1. İqtisadiyyat elmi və onun yaranması tarixi İqtisadiyyat «oikonomik»



Yüklə 339,68 Kb.
Pdf görüntüsü
səhifə2/10
tarix09.05.2022
ölçüsü339,68 Kb.
#56941
1   2   3   4   5   6   7   8   9   10
1-11

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


2.  İdarəetmə baxımından iqtisadiyyatın bölgüsü formaları 

İqtisadiyyatı 

öyrənmə, 

dərketmə 

baxımından 

yanaşdıqda 

o, 

makroiqtisadiyyat, 



mikroiqtisadiyyat, 

mezoiqtisadiyyat, 

meqoiqtisadiyyat 

sahələrinə  bölünür.  İdarəetmə  baxımından  da  iqtisadiyyatın  bu  hissələrə  bölgüsü 

əsaslıdır.  

Makroiqtisadiyyat – iqtisadi nəzəriyyənin iqtisadiyyatın bütövlükdə fəaliyyət 

mexanizmini öyrənən hissəsidir. O bir çox mühüm problemləri – məşğulluq, milli 

gəlirin  səviyyəsi,  inflyasiya,  valyuta  kursu,  tədiyyə  balansı  –  qarşılıqlı  əlaqədə 

nəzərdən keçirir. Bir müstəqil fənn kimi makroiqtisadiyyatın meydana gəlməsi Con 

Meynard  Keynsin  adı  ilə  bağlıdır.  Makroiqtisadiyyatın  iqtisadi  nəzəriyyənin 

müstəqil  hissəsi  kimi  formalaşmasına  XX  əsrin  20-30-cu  illərindəki  iqtisadi 

dəyişikliklərin,  o  cümlədən  Böyük  depressiyanın  güclü  təsiri  olmuşdur.  İstehsala 

azalma,  işsizlik,  bazarın  iqtisadiyyatdakı  ümumi  tarazlığı  bərpa  etmək  iqtidarında 

olmaması – bütün bunlar makroiqtisadi nəzəriyyələrin formalaşması üçün başlanğıc 

oldu. 

Makroiqtisadiyyat 



iqtisadiyyatda 

yaranan 


problemlərin 

həllindən 

“toxunmuşdur”.  C.M.Keynsin  “Məşğulluq,  faiz  və  pulun  ümumi  nəzəriyyəsi” 

kitabında onlardan XX  əsrin 40-70-ci illərində tədqiqatların əsasını təşkil edənlər 

müəyyənləşdirilmişdir. Makroiqtisadi problemlərin öyrənilmə mexanizmi aşağıdakı 

problemlərin nəzəri həllindən ibarətdir: 

  Məşğulluq səviyyəsini müəyyənləşdirən amillərin aşkar edilməsi. 



 

İşsizliklə mübarizə metodlarının müəyyənləşdirilməsi. 



  Pulun rolunun və pula tələbi müəyyənləşdirən amillərin öyrənilməsi. 

  Nemətlər  və  pul  bazarları  arasında  qarşılıqlı  əlaqəni  təmin  edən  əsas 



vasitəçi kimi faiz dərəcəsinin rolunun təhlil edilməsi. 

Müasir iqtisadi nəzəriyyə iqtisadi dinamika, inflyasiya, dövlət borcu, dövlətin, 

digər  institutların  iqtisadi  siyasəti,  beynəlxalq  iqtisadiyyatın  problemlərini  tədqiq 

etməklə bu siyahını genişləndirdi. 

Makroiqtisadiyyat  mikroiqtisadiyyatla  kifayət  qədər  sıx  bağlıdır.  Elmin 

müstəqil  bölməsi  kimi  makroiqtisadiyyat  mikroiqtisadiyyatdan  azı  yarım  əsr  gec 




formalaşmışdır,  lakin  iqtisadi  nəzəriyyənin  bu  iki  bölməsi  arasında  müəyyən 

qarşılıqlı əlaqə var. 

İqtisadiyyat  kursunun  2-ci  ən  mürəkkəb  bölməsi  “Mikroiqtisadiyyat”dır. 

İqtisadiyyatın bu bölməsində cəmiyyət üçün lazım olan maddi həyat nemətləri və 

xidmətlər  istehsal  edilir.  Hər  bir  ölkənin  müasir  təsərrüfatı  özünün  ictimailəşmə 

səviyyəsinə görə müxtəlif olur. Mikroiqtisadiyyat iqtisadiyyatın ən aşağı pilləsidir, 

ilkin qatıdır. 

Mikroiqtisadiyyat  (yunanca  “mikros”  –  “kiçik”  deməkdir)  –  vahid  xalq 

təsərrüfatının  bir  hissəsidir.  Bütün  istehsal  amillərinə  sahib  olan  xüsusi 

mülkiyyətçilər və maddi nemətlərin və xidmətlərin istehsalçıları mikroiqtisadiyyat 

bölməsinə  daxildirlər.  İqtisadiyyatla  məşğul  olan  təsərrüfatçı  subyektlərin 

əksəriyyəti  bu  sahədə  fəaliyyət  göstərirlər.  Onlar  bu  və  digər  formada  maddi 

nemətlərin və xidmətlərin ilkin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı prosesində 

iştirak edirlər. Milli sərvət, milli məhsul mikroiqtisadiyyatda yaranır. 

Mikroiqtisadiyyat  kapitalizmin  azad  rəqabətə, azad  sahibkarlığa  əsaslandığı 

dövründə,  yəni  klassik  kapitalizm  şəraitində  sürətlə  inkişaf  edib  formalaşmışdır. 

Xüsusi  kapitalist  müəssisələri,  bazarın  müxtəlif  növləri,  istehsal  və  bazar 

infrastrukturları  mikroiqtisadi  səviyyədə  yaranıb  fəaliyyət  göstərir.  Son  iki  əsr 

ərzində mikroiqtisadiyyatda böyük dəyişikliklər baş vermişdir. Bu dəyişikliklərdən 

birincisi,  istehsalın  maddi  amilinin  mülkiyyətçisi  olan  sahibkarların  tərkibində; 

ikincisi,  təsərrüfatın  formasında;  üçüncüsü  də  milli  istehsalın  tərkibində  baş 

vermişdir.  Başlıca  dəyişiklik  onun  quruluşunda  olmuşdur.  Bu  dəyişiklikləri  ilk 

növbədə bazar iqtisadiyyatının inkişaf etdiyi ölkələrin timsalında aydın görmək olar. 

Mezoiqtisadiyyat – makroiqtisadiyyatın yarımsistemidir; bir-biri ilə üzvi bağlı 

sahələr  kompleksidir.  Məs.,  aqrar-sənaye  kompleksi,  aqrar-biznes,  hərbi-sənaye 

kompleksi. Bunların maddi əsaslarını əmək bölgüsü və kooperativləşmə təşkil edir. 

Meqoiqtisadiyyat  –  bu  anlayış  altında  bütövlükdə  dünya  təsərrüfatı,  başqa 

sözlə, beynəlxalq miqyasda iqtisadiyyat başa düşülür. 




Yüklə 339,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin