Xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu



Yüklə 19,75 Mb.
Pdf görüntüsü
səhifə60/80
tarix31.01.2017
ölçüsü19,75 Mb.
#7086
1   ...   56   57   58   59   60   61   62   63   ...   80

 

"ƏHRAR"  FRAKS ĠYAS I  -  Azərbaycan  Xalq   Cü mhuriyyəti  Parlamentin in  fraksiyalarından  biri.  "Əhrar" 

partiyası deputatlarından ibarət idi. 1919 ilin əvvəlində "Əhrar"ı 9 deputat təmsil edirdi (bax Azərbaycan Xalq Cümhııriyyəti 



Parlamenti).  "Əhrar"  partiyasının  bəyannaməsini  1918  il  dekabrın  26-da  keç irilmiş  Parla ment  ic lasında  Abdulla  bəy 

Əfəndizadə  açıqlamışdı.  Fraksiya  Azərbaycan  Xalq  Cü mhuriyyətinin  qurulmasını  alqışlamaqla  yanaşı,  fəaliyyətini  kifayət 

qədər qənaətbəxş hesab etmədiyinə görə  Höku məti tənqid edird i.  Bəyannamədə tə ləb edilirdi  ki, hər bir na zirliyin  başında 

müvafiq sahənin  mütəxəssisi dursun. Aqrar islahatlarla bağlı "Əhrar"  fraksiyası  iri  mülkədar torpaqların ın ö zəlləşdirilərək 

kəndlilərə  paylan masın ı  düzgün  sayırdı.  "Əhrar",  hə mç inin,  8  saatlıq  iş  günü,  əməyin  mühafizəsi  tələb lərinə  tərəfdar  idi. 

Qonşu  respublikalarla  dostluq  münasibətlərinin  qurulması  və  inkişaf  etdirilməsinə  üstünlük  verirdi.  "Əhrar" ın  üzvləri 

Müəssislər  Məclisinin  çağ ırılması  ü zrə  mərkəzi  ko missiyada,  Parla mentin   maliyyə-büdcə,  redaksiya,  aqrar  və  sorğu 

ko missiyalarında təmsil o lun muşdular. 

 

Əd

:. Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001.  

 

ƏXZĠ-ƏS GƏR  TƏġ KĠLATLARININ  YARADILMAS I  HAQQINDA  QANUN  -  A zərbaycan  Xalq  Cü mhu-

riyyəti  ə razisində  hərbi  mükə lləfiyyətin  təşkilinə  məsuliyyət  daşıyan  orqanların  fəa liyyətinin  hüquqi  cəhətdən 

tənzimlən məsi  haqqında  qanun.  Azərbaycan  Xalq  Cümhuriyyətinin  Parlamenti  tərəfindən  1919  il  may ın  26-da  qəbul 

edilmişdi.  Qanunda  təsbit  olunurdu  ki,  ölkə  ərazisində  hərb i  mükəlləfiyyətin  həyata  keçirilməsinə  rəhbərlik  edən  orqan 

Azərbaycan  Mərkə zi  Əxzi-əsgər  İdarəsidir.  Bu  idarə   vətəndaşların  hə rbi  xid mətə  çağ ırılması  və   onların  natural  hərbi 

mü kəlləfiyyətlərini (əsasən at və qoşqu vasitələri ilə) yerinə yetirməsinə nəzarət etməli idi. Mərkəzi Əxzi-əsgər İdarəsi, eyni 

zamanda, çağırış yaşlı şəxslərin tibbi  müay inədən keçirilməsinə nəzarət etməli, qəza, şəhər və dairə əxzi-əsgər şöbələrin in 

işi  ilə bağlı şikayətlərə baxmalı, həmin  şöbələrin fəaliyyəti haqqında hesabatları təhlil etməli, hərbi  mü kəlləfiyyətin yerinə 

yetirilməsi  üçün  zəruri  olan  büdcə  layihəsini  hazırla malı,  ayrılmış  büdcə  vəsaitini  şöbələr  arasında  bölüşdürmə li  və  digər 

məsələ ləri hə ll et mə li idi. A zərbaycan Mərkə zi Əxzi-əsgər İdarəsinin  rə isi da xili işlər nazirinin  müavini, ü zvlə ri isə idarən in 

işlər idarəsinin müdiri, həmçinin hərbi nazirliklə ədliyyə nazirliy inin nümayəndələri olmalı idilər. 

Yerlərdə  vətəndaşların  hərbi  mükə lləfiyyətlərini  yerinə  yetirmə ləri  ilə  qəza ,  dairə  və  şəhər  əxzi-əsgər  şöbələri 

məşğul  olma lı  id i.  Bu  orqanlara  aşağıdakı  vəzifə lər  həvalə  o lunurdu:  çağırışçıların  siyahısının  tərtib  edilməsi;  çağırışçı 

siyahılarının  yo xlan ılması;  çağırışçıların  qeydiyyatı  və  xid mətə  çağırılanların  sayı  barədə  Mərkəzi  Əxzi-əsgər  İdarəsinə 

mə lu mat verilməsi; çağ ırışçıla rın  hərbi xid mətə  çağırılması; çağ ırışçıla rın  tibbi müayinəsinin  aparılması; çağ ırışçıla rın  hərbi 

xid mətə qəbul edilməsi;  məsuliyyətə cəlb edilmə li o lan çağırışçıla r haqqında polis orqanlarına  məlu mat verilməsi; yerlə rdə 

atların   və  qoşqu  vasitələrinin  qeydiyyatının  aparılması  və  onların  xid mətə  cəlb   edilməsi;  səfərbərlik  p lanların ın 

hazırlan ması; hərbi  xid mət  zamanı  xəsarət almış əsgərlərin  tibbi  müayinədən keçirilməsi.  Qəza, dairə və şəhər əxzi-əsgər 

şöbəsinin  rəisi  yerli  qəza  rəisi  və  ya  daxili  işlər  naziri  tərəfindən  təyin  edilmiş  şəxs  ola  bilərd i.  Hərbi  nazirlik  tərəfindən 

eza m  ed ilmiş  zabit  və  kəndlə rdən  seçilmiş  nü mayəndələr  qəza  ə xzi-əsgər  şöbələrinin  üzvü  olma lı  idilər.  Qanuna  əsasən, 

bütün  qəza  mərkəzlərində  qəza  əxzi-əsgər  şöbələri  təsis  edilməli  id i.  Bu  şöbələr  hərb i  nazirliklə  razılaşdırıldıqdan  sonra 

daxili  işlər nazirliyinin  qərarı  ilə açılmalı  idi.  Qəza əxzi-əsgər şöbələri tədriclə açıla b ilərdi.  Lakin qanuna əsasən, Gəncə, 

Qaza x,  Nu xa  (Şəki), Tə rtər,  Cəbrayıl, Ba kı,  Göyçay, Salyan, Şa ma xı, Zaqatala və  Şuşa qəzala rında  isə ə xzi-əsgər şöbələri 

dərhal açılma lı idi. 

 


358 

 

Parla mentin  "Azərbaycan  Respublikasında hərbi  mükəlləfiyyətin  icrasına  rəhbərlik  edən  təşkilatla rın  yaradılması  haqqında 



qanun"una (1919, 26  may) əsasən, Mərkəzi  Əxzi-əsgər İdarəsinin və qəza əxzi-əsgər şöbələrinin fəaliyyəti üçün zəruri o lan 

büdcə təsdiq edilmişdi. 



 

Əd:. 

Aзepбaйджанская Демократиская  Pecnублика (1918-1920), Законодательные акты (сборник документов), Б., 1998;

 

 

"ƏKĠNÇĠ" - Azərbaycanda ilk milli qəzet. 1875-77 illərdə Bakıda (iki həftədən bir) nəşr edilmişdir. İlk nömrəsi 

1875


 

il  iyulun 22-də çıxmışdır.  Cə mi  56 nömrə (1875  ildə-12,  ildə-24,  1877  ildə-20) bura xılmışdır. Qə zetin  1877  il 

nəşrinə kiçik formatlı beş əlavə nüsxə də çıxmışdır  (№  1, 6,  7, 13,  15). Azə rbaycanda peş əkar dövri  mətbuatın başlanğıcı 

sayılan "Əkinçi"nin banisi, redaktoru, naşiri, korrektoru, bəzən  hətta mürəttib i Həsən bəy Zərdabi ohnuşdur. Qəzetdə 1200-ə 

qədər  məqalə,  məktub,  xəbər,  fe lyeton,  şeir,  redaksiya  qeydi  və  s. 

verilmişdir.  Maarifçi-demokratik  ideyaların  carçısı  və  tribunası  olan 

"Əkinçi"nin ətrafında toplanmış   qabaqcıl    ziyalılar   -  M.F.A xundzadə,   

onun  davamçıları  N.Vəzirov,  S.Ə.Şirvani,  Ə.Go rani  (Adıgözə lo v ) ,  

Əhsənül-Qəvaid,  Ə.Heydəri,  Məhbus  Dərbəndi  və  b.  mü rtəcə  və 

mühafizəkar qüvvələr, cəhalət, nadanlıq, gerilik,  köhnəlmiş adət-ənənələr, 

çarizm  və  yerli  feodal  istismarı  əleyhinə,  elm,  maarif  və  mədəniyyətin 

tərəqqisi  uğrunda  ardıcıl  mübarizə  aparmışlar.  "Əkinçi"nin  Azərbaycan 

mədəniyyəti  tarixindəki  mühüm  xid mət lərindən  biri  maa rifçi  realist 

ədəbiyyat və incəsənətin inkişafı uğrunda mübarizə aparmasıdır. 

"Əkinçi"nin  nəşri  Azərbaycan  dilinin  saflığı  və  zənginləş məsi 

yolunda mühüm hadisə olmuşdur. Qəzetin d ili can lı  xalq dilinə yaxın id i. 

Mürtəce  qüvvələrin  arasıkəsilməz  hücumlarına,  senzuranın  təqiblərinə 

mə ruz  qalan  qə zetin  nəşri  1877  ilin  sentyabrında  dayandı.  " Əkinçi"  

Azərbaycan ictima i, e lmi və ədəbi-bədii  fikri tarixində, 19 ərsin sonu - 20 

əsrin  əvvəllərində  milli  ziyalılığ ın  və  milli  azadlıq  ideyalarının 

formalaşmasında,  Azərbaycan  Xalq  Cü mhuriyyəti  liderlərin in  və  ideoloqların ın  nəzəri  görüşlərinin  əsasını  təşkil  edən 

Azərbaycançılıq ideologiyasının təşəkkülündə və inkişafında  mühüm ro l oynamışdır. "Əkinç i"nin n əşri milli  istiqlala doğru 

gələn yolda mühüm hadis ə id i. 1979 ildə Bakıda "Əkinç i"nin ta m mətni kitab halında (ərəb ə lifbası ilə) bura xılmışdır. 

 

Əd.: 

M əmmədov B., "Əkinçi" q əzeti, B., 1976; Axundov H., M ətbuatımızın ilki, B., 1976; Hüseynov C, "Əkinçi" qəzetinin 

izahlı biblioqrafıyası, B., 1977. 

 

"ƏKĠNÇĠ"  -  A zərbaycanda  sol  eserlər  partiyası.  Fevral  inq ilab ından  (1917)  sonra  sol  eserlər  partiyasının  

müsəlman  bölməsi  kimi  təsis  edilmiş,  1918  ilin  martından  isə  sol  eserlər  partiyasının  "Əkinçi"  müsəlman  təşkilatı  kimi 

fəaliyyət göstərmişdir. Təşkilat ın sədri Mir Həsən  Vəzirov idi. O, 1918  il apre lin  25-də yaradılmış Bakı  Xa lq Ko missarları 

Sovetində (XKS) torpaq ko missarı və zifəsinə seçilmişdi. Part iyanın "Əkinçi" adlı qə zeti nəşr olunurdu. 

1920  ildə  Bakıda  ko mmunistlərə  ilk ya xınlaşan və onlarla sıx ə mə kdaşlıq  edən  məhz Azərbaycan sol eserləri id i. 

Bu partiya sağ eserlərdən (" xalqçı"lardan) fərqli o laraq, Cü mhuriyyət Parlamentində inqilabi sosializm və sovet hakimiyyəti 

mövqeyində  dururdu.  Onlar  rus  sol  eserlərindən  fərqli  olaraq,  milli  məsələdə  Azərbaycan  Xalq  Cü mhuriyyətinin 

müstəqilliy inin  tam  tanın ması  tərəfdarı  idilər.  Bu  partiya  bir  ço x  cəhətdən  Ukrayna  sol  eserlərinə  bənzəy irdi.  Ruhulla 

Axundov,  Əh məd  Əh mədov,  Rəhim  Hüseynov,  Həbib  Cəbiyev,  Əli  Bayramov,  Eyyub  Xanbudaqov və  b.  partiyanın  fəal 

üzvləri id ilər. Partiya, əsasən, Bakı fəhlələri arasında fəaliyyət göstərir və solçu taktika yürüdürdü. Digər sosialist partiyaları 

kimi, sol eserlər də, ayrı-ayrı  ziyalı qrupla rı istisna olmaqla,  zəh mətkeş azərbaycanlı  kütlələ ri arasında güclü nüfüza  ma lik 

deyildi. Pa rtiya sonralar ko mmunistlərə qovuşsa da, bu, sol eserləri repressiyalardan  xilas etmədi. Aprel işğalından (1920) 

sonra onların bir hissəsi güllələndi, d igər q ismi isə mühacirətə getməyə məcbur oldu. 

 

Əd.: 

Azərbaycan Xalq Cümhuriyy əti (1918-1920), B., 1998; Süleymanova S., Azərbaycanda ictimai-siyasi hərəkat, B., 1999. 



 

ƏKĠNÇĠLĠK  VƏ  DÖVLƏT ƏMLAKI  NAZĠRLĠYĠ (ƏDƏN),  A z ə r b a y c a n   X a l q  C ü m h  u r i y  y e t i  

H ö  k u  m ə  t  i n  i n    Ə k i n ç i l i k  və  D ö v l ə t   Ə  m l a  k  ı    N a   z  i r  l  i y  i  - A zərbaycan Xa lq  Cü mhuriyyətində kənd 

təsərrüfatının,  maddi  sərvətlərin  və  mülkiyyətin  niza mlan masına  rəhbərlik  edən  ic ra  orqanı.  1918  il  may ın  28-də 

Azərbaycan Milli Şurasın ın qəra rı ilə  yaradılmışdı. Fətə li xan Xoyskinin  Tiflisdə təşkil etdiyi 1-ci Höku mət  kab inəsində ilk 

əkinçilik və dövlət əmək naziri vəzifəsinə Əkbər Ağa Şeyxülislamov təyin olunmuşdu. 

Azərbaycan  Milli  Şurası  və   Hö ku məti  1918  il  iyunun  16-da  Gəncəyə  köçdükdən  sonra  iyunun  17-də  F.x.Xoy-

skinin  Gəncədə  təşkil  etdiyi  2-c i  Höku mət   kab inəsində  əkinç ilik  na ziri  və zifəsinin   ic rası  Xosrov  Paşa  bəy  Sultanova 

tapşırıldı. 1918  ilin dekabrında Azərbaycan Parlamenti  işə başladıqdan sonra Parlamentin tapşırığına əsasən dekabrın 26-da 

F.x.Xoyskin in  təşkil  etdiy i  3-cü  Höku mət  kabinəsində  də  əkinçilik  və  dövlət  ə mlakı  na ziri  və zifəsi  Xosrov  Paşa  bəy 

Sultanova həvalə edildi. 

 

 


359 

 

1919  il  aprelin  14-də  Nəsib  bəy  Yusifbəylinin  təşkil  etdiyi  4-cü   Hö ku mət  kabinəsində  bu  vəzifə   Aslan  bəy 



Qardaşova  həvalə  olundu.  Həmin  il  dekabrın  26-da  yenə  də  N.Yusifbəylinin  təşkil  etdiy i  5-ci  Höku mət  kab inəsində 

əkinçilik və dövlət əmlakı naziri vəzifəsini Əh məd Cövdət Pepinov tutdu. 

ƏDƏN-in  strukturu  nazir  və  nazir  müavin indən,  nazirin  şurasından,  nazirliy in  dəftərxanasından,  əkinçilik,  aqrar 

islahatlar,  kənd  təsərrüfatı,  meşəçilik,  su  təsərrüfatı  şöbələrindən,  ba lıq  sənayesi  idarəsindən,  mühasibat  bölməsindən  və 

nazirliyə tabe olan əkinçilik və dövlət ə mla kı ü zrə Gəncə ida rəsindən ibarət idi. 

ƏDƏN A zərbaycan Xalq  Cü mhuriyyəti Hö ku mətinin  işin in ço xluğuna,  mürəkkəbliyinə və  məsuliyyətinə görə ən  

ağır  nazirliklərindən  biri  id i.  Fevral  inqilabından  (1917)  Azərbaycan  İstiqlalının   elan  o lun masına  (1918,  28  may)  qədər 

keçən vaxt ərzində ölkədə ən ço x zərər çəkmiş təsərrüfat sahəsi məh z  kənd təsərrüfatı  idi.  1917  ilin axırlarından,  xüsusilə 

1918  ilin  fevralından  Azərbaycanda  silahlı  erməni-daşnak  quldur  dəstələrinin  xalqımıza  qarşı  törətdiyi  soyqırımları 

nəticəsində  ölkədə  yüzlərlə  kənd  viran  qalmış,  yüz  minlə rlə  mü lki  əhali,  xüsusilə  kənd  əhalisi  ö z  yurd-yuvasından, 

təsərrüfatlarından  didərgin  düşüb  qaçqınlara  çevrilmişdilər.  Erməni-daşnak  quldur  dəstələri  tərəfindən  kəndlərin 

yandırılması,  talan  olun ması,  təsərrüfatların  dağıd ılması,  mal-qaran ın  oğurlanması  A zərbaycan  kəndlilərin i  tamamilə 

müflisləşdirmişdi. Boş qalmış kəndlərdə torpaqlar əkilib becərilmirdi. Digər tərəfdən, ö lkədə yaran mış anarxiya nəticəsində 

həm  dövlət  torpaqları,  hə m  də  xüsusi  torpaqlar  ayrı-ayrı  şə xslər  tərə findən  qanunsuz  zəbt  olunurdu.  Zaqafqaziya 

ko missarlığının  1917  il  16  dekabr  tarixli  Əsasnaməsinə  və  Zaqafqaziya  seymin in  1918  il  7  mart  tarixli  qanununa  əsasən 

yaradılmış və fəaliyyət göstərən torpaq komitələri  işini düzgün qura bilmədiy indən kənd əhalisinin bütün təbəqələrdən olan 

nümayəndələrin in etibarını itirmişdi. Ona görə də Azərbaycan Xalq Cü mhuriyyəti Hö ku mətinin 1918 il 22 iyun tarixli qərarı 

ilə Zaqafqaziya seyminin torpaq islahatı haqqında qanununun icrası Müəssislər Məclisi çağırılana qədər dayandırıldı.  Bu qə-

rarla  həmin  va xta  qədər  ayrı-ayrı  şəxslə rin  qanunsuz  zəbt  etdiyi  torpaqların,  o  cü mlədən  dövlət  torpaqlarının  geri 

qaytarılması tələb o lunurdu. Həmin qərara əsasən, əvvəllər yaradılmış torpaq ko mitələri ləğv o lundu, əvəzində ilk vaxtlar 

nazirliyin ə kinçilik şöbəsi yanında, sonra isə nazirliy in struktur hissəsi kimi aqrar  islahatlar şöbəsi yaradıldı. Şöbə  material 

toplayır və onun əsasında aqrar islahatlar üçün dekret  layihələri hazırlayırdı.  Əkinçilik şöbəsi kənd təsərrüfatı vergilərin in 

yığılması  üçün  lazımi  qaydalar  yaradır,  kənd  əhalisinin  cari  ehtiyaclarını  və  sorğuların ı  təmin  etməyə,  qanunsuz  zəbt 

olunmuş torpaqların geri qaytarılmasına, əhalin in tərk etdiyi torpaqların mühafizəsi və istifadəsinin təşkilinə çalışırdı. 

Buna  görə,  ilk  növbədə,  istifadəsiz  və  tərk  edilmiş  torpaqlar  müvəqqəti  olaraq  xəzinə  hesabına götürüldü.  Əkin-

çilik şöbəsi və onun daxili  işlər və  maliyyə nazirliklərinin yerlərdəki nü mayəndələrin in iştirakı ilə yaradılmış ko missiyaları 

həmin torpaqları ehtiyacı o lan kənd ic ma larına və kəndlilərə, onlar götürmədikdə, ayrı-ayrı şə xslərə  ica rəyə verirdi. 

Nazirliyin ə kinçilik şöbəsi kəndlilə r arasındakı torpaq  mübahis ələrini də hə ll edir, aqra r  islahatı barədə qanun hə-

yata keçirilənə qədər aztorpaqlı və torpaqsız kəndliləri, müvəqqəti olaraq, torpaqla təmin etmək üçün tədbirlər görürdü. 

1919 ildə Cavad qəzasın ın Muğan düzündə baş vermiş hərc-mərc lik nəticəsində rus əhalisi tərəfindən tərk edilmiş 5 

min desyatin suvarılan torpaqlar icarəyə verildi. İcarədarın əldə etdiyi  məhsuldan icarə haqqı natura ilə alın ırd ı.  Natura  ilə 

icarə  haqqı  bu  bölgədə,  habelə  Quba  və  Göyçay  qəza larında  özbaşına  əkilmiş  torpaqlardan  da  alın ırdı.  Naturadan  icarə  

haqqını  müəyyənləşdirmək  məqsədilə  əkinçilik  şöbəsi  yerlərdə  mövsümi  işçilərdən  istifadə  edirdi.  Həmin  işçilər  əkinçilik 

nazirin in  xüsusi  müvəkkili,  onun  katibi,  rayonlar  ü zrə  müdirləri,  onların   kargüzarları,  aqronom,  yerö lçən,  anbar  müd iri, 

qapançı  və  yükdaşıyanlardan  ibarət  idi.  Bir  sıra  ü zürlü  səbəblərə,  xüsusilə  işçilərin  təcrübəsizliyinə,  məhsuldarlığın  az 

olmasına və s. baxmayaraq, 1919  ilin taxıl y ığımı  zamanı əkinçilik nazirliyi tərəfindən 50  min pud taxıl tədarük olunmuşdu. 

Yığılan  taxılın   bir  hissəsi  Cü mhuriyyət  Hö ku mətinin   1919  il  11  avqust  tarixli  qərarı  ilə  hərbi  nazirliyin   sərəncamına 

verilmişdi.  Bazar  qiy məti  ilə  pula  çevirəndə  bu  10  milyon  manata  bərabər  idi.  1919  ilin  payızında  əkinçilik  nazirliyin in 

xüsusi ko missiyaları 1920  ildə Muğan düzündə və Salyan qəzasında 25 min desyatin suvarılan torpaqların icarəyə verilməsi 

nəticəsində buradan götürülən məhsulun satışından xəzinəyə 13  milyon  manata qədər gəlir vermə li  idi.  Na zirliy in əkinçilik 

şöbəsi Şamaxı, Göyçay, Nu xa (Şəki) və Ərəş qəzalarında sahibsiz ü zü m və meyvə bağlarını da qeydiyyata almışdı. Buradan 

dövlət xəzinəsinə Şamaxı qəzası ü zrə 400 min manat, qalan qəzalardan isə 100 min manat gəlir daxil olmuşdu. 

Ölkədə  1918  ildə  baş  vermiş  hərc-mərclik  nəticəsində  evlərin i,  torpaqlarını,  kəndlərini  tərk  etmiş  əhali  arasında 

nazirlik  tərə findən  aparılan  izahat  işləri  nəticəsində  qaçqınlar  və  köçkünlər  tədricən  ö z  dədə-baba  yurdlarına   qayıt mağa 

başlayırdılar.  Digər  tərəfdən,  əkinçilik  nazirliyin in  qarşısında  duran  ən  ağır  məsələlərdən  biri  Ermənistandan  qovulmuş 

azərbaycanlı qaçqınları kənd yerlə rində yerləşdirmə k idi. 

Əkinçilik  Nazirliyi  hələ  1919  ilin  fevralında  ölkə  ərazisində  qaçqınlar  problemini  tən zimləmək  məqsədilə  Azər-

baycan  Xalq  Cü mhuriyyəti  Hö ku mətinə  xüsusi  məruzə  təqdim  etmişdi.  Məru zədə  qaçqınların  Muğanın  suvarılan 

torpaqlarında  yerləşdirilməsinin  bu  bölgə  üçün  mühü m  əhəmiyyəti  olduğu  bildirilirdi.  Beləki,  bu  yerlərin  iq liminə  və 

topoqrafik  şəraitinə  görə  yerli  əhali  həmin  torpaqların  əkilib-becərilməsinə  o   qədər  də  həvəs  göstərmirdi.  Buna  görə  də 

qaçqınları  qəbul  etmək  və  yerləşdirmək  üçün  idarələrarası  xüsusi  orqan  yaratmaq  lazım  idi.  Bir  ço x  təşkilati  çətinliklərlə 

bağlı  olaraq,  göstərilən  məru zədə  qaldırılan  məsələlər  yaln ız  1919  ilin  avqustunda  öz  həllin i  tapdı.  Höku mət  Əkinçilik 

Nazirliyinə yerlərdə qaçqınların vəziyyətini  müəyyənləşdirmək üçün  mərkə zi və yerli  ko missiyalar yarat mağı tapşırdı, eyni 

za manda,  mə rkə zi  ko missiyaya  göstəriş  verildi  ki,  milliyyətindən  asılı  o lmayaraq,  Azə rbaycan  ərazisində  olan  bütün 

qaçqınların   boş  torpaqlarda  yerləşdirilməsi  üçün  layihə  hazırlasın.  Nazirliy in  əkinçilik  şöbəsi  müdirin in  rəhbərlik  etdiyi 

mə rkə zi  ko missiya, Qərbi A zərbaycandan (Ermənistandan) qovulmuş 40  min a zə rbaycanlı da da xil o lmaqla , bütün qaçqın-

ların boş və istifadəsiz torpaqlarda yerləşdirilməsi barədə  layihə hazırladı.  1919  il oktyabrın 20-də  Cümhuriyyət Höku məti 

həmin lay ihəni və onun üçün tərtib edilmiş s metanı bəzi düzəlişlərlə qəbul etdi və təsdiq üçün Parla mentə göndərdi. Sənədin 

Parla ment tərəfindən təsdiqinə qədər qaçqınların  yerləşdirilməsi məsələsi Höku mət in 8 noyabr və 10 de kabr tarixli qərarla rı 

ilə   himayədarlıq  nazirliyinə  tapşırıld ı.  Azərbaycan  Xa lq  Cü mhuriyyəti  Pa rla mentinin  1920  il  yanvarın   8-də  qəbul  etdiyi 

qanunla  xüsusi  ehtiyacı  olan  qaçqınları  yerləşdirmək  və  onları  əkin  üçün  toxumla  təmin  etmək  məqsədilə  Dövlət 

Xəzinəsindən Himayədarlıq Na zirliyinin s ərənca mına s metadan əlavə 21 milyon manat vəsait ayrıld ı. 



360 

 

ƏDƏN-in  əkinçilik  şöbəsinin  1919  il  üçün  təxmini  gəliri  4573182  manat  oldu.  Hərbi  nazirliyin  sərəncamına 



verilmiş taxıl da nəzərə alındıqda bu gəlir daha ço x  idi.  Əkinçilik şöbəsinin nazirliyin şurasına təqdim etdiyi  1920  il üçün 

smetanın  mədaxil hissəsi 26789872  manat,  məxaric hissəsi isə  4596460  manat id i  (Gəncə quberniyası əkinçilik şöbəsinin 

məda xil və mə xa ric i da xil o lmaqla ). 

Nazirliyin  kənd  təsərrüfatı  şöbesi  1919  ildə  həm  mə rkəzi  orqanın,  hə m  də  onun  əyalətlərdəki  idarə lərinin  

formalaşdırılması  ilə  məşğul  olurdu.  Şöbə  kənd  təsərrüfatı  sahəsində  nümunəvi  təsərrüfat  və  təcrübə  sahələrinin  yara-

dılmasına,  kənd  təsərrüfatı  zərərvericilərinə  qarşı  mübarizəyə,  şərab  və şərab  məhsulları  ko mitəsinin  formalaşdırılmasına, 

habelə kənd təsərrüfatı te xn ikasının  inkişafına və əhalin in kənd təsərrüfatı a lətlə rilə tə min edilməsinə və s.  işlərə  rəhbərlik 

edirdi. 


Azərbaycan  Xalq  Cü mhuriyyəti  Pa rla mentinin  1919  il  8  may  tarixli  qanunu  ilə  aqronom  xid mət i  və  kənd  təsər-

rüfatı  ziyanvericilərinə qarşı  mübarizə  idarəsi daxili  işlər nazirliy inin tabeliyindən alınıb  ƏDƏN-in sərəncamına verildi və 

nazirliyin kənd təsərrüfatı şöbəsi ilə b irləşdirild i. 

ƏDƏN-in  aqrar  islahatlar  şöbəsi  Azərbaycan  Höku mətinin   1919  il  6  iyun  tarixli  qərarı  ilə  yaradılmışdı.  Azər-

baycan Xalq  Cü mhuriyyəti əhalisinin torpaqla təminatı və şəxsi  istifadədə olan  meşələrin dövlət  mü lkiyyəti elan edilməsi 

haqqında qanun layihələrinin hazırlan ması şöbənin fəaliyyətində mühüm hadisə olmuşdu. 

ƏDƏN-də  uzun  müddət  ərzində  hazırlanan  Torpaq  islahatı  haqqında  29  maddədən  ibarət  qanun  layihəsi  1920  il 

fevralın  21-də  ü mu mxalq  müzakirəsi  məqsədi  ilə  mətbuatda  dərc  olundu.  Həmin  qanun  layihəsinə  görə,  torpaq  üzərində 

xüsusi  mü lkiyyət  hüququ  saxlan ılmaqla  torpaqların  onların  sahibləri  tərəfindən  istifadə  olunmayan  hissəsi  hökumət 

tərəfindən pulla a lınaraq torpaqsız kəndlilərə paylan ma lı id i.  Digər tərəfdən hə min torpaqları a lmaq üçün kəndlilə rə dövlət 

tərəfindən güzəştli şərtlərlə  kredit verilməsi nəzə rdə tutulurdu.  La kin  ya xınlaşan sovet işğalı nəticəsində bu qanunu qəbul 

etmə k mü mkün olmad ı. 

1920  il  apre lin  27-də  Azə rbaycanın  Sovet  Rusiyası  tərəfindən  işğal  o lunması  nəticəsində  ƏDƏN-in  həyata 

keçirməyə başladığı islahatlar yarımçıq qaldı. 



 

Əd.: 

Aзepбaйджанская  Демократиская    Pecnублика  (1918-1920),  Законодательные  акты  (сборник  документов),  Б.,  1998; 

Aдpec-календары Aзepбaйджанской  Pecnублики нa 1920 r.,   B., 1920;  Paşayev A., Açılmamış səhifələrin izi ilə, B., 2001. 

 

ƏKS ĠNQĠLABLA  MÜBARĠZƏ  TƏġ KĠLATI  (ƏMT)  -  Azərbaycan  Xalq   Cü mhuriyyətinin  Dövlət  Müdafiə 

Komitəsi ilə eyni va xtda (1919, 11 iyun) və ona tabe qurum kimi yaradılmış əks-kəşfiyyat orqanı. 

Azərbaycan  Xalq  Cü mhuriyyəti  yarandığı  ilk  günlərdən  böyük  təhlükələrlə  qarşılaş malı  oldu.  Be lə  ki,  mü xtə lif 

dövlətlər  mühü m  geosiyasi  bölgədə  yerləşən  Azərbaycanı  ö zünün  nüfüz  dairəsinə  salmaq   məqsədilə  açıq   mübarizə 

aparırdılar.  Ən  böyük  təhlükə  mənbələri  "vahid  və  bölünməz  Rusiya"  uğrunda  mübarizə  aparan  Denikin  ordusu,  proletar 

beynəlmilə lç iliyin i ə ldə bayraq edən bolşevik Rusiyası və "Böyük  Ermənistan" yaratmaq  xülyası  ilə  azə rbaycanlılara qarşı 

tarixdə  görün mə miş  vəhşiliklər  və  soyqırımları  törədən  daşnaklar  və  daşnak  Ermən istanı  idi.  Bu  qüvvələrin  hər  biri 

Azərbaycanda,  xüsusilə də  Bakıda geniş tə xribatla r törədir, Azərbaycan Xa lq  Cü mhuriyyətinin  möhkə mlən məsinə, ölkədə 

qayda-qanun yaradılmasına  mane olmağa ça lışırdılar. Den ikin qüvvələri Şima li  Qafqazı tutduqdan sonra Azərbaycan üçün 

daha  böyük  təhlükə  yarandı.  1919  il  fevralın  18-də  Parlamentin  iclasında  çıxış  edən  Fətəli  xan  Xoyski  Azərbaycanda, 

xüsusilə  də  Bakıda  general  Prjevalskin in  rəhbərliyi  ilə  Denikinə  yardım  göstərən  qüvvələrin  gizli  surətdə  silahlı  hərbi 

dəstələr  təşkil  etdiklərini,  ağqvardiyaçıla r  üçün  əsgər  yazılışı  aparıld ığını  bildirdi.  Denikin  qüvvələrinin  1919  il  may ın 

axırlarında  Dərbəndi  tutması  nəinki  Azərbaycanı,  həmçinin   bütün  Cənubi  Qafqazı  böyük  təhlükə  qarşısında  qoydu. 

Azərbaycan  Xa lq  Cü mhuriyyəti  Hö ku mətin in  1919  il  iyunun  9-da   keç irilən  iclasında  Parla mentin  tövsiyəsi  ilə   dövlətin 

müdafiəsi üçün  xüsusi orqan -  5 nəfər höku mət üzvündən (baş nazir, hərbi,  xarici  işlər, yollar və əd liyyə nazirləri)  ibarət 

Dövlət Müdafiə Ko mitəsinin yaradılması qərara alındı. 

Azərbaycanda təxribatlara  qarşı xüsusi mübarizə  strukturunun - Əks-inqilab la Mübarizə  Təşkilatın ın yaradılması da  

bununla  eyni  vaxta  təsadüf  edir.  Azə rbaycanda  əks-kəşfiyyat  işi  ilə  hələ  1919  ilin  yanvarından  hərbi  kəşfiyyat  məşğul 

olurdu. Hə min  il  mart ın  26-da hərbi nazir Sə məd bəy Mehmandarovun ə mri  ilə  Baş qərargahın  Baş  idarəsi yaradıldı.  Baş 

idarənin strukturunda is ə 4 bölmədən ibarət  general-kvart irmeyster idarəsi yarad ılması nə zərdə tutulurdu. İdarəyə da xil o lan 

4 bölmədən b iri kəşfiyyat və əks-kəşfıyyat bölməsi idi. ƏMT-na gəlincə, quru mun formalaşdırılması parlamentin "Müsavat" 

fraksiyasının ü zvü Məmmədbağır bəy Şey xzamanlıya həvalə edilmiş, onun müavini isə sonralar naməlu m şəxslər tərəfindən 

qətlə yetirilmiş sosialist Mir  Fəttah Musəvi təyin olun muşdu. M.Şey xza man lı təşkilata  həmin  il avqustun 20-dək başçılıq 

etmiş,  istefa  verdikdən  sonra  yerinə  qardaşı  Nağı  bəy  Şey xzamanlı  təyin  edilmişdi.  1919  il  noyabrın  19-dan  qurum 

başçısının müavini Mah mud bəy Səfikürdski id i. 

Təşkilat ın  ə mə kdaşları  a rasında  mü xtəlif  partiya  və  siyasi  cərəyanların  nümayəndələri  var  id i.  Onun  agentləri 

sırasında  Lavrenti  Beriya  da  olmuşdur.  Təşkilatın  arxiv  sənədlərindən,  ayrı-ayrı  şəxslərə  göndərilmiş  məktublardan  aydın 

olur ki,  Bakıda Denikin ordusunun casus ları ilə erməni-daşnak casusları sıx əlaqədə işləmiş, geniş casusluq şəbəkəsi yarada 

bilmişdilər. Denikin ordusunun Azərbaycana qarşı təxribatı ilə əlaqədar ƏMT-nin saxlad ığı və həbs etdiyi şəxslərin əksəriyyəti 

ermənilər id i. 

 

 



 

 

 



 

361 

 

ƏMT  rəhbərinin  müav ini  M.F.Musəvinin  1919  il  avqustun  7-də  tərtib  etdiyi  protokoldan  aydın  olur  ki,  onun 



həbsə  aldığı  Yevgeni  Rojdestvenski  soyadlı  zabit  ingilis  ko mandanlığ ında  Denikinin  nü mayəndəsi  polkovnik  La zarev in 

yanmda işləy ir, A zərbaycan ordusunun sayı və mövqeləri barədə məlu matlar toplayır. O, ço xlu erməni zabit lərinin də onlarla 

birlikdə  işlədiy ini  bild irir.  Denikinçilər  Ba kıda  təbliğat  aparmaq,  tə xribatlar  törət mək  üçün  bütün  vasitələrdən  istifadə 

edirdilər.  On lar  Ba kıda  yerləşən  mü xtə lif  səhmdar  cə miyyətlərin in,  firma  və  müəssisələrin  kö məyindən  bəhrələnir,  hə min 

təşkilatla rda  öz  agentlərini  yerləşdirird ilə r.  1919  il  dekabrın  16-da  M.Şey xza man lı  Azərbaycandakı  ingilis  nümayəndəsi 

polkovnik  Stoksa  mə ktubla  bildirirdi  ki,  Cənubi  Rusiya  Silahlı  Qüvvələri  Baş  Ko mandanlığ ının  təbliğat  şöbəsi  tərəfindən 

hazırlan mış intibahnamələrin mətn i və qəzetlər olan zərflər Bakı şəhərində "Qafqaz və Merkuri", "Samo lyot" cəmiyyətlərinə 

"işgüzar kağızlar" adı  ilə göndərilird i.  Denikinçilərin və daşnakların  Bakıda və Azərbaycanın digər bölgələrində törətdikləri 

təxribatla r  haqqında  arxiv  s ənədlərində  xeyli  məlu mat lar  toplan mışdır.  Lakin  təəssüflər  olsun  ki,  gənc  Azə rbaycan 

Cü mhuriyyəti  Höku məti,  Denikin təhlükəsindən fərqli olaraq, bolşevik təhlükəsinə ciddi əhəmiyyət vermirdi.  Buna görə də, 

Denikin  təhlükəsi sovuşan kimi,  1920 ilin  ma rtında  ƏMT  ləğv olundu.  Bu s əhv addım  idi. Aprel  işğalı (1920) bunu sübut 

etdi. 


Əd.: 

Paşayev A., Açılmamış səhifələrin izi ilə, B., 2001. 



Yüklə 19,75 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin