Xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu


BRES T-LĠTOVS K  S ÜLH  MÜQAVĠLƏS ĠNƏ  Ə LAVƏ   MƏ XFĠ  SAZĠġ



Yüklə 19,75 Mb.
Pdf görüntüsü
səhifə46/80
tarix31.01.2017
ölçüsü19,75 Mb.
#7086
1   ...   42   43   44   45   46   47   48   49   ...   80

 

BRES T-LĠTOVS K  S ÜLH  MÜQAVĠLƏS ĠNƏ  Ə LAVƏ   MƏ XFĠ  SAZĠġ  -  Almaniya-Rusiya  sazişi  (1918,  27 

avqust). Azərbaycan Xalq Cü mhuriyyəti yarandığı zaman onun ən yaxın və etibarlı  müttəfiqi o lan Os manlı dövləti  Birinci 

dünya müharibəsində (1914-18) Alman iya ilə bir cəbhədə vuruşurdu. Türkiyə ilə müttəfiq olmasına baxmayaraq, A lmaniya 

Azərbaycana  münasibətdə  fərqli  siyasət  yeridird i.  Alman iya,  türk-A zərbaycan  qoşunlarının  Ba kın ı  daşnak-menşevik 

qüvvələrindən  azad  edəcəkləri  halda  ciddi  ehtiyac  duyduğu  neftdən  məhru m  o lacağından  narahat  idi.  Digər  tərəfdən, 

Bakın ı yenidən ələ keçirməyə cəhd göstərən bolşevik Rusiyası da Almaniyanın diplo matik yard ımına nail o lmaq  istəyirdi. 

Rusiya türklərin  Bakıda, həmçinin bütün Azərbaycanda möhkəmlən məsinə hər vasitə ilə  mane olmağa çalışırdı.  Buna görə 

də  ümumi  maraqlarla  bağlı  o laraq,  Azərbaycan  məsələsində  onların  a rasında  yaxın laşma  baş  verdi  və  bu,  üç  aya  qədər 

çəkən danışıqlardan sonra, 1918 il avqustun 27-də Berlində A lmaniya ilə sovet Rusiyası arasında Brest müqaviləsinə əlavə 

mə xfi sazişin imza lan ması ilə  nəticələndi (Bak ı məsələsi ilə bağlı olduğundan, bəzən Bakı barəsində saziş də adlandırılır). 

8  fəsil və  17  maddədən ibarət Alman iya-Rusiya  mə xfi sazişini  Berlindəki  rus səfiri A.İoffe  və Almaniya  Xaric i 

İşlər  Nazirliyinin   məsul  şəxsləri,  g izli  müşavirləri  -  xarici  işlər  idarəsinin  katib i,  istefada  olan   kontradmiral  Pavel  fon 

Hintse  və  xaric i  işlər  idarəsinin  direktoru  İohannes  Krüge  imzala mışla r.  Sa zişdə  Ukrayna,  Krım,  Qara  dəniz  sahili, 

Qafqazla bağlı məsələlər və bir sıra digər məsələlər də əksin i tap mışdır. 

Sazişin  altıncı  fəslinə  görə,  Rusiya  Sovet  Federativ  Sosialist  Respublikası  Gü rcüstanın  müstəqil  dövlət  kimi 

Almaniya  tərəfindən  tanınmasına  öz  ra zılığını  bildirirdi.  On  dördüncü  maddədə  deyilird i  ki,  Alman iya  Gürcüstanın  sər-

hədlərindən  kənarda  hər  hansı  üçüncü  dövlətə  hərbi  ə mə liyyatlarda  heç  b ir  yardım  et məyəcəkdir.  A lman iya,  hə mçin in, 

üçüncü  bir  dövlətin  silah lı  qüwələrinin  Kür  çay ımn  mənsəbinden  Petropavlovsk  kəndinə  qədər,  Şamaxı  qəza-sımn  

sərhədləri  boyunca  Əyrioba  kəndinədək,  düz  xət lə  Bakı,  Şa ma xı,  Quba  qəzaların ın  kəsişdiyi  nöqtəyə  qədər,  sonra  Bakı 

qəzasının  şimalından  dənizə  qədər  olan  əra zilərə  keç məyəcəyini  öhdəsinə  götürürdü.  Üçüncü  dövlət  dedikdə,  bu  za man  

artıq  A zərbaycan  ərazisində  fəal  xilaskarlıq  əməliyyatları  aparan  Türkiyə  nəzərdə  tutulurdu.  Rusiya  da,  öz  növbəsində, 

Bakını  tutandan sonra  burada neft  hasilatını  artırmağı,  hər  ay  çıxarılan  neftin  dörddə  bir  h issəsini  Donetsk  hövzəsindən 

aparılan  daş  kö mürun  əvəzində  Almaniyaya  verməyi  öhdəsinə  götürürdü.  Lakin  sazişdə  Alman iyaya  veriləcək  neftin  

miqdarı  müəyyənləşdirilməmişdi.  Bununla  Almaniya,  əslində,  bolşeviklərin  Azərbaycanla  bağlı  işğalçılıq  planlarına,  o  

cümlədən Bakı neftin in Rusiyanın əlinə keçməsinə razılıq verd i. 

Almaniyanın  Türkiyədən  gizli  imzaladığ ı  saziş,  bütövlükdə,  müttəfiqi  Tü rkiyəyə,  habelə  Azərbaycana  qarşı 

yönəlmişdi.  Bu   isə  həm  Türkiyənin,  həm  də  Azərbaycan  ictimaiyyəti  və  rəsmi  dairələrinin   narazılığına  səbəb  oldu. 

Sentyabrın  1-də  saziş  haqqında  İstanbuldan  Azərbaycan  hökumətinə  məlu mat  verən  Məhəmməd  Əmin  Rəsulzadə 

həyəcanla yazırd ı: "Necə olursa-olsun, Bakını almaq, almaq və almaq lazımdır". 

 

 



 

 

 



 

289 

 

İstanbuldakı  Azərbaycan  nümayəndələri  sentyabrın  6-da  sədrəzəm  (baş  nazir)  Tələt  paşa  ilə  görüşüb,  Bakının  



tezliklə a zad edilməsinin  zəruriliy ini  mü za kirə etdilə r.  Bundan az sonra Berlinə gedən Tələt paşa 27 avqust sazişinin təcili 

surətdə  ləğv  olunmasını  Almaniya  hökumət indən  tələb  etdi.  Azərbaycan  nümayəndələri  sentyabrın  12-də  İstanbulda 

Azərbaycan  höku mətinin   etiraz  notasını  A lmaniyanın   Os manlı  dövlətindəki  səfirliy inə  təqdim  etdilər.  Notanın  surəti 

Türkiyə  Xarici  İşlər  Nazirliyinə,  Avstriya-Macarıstan  səfirliyinə,  habelə  diplo matik  nü mayəndəliklərə  də  verildi.  Notada 

Azərbaycanın Ba kı şəhərinə tarixi haqqı sübut edilirdi.  Göstərilirdi  ki, Ba kı e lm və  mədəniyyət baxımından Azərbaycana 

bağlıdır.  Siyasi,  iqtisadi  və  ictimai  təşkilatlar,  xeyriyyə,  mədəni-maarif  mərkəzləri,  milli  ziyalı  nü mayəndələri,  başlıca 

olaraq, Bakıda toplan mışdır. Bakısız Azərbaycan başsız bədəndir. 

Cəbhələrdə və ziyyətin te zliklə  kəskin surətdə Alman iyanın  zərərinə dəyiş məsi onun 27 avqust sazişindən imtina  

etməsinə səbəb oldu. Almaniya höku mət i, hətta Ba kın ı a zad et mək üçün Türkiyəyə öz hərbi yardımın ı təklif etdi. 1918 il 

sentyabrın 15-də  Bakın ın azad edilməsi Tələt paşanın Berlində apardığı danışıqlara ciddi təsir göstərdi. Dan ışıqlar  zaman ı 

Tələt paşa türk qoşunlarının A zərbaycanda ço x qalmayacağını bildirdi. Osmanlı hökumətinin bu vədi 1918 il sentyabrın 23-

də imza lan mış a lman-osman lı protokolunda təsbit olundu. Almaniya höku məti  27 avqust sazişindən rəsmi şəkildə imtina  

etdiyini açıqlad ı və Azərbaycanı müstəqil b ir dövlət kimi tanıyacağını, ilk addım kimi, tezliklə Bakıda konsulluq açacağını 

bildirdi. Almaniya Azə rbaycanın müstəqilliyinin sovet Rusiyası tərəfindən də tanınacağını vəd etdi. 

27 avqust Almaniya-Rusiya mə xfi sazişi ləğv edilsə də, Almaniya höku mətin in bu xəyanətkar addımı təsirsiz ötüş-

məd i.  A lmaniyanın  bu  addımına  cavab  olaraq,  A zərbaycan  hökumət i  a lman  koloniyala rı  barədə  imza lan maq  ərə fəsində 

olan Azərbaycan-Almaniya müqaviləsindən imt ina etdi. 

1918 ilin  payızında A lmaniya bloku  dünya müharibəsində məğlub oldu. Oktyabrın 30-da Os manlı dövləti Mudros 



barışığının (1918) ağır şərtlərinə imza atmaq məcburiyyətində qaldı. Noyabrın əvvəlində Avstriya-Macarıstan və Almaniya 

təslim  a ktını  imza layan  kimi  Rusiya  Brest  müqaviləsinin   qüvvədən  düşdüyünü  bildirdi  (ba x  Bre st  sülhü  (1918)).  Brest 

müqaviləsinin  ləğv edilməsi ilə  27 avqust sazişi də qüvvədən düşdü. Yaran mış vəziyyətdə sovet Rusiyası özünün Cənubi 

Qafqa zla bağlı işğalçılıq planla rın ı həyata keç irdi. 



 

Əd.: 

Həsənov C, Azərbaycan beynəlxalq münasib ətlər sistemind ə (1918-1920-ci illər), B., 1993; Nəsibzadə N., Azərbaycanın 

xarici siyasəti 1918-1920, B., 1996; Qasımlı M ., Birinci dünya müharib əsi illərində böyük dövlətlərin Azərbaycan siyasəti (1914—1918-

ci illər), 3 hissədə, h.2 (1917-ci il noyabr- 1918-ci il noyabr), B., 2001. 



 

BRES T S ÜLHÜ (1918) - Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) ilə Dördlər ittifaqı (Alman iya, 

Avstriya-Macarıstan, Türkiyə və  Bo lqarıstan) arasında sülh müqaviləsi.  1918 il  mart ın  3-də  Brest-Litovskda imza lan mış, 

martın  15-də  4-cü  Ümu mrusiya fövqəladə sovetlər qurultayı, A lmaniya  rey xstaqının razılıq verməsindən (22  mart) sonra, 

martın  26-da Alman iya imperatoru II  Vilhelm tərəfindən təsdiq olunmuşdur. Brest sülh müqaviləsi aşağıdakı sənədlərdən 

ibarətdir:  Rusiyanın  Alman iya,  Avstriya-Macarıstan,  Bolqarıstan  və  Osmanlı  dövləti  ilə  sülh  müqavilə ləri;  ayrı-ayrı 

malların tarifləri və gö mrük  rüsumları barədə  müqaviləyə əlavə o laraq  imzalan mış yekun protokolları; sülh  müqaviləsinə 

əlavə  olaraq  Rusiya-Alman iya  müqaviləsi;  Rusiya-Avstriya-Macarıstan  əlavə  müqaviləsi;  Rusiya-Bo lqarıstan  əlavə 

müqaviləsi; Rusiya-Türkiyə əlavə müqaviləsi. 14 maddədən ibarət əsas müqavilənin 4-cü maddəsi Qafqaza aid id i. 

Dördlər  ittifaqı  ilə  Rusiya  arasındakı  müqaviləyə  görə  Polşa,  Litva,  Kurlandiya,  Latviya,  Estoniya  və  Belorusi-

yanın  bir  hissəsi  Rusiyadan  alınır,  Ukrayna  və  Finlandiya  müstəqil  dövlət  olur,  sovet  qoşunları  bu  ərazilərdən  çıxarılır, 

Qars, Batum, Ərdəhan Türkiyəyə verilirdi. Rusiya öz o rdusunu tərxis etməli idi. 

1918  il  fevralın  16-da  Bakı Sovetinin  sülh  məsələsinin  mü zakirəsinə həsr edilmiş  iclası oldu. Menşevik, eser və 

daşnakların bəyanatı rədd edildi, bolşeviklərin təklif etdiyi qətnamə qəbul olundu.  Qətnamədə  RSFSR Xalq  Ko missarları 

Sovetinin sülh danışıqlarında mövqeyi bəyənild i. 



Zaqafqaziya seymi Brest sülh müqaviləsin in Ərdəhan, Qars və Batu mun Türkiyəyə verilməsi şərtin i qəbul etməd i 

və Petroqrada - Xalq  Ko missarları Soveti ad ına teleqra m göndərərək, Brest sülhünü tanımad ığını bildirdi. Sey m öz etira zını 

bununla  əsaslandırdı  ki,  "Zaqafqaziya  heç  vaxt  bolşeviklə rin  və  Xalq  Ko missarları  Sovetinin  hakimiyyətini  qəbul 

etmə mişdir". 

Zaqafqaziya  seymi  Brest-Litovsk  sülhü  ilə  bağlı  etira zla rın ı  dünyanın  bir  sıra  əsas siyasi  mə rkə zlərinə  bildird i: 

"Zaqafqaziya höku məti Zaqafqaziya və onun sərhədləri haqqında ondan xəbərsiz və ö zünün iştirakı olmadan imza lan mış 

hər hansı müqaviləni özü  üçün qüvvədən düşmüş hesab edir". Türkiyə  Brest sülhünün qərarlarına əsaslanaraq, Qars, Batu m 

və  Ərdəhanı  dərhal  boşaltması  haqqında  Zaqafqaziya  seyminə  ultimatu m  verdi.  Brest  müqaviləsinə  görə,  Rusiya  nəinki 



Qars,  Ərdəhan  və  Batumun  Türkiyəyə  keçdiyini  təsdiq  edirdi,  həm  də  Rusiya  ilə  Türkiyə  arasında  imzalanmış  əlavə 

müqaviləyə  görə,  rus  qoşunlarının  müharibə  zamanı  tutduğu  türk  torpaqlarında  və  Rusiya  hüdudlarında  yaradılmış 

erməni-daşnak  silahlı  dəstələrini  tamamilə  tərksilah  edib  buraxmağı  öhdəsinə  götürürdü.  Əlavə  müqavilənin  11-c i 

maddəsi Rusiya vətəndaşları olan müsəlman lara, ə mlakların ı da aparmaq ş ərti ilə, Türkiyəyə a zad mühacirət et mək hüququ 

verird i.  Hələ  1918  ilin  yanvarında  Türkiyə  Zaqafqaziya  Ko missarlığ ı  ilə  sülh  danışıqlarına  başla mağa  təşəbbüs  etmişdi. 

Türkiyə  ö zünün  dövlət  maraqları  səbəbindən  təkcə  Zaqafqaziya  Ko missarlığ ını  tanımaq la  kifayətlən mir,  həmçinin   onu 

Brest-Litovsk  danışıqlarına  cəlb  et mə klə,  Dördlə r  ittifaq ı  və  Rusiya  tərəfindən  də  tanınmasına  nail  olmaq  istəyirdi. 

Türkiyənin  ciddi  təkidinə  və  yardım  göstərmək  barədə  vədinə  baxmayaraq,  Zaqafqaziya  hökuməti  Brest-Litovsk 

danışıqlarında iştirakdan, müstəqilliyin in elan o lunmasından imtina etdi.  

 

 



 

 

 



290 

 

Zaqafqaziya  höku mət i  1918  il  23  yanvar  tarixli  teleqra mında  Brest  sülhünd ə  iştirakdan  imt ina  et məklə   yanaşı,  özünün 



Rusiyanın  tərkib   hissəsi  olduğunu  da  bild ird i.  Türkiyə  nü mayəndə  heyəti  Cənubi  Qafqaz  nü mayəndəliy inin  Trabzon 

konfransında  (1918)  Brest-Litovsk  müqaviləsin in  Qafqaza  aid  maddələrinə  etirazın ı  rədd  etdi.  Nü mayəndə  heyətinin 

fikrincə, Zaqafqa ziya höku məti ya Rusiyanın tərkib hissəsi kimi onun imza ladığı müqavilə ilə ra zılaşma lı, ya da  Rusiyadan 

ayrılıb,  müstəqilliyin i  elan  etməli  id i.  Türkiyə  tərəfi  Zaqafqaziya  höku məti  ilə  mehriban  qonşuluq  münasibəti  qurmağa 

hazır olduğunu bildirdi. 

1918  il  avqustun  27-də  Almaniya  ilə  Rusiya  Sovet  Federativ  Sosialist  Respublikası  arasında  Brest-Litovsk 

müqaviləsinə  əlavə  olaraq,  Türkiyədən  gizli  saziş  imzalandı  (bax  Brest-Litovsk  müqaviləsinə  əlavə  məxfi  saziş).  Alma-

niyada inqilab nəticəsində imperator II Vilhe lm devrildi və Ümu mrusiya Mərkə zi İcra iyyə Ko mitəsi 1918 il noyabrın 13-də  

Brest sülhünü ləğv etdi. 



 

Əd.: 

Azərbaycan tarixi, 7 cilddə,  c. 5, B., 2001; Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918—1920-ci 

illər), B., 1993; Qasımov M ., Birinci dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasəti, 3 hissədə, h.2 (1917-ci il noyabr - 

1918-ci il noyabr), B„ 2001.  



 

BULLĠT  MĠSSĠYAS I  -  Rusiyada hərbi əməliyyatların dayandırılması  məqsədilə Paris süih konfransında (1919-

20) ABŞ nü mayəndə heyətinin üzvü Uilya m  Kristian Bu llitin  rəhbərliyi  ilə  1919  ilin  ma rtında sovet Rusiyasına göndəril-

miş  nü mayəndə  heyəti.  ABŞ  prezidenti  V.Vilson  və  B.Britaniyanın  baş  naziri  C.Lloyd  Corcun  təklifi  ilə  martın  19-da 

Moskvaya gələn Bullit Lenin lə görüşmüş, atəşkəs haqqında razılıq ə ldə et mişdi. 

Gö rüş nəticəsində hazırlan mış lay ihədə göstərilird i  ki,  keçmiş Rusiya imperiyası və Fin landiya ərazisində faktiki 

surətdə  mövcud  olan  hökumət lər  öz  hakimiyyətlərini  saxlayır,  Rusiyanın  iqtisadi  b lokadası  dayandırılır,  sovet  res-

publikaları ilə  xarici dövlətlər arasında rəsmi nü mayəndələrin   mübadiləsi bərpa o lunur,  Rusiya  imperiyası və Finlandiya 

ərazisindəki  dövlətlər  xarici  ö lkələr  qarşısında,  bu  ölkələrin  vətəndaşları  qarşısında  Rusiya  imperiyasının  maliyyə 

öhdəlikləri üçün məsuliyyət daşıyır və s. 

La kin  sonradan  Antanta  dövlətləri  və  ABŞ  ad mira l  Ko lçakın  hücumunun  başlanması  ilə  ə laqədar  razılaşmadan  

imtina etdilər. Osman lı impe riyasının ABŞ-ın p rotektoratlığ ına verilməsi lay ihəsinin də müəllifi Bullit olmuşdur. 



Əd:История дипломатии, 2 изд., т. 1-5, M., 1959-74. 

BURJ UAZĠYA  (fr.  bourgeoisie,  son  lat.  burqus-möhkəmləndirilmiş  şəhər)  -  azad  bazar  münasibətlərinə  əsas-

lanan cəmiyyətdə sahibkarlar  zü mrəsi.  Orta əsrlərdə təşəkkül tapmış və inkişaf et mişdir.  Fəaliyyət sahəsindən asılı olaraq  

sənaye, ticarət, bank və kənd burjuaziyası forma laşdı. Burjuaziyanın meydana gəlməsi və inkişafı ü mu mi cəhətlərlə yanaşı, 

mü xtəlif ölkələrdə özünəməxsus xüsusiyyətlərə də malik olmuşdur. 16-18 əsrlərdə Niderland, İngiltərə, Fransa, ABŞ və b. 

ölkələrdə  burjuaziya  hakimiyyətə  gəldi.  Cəmiyyət  həyatının  bütün  sahələrində  köklü  dəyişikliklər  baş  verdi,  yeni 

münasibəflər yarandı. 

A z ə  r b a  y c a n b u r j u a z i y a s ı .  Azə rbaycanda bazar iqt isadiyyatına  əsaslanan münasibətlərin formalaş ması 

olduqca  mürəkkəb  və  ziddiyyətli  tarixi  şəraitdə  baş  vermişdir.  A zərbaycan  torpaqlarının  Rusiya  və  İran  arasında 

bölüşdürülməsi bu prosesi daha da mürəkkəb ləşdirmişdir.  19 əsrin  30-70-ci illərində Şimali Azərbaycanda ilkin  kapitalist 

münasibətləri  inkişafa  başladı  və  1870  ildən  sonra  daha  da  genişləndi.  Azərbaycan  burjuaziyası  ölkənin  müstəmləkə 

vəziyyətindən  irə li  gə lən  bəzi  ə la mət lərlə  səciyyələnirdi.  Azə rbaycan  burjuaziyası  ço xmillət li  tərkibə  malik  idi.  M illi 

burjuaziyanın  görkəmli  nü mayəndələri  H.Z.Tağıyev,  M.Nağıyev,  Ş.Əsədullayev,  M.Mu xtarov  və  b.  id i.  A zərbaycan 

burjuaziyasının  milli  tərkibində  rus  və  erməni  sahibkarlar  da  üstün  mövqe  tuturdu.  Çarizmin  həyata  keçirdiy i  iqtisadi 

siyasət nəticəsində xa ric i kapita lın ölkəyə a xın ı d igər millətlərdən o lan sahibkarların (Nobel, Rotşild və b.) art masına şərait  

yaratmışdı.  Burjuaziyanın  milli tərkibinə görə  fəaliyyət sahələri və  mövqeləri də  mü xtəlif  idi. Milli kap ital neft və kimya 

sənayesinin  müəyyən  sahələrində,  me xan iki  istehsalda,  yüngül  və  yeyinti  sənayesində,  gəmiç ilik  və  ticarətdə  nisbətən 

güclü idi. Sənaye və ticarət burjuaziyasının əsas mərkəzi Bakı id i. Bununla belə, A zərbaycanın digər bölgə və şəhərlərində 

(Gəncə,  Şuşa,  Şəki,  Şa ma xı,  Lənkəran  və  s.)  kap italist  münasibətlərinin  inkişafı  burjuaziyanın  yaranması  və  yüksəlişinə  

şərait yaradırdı. A zərbaycan burjuaziyasının bir hissəsini də kənd burjuaziyası təşkil ed irdi.  Lakin onların  mövqeyi çox da 

güclü deyildi. Azərbaycan burjuaziyasının  formalaşdığı tarixi şərait,  mənşə,  məqsəd mü xtəlifliy i və  i.a. onun vahid siyasi 

qüvvə kimi çıxış  etməsinə  imkan vermirdi.  Digər  millətlərdən olan burjuaziya,  xüsusilə erməni burjuaziyası  milli burju-

aziyaya qarşı düşmən  mövqedə dururdu. Bütün bunlara baxmayaraq, A zərbaycan  milli burjuaziyası öz varlığ ını və siyasi 

iradəsini  ifadə etməyə çalışırd ı.  1905-07 illər  inqilab ı dövründə milli burjua ziya içərisində libera l hərə kat genişləndi. 1905 

ilin  apre lində  onlar  Qafqa z  can işini  Vorontsov-Daşkova  və  nazirlər  şurasının  sədri  S.Y.Vitteyə  mü raciət  etdilər.  Siyasi 

təşkilatlan ma  sahəsində də addımlar atıldı.  Libera l yönü mlü  Müs əlman  konstitusiya partiyası - "İttifaqı müslimin" (1905, 

avqust),  "Difai"  (1906),  "Müdafiə"  (1907),  "Müsavat"  (1911)  kimi  milli  partiyalar  yarandı.  Rusiya  Dövlət  duma larından 

siyasi vasitə kimi istifadə olundu. Rusiyada 1917  il fevra l  inqilabı nəticəsində burjuaziya hakimiyyəti ələ  ald ı. Müvəqqəti 

hökumətin  və  onun  yerli  orqanların ın  yaradılmasına  başlandı.  Cənubi  Qafqazda,  o  cü mlədən  Azərbaycanda  da 

burjuaziyanın  mövqeyi  gücləndi.  Lakin   Oktyabr  çevrilişindən  (1917)  sonra  vəziyyət  dəyişdi.  Bakıda  sovet  hakimiyyəti 

qalib gəldi. Bak ı Xalq Komissarları Soveti fəaliyyətə başladı. Onun həyata keçirdiyi sosialist tədbirləri burjua ziyaya siyasi 

və iqtisadi cəhətdən zərbə vurmaq məqsədi güdürdü.  

 

 



 

 

 



 

291 

 

Azərbaycan  milli  burjua ziyası  istiqla liyyət  uğrunda  mübarizədə,  Azərbaycan  Xalq  Cü mhuriyyətinin  qurulmasında  və 



fəaliyyətində  mühü m  rol  oynadı.  Cü mhuriyyət  hökuməti  də  burjua ziyanın  iqtisadi  fəaliyyətini  genişləndirmə k  üçün 

tədbirlər ko mp leksi həyata keç irməyə  başladı. Höku mət in 1918 il 5 oktyabr tarixli qərarı ilə neft  sənayesində milliləşdirmə  

ləğv  olundu  və  müəssisələr  əvvəlki  sahiblərinə  qaytarıld ı.  Bu rjua ziya   nümayəndələri  b ir  tərəfdən,  b ilavasitə  höku mətin  

iqtisadi  blo kuna  da xil  o lan  na zirlik  və  ko mitələrin  işində  iştirak  et mə klə,  digər  tərəfdən,  onların  yaratdığ ı  birlik  və  

təşkilatla r  vasitəsi  ilə   iqtisadi  siyasətin  hazırlan ması  və  həyata  keç irilməsində  iştirak  edird i.  A zərbaycan  burjuaziyası, 

xüsusilə  milli  burjuaziya  sosial-siyasi  həyatda  əhəmiyyətli  ro l  oynayır,  xeyriyyəçilik  ənənəsini  davam  etdirirdi.  Lakin 



Azərbaycan  milli  burcuaziyası  yaranmış  əlverişli  şəraitdə  də  vahid  siyasi  qüvvə  kimi  birləşə  və  milli  hökumətin 

mənafeyini sonadək müdafiə edə bilmədi. 

Aprel  işğalı (1920)  nəticəsində  Azərbaycan  Cümhuriyyətinin  süqutu  və bolşevik  rejiminin  qurulmasından  sonra 

sosialist  tədbirlə ri  həyata  keçirilməyə,  burjua ziyaya  qarşı  repressiyalara  başlandı.  Azərbaycan  burjuaziyasının  bir  his səsi 

mühacirət etdi, qalanlar zü mrə kimi ləğv olundu. 1991 il oktyabrın 18-də A zərbaycanın dövlət müstəqilliy i bərpa edildikdən 

sonra sahibkarlıq fəa liyyəti genişlənməyə və sahibkarlar zü mrəsi yenidən formalaş mağa başladı. 



Əd.:  Azərbaycan  Xalq   Cü mhuriyyəti  (1918-1920).  Parlament  (Stenoqrafik  hesabatlar),  c.1-2,  B.,  1998; 

Aзepбaйджанская Демократиская   Pecnублика  (1918-1920), Законодательные  акты  (сборник  документов), Б., 1998;

Nuriyeva  Z.N.,  Azərbaycan 

sənayesində  milli  burjuaziya,  B.,  1999;  Исмаилов  М.А.,  Социально  –  экономическая  структура  Азербайджана  в  эпоху 

капитализма, Б., 1982;   Сеидзаде Д.Б., Из истории азербайджанской буржазии в начале XX  века, Б., 1978; Сумбатзаде 

А.С.,  Социально – экономические  предпосылки победы  Советской  власти  в Азевбайджане, М.,  1972;    Рустамова  Дж. Я., 

Экономическая политика АДР и национальная буржуазия (1918-1920). "Tarix və onun problemləri", 2000, №2. 

BÜNYADZADƏ Dadaş Xoca oğlu  (8.4.1888,  Bakı yaxınlığındakı Fatmay ı  k. -  1938) - siyasi və dövlət  xadimi. 

1908    ildə    Rusiya    Sosial-De mo krat    Fəhlə    Part iyasına  (RSDFP)  da xil  olmuş,  "Hü mmət"  təşkilatının  fəaliyyətində 

yaxından  iştirak  etmişdir.  1917  il  Fevral  inqilabından  sonra  "Hümmət"  (bolşevik)  təşkilatının  rəhbərlərindən  biri  olmuş, 

Bakı  Soveti  İcraiyyə  Ko mitəsinin,  1918  ilin  may ında  Bakı  qəzası  Kəndli  deputatları  Soveti 

İcraiyyə  Ko mitəsinin  üzvü  seçilmişdir.  1918  il  iyunun  əvvəlində  S.Şau myanın  başçılıq  etdiyi 

Bakı  Xalq  Ko missarları  Soveti  onu  Bakı  qəzasında  əksinqilaba  və  banditizmə  qarşı  mübarizə 

üzrə  fövqəladə  müvəkkil  təyin  etmişdi.  Bakıda  sovet  hakimiyyətinin  süqutundan  sonra 

Həştərxana  getmiş,  Rusiya  Kommunist  (bolşeviklər)  Pa rtiyası  (RK(b)P)  Həştərxan  quberniya 

ko mitəsinin  ü zvü  seçilmiş,  Zaqafqaziya  müs əlmanla rının  işləri  üzrə  ko missarlığın  sədri, 

"Hümmət‖in Həştərxan təşkilatı bürosunun üzvü olmuşdur. 

1919  ilin  iyulunda  RK(b)P  Qafqaz  Ölkə  Ko mitəsi  yanında  Hərbi  İnqilab  Qərargahı 

sədrinin  müavini təyin  edilərə k, sovet Rusiyasının  xeyrinə gizli iş aparmaq  üçün Azərbaycana 

göndərilmiş,  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Höku mətinə  qarşı  fəal  mübarizə  aparmışdır. 

Azərbaycan  Ko mmunist  (bolşeviklə r)  Part iyasının  (AK(b)P)  I  quru ltayında  (1920,  fevra l) 

Mərkə zi Ko mitə ü zvü seçilmişdir. 

Azərbaycan  Xa lq  Cü mhuriyyəti  Höku mətinə   qarşı  silahlı  çevriliş ə  rəhbərlik  edən  hərb i-inqilabi  qərargahın  

üzvlərindən biri  kimi Aprel işğalından {1920) sonra bir sıra yüksək vəzifələrdə, o cü mlədən Azərbaycan SSR  Dövlət Plan  

Ko missiyasının sədri, Xalq Ko missarları Soveti sədrinin  müav ini, daha sonra sədri, Zaqafqaziya Sovet Federativ Sosialist 

Respublikası  (ZSFSR)  xalq  torpaq  ko missarı  vəzifələrində  çalış mışdır.  A K(b)P  daxilində  baş  verən  ixtilaflarda  milli 

təmayülçülə r  qrupuna  mənsub  olmuşdur.  Hətta,  SSRİ-də  xaric i  və  da xili  çətin liklər  yaranacağı  və  Azərbaycanda 

hakimiyyətin  təmayülçü lərə  keçəcəyi  təqdirdə  onların  qurmağı  nəzə rdə  tutduqları  "İctimai  et imad"  adlı  höku mətin  

tərkib inə da xil id i. 

Dadaş Bünyadzadə 1937-ci ildə saxta ittihamlar əsasında həbs edilərək, repressiyaya məru z qalmışdır. 

 

Əd.: 

Azərbaycan  tarixi,  3  cildd ə,  c.  3,  B.,  1973;  Azərbaycan  tarixi,  7  cilddə,  c.5-6,  B.,  2000-2001;  Azərbaycanda  sosialist 

inqilabının qələbəsi uğrunda bolşeviklərin mübarizəsi. Sənədlər və materiallar. 1917-1918-ci illər, B., 1960. 

 

"BÜTÜN  AZƏRBAYCAN ƏHALĠS ĠNƏ!" - Azərbaycan Milli Şurasın ın A zərbaycan vətəndaşlarına 1918 il 29 

noyabr tarixli  mü raciəti. Türkiyə  ilə Antanta arasında bağlanmış Mudros barışığına {1918) görə, Türkiyə ö z qoşunlarını 

Cənubi  Qafqa zdan  ç ıxa rma lı,  Antantanın  hərbi  qüvvələri  Bakı  və  Batu ma   da xil  olmalı,  Cənubi  Qa fqazın,  o  cü mlədən 

Azərbaycanın dəmir yolu  xət ləri onların nəzarətinə  keç məli  idi.  Be lə bir  fövqəladə şəraitdə Müəssislər Məclisini çağırmaq  

mü mkün olmadığından, eyni zamanda, ü mu mxalq  mənafeyin i təmsil edən siyasi orqanın - parlamentin yarad ılması zəru rəti 

ilə  bağlı o laraq A zərbaycan Milli Şurasını əvvəlki tərkibdə bərpa et mə k qərara  alındı. Milli  Şura  1918  il noyabrın  19-də  

Azərbaycan  parla mentin in  yaradılması  haqqında  qanun  qəbul  etdi.  Bu  münasibətlə  Milli  Şura  Məhə mməd  Əmin  

Rəsulzadənin  imzası  ilə " Bütün Azərbaycan əhalisinə" müraciət qəbul etdi. Mürac iətdə Milli Şu ranın yenidən toplanması, 

onun parlamentə çevrilmə  səbəbi göstərilir, parla mentin tərkib i və aç ılış va xtı bəyan edilirdi.  

 

 



 

 

 



 

 

 



292 

 

 



Parla mentdə  Azərbaycanın  milli  a zlıqlarının,  vilayət 

nümayəndələrin in  də  təmsil  olunacağı  b ildirilir, 



"Şurayi-Millini  milli  bir  şəkildən  çıxarıb,  dövləti bir 

şəklə  salmaq"  və Müəssislər  Məclisi  çağırılana  qədər 

Azərbaycanın  müqəddəratını  həll  et mə k,  höku məti 

təşkil  et mə k  səlahiyyətlərin in  "Bu  surətlə  yığılacaq 

məclisi-məbusan  "a  -  Pa rla mentə  mə xsusluğu  bəyan 

edilird i.  Müraciət  müttəfiq  qoşunların  Qafqaza  gəlişi 

mə ra mını  əha lin in  nəzərinə  çatdıraraq,  Azə rbaycan 

xalq ının  ö z  müqəddəratını  təyin  etmək  haqqına  mane 

olunmayacağına  təminat  məzmunu  daşımaq la  yanaşı, 

Azərbaycan  vətəndaşların ın  üzərinə  düşən  vəzifə lərə  

diqqət  çəkirdi.  Qarşılıqlı  ehtirama  əsaslanan  birgə 

yaşayış,  ümumvətən  mənafeyini  uca  tutmaq, 

ölkədaxili  asayişi  qorumaq,  parlamenti  təsis  etmək, 

hökuməti  yenidən  təşkil  etmək  kimi  məsələlərin 

ümumsülh  konqresinədək  (Paris  sülh  konfransı 

nəzərdə  tutulur  —  red.)  təmin  edilməsi  nəzərdə 

tutulurdu.  Müraciətdə  şəraitin  mürə kkəbliyi,  dövrün 

əhəmiyyəti,  təxirəsalın maz  taleyüklü  yaxın   vəzifələr 

diqqətə 

çatdırılmaqla  yanaşı,  başlıca  məqsədin 

ümu msülh  konqresində  Azərbaycanın  mənafelərin in 

uğurlu həllini təmin et-mək olduğu önə çəkilirdi. 

Müraciətdə 

İstiqlal 

bəyannaməsindəki 

prinsiplər  bir  daha  vurğulan ırdı:  "Bütün  Azə rbaycan 

vətəndaşları,  b ila fərq  millət  və  mə zhəb,  bir  vətənin 

övladlarıd ırlar". 

Müraciətdə, 

eyni 


za manda, 

Azərbaycan türklərinin torpağın əsas sahibi olduğu da 

nəzərə çatdırılır, bu ba xımdan "ən böyük  məsuliyyətin 

və  ən  ağır  vəzifə"nin   də  onların  ü zərinə  düşdüyü 

bildirilird i. 

Müraciət,  gənc  Azərbaycan  dövlətinin  sınaq 

anlarında  vətəndaşların  dəstəyini  almaq,  xalqa  arxalan maq  ənənə-sinin  daha  bir  nümunəsidir.  O,  eyni  zamanda, 

hakimiyyətin xa lqa mə xsus olduğu prinsipinə sədaqətin göstəricisi də sayıla  bilər. 

Müraciət  " Yaşasın  Azərbaycan  məclisi-məbusanı!",  " Yaşasın  Azərbaycan  Cü mhuriyyəti",  " Yaşasın  cəmiyyəti 

əqvam!" şüarları ilə bitirdi. 



Əd.: 

Aзepбaйджанская Pecnублика. Документы и материалы (1918-192 гг.), Б., ―Элм‖1998;   1998; Paşayev A., Açılmamış səhifələrin 

izi ilə, B., 2001. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


293 

 


294 

 


Yüklə 19,75 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin