1. İqtisadiyyat elmi və onun yaranması tarixi İqtisadiyyat «oikonomik»



Yüklə 339,68 Kb.
Pdf görüntüsü
səhifə4/10
tarix09.05.2022
ölçüsü339,68 Kb.
#56941
1   2   3   4   5   6   7   8   9   10
1-11

 

 

 


4.  İqtisadi kateqoriyalar və onların mahiyyəti 

İqtisadi hadisələrin tədqiqi nəticəsində onların mahiyyətinin açılmasına səbəb 

olur. Bu da real iqtisadi gerçəkliyi az-çox dərəcədə dolğun əks etdirən anlayışların 

formalaşmasına səbəb olur. İqtisadi həyatın ümumi və mühüm tərəflərini əks etdirən 

məntiqi anlayışlar iqtisadi kateqoriyalar adlanır. İqtisadi kateqoriya, iqtisadi hadisə 

və proseslərin elmi adıdır. Məsələn, biz gündəlik fəaliyyətimizdə paltar geyir, yemək 

yeyir  və  sair.  Bütün  bunlar  iqtisad  elmində  istehlak  adlanır.  İnsanlar  gündəlik 

fəaliyyətində çoxlu miqdarda iqtisadi kateqoriya ilə qarşılaşar. Bunlara pul, qiymət, 

kredit,  tələb,  təklif,  bazar,  mənfəət,  istehsal,  əmtəə  və  s.  göstərmək  olar.  İqtisadi 

hadisələrinin tədqiqi bəzi hallarda bu və ya digər iqtisadi qanunun kəsb edilməsinə 

səbəb olur.  

Təbiətdə və ictimai həyatın digər sahələrində olduğu kimi iqtisadiyyatında da 

ilk  nəzərdən  görünən  hərcmərclik  və  təsadüflər  silsiləsi  arxasından  inkişafın 

zəruriliyi, qanunauyğunluğu özünə yol açır. Hər bir cəmiyyətdə iqtisadi prosesləri 

onlara xas olan daxili qanunlar, iqtisadi qanunlar idarə edir.  

Iqtisadi kateqoriyalar-iqtisadi  hadisə və proseslərin ümumi  cəhətlərini  ifadə 

edən və obyektiv xarakter daşıyan ümumi anlayışlardır. Bunlara mülkiyyət, istehsal, 

bölgü, mübadilə, istehlak, əmtəə, dəyər, maliyyə, kredit, əmək bölgüsü və s. misal 

göstərmək  olar.  Beləliklə,  iqtisadi  qanunlarla  iqtisadi  kateqoriyalar  arasında 

qarşılıqlı  əlaqə  vardır.  Iqtisadi  kateqoriyalar  –  obyektiv  iqtisadi  qanunların 

məzmununu təşkil edən sabit səbəb – nəticə əlaqələrini aş-kara çıxarmağa, hadisə və 

proseslərin zahiri görünüşü arxa-sında onların əsl məzmununu müəyyən etməyə im-

kan verir.

 

 



 

 

 



 

 

 





Yüklə 339,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin