Xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu



Yüklə 19,75 Mb.
Pdf görüntüsü
səhifə48/80
tarix31.01.2017
ölçüsü19,75 Mb.
#7086
1   ...   44   45   46   47   48   49   50   51   ...   80

CAVANġ ĠR  QƏZAS I  -  Azərbaycan  Xalq   Cü mhuriyyəti  dövründə  Yelizavetpol  (Gəncə) 

quberniyası tərkibində inzibati ərazi vahidi. 1873 il qanununa əsasən təşkil edilmişdi. Mərkəzi Tərtər 

məntəqəsi id i.  Qə za  idarə sistemi  mövcud idi. Qa fqaz təqvimin in (1917)  mə lu matına əsasən, ərazisi 

4654,06 k v.verst, əhalisi 75730 nəfər id i; onlardan 1476 nəfəri kişi (54,79%), 34234 nəfə ri qadın (45,20%) li. Əhali, əsasən, 

əkinçilik, bağçılıq, ipəkçilik və maldarlıqla məşğul olurdu. Qəzada çar idarə üsuluna və sosial ədalətsizliyə qarşı çıxış lar baş 

vermişdi.  Çarizmin   devrilməsindən  sonra  ermənilər  qəzada  möh kəmlən məyə  və  azərbaycanlılara  qarşı  soyqırımına 

başlamaq  məqsədilə  tədbirlər  görməyə  başlamışdılar.  A zərbaycan  Fövqəladə  Təhqiqat  komissiyasının  üzvü 

N.M.M ixay lovun ermənilərin törətdikləri talanla rdan və digər zorakılıq hərəkət lərindən zərər çə kmiş müsəlman kəndlə rin in 

yoxlanılması  haqqında  məruzəsində  Cavanşir  qəzasına  geniş  yer  ay ırmışdır.  Onun  yazdığına  görə,  "Rusiyanın  apardığı 

hərbi  əməliyyatların  başa  çatmasından  xeyli  əvvəl  erməni  millətindən  olan  əsgərlər  böyük  dəstələrlə  cəbhədən  öz 

kəndlərinə qaçır və buraya cəbbəxanadan oğurladıqları çoxlu tüfəng, pulemyot və hər cür hərbi sursat gətirirdilər. Belə 

cinayətkar əməllərə bir tərəfdən, yerli erməni ziyalıları və erməni kənd icmaları, digər tərəfdən, Rusiya polis idarəsinin 

fəaliyyətsizliyi və hətta fürsət verməsi  səbəb olmuşdur... Rusiyada dövlət çevrilişi baş verdiyi andan erməni kəndlərinə, 

demək olar, açıq şəkildə silah və hərbi sursat gətirilməsi halları artdı və o vaxtdan etibarən ermənilər açıq düşmənçilik 

münasibətləri  və  zorakılıq  hərəkətləri  göstərməyə  başladılar".  Erməni  silahlı  dəstələri  1917  ilin  dekabrından  Kolan ı  və 

digər  qonşu  kənd  icma larına  qarşı  basqınlara  başlayır,  dağ  və  aran  kəndlərinin  ə laqəsini  kəsməyə  ça lışırdılar.  Ermənilər 

1918 ilin  yaz və yay ayla rında Tə rtər su hövzəsi çayla rını bəndə salaraq, istiqa mətin i dəyişdirir, a zə rbaycanlıların ə kin lərinə 

zərə r  vurmağa  cəhd  göstərirdilə r.  Ermənilərin  qəddarlığ ı  və  düşmənçilik  hərəkətlə ri  nəticəsində  qəzanın  təkcə  dağətəyi 

hissəsinin müsəlmanlarına qarşı ən azı onlarla milyon manat ziyan vurulmuşdu. 

 

 



302 

 

Azərbaycan Xa lq  Cü mhuriyyəti quru lduqdan sonra burada hakimiyyətini  möhkə mləndirməyə  xüsusi fikir verird i. 



Höku mətin  1918  il  23  iyun  tarixli  qərarı  ilə  əhali  arasında  yayılan  xəstəliy in  xarakterinin  dəqiq  müəyyənləşdirilməsi  və 

bununla  əlaqədar  digər  məsələlə rin  həlli  üçün  qəzaya   tibb  işçilə ri  göndərilmişdi.  Ermən i  təcavüzünün  art ması  nə zərə  

alınaraq,  1919  il  13  yanvar  tarixli  qərarla  qəza  Şuşa,  Cəbrayıl  və  Zəngəzur  qəzaları  ilə  birgə  müvəqqəti  general-

qubernatorluqda  birləşdirilmişdi.  Azə rbaycan  Xalq  Cümhuriyyəti  Höku mətin in  ciddi  səyləri  nəticəsində  qəzanı  erməni 

işğalından  qorumaq  mü mkün  oldu.  Cü mhuriyyətin  süqutundan  sonra  Qarabağda,  o  cümlədən  Cavanşir  qəzasında 

sovetləşməyə qarşı üsyanlar baş verdi. Bu üsyanlar 11  -ci  Qırmızı ordu tərəfindən a mansızlıq la yatırıldı, sovetləşmə həyata 

keçirildi. Respublikan ın rayonlaşdırılması ilə əlaqədar Cavanşir qəzası 1929 ildə ləğv edildi. 

 

Əd:

 

Aзepбaйджанская  Демократиская    Pecnублика  (1918-1920),  Законодательные  акты  (сборник  документов),  Б.,  1998;  



Paşayev A., Açılmamış səhifələrin izi ilə, B., 2001; Vəlixanlı N.,31 mart - azərbaycanlıların soyqırımı günüdür, "İpək yolu" jurnalı, 1998, 

№2; Azerbaycan belgelerinde ermeni sorunu (1918-1920), Ankara, 2001. 



 

CAVĠD,  Hüseyn  Cavid  (Hüseyn  Abdulla  oğlu   Rasizadə;  24.10.1882,  Naxçıvan  -  5.12.1941,  Rusiya,  İrkutsk 

vilayəti) - şair, d ra maturq (ba x Hüseyn Cavid). 



CEYMS  REY  (?-? )- A me rika  Birləş miş Ştatla rı (A BŞ) ordusunun polkovniki. Antanta dövlətlərin in  Ermənistana 

ali ko missar təyin etdiyi Ame rika polkovniki V.Has kelin müavin i o lmuşdur. 1919 ilin  oktyabrında Haske l Parisə çağırıldıqda, 

onu əvəz edən Ceyms Rey Naxçıvanda və Şərur-Də rələyə zdə neytral  zona məsələsini  mü za kirə et mə k üçün Bakıya gələrə k, 

Azərbaycan  Xa lq  Cü mhuriyyəti  Höku mət i  ilə   danışıqlar  aparmış,  o ktyabrın  24-də  V.Haskelin   Na xç ıvanda  neytral  zona 

yaratmaq  barədə  bəyanatını  Müsəlman  Milli  Şurası  qarşısında  elan  et mişdir.  Bəyanata  əsasən,  Şərur  və  Na xçıvanda 

Amerika  qubernatorluğu  yaradılması,  polkovnik  Ed mund  Dellin in  qubernator  təyin  edilməsi  haqqında  iki  bənddən  ibarət 

sərəncam  imzala mış,  lakin  Milli  Şuran ın  və  Na xç ıvan  əhalisinin  təkidilə  qərarını  dəyişdirərə k,  polkovnik  De llin in 

Naxçıvanda general-qubernator deyil, Amerika ali ko missarının nümayəndəsi kimi qalmasına razılıq vermişdir.  Cey ms Rey 

Naxçıvana səfərində neytral zona üçün nəzərdə tutulan bu ərazin i Azərbaycandan ayırmağın mümkün olmadığını anlamışdır. 

1919 il noyabrın  23-də A zərbaycanla  Ermənistan arasında bağlanmış sazişi ABŞ tərə findən tə minatçı  kimi  Cey ms  Rey də 

imzalamışdır. Sazişin 3-cü bəndinə görə, tərəflər hər hansı bir  məsələni dinc yo lla həll edə bilmədikdə neytral şəxslərdən 

ibarət  münsiflə r  məh kə məsinin qərarını özləri üçün  məcburi hesab etməli  idilər. Sa zişdə belə neytral şəxsin  Cey ms olduğu 

göstərilird i. 

Cey ms  Rey,  hə mçin in  Harbord  missiyasının  Azərbaycan  üzrə  müvə kkili  olmuşdur.  Pa ris  sülh  konfransındakı 

Azərbaycan nümayəndələri Ceyms Reylə görüşüb, ona lazımi materia llar təqdim et mişdilər. 

 

Əd: 

Həsənov C, Azərbaycan beynəlxalq münasib ətlər sistemində (1918-1920-ci illər), B., 1993.

 

 

CƏBĠYEV  Həbib Pircan oğlu (1899,  Bakı yaxın lığ ındakı Balaxanı  k.  -  1938)  - siyasi və dövlət  xadimi, publisist. 

1915 ildə  inqilab ı hərəkata qoşulmuşdur. 1918  ildə "Hümmət"in üzvü olmuş, Ba la xan ı təşkilatın ın katib i seçilmişdir.  Bakı, 

Gəncə,  Şa mxo r  (Şə mkir),  Tovuz  və   Qa za xda   inqilab i  iş  aparmışdır.  Azə rbaycan  Ko mmunis t  (bolşeviklər)  Part iyası 

(AK(b)P)  1-c i  qura ltayının  (1920,  fevral)  nü mayəndəsi  olmuşdur.  11-c i  Qırmızı  o rdunu  qarşılamaq  üçün  bolşeviklər 

tərəfindən  Dərbəndə  göndərilmiş,  1920  ilin  aprelində  müdaxiləçilərlə  birlikdə  "III  internasional"  zirehli  qatarında  Ba kıya 

gəlmiş,  bolşevik  müda xiləç ilərinə  qarşı  Gəncə  üsyanının  (1920)  yatırılmasında  fəa l  iştirak  et mişdir.  Cəbiyev  AK(b)P 

daxilindəki  ixt ila fla rda  Nəriman   Nə rimanova  qarşı  duran  qrupun  ü zvü  id i.  1922-23  illə rdə  Moskvada  "Qızıl  Şərq" 

jurnalının,  1923-27,  1929-30  illərdə  " Ko mmunist"  qəzetinin   redaktoru   olmuşdur.  1927-29  illərdə  AK(b)P  MK-nın   şöbə 

müdiri  işləmiş,  1930  ildən  SSRİ  ko lxo z  mərkəzinin  sədr  müavin i,  SSRİ  Xalq  Yey inti  Sənayesi  Ko missarlığ ı  siyasi 

idarəsinin rəis müavin i o lmuşdur. Ko mmun ist İnternasionalının 5-c i konqresinin, part iyanın 16-cı qurultayın ın nü mayəndəsi 

seçilmişdi. Repressiyaya məru z qalmışdır. 

 

Əd:. 

Azərbaycan tarixi, 7 cilddə, c.5-6, B., 2000-2001; Hüseynov A.Ə., Həbib Cəbiyev, B., 1975



 

CƏBRAYIL  QƏZAS I  -  Azərbaycan  Xalq  Cü mhuriyyəti  dövründə  Yelizavetpol  (Gəncə)  quberniyası  tərkibində 

inzibati ə ra zi vahidi. 1873 il qanununa əsasən təşkil ed ilmişdi. Mərkəzi eyni adlı yaşayış məntəqəsi id i. 19 əsrin əvvəllərində 

Rusiyanın  Azərbaycana  qarşı  işğalçılıq  müharibəsində  vuruşmuş  rus  zabitlərindən  P.M.Karyaginin  (1761-1807)  ad ı  ilə 

Karyagin qəzası (1905) adlandırılmışdı.  Qəza idarə sistemi mövcud idi. Qafqa z təqvimin in (1917)  mə lu matına görə, əra zisi 

3276,31 k v. verst  (1 verst=1,0668 k m), əhalisi isə 89584 nəfə r idi. Qə za əha lisin in 44493 nəfə ri (49,66%) kişi, 45091 nəfə ri 

(50,33%) qadın idi. Əhali, əsasən, əkinçilik, bağçılıq, ipəkçilik və maldarlıqla məşğul olurdu. Qəzada çar idarəçilik rejiminə 

və sosial ədalətsizliyə qarşı  kəndli ç ıxışla rı baş vermişdi. Azərbaycan Xalq  Cümhuriyyəti qurulduqdan az sonra, Hökumətin 

1918  il  30  iyul tarixli qərarı  ilə qə zanın əvvəlki adı bərpa edilmişdi. 1919  il 13 yanvar tarixli qərar əsasında Cavanşir, Şuşa 

və  Zəngəzur  qəzala rı  ilə  birlikdə  müvəqqəti  general-qubernatorluqda  birləşdirilmişdi.  A zərbaycan  Xalq  Cü mhuriyyəti 

Höku mətin in  və  yerli  idarə  orqanlarının  tədbirlərinə  baxmayaraq,  erməni-daşnak  silahlı  dəstələri  qəzanın  yerli  türk-

müsəlman əhalisinə qarşı soyqırımları törətməyə can atırdılar.  

 

 



 

 

 



 

303 

 

 



1918  il  dekabrın  ilk  günlərində  ermənilər  qəzanın  azərbaycanlı  əhalisinə  qarşı  silahlı  qətllərə  başlamışdılar.  Ermən ilərin 

azərbaycanlılar  üzə rinə  basqınları  və  soyqı-rımla rı  1919-20  illərdə  də  davam  et mişdi.  A zərbaycan  Fövqəladə  Təhqiqat 

Ko missiyasının  üzvü  N.M.Mixay lovun  erməni  talan larından  və  digər  zorakılıq   hərəkətlərindən  zərər  çəkmiş  müsəlman 

kəndlərinin  yo xlanılması  haqqında  məruzəsində  Cəbrayıl  qəzası  ü zrə  də  ətraflı  mə lu mat  verilir.  Burada  ermənilərin 

müsəlmanlara qarşı törətdikləri cinayətlərin yalnız bir qis mi - adbaad 17 ciddi fakt göstərilir.  Həmin faktlardan ermən ilərin 

azərbaycanlı  kəndlərini  viran  qoyması,  əhalisini  vəhşicəsinə  qırması,  ma l-mü lkünü  qarət  etməsi  aydın  olu r.  Ermən ilərin 

bütün cəhdlərinə baxmayaraq, A zərbaycan Xalq Cü mhuriyyəti Höku məti Qarabağda erməni təcavüzünün qarşısını ala bildi. 

Respublikanın rayonlaşdırılması ilə əlaqədar Cəbray ıl qəzası 1929 ildə ləğv edildi. 



 

Əd.: 

Aзepбaйджанская  Демократиская    Pecnублика  (1918-1920),  Законодательные  акты  (сборник  документов),  Б.,  1998; 

Paşayev A., Açılmamış səhifələrin izi ilə, B., 2001; Vəlixanlı N., 31 mart - azərbaycanlıların soyqırımı günüdür, "İpək yolu" jurnalı, 1998, 

№ 2; Azerbaycan bölgelerinde ermeni sorunu (1918-1920), Ankara, 2001. 



 

CƏBRAYIL  QƏZASI  BARƏDƏ  QƏRAR  -  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Hö ku mətinin  tarixi  adların  bərpa 

olunması haqqında qəbul etdiy i qərarlardan biri. 1918  il  30  iyul tarixli qərarla A zərbaycana qarşı  işğalçılıq  müharibəsinin 

iştirakçısı rus generalı P.M.Karyaginin adını daşıyan qəzanın tarixi ad ı bərpa olunaraq Cəbrayıl qəzası adlandırılmışdır. 

CƏBRAYILBƏYLĠ  Cəmo  Adil  oğlu  (29.1.1887,  Şamaxı  -  30.7.1965,  Şamaxı  rayonunun  Çu xuryurd  k.)  - 

maarifçi, pedaqoq, metodist, publisist, yazıçı, şair. Şamaxı  şəhər  məktəbin i bitirmişdir (1901).  1908 

ildən pedaqoji  fəaliytə başla mış,  Şa ma xı (1908-14) və  Bakı  (1914  ildən)  məktəblə rində  müə llimlik 

etmişdir.  Cəbrayılbəyli  və  Zülfüqar  bəy  Hacıbəyli  Şamaxıda  "Nicat"  maarif  cəmiyyətinin  şöbəsini 

açmaq məqsədilə 1915 ilin yayında Üzey ir bəy Hacıbəylinin  "Arşın mal alan" musiqili ko med iyasını 

tamaşaya qoymuşlar Bakı  mətbuatında, əsasən, "Məktəb" jurnalında uşaq pyesləri, hekayələr,şeirlər 

dərc  etdirmişdir.  Ağalı  bəy  Naseh,  Mirzə  

Ələkbər Sabir və Abbas Səhhətlə yaxın dost 

olmuşdur. 

"Cəmo" 


imzasıyla 

şeirlər 


yazmışdır  (A zərbaycan  Respublikasın ın 

hazırkı h imn inin mətnin in müəllifinin Cəmo  

Cəbrayılbəyliyə  mə xsus  olması  fikri  də  var;  belə  ki,  1919  ildə  

Bakıda  dərc  ed ilən  "Milli  nəğmələr"  kitabındakı  " Vətən  marşı"  

şerinin  mətni  indiki  himnin  sözləri  ilə  eynidir.  Şerin  sonunda  isə 

"Cə mo bəy" imzası qeyd olun muşdur). Cəbrayılbəyli 1922 ildə orta  

mə ktəb  müəllimləri  ha zırlayan  a li  pedaqoji  kursları  bit irmiş, 

"Zükur" darülmüəlliminə (pedaqoji texn iku muna) müəllim, sonralar 

dərs hissə müdiri təyin edilmişdir (1922-31). 1931  ildə Azərbaycan 

Pedaqoji  İnstitutuun  biologiya  fakültəsini  bitirmiş,  1932-37  illərdə 

Sənaye  Akademiyasında  (Bakı),  Bakı  Müəllimləri  Tə kmilləşdirmə  

İnstitutunda, 

1938-64 

illərdə 


A zərbaycan 

Elmi-Tədqiqat 

İnstitutunda işləmişdir. 1942  ildə namizədlik d issertasiyası müdafiə 

edərək, pedaqoji elmlər na mizədi, dosent adı almış, elə  hə min  il Azə rbaycanın əmə kdar  müə llimi adına  layiq görülmüşdür. 

Cəbrayılbəyli Azərbaycanda pedaqoji kadrların hazırlan masına və tərbiyə olunmasına böyük əmək sərf et mişdir.  O, b ir sıra  

dərsliklərin  ("Təbiətə  ilk  addım",  Mü xtəsər  nəbatat",  "Heyvanat  dərsləri"  və  s.),  30-dan  ço x  e lmi-metodik  kitab  və 

kitabçanın  müəllifid ir.  "Şərəf  nişanı"  ordeni  və  bir  ço x  medallarla  təltif  edilmişdir.  1964  ildə  fərdi  təqaüdə  çıxmışdır. 

Şamaxıda "Şahixəndan" qəbiristanlığında M.Ə.Sabirin qəbri yanında dəfn edilmişdir. 

 

Əsərləri: 



Botanikanın tədrisi haqqında, B., 1955; Xatirələrim, B., 966; Təbiət haqqında hekayələr, B„ 1972.

 

 



CƏFƏROV  Əliyusif Abutalıb oğlu (14.1.1901,  Bakı - ?) Azərbaycan Xalq Cümhuriyyəti 

Parlamentinin xüsusi qərarı (bax Xaricə Təhsil almağa göndərilən azərbaycanlı tələbələr haqqında 



qərar)  ilə  dövlət hesabına  ali  təhsil  almaq  üçün  xaricə  göndərilmiş  tələbələrdən biri.  Bbakı  kişi 

gimnaziyasını bitirmişdir  1919).Parlamentin  1919  il  1 sentyabr tarixli qərarına əsasən, təhsilin i 

fizika  –  riya ziyyat  sahəsində  davam  etdirmə k  üçünTürkiyəyə  göndərilmişdir.  Sonra kı  ta leyi 

barədə mə lu mat aşkar o lunma mışdır.  



 

 

 

 

 

 

 

CƏ FƏROV (C ə  f ə  r  z a  d ə ) Mə mməd  Yusif Hac ıbaba (14.3.1885,  Bakı-  

15.5.1938,  Bakı,  Şağan  k.)-A zərbaycan  Xalq  Cü mhuriyyətinin  banilərindən  biri;  Cü mhuriyyət 

Parla mentinin sədr müavin i (2.2.1920  - 27.4.1920).  Bakı  kişi gimna ziyasını (1907) və Moskva 

Dövlət  Un iversitetinin  hüquq  fakültəsini  (1912)  fərq lən mə  dip lo mu  ilə  b itirmişdir.  Təhsil 

illərində Moskvada oxuyan azərbaycanlı tə ləbələrin yaratdığı "Azə rbaycan etnoqrafik konsert gecələri‖n in və "Azərbaycan 

həmyerlilər təşkilatı"nın üzvü, sonralar isə rəhbərlərindən biri olmuşdur. 

 

 

 



 

 


304 

 

 



 

Ali  təhsilini  başa  vurandan  sonra  Bakıya  qayıdaraq,  məhkə mədə   andlı  hakim  kö məkç isi 

vəzifəsində çalışmışdır. Hüquqşünas kimi ş əhər əhalisinin  hörmətin i qa zanan 27 yaşlı Mə mməd  Yusif 

1912  ildə  Bakı,  Ye lizavetpol  (Gəncə)  və  İrəvan  quberniyalarının  müsəlman   əhalisi  tərəfindən  4-cü 

Dövlət dumasına deputat seçilmişdir.  O, 4-cü  Dövlət dumasında  Cənubi  Qafqazdan yeganə  müsəlman 

deputat idi.  

 

 

 



 

 

 



 

M.Cəfə rov 

1912-17 

illərdə   Sankt-Peterburqda  fəaliyyət  göstərən  4-cü  Dövlət  du masının  5-ci  bölməsinin,  Müsəlman 

fraksiyasının, büdcə, köçürmə, sorğu, məhkəmə  islahatı, hərbi və dəniz  işləri üzrə ko missiyaların ın üzvü 

seçilmişdi.  O,  dumada  Rusiya  baş  nazirin in  hesabatı,  gömrük  departamentinin  xərcləmə  dərəcəsi, 

köçürmə  idarəsi  ü zrə  xərclərin  smetasına  dair  büdcə  komissiyasının  hesabatı,  1913  ildə  Cənubi 

Qafqazın  bəzi yerlərində məhsulsuz qalmış əhaliyə kö mək tədbirləri, müharibə və s. məsələlərin mü zakirəsi zamanı çıxışlar 

etmiş,  çar  hökumətinin  müstəmləkəçilik  siyasətini,  Cənubi  Qafqaz  əhalisinə,  xüsusən  müsəlman ların  maariflən məsinə 

laqeyd  münasibət  göstərildiy ini,  hüquqların ın  məhdudlaşdırıld ığın ı,  milli  məktəblərin  bağlandığ ını  tənqid  etmiş  və 

kazarmaya çevrilmiş məscid lərin qaytarılmasını Müsəlman fraksiyası adından tələb etmişdir.  

 

 



 

 

Çarizmin  köçürmə siyasətinə öz mənfi  münasibətini bildirən M.Cəfərov, bunun "yerli ünsürü sıxışdırmaq yolu "ilə 



ucqarlarda  rus  ünsürünü  gücləndirmə k"  məqsədi  daşıdığın ı  gös tərirdi.  Köçürmə   nəticəsində  ən  ya xşı  torpaqların   yerli 

əhalidən  alınıb  gəlmə  əhaliyə  verilməsini,  yerli  əhalin in  yaşamaq  imkan larının  əlindən  alın masını  M.Cəfərov  ―dövlət  işi 

yox", yerli əhaliyə qarşı yönəldilmiş "dövlət bəlası‖ hesab edirdi. 

M. Cə fərov San kt-Peterburqda olduğu dövrdə Lənkəran balıqçıla rı, Şa ma xı  müə llimlə ri,  müsəlman  ruhanilə ri ona 

bir deputat kimi müraciət  etmişlər. O, əhalinin irə li sürdüyü məsələri həll et mək üçün bir sıra  dövlət idarə ləri və nazirliklə rlə  

əlaqə  saxlamış,  onların  həllinə  çalış mışdır.  Fevral  inqilabını  (1917)  rəğbətlə  qarşılayan  M.Cəfərov  1917  ilin  martın  9-da 

Müvəqqəti hökumətin göstərişi  ilə  4-cü Dövlət du masının üzv lərindən yaradılan Xüsusi Zaqafqaziya Komitəsinin tərkib inə 

daxil id i.  Hə min ko mitədə ona sənaye və ticarət işlərinə rəhbərlik tapşırılmışdı.  Bu ko mitə ―Müvəqqəti hökumət tərəfindən 

1917 il martın 6-da bütün xalqa elan olun muş prinsiplər əsasında Zaqafqaziya diyarında möhkəm qayda yaratmalı və diyarda 

hakimiyyət orqanını təşkil et məli id i". 

M. Cəfə rov Fevra l inqilabı nəticəsində əldə  olun muş azadlığ ı müdafıə et mə k, qoruyub saxla maq  üçün bütün s əyləri 

birləşdirməyə çağırırdı: "Bu azad lığ ı əlinizdən verməyin onu əlinizdə  möhkəm saxlayın, iç işləri barədə isə sonra danışarıq‖. 

Çarizmin devrilməsi ərəfəsində fəaliyyət göstərmiş 4-cü Du ma tribunasından istifadə edən M.Cəfərov öz səsini mü xalifətin 

səsinə  qoşaraq  "mərkə zləşdirilmiş  bürokratik  me xanizmin  Rusiyanın  özgə  xa lqla rın ın  milli  hisslərin i"  təhqir  etdiyini  ta m 

açıqlığı ilə bildirmişdi.    

 

 



 

 

 



 

 

 



 

 

M.Cəfə rov  1917  il  aprelin  15-20-də  Qa fqaz  müsəlmanla rın ın  Bakıda  keçirilən  qurultayında  ç ıxış  et miş, 



müsəlman ları  birliyə  çağırmışdır.  Həmin  il  noyabrın  15-də  Tiflisdə  yaradılan  Zaqafqaziya  Ko missarlığında  M.Cəfərov 

ticarət və sənaye komissarı vəzifəsini tutmuşdu.  

 

 

 



 

 

 



 

 

M.  Cəfə rov 1918  il fevra lın  23-dən Tiflisdə işə başlayan Zaqafqaziya seyminin Müs əlman  fra ksiyasının üzvü, bu 



fraksiyanın  ü mu mi  rəyasət  heyətinin  sədr  müavini  idi.  O,  seymin  və  Müsəlman  fraksiyasının  iclaslarında  dəfələrlə  çıxış 

edərək,  Cənubi  Qafqa z  xalq larını  dostluğa,  ədavəti  aradan  qaldırmağa,  ə ldə  edilmiş  azad lığ ı  qoru mağa  çağırmış,Türkiyə 

dövləti ilə danışıqlara başlamağı və sülh sazişi bağlamağı təklif etmişdir. 

1918  il  may m  27-də  Müsəlman  fra ksiyasının  fövqəladə  ic lasında  Məhəmməd  Əmin  Rəsulzadənin  sədrliyi  ilə  

yaradılan Müvəqqəti Milli Şuranın İcraiyyə Ko mitəsinin tərkibində M.Cəfərov da seçilmişdi. 

M.Cəfə rov  Azə rbaycan  Milli  Şu rasının  1918  il  may ın  28  –dəki  ic lasında  qəbul  etdiyi  İstiqlal  bəyannaməsini 

imzayanlardan  biri  olmuşdur.  Hə min  iclasda  Fətəli  xan  Xoyskinin  təşkil  etdiy i  ilk  Azə rbaycan  Höku mətinin  tərkibində 

M.Cəfə rov    t icarət  və  sənaye  naziri  vəzifəsin i  tut muşdur.Hə min  il  iyunun  17-də  bu  Hö ku mət  istefa  verd ikdən  sonra, 



M.Cəfərov  Azə rbaycan  Xalq  Cü mhuriyyətinin  Gü rcüstan  Respublikasında  diplomat ik  nu mayəndəsi  olmuşdur  (1918  il 

iyunun axırla rından 1919  il  mart ın ortalarına  kimi).  O, bu vəzifədə Azərbaycan və Gü rcüstan hökumətlə ri a rasında dostluq 

əlaqələrinin  yaradılmasında,  keçmiş  Zaqafqaziya  Demo kratik  Federativ  Respublikasının  əmlakın ın  bölüşdürülməsində, 

Gü rcüstan  və  Dağlılar  respublikaları  nü mayəndələrinin  Tiflisdə  keçirilmiş  konfransında  yaxından  iştirak  etmiş  və 

Azərbaycanla Gürcüstan arasında əlavə müvəqqəti kağ ız bura xılması haqqında müqaviləni imzala mışdır.   

 

 



1919 il  ma rtın 14-də Nəsib bəy Yusifbəylinin təşkil etdiyi  4 –cü hökumətdə M.Cəfə rov  xaric i işlə r naziri və zifəsini 

tutmuş,  bu  vəzifədə  1919  il  dekabrın  22-ə  qədər  çalışmışdır.  M.Cəfərov  bir  dip lo mat  kimi  A zərbaycan  Respublikasın ın 

mənafey ini müdafiə et mişdir. Bu onun imza ladığı Gürcüstan və Azərbaycan respublikala rı arasında hərbi-müdafiə sahəsində  

əməkdaşlıq  haqqında  müqavilədə,  Ermən istan, Gürcüstan və Azərbaycan respublikaları arasında sazişdə, azərbaycanlılara 

qarşı  soyqırımı  və  ayrı-seçkilik  siyasəti  əleyhinə  Ermən istan  xarici  işlər  nazirliyinə,  müsəlman  əhalisinin  mənafeyinin, 

əmlakın ın  müdafiə  edilməsi  Azərbaycanın  ərazi  bütövlüyünün  qorunması  barədə  B.  Britaniyanın   Cənubi  Qafqazdakı  və 

Bakıdakı qoşunların ın ko mandanlıqlarına göndərdiyi notalarda və s. aydın əksin i tapmışdır. 

M. Cə fərovun sərəncamı  ilə çar  Rusiyasının Cənubi Qa fqazda siyasətinə dair sənədlər toplusunu hazırla maq üçün 

xüsusi komissiya yaradılmışdı (bax Dokumentı po russkoy politike v Zakavkazye). 

 

 



 

 

 



 

305 

 

 



 

 

 



1920  il  fevralın  2-də  Məhəmməd  Əmin  Rəsulzadənin  təklifı  ilə  Azərbaycan  Parlamenti  sədrin in  birinci  müav ini 

seçilmiş və Cü mhuriyyətin süqutunadək bu vəzifədə çalış mışdır. M.Cəfərov 1920 il aprelin 27-də Parlamentin  son iclasında 

gərgin  mü za kirələ rdən  sonra  hakimiyyətin  Azərbaycan  Müvəqqəti  İnqilab  Ko mitəsinə  verilməsi  haqqında  qərarı 

imzalamışdır. 

Cü mhuriyyətin  süqutundan  sonra  Azərbaycanın  pambıqçılıq  və  şərabçıhq  trestlərində  hüquq  məsləhətçisi  vəzi-

fəsində çahşmışdır. 



 

Əd

.:  Aзepбaйджанская  Демократическая    Pecnублика      (1918-1920),  Парламент  (стенографические  отчеты),  Б.,  1998;  

Aзepбaйджанская  Демократиская    Pecnублика  (1918-1920),  Внешняя  политика  (документы  и  материалы)  ,  Б.,  1998;  Azərbaycan 

Demokratik Respublikası. Azərbaycan Hökuməti. 1918-1920, B., 1990;Nəsibzadə N., Azərbaycan Demokratik Respublikası (məqalələr və 

sənədlər),  B.,  1990;  Həsənov  C,  Azərbaycan  beynəlxalq  münasibətlər  sistemində  (1918-1920-ci  illər),  B.,  1993;  Azərbaycan 

Cümhuriyyəti (1918-1920), B., 1998;  Seyidzadə D., Azərbaycan XX əsrin əvvəllərində:  müstəqilliyə aparan yollar, B., 1998. Qasımov 

M ., Azərbaycan Xalq Cümhuriyy əti Xarici İşlər Nazirliyinin şəxsi heyəti, B., 2002. 



Yüklə 19,75 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin