Xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu



Yüklə 19,75 Mb.
Pdf görüntüsü
səhifə54/80
tarix31.01.2017
ölçüsü19,75 Mb.
#7086
1   ...   50   51   52   53   54   55   56   57   ...   80

 

"DĠKAYA  DĠVĠZĠYA"  -  Birinci  dünya  müharibəsi  (1914-18)  dövründə  Qafqazın  müsəlman  əhalisindən  təşkil 

edilmiş süvari div iziya.  Çar  Rusiyasında müsəlman əhali, o cü mlədən Qa fqaz  müsəlman ları  kütləvi şəkildə hərb i  xid mətə 

cəlb  olun murdular.  La kin  müharibənin  gedişində  cəbhənin  möhkə mləndirilməsi  üçün  Qafqaz  müs əlmanla rın ın  süvari 

qoşunda döyüşmək bacarıq larını nəzərə alaraq, onlardan  ibarət yeni atlı div iziyanın  yaradılması qərara alındı.  3-cü  süvari 

korpusun  (Qərb  cəbhəsi)  tərkib ində  olan  "Dikaya  diviziya"  (diviziyanın  adı  həm  şə xsi  heyətin  şücaəti,  həm  də  onların 

nizami döyüş hazırlığ ı keçməməsi ilə əlaqədar idi) 6 kiçik tərkib li alaydan - Dağ ıstan, Kabarda, Tatar (azərbaycanlı), Çeçen, 

İnquş  və  Çərkəz  alaylarından  ibarət  idi.  Div iziyanın  tabeliyinə,  həmçinin,  Osetin  piyada  briqadası  və  8-ci  Don  topçu 

divizionu verilmişdi. " Dikaya div iziya"nın ko mandiri general D.P.Baqration idi.  

 

 

 



 

 

Div iziyanın  zabit  heyətini,  əsasən,  rus  qvardiya  zabitləri,  həmçinin,  yerli  zadəgan  nümayəndələri  təşkil  edird i. 



"Dikaya  div iziya"nın  ümu mi  sayı  1350  süvaridən  ibarət  idi.  Xüsusi  hərbi  hazırlıq  görmədiyinə  və  könüllü lük  əsasında 

yaradıldığ ına görə, diviziyanın şəxsi heyətinə  müəyyən güzəştlər verilmişdi. On ların hər biri ayda  25 rubl  məvacib  alırdı. 

Rusiyada  çar  hakimiyyəti  devrildikdən  və  Müvəqqəti  höku mət  yaradıldıqdan  sonra  korpusun  siyasiləşdirilməsinə  cəhd 

göstərilməsi,  bir  tərəfdən,  bolşeviklərin,  digər  tərəfdən,  Müvəqqəti  hökumətin  ondan  öz  siyasi  maraqları  üçün  istifadə 

etməyə  çalışması  bu  hərbi  quru mun  dağılmasına  gətirib  çıxa rdı.  Nəticədə  1917  ilin  sonlarında "Qafqazın  yerli  əhalisindən 

təşkil ed ilmiş atlı korpus" ləğv edildi. 

"Dikaya  div iziya"ın  A zərbaycanla  bağlayan  onun  tərkibindəki  "Tatar  süvari  alayı"  idi.  Alay ın  əsgərləri,  əsasən, 

Qarabağ  və  Gəncəbasar  bölgələrindən  toplanmışdı.  Korpusun  ləğvindən sonra  alayın  atlıları  vətənə  döndülər.  Müsəlman 



k orpusunun forma laşdırılmasına başlananda, tatar alayında xid mət etmiş süvarilərin böyük hissəsi könüllü şəkildə  Gəncəyə 

toplaşdılar.  Həmin  süvarilərin   əsasında  yenidən  "Tatar  süvari  alayı"  təşkil  olundu  və  Müsəlman  korpusunun  süvari 

briqadasının tərkibində müəyyən dəyişikliklərlə Cü mhuriyyətin süqutuna qədər öz mövcudluğunu saxladı. 

 

Əd

.:  Nəzirli  Ş.,  Arxivlərin  sirri  açılır,  B.,  1999;  Великая  Октябрьская  Социалистическая  Революция.  Энциклопедия . M., 

1987. 


DĠNĠ  ETĠQAD  NAZĠRLĠYĠ,  Azərbaycan Xalq   Cü mhuriyyəti Hö ku mətinin   Din i  Etiqad  Nazirliyi  - A zərbaycan 

Xalq Cü mhuriyyətinin din i etiqad məsələləri ilə məşğul olan icra hakimiyyəti orqanı. Milli ənənələrə qayıtmaq, əhalinin  dini 

ehtiyacların ı ödə mək məqsədilə yaradılmışdı. 1918 il iyunun 19-da Fətəli xan Xoyskin in Gəncədə təşkil etdiyi 2-ci Hö ku mət 

kabinəsində  Azərbaycan  Cü mhuriyyəti  Xalq  Maarifi  və  Dini  Et iqad  Na zirliy i  adı  ilə  fo rmalaşdırılmış  və  Nəsib  bəy 

Yusifbəyli nazir təsdiq olunmuşdu. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


333 

 

Azərbaycan Xalq Cü mhuriyyəti Hö ku məti  1918 il sentyabrın 17-də  Bakıya köçdükdən sonra oktyabrın 6-da Fətəli 



xan Xoyskin in 2-c i  Höku mət  kabinəsində dəyişiklik aparılmış, himayədarlıq  və dini etiqad nazirliyi yaradılmış, Musa bəy 

Rəfiyev  nazir  təyin  edilmişdi.  1918  il  de kabrın  26-da  Fətəli  xan  Xoyski  3-cü  Hö ku mət  kabinəsini  təşkil  edərkən 

himayədarlıq nazirliyi  müstəqil na zirlik kimi təsis olunmuş, dini etiqad  məsələ ləri yenə də  xa lq  maarifi nazirliyinə həvalə  

olunaraq, xa lq maarifi və d ini etiqad nazirliyi yarad ılmış, Nəsib bəy Yusifbəyli nazir təyin olun muşdu. 

Nəsib bəy Yusifbəylin in 1919 il apre lin  14-də və de kabrın  22-də təşkil etdiyi 4-cü  və 5-c i Höku mət  kabi-nə lərində 

də Xalq  Maarifi və Dini Etiqad Nazirliyi birlikdə olmuş, na zir vəzifəsini 4-cü Höku mət kabinəsində Rəşid bəy Qaplanov, 5-

ci Höku mət kabinəsində isə əvvəlcə Həmid bəy Şahtaxtinski, sonra Nurməmməd bəy Şahsuvarov icra etmişdilər. 

Azərbaycan  Xalq   Cü mhuriyyətinin  1920  il  üçün  bura xılmış  Ünvan-təqvimində  başqa  nazirliklə rin   fəa liyyəti 

haqqında məlu matlar verildiy i halda, dini etiqad nazirliyi barədə yalnız bunlar deyilmişdir: din i etiqad naziri (o, həm də xalq 

maa rifi  naziri  id i)  Hə mid  bəy  Şahta xtinski,  na zirliy in  kat iblə ri  Rza   Şahbazbəyov  və  Q.A.Çerqeştov,  xüsusi  tapşırıqlar 

mə mu ru Yusif əfəndi Əfəndizadə və qeydiyyatçı Mah mud Mahmudovdur. 

 

Əd.: 

Aзepбaйджанская  Демократическая Pecnублика  (1918-1920),  Законодательные  акты  (сборник  документов),  Б.,  1998; 

Aдpec-календары Aзepбaйджанской    Pecnублики  нa  1920  r.,B.,  1920;   Azərbaycan  Demokratik  Respublikası.  Azərbaycan  Hökuməti. 

1918-1920, B., 1990.  



 

DĠVANBƏYOĞLU, S ü b h a n v e r d i x a n o v Abdullabəy Vəli ağa oğlu (1.1.1883, Qazax qəzasının Hüseynbəyli 

k.-  2.9.1936,  Ba kı) - A zərbaycan yazıç ısı,  maa rif  xad imi, etnoqraf,  folklorşünas. Müflisləşmiş bəy  

ailəsində   doğulmuşdur.     Qori müəllimlər se minarıyasını bitirmiş,  Bakı  Dövlət  Universiteti tarix 

fakultəsinin  Şərq  şöbəsində  təhsil  almışdır.  Bir  müddət  Acarıstanda,    1904  ildən  isə  Ba kıda 

müəllimlik  etmiş,"Nəşri-maarıf'  və  "Nicat"  xeyriyyə  cəmiyyətlərində  yaxından  fəaliyyət 

göstərmişdir. 

AzərbaycanXalq  Cü mhuriyyəti  dövründə  daxili  işlər  nazirliyində  tərcüməç i 

işləmiş,  qeyri-türk  məmu rların  yenidən  hazırlan ması  üçün  dövlət  tərəfindən  təşkil  edilmiş 

kurslarda A zərbaycan dili fənnindən dərs demişdir. 

Sovet  hakimiyyəti  illərində  xa lq  maarif  ko missarlığında  fəa liyyət  göstərmiş,  qəza larda  

mə ktəblərin təşkilində iştira k etmiş, dərslik və sinifdənkənar oxu üçün ədəbiyyat hazırlayan şöbənin 

üzvü  olmuşdur.  Ali  Pedaqoji  İnstitutda,  Zaqafqaziya  hərbi  məktəbində  müəllim,  nü munəvi 

pedaqoji texn iku mda  müdir, A zərbaycan Dövlət Universitetində, Sənaye institutunda, Xalq təsərrüfatı institutunda assistent 

və  dosent  vəzifələ rində  çalış mışdır.  Azə rbaycan  Dövlət  Arxivinin  müd iri,  A zərbaycan  Elmi  Tədqiqat  İnstitutunun  tarix 

şöbəsinin  elmi  katibi  olmuşdur.  Tarix,  etnoqrafiya,  fo lklor  və  təbiətşünaslıq  sahəsində  elmi  tədqiqat  aparmış,  "Elmi-

heyvanat" dərsliyini, "Müctəhid feodal Ağa Mir Fəttah", "Şəki  xanla rın ın tarixi və onla rın  nəsli", "Fo lklor  materialla rın ın 

təsnifi", "Türk sistemli kəndlə rdə totemizm", "İran və Os manlı  məsələsi" əsərlərini ya zmış, beş cildlik Azə rbaycan tarixini 

yazmaq üçün material toplamışdır. 

Divanbəyoğlu  bədii  yaradıc ılığa  20  əsrin  əvvəlində  başlamış,  "Əbdül  və  Şah zadə"  (1902),  "Canyanğısı"  (1903), 

"İlan"  (1906),  "Fəhlə"  (1907),  "Ərdoy  dərəsi"  (1920),  "Cəng"  (1911)  və  s.  ro mantik  povest  və hekayələrin  müəllifi  kimi 

məşhurlaşmışdır. Əsərlə ri möv zu aktuallığı və orijina llığı, təhkiyə üslubunun yeniliyi ilə seçilir. 

 

Əsərləri: 



Əbdül və Şahzadə, B., 1966; Can yanğısı, B., 1981.

  

Əd.: 

Bəktaşi İ., Abdulla bəy Divanbəyoğlu, B., 1985.

 

 



"DOKUMENTI PO  RUSSKOY  POLĠTĠKE  V  ZA KAVKAZYE" ("R u s i y  a n ı n  Z a q  a f q a  z i y a s i y  a-

s ə t i n ə   dair  s ə n ə d l ə r " ) - 1 9   əsrin  sonları  -  20  əsrin  əvvəllə rində  çar  Rusiyasının  Cənubi  Qafqa z  siyas ətinə  dair 

Azərbaycan  Xa lq  Cü mhuriyyəti  dövründə  nəşr  olunmağa  başlanmış  s ənədlər  toplusu.  Azərbaycan  Xa lq  Cü mhuriyyəti 

Höku məti  çar  Rusiyasının  Cənubi  Qafqaz  siyasətinin  öyrənilməsinə  böyük  əhəmiyyət  verird i.  Bu  elmi-tarixi  maraqla 

bərabər, praktik cəhətdən də zəruri hesab olunurdu. Cənubi Qafqaz  müsəlmanla rına  münasibətdə Rusiyanın həyata keçirdyi 

siyasətə  dair  materia lla rın  toplanması  və  nəşri  üçün  xa ric i  işlər  naziri  Mə mməd  Yusif  Cəfə rovun  sərəncamı  ilə  xüsusi 

ko missiya yaradılmışdı. Ko missiyaya Arslan Kriçinski (sədr), Məhəmməd  Ağayev, Konstantin Sulkev iç və Əli Yusif (sonra 

onu Hüseyn bəy Mirzəcamalov əvəz etmişdi) daxil  idi.  Xüsusi ko missiya Bakı ş əhəri və onun hüdudlarından kənarda olan 

bir  sıra  arxivlərdə  araşdırmalar  aparmışdı.  Arxiv lərdən  toplan mış  materialların  ayrı-ayrı  buraxılışlarda  nəşri  nəzərdə 

tutulurdu.  İlk  buraxılış  yaxın  onilliklərdə  Rusiya  siyasətinin  icmalını,  sonrakı  nəşrlər  Cənubi  Qafqazın  Rusiya  tərəfindən 

işğalından sonrakı dövrü əhatə etməli id i.  Keçmiş Qafqaz can işinliyinin d igər bölgələrinə dair  materiallar da çap olun malı 

idi. Nə zərdə tutulan materia lla rın  yalnız birinci h iss əsi işıq  üzü  gördü. Sənədlər toplusunda çap olunan materiallar aşağıdakı 

şəkildə q ruplaşdırılmışdı:  1)  milli hərəkatla  mübarizə;  2) din i tədbirlər;  3)  maarif və  mədəniyyətlə  mübarizə;  4)  millətlər-

arası  münasibət;  5)immiqrasiya;  6)  müstəmləkələşdirmə  və  iqtisadi  siyasət;  7)  əhalin in  tərksilah  ed ilməsi;  8)  hərbi  mü-

kəlləfiyyət və məcburi işlər; 9) inzibati polis qəyyumluğu.  

 

 



 

 

 



 

 

Hər b ir hissədə sənədlər  xronoloji ard ıcıllıq la verilmişdi.  Ön sözdə göstərilirdi ki, hazırda  Azərbaycanın  müstəqil 



həyat keçird iyi bir ş əra itdə, tarixin  bütün gedişi ilə  müha kimə o lunan köhnə qaydaları bərpa  et məyə cəhd göstərən siyasi 

qruplar tapılır.  

 

 

 



 

334 

 

Nəşr  olunan  sənədlər  keç miş  imperiyanın  elə  c inayətlərini  aç malıdır  ki,  keç miş ə  qayıtmağın  qeyri-mü mkünlüyü  aydın 



olsun. Bununla yanaşı, həmin  sənədlər ictimai dairələri A zərbaycan türklərinin  siyasi və  milli arzuları  ilə tanış etməli  idi. 

Naşirlərin  fikrincə,  bu,  türk  və  rus  demokratiyası  arasında  qarşılıqlı  anlaş maya  gətirməli  id i.  A zərbaycan  Xalq 

Cü mhuriyyətinin   süqutundan  sonra  sənədlər  toplusunun  nəşri  yarımçıq   qaldı.  Sovet  hakimiyyəti  dövründə  Rusiya 

çarizminin  A zərbaycanda  müstəmləkəçilik  siyasətinə  dair  sənədlər  toplusu  çap  olunsa  da,  burada  əvvəlki  təcrübə  nəzərə 

alın mamış, sənədlərin təsnifatı başqa cür aparılmış, məqsəd də əvvəlkindən tamamilə fərq li olmuşdur. 

 

Əd.: 

Документы  по  русской  политике  в  Закавказье.  Вып.  первый.  Изд.  Особой  Комисси  при  Министерстве  Иностранных  дел 

Азербайджанской Республики, Б., 1920; Колониальная политика Российского царизма в Азербайджане в 20-60-

Х  ГГ


. XIX 

B

.,



 T

.

 



1-2, M.-Л, 1936-

1937. 


DON  HÖKUMƏTĠ,  Don Respublikası höku məti - Rusiyada Oktyabr çevrilişindən (1917) sonra Don bölgəsində 

yaranmış  hökumət.  Rusiya  hökumətinin  1887  ildə  keçirdiy i  in zibati-ərazi  bölgüsünə  əsasən,  Rostov  vilayəti  ilə  Taqanroq 

şəhəri Don Qoşunu vilayətinə daxil edilməklə,  Şimali-qərbi  Qafqazın bir hissəsi Don kazakların ın idarəsinə keçdi. Oktyabr 

çevrilişindən sonra Sovet hakimiyyətinə tabe olmaqdan boyun qaçıran Don kazakları ö z hakimiyyət orqanlarını yaratdılar. 

1918  il  may m  8-də  alman  ordusunun  köməyilə  bolşeviklər  Don  vilayəti  ə ra zisindən  qovuldu,  mayın  26-da  isə  Don 

kazaklarının  dairəsi  "Böyük  Don  Qoşunu"  hökuməti  yaradılmasını  elan  etdi.  Ataman  P.Krasnovun  başçılıq  etdiyi  bu 

hökumətin  65  minlik ordusu var idi.  1919  ilin yanvarında bu ordu general A.Denikinə tabe edild i və həmin  ilin payızında 

Moskva üzərinə yürüşdə iştirak etdi. 

Don Respublikası höku məti Paris sülh konfransında (1919-20) iştirak etmək üçün öz nü mayəndə heyətini 1919 ilin  

əvvəlində İstanbula göndərmiş, lakin onlar da Rusiyanın cənubunda yeni yaranmış dövlətlərin nü mayəndələri ilə birlikdə bu 

şəhərdə  ləngiməli  olmuşdular.  Bu   nü mayəndələrin   müttəfiq  dövlətlərin  İstanbuldakı  ko mandanlığına  ünvanladıqları 

müraciətdə  Don əhalisinin həm bolşeviklərin, həm də  köhnə rejimi bərpa etmək istəyən bir qrup  məsuliyyətsiz adamların 

yaratdığı qurama təşkilatların təhlü kəsi altında qaldığ ı bildirilird i. 

Azərbaycan Xa lq Cü mhuriyyəti Höku məti 1919 il iyunun 26-da ö zünün Kubandakı diplo mat ik nü mayəndəsi Cə fər 

bəy Rüstəmbəyova əlavə  mandat göndərərək, ona  Don höku mət i yanında Azə rbaycan Xalq   Cü mhuriyyətini tə msil et mək 

səlahiyyəti  verdi.  Hə min  il  sentyabrın  24-də  isə  Xosrov  bəy  Sultanov  Azərbaycan  Höku mətin in  Rostovda  konsul-agenti 

təyin edildi. 

1920


 

ilin  yanvarında Qırmızı ordu Rostovu və Novoçerkasskı tutdu, martda isə bütün Don vilayətini ələ keçirərək, 

Don Respublikası höku mətinin varlığına son qoydu.

 

Əd.: 

Aзepбaйджанская Демократиская  Pecnублика (1918-1920), Внешняя политика (документы и материалы) , Б., 1998; Борьба 

за  власть  Собетов  на  Дону    в 1917  – 1920  гг.  (сборник  документов), Ростов  на/  Д., 1957; Хмелевский  К. А.,  Лрах  красновщины  и 

немецкой интервенции на Дону (апрель 1918 март 1919 года), Ростов на/Д., 1965.   

 

DÖRDLƏR  ĠTTĠFAQI  -  A lmaniya,  Avstriya-Macarıstan,  Osman lı  dövləti  və  Bolqarıstan  arasında  bağlanmış 

hərbi  ittifaq   və  Birinci  dünya  müharibəsində  (1914-18)  Antantaya  qarşı  vuruşmuş  koalisiya.  1879-82  illərdə  A lmaniya, 

Avstriya-Macarıstan və İtaliyanın hərb i-siyasi blo ku yaran mışdı. 

Dünya  müharibəsi  başladıqda,  İtaliya  "Üçlər  İttifaqı"ndan  çıxaraq  ona  daha  ço x  qənimət  vəd  edən  Antantaya 

qoşulmuşdu. Əvəzində Bolqarıstan və Osmanlı dövləti Almaniya və Avstriya-Macarıstan ittifaqına qoşulmuş, beləliklə, Üçlər 

İttifaqı Dörd lər İttifaq ına çevrilmişdi. 

Lakin Dördlər İttifaqının ö z daxilində, xüsusilə Osmanlı dövləti ilə Almaniya arasında da mənafe ziddiyyətləri vardı. 

 

Əd.: 

Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-ci illər), B., 1993; История дипломатии (второе, 

переработонное издание), т. 1, М., 1959. 

 

DÖRDÜNCÜ  HÖKUMƏT  KABĠNƏSĠ  A zərbaycan  Xalq  Cü mhuriyyətinin  dördüncü  Hökuməti.  A zərbaycan 

Xalq  Cü mhuriyyəti  dövründə  dövlət  hakimiyyətinin  ali  icraed ici  orqanı.  1919  ilin  fevralında  Fətəli  xan   Xoyskin in  3-cü 

Höku mət  kabinəsi  istefaya  getdikdən  sonra,  yeni  -  4-cü  Hö ku mət  kabinəsinin  təşkili  Nəsib  bəy  Yusifbəyliyə  tapşırıldı. 

Parla mentin  aprelin  14-də  keçirilən  29-cu  iclasında  N.Yusifbəyli  forma laşdırdığ ı  yeni  Hö ku mət  kabinəsinin  üzv lərini 

təqdim  etdi  və  Höku mət in  gələcək  fəaliyyəti  barədə  proqra m  bəyanatı  ilə  ç ıxış  etdi.  N.Yusifbəylin in  Höku mət  proqra mı 

Parlament üzvləri tərəfindən geniş mü zakirə edildi və 4-cü Hö ku mət kab inəsi aşağıdakı tərkibdə təsdiq olundu: Nəsib bəy 

Yusifbəyli - Na zirlər Şurasının  sədri və  da xili işlə r na ziri;  Sə məd bəy Mehmandarov hərbi nazir;  Mə mməd  Yusif Cəfərov  - 

xarici  işlər  naziri;  Ağa  Əminov  —  ticarət  və  sənaye naziri;  Əlağa  Həsənov  maliyyə  naziri;  Xudadat  bəy  Məlik-Aslanov  - 

yollar na ziri;  Cə mo bəy Hacınsk i - poçt və teleqraf naziri;  Rəşid bəy Qaplanov - xa lq  maarifi və d ini et iqad naziri;  Viktor 

Klenevsk i  -  himayədarlıq  naziri;  Aslan  bəy  Qardaşov  -  əkinçilik  və  dövlət  əmla kı  naziri;  A.Dastakov  -  səhiyyə  naziri; 

Nəriman  bəy  Nərimanbəyli  -  dövlət  nəzarəti  naziri;  X.A maspür  -  portfelsiz  na zir.  Sonradan  da xili  işlə r  naziri  vəzifəsin in 

icrası Məmməd Həsən Hacınskiyə tapşırılmışdı (bax Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti məqaləsinə). 

DÖVLƏT  BANKI  - Azərbaycan Xalq   Cü mhuriyyətinin   maliyyə vəsaitini tənzimləyən əsas dövlət qurumu  (bax 

Azərbaycan Dövlət bank ı). 

DÖVLƏT BAYRAĞI - A zərbaycan Xalq  Cü mhuriyyətinin dövlət suverenliyi rəmzlərindən biri. A zərbaycan Xalq  

Cü mhuriyyəti  Höku məti  ölkənin  suverenlik  rəmzi  olan  dövlət  bayrağının  təsisi  haqqında  ilk  qərarı  1918  il  iyunun  21-də 

Gəncədə  qəbul  etmişdi.  Cü mhuriyyətin  qırmızı  rəngli  ilk  bayrağın ın  üzə rində  ağ  rəngli  aypara  və  ağ  rəngli  səkkizguşəli 

ulduz təsvir olunurdu.  

 


335 

 

Bugünkü  Azərbaycan  Respublikasının  dövlət  rəmzi  olan  üçrəngli  milli  bayraq  isə  1918  il  noyabrın  9-da  Cü mhuriyyət 



Höku mətin in  iclasında  Höku mətin  sədri  F.x.Xoyskinin  məru zəsi  əsasında  qəbul  edilmişdir.  Hö ku mətin  həmin  iclasında 

Azərbaycanın  dövlət  bayrağının  "yaşıl,  qırmızı  və  mav i  rənglərdən,  ağ  aypara  və  səkkizguşəli  u lduzdan  ibarət"  olması 

qərara alındı.  Bayraqdakı üç rəng - yaşıl isla mın, q ırmızı (a l)  müasir a zadlıq ideologiyasının,  mavi  isə türklüyün rə mzi  idi. 

1918 ilin iyununda təsdiq edilmiş bayraqdakı aypara və səkkizguşəli ulduz isə olduğu kimi sa xlan ılmışdı. 

Cü mhuriyyətin  Dövlət bayrağı Aprel işğalı (1920) nəticəsində ləğv edilsə də, Azərbaycan  xalqın ın  istiqlal  müba-

rizəsində  böyük  rol  oynadı.  1988  ildə  A zadlıq  hərə katı  başlandıqda,  üçrəngli  bayraq  yenidən  qaldırıld ı.  Bu  tarixi  a kt 

Azərbaycan Sovet Sosialist  Respublikası rəhbərliy inin də  fəaliyyətinə ciddi təsir göstərdi. 1990  il noyabrın 17-də Na xç ıvan 

Muxtar  Respublikası  Ali  Məclisinin  Heydər  Əliyevin  sədrliy i  ilə  keçən  1-ci  sessiyasında  Azərbaycan  Xalq  Cü m-

huriyyətinin üçrəngli dövlət bayrağı  Na xç ıvan Muxtar  Respublikasının dövlət bayrağı kimi qəbul olundu, 1990  il noyabrın 

29-da  isə  "Azərbaycan  SSR  ad ının  və  dövlət  bayrağının  dəyişdirilməsi  haqqında"  fərman  verildi  və  1991  il  fevra lın   5-də 

qanunvericilik orqanı tərəfindən təsdiq olundu (bax Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzləri). 

 

Əd:.

 

Aзepбaйджанская  Демократиская    Pecnублика  (1918-1920),  Законодательные  акты  (сборник  документов),  Б.,  1998;  



Rəsulzadə M .Ə., Azərbaycan Cümhuriyy əti, B., 1990; Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001;  M ərdanov M ., Quliyev Ə., Azərbaycan 

Respublikasının dövlət rəmzləri, B., 2001. 



 

DÖVLƏT  GERBĠ  -  Azərbaycan  Xalq   Cü mhuriyyətinin   dövlət  suverenliyi  rəmzlərindən  biri.  Cü mhuriyyət 

Höku məti  1919  il  martın  23-də,  ilk  dəfə  olaraq,  Azərbaycan  Xalq  Cü mhuriyyəti  dövlət  gerbinin  və  dövlət  möhürünün 

layihələ rin i hazırla maq  üçün müsabiqə elan et mə k ba rədə qərar qəbul etdi. Qəra ra  əsasən, layihə lər hə min il apre lin 20-sinə 

qədər təqdim o lunma lı idi. Ço x gü man ki, müsabiqəyə təqdim olun muş layihələ r bəyənilmə miş və qəbul edilmə mişdir. Buna 

görə də 1920 il yanvarın 30-da Höku mət hərbi ordenlər, milli himn , dövlət gerb i və möhürü  lay ihələrinin  hazırlan ması üçün 

müsabiqə  elan  etmək  barədə  yenidən  qərar  çıxarmışdı.  Ordenlərin  layihəsinə  baxılması  işi  hərbi  nazirliyə,  h imn,  gerb  və 

möhür  layihələrinə  baxılması  isə  xalq  maarifi  nazirliyinə  tapşırılmışdı.  Xalq  maarifi  nazirliy i  bu  məqsədlə  "Azərbaycan" 

qəzetində  dəfələrlə  e lan  verərək  b ild irmişdi  ki,  təqdim  ediləcə k  ən  ya xşı  dövlət  himni  layihəsinə  görə  50  min  manat,  ən 

yaxşı  gerb  və  möhür  layihələri  üçün  isə  25  min  manat  mükafat  müəyyən  olunmuşdur.  Elanda  bildirilirdi  ki,  müsabiqədə 

iştirak etmək istəyənlər həmin  il  may ın  1-nə qədər ö z lay ihələrini  məxfi  zərflərdə  xalq   maarifi nazirliy inin dəftərxanasına 

təqdim  et məlid irlər.  Müsabiqənin  nəticələ rin in  e lan  o lunması  A zərbaycanın  İstiqla lının  ikinci  ildönümünə,  yəni  1920  il 

may ın 28-nə nəzərdə tutulurdu. Lakin 1920 il aprelin 27-də A zərbaycanın Sovet Rusiyası tərəfindən işğalı bu mühüm dövlət 

tədbirinin başa çatdırılmasına imkan verməd i. 

Azərbaycan  müstəqilliy ini  bərpa  edəndən  (1991,  18  o ktyabr)  sonra  dövlət  gerbi  haqqında  yeni  müsabiqə  elan 

olundu.  Müsabiqə  komissiyasına  daxil  olan  eskizlər  A zərbaycan  Respublikasının  Milli  Məclisində  geniş  müzakirə  edildi, 

lakin  onla r  qənaətbəxş  hesab  olunmadı.  Buna  görə   də  yu xarıda  bəhs  olunan  gerb  layihəsini  bərpa  et mə k  qə rara   alındı. 

Azərbaycan Xalq  Cü mhuriyyəti dövründə hazırlan mış gerb layihəsi rəssam R.Mə mmədov tərəfindən təkmilləşdirildi. 1993 

il  19  yanvar  tarixli  konstitusiya  qanunu  ilə  dövlət  gerbinin  rəngli  və  ağ-qara  təsviri  təsdiq  edildi  (ba x  Azərbaycan  Xalq 



Cümhuriyyətinin dövlət rəmzləri). 

 

Əd.

  Aзepбaйджанская  Демократиская    Pecnублика  (1918-1920),  Законодательные  акты  (сборник  документов),  Б.,  1998;   

Mərdanov M ., Quliyev Ə., Azərbaycan Respublikasının dövlət rəmzləri, B., 2001. 

 

DÖVLƏT  HĠMNĠ  -  Azərbaycan  Xalq   Cü mhuriyyətinin   dövlət  suverenliyi  rəmzlərindən  biri.  Cü mhuriyyət 

Höku mətin in 1920 il yanvarın  30-da qəbul etdiyi dövlət rəmzləri  layihələrinin hazırlan ması haqqındakı qərarda Azərbaycan 

Xalq  Cü mhuriyyəti  dövlət  himnin in  lay ihəsini  hazırlamaq  üçün  müsabiqə  elan  olun ması  Xalq  Maarifi  Nazirliy inə 

tapşırıldı.Xalq  Maarifi  Nazirliyi  bu  məqsədlə  müsabiqənin  şərtlərini  "Azərbaycan"  qəzetində  dəfələrlə  elan  edərək 

bildirmişdi  ki,  təqdim  ed iləcək  ən  yaxşı  dövlət  himn i  layihəsinə  görə  50  min  manat  mükafat  müəyyən  edilir.  Müsabiqə 

iştirakçıları  lay ihələrini  həmin  il  mayın   1-nə  qədər  xalq  maarifi  nazirliyin in  dəftərxanasına  təqdim  etməli  id ilər. 

Müsabiqənin  nəticələri  mayın  28-nədək,  yəni  Azərbaycanın  İstiqlalının  ikinci  ildönümünə  qədər  elan  edilməli  id i.  Lakin 

1920 il aprelin  27-də  Azə rbaycanın Sovet Rusiyası tərəfindən işğalı nəticəsində milli dövlətçiliyin süqutu Azərbaycan Xa lq 

Cü mhuriyyətinin dövlət h imnin in qəbul olun masına imkan verməd i. 

1991  ildə  A zərbaycanın  dövlət  müstəqilliy i  yenidən  bərpa  olunduqdan  sonra  Üzey ir  bəy  Hacıbəylinin  Xalq  

Cü mhuriyyəti  illərində yazdığı "Azərbaycan  marşı" Azərbaycan Respublikasının   1992  il  27  may tarixli qanunu ilə dövlət 

himni kimi təsdiq olun muşdur (bax Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzləri). 



 

Əd.: 

Aзepбaйджанская  Демократиская    Pecnублика  (1918-1920),  Законодательные  акты  (сборник  документов),  Б.,  1998;  

Mərdanov M ., Quliyev Ə., Azərbaycan Respublikasının dövlət rəmzləri, B., 2001. 


Yüklə 19,75 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin