Xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu



Yüklə 19,75 Mb.
Pdf görüntüsü
səhifə47/80
tarix31.01.2017
ölçüsü19,75 Mb.
#7086
1   ...   43   44   45   46   47   48   49   50   ...   80

c

 

 

CABAQĠYEV  Vəssan Gəray (1882,  İnquşetiya, Nazran -  1961, Türkiyə) - Şimali Qafqaz siyasi və dövlət xadimi. 



Vladiqafqaz g imnaziyasında, Peterburq Universitetində, Riqa Polite xn ik İnstitutunda və Almaniyanın Yena Kənd Təsərrüfatı 

Universitetində  təhsil  almışdır.  1903  ildə   Rusiyaya  qayıtmış,  ə kinçilik  və  dövlət  mü lkiyyətləri  na zirliyində  mühüm 

vəzifələ rdə çalışmışdır. 

Fevral  inqilabından  (1917)  sonra  dağlı  azad lıq  hərəkatın ın  rəhbərlərindən  biri  olmuş,  inquş  milli  şurasına  s ədrlik 

etmişdir.  1917  ilin  mayında  dağlı  xalqlarının  1-ci  qurultayında  Birləşmiş  Şimali  Qafqaz  Dağ lılar  İttifaqı  Mərkəzi 

Ko mitəsinin  ü zvü  seçilmiş,  ko mitənin  işlər  idarəsinə  rəhbərlik  etmişdir.  1918  il  mayın  11  -də  Şima li  Qa fqaz  dağlılarının 

müstəqilliyi elan edildikdən sonra hökumət üzvü olmuş, maliyyə naziri vəzifəsini icra etmişdir. İstiqlal bəyannaməsinin və ilk 

dağlı  konstitusiyasının  müəlliflərindən  biri  olmuşdur.  Qafqaz  dağlıların ın  konfederasiyası  ideyası  ilə  çıxış  etmişdir. 

Dəfə lərlə  Ba kıda  olmuş,  Azə rbaycan  Xalq   Cümhuriyyəti  Hökuməti  tərəfindən  Dağlılar  Respublikasına  kö mək  məqsədilə  

verilən yard ım və kreditlə ri almışdır. 

1918  ilin payızında Dağlılar Respublikası parlamentinin sədri seçilmişdir. Sovetlərin Şimali  Qafqazda  möhkəmlən-

məsindən sonra, əvvəlcə  Gü rcüstana, 1922  ildə  isə Türkiyəyə  mühacirət etmişdir. Burada təşkil olunan Qafqaz  Xalqla rın ın 

İstiqlaliyyəti Ko mitəsinin əsas təşəbbüsçülərindən idi. 

20-ci illə rin  sonlarından Po lşaya mühacirət et miş, 1938 ildə Po lşa hökuməti teleqraf aqentliyinin nü mayəndəsi kimi 

Türkiyəyə göndərilmişdir. İkinci dünya müharibəsindən (1939-45) sonra Türkiyə vətəndaşlığını qəbul etmiş, publisistika ilə 

məşğul olmuşdur. 

 

Əsəri


: Qafqaz-Rus mücadiləsi, İstanbul, 1967.

  

 



Əd.: 

Göyüşov A., 1917-1920-ci illərdə Şimali Qafqaz dağlılarının azadlıq uğrunda mübarizəsi, B., 2000. 



 

CABBAR QARYAĞDI  OĞLU (C a b b a r  M ə ş ə d i  İ s  m a y ı  l  o ğ l u; 31.3.1861, Şuşa-20.4.1944,Bakı)-

məşhur xanəndə, musiqi xad imi. Azə rbaycan xanəndəlik sənətinin ən görkə mli nü mayəndələrindən biri (ba x Qaryağdı oğlu 



Cabbar). 

CABB ARLI  Cə fər  Qafar  oğlu   (22.3.1899,  Xızı  k.  -31.12.1934,  Ba kı)  -  şair,  ya zıçı,  d ra maturq.  Yo xsul  kəndli 

ailəsində doğulmuşdur. Bakıda 7-c i rus-tatar (A zərbaycan) məktəbində, Bakı polite xnik (sənaye) məktəbində (1917-20), Ba kı 

Dövlət  Universitetin in  Şərq  fakü ltəsində  təhsil  almışdır.  1915  ildən  lirik  və  satirik  şeirlər,  sosial  ədalətsizliyi  tənqid  edən 

hekayə  ("Aslan  və  Fərhad",  "Mənsur  və  Sitarə"  və  s.)  və  pyeslər  (" Vəfa lı  Sə riyyə,  ya xud  göz  yaşları 

içində gülüş", "Solğun çiçəklər") yazmışdır. 

Azərbaycan Xalq  Cü mhuriyyəti dövründə xüsusilə coşqun ictima i və ədəbi fəaliyyət göstərmiş, 

bu dövr Azərbaycan ədəbiyyatının ən parlaq simalarından biri olmuşdur. 

Azərbaycan  Xalq  Cü mhuriyyəti  elan  ed ilə rkən  cə mi  19  yaşı  olmasına  ba xmayaraq,  Cə fər 

Cabbarlı Azərbaycan Parlamentinin  stenoqrafı və "Müsavat"ın Gənclər təşkilatının  rəhbəri o lmuşdur. Bu 

dövrdə əsərlərin i "Cəfər  Cabbarzadə" imzası  ilə yazan ədib 1919  ildə təşkil ed ilmiş " Yaşıl qələm" ədəbi 

birliyinin ü zvü olmuş, şair və dramaturq kimi məhsuldar yaradıcılıq fəaliyyəti göstərmişdir. 

Müstəqil  dövlətin  yaranmasını  ruh  yüksəkliyi  ilə  qarşılayan  şair  "Sevdiyim"  və  "Azərbaycan 

bayrağına"  adlı  iki  şerini  müstəqil  Azərbaycanın  milli  bayrağına  həsr  etmişdir.  Milli  a zadlıq  sevincinin 

tərənnümünə həsr olunmuş hər iki şeir Cü mhuriyyətin rəsmi orqanı olan "Azərbaycan" qəzetində dərc edilmişdi. 

Cəfə r  Cabbarlının şeirləri  1918-20 illərdə Azə rbaycan ədəbiyyatında istiqlal rə mzi olan  milli bayrağın vəsfinə həsr 

olunmuş onlarla silsilə şeirlərin  ən uğurlu, ən səciyyəvi nümunələrindən  idi.  Gənc  şair  "yaşıl  donlu,  al  yanaqlı,  mavi  gözlü 

sevdiyim" deyərək, eşq elan etdiyi milli bayrağın  rəng simvolikasını belə aç ıqlay ırdı: 

 

Bu göy boya gök moğoldan qalmış bir türk 

nişanı, bir türk oğlu olmalı!  

Yaşıl boya islamlığın sarsılmayan inamı, 

ürəklərə dolmalı! 

 

 

 

 

 

 

 


295 

 

Al boya da azadlığın, təməddünün gümanı, 



mədəniyyət bulmalı!  

Səkkiz guşə bu ulduz da səkkiz hərfli "Odyurdu".  

Əsarətin gecəsindən fürsət bulmuş quş 

kimi səhərlərə uçmuşdur.  

 Bu hilal da türk bilgisi, düzgün sevgi nişanı, 

yurdumuzu qucmuşdur. 

 

Gənc  şairin  bu  illərdə  ya zdığ ı  şeirlərdə  milli  a zad lıq,  Azərbaycanın  müstəqilliy i  ("Sevimli  ölkə m"),  türkləşmə k, 



islamlaşmaq və müasirləşmək, hətta turançılıq ideyaları ("Salam" ) tərənnüm edilirdi. 

Cəfə r  Cabbarlı  istiqla l  dövründə  dramaturq  kimi  də  məhsuldar  fəaliyyət  göstərmişdir.  Bakın m  erməni-daşnak  və 

bolşevik  işğalından  azad  olunması  münasibətilə  "Bakı  müharibəsi"  (1919)  ad lı  ayrıca  əsər  yazmışdır.  Əsər  tamaşaya 

qoyulmuş,  lakin  təəssüf  ki,  sonradan  itib-batmış,  bugünədək  gəlib  çatmamışdır.  "Bakı  müharibəsi"  əsəri  müəllifin 

Türkiyənin  yaxın  tarixinə,  qardaş  türk  və  Yaxın  Şərq  xalqlarının  milli  azad lıq  mübarizəsinə  həsr  etdiyi  trilogiyanın  - 

"Ədirnə fəthi" (1917), "Trab lis  müharibəsi, yaxud Ulduz" (1918) əsərlərindən sonra gələn üçüncü hissəsi olmuşdur. Həmin 

əsərlər  Cəfər  Cabbarlının  istiqlal  dövrü  dramaturgiyasının  başlıca  meyllərin i  müəyyənləşdirmək  baxımından  səciyyəvidir. 

La kin  Sovet  hakimiyyəti  illərində  bu  əsərlər  " mücərrəd  ro mantizm" in  təzahürlə ri  hesab  edilərək  yasaq  olunmuş,  təbii  ki, 

yazıçının əsərlərin in heç bir nəşrinə salın mamışdır. 

Cəfə r  Cabbarlı  A zərbaycan  dra maturgiyasının  ən  dəyərli  örnə klə rindən  olan   "Aydın"  (1919),  "Oqtay  Eloğlu" 

(1922), " Od gəlini"  (1928) və s. d ra mların da  müə llifid ir.  Bu əsərlə rdə də yazıç ının yarad ıcılığının  başlıca  möv zula rından 

olan şəxsiyyət azadlığ ı və milli azadlıq idealları tərənnü m olunur. 

Əsərləri bədii sənətkarlıq  məziyyətləri, güclü   xarakterlər,  müsbət və mənfi obrazlar silsiləsi, ro mantik, emosional, 

eyni zamanda, can lı, koloritli obrazlı dili ilə seçilir. 

 

Əsərləri: 



Əsərləri, 3 cilddə, B., 1968-69; Əsərləri, 4 cilddə, c. 1-3, 1983-84; Ədirnə fəthi, B., 1996. 

 

Əd.: 

Azərbaycan Xalq Cümhuriyy əti (ədəbiyyat, dil, mədəniyyət quruculuğu), B., 1998; Elçin, C əfər Cabbarlı: şəxsiyyəti və 

yaradıcılığı haqqında düşüncələr, B., 2000. 

 

CABB AROV    Ələ kbər  Mə mmədə li    oğlu    (3.1.1898,Ba kı  -  ?)  -  A zərbaycan  Xalq  

Cü mhuriyyəti  Parlamentinin  xüsusi  qərarına  (bax  Xaricə  təhsil  almağa  göndərilən  azərbaycanlı 



tələbələr  haqqınnda  qərar)  əsasən,  dövlət  hesabına  ali  təhsil  almaq  üçün  xaricə  göndərilmiş 

tələbələrdən biri.  1  -ci  Bakı kişi g imna-        ziyasını bitirmişdir (1919). Parla mentin 1919 il 1 sentyabr 

tarixli 

qərarına 

əsasən, 

təhsilin i 

təbiət 

elmlə ri 



sahəsi   

ndə  davam  etdirmək  üçün  Fransanın  Nansi  Universitetinə  göndərilmişdir.  Sonrakı  ta leyi  barədə 

mə lu mat  

lat aşkar olunmamışdır. 

 

CAHANGĠR ZEYNALOĞLU (?  - ?)  - tarixçi. 1924  ildə İstanbulda "Müxtəsər Azərbaycan 

tarixi  (elmi-publisistik  və  tarixi  kitab)"  əsərini  çap  etdirmişdir.  Kitabda,  Azərbaycanın  qədim 

dövrlərdən 1920  ilə qədərki tarixi əhatə olunmuşdur. Müəllif yazırdı: "...tariximizi bilmək, şanlı keçmişimizi öyrənmək və 

istiqbal  üçün  də  hazırlanmaq  özümüzə  bir  borcdur.  Biz  azəri  türkləri,  kimsəyə  təcavüz  niyyəti  bəsləmirik,  gözəl 

cümhuriyyətimizin  istiqlalını  və  milli  varlığımızı  mühafizədən  başqa  bir  amalımız  yoxdur,  yeganə  məqsədimiz  budur. 

Bunun üçün çalışmaq, qüvvətli olmaq və sürətlə Avropa siyasi təşkilatlarına daxil olaraq Avropa ideyalarını qazanmaq 

biz azərilərə bir vəzifə olmalıdır. Əks təqdirdə, istiqlaliyyətimiz qeyb və qoca bir millət məhvə məhkum olar, bax bunu hər 

bir türk bilməli və anlamalıdır". 

Bakıda  türk-müsəlman   əhalisinə  qarşı  ermənilərin  görün məmiş  cinayət  və  vəhşiliklərinin,  qarət  və  soyğunçu-

qlarının şahidi olmuş C.Zeynaloğlu daha sonra yazır: "Çar ordusuna mənsub olan alman və Avstriya cəbhələrindən otuz-

qırx  minə  qəddər  müsəlləh  erməni  əsgərləri  öz  evlərinə  qayıtmaq  üçün  Bakıya  gəlmişlərdi...  "Daşnak"  firqəsi  bu 

əsgərləri əlinə alaraq xüsusi bir proqram daxilində miintəzəm şəkildə Bakıda müsəlmanları qırdı. Bu qırğına "bolşevik-

müsavat  firqə  mübarizəsi"  adı  verildi.  Azərbaycan  istiqlalı  yolunda  ilk  qurbanlar  burada  verildi.  Daşnaklar 

bolşeviklərdən  də  istifadə  etdikləri  kimi,  ingilis  ordusunuBakıya  dəvət  edərək,  Biçeraxov,  Sentrokaspi  və  sair  türk  və 

müsəlman əleyhdarlarından növbə ilə bu qırğında istifadə etdilər. 

İrəvan  hadisəsi  seymin  5,  7,  19,  20  fevral  iclaslarında  böyük  gurultulara  səbəb  olmaqla  İrəvana  heyətlər 

göndərildi.  Bu  heyətlər  təhqiqat  apararaq  qayıtdı  və  İrəvan  vilayətində  211  türk  köyünün  təxrib  və  100  minə  qədər 

əhalinin məhv edildiyini isbat etdilər. Seym tərəfindən  müharibələr üçün 15 milyon  manat yardım təyin edildi isə də, 3 

milyonu  verildi  və  biçarələrin  ehtiyacatı  tamamilə  dəf  edilmədi.  Beləcə,  İrəvan  vilayətində  olan  müsəlman  və  türklər 

məhv edildilər və çarizm zamanında İrəvan vilayətində üç yüz min türkdən indi üç  min belə qalmamışdır". 

C.Zeynaloğlu  Azərbaycan tarixinin  dövrləşdirilmədə onun istiqlaliyyətini başlıca prinsip kimi götürür (istiqlal elan  

olunmasından  əvvəlki  dövr,  Atabəylər  dövrü,  müstəqil  Qaraqoyunlu  və  Ağqoyunlu  dövrü,  müstəqil  xanlıqlar  dövrü).

 

Kitabın  yeddinci bö lməsi "Müstəqil Cü mhuriyyət dövrü"



 

adlandırılmışdır. Həmin  bölmənin  "Rusiyada böyük çaxnaşma" adlı 

birinci  fəsli  Zaqafqaziya  seymin in  fəaliyyəti,  8  il  mart  soyqırımı,  Mavərayi-Qafqaz  Cü mhuriyyəti,  onun  hökumətin in  ləğvi 

kimi məsələ lərə həsr edilmişdir. Əsərdə Azərbaycan Cümhuriyyəti xüsusi fəsil kimi ayrıca verilmişdir. 

Əsəri: 

Müxtəsər Azərbaycan tarixi, B., 1992



.  

Əd

.:Сумбатзаде А.С.,  Азербайджанская историография  XX веков, Б.,1987. 

296 

 

CAMAL  PAġA  (1872,  İstanbul  -  iyul,  1922,  Tiflis)  Türkiyə  dövlət  və  hərbi  xadimi.  " Gənc  türklər"  inqilabının  

(1908) və "İttihad və tərəqqi" partiyasının liderlərindən 


297 

 

 



 

 

 



 

298 

 

biri.  1913  ildə  İstanbulun hərbi  qubernatoru,  1914-18  illərdə  dəniz  naziri  olmuşdur.  Ənvər  paşa  və  Tələt  paşa  ilə  birlikdə 



hakim triu mviratrın (üçlüyün) üzvü olmuşdur. 1914-17  illərdə Suriya və  Fələstindəki türk o rdularına  ko mandanlıq etmişdir. 

1918-22  illərdə  Alman iya,  İsveçrə  və  Əfqanıstanda  mühacirətdə  olmuşdur.  "Daşnaksutyun"  partiyası  uydurma  "erməni 

soyqırımı"na  görə,  Tələt  paşa  kimi  onun  da  qətlə  yetirilməsi  barədə  hökm  çıxarmışdı.  Əfqanıstandakı  səfirlikdə  müşavir 

olan Camal paşa geri qayıdarkən Tiflisdə "Daşnaksutyun" partiyasının üzvü tərəfindən qətlə yetirilmişdi. 



CAMALBƏYOV  Qasım bəy  (?-?)- A zərbaycan  milli azadlıq hərəkatının  iştirakçılarından biri,  Azərbaycan Milli 

Şurasının  üzvü.  Milli  Şuranın  "Azərbaycan  Məclisi-Məbusanının  təsisi  haqqında  qanunu  "na  (1918,  19  noyabr)  əsasən, 

Cümhuriyyət  Parlamentinin  tərkibinə  daxil  edilmişdi.  "Hümmət"  partiyasının  üzvü  idi.  Parlamentdə  sosialistlər  fraksiyasını 

təmsil edirdi. 

CAPARĠDZE  Prokofi Aprasionoviç (partiya təxəllüsü Alyoşa; 15.1.1880, Kutaisi qub.  Raça qəzasının  Şardo meti 

k. -  20.9.1918)  - Bak ı Xalq Komissarları Sovetinin (BXKS)  rəhbərlə rindən biri, da xili işlə r  ko missarı. 

1898  ildə  Rusiya  Sosial-De mokrat  Fəhlə  Part iyasının  (RSDFP) Tiflis təşkilat ına da xil o lmuşdur.  1900 

ildə  Tiflis  fəhlə lərinin  inq ilab i  hərəkat ında  fəal  iştirakına  görə  müəllimlər  institutundan  xaric  edilmiş, 

həbsə alın mış və bir il sonra Kutaisi quberniyasına sürgün olun muşdu. 1901-04  illərdə  RSDFP  Qafqa z 

İttifaq  Ko mitəsinin  və  İmereti-Minqreli  Ko mitəsinin  üzvü  idi.  Partiya  işi  aparmaq  üçün  1904  ilin 

ortalarında  Bakıya  gəlmiş,  Bakı  bolşevik  təşkilatının  rəhbərlərindən  biri,  bu  təşkilatdan  RSDFP  3-cü 

qurultayının (1905) nü mayəndəsi olmuşdur. 1906 ildə Neft Sənayesi Fəhlələri İttifaqının  idarə heyətinin 

katibi seçilmişdir.  1906-08  illərdə onun yaxından kö məyi  ilə  leqal və qeyri-leqal bolşevik qəzetləri o lan "Bakinski  raboçi", 

"Prizıv",  "Dəvət-Qoç",  "Qudok"  və  s.  nəşr  edilmişdir.  1909  ilin  oktyabrında  həbsə  alınmış,  1910  ildə  Bakıdan  sürgün 

olunmuşdur.  Caparid ze  1914  ilin  may ında  Qafqaza  qayıdaraq,  Tiflis  bolşevik  təşkilatında  işləmiş,  1915  ildə  yenidən həbs 

olunaraq  Yenisey  quberniyasına  sürgün  edilmişdir.  Oradan  Petroqrada  qaçmış  (1916,  iyul),  partiya  tapşırığı  ilə  Tiflisə 

gəlmiş, Trabzonda rus ordusu əsgərləri a rasında inqilab i iş aparmış dır. 

Caparid ze Fevral  inqilabından (1917) sonra Bakıya gəlmiş, Bakı bolşevik təşkilatın ın rəhbərlərindən biri olmuşdur. 

RSDF(b)P Bakı Ko mitəsinə və Bakı Sovetinə daxil idi. Bakı bolşevik təşkilatından RSDF(b )P 6-cı qurultayın ın nü mayəndəsi 

olmuşdur.  1917  ilin  sentyabrında  Bakı  fəhlələrinin  ü mu mi  tətilinə  rəhbərlik  edən  tətil  ko mitəsinin  sədri  id i.  Caparidze 

RSDF(b)P  Qafqaz  Ölkə  Ko mitəsinin  üzvü  seçilmiş  (1917,  oktyabr),  1917  ilin  dekabrından  Bakı  Soveti  İcraiyyə  Ko mitəsi 

sədrinin müavini, 1918 ilin yanvarından isə sədri o lmuşdur. 1918 ilin ma rtında Bakıda bolşevik-daşnak quldurları tərə findən 

türk-müsəlman  əhalisin in soyqırımı zaman ı bolşeviklərin  ali hərbi-siyasi orqan kimi yaratdığ ı İnqilabi Müdafiə Komitəsinin 

üzvü  olmuş,  müsəlman  milli  hərəkatın ın  qarşısının  alın ması  işində  fəal  ro l  oynamışdır.  1918  il  martın  31  -də  müsəlman 

nümayəndələri  İnqilabi  Müdafiə  Ko mitəsinin  ultimatu munu  qəbul  etmələrinə  baxmayaraq,  P.Caparid ze  ilə  aparılan 

damşıqlar müsbət nəticə verməmiş, hətta müsəlman heyətindən üç nəfər danışıqlardan qayıdarkən yolda güllələn mişdi. Mart 

soyqırımı  günlərində  azərbaycanlı  siyasi  və  ictimai  xad imləri  ilə  "sülh  konfransı"nda  sədrlik  edən  Caparid zenin  irəli 

sürdüyü  ultimatu m  tamamilə  A zərbaycan  milli  hərəkatına  qarşı  yönəlmişdi.  Caparidze  aprelin  2-də  Şau myana  yazırd ı  ki, 

Daşkənddən və Şimaldan bizə kö mək gəlir, artıq indi müsəlman ları sakitləşdirmək üçün onlara mu xtariyyət vəd etmək o lar. 

BXKS təşkil olunduqda (1918, apre l) Caparid ze  xa lq da xili  işlər, ə rzaq ko missarı kimi onun fəaliyyətində  mühüm 

rol oynamış, həyata keçird iyi tədbirlərin, o cü mlədən, türk-müsəlman əhaliyə qarşı soyqırımlarının  əsas təşkilatçılarından və 

rəhbərlərindən biri olmuşdur. Caparidze Ba kı ko missarları sırasında güllələn mişdir. 



 

Əd:. 

Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001.

 

 

CAVAD  QƏZAS I - A zərbaycan Xalq  Cü mhuriyyəti dövründə Bakı quberniyasında inzibati ərazi vahidi. Mərkəzi 

Salyan şəhəri id i. Rus çarı II A leksandrın (1855-81) Zaqafqaziya və Qafqaz d iyarının idarəçiliyin in dəyişdirilməsi haqqında 

1867  il  9  dekabr  tarixli  fə rmanına  əsasən,  təşkil  edilmişdi.  Bakı  quberniyasının  ən  böyük  qəzası  olmuşdur.  1870  il 

mə lu matına  görə,  əra zisi  9837,5  k v.  verst  idi.  Bu,  quberniya  əra zisinin  28,69%-n i  təşkil  edirdi.  1859-63  illər  ka me ral 

təsvirin in  yekunları  əsasında  aparılmış  hesablamaya  görə,  Cavad  qəzasında  13142  həyət,  60966  nəfər  əha li  var  idi  ki, 

onların da 33140 nəfəri kişi (54,36%), 27826 nəfəri (45,64%) qadın id i. Cavad qəzası əhalisinin sayına (13,02%) görə, Quba 

(27,81%), Şamaxı  (20,57%) və  Lənkəran  (16,92%) qəzalarından sonra dördüncü yerdə dururdu. Qafqaz təqviminin (1917) 

mə lu matına  görə,  Cavad  qəzasının  əra zisi  8396,97  k v.  verst  (1870  ilə  n isbətən  1441,5  k v.  verst  a z)  təşkil  edirdi.  Hə min 

dövrdə  qəzanın  əhalisi  162305  nəfər  olmuşdur,  onlardan  83955  nəfəri  (51,72%)  kişi,  78350  nəfəri  (48,27%)  qadın   idi. 

Qəzan ın  əhalisi  əvvəlki  dövrə  nisbətən  101339  nəfə r  və  ya  2,66  dəfə  art mışdı.  Qə za  idarə  sistemi  mövcud  idi.  Əha lin in 

qədimdən bəri əsas məşğuliyyəti əkinçilik,  maldarlıq və balıqçılıq idi.  Cavad qəzasında çar üsul-idarəsinə qarşı çıxışla r baş 

vermişdi.  Bolşeviklər  Bakıda  hakimiyyəti  ələ  aldıqdan  sonra  qəzalarda  da  möhkəmlən məyə  çalışırd ılar.  Bakı  quberniya 

ko missarı Məşədi Əzizbəyov başda olmaqla, Qırmızı ordunun 240 nəfərlik dəstəsi Bakıdan Salyana gəlmiş və 1918 il aprelin 

21-də Sa lyanda sovet hakimiyyəti qurmuşdu. Aprelin sonlarında sovet hakimiyy əti hərbi qüv- 

 

 


299 

 

 



 

 

 



 

 

 



300 

 

 



 

 

 



 

 

 



 

301 

 

vənin tətbiqi ilə  bütün qəzaya yayılmışdı. Bakıda sovet hakimiyyətinin süqutu ilə qə zala rda da onun taleyi həll olundu. Ba kı 



türk-Azərbaycan  qüvvələri  tərəfindən  azad  ed ild ikdən  sonra  (1918,  15  sentyabr)  Bakı  quberniyasının  qəzalarında,  o 

cümlədən Cavad qəzasında  Cü mhuriyyət hakimiyyəti bərqərar ed ild i.  Höku mətin  1919  il  28 aprel tarixli qərarı  ilə  Cavad 

qəzası bölgəsində İranla  sərhədi qorumaq  üçün 200 nəfə rlik mühafizə dəstəsi yaratmaqdan ötrü 20 milyonluq fonddan daxili 

işlər nazirliy inin sərəncamına 602.400 manat vəsait ayrılmışdı. 



Aprel işğalından (1920) sonra Azərbaycan SSR yaradıldıqda Cavad qəzası da yenidən sovetləşdirild i. A zərbaycan 

SSR-in rayonlaşdırılması za manı (1929) Cavad (Salyan) qəzası ləğv edildi. 



 

Əd.: Aзepбaйджанская Демократиская    Pecnублика  (1918-1920),  Законодательные  акты  (сборник  документов), 

Б., 1998;  Novruzlu Ə., Cavad bölgəsinin (Sabirabadın) tarixi, B., 1994. 



 

CAVADZADƏ Seyid Cəfər Seyid Cavad oğlu - İranda, xüsusilə Cənubi A zərbaycanda inqilab i hərəkatın  görkəmli 

xadimlərindən biri, publisist (ba x Pişəvəri). 



CAVANġĠR BEHBUD XAN Azad oğlu (1886, keçmiş Tərtər nahiyəsinin (indiki Tərtər rayonu) Azad Qaraqoyunlu 

k.  -  1921,  İstanbul)  -  Azərbaycan  Xalq  Cü mhuriyyətin  dövlət  və  ictima i  xadimi.  A lmaniyada  və 

İngiltərədə  təhsil  almışdır.  1912  ildə  Frayberqdə  (Almaniya)  Dağ-Mədən  Akademiyasını  bitirmiş, 

neft  emalı  müəssisələrində  baş  mühəndis  işləmişdir.  "Rusiya  texnika  cəmiyyətinin" üzvü  idi.  Elmi 

fəaliyyətlə  də  məşğul  olmuşdur.  "Müs əlman  Xeyriyyə  Cə miyyəti"-nin  rəhbərlərindən  biri  id i. 

Müsəlman  Milli  Şurası  Müvəqqəti  İcraiyyə  Komitəsinin  üzvlərindən  o lmuşdur  (1917).  1918  il 

Bakıda mart soyqırımı zaman ı barışıq ko mitəsində iştirak etmişdir. 1918 ilin iyun-dekabr ay larında 

Azərbaycan Xalq Cü mhuriyyəti Höku mət ində daxili  işlər na ziri olmuş, 1918  ilin oktyabrından is ə, 

eyni  za manda,  t icarət   və  sənaye  naziri  və zifəsini  icra   et mişdir.  Azə rbaycan  Milli  Şurasının  

"Azərbaycan  Məclisi-Məbusanının  təsisi  haqqında  qanunu"na  (1918,19  noyabr)  əsasən, 

Cü mhuriyyət  Parlamentinə  seçilmiş,  bitərəflər  fraksiyasının  üzvü  olmuşdur.  1919  ildə  "Dəyanət" 

ticarət birliyin in təsis olunmasında ya xından iştira k et mişdir. Alman,  ingilis,  fransız, rus və gürcü 

dillərini  mü kə mməl  bilirdi.  Aprel  işğalından  (1920)  sonra  neft  sənayesində  çalışmışdır.  Avadanlıq  almaq  üçün  İstanbula 

göndərilən  Behbud  xan  orada  "Pera  Palas"  otelin in  qarşısında  erməni  terrorçusu  Toplaqyan  tərəfindən  odlu  silahla 

yaralan mış.  xəstə xanada  vəfat  et mişdir.  Ölü m  ayağında  " mənim  şə xsi  düşmənim  yo xdur.  Məni  ermənilər  vura  b ilə r" 

demişdir. 

Əd:.  A zərbaycan  tarixi,  7  cilddə,  c.5,  B.,  2001;  Nəsibzadə  N.,  A zərbaycan  Demokratik  Respublikası,  B.,  1990;  

Балаев  А.,  Азербайджанское  национально  –   демократическое  движение  1917-1920  гг.,  Б.,1990;  Агамалиева  Н., 

Худиев  Р.,  Азербайджанская  Республика  –  страницы  политической  истории  1918-1920  rr.,  Б.,  1994;  Qasımov  M., 

Behbud xan Cavanşir necə öldürüldü? - " Yeni Müsavat", 1997, 20 may. 



CAVANġ ĠR Əbdülhəmid Həmid oğlu (7.9.1897, Şuşa - ?) - Azərbaycan Xalq Cü mhuriyyəti 

Parlamentinin  xüsusi  qərarı  (bax  Xaricə  təhsil  almağa  göndərilən  azərbaycanlı  tələbələr  haqqında 



qərar) ilə  dövlət hesabına ali təhsil almaq üçün xa ricə  göndərilmiş tələbə lərdən biri. Ye lizavetpol kişi 

gimnaziyasını  bitirmişdir  (1918).  Parlamentin  1919  il  1  sentyabr  tarixli  qərarına  əsasən,  təhsilin i 

aqronomluq  sahəsində  davam  etdirmək  üçün  Fransanın  Nansi  Universitetinə  göndərilmişdir. 

Azərbaycanda Sovet hakimiyyəti quru lduqdan  sonra xa ricdə  dövlət hesabına təhsil alan a zərbaycanlı 

tələbələrın  vəziyyətini  öyrənən  Azərbaycanlı  Tələbələr  İttifaqının  1923-25  illə r  üçün  mə lu matında 

təhsilini başa vurmasına 1 il qald ığı göstərilirdi. Sonrakı ta leyi barədə məlu mat aşkar olun ma mışdır. 



Yüklə 19,75 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin