1. İqtisadiyyat elmi və onun yaranması tarixi İqtisadiyyat «oikonomik»



Yüklə 339,68 Kb.
Pdf görüntüsü
səhifə3/10
tarix09.05.2022
ölçüsü339,68 Kb.
#56941
1   2   3   4   5   6   7   8   9   10
1-11

 

 


3.  Mikroiqtisadiyyat fənni nəyi öyrənir? 

Mikroiqtisadiyyat  —  insanlar  arasında  iqtisadi  münasibətləri  öyrənən  və 

onların təsərrüfat fəaliyyətinin ümumi qanunauyğunluqlarını müəyyən edən iqtisadi 

nəzəriyyənin  tərkib  hissəsidir.  İqtisadi  fəaliyyət  öz  məzmununa  görə,  mövcud 

resurslardan istifadə etməklə tələbatların daha tam ödənilməsinə nail olmaq  cəhdi 

deməkdir. Forma üzrə o,məhdud resursların idarə edilməsindən ibarət olacaq. Belə 

idarəetmədavranışdır, onun məzmun tərəfi resursların qənaətli tətbiqinə dair qərarlar 

qəbul  edilməsindən  ibarətdir. Buna  görə  resursların  rasional  istifadəsi  nəzəriyyəsi 

çərçivəsində iqtisadi davranış əsas təhlil obyekti olur.  

İqtisadi davranış — qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün məhdud 

resursların bölgüsü və istifadəsi barəsində qərarların qəbul olunmasının prosesidir.  

Mikroiqtisadi  təhlil  ayrı-ayrı  iqtisadi  subyektlərin  (ev  təsərrüfatlarının  və 

firmaların) iqtisadi davranışının göstərilən aspektdə tədqiqatını əhatə edir.  

Mikroiqtisadi təhlilin xüsusi əhəmiyyəti ondan ibarətdir ki, mikrosəviyyədə 

qəbul  edilən  iqtisadi  qərarlar  kumulyativ  təbiətə  malikdir,  yəni  onlar  bütün 

təsərrüfatsisteminə  birgə  təsir  göstərir.  Buna  görə  mikrosəviyyədə  iqtisadi 

davranışın təhlili iqtisadi nəzəriyyənin ən mühüm tərkib hissəsidir. 

İstənilən nəzəriyyənin vəzifəsi real həyatda müşahidə olunan hadisələri izah 

etməkdən 

ibarətdir. 

Mikroiqtisadi 

təhlilin 

vəzifəsi 

iqtisadi  davranışın 

qanunauyğunluqlarını izah etməkdən, yəni iqtisadi agentlər tərəfindən qərarlarqəbul 

olunmasına  (seçim  edilməsinə)  təsir  göstərən  amilləri  aşkar  etməkdən  və 

anlamaqdan  ibarətdir.  Ayrılıqda  götürülmüş  hər  bir  iqtisadi  agent  bu  seçimi 

resursların istifadəsinin bu və ya digər variantının məqbulluq meyarları və bu haqda 

şəxsi  təsəvvürləri  əsasında  həyata  keçirir.  Mikroiqtisadiyyatın  vəzifəsi  təsərrüfat 

subyektlərinin  iqtisadi  davranışını  və  hərəkətlərinin  oxşarlığını  müşahidə  edərək, 

onların  iqtisadi  qərarlar  qəbul  etməsinin  qanunauyğunluqlarını  aşkar  etməkdən 

ibarətdir.

 


Yüklə 339,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin