1. İqtisadiyyat elmi və onun yaranması tarixi İqtisadiyyat «oikonomik»


  İqtisad elminin yaranmasında əsas rol oynayan məktəblər



Yüklə 339,68 Kb.
Pdf görüntüsü
səhifə7/10
tarix09.05.2022
ölçüsü339,68 Kb.
#56941
1   2   3   4   5   6   7   8   9   10
1-11

8.  İqtisad elminin yaranmasında əsas rol oynayan məktəblər 

İqtisad elmi yaranmasından başlayaraq sistemli bir elmə çevrilməsinə qədər 

bir  sıra  mərhələlər  keçirmişdir.  Onun  əsas  mərhələlərindən  biri  Merkantilizm 

deyilən məktəb olmuşdur. 

Merkantilizm  -  italyan  dilində ticarət, tacir  deməkdir. Bu  əslində  Avropada 

XVI-XVII  əsrlərdə  iqtisad  elminin  bünövrəsini  qoyan  bir  nəzəri  məktəbin  adıdır. 

Müxtəlif  elm  və  peşə  sahələrindən  olan  bu  nəzəri  məktəbin  görkəmli 

nümayəndələrindən  ingiltərəli  Vilyam  Staffor  (1554-1612),  Tomas  Man  (1571- 

1641), italiyalı Qaspar Skarufari (1519-1584), fransalı Antuan Monkretyen (1575- 

1621)  kimi  şəxslər  iqtisadi-nəzəri  fikrin  inkişafına  böyük  xidmət  göstərmişlər.  

Monkretyen  ölkə  daxilində  sənayeçilərin,  tacirlərin,  əkinçilərin  sərbəst  inkişaf 

etməsi  üçün  xaricdən  gətirilən  mallar  üçün  yüksək  gömrük  rüsumları  qoyulması 

təklifini  bildirirdi.  Onun  bu  əsəri  nəzəriyyədən  çox  praktiki  məsələlərin  həllinə 

yönəldilmişdir.  Lakin  «Siyasi  iqtisad»  adı  altında  yazılan  bu  birinci  əsər  iqtisadi 

məsələlərin öyrənilməsinə və tədqiqinə nəzəri cəlb edirdi. 

Fiziokratlar  -  Fiziokratiya  sözü,  iki  yunan  sözündən  -  «fizis»  təbiət  və 

«kratos»  hakimiyyət  sözlərinin  birləşməsindən  törəyən  «Təbiətin  hakimiyyəti» 

deməkdir.  Bu  iqtisad  elmi  tarixində  yeni  bir  nəzəri  məktəbin  adıdır.  Tədavül 

sferasını  öyrənən  merkantilistlərdən  fərqli  olaraq  fiziokratlar  təbiətlə  bağlı  olan 

əkinçilik, kənd təsərrüfatı istehsalını tədqiq etməyi əsas tutmuşlar. Bununla onlar 

iqtisadiyyatın  əsas,  həlledici  sahəsi  olan  istehsal  dairəsinin  öyrənilməsinə 

başlamışlar. Lakin, onlar bütün iqtisadiyyatı deyil, yalnız əkinçiliyi əsas götürmüş 

və  onu  sərvətin  yaradılmasının  yeganə  mənbəyi  hesab  etmişlər.  Bu  fikir  cərəyanı 

XVIII əsrdə Fransada, kənd təsərrüfat istehsalının üstünlük təşkil etdiyi bir şəraitdə 

meydana çıxmışdır. Fiziokrat iqtisadi nəzəriyyəsinin əsasını qoyan da fransalı həkim 

və  təbiətşünas  Fransua  Kene  (1694-1774)  olmuşdur.  Altmış  yaşında  iqtisadi 

məsələlərlə  məşğul  olmağa  başlayan  Kene  XVIII  əsrin  ən  böyük  iqtisadçısı  kimi 

dünyada tanınmışdır. Bu məktəbin görkəmli nümayəndələri Jak Turqo (1727-1781), 

Viktor  Mirabo  (1715-1789)  və  başqaları  iqtisadi  təlimlər  tarixində  xüsusi  yer 

tuturlar. 




Klassik  məktəb  -  klassik  iqtisad  elminin  və  onu  yaradanların  əsil  vətəni 

İngiltərə olmuşdur. Avropanın bu ölkəsində XVII-XVIII əsrlərdə və sonrakı dövrdə 

iqtisadiyyatda, onun əsas sahələri olan sənayedə, kənd təsərrüfatında, nəqliyyatda, 

ticarətdə  sıçrayışlar  baş  vermişdir.  Burada,  sərbəst  sahibkarlıq  və  təşəbbüsə,  azad 

bazar  və  rəqabətə  əsaslanan  yeni  kapitalist  sistemi  daha  sürətlə  inkişaf  etməyə 

başlamışdır. Belə bir şəraitdə iqtisadiyyatın bütöv bir sistem kimi öyrənilməsinə və 

təhlil edilməsinə ehtiyac duyulurdu. Dövrün ehtiyac və tələbləri bu elmi yaradanları 

da yetişdirirdi. Bunların içərisində ən məşhurları Uilyam Petti (1623-1687), Adam 

Smit (1723-1790) və David Rikardo (1772-1823) olmuşdur. İqtisad elminin baniləri 

və klassiklərinin böyük xidməti ondadır ki, ilk dəfə onlar cəmiyyətin iqtisadiyyatını 

bütöv  halda  götürüb  tədqiqat  obyektinə  çevirmişlər.  Merkantilizm  cərəyanından 

fərqli olaraq klassiklər sərbəst bazar iqtisadiyyatı nəzəriyyəsini yaratmışlar. 

Marksist  məktəb  -  bu  məktəbin  baniləri  K.Marks  (1818-1883)  və  F.Engels 

(1820-1895)  klassik  iqtisad  elmindən  bir  mənbə  kimi  istifadə  etmişlər.  Tarixi 

materializm  baxışlarını  əsas  tutan  Marks  və  Engels  keçmişdə  və  öz  dövrlərində 

yaşayan  iqtisadçıların  nəzəri  görüşlərini  təhlil  və  tənqid  süzgəcindən  keçirmişlər. 

Onlar  ictimai-iqtisadi  fikrin  təhlilində  sinfi  mövqedən  çıxış  etmişlər.  Marks  və 

Engels kapitalizmin kommunizm ilə əvəz olunmasının nəzəriyyəsini əsaslandırmağa 

çalışmışlar. 

 


Yüklə 339,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin