Xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu



Yüklə 19,75 Mb.
Pdf görüntüsü
səhifə56/80
tarix31.01.2017
ölçüsü19,75 Mb.
#7086
1   ...   52   53   54   55   56   57   58   59   ...   80

ERMƏNĠ  MĠLLĠ  ġ URALARI  -  Rusiyada  Fevral  inqilab ından  (1917)  sonra  ermən i  siyasi  təşkilatlarının  təşəb-

büsü  və  maddi  yardımı  ilə  Azərbaycanda  yaradılan  və  fəaliyyət  göstərən  Şuralar:  Bakı,  Gəncə,  Şuşa,  Naxçıvan,  Culfa, 

Ordubad və digər şəhərlərdə, hə mç inin Zəngəzurda A zərbaycan əleyhinə  fəa liyyət göstərirdilər. Bu  məqsədlə terrorçu  hərbi 

dəstələr  yaradılmışdı.  Ermən i  milli  şuraları  hə m  də  ermənilərə  təsir  göstərən  və  onları  səfərbərliyə  alan  siyasi  me xanizm 

rolunu oynayırdılar. 

Bakıdakı Şuranın sağ cinahı tərəfindən erməni burjuaziyasının vəsaiti hesabına həftədə iki dəfə ifrat  millətçiliy i ilə 

fərqlənən "Naşe vremya" qəzeti nəşr olunurdu. Qəzet türk-müsəlman əhaliyə qarşı böhtan, iftira yaymaq, tə xribat törətmə k, 

daşnak cinayətlərinə bəraət qazandırmaqla məşğul olurdu. 

1918 il  mart soyqırımı ərəfəsində erməni Milli Şuraları və "Daşnaksutyun" partiyası Azərbaycanda yaşayan ermə-

nilər  arasında  türk-müsəlman  əhaliyə  qarşı  nifrət  təbliğatı  aparır,  ç irkin  məqsədlərinə  çat maq  üçün  bütün  vasitələrdən: 

adamları aldatmaq yolu ilə ələ almaqdan, hədə-qorxudan, fitnə-fəsaddan, məramı, qayəsi erməni xisləti ilə yoğrulan qəzet və 

kitabçaların nəşrindən istifadə edirdilər. 

Bakı Sovetinin  milli tərkibinin ermənilərin  xeyrinə dəyişdirilməsi türk-müsəlman əhaliyə qarşı 1918 ilin  mart soy-

qırımına siyasi hazırlıq o ldu. Həmin dəyişiklik S.Şau myanın və  Bakıdakı erməni Milli Şurasının  fəal dəstəyi ilə baş verdi. 

Bu  hadisəyə  qiymət  verən  şahidlərdən  biri  xəbər  verirdi  ki,  "Demə,  bütün  ermə nilər  bolşevik imiş!  Çox  tezliklə  məlum 

oldu  ki,  Fəhlə,  Əsgər  və  Matros  Deputatları  Soveti  İcraiyyə  Komitəsinin  bütün  heyəti  (təqribən  90%-i)  ermə nilərdən 

ibarətdir".  Eyn i  za manda,  erməni  M illi  Şu rası,  Bakı  Soveti  və  onlarla  birləşən  daşnaklar  türk-müsəlman  əhaliyə  qarşı 

soyqırımına ciddi hazırlaş mağa başladılar. A zərbaycan əleyhinə fəaliyyətin hərb i-siyasi mexan izmi aydın  şəkil ald ı. Erməni 

siyasi təşkilatla rın ın ha mısı mü mkün qədər ço x a zərbaycanlın ı məhv et mə k p lanını yekd illiklə  müdafiə ed irdi. Ermən i Milli 

Şuraları "sağ daşnaklar"ın fikrini  ifadə edirdilər. "Sağ daşnaklar" isə Azərbaycanın bütün türk-müsəlman əhalisinin məhv 



edilməsini və burada öz siyasi hakimiyyətlərinin qurulmasını zəruri sayırdılar. "Daşnaksutyun" partiyasının Mərkəzi Ko-

mitəsi,  onun  rayon  bölmələri,  erməni  Milli  Şura larının   qərargahları  hə min  günlərdə   partiya  qəra rgahlarına  deyil,  hərbi 

qərargahlara bənzəyirdi. 

1918  il  martın  əvvəllərində  erməni  Milli  Şurası  ö zünün  "Erməni  döyüşçülərinə"  adlı  müraciətində  zinvorları 

(erməni  terrorçu  dəstələrinin  yaraqlıları)  "əsrlik  düşmən lə"  (yəni  türk-müsəlman  əhali  ilə  -  red.)  silah lı  mübarizəyə  hazır 

olmağa çağırırd ı. 

Erməni M illi Şurası s oyqırımının  əvvəlində ö z bitərəfliyin i e lan etdi. Lakin və ziyyətin S.Şau myanın başçılıq  etdiyi 

Bakı  Soveti  silahlı  qüvvələrinin  xeyrinə  dəyişdiyi  məlu m  o lduqda,  öz  hərbi  hissələrini  "İnqilabi  Müdafiə  Ko mitəsi"nin 

sərəncamına  verdi.  Mart ın  son  günlərində  Azərbaycanın  on  min lərlə  türk-müsəlman  əha lisi  daşnak-bolşevik  quldurla rı 

tərəfindən  məhv  edildi,  Ba kı  ş əhərin in  məhə llə ləri  yerlə   yeksan  olundu.  Azə rbaycanlılara   qarşı  soyqırımında  " xey li  pul 

vəsaiti, ciddi hə rbi qüvvəsi" olan erməni M illi Şurası da mühü m ro l oynadı (ba x hə mçin in Mart soyqırımı (1918)). 

Sonralar,  A zərbaycan  Xalq   Cü mhuriyyəti  dövründə  erməni  M illi  Şurası  a zə rbaycanlıla ra  qarşı  mart  soyqırımını 

saxtalaşdırılmış şəkildə təsvir etməyə cəhd göstərdi. Ermənilərin Bakıda A merika  missiyasının başçısına müraciətində qeyd 

edilird i  ki,  1918  ilin  martında  Bakıda  guya  bolşevik  qoşunları  ilə  Azərbaycan  Milli  Şurası  arasında  silahlı  mübarizə 

olmuşdur. Həm də  xüsusi olaraq nəzərə çatdırılırdı  ki, "ermənilərin... bu hakimiyyətə heç bir iddiası ola bilməzdi, çünki 

onlar  (ermə nilər  -  red.)  Bakı  quberniyasında  yalnız  cüzi  azlıq  təşkil  edirlər".  Lakin  bolşevik  maskası  altında  Ba kın ın 

azərbaycanlı  əhalisin in  ermən i-daşnaklar  tərə findən  məhv  edilməsi  fa ktı  o  qədər  təkzibedilmə z  idi  ki,  hətta  erməni  Milli 

Şurasının sağ cinahının nəşr etdiyi "Naşe vremya" qəzeti də  1919  ildə bunları etiraf etməyə  məcbur olmuşdu: "Keçən ilin 

mart  günlərində  ayrı-ayrı  şəxslər,  yaxud  dəstə-dəstə  ermənilər...  tərəfindən  Bakı  şəhərinin  müsəlman  əhalisinə 

münasibətdə... yol verilmiş vəhşilikləri heç kim inkar etmir" (1919, 2 aprel). 

Bakı şəhəri və rayonlarının  İnqilab i Müdafiə  Ko mitəsi erməni Milli Şu rasına təklif etmişdi ki,  xüsusi ermən i  milli 

qoşun  hissələrini  ləğv  edib,  onları  mövcud  olan  və  yeni  yaradılan  "beynəlmiləl"  sovet qoşunları  ilə  birləşdirsin.  Bununla 

erməni Milli Şurası hərbi hissələrin in  mövcudluğuna son qoyulma lı, ermən i M illi  Şurası da  bura xılmalı id i.  Lakin e rməni 

"milli qoşun hissələrin in" ləğv edilməsi  işi sona çatdırılmad ı.  Onlar  Bakı Sovetinin silahlı qüvvələri tərkibində də  müstəqil 

qalmaqda idilər. 

1918  ilin  may-iyun  aylarında  S.Şau myanın  daşnak-bolşevik  re jimin in  Gəncəyə  hərbi  yürüş  təşkili  za man ı  b ir 

mə rkə zdən  idarə  o lunan  ermən i  Milli  Şurala rı  B.Britaniya  generalı  Denstervillə  əlaqələ r  yarat mış,  eyni  za manda,  Qa fqaz 

İslam  Ordusunun  ko mandanlığı  ilə  danışıq lar  aparmaq  üçün  imkanlar  axta rmışdılar.  Salyandakı  erməni  Milli  Şurası  türk 

qoşunları ilə birbaşa əlaqəyə girmişdi. 

Zəngəzurdakı  e rməni  M illi  Şurası  1918  ilin  yanvarından  bu diyarın   idarəç iliy ini  zorla  ələ  keçirmişdi.  Dro,  And-

ronik kimi qaniçənlər burada türk-müsəlman əhalisinin soyqırımına başçılıq edirdilər. 

Qarabağdakı  ermən i  Milli  Şurası  birbaşa,  açıq-aşkar  A zərbaycan  dövlətçiliyinə  qarşı  fəaliyyət  göstərirdi.  Ermə-

nistan  hökuməti  bu  Milli  Şuraya  hər  ay  400000  rubl  vəsait  göndərirdi.  Beləliklə,  həmin   şura  Azərbaycan  ərazisində 

Ermənistan  hökumət inin  d iktəsi  ilə  fəaliyyət  göstərirdi.  Qa rabağdakı  e rmən i  M illi  Şurasının  mövqeyini  ingilislər  belə  

qiymət ləndirird ilə r:  "ermə ni  daşnakları  sülhün  bərqərar  olmasını  istəmirlər  və  rahatlığı  pozan  elementlər  kimi  həbs 



olunmalı  və  Qarabağ  ərazisindən  çıxarılmalıdırlar".  1919  il  martın  13-də  Milli  Şura  və  onun  sədri  Şahnazaryan  öz 

səlahiyyətlərini dayandırdığını elan ets ə də, azərbaycanlılara qarşı g izli fəa liyyətlərini davam etdirdilər. 

 

 

 



 

341 

 

Qarabağdakı erməni Milli  Şurası  B.Britaniya  ko mandanlığ ı tərəfindən tanın mamasına baxmayaraq, b ir neçə dəfə 



Qarabağda  məskunlaşan  ermənilərin  qurultayların ı  keçirmişdi.  4-cü  qurultayda  (1919,  fevral)  uydurma  " Böyük 

Ermənistan"a birləş mək haqqında qərar qəbul olundu və Azə rbaycana tabe olma maq  haqqında təkliflər səsləndi (" Vperyod" 

qəzeti, 1919, 26 fevral). Ba kı erməni Milli Şurasının ü zvləri qurultaya fəal təsir göstərir, Qa rabağdakı e rməniləri Azərbaycan 

dövlətinə  qarşı  yönəldirdi.  Qarabağ  ermənilərinin  5-ci  qurultayında  (Şuşa,  1919,  23  aprel)  Azərbaycan  hakimiyyətini 

tanımamaq  haqqında  qətnamə  qəbul  edilmiş,  lakin  bu  qətnaməni  qurultayın  cüzi  azlığ ı  -rəyasət  heyəti  və  48  nümayəndə 

imzalamışdı. 

1919  il  iyunun  əvvəllərində  Qa rabağdakı  ermən i  M illi  Şurası  Şuşada  vəziyyəti  yenidən  gərginləşdird i.  Şuşanın 

ermənilər  yaşayan  məhəlləsinə  gizli  yo lla   xey li  silah  gətirilmişdi.  La kin   Qa rabağ  general-qubernatora  Xosrov  Paşa  bəy 

Sultanovun  qətiyyətli  hərəkət i  e rmənilərə   ö z  ç irkin  niyyətlərin i  həyata  keç irməyə  imkan  verməd i.  X.Su ltanovun  erməni 

Milli Şu rasının üzv lərinin həbs edilməsi və Qarabağdan çıxarılması barədə göstərişinə cavab olaraq, silah lı ermən ilər iyunun 

4-də  A zərbaycan  əsgərlərinə  atəş  açdılar  və  3  əsgər  qətlə  yetirildi.  Bundan  sonra  X.Su ltanov  Şuşada  və  ətraf  kəndlə rdə 

qayda-qanun  yaratmaq  üçün  fəaliyyətə  başladı  və   ilk  addım  kimi  e rməni  M illi  Şurası  üzv lərinin  A zərbaycandan 

çıxarılmasına nail oldu.  Həmin vaxt  Şuşada hərbi toqquşma baş verdi və hər iki tərəfdən itkilər oldu.  İyunun 6-da Şuşada 

sülh  əldə  edildi.  Baş  vermiş  hadisə  ilə  bağlı  Şuşa  erməniləri  X.Su ltanova  üzrxahlıq  məktubu  yazaraq  bildirdilər  ki,  "çox 



hörmətli  Xosrov  bəy,  icazə  verin  Sizin  şəxsinizdə  Şuşa  şəhərinin  müsəlman  camaatından  dünən  törədilmiş  hadisə  ilə 

bağlı  üzr  istəyək.  Biz  adını  erməni  qoymuş  xuliqanların  Sizin  əsgərlərə  qarşı  törətdiyi  zorakılıq  faktından  çox 

həyəcanlanmışıq və bu, haqlı olaraq, Sizin ordunun və zabitlərin həyəcanına səbəb olmuşdur". 

Erməni Milli Şurasının ü zvləri Qa rabağdan çıxarıldıqdan sonra Qarabağ ermənilərinin 7-c i quraltayı (1919, avqust) 

Azərbaycan Höku mətin in hakimiyyətini tanımaq haqqında qərar qəbul etdi. 

Erməni M illi Şura ları Azərbaycana qarşı əra zi iddia larına Qarabağla  yanaşı, Gəncə quberniyasının cənub hissəsini, 

Zəngəzura  və  Na xçıvanı  da  da xil  et mişdilə r  və  "öz  tarixi  vətənləri"  haqqında  Amerika  generalı  Harborda  məktub 

hazırlamışdılar (bax Harbord missiyası). 

Azərbaycan dövlətçiliy inə qarşı çıxan ermən i M illi Şura ları əvvəlcə A zərbaycan Xalq  Cü mhuriyyəti Parla mentinə  

daxil  olmaqdan  imtina  et miş,  la kin  sonralar  takt ika larını  dəyişərək  Pa rla mentdə  iki  fra ksiyada  (5  nəfərdən  ibarət  e rməni 

fraksiyası  və  6  nəfərdən  ibarət  "Daşnaksutyun"  fraksiyası)  təmsil  olun muş,  onun  tribunasından  öz  siyasi  maraq larını  və 

şovinist niyyətlərini həyata keçirmək üçün istifadə etmişdilər. 



 

Əd:. 

Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001; М амедова Л., Февраль 1917: Новая фаза подьема политического экстремизма  

в Азербайджане, Б., 1995. 

 

"ERMƏNĠ  VĠLAYƏTĠ"  -  1826-28  illər  Rusiya-İran  müharibəsi  nəticəsində  Şimali  Azərbaycanın  Rusiya  tərə-

findən işğalı başa çatdıqdan sonra çar höku mətin in  Na xç ıvan və İrəvan  xan lıq larının  əra zisi əsasında yaratdığı  müvəqqəti 

inzibati-idarə  vahidi.  Müharibə  za manı  A zərbaycan  dövlətləri  olan  Na xç ıvan  (1827,  iyun)  və  İrəvan  (1827,  oktyabr) 

xanlıqlarının  ərazisi  işğal  olundu.  Qafqazda  hərbi  əməliyyat  aparan  rus  qoşunlarının   baş  ko mandanı  İ.F.Paskeviç,  hələ 

müharibə başa çatmamış, 1827 il oktyabrın  6-da İrəvanda "müvəqqəti idarə" təşkil etdi. İdarə üç üzvdən ibarət idi: general-

leytenant Krasovski  (s ədr),  N.Aştaraketsi və  İrəvan qalasının  ko mendantı podpolkovnik  Borodin. Türkmənçay  müqaviləsi 

(1828,  10 fevral) bağlandıqdan sonra, Naxçıvan və  İrəvan  xanlıqlarının  idarəçiliy i dəyişdirildi.  Çar I  Nikolay ın (1825-55) 

sərəncamı  ilə  (1828,  21  ma rt) hə min  xanlıqla r əsasında "Ermən i vilayəti" yaradıld ı.  Vilayət idarəsi vilayət rəisindən, iki  rus 

müşavirindən (biri polis, digəri maliyyə üzrə) və iki asessordan (iclasçıdan) ibarət idi. Asessorlardan biri azərbaycanlı, d igəri 

erməni  ic masından  idi.  Çar  höku mət inin  tarixi  Azərbaycan 

torpaqları əsasında "Erməni vilayəti" yarat ması ilə  I Pyotrdan 

başlayaraq  ermənipərəst  siyasətin  həyata  keçirild iyi  təsdiq 

olunurdu.  "Ermən i  vilayəti"nin  yaradılması  ilə  A zərbaycanın 

Rusiya  tərəfindən  işğal  olunmuş  digər  torpaqları  ilə  Osman lı 

imperiyası  arasında  " xristian  səddi"  çəkild i.  Digər  tərəfdən, 

bununla  Naxçıvan  və  İrəvan  xan lıqları  ərazilərin in 

erməniləşdirilməsinə  haqq  qazandırmaq  cəhdi  göstərilirdi 

(guya bu yerlər "əvvəldən də ermənilərə  mə xsus olmuşdur!"). 

"Ermən i  vilayəti"  iki  əyalətdən  -  İrəvan  və  Na xç ıvan 

əyalətlərindən ibarət id i. 

Çarizmin  və  onunla  əlbir  o lan  ermən ilərin  

Azərbaycan  torpaqları  olan  İrəvan  və  Na xçıvan  bölgələrini 

"Ermən i v ilayəti"  kimi qələ mə  verməsini təkzibedilmə z tarixi 

faktla r  rədd  edir.  Çünki  çar  Rusiyasının  erməniləri  İran  və 

Türkiyədən  həmin  ərazilərə  kütləvi  surətdə  köçürməsindən 

əvvəl, sonradan "Erməni vilayəti" adlandırılan ərazin in əhalisi 

107224 nəfə r idi.  

 

 



 

342 

 

Əhalinin  76,24%-ni azərbaycanlılar, 23,45%-n i ermən ilər təşkil edirdi. 



Azərbaycanlıların  əhalin in  etnik  tərkib ində  bu  cür  üstünlüyü  təşkil 

etməsi  hə min  torpaqların  tarixi  A zərbaycan  ərazisi  olduğunu  təsdiq 

edən  inkarolun ma z  fa ktdır.  1826-28  illər  Rusiya-İran  müharibəsi 

dövründə və müharibədən sonra İran və Türkiyədən ermənilərin kütləv i 

surətdə  bu  yerlərə   köçürülməsi  nəticəsində  əhalinin  etnik  tərkib i 

dəyişdi.  Fransız  mənşəli  rus  tədqiqatçısı  İ.İ.Şopenin  1829-32  illərdə 

rəsmən həyata keç iridiy i ka me ral təsvirin  nəticələ rinə  görə, a rtıq burada 

31201  a ilə ,  164450  nəfər  əhali  qeydə  alın mışdı.  Onla rdan  16078  a ilə 

(51,53%),  81749  nəfər  (49,71%)  müsəlman lar  (a zərbaycanlılar);  4428 

ailə  (14,19%),  25151  nəfər  (15,29%)  köçürməyədək  burada  yaşayan 

ermənilər;  6949  a ilə  (22,27%),  35560  nəfər  (21,62%)  İrandan 

köçürülmüş  ermən ilər;  3682  ailə  (11,80%),  21666  nəfər  (13,17%) 

Türkiyədən köçürülmüş ermən ilə r  idi.  Bu  fakt lardan aydın olduğu kimi 

vilayətə İran və Türkiyədən birgə  10631 ailə  (bütün ailə lərin  34,07%-i), 

57226 nə fər (34,79%) e rməni  köçürülmüşdü. Be ləliklə , çar höku mət i Şima li Azə rbaycanın işğalı  za man ı ermən i a milindən 

bir  a lət  kimi  istifadə  etdi.  Ermənilərin  çar  ordusuna  göstərdiyi  "xid mət"  müqabilində  onlara  işğal  olunmuş  Azərbaycan 

torpaqlarında - Naxçıvan və İrəvan  xanlıqlarının ərazilərində "Erməni v ilayəti" adlandırılan torpaq "bəxşiş" verdi. Bununla 

ermənilər çar Rusiyasının h imayəsi və kö məyi ilə  Cənubi Qa fqazda  özlərinə əra zi bazası yaratdıla r. Bundan sonra ermənilər 

çar Rusiyasının, sonralar isə sovet-bolşevik Rusiyasının antiazərbaycan və antitürkiyə siyasətinin həyata keçirilməsində fəal 

rol oynadılar.Çar höku məti  Cənubi  Qafqazın  işğalını və burada  möhkəmlən məklə bağlı siyasətini həyata keçirdikdən sonra 

1840 il 10 apre l qanunu ilə " Erməni vilayəti"ni ləğv etdi, İrəvan və Na xçıvan əyalət ləri qə za lara  çevrildi. Bu qə za lar Gürcü-

İmeret quberniyasına tabe edildi. 1849 il iyunun 9 -da isə İrəvan quberniyası yaradıldı. 



 

Əd.:

Шопен И., Исторический памятник  состояния Армянской области в  эпоху присоединения  ее к  Российской  империи, СПб., 

1852;  Əliyev F., Əliyev M ., Naxçıvan xanlığı, B., 1996; Əliyev F., Həsənov U., İrəvan xanlığı, B., 1997; Агаян Ц.П., Победа советской 

власти и возрождение армянского народа, М., 1981.  



 

ERMƏNĠSTAN-GÜRCÜS TAN  MÜHARĠBƏS Ġ  (1918)  -  Zaqafqaziya  seyminin  dağılmasından  sonra  yaranmış 

erməni-daşnak  höku mətin in  işğalçılıq  siyas əti  nəticəsində  baş  vermiş  müharibə.  Ermənistan  keç miş  Tiflis  quberniyasının 

Axalkalaki  (A  x  a  1  k  ə  1  ə  k)  və  Borçalı  qəzalarına  qarşı  əsassız  iddia  irə li  sürdü.  Azərbaycan  Xalq  Cü m-huriyyəti  tarixi 

torpaqlarının  öz  sərhədləri  daxilində  birləşdirilməsi  üçün  fəal  xarici  siyasət  yeritsə də,  müharibəyə  qoşula  bilmədi.  Lakin 

Ermənistan  öz  işğalçılıq  plan larını  müharibə  yolu  ilə  hə ll  et mə k  yolunu  tutdu.  Osmanlı  impe ratorluğu  ilə  Cənubi  Qa fqaz 

respublikala rı  arasında  bağlanmış  Batum  müqavilələrinə  (1918)  əsasən,  Gürcüstanla  Ermən istanın  sərhəd  zolağında  türk 

qoşunları  yerləşmişdi.  Oktyabrın  18-də  türk  qoşunları  oradan  çıxdılar  və  həmin  yerləri  Gürcüstanı  müdafiə  edən  alman 

qoşunları tutdu. Birinci dünya müharibəsində (1914-18) məğlub olmuş Almaniyanın hərbi qüvvələri bu əraziləri tərk etdikdə, 

Borçalı  qəzasın ın  xey li  hissəsi  Gürcüstan  hökumətinin  nəzarətinə  keçd i.  Ermən istan  Gürcüstana  nota  verərək,  onun 

Axa lkala kidən  çıxmasın ı  tələb  etdi.  Oktyabr-noyabr  aylarında  tərəflə r  arasında  qarşılıqlı  itt iha mla r  kəskinləşdi,  e rmənilər 

Axa lkala ki  və  Bo rçalıda  tə xribatla r,  silahlı  toqquşmalar  törət məyə  başladıla r.  Ermənistan  Axa lkala kiyə  süvari  es-kadron, 

Borça lıya  isə  4-cü  erməni  polkunun  hiss ələrini  göndərdi.  De kabrın  9-da  hərbi  ə mə liyyatlar  başlandı.  Döyüşlər 

azərbaycanlıların   elliklə   yaşadığı  və  tarixən  onla ra  mə xsus  olan  Borçalı  qəzasında  gedirdi.  Ermənistanın  notasına  görə, 

Gü rcüstan Borçalı, A xalkalaki qəzalarından və Tiflis də daxil olmaqla, eyniadlı qəzanın  bir hissəsindən imtina etməli  idi. 

Dekabrın  17-də  Gü rcüstan Ermənistana rəsmən  müharibə elan etdi,  Ermənistanla dip lo matik əlaqələri kəsdi.  Dekabrın  18-

31-də  tərəflər  arasında  hərb i  ə mə liyyatlar  baş  verdi.  Müharibə   Azə rbaycanın  tarixi  torpaqlarına  və  onun  əhalisinə   ciddi 

ziyan  vurdu.  Birinci  dünya  müharibəsində  qələbədən  sonra  Qafqazda  mövqeyi  güclənən  İngiltərə  Ermən istan-Gürcüstan 

müharibəsinin dayandırılmasında  fəal iştirak etdi.  Ermənistan tərəfi dekabrın  31-də hərbi əməliyyatları dayandırmağa  razı 

olduğunu  bild irdi.  Gürcüstan  hökuməti  də  bununla  ra zılaşdı.  1919  il  yanvarın  9-17-də  Tiflisdə  Ermən istan-Gürcüstan 

konfransı keçirildi. Ermən istan və Gürcüstan arasında sərhəd məsələsi Antanta Ali Şurası tərəfindən həll edilənədək Borçalı 

qəzasının şima l h issəsinin Gürcüstana, cənub hissəsinin isə Ermən istana verilməsi, A llahverdi mis mədənlə rin in olduğu orta 

hissədə  isə  "neytral  zona"  yaradılması  qəra ra  alındı.  Neytra l  zonanın  idarəsi  ingilis  general-qubernatoruna  həvalə  edildi. 

Azərbaycanın  qanuni  iddiası  olan  Borçalının  müqəddəratının  həll  olunduğu  konfransa Azərbaycan  Xalq  Cü mhuriyyətinin 

nümayəndə  heyəti  dəvət  edilməmişdi.  Ona  görə  də  Azərbaycanın  Tiflisdəki  nü mayəndəsi  öz  ö lkəsinin  bu  qərarı 

tanımayacağını bildird i.  Sonralar Rusiya Ko mmun ist (bolşeviklər) Partiyası Mərkəzi  Ko mitəsi Qafqaz bürosunun 1921  il 7 

iyul  tarixli  qərarı  ilə  "neytral  zona"  da  Ermənistana  birləşdirildi.  Be ləliklə,  Borça lının  a zərbaycanlı  əhalisinin   öz 

müqəddəratını təyin etmək hüququ kobudcasına pozuldu, əzəli Azərbaycan torpağı olan və azərbaycanlıların  elliklə yaşadığı 

Borçalı Gürcüstanla Ermən istan arasında bölüşdürüldü. 



 

 

 

 

 

 

343 

 

Əd.: 

Rəsulzadə  M .,  Azərbaycan  Cümhuriyy əti,  B.,1990;  Nəsibzadə  N,  Azərbaycan  Demokratik  Respublikası,  B.,  1990; 

M əmmədli  Ş., Parçalanmış Borçalı və ya 1918 il Ermənistan-Gürcüstan  müharibəsinin acı nəticəsi, B., 1991; Победа Советской власти в 

Закавказье. Тбилиси, 1971.  

 

ERMƏNĠSTAN-TÜRKĠYƏ  MÜHARĠBƏS Ġ  (1920)  -  Rusiya  imperiyasının  dağılmasından  sonra  yaranmış 

erməni-daşnak  höku mətin in  işğalçılıq  siyas əti  nəticəsində  baş  vermiş  müharibə.  Müharibənin  başlan masında  böyük 

dövlətlərin  antitürkiyə  siyasəti  də  az  rol  oynamamışdı.  Versal-Vaşinqton  sisteminin  tərkib  hissəsi  kimi  Paris  sülh 

konfransında (1919-20) hazırlan mış Sevr sülh müqaviləsi (1920) Osmanlı  imperiyasının bölüşdürülməsini nəzərdə tuturdu. 

Müqavilənin  imzalan masına  Birinci  dünya  müharibəsinin  (1914-18)  qalib  dövlətləri  ilə  yanaşı,  Ermənistan  (Ararat) 

Respublikası  da  cəlb   edilmişdi.  Müqaviləyə  görə  Türkiyənin   Van,  Bitlis,  Ərzuru m  və  Trab zon  vilayətlərinin  b ir  hissəsi 

erməni-daşnak  höku mətinə  verilməli  idi.  Türkiyə  Böyük  Millət  Məclisi  ölkənin  əra zisini  bölüşdürən  bu  müqaviləni  rədd 

etmiş, sultan da onu ratifikasiya etməmişdi.  Ermənistan isə Türkiyəyə qarşı əsassız ərazi  iddiaların ı həyata keçirmək üçün 

müharibəyə  başladı.  1920  il  iyunun  18-də  daşnaklar  Oltu  şəhərini  tutdular.  Rusiya  höku məti  Ermən istanla  may-iyun  və 

Türkiyə ilə  iyul-avqust aylarında Moskvada keçirilən konfranslarda hadisələrə  müdaxilə etməyə çalışdı.  Lakin hər iki tərəf 

onun təkliflə rin i qəbul et mədi. Türk ordusu işğal olun muş torpaqların  azad  edilməsinə başladı; sentyabrın 29-da Sa rıqa mışı, 

sonra  Ərdəhanı  azad  etdi.  Çıxılmaz  vəziyyətə  düşdüyünü  görən  erməni-daşnak  höku məti  türklərin  azadlıq  yürüşünü  da-

yandırmaq üçün Qərb dövlətlərinə, "bütün sivilizasiyalı dünyaya", müttəfiq lərə  mü raciət etdi, lakin türklərin uğurlu, ədalətli 

mübarizəsi  bu  cür  "müraciətləri"  cavabsız  qoydu.  Oktyabrın  30-da  türklər  Qarsa  daxil  olaraq,  Aleksandropol  (Gü mrü) 

istiqamət ində hücumu davam etdirdilə r.  Ermən istanın ABŞ,  B.Britaniya,  Fransa və İtaliyaya yeni  mürac iətləri də cavabsız 

qaldı.  Gürcüstan Respublikası  isə noyabrın 6-da neytrallığ ını elan etmişdi. Sovet Rusiyası bu müharibədən istifadə edərək, 

Ermənistanda  möhkə mlən məyə  çalışırdı.  La kin  erməni-daşnak  hökumətinin  onun  hərbi  kö mə k  təklifini  rədd  etməsi  bu 

niyyəti  boşa  çıxartdı.  Türklər  uğurlu  hərbi  ə mə liyyatlar  nəticəsində  noyabrın  7-də  Ale ksandropolu  azad  etdilər.  İrəvan 

üzərinə yürüş başlandı. Noyabrın  18-də  Ermənistan barışıq imzalamağa  məcbur oldu. Noyabrın  29-da  Ermən istanda sovet 

hakimiyyəti  quruldu.  Sovet  Rusiyasının  hərbi  ə mə liyyatla rı  nəticəsində  devrilmiş  daşnak  hökuməti  qüvvələrini  sovet 

hakimiyyətinə  qarşı  səfərbər  et mək  üçün  dekabrın  2-də   Gü mrü  müqaviləsini  (1920)  imzalad ı.  Türkiyənin   müharibədəki 

qələbəsi onun nüfuzunu xeyli  möhkə mləndird i və 1921  il Moskva və Qars müqavilə lərinin bağlan masını sürətləndird i (ba x 



Qars müqavilasi (1921) və Moskva müqaviləsi (1921)). 

 

Əd.: 

Hüseynov Q.H., Atatürk dövründə Türkiyənin xarici siyasətinə dair, B., 1970.

 

 

ERMƏNĠSTANIN  ƏRAZĠ  ĠDDĠALARI  Azərbaycanın  və  Gürcüstanın  tarixi  torpaqlarını  ələ  keçirmək  üçün 

erməni-daşnak hökumət i tərəfindən irəli sürülmüş əsassız əra zi iddia ları.  Rusiya imperiyasının dağılmasından sonra Cənubi 

Qafqazda yaranmış Ermənistan (Ararat)  Respublikası erməni  millətçilərinin sərsəm "Böyük  Ermənistan" ideyalarını həyata 

keçirmək  üçün  əlverişli  şərait  yarandığın ı  güman  edərək,  A zərbaycan  və  Gürcüstana qarşı  ərazi  iddiaları  ilə  çıxış  etməyə 

başladı. Azərbaycan Milli Şurasın ın 1918 il 29 may tarixli iclasın ın qərarı ilə İrəvan şəhərinin siyasi mərkəz kimi ermənilərə 

güzəşt edilməsi onları şirnikləndird i.  Ermənilər  Göyçə bölgəsinə (Yeni  Bəyazid qəzasın ın şərq hissəsi),  Naxçıvan bölgəsinə 

(Naxçıvan,  Şərur-Dərələyəz  qəzaları  və  İrəvan  qəzasının  bir  hissəsi),  Qazax  qəzasının  dağlıq  hissəsinə,  Qarabağa  və 

Zəngəzura  qarşı  əra zi  iddia ları  qald ırır,  xəritələr  tərtib  ed irdilər.  La kin  onlar  bununla  da  kifayətlən məyərə k,  Azərbaycan 

Respublikasını  və  dünya  ictimaiyyətini  fakt  qarşısında  qoymaq  məqsədilə,  A zərbaycanın  göstərilən  tarixi  torpaqlarında 

soyqırımlarına  başladılar.  Azərbaycan  Xalq  Cü mhuriyyəti  olduqca  mürəkkəb  daxili  və  beynəlxalq  şəraitdə  Ermənistanın 

ərazi  iddiaların ı rədd edir,  Cümhuriyyətin ərazi bütövlüyünü təmin etmək üçün hərtərəfli  iş aparır,  mü mkün olan bütün təd-

birləri görürdü. 



 

Əd.: 

Щепотьев  А.,  Доклад  о  спорных  Кавказских  территориях,  на  которые  имеют  права  самоопределившиеся   

азербайджанские тюрки, Изв. АН Азерб. ССР (серия истории, философии и права), 1990, № 2. 


Yüklə 19,75 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin