Xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu



Yüklə 19,75 Mb.
Pdf görüntüsü
səhifə52/80
tarix31.01.2017
ölçüsü19,75 Mb.
#7086
1   ...   48   49   50   51   52   53   54   55   ...   80

 

DAĞIS TAN  VĠLAYƏTĠ -  Rusiya imperiyasında in zibati vahid. Dağ ıstan torpaqları  1813  il  Gülüstan müqaviləsi 

ilə   Rusiyaya ilhaq edilmişdi.  Ça r höku mət i burada Dağ ıstan hərbi dairəsi (mə rkə zi Dərbənd olmaqla) yaratmışdı.  Dağıs tan 

dairəsi  Ba kı,  Quba  və  Dərbənd  əyalətlərindən  ibarət  idi.  1840  il  in zibati-məhkə mə  islahatı  nəticəsində  Dərbənd  qəzası 

(Dərbənd,  Tabasaran  və  Qaraqaytaq  əyalətləri)  və  Quba  qəzası  (Sa mu r  dairəsilə  birgə  Quba  əyaləti)  xüsusi  hərbi  dairədə 

birləşdirildi.  Dağıstan və Şimali Qa fqazda  1834-59  illər  xa lq azadlıq hərəkatı yatırıldıqdan sonra Dağıs tan vilayətinin  idarə  

edilməsi  haqqında  1860  il  5  apre l  "Əsasnamə"si  elan  olundu.  Əsasnaməyə  görə,  Dərbənd  quberniyası  ləğv  edild i.  Quba 

qəzası Ba kı quberniyasının tərkibinə qatıldı,  Ca r-Ba lakən hərbi dairəsi Zaqatala hərbi dairəsinə çevrild i.  Qafqa z təqvimin in 

(1917)  məlu mat ına  görə,  Də rbənd  vilayətinin  ə razisi  26105,45  k v.verst,  əhalisi  713342  nəfər  idi.  Vilayətdə  Dərbənd, 

Petrovsk  və  Temirxan -Şura  şəhərləri  var  idi.  Dərbənd  vilayəti  Avar,  Əndi,  Qunib,  Dargi,  Qa zıqu mıq,  Qaytaq,  Tabasaran, 

Kürə, Samur, Temirxan-Şura dairələrindən ibarət id i. 

Dairələ rin  əha lisi  643369  nəfər  idi.  Vilayətin  etnokonfessional  tərkibinə  dair  məlu mat lar  aç ıq-aşkar  təhrif  olun-

muşdur. Əhali  Qafqaz dairələri ilə b irlikdə,  mü xtəlif Asiya  xalq ları adı altında  müsəlman şiə (hər iki cinsdən 15615 nəfər) 

və sünnilərə (91977 nəfə r) ayrılmışdır (cə mi 107592 nəfə r). Onların, əsasən azərbaycanlıla rdan ibarət olduğunu qeyd etmək 

mü mkündür. Dərbənd vilayəti Qafqaz hərbi dairəsinə daxil id i. Əhali əsasən, əkinçilik, maldarlıq, üzü mçü lük və s. təsərrüfat 

sahələri ilə məşğul olurdu. Sənaye istehsalı sahəsində kustar peşələr üstünlük təşkil edird i. 

Fevral  inqilabından  (1917)  sonra  Dərbənd  vilayəti  şəhərlərində  və  bir  sıra  dairələrdə  fəh lə,  əsgər  və  kəndli 

deputatları  sovetləri  yaran mağa  başladı.  Sovetlərdə  menşevik  və  eserlər  üstünlük  təşkil  edird i.  Martın  9  (22)-da  Dərbənd 

vilayəti Müvəqqəti höku mətin orqanı o lan Müvəqqəti  Vilayət İcra iyyə Ko mitəsi yaradıldı.  6  (19) apreldə yerli ha kimiyyət 

orqanı  olan   xüsusi  ko missarlıq  (vilayət  ko missarı  İ.Heydərov  id i)  fəaliyyətə  başladı.  O,  Xüsusi  Zaqafqaziya  Komitəsinə 

(OZAKOM)  tabe  idi.  Müstəqillik  tərəfdarı  olan  qüvvələr  Dərbənd  vilayətini  Rusiyadan  ayırmağa  çalışırdılar.  Apre ldə 

"Cə miyyətül  isla miyyə" (sədri D.Araşev), sentyabrda is ə Dağıstan  milli  ko mitəsi təşkil o lunmuşdu. 1917  ilin  mayında isə 

Terek vilayəti ilə birlikdə Şima li Qa fqaz Dağlı Xa lqları İttifaq ı yaradılmışdı.   

 

 



 

 

 



 

 


321 

 

Dərbənd vilayət şəhərlərində  Rusıya Sosial-De mo krat  Fəhlə  (bolşeviklər) Pa rtiyasının Mərkə zi  Ko mitəsi və  Ba kı bolşevik 



ko mitəsi,  Dərbənddəki  "Hü mmət"  qrupu  ilə   ə laqədə  fəa liyyət  göstərən  bolşevik  ko mitəsi  də  meydana  gəlmişdi.  Mayda 

Dağıstan sosialist qrupu yaradıldı. 1917 il Oktyabr çevrilişindən sonra Petrovsk-Port Soveti hakimiyyətin  sovetlərə keçməsi 

haqqında qətnamə qəbul etdi. Noyabrda Dərbənd vilayətin in qalan h issəsində Dağlı  Respublikası,  1  (14) dekab rda Terek-

Dağıstan  hökuməti  yaradıldı.  1918  ilin  martında  Petrovsk-Portu  da  tutuldu.  Lakin  Bakı kommunası  Dağıstanda  da  sovet 

hakimiyyətinin qurulmasına  xüsusi əhəmiyyət verir, dağlı  xa lqlarının  milli a zadlıq  mübarizəsin in boğulmasına çalışırdı.  Bu 

məqsədlə  Dağ ıstana  3  min  nə fərlik  dəstə  göndərilmişdi.  On lar  yerli  q ırmızı  qvardiyaç ıla rla   birgə  Petrovsk-Portu  və 

Dərbəndi tutmuşdular. Dərbənddə Qa zımə mməd Ağasıyev başda olmaq la, Hərb i inqilab ko mitəsi yaradılmışdı. 

Gü rcüstana köçmüş Dağlı  Respublikası höku məti 1918  ilin  mayında yenidən təşkil olun muş, hakimiyyətini bərpa 

etmə k  üçün  tədbirlər  görmüşdü.  Yayda  Dağ ıstanda  sovet  hakimiyyətinə  son  qoyulmuş,  noyabrda  Dağlı  Respublikası 

hökuməti  Temirxan-Şuraya  köçmüşdü.  Dağlı  Respublikası  ilə  A zərbaycan  Xalq  Cü mhuriyyəti  arasında  siyasi  və  iqtisadi 

münasibətlər  mövcud  idi.  1918  il  noyabrın  28-də  Azərbaycanla  Dağlı  Respublikası  arasında  müqavilə  imzalan mışdı  (bax 

Azərbaycanla  Dağlılar  Respublikası  arasında  müqavilələr).  Denikin  işğalına  qarşı  mübarizədə  də  Dağlı  Respublikasına 

maddi və  mənəvi kö mə k göstərilmişdi.  La kin Dağ lı  Respublikası  Denikin işğalından  xilas ola bilmə miş, 1919 ilin  mayında 

özünü buraxmış, iyulda Denikinin qoşunları Dağıstana daxil olmuşdu. 1920 il martın 30-da 11-ci Qırmızı ordu Petrovsk-Port 

şəhərini ələ keçirdi. Dağıstanda sovet hakimiyyəti quruldu. 



 

Əd:.  Göyüşov A., 1917-1920-ci  illərdə Şimali Qafqaz dağlılarının azadlıq uğrunda mübarizəsi,  B., 2000;  Həsənov 

C,  A zərbaycan  beynəlxalq  münasibətlər  sistemində  (1918-20-c i  illər),  B.,  1993;Nəsib zadə  N,  Azərbaycanın  xaric i  siyas əti 

(1918-1920), B.,1996; Ис тория народов Северного Кавказа (конец XVIII 

B

.



 

- 1917), M., 1988. 



 

DAĞLI  RESPUBLĠKAS I  -  Dağıstan  və  Terek  v ilayətlərində  mövcud  olmuş  (1918-19)  müstəqil  dövlət  (bax 

Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikası). 

DAĞLIQ QARABAĞ ERMƏ NĠLƏRĠNĠN  AZƏRB AYCAN HÖKUMƏ TĠ QARġIS INDA TƏƏ HHÜD -LƏ RĠ 

- Dağlıq Qarabağ ermənilərinin  bölgədə separatçılığa  son qoymaları barədə 1919 il avqustun 22-də imza ladığ ı sənəd. Sənəd 

Azərbaycan Xalq Cü mhuriyyəti Höku mətin in Qa rabağda genişlənməkdə o lan ermən i təcavüzünün və separatçılığın qarşısını 

almaq  məqsədilə həyata keç ird iyi qətiyyətli tədbirlər nəticəsində imza lan mışdı. Sa zişin imza lan ması ə rəfəsində Qarabağda 

vəziyyət  yenidən  kəskinləş mişdi.  Qarabağ  general-qubernatoru  Xosrov  Paşa  bəy  Sultanovun  əmri  ilə   vəziyyətin  nəza rət 

altında saxlan ması üçün Şuşanın ermən i hissəsindəki  xəzinədarlığ ın və poçtun Azərbaycan məhəlləsinə köçürülməsi, şəhər 

ətrafındakı səngərlərə əlavə postlar qoyulması,  Şuşa-Yev lax yolunun təhlükəsizliyin in təmin edilməsinə cəhd göstərilməsi 

erməni  millətçilərinin  rəhbərləri  tərəfindən  hiddətlə  qarşılandı.  Azə rbaycan  hakimiyyət  orqanlarının  bölgədə 

möhkəmlən məsinə yol verməmək üçün onlar silahlı təxribatlara əl atdılar. 


322 

 

 1919  il  iyunun  4-də  Şuşa  və  ətraf  kəndlər  silah lı  qarşıdurma  mə rkəzinə  çevrild i.  İyunun  5-də  bölgədəki  ingilis 



ko mandanlığın ın kö məyi ilə silahlı təxribatların təşkilatçıları olan Ermən i Milli Şurasın ın üç fəalı həbs edilərək Azərbaycan 

ərazisindən  çıxarıld ı.  İyunun  6-da  Azərbaycan  qoşun  bölmələri  Şuşanın  ermən i  məhəlləsindəki  qışlalarda  yerləşdikdən 

sonra, ermənilər tə xribatın  törədilməsində kənardan gə lmə  qüvvələrin təqsirkar olduğunu, Azərbaycan Hö ku mət orqanla rı 

ilə  ə mə kdaşlığı genişləndirməyə mey lli o lduqlarını b ild ird ilə r. 

Azərbaycan  Höku mətinə  münasibət  məsələsi  Qarabağ  ermənilərinin  1919  il  avqustun  16-da  çağırılan  7-ci  quru l-

tayında  da  müzakirə  edild i.  Qurultay  nümayəndələri  Azərbaycan  Xalq  Cü mhuriyyətinin  Hö ku mət  orqanları  ilə  danışıqlar 

aparmağa  və  saziş  imzalamağa  razı  oldular.  Həmin  gün  qurultay  nümayəndələrindən  20  nəfər  Şuşaya  gəlib,  Azərbaycan 

Hökumət orqanları ilə imzalanacaq sazişin məzmunu barədə danışıqlar apardılar. 

Saziş 26 bənddən ibarət idi.  Əsas məzmunu tərəflər arasında etimadın genişləndirilməsi,  münaqişələrin sülh yolu  

ilə   həlli  üçün  zə min  yaradılması  ilə   bağlı  idi.  Sa zişə  əsasən,  Qarabağ  general-qubernatorluğu  yanında,  hər  iki  tərə fdən, 

bərabər  sayda  olmaqla ,  6  nəfə rlik  Şura  yaradılma lı,  millət ləra rası  məsələlər  ilkin  olaraq,  bu  Şurada  mü zakirə  ed ilməli, 

general-qubernatorun mülki  işlər ü zrə  müav ini və zifəsi təsis edilməli və hə min vəzifəyə ermən i təyin olun malı  idi. Sa zişdə 

digər  məsələlə r  də  ə ksini  tap mışdı.  La kin  sazişin  imza lan ması  bölgədə  sülhü  təmin  et mədi.  A z  sonra  ermənilər  öz 

niyyətlərinə  na il  olmaq  üçün  Zəngəzurda  və  Qarabağda  türk-müsəlman   əhaliyə  qarşı  qətlləri,  tə xribatla rı  yenidən 

genişləndirdilər. 

 

Əd.: 

M əmmədova H., Qarabağ  general-qubernatorluğunun erməni təcavüzünə qarşı mübarizəsi tarixindən səhifələr, B., 1999; 

Süleymanov M., Azərbaycan ordusu (1918-1920). B., 1998. 

 

DAXĠLĠ ĠġLƏR NAZĠRLĠYĠ (DĠN), A z ə r b a y  c a n  X a l q  C ü m h u r i y y ə t i  H ö k u m ə t i n i n  D a x- 

i l i  İ ş l ə  r  N a z i r 1 i y i - ölkədə ictimai asayişi, qanunçuluğu və hüquq normala rın ı qoruyan dövlət orqanı. 1918 il may ın 

28-də  Azərbaycan  Milli  Şurasının  qərarı  ilə  Fətəli  xan  Xoyski  tərə findən  Tiflisdə  təşkil  edilmiş  birinc i  Azə rbaycan  Xalq 

Cü mhuriyyəti  Höku mətində F.x.Xoyski Nazirlər  Şurasının sədri vəzifəsi ilə yanaşı, həm də daxili işlər naziri vəzifəsini icra 

edirdi.  Hə min  il  Höku mət  Gəncəyə  köçdükdən sonra,  iyunun  17-də  F.x.Xoyskinin   burada  təşkil  etdiyi  ikinc i  Höku mətdə 

daxili  işlər  naziri  vəzifəsini  Behbud  xan  Cavanşir  tutdu.  Noyabr-dekabr  aylarında  isə  Behbud  xan  Cavanşirin  sənaye  və 

ticarət naziri və zifəsinə təyin olun ması  ilə ə laqədar da xili  işlər naziri vəzifəsini  müvəqqəti olaraq general-mayor Məmməd 

Sadıq bəy Ağabəyov icra etmişdir. 

Azərbaycan Xalq  Cü mhuriyyəti  Parla menti  fəaliyyətə başladıqdan sonra Parla mentin tapşırığı  ilə  1918 il de kabrın  

26-da F.x.Xoyskinin təşkil etdiyi üçüncü Hökumət kabinəsində daxili işlə r naziri və zifəsi  Xəlil bəy Xasmə mmədova həvalə 

olundu.1919 il apre lin  14-də Nəsib bəy  Yusifbəylin in dördüncü Höku mət kab inəsində o, özü  Höku mətin  sədri və zifəsi  ilə  

yanaşı,  həm  də  daxili  işlər  naziri  vəzifəsini  icra  etdi.  1919  ilin  dekabrında  N.Yusifbəylin in  yaratdığı  beşinci  Hö ku mət 

kabinəsində daxili işlə r na ziri vəzifəsin i əvvəlcə Mə mməd Həsən Hacınsk i, sonra isə Mustafa bəy Vək ilov tutmuşdur. 

DİN  mürəkkəb   tarixi  dövrdə  ö lkədə  hökm  sürən  anarxiyanın  qarşısının   alın ması,  qanunçuluğun  və  hüquq  nor-

malarının  bərqərar  ed ilməsi,  ö lkə  vətəndaşlarının  şəxsi  və  əmlak  təhlü kəsizliklərin in  təmin  o lunması,  cinayətkarlıqla 

mübarizə aparılması, bununla, ölkədə sabitlik yarad ılmasında mühüm rol oynamışdır. 

DİN-in fəaliyyətini şərti olaraq üç dövrə bölmək o lar: b irinci dövr Behbud xan Cavanşirin nazirliyə rəhbərlik etdiyi 

dövrdür. Bu  dövrdə DİN-in  funksiyası b ir tərəfdən müstəqil dövlətin  müstəqil nazirliy i tərəfindən həyata keçirilird isə, digər 

tərəfdən, bu struktur Türkiyə  hərbi ko mandanlığından xey li dərəcədə asılı idi. Ölkədə anarxiyaya son qoymaq, qanunçuluğu 

və  vətəndaş  təhlükəsizliy ini  tə min  et mə k  məqsədilə  b ir  tərəfdən,  keç mişdə  fəa liyyət  göstərmiş  inzibati  idarə  siste min in 

quruluşu və şəxsi  heyəti  olduğu  kimi  saxlanılır,  d igər  tərəfdən  isə,  onların  vəzifəsi,  imkan  düşdükcə,  Höku mətin  1918  il 

iyunun  19-da  qəbul  etdiyi  hərbi  və ziyyət  haqqındakı  qərarının  müəyyən  etdiyi  səlahiyyətlərdən  istifadə  o lunmaq la  hərbi 

qüvvə vasitəsilə həyata keçirilird i. 

1918 il  iyunun 23-də nazirlik tərəfindən işlənib hazırlan mış  məcburi qərar dərc olundu. Qəra ra əsasən, şəxsiyyətə, 

şəxsi, dövlət, yaxud ictimai əmlaka qarşı ağır cinayətlərə hərbi-məhkəmə orqanlarında baxılır,  ictimai sabitlik üçün təhlükə 

törədən cinayətlərin araşdırılması  isə Daxili  İşlər  Nazirliy inin və yerli  inzibati idarə orqanları  rəhbərlərin in (qubernatorlar, 

qəza rə isləri) sərəncamına verilird i. 

Azərbaycan Xa lq  Cü mhuriyyəti Hö ku mətinin  1918  il  24  iyun tarixli qərarına əsasən, bütün keçmiş in zibati  idarə  

işçiləri  iyulun 1-nədək ö z iş yerlərinə qayıtmaləı  idi, əks halda, işdən azad ediləcəkd ilər.  Həmin vaxtdan etibarən qəzalarda 

yerli əhali hesabına inzibati-idarə  orqanlarının  şəxsi heyəti forma laşmağa başladı. Cü mhuriyyət Höku məti iyulun 2-də DİN-

in mə ruzəsi əsasında polis işçilə rin in ə mə k haqqını art ırmaq barədə qərar qəbul etdi. Gəncə quberniya idarəsi işçilərinin sayı 

ixtisar edildi. Zaqatala mahalı Azərbaycan Cümhuriyyətinə birləşdirildikdən sonra ayrıca quberniyaya çevrild i və quberniya 

idarəsi  yaradıldı.  DİN-in  Gəncədə  həyata  keçirdiyi  ilk  tədbirlə rdən  biri  Gəncə  şəhər  özünüidarəsini  bərpa  et mək  o ldu. 

İyunun 22-də  Gəncə şəhər rəisinin  müavin inə şəhərdəki  işçi qüvvələrin i təcili olaraq bir yerə toplayıb fəaliyyətə başlamaq 

tapşırıldı. İyunun 27-də Azərbaycan Cümhuriyyəti Hö ku məti  Gəncə şəhər özünüidarəsini təşkil etmək üçün şəhər idarəsinə 

150  min  manat faizsiz borc vermə k, vəba ilə  mübarizə aparmaq üçün qaytarılma maq şərti ilə 100  min manat kömək ayırmaq 

barədə  qərar  qəbul  etdi.  1918  il  iyulun  30-da  Höku mət  digər  şəhərlərdə  də  özünüidarə  orqanları  yarat maq  haqqında  DİN 

tərəfindən təqdim olun muş mə ruzə  əsasında qərar qəbul etdi.  

 

 

 



 

323 

 

Azərbaycan  Cü mhuriyyəti  Hö ku mətinin   1918  il  7  və  27  iyul  tarixli  qəra rla rı  ilə   DİN-ə  yerlərdə  in zibati  idarə  orqanla rı 



yaradıldıqca, anarxiyanın  hökm sürdüyü dövrdə Gəncədə və digər şəhərlərdə əhalin in təşkilinin yeganə mərkəzi orqanı o lan 

Müsəlman Milli Ko mitələrin in ləğv edilməsi tapşırıldı. 

1918 il sentyabrın 15-də Qa fqaz İslam Ordusu Bakını daşnak və eser-menşevik hərbi qüvvələrindən azad etdikdən 

sonra, Cü mhuriyyət Höku məti Bakıya köçdü, DİN-in fəaliyyət dairəsi daha da genişləndi. 

1918 

ilin  dekabrında  Azərbaycan  Cümhuriyyəti  Parlamentinin  işə  başlaması  ilə  əlaqədar  Hö ku mətdə  edilən  



dəyişikliklə r  nəticəsində  da xili  işlər  naziri  və zifəsi  Xə lil  bəy  Xasmə mmədova  həvalə  olunduqdan  sonra  nazirliy in 

fəaliyyətində  bir  sıra   ciddi  struktur  dəyişikliklə ri  edild i.  Na zirlik  b ir  tərəfdən,  təşkilati  işləri,  d igər  tərə fdən  isə,  xa rici 

dövlətlərin ölkənin daxili işlərinə müdaxiləsini dəf etmək tədbirlərin i gücləndird i. 

Qarabağ  bölgəsində  hakimiyyəti  möhkəmləndirmək  üçün  Azərbaycan  Cümhuriyyəti  Höku mətinin  1919  il  15 

yanvar tarixli qərarı  ilə Şuşa, Zəngəzur, Cavanşir və Cəbrayıl qəza larında general-qubernatorluq yaradıldı və həmin ayın 29-

da X.Su ltanov general-qubernator təyin olundu. 

DİN-in yerli idarələrinin  ştat cədvəli, onların əmək haqlarının  artırılması barədə qanun layihələri aprelin   8-də və 

may ın  26-da  Parlamentdə  təsdiq  olundu.  Bu  dövrdə  DİN-in  yerli  quru mlarının   təşkili,  vəzifəli  şəxslərin   fəaliyyəti  və  s. 

haqqında təlimatlar da hazırlanaraq yerlərə göndərildi. 

Azərbaycan Xalq  Cü mhuriyyəti Hö ku mətinin  1919  il  2 yanvar tarixli qərarı əsasında 1919  il üçün DİN-in smetası 

hazırlandı. Həmin ilin  martında Bakıda müttəfiq dövlətlərin polis ko missarlıqlarının  ləğvi ilə ölkənin  daxili siyasətinə xarici 

təzyiqin a radan qalxması da da xili işlər orqanlarının fəaliyyətinin güclən məsinə səbəb oldu. 

1919 

il apre lin 14-də təşkil olun muş 4-cü Hö ku mət kabinəsində Höku mətin sədri  Nəsib bəy Yusifbəylinin hə m 



də  da xili  işlə r  na ziri  və zifəsini  tut ması  ilə  na zirliy in  fəaliyyətinin  3-cü  dövrü  başlandı.  Na zirlik  və   onun  yerli  orqanları 

ölkədə  xarici  hərbi  qüvvələrin  müdaxiləsi  olmadan  sərbəst  və  müstəqil  fəaliyyət  göstərməyə  başladılar.  Bu  işdə  na- 

zirliy in  hazırladığ ı  və  16  aprel  tarixli  əmrlə  elan  etdiyi  təlimatın  mühüm  əhəmiyyəti  olmuşdur.  Təlimatda  qanunçu- 

luğun  və  intizamın  möhkəmləndirilməsi,  ölkənin  bütün  vətəndaşlarına  eyni  münasibət  göstərilməsi,  milli  qırğ ın  təza- 

hürlərinin  qarşısının  qətiyyətlə  alın ması,  vəzifəli  şəxslərin  öz  vəzifələrindən  sui-istifadə  hallarına  qarşı  kəskin  müba- 

rizə  aparılması  və  s.  məsələlər  öz  ə ksini  tap mışdı.  Ye rli  hakimiyyət  orqanları  əvvəlki  dövrə  n isbətən  öz  fəaliyyət- 

lərində mərkə zi hakimiyyətin göstərişlərinə daha ciddi ə məl ed irdilə r. 

Bu dövrdə DİN-in fəaliyyətində bir sıra təşkilati  xarakterli tədbirləri həyata keçirild i. Nazirliyin təklifi ilə Dövlət 

Müdafiə  Ko mitəsi  yaradıld ı.  Bakı  və  ətraf  sənaye  rayonlarının  daha  etibarlı  mühafizəsi  üçün  Bakı  Şəhər  Rəisliyi  təsis 

olundu,  Bak ı  Şəhər  Polisinin  ehtiyat  qüvvələri  təşkil  edildi.  A zərbaycan  Xa lq  Cü mhuriyyətində  hərbi  çağırışın  icrası 

haqqında Azərbaycan Parlamentin in  26  may tarixli qanununa uyğun olaraq, h ərb i çağırış barədə  Əsasnamə təsdiq olundu. 

Nazirlik  tərəfindən  hazırlan mış  Azərbaycan  polis  inspektoru haqqında  Əsasnamə  də  Dövlət  Müdafiə  Ko mitəsi  tərəfindən 

təsdiqləndi. 

Şəhərlərə gətirilən və aparılan yüklərdən onların  xeyrinə cari y ığım haqqında nazirliyin hazırladığı qanun layihəsi 

1919  il  iyulun 27-də A zərbaycan Cü mhuriyyətinin Pa rla menti tərə findən qəbul edilmişdi.  Na zirliy in təqdimatı ilə  mətbuat 

haqqında  nizamnamə,  icarəyə  verilmiş  binalar  üçün  qiy mətlərin  müəyyənləşdirilməsi  və  onlardan  istifadə  qaydaları  və  s. 

məsələ lərlə  bağlı  qanun  layihə lərinə  Parla mentdə  ba xılmış  və  qəbul  olun muşdu.  Na zirliy in  fəa liyyətinin  sonuna  yaxın 

işləyib  hazırladığı  ən  mühü m  sənədlərdən  biri  də  Azərbaycanda  torpaq  məsələləri  ilə  məşğul  olan  idarələr  haqqında 

Əsasnamə  idi.  Sənəddə  torpaqların  idarəçilik  formasının,  Qərbdəki  demokratik  əsaslara  uyğun  olaraq,  tama milə  yenidən 

qurulması nəzərdə tutulurdu. 

La kin  1920  il  apre lin  27-də  Sovet  Rusiyasının  Azərbaycanı  işğal  et məsi  A zərbaycan  Xalq  Cü mhuriyyəti  Da xili 

İşlər Nazirliyin in də fəaliyyətinə son qoydu. 



 

Əd.: 

Aзepбaйджанская Демократическая  Pecnублика   (1918-1920),  Законодательные акты (сборник документов), Б., 1998; Aдpec-

календары Aзepбaйджанской  Pecnублики нa 1920 r.,   B., 1920;   Azərbaycan Xalq Cümhuriyyəti. (1918-1920), Parlament (Stenoqrafik 

hesabatlar), c.l, 2, B., 1998; Paşayev A., Açılmamış səhifələrin izi ilə, B., 2001; Əliyarlı İ., Behbudov T., Müstəqil Azərbaycan polisinin 

yaranması və fəaliyyəti (1918-1920-ci illər), B., 1998. 

DAXĠLĠ  ĠġLƏR  NAZĠRLĠYĠNĠN  QAZAX  QƏZAS INDA  XÜS US Ġ  MÜVƏKKĠLĠ  -  Azərbaycan  Cümhuriy-

yətinin Da xili  İşlər Na zirliyi (DİN) tərəfindən təyin edilmiş  xüsusi s əlahiyyətləri o lan vəzifəli şəxs.  Gəncə quberniyasının 

Qaza x  qə zasında  milli-etnik  toqquşmaların  genişləndiyi  və  adi  in zibati  tədbirlərlə  qayda  qanun  yaratmağın  mü mkün 

olmadığı  şəraitdə  yerli  qəza  idarəsinə  nəzarət  etmək  üçün  1919  il  fevralın   17-də  müvəqqəti  general-qubernator  səla-

hiyyətləri ilə  DİN-in xüsusi müvəkkili və zifəsi təsis edildi. Sərənca mında xa lq  milisi dəstəsi var id i.1919 il may ın 7-də  Rza  

bəy Qaraşarov Qa za x qə zasına xüsusi müvəkkil təyin o lunmuş, ona qə za ha kimiyyət nü mayəndələrinə  nəza rət et mə k, la zım 

gəldikdə onla rı vəzifədən kənarlaşdırmaq səlah iyyəti verilmişdi. 

DAXĠLĠ Ġġ LƏR NAZĠRLĠYĠ YANINDA POLĠS MÜFƏTTĠġ LĠYĠ HAQQINDA QANUN - Azərbaycan Xalq  

Cü mhuriyyət  dövründə  polis  orqanlarının  qanun  əsasında  fəaliyyət  göstərməsinə  nəzarətə  dair  hüquqi  sənəd.  1919  il 

sentyabrın 16-da A zərbaycan Xalq  Cü mhuriyyəti  Dövlət Müdafiə  Ko mitəsi tərəfindən təsdiq edilmişdir. Polis  müfəttişliyi 

quberniya  və  qəza  polis  orqanlarının   fəa liyyətinin   qanuniliy inə  nə zarət  məqsədi  ilə  yarad ılmışdı.  Po lis  mü fəttişliy i  rəisi 

bilavasitə da xili  işlər na zirinə,  müfəttişlər və dəftərxana isə rə isə tabe idi. Müfəttişlik  ildə bir dəfədən az olmayaraq, da xili 

işlər nazirliyinin  bütün idarələrin i və nazirliyin  vəzifəli şəxslərinin  fəaliyyətin i yo xlayır, vəzifə cinayətlərin i aşkar ed ir və 

araşdırırd ı. 


324 

 

DAQĠROV  Zaur  bəy  Yusif  oğlu  (11.5.1902,  Vlad iqafqaz  -  ?)  -  Azərbaycan  Xalq 

Cü mhuriyyəti  Parlamentinin  xüsusi  qərarı  (bax  Xaricə  təhsil  almağa  göndərilən azərbaycanlı tələ-

bələr haqqında qərar) ilə dövlət hesabına ali təhsil a lmaq üçün xa ricə göndərilmiş tələbələrdən biri. 

1918  ildə Tiflis   kadet korpusunu bitirmişdi. Pa rla mentin  1919  il  1 sentyabr tarixli qərarına əsasən, 

təhsilini  etnoqrafiya  sahəsində  davam  etdirmək  üçün  Paris  Universitetinə  (Fransa)  göndərilmişdir.

 

DARABLI (Hüseynov) Rza Nəcə fəli (Nəcəfqulu) oğlu (1883, Ba kı- 

23.  3.  1942,  Bakı)  -  aktyor,  re jissor,  Azə rbaycanın  əmə kdar  artisti  (1933). 

1915  ildən  Ba kıda  mü xtə lif  teatr  truppalarında  çıxış  etmiş,  ko mik  rollar 

ifaçısı  kimi  məşhurlaşmış,  Üzeyir  Hacıbəylinin  "Arşın  mal  alan",  "O 

olmasın,  bu  olsun",  "Ər  və  arvad"      musiqili    ko mediyalarında  Vəli,  Soltan  bəy,  Hambal,  Səfi 

rollarında  oynamışdır.  A zərbaycan  Xalq  Cü mhuriyyəti  dövründə  (1918-20)  Türk  (A zərbaycan) 

Dövlət  Dram  Teatrının  repertuarındakı  əsərlərdə  çıxış  xey riyyə  konsertləri  vermişdir.  1925-28 

illərdə  Moskvada Teatr Sənəti Te xn iku munda oxu muşdur.  1929  ildən A zərbaycan Dra m Teatrında 

aktyor  və  rejissor  işlə mişdir.  Ba kı  Türk  İşçi  Teatrında  da  rejissorluq  etmiş,  kinofilmlərə  

("Kəndlilər", "Səbuhi" və s.) çəkilmişdir. Ba kı Teatr Te xn iku munda pedaqoji fəa liyyət göstərmişdir. 

"DAġNAKS UTYUN"  ("İttifaq")  -  millətçi-terrorçu  erməni  partiyası  (d igər  ad ı  " Erməni 

inqilab i  ittifaqı").  1890  ildə  Tiflisdə  yaradılmışdır.  Liderlə ri  S.Zavaryan,  S.Zoryan,  X.M ikae lyan  və  b.  idi.  Pa rtiyanın 

mətbuat  orqanı  1891  ildən  Cenevrədə  çıxan  "Droşak"  ("Bayraq")  qəzeti  idi.  Partiyanın  proqra mı  "Daşnaksutyun"un  1892 

ildə  keç irilən  1  -ci qurultayında qəbul edilmişdi. Proqra mda ermən ilə rin  məskunlaşdığı Türkiyə ə razisində  müstəqil dövlət 

qurulması  partiyanın  başlıca  məqsədi  elan  olun muşdu.  "Silahlı  üsyan,  inqilabi  təbliğat,  terror,  silahlı  dəstələrin  təşkili, 

hökumət  idarələrin in  talan  və  qarət  edilməsi"  bu  məqsədin  həyata  keçirilməsi  vasitələri  idi.  Partiyanın  2-ci  qurultayında 

qəbul olunmuş proqra mda  daha s ərt mə xfilik tətbiq edildi. Partiyanın  mə rkə zi Tiflis o lmaqla  Şə rq (fəa liyyət dairəsi Qafqa z, 

Rusiya,  İran)  və  mərkə zi  Cenevrə  olmaqla  Qərb   (fəaliyyət  dairəsi  Kiç ik  Asiya,  Balkanlar,  A merika,  Misir)  büroları  təsis 

edildi və inqilab i mübarizədə terrordan daha geniş ş əkildə istifadə tə ləbi irəli sürüldü. Bu məqsədlə daşnaklar silah lı dəstələr 

yaratmışdılar.  "Erməni  inqilabi  ittifaqının  hərbi  n izamnaməsi‖nə  ciddi  əməl  etməyə  borclu  olan  hər  bir  daşnak,  həmin 

niza mna məyə  uyğun  olaraq,  düşmənə  (əsasən,  müsəlmanla ra,  türklə rə  -  red.)  ziyan  vurmaq  yollarını  tap maq  barədə 

düşünməli idi. Partiyanın nizamnaməsində göstərilird i ki, daşnaklar hər b iri 10 döyüşçüdən ibarət dəstələrə bölünür. Hər b ir 

döyüşçünün  terror  aktın ı  həyata  keçirməsi  bütünlüklə  partiya  hesabına  maliyyələşdirilirdi.  Təkcə  1907  ildə  partiyanın 

büdcəsinin  35%-i  (1  milyon  frank)  terrorçuların   silah landırılması  üçün  nəzərdə  tutulmuşdu.  Terror  aktının  həyata 

keçirilməsi  haqqında  qərarı  yalnız  partiyanın  mərkəzi  ko mitələri  və  məsul  təşkilatları  qəbul  edə  b ilərdi.  Daşnaklar 

Türkiyədə  və  Cənubi  Qafqazda  terror  aksiyaların ın  hazırlan ması  və  həyata  keçirilməsi  üçün  özlərinin  xarici  bazalarından 

geniş istifadə edirdilər. 

"Daşnaksutyun"  kütlələrin  beyninə  dənizdən-dənizə  u zanan,  demək  olar  ki,  bütün  Cənubi  Qafqaz  ərazisini  əhatə 

edən  "Böyük  Ermənistan"  yaratmaq  ideyasını  yeridird i.  Cənubi  Qafqa zda  "Daşnaksutyun"un  ko mitə ləri  19  əsrin  90-cı 

illərində  meydana  gəldi  və  onlar  Türkiyə  əra zisində  qiyamç ı  dəstələrinin  yaradılması  üçün  təbliğatçıla r  və  yaraqlılar 

göndərilməsini qarşılarına başlıca məqsəd qoydular. 

"Daşnaksutyun"un  Bakı  ko mitəsi  1903  ildə,  erməni  kilsə  torpaqlarının  xəzinənin  xeyrinə  dünyəviləşdirilməsi 

haqqında  12  iyun  tarixli  qanun  verildikdən  sonra,  ermən ilərlə  Rusiya  hakimiyyət  orqanları  arasında  münasibətlərin 

kəskin ləşdiyi va xt  yaradıldı. "Mirzəyev qardaşları" neft  kə mə rin in  müd iri  S.F.Ter-Mkrtıçyan  Ba kı  ko mitəsinin  sədri o ldu. 

Elə  hə min  il "Hayastan" ko mitəsi adlanan Ye lizavetpol ko mitəsi yaradıldı. Onun başında arximandrit  Benik və  hərbi həkim 

M.Beqlyarov dururdu. Bu dövrdə daşnakların qarşısında duran əsas vəzifələrdən biri təşkilatın ehtiyacları və getdikcə daha 

çox əl atdıq ları terror aktlarının törəd ilməsi üçün pul toplan ması id i.  Bu dövrdəki terror aktları  içərisində Qafqazın  mü lki 

işlər  ü zrə  baş  rəisi  knyaz  Qolitsına  qarşı  daşnakların  hnçaqçılarla  (bax  Hnçaq)  birgə  törətdikləri  sui-qəsd,  Bakı  general-

qubernatora  knyaz  Na kaşidzenin,  general  A lixanovun,  Qarsda  pristav  Ş.Laçınbekovun,  Ye lizavetpol  (Gəncə)  vitse-

qubernatoru Andreyevin, qəza başçıla rı Boquslavski və Şmerlinqin və başqalarının qətlə yetirilməsi diqqəti cə lb edir. 

"Daşnaksutyun"un  1904  ildə  Vyanada  keçirilən  3-cü  qurultayında  kəşfiyyat  funksiyaları  olan  gizli  "De li"  terror 

təşkilatı yaradıldı, habelə daşnakların  müharibə  elan  et mək hüququ olan  mütəşəkkil hərbi təşkilatın ın əsasını qoyan hərbi 

niza mna mə   qəbul  o lundu.  Partiyanın  əsl  məqsədi  -  dənizdən-dənizə   "Böyük  Ermən istan"  yaratmaq  niyyəti  ço xsaylı 

proqramlarının  heç  birində  açıqlan masa  da,  hərbi  təşkilatın  və  daşnakların  istər  Osman lı  imperiyası,  istərsə  də  Cənubi 

Qafqa z  əra zisində  yerli  əhalin in  məhv  edilməsi  və  didərgin  salın ması  sahəsində  fəaliyyəti  onların  məhz  bu  niyyətdə 

olmalanna şübhə yeri qoymurdu. 

1905 il fevralın 6-da Bakıda erməni mauzerçisinin Sabunçu qəsəbəsinin sakini olan azərbaycanlın ı qətlə yetirməsi o  

vaxta qədər görünmə miş erməni-a zə rbaycanlı toqquşmala rın ın başlanğıcı oldu. Üç gün ərzində hər iki tərəfdən 1000 nəfərə  

yaxın  adam  ö ldürüldü.  Daşnaklar  türk-müsəlman  əhaliyə  qarşı  soyqırımına  ciddi  hazırlıq  görmüşdülər.  1905  ildə  Bakıda 

daşnaklara məxsus olan gizli silah anbarlarının aşkar edilməsi bunu təsdiqləyir.  Əsas zərərçəkənlərin azərbaycanlılar o lduğu 

bu toqquşmaların dalğası bütün Cənubi Qafqaza - Şuşaya, İrəvana, Naxçıvana, Qazaxa, Zəngəzura, Tiflisə yayıldı. 

 

 



 

 

 



 

325 

 

1906-07  illərdə  "Daşnaksutyun"un sırala rında  təfriqə  yarandı.  Nət icədə,  "mşakç ılar"  ("Mşak"  qəzetinin  tərəfda r-



ları)  qrupu  partiyadan  ayrıld ı.  On lar  kadetlərə  yaxın   olan  mötədil  mövqedən  çıxış  edir  və  partiyanın   Rusiyadakı  döyüş 

dəstələrin in bura xılmasını təklif edirdilər. Part iyanın sol qanadı - "gənc daşnaklar" sərt rad ika l-inqilabi mübarizə  üsulların ın 

tərəfdarı idilər.  L.Atabekyan, A.Amiryan və C.Be kzadyanın başçılıq etdikləri "gənc daşnaklar" bu zə mində Ba kı eserləri  ilə  

yaxınlaşdılar.  1907 ildə "gənc daşnaklar" sosialist-inqilabçılar partiyasının (SİP)  Bakı  ko mitəsi ilə b irləşməy i qərara ald ılar. 

Bununla  da,  daşnaklar  beynəlxalq  aləmə  çıxmağa  nail  oldular.  SİP-in  tövsiyəsi  ilə  "Daşnaksutyun"  1907  ildə  II 

İnternasionala qəbul edildi. " Gənc daşnaklar" ümu mrusiya parlament kürsüsünə çıxmaq niyyətilə eserlər və kadetlərlə birgə 

"Zemlya i volya" seçki blo kuna da daxil o ldular. Həmin blo k 1907 ilin fevralında 2-ci  Dövlət du masına seçkilərdə  məğlub 

oldu.  Bu  dövrdə  daşnaklar  fəhlələr  arasında,  həmkarlar  ittifaq larında  və  onların  milli  mənsubiyyət  əsasında  yaratdıqları 

mədəni-maarif  cə miyyətlərində  güclü  iş  aparmağa  başladıla r.  Daşnaklar  Cənubi  Qafqa zda  üzv lərinin  ü mu mi  sayı  10.990 

nəfər olan  110 hə mkarlar itt ifaqı təşkilatı yarat mışdılar. Pa rtiyanın  Ba kı təşkilatı üzv lərinin sayı  2000 nəfərə  çatırd ı. 1908 

ildə  isə  bütün  dünyada  "Daşnaksutyun"un  165.000  ü zvü  var  idi.  Daşnakların  törətdikləri  terror  a ktla rın ın  və  basqınların 

geniş  miqyas  alması  ilə  əlaqədar  partiyaya  qarşı  kütləvi  həbslər  və  1912  ildə  Peterburqda  məhkəmə  ilə  nəticələnən  polis 

təqibləri  başlandı.  Nəticədə,  1000-dən  ço x  daşnak  sürgünə  göndərildi.  1908  ildən  daşnaklar  fəaliyyətlərini  inqilab  gedən 

İranda və hakimiyyətə gəlmiş gənc türklərdən mu xtariyyət u mduqları Türkiyədə davam etdirdilər. Lakin " Daşnaksutyun"un 

Türkiyədən gözlədikləri ü midlər ö zünü doğrultmadı və bundan sonra onlar Türkiyə əleyhinə pozucu fəaliyyətlərin i  Rusiya 

hakimiyyət orqanları  ilə   ittifaqda davam etdirməy i qəra ra a ldılar. Qa fqaz canişini İ.İ.Voronsov-Daşkov bu işdə daşnaklara 

ciddi  himayədarlıq  etdi.  1912  ildə  Tiflisdə  Erməni  Milli  Şurası  və  onun  icra  orqanı  -  Milli  büro  yaradıldı.  M illi  büronun 

nümayəndələri  canişinin  vasitəçiliy i  ilə  müharibə  baş  verdiyi  halda,  Türkiyə  ərazisində  Rusiya,  İngiltərə  və  Fransanın 

protektoratı  altında  mu xtar  Ermənistan  yaradılması  barədə  Rusiya  hakimiyyət  orqanlarından  vəd  almağa  nail  o ldular. 

"Daşnak-sutyun"un  4-cü  qurultayında  bütün  "zinvorların"  (daşnak  yaraqlıları)  Qafqazdan  Türkiyə  ərazisinə  göndərilməsi 

qərara alındı. Müsəlman əhalisini  Rusiya əleyhinə üsyana qaldırmaq və be ləliklə , onla rı küt ləvi  repressiyalara  mə ruz qoy-

maq  məqsədilə daşnakların panisla mizm e missarları sifətilə  Qafqa za göndərilməsi  kimi  mə krli p lan da qəbul edildi.  Onlar 

buna qismən nail o ldular. 

Daşnakların fəaliyyəti Birinci dünya müharibəsi (1914-18) illərində xüsusilə gücləndi. Bu  zaman onlar böyük döv-

lətlərin,  ilk növbədə Rusiyanın kö məy i ilə  Os manlı  imperiyasının şərq vilayətlərin in əra zisində ö z dövlətlə rini yarat mağa 

ümid  bəsləyirdilər.  1914  ildə  müharibə  başlayandan  dərhal  sonra  II  Nikolay  1909-12  illərdə  həbs  olunmuş  daşnaklara 

amn istiya  verdi.  Eyni  zamanda,  Türkiyə  ərazisində  mu xtar,  yaxud  müstəqil  Ermən istan  dövləti  yaratmaq  üçün,  başlıca 

olaraq,  daşnaklardan  ibarət  silahlı  könüllü  dəstələrin  səfərbərliyə  alın masına  başlandı.  Dəstələr,  əsasən,  Cənubi  Qafqaz 

ərazisində  yaradılırd ı.  Məşhur  terrorçular  və  "generallar"  Andronik  (Ozanyan),  Dro  (Drazdamat  Kanayan),  Xeço 

(Q.A mirov)  hə min   məqsədlə  buraya  gəldilə r.  Döyüş  dəstələrinin   yaradılmasının  əsas  təşkilatçılarından  biri  Abra m 

Gü lxəndanyan,  habelə  Bakıda  nəşr  ed ilən  daşnak  qəzeti  "Arev"in  redaktoru  Simon  Hakopyan  başda  olmaqla 

"Daşnaksutyun"un Bakı  ko mitəsi o ldu.  Rusiya qoşunların ın yerli türk əhalisinin qırılması  ilə  müşayiət olunan hücumunun 

ardınca daşnaklar 1915 ilin mart -aprel aylarında Türkiyənin  Van v ilayətində yerli türk-müsəlman əhalini qırmağa başladılar. 

Buna cavab olaraq, Türkiyə höku məti ermən ilərin cəbhəyanı vilayətlərdən Suriyaya köçürülməsi haqqında qərar qəbul etdi. 

Ermənilər  indiyədək  bunu  "soyqırımı"  adlandırırla r.  O  za man  ermən ilərin  özlərinin  bir  ço x  hə m  liberal,  hə m  də  sosialist 

ictima i xadimlə ri daşnakların başçılıq etdiklə ri bu "özünü məhvet mə" siyasətini pislədilər. La kin 1915 ildə ö zlə ri tərəfin-dən 

törədilmiş  faciəli  hadisələr  daşnaklara  ibrət  dərsi  o lmadı  və  onlar  1916  ilin  yanvarında  Tiflisdə  konfranslarını  keçirərək, 

könüllü  dəstələrinin  atıcı  batalyonlara  çevrilməsin i  qərara  ald ılar.  1916  ilin  yayında  rus  ordusunun  hücumları  nəticəsində 

Türkiyənin  Qars,  Ərzuru m,  Trabzon,  Ərzincan  və  s. şəhərləri  tutuldu.  Rus  qoşun hissələri  ilə  eyni  vaxtda  buraya  daşnak 

birləşmə ləri  də  so xularaq,  hə min   şəhərlərin,  bütün  bölgənin  türk  və  a zərbaycanlı  əhalisinə  vəhşicəsinə  divan  tutdular. 

Deputat Məmməd Yusif Cəfərov 4-cü  Dövlət du masında çıxış  edərək, bu vəhşiliklərə  qarşı kəskin  etira zını bildirdi. Antanta 

ölkələri, o cü mlədən  Fransa da daşnakların əməllərindən narazılıq ları b ildird ilər. "Mşak" qəzetinin  redaktoru A.Arakelyan 

bununla əlaqədar 1917  ilin yanvarında Tiflisdə Cənubi Qafqa zın görkə mli e rməni  ziyalıları nümayəndələrinin  müşavirəsini 

çağırdı. Müşavirədə daşnakların erməniləri  məhvə aparan avantürist siyasəti pisləndi.  Daşnaklara qarşı liberal "Milli  xalq 

partiyası"  yaratmaq  qərara  alındı,  lakin  layihələr  kağız  ü zərində  qaldı.  Fevral  inqilabı  və  1918  ildə  Brest-Litovsk  sülh 

müqaviləsinin bağlan ması "Böyük Ermən istan" xülyalarına son qoydu. 

1917  ilin   martında  Bakıda  50  nəfərdən  ibarət  Ermən i  Milli  Şurası  yaradıldı.  Şuranın  tərkibinə  " Daşnaksutyun" 

partiyasının  17  nü mayəndəsi  daxil  oldu.  Şura  "Arev"  qəzetinin  nəşrini  davam  etdirdi.  Bu  qəzet  və  "Daşnaksutyun"un  

Bakıdakı    Mərkəzi    Ko mitəsinin      1918    ildən  rus  dilində  nəşr  olunmağa  başlayan  mətbuat  orqanı  "Vperyod"  qəzeti 

millətç iliy i və şovinizmi təbliğ edir, antia zərbaycan siyasəti yeridirdilər. Müvəqqəti hökumətin Azərbaycandakı orqanı olan 

İctimai Təşkilatların İcraiyyə Ko mitəsində və Bakı Fəh lə Deputatları Sovetində də Şuranın nümayəndələri var id i. 

 

 



 

 

 



 

 

 



 

 

 



326 

 

1917  il  oktyabrın  22-də  Ba kı  Sovetinə  keç irilən  seçkilərdə  daşnaklar  4-cü  yeri  tutdular.  Oktyabr  çevrilişindən 



(1917) sonra eserlərlə b irlikdə bolşeviklərə qarşı ç ıxış etmələrinə baxmayaraq, daşnaklar 1917 ilin dekabrında Bakı  Sovetinə 

seçkilərdə  41  deputat  yeri  qazanaraq,  bo lşeviklərdən  sonra  2-ci  yeri  tutdular.  Eyni  zamanda,  "Daşnaksutyun"un 

nümayəndələri  T.Ter-Qazaryan,  X.Karçiyan,  A.Ağacan  Tiflisdə  yaradılmış  Zaqafqaziya  komissarlığının,  1918  ilin 

fevralından isə 27 nəfərlik heyətlə Zaqafqaziya seyminin tərkibinə daxil oldular. 

Bakı  ko mmunasının  hakimiyyəti  dövründə  daşnaklar  Bakı  Sovetinə  başçılıq  edən  S.Şau myanla  ittifaqa  girərək, 

1918  ilin  ma rtında  Azərbaycan  xalqına  qarşı  dəhşətli  soyqırımı  törətdilər.  1918  ilin  ma rtınadək  Bakıda  daşnak  silah lı 

birləşmə lərinin  7  minə ya xın  ermən i əsgəri toplan mışdı.  12  minlik bolşevik "Qırmızı qvardiya"sının 70%-ini də daşnaklar 

təşkil edird i. 1915  ildə daşnak döyüş dəstələrinə qarşı kəskin ç ıxışlar edən S.Şau myan öz  məqsədinə -  Bakın ı getdikcə daha 

çox  nüfu z  qazanan  "Müsavat"  partiyasından  və  onunla  birlikdə  azərbaycanlı  əhalisindən  təmizləməyə  nail  o lmaq  naminə 

daşnaklarla sıx ittifaqa girdi.  Bakı Soveti qoşunlarının və daşnak quldur dəstələrin in guya "Azərbaycan döyüş hissələrin in 

qiyamını  yatırmaq"  bəhanəsilə  martın  30-da  ağır  artilleriyadan  və  hidroaeroplanlardan  istifadə  etməklə,  başladıqları  hərbi 

əməliyyatlar şəhərin  müsəlman  məhəllələrində dinc azərbaycanlı əhaliyə vəhşicəsinə qanlı divan tutulması  ilə nəticələndi. 

Üç gün ərzində 12000-dək azərbaycanlı qətlə yetirild i. Qırğın bununla qurtarmad ı. Dinc azərbaycanlı əhalisinə qarşı erməni 

"sərkərdələri" S.La layanın, T.A miryanın,  Q.Ha ma zaspın başçılıq etdiklə ri cəza ə məliyyatları Şa ma xı, Quba,  Xaç ma z,  Lən-

kəran, Hac ıqabul və Salyanda da aparıldı. A zərbaycan xa lqı kütləvi soyqırımına məru z qald ı. 

Şamaxı  daha  ço x  zərər  çəkdi.  Buraya  2  min  erməni  əsgəri  və  60  araba  silah  göndərilmişdi.  Bu  qəzada  80  kənd 

məhv  ed ilmiş,  Fövqəladə  Təhqiqat  Komissiyasının  mə lu matına   görə,  onla rın   53-də  8027  ada m  qətlə  yetirilmişdi. 

Zaqafqaziya  seymindəki  A zərbaycan  nümayəndə  heyəti  Bakıda  və  qəza larda  baş  vermiş  hadis ələrlə  ə laqədar  kəskin 

etirazların ı  bildirərək,  Bakıya  qoşun  göndərilməsini  tələb  etdi,  lakin  seymin  qoşunları  sovet-daşnak  dəstələri  tərəfindən 

məğ lubiyyətə uğradıldı. Azə rbaycan nümayəndə heyətinin kömə k üçün Türkiyəyə mürac iət et məkdən başqa çarəsi qalmadı. 

Bakı  ko mmunasının  süqutundan  sonra  hakimiyyət  ingilis  qoşunlarının  köməyi  ilə  ayyarımlıq  bir  müddət  ərzində 

menşevik və eserlərlə yanaşı, daşnakların da təmsil olunduğu "Sentrokaspi diktaturası" hökumətinin əlinə keçdi. Bakını azad 

etməyə  gələn  Tü rkiyə-Azə rbaycan  ordusuna  qarşı  əsasını  daşnak  dəstələri  təşkil  edən  50  min lik  qoşun  çıxarmasına 

baxmayaraq, yeni höku mət şəhəri əlində saxlaya bilməd i və Bakı 1918 il sentyabrın 15-də azad o lundu. Daşnaklar və onlara 

kö mək edən xeyli erməni xalqın qəzəbindən qorxaraq, şəhərdən qaçdı. 

1918  ilin  dekabrında  fəaliyyətə  başlayan Azərbaycan  Xalq  Cü mhuriyyəti  Parlamenti  bütün  milli  azlıqların  onun 

tərkib ində  təmsil  o lunmasın ı  tə min  etdi.  La kin  daşnakların  başçılıq  etdiyi  Erməni  M illi  Şurası  Pa rla mentin  fəa liyyətində 

iştirakdan imtina etdi. Ancaq ingilis generalı To mson Fətəli xan Xoyski höku mətini və parlamenti tam dəstəklədiyin i bəyan 

edəndən sonra ermənilər Pa rla ment in fəa liyyətində iştira k etdilə r. Parla mentdə fəaliyyət göstərən 11 fra ksiyadan ikisi erməni 

fraksiyası  idi.  Bunlar  A.Malxazyan  başda  olmaqla  "Daşnaksutyun"u  və  A.Paronyan  başda olmaq la  Ermən i  Milli  Şurasını 

təmsil  edən  fraksiyala r  id i.  Nəsib  bəy  Yusifbəylin in  4-cü  Hö ku mət  kabinəsində  isə  daşnak  X.A maspür  portfelsiz  nazir 

vəzifəsi tuturdu. 

Cü mhuriyyət  dövründə  "Daşnaksutyun"un  təsiri  A zərbaycanda  xeyli  zəifləsə  də,  o,  Ermənistanda  hakim  partiya 

oldu və bu, iki ö lkə  a rasında qarşılıqlı münasibətləri xeyli mürə kkəb ləşdirdi. De mə k o lar ki, iki il ərzində Azə rbaycan Xa lq 

Cü mhuriyyəti  ilə  daşnak  Ermənistanı  arasında  ərazi  münaqişələri  davam  etdi.  "Böyük  Ermən istan"  xülyalarından  əl 

çəkməyən daşnak quldur birləş mələri Andronik,  Dro və  Njdenin başçılığı ilə Naxçıvan, Zəngəzur və  Qarabağ qəzaların ın 

azərbaycanlı  əha lisinə  qarşı  məqsədyönlü  soyqırımı  və  etnik  tə mizlə mə  aparmağa  başladılar.  Na xçıvan  əhalisinin  ciddi 

müqavimətilə ü zləşən Andronik  1918 ilin avqustunda Zəngəzur qəzasına so xularaq, yerli əhaliyə vəhşicəsinə divan tutdu. 

Təkcə  1918  ilin yayında və payızında Zəngəzurda 10.068 ada m qətlə yetirildi. Zəngəzurda  möh kə mlənən Andronik özünü 

buranın  erməni  qubernatoru,  Gorus  şəhərini  isə  onun  mərkəzi  elan  etdi.  Sonra  isə  o,  Şuşaya  soxu lmaq  və  onu  "Kiçik 

Ermənistan"ın  paytaxtı  et mək  istəyirdi.  Lakin  Azə rbaycan  Xalq  Cü mhuriyyəti  Hö ku mətinin  hakimiyyətinin  bütün 

Azərbaycan  ərazisində  bərqərar  o lması  buna  imkan  vermədi.  Azə rbaycan  Xalq  Cü mhuriyyəti  Hö ku məti  1919  ilin 

yanvarında Xosrov Paşa bəy Sultanovun başçılığı  ilə Qarabağ general-qubernatorluğunun yaradılması haqqında qərar qəbul 

etdi.  Azərbaycan  Parla mentinin  e rməni  fra ksiyala rı  və  Ermənistan  hökuməti  bu  qərarı  kəskin  et ira zla  qarşılad ıla r.  İngilis 

ko mandanlığın ın  bu  qərarı  dəstəkləməsi  onları  daha  da  məyus  etdi.  Şatelvort  1919  il  3  aprel  tarixli  bəyanatında  general-

qubernator  X.Sultanovun  təyin  edilməsinin  dü zgün  olduğunu  bildird i  və   Andronikin  silahlı  b irləşməsinin   Qa rabağdan 

çıxarılmasın ı  tələb  etdi.  Daşnakların  daha  b ir  avantürası  nəticəsində  erməni  qoşunları  1919  ilin  mayında  Naxçıvanı  ələ 

keçirə  və  orada  ö z  "idarəçiliyini"   elan   edə  bilərd ilər.  Lakin   A zərbaycan  Höku mətinin   həyata  keçirdiy i  hərb i-maliyyə 

tədbirləri,  iyulun sonlarında apard ığı uğurlu döyüş lər  bu  bədnam  niyyətin baş  tutmasına  imkan  vermədi.  Na xç ıvanın və a z 

sonra Qarabağın erməni əhalisi Azərbaycan Xalq Cü mhuriyyətinin hakimiyyətin i tanıdı. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



327 

 

1920  ilin  əvvəlində  daşnak  Ermən istanının  Qarabağda,  Zəngəzurda,  Gəncə  və  Qa za x  qəza larındakı  A zərbaycan 



torpaqlarını  işğal  etmək  cəhdləri  gücləndi.  Martın  22-də,  Novruz  bayramı  günü,  erməni  silah lı  dəstələri  qəflətən  Şuşa 

qarnizonuna basqın etdi.  Eyni  zamanda,  Xankəndinə və Əsgərana hücum başlandı.  Qarabağdakı A zərbaycan qoşunların ın 

ko mandanı  general-mayor  Həbib  bəy  Səlimov  bütün  qüvvələri  bu  şəhərlərin  alın masına  yönəldərək,  Bakıdan  ordunun, 

demək  o lar,  bütün  əsas  qüvvələrinin,  hətta  Parla mentin  mühafizə  dəstəsinin  də  Qarabağa  göndərilməsini  xahiş  etmişdi. 

Azərbaycan ordusu aprelin  axırlarında  Əsgəranı,  Xankəndini  və  Zəngəzuru  daşnaklardan  azad  edərək,  respublikanın  əra zi 

bütövlüyünü qoruyub saxladı.  Lakin  bu, ölkənin  şimal sərhədlərinin   zəifləməsinə gətirib çıxardı və 11 -ci Qırmızı ordunun 

Azərbaycan  ərazisini,  demək  olar  ki,  maneəsiz  işğal  et məsinə  imkan  yaratdı.  Belə liklə,  Qırmızı  ordu  ilə   sövdələşən 

Ermənistan  hökumətin in  fitnəkar  fəaliyyətini  apre lin  27-də  A zərbaycanın  işğal  olun masının  başlıca  a millərindən  hesab 

etmə k ola r.  Daşnaklar bu fa ktı sonralar özləri də et ira f et mişdilər.  La kin ö zlərinin dünənki düşmənləri  ilə daim  müvəqqəti 

ittifaq  bağlayan  daşnaklar  bu  dəfə  də  aldandılar.  Belə  ki,  sovet  qoşunları  Azərbaycanı  işğal  edəndən sonra  bütün  Cənubi 

Qafqazı, o cümlədən Ermən istanı (1920, noyabr) nəzarət altına aldılar, bununla da daşnakların hakimiyyətinə son qoyuldu. 

Hə min va xtdan "Daşnaksutyun" partiyası gizli  fəaliyyətə keçd i, üzv lərinin ə ksəriyyəti  mühacirətə  gedərək,  xaricdə qızğ m 

fəaliyyət  göstərdi.  "Daşnaksutyun"  1988  il  Qarabağ  münaqişəsində,  ən  son  dövrlərdə  ço xsaylı  terror  akt larının  törə-

dilməsində fəa l rol oyna mışdır. 

1998 ildə, düz  80  ildən sonra R.Koçaryan hakimiyyətə gələndən "Daşnaksutyun" bu ölkədə, əslində, yenidən hakim 

partiyaya çevrilmişdir.  Ha zırda daşnakların fəa l siyasi rol oynadığı Ermənistan beynəlxalq terroru dəstəkləyən və ona rəvac 

verən dövlətlərdən birid ir. 

 

Əd.:

Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001; M əhərrəmov N., Daşnaksutyun və Azərbaycanın taleyi, B., 1995; Aзepбaйджанская 

Демократическая  Pecnублика  Б., 1998; Наджафов Б., Лицо врага.  История армянского национализма в Закавказье в XIX нацале – XX 

вв., кн. 1, Б., 1993; Мамедова Л., Февраль 1917: Новая фаза подьема политического экстремизма  в Азербайджане, Б., 1995; Багирова 

И.С., Политические  партии  и  организации Азербайджана  в  начале  XX  века  ,  Б.,  1997;  Шавров  Н.Н., Новая угроза русскому  делу в 

Закавказье: предстоящая распродажа Мугани инородцам, Б., 1990.   



Yüklə 19,75 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin