqtisadi  hadisələri, 

prinsipləri təhlil etməklə bütöv iqtisadi sistem haqqında təsəvvür əldə etmək olar. 

Hər  hansı  bir  ölkənin  iqtisadi  sistemi  canlı  bir  orqanizm  kimi  aşağıdakıları 

özündə  birləşdirir:  təbii  və  əmək  resursları  (ehtiyyatları),  mövcud  mülkiyyət 

formaları, müxtəlif kapital ünsürləri, sahibrarlıq və zəruri idarəetmə sistemi və s. 

Heç  bir  cəmiyyət  və  onun  iqtisadi  sistemi  hər  hansı  bir  sərvət  üzərində 

mülkiyyət forması, iqtisadi münasibətlər olmadan mümkün deyildir. 

İstehsalın  müasir  texnika  ilə  silahlanması,  müasir  texnoloji  proses  iqtisadi 

sistemin  fəaliyyətində  mühüm  yer  tutur.  İqtisadi  sistemdə  sahibkarlıq  fəaliyyəti, 

idarəetmə sistemi də özünəməxsus rola malikdir. 

Bəşər tarixində indiyə kimi ən'ənəvi, bazar, inzibati-amirlik və qarışıq iqtisadi 

sistemlər  fəaliyyət  göstərmişdir.  Bu  və  digər  sistem  daxilində  müxtəlif  ölkə  və 

regionlarda iqtisadi inkişafın çoxlu modelləri də mövcud olub. İstehsal qüvvələri, 

mülkiyyət  formaları inkişaf  edib  dəyişdikcə  iqtisadi sistemlər  də tədricən dəyişib 

bir-birini əvəz etmişdir.   

İnsan cəmiyyətinin təkamülü ilə ta qədim zamanlardan bu günkü müasir dövrə 

qədər  iqtisadi  sistemlər  də  çox  tədriclə  dəyişmiş  və  təkamül  yolu  ilə  biri  digərini 

əvəz etmişdir. Bu proses istehsal (məhsuldar) qüvvələrinin tarixi   dövrlər səpgisində 

irəliləməsi ilə baş vermişdir. 

 

 



 



Yüklə 339,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin