Xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu


ƏDLĠYYƏ  NAZĠRLĠYĠNĠN  FÖVQƏLADƏ  TƏHQĠQAT  KOMĠSS ĠYAS I



Yüklə 19,75 Mb.
Pdf görüntüsü
səhifə58/80
tarix31.01.2017
ölçüsü19,75 Mb.
#7086
1   ...   54   55   56   57   58   59   60   61   ...   80

ƏDLĠYYƏ  NAZĠRLĠYĠNĠN  FÖVQƏLADƏ  TƏHQĠQAT  KOMĠSS ĠYAS I  -  bax  Fövqəladə  Təhqiqat  Ko-

missiyası. 

ƏFƏNDĠYEV  Abdulla  Molla  İbrahim  oğlu  (30.9.1897,  Dağıstan  -  ?)  -  A zərbaycan  Xalq  Cü mhuriyyəti 

Parla mentinin  xüsusi qərarına  (ba x Xaricə təhsil almağa göndərilən azərbaycanlı tələbələr haqqında 



qərar) əsasən, dövlət hesabına ali təhsil almaq üçün  xaricə göndərilmiş tələbələrdən biri. Ba kı rea lnı 

mə ktəbini bitirmiş (1916), Moskva Ko mmersiya İnstitutunun iqtisadiyyat şöbəsində 2-ci kursa qədər 

oxu muş,  lakin  maddi  çətinlik  üzündən  təhsilini  yarımçıq  qoymağa  məcbur  o lmuşdu.  Parlamentin 

1919  il  1  sentyabr  tarixli  qəra rına   əsasən,  təhsilin i  dava m  etdirmə k  üçün  Be rlin  Ko mme rsiya 

institutuna  (Almaniya)  göndərilmişdi.  Azərbaycanda  sovet  hakimiyyəti  qurulduqdan  sonra  xaricdə 

dövlət  hesabına  təhsil  alan   azərbaycanlı  tələbələrin  vəziyyətini  öyrənən  Azərbaycanlı  Tələbələr 



İttifaqınm 1923-25 illər üçün məlu matında onun təhsilinin b itməsinə 6 ay qaldığ ı göstərilird i. Sonrakı 

taleyi barədə mə lu mat aşkar o lunma mışdır. 



ƏFƏNDĠYEV  Hacı  Hüseyn  (?-?)-  Azərbaycan  milli  azad lıq  hərəkatın ın  iştirakçılarından 

biri,  A zərbaycan  Xalq  Cü mhuriyyəti  Parla mentin in  üzvü.  A zərbaycan  Milli  Şu rasının  "Azərbaycan 



Məclisi-Məbusanının  təsisi  haqqında  qanun"una  (1918,  19  noyabr)  əsasən,  Göyçay  qəzasından  Cümhuriyyət 

Parla mentinin tərkibinə da xil edilmişdi. 



ƏFƏNDĠYEV  Məmmədəmin  (14.2.1897,  İrəvan  -  ?)  -Azərbaycan  Xalq  Cü mhuriyyəti 

Parlamentinin   xüsusi qərarına (bax Xaricə təhsil almağa göndərilən azərbaycanlı tələbələr haqqında 



qərar)  əsasən  dövlət  hesabına  ali  təhsil  a lmaq   üçün  xaricə  göndərilmiş  tələbələrdən  biri.  Tiflisdəki 

imperator  I  A leksandr  kişi  gimnaziyas ını  bitirmiş  (1916),  Moskva  Universitetinin  fizika-riyaziyyat 

şöbəsində  təhsil  almış,  lakin   maddi  çətinlik  üzündən  təhsilin i  yarımçıq   qoymağa  məcbur  olmuşdu. 

Parla mentin  1919  il  1  sentyabr  tarixli  qəra rına  əsasən  təhsilin i  yol  nəqliyyatı  sahəsində  davam 

etdirmək  üçün  Darmstadt  institutuna  (Almaniya)  gö ndərilmişdi.  A zərbaycanda  sovet  hakimiyyəti 

qurulduqdan  sonra  xaricdə  dövlət  hesabına  təhsil  alan  a zərbaycanlı  tələbə lərin  vəziyyətin i  öyrənən 



Azərbaycanlı  Tələbələr  İttifaqının  1923-25  illər  üçün  mə lu mat ında  M.  Əfəndiyevin  təhsilin in 

bitməsinə 1 il qald ığı göstərilirdi. Sonrakı ta leyi barədə məlu mat aşkar olun ma mışdır. 



ƏFƏNDĠYEV,Əfəndizadə Rəşidbəy İsmayıloğlu(1863, Şəki-31.8.1942, Şəki) - maarif xad imi, yazıçı, alim.Ruhani 

mə mu r  ailəsində  doğulmuşdur.  Nu xada  (Şəkidə)cü mə  məscidindəki  mo lla xanada  ibtida i  (1870-76),  dörd  sinifli  ş əhər 

mə ktəbində orta (1876-79),  Qori  Müəllimlər  Se minariyasında    orta  pedaqoji  (1879-82),  Ale ksandr  Müəllimlər 

İnstitutunda (Tiflis) ali təhsil almışdır. Nu xa qəzasının Qutqaşen ikisinifli  məktəbində (1882-92), Xaçmaz kənd  məktəbində 

(1890-92)  müdir,  Qafqa z  Müs əlmanla rı  Ruhani  İdarəsində  kat ib  müavini  (1892-1900),  Qori  Müəllimlər  Se minariyasının 

"tatar şöbəsi"ndə Azərbaycan dili və şəriət  müəllimi  (1902-16),  İrəvan quberniyası  xalq  məktəblərinin  mü fəttişi (1916-18) 

işləmişdir.  Əfəndiyev  1918  ildə  Bakıya  gələrək,  Azərbaycan  Xalq   Cü mhuriyyətinin  xalq  maarifi  sahəsində  tədbirlərin in 

həyata  keçirilməsinə  ya xından  kö mə k  göstərmiş,  maarif  nazirinin  ə mri  ilə   Bakı  kişi  seminariyasının  dire ktoru  təyin 

olunmuşdur.  Maarif  na zirliy i  yanında  əlifba  ko missiyasının  tərkibində  latın  qra fikasına  keç mək 

üçün  təqdim  olun muş  layihələrin  mü zakirəsində  fəal  iştirak  etmişdir.  Sovet  hakimiyyəti  illərində 

Şəki pedaqoji texn iku munda müəllim işləmişdir. 

Əfəndiyev geniş yaradıcılıq  diapazonuna  malik yazıçı, alim  idi.  Əsasən, uşaq ədəbiyyatı, 

dramaturg iya  və  bədii  tərcü mə  sahəsində  çalışmışdır.  Əfəndiyev  pedaqoji  fəaliyyətinin  ilk 

günlərindən  məktəblərin  milli  zəmində  hazırlan mış  dərsliyə,  uşaqların  sağlam  mündəricəli 

ədəbiyyata  ehtiyacı  ilə  qarşılaşmış,  orijinal  əsərlərdən  iqtibas  və  tərcümələrdən  ibarət  "Uşaq 

bağçası" (1898), "Bəsirətül-ətfal" (1901) dərsliklərini nəşr etdirmişdir.  Hər  iki dərslik  Qafqazda və 

türk  xalqları  yaşayan  digər  bölgələrin  məktəblərində  tədris  olunmuşdur.  Əfəndiyevin  adı  Mirzə 

Fətəli A xundzadənin dra maturgiya ənənələrini  inkişaf etdirən ko mediyanəvislər arasında şərəfli yer 

tutur.  Məşhur  pedaqoq  A.O.Çernyayevskinin  tövsiyəsi  ilə  "Qan   ocağı"  adlı  ilk  pyesini  Qori 

seminariyasında yazıb tamaşaya qoyan Əfəndiyev 20 əsrin  əvvəllərində "Qonşu qonşu olsa, kor q ız ərə gedər", "Saqqalın 

kəra mət i",  "Pul  də lisi",  " Bir  saç  telinin  q iy məti",  "Tiflis  səfərlə ri",  "Qızılgül"  əsərlərini  nəşr  etdirmişdir.  İ.A.Krılovun 

təmsillə rin in  mühüm  b ir  qis mini,  A.S.Puşkinin,  M.Y.Le rmontovun  şeir  v ə  poemalarını,  F.Şillerin  "Ca m"  mən zu məsini, 

Firdovsinin "Şahnamə" epopeyasından "Rüstəm və Söhrab" dastanının dilimizə çev irmişdir.  Əfəndiyevin "Arvad məsələsi" 

adlı  kitabı  qızların  təhsilinə  və  qadının  cəmiyyətdə  yeri  probleminə  həsr  o lunmuşdur.  O,  iki  hissədən  ibarət  "Müxtəsər 

şəriət"  dərsliyin in  də  müəllifidir.  Əfəndiyev  etnoqrafiya  ("Nu xada  evlən mək  adətləri",  "Qəbələ  mahalı",  "Qutqaşen  kəndi 

haqqında  bir  neçə  məlu mat"),  ədəbiyyatşünaslıq  ("Azərbaycan  türklərinə  məxsus  ədəbiyyat",  "Azərbaycan  ədəbiyyatı 

nümunələri", " Lev  Niko layeviç To lstoy", "Seyid  Əzim  Şirvani"), publisistika ("İbtidai savad t əlimi haqqında  müsəlman ın 

rəyi", "Bizə kitab" nidası") sahəsində də fəaliyyət göstərmişdir. 

 

 

 



 

 


349 

 

 



Əfəndiyev  Azərbaycan  xalq  əfsanə  və  rəvayətləri,  adət  və  ənənələri  barədə,  həmçinin  xalq  sənətkarlığı  və  təba-

bətinə  aid  mə lu matlar  toplayıb,  "Sbornik  materialov  dlya  opisaniya  mestnostey  i  ple myon  Kavkaza"  məc muəsində  çap 

etdirmişdir.  Əfəndiyev 1924 ildə A zərbaycanın 1-ci ölkəşünaslıq qurultayının nü mayəndəsi və etnoqrafiya cəmiyyəti Şəki 

şöbəsinin elmi katibi seçilmişdi. Rəşid bəy Əfəndiyev Azərbaycan xalqının milli oyanışında mühüm rol oynamışdır. 

 

Əsərləri: 



Dram əsərləri, B., 1961; Seçilmiş əsərləri, B., 1979.  

Əd

.: Abdullayev Ə., Görkəmli  maarifçi-demokrat yazıçı R əşid bəy Əfəndiyev, B., 1960; Abdullayev A., Azərbaycan dilinin 

tədrisi tarixindən, B., 1966; Azərbaycan uşaq  ədəbiyyatı müntəxabatı (XIX-XX əsrlər) (tərtib edənləri X.M əmmədov, A.Həsənov), B., 

2002; Əhmədov C, Azərbaycan ədəbiyyatının tədrisi tarixindən, B., 1971; Qurbanov Ş., Ömrün fikir karvanı, B., 1991.  

 

ƏFƏNDĠYEV  Su ltanməcid  Məcid  oğlu  (26.5.1887,Şamaxı  -  21.4.1938)  -  Azərbaycanın 

sovetləşməsində  fəal  iştira k  et miş  partiya  və  dövlət  xadimi.1903  ildən  fəhlə   hərəkatına  qoşulmuş, 

marksist  dərnəklərdə  iştira k  et mişdir.  1904  ildə  Rusiya  Sosial-De mo krat  Fəhlə  (bolşeviklə r)   

Partiyasına  (RSDF(b)P) daxil olmuşdur. "Hümmət" bolşevik Əfəndizadə", "Məhbus", "Səma" və b. 

imza larla  mətbuatda  yazıları  dərc  olun muşdur.  İnqilabi  fəa liyyətinə  görə  1907  ildə  həbs  olunaraq, 

Kazan   quberniyasına  sürgün  edilmişdir.  Kazan  universitetinin   tibb  fakü ltəsini  b itird ikdən  sonra 

(1915)  Nijni-Novqorod  və  Həştərxan  quberniyalarında  həkimlik  et mişdir.  Fevra l  inqilabından 

(1917)  sonra  Bakıya  qayıdaraq,  Bakı  Fəhlə  Deputatları  Sovetinə  ü zv  seçilmiş,  onun  nəzarət  hey-

ətinin tərkibinə daxil olmuşdur. 1917-18  illərdə RSDF(b)P  BK bürosunun və "Hümmət"in Mərkəzi 

Ko mitəsinin  tərkib inə,  "Hü mmət"  qəzetinin  redaksiya  heyətinə  daxil  id i.  Oktyabr  çevrilişindən 

(1917)  sonra  hakimiyyəti  ə lə   alan  Ba kı  Sovetinin  iclasında  (2  noyabr)  iştirak  etmiş,  yeni  seçilən 

Sovetin  İcraiyyə  Ko mitəsinin  tərkib inə  daxil  o lmuşdur.  Azərbaycan  Xalq  Cü mhuriyyəti  dövründə  siyasi  fəaliyyətini 

Həştərxanda  davam  etdirmiş,  1919  ilin  mayında  Azərbaycanda  və  Qafqazda  vəziyyət  haqqında  məlu mat  vermək  üçün 

Rusiya  Ko mmunist (bolşeviklər) Partiyası  (RK(b)P)  Mərkəzi  Ko mitəsinə  ezam  olun muş,  Rusiya  Sovet  Federativ Sosialist 

Respublikası  Xalq  Milli  İşlər  Ko missarlığ ında  çalışmışdır.  Şərq  xalqları  ko mmun ist  təşkilatların ın  Moskvada  keçirilən 

birinci  (1918, noyabr) və  ikinci  (1919, noyabr-dekabr)  Ümu mrusiya qurultayların ın ha zırlan ması və  keçirilməsində  iştirak 

etmişdir.  Aprel  işğalından  (1920)  sonra  Azərbaycana  qayıtmış,  bolşevik  işğalına  qarşı  Gəncə  üsyanının  yatırılmasında 

iştirak  etmişdir.  1920  ilin  iyunundan  Azərbaycan  Kommunist  (bolşeviklər)  Partiyası  Mərkəzi  Ko mitəsinin  Gəncə 

quberniyasında  fövqəladə  müvəkkili  və  quberniya  fövqəladə  ko missarı  o lmuşdur.  Birinci  Ümu mazərbaycan  Sovetlər 

qurultayında  (1921,  may)  Azə rbaycan  Xalq   Ko missarları  Sovetinin  tərkibinə   seçilmiş  və  xa lq  torpaq  ko missarı  təyin 

edilmişdi. Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası (ZSFSR) v ə Sovet Sosialist Respublikaları İttifaqın ın (SSRİ) 

təşkilinin fəal iştira kç ısı olmuş, 1922-37 illərdə mü xtəlif məsul part iya və dövlət vəzifə lərində çalış mış, 1938 ildə repressiya 

olunmuşdur. 

 

Əsərləri.: 



Seçilmiş əsərləri, B., 1977; yenə onun, Seçilmiş əsərləri, c.1-2, B., 1988-1990.

 

 



ƏFƏNDĠYEV  Sü ley man  bəy  Əlisüleyman  oğlu  (1864,  Ağdam  -  21.2.1919,  Gəncə)  -  hərbi  xadim,  A zərbaycan 

ordusunun  general-mayoru.  İlk  təhsilin i  Gəncədə  almış,  Yelizavetqrad  süvari  məktəbin i  bitirmişdir  (1885).  1912  ildə 

polkovnik  rütbəsinə  layiq  görüləndə,  Əfəndiyev  Qafqaz  ordusunda polis -keşikçi  dəstəsinin  təftiş-yoxlama  işləri  ü zrə  baş 

nəzarətçisi  id i.  Nü munəvi  xid mətinə görə "Müqəddəs Anna" ordeninin 2-c i və  3-cü, "Müqəddəs Stanislav" və "Müqəddəs 

Vlad imir" ordenlərinin 3-cü dərəcələri ilə təlt if edilmişdi. 

1917  ilin  iyulunda Zaqafqaziya ko missarlığı tərəfindən  Gəncəyə eza m olunan Əfəndiyev burada öz vəzifəsin i ye-

rinə yetirmə klə bərabər,  Gəncə  müsəlman  milli ko mitəsinin kö məyi  ilə şəhərdə hərbi kurslar açır və 150 nəfər a zərbaycanlı 

gənci hə min  ku rslara  cəlb  edir.  Əfəndiyev də rs dediyi tələbələ rilə  bərabər gecə lər  Gəncədə asayişi qoruyurdu. Müsəlman 

korpusu  təşkil  edilməyə  başlayanda,  Əfəndiyev  korpusun  2-ci  nişançı  div iziyasının  5-c i  nişançı  alayın ın  ko mandiri  təyin 

olundu, bir müddət isə korpus komandirinin əmri  ilə d iviziya ko mandirinin vəzifələrin i icra etdi. Onun ko mandir o lduğu 5-

ci nişançı a lay Şamxor hadisəsi za manı rus hərbi eşalonlarının tərksilah olun masında fəal iştira k etdi. 

Əlahiddə  Azərbaycan korpusu  formalaşdırılarkən  Əfəndiyev  Qazaxda  yerləşən  1  -ci  p iyada  alayının  ko mandiri 

idi. Qa fqaz İslam Ordusu ko mandanının 1918 il 13 avqust tarixli ə mri ilə Əlah iddə Azərbaycan korpusu yenidən qurularkən, 

alay  ko mandirləri  və zifələ rinə   türk  zab itlə ri  gətirildi.  Bununla  əlaqədar  o laraq  Əfəndiyev  Qa fqaz  İsla m  Ordusu 

ko mandanlığın ın  mən zil  mü fəttişliy inə dəyişdirild i. 1918  ilin  noyabrında Hərb i  Nazirlik bərpa o lunduqda, Əfəndiyev 2-ci 

Qarabağ süvari alayın ın ko mandiri idi. Hərbi nazir Səməd bəy Mehmandarov 1918 il dekabrın 2-də 2-ci Qarabağ süvari alayı 

ilə  tanışlıqdan son dərəcə razı qalmış, bunu 1918 il 5 dekabr tarixli ə mrində də xüsusi qeyd etmişdi. 

1918

 

ilin  dekabrında  Əfəndiyev  Hərb i  Nazirlikdə  tapşırıq  generalı  vəzifəsinə  təyin  olundu  və  həmin  ayın  29-da 



Nazirlə r Şu rasının ic lasında hərbi na zir S.Meh mandarovun təqdimatı əsasında ona general-mayor rütbəsi verildi. 

1919


 

il  yanvarın  1-dən  Əfəndiyevə  1-ci  p iyada  diviziyasına  rəhbərlik  et mək  tapşırıld ı.  Div iziyanın  fo rma laşdı-

rılmasının bütün çətinliyi  Əfəndiyevin üzərinə düşdü. Onun rəhbərliyi ilə div iziya hissələrində dövlətə itaətsizlik halların ın 

qarşısı alındı, şəxsi heyəti bürü müş yoluxucu yatalaq xəstəliy inin aradan qald ırılması üçün əməli tədbirlər görüldü. Lakin  ən 

çətin günlərdə şəxsi heyətdən aralan mayan Əfəndiyev özü də yatalaq xəstəliyin in qurbanı oldu. 

 

 

 

 


350 

 

 



Əd.: 

Nəzirli Ş., Cümhuriyy ət generalları, B., 1995; Süleymanov M ., M ehmandarov, B., 2000.

 

 

ƏFƏNDĠZADƏ,  Ə f ə n d i y e v Abdulla  İsmayıl oğ lu (1873,  Şəki  - ?,  Bakı)  -  maarif 

xadimi, tərcü məç i, Azə rbaycan Xalq  Cü mhuriyyəti Parla mentinin ü zvü.  Ruhani  mə mur ailəsində  

doğulmuşdur.   Rəşid bəy Əfəndiyevin qardaşıdır. Nu xada   (Şəkidə) evdə və  məhəllə  məktəbində 

(1880-88)  ibtidai  təhsil,  Ye lizavetpolda  (Gəncə)  sənət  məktəbin ində  kənd  təsərrüfatı  üzrə  orta 

ixt isas  təhsili  (1 88 8-94 ).Tiflisdə    Aleksandr  Müəllimlər  İnstitutunda    ali  pedaqoji  (1895-98) 

təhsil a lmışdır. 

 

 

 



 

 

 



 

 

 



 

1898  ildə  Bakıda pedaqoji fəa liyyətə başla mış,  mü xtə lif  məktəblə rdə  müə llim və  müd ir 

(1898-1920)  işlə mişdir.  Qafqaz  müsəlman  müəllimlərinin  birinc i  (1906)  və  ikinc i  (1907) 

qurultaylarında  fəal  iştirak etmiş, Sü ley man  Sani A xundov və Fərhad Ağazadə (Şərq li)  ilə birgə 

tərtib  etdiyi  yeni  əlifba  layihəsini  müzakirəyə  çıxa rmış,  onlarla  birlikdə  hə min  əlifba  layihəsi  və 

qurultayda qəbul olunmuş proqra m əsasında "İkinci il" (1908) dərsliy ini ya zıb nəşr etdirmişdir. 

Əfəndizadə  Azərbaycan  Milli  Şurasın ın  "Azərbaycan  Məclisi-Məbusanının  təsisi  haqqında  qanun"una  (1918,  19 

noyabr)  əsasən  Nuxa   (Ş  ə   k  i)  şəhərindən  Azərbaycan  Parla mentin in  deputatı  seçilmişdir.  Pa rla mentdə  əvvəlcə  "Əhra r" 

fraksiyasına daxil olmuş, 1919 il noyabrın əvvəllərində bu fraksiyadan ayrılaraq, ö zünü sol müstəqil elan etmişdir. 

Azərbaycan  Xalq  Cü mhuriyyəti  dövründə  Əfəndizadə  Maarif  Na zirliy inin  ə lifba  islahatına  dair  təşkil  etdiyi 

ko missiyanın  tərkib ində  çalışmışdır.  Müzakirəyə  təqdim  etdiyi  əlifba  lay ihəsi  ko missiya  tərəfindən  bəyənilmişdi. 

Əfəndizadənin tərtib etdiyi əlifba əsasında müstəqil dövlətin "Son türk əlifbası" adlı əlifba dərsliyin in (1919) nəşrinə  icazə 

verilmişdi. 

"Rüstəmin  yu xusu,  yaxud   röyası"  (1906),  "Şagirdlərə  hədiyyə"  (1914)  kitabları  nəşr  olun muşdur.  Birinci  kitab 

haqqında M.Ə.Rəsulzadə rəy  dərc etdirmişdir. Əfəndizadə tərcü mə  ilə də  məşğul o lmuş, İ.A.Krılovun, M.Y.Lermontovun 

şeirlərini ana dilinə çev irmişdir. 



ƏFƏNDĠZADƏ  Həmdulla  əfəndi  İsmay ıl  oğlu  (1888,  Quba  qəz.,  Dəvəçi  nahiyəsinin  

Qələgah k. - 1928) – ictimai xad im, Azərbaycan Xalq Cü mhuriyyəti Pa rla mentinin  üzvü. İlk təhsilini 

kənd  molla xanasında və Qubadakı  mədrəsədə almışdır.  Daha sonra ikisinifli rus mə ktəbini b itirmiş   

(1906),  ərəb,  fars  və  rus  dillərini  öyrən mişdir.  1918  ilin  apre lində  Dəvəçi  nahiyəsinə  soxulmuş 

erməni  daşnakları  d inc  a zərbaycanlılara   qarşı  soyqırımına  başladıqda,  Hə mdulla  ə fəndi  dostu 

Qaçaq  Mayılla  birlikdə  ayağa  qaldıraraq  ermənilərə  qarşı  vuruşmuşdur.  Əfəndizadə  Azərbaycanın 

siyasi həyatında yaxından iştirak etmiş,"İttihad" partiyasının fəal üzv lərindən olmuşdur. Azərbaycan 

Milli  Şurasının  "Azərbaycan  Məclisi-Məbusanının  təsisi  haqqında  qanun"una  (1918,  19  noyabr) 

əsasən,  Quba  qəzasından    Cü mhuriyyət    Parlamentinin     tərkibinə    daxil  edilmiş,  "İttilıad" 

fraksiyasının  üzvü  olmuşdur.  1920  il  aprelin  27-də  bolşeviklərin  zireh li  qatarı  Azərbaycana  soxul-

duqda,  Əfəndizadə  ö z  tərəfdarları  ilə  b irlikdə  onun  qarşısını  kəsməyə    cəhd    göstərmiş,    lakin    qüvvələr  qeyri-bərabər 

olduğundan  geri  çəkilməyə  məcbur  olmuşdu.  1928  ildə  repressiyaya  məru z  qalaraq,  Sibirə  sürgün  olunmuş,  orada  vəfat 

etmişdir. 

Əd

.: Qaffarov T., Azərbaycan tarixi (1920-1991), B., 1999; Rəhmanlı N., Çıraqqala yurdunun övladlan, B., 2002.  

 

ƏFƏNDĠZADƏ   Mu xtar  İs mayıl  oğlu,  Mu xtar  əfəndi  (1.1.1880,  indiki  Ağdaş  rayonunun  Şəmsabad  k.  - 

17.10.1975,  Bakı;  Şəmsabadda  dəfn  olun muşdur)  -  maarif  xadimi,  müəllim,  şərqşünas-tərcüməçi.  A zərbaycanda  milli 

azadlıq hərəkatının  fəal  iştirakçısı. Azərbaycan Xalq  Cü mhuriyyəti Parlamentinin ü zvü. Atası İs mayıl əfəndi  19 əsrin  2-ci 

yarısında  Ərəş  mahalın ın  məşhur  alim  və  müdərrislərindən  olmuş,  "Zeynəddin"  ədəbi  məclisinə 

rəhbərlik  et miş,  A zərbay-can  və  fa rs  dillə rində  şeirlər  yazmışdır.  Mu xtar  Əfəndizadə  (daha  ço x 

Muxtar  ə fəndi  kimi  tanın mışdır)  ilk  təhsilini  atasından  almış,  9  il  atasının  dostu  Hacı  Məhəmməd 

əfəndinin mədrəsəsində, daha 9 il Ağdaş, Nu xa (Şəki), Quba, Bakı, Şamaxı alimlərin in yanında təhsil 

almışdır. 

20  əsrin  əvvəllərində  Ağdaşda  maarifç iliyin  inkişafında  müstəsna  rol  oynamış  Mu xtar 

əfəndi uşaqlar üçün yeni təlim və tədris üsulu əsasında "Oxu" adlı dərslik yazmış, "Kimsəsiz uşaqlar 

evi",  " Yaşlılar  üçün  kurs"  (1906),  "Darülirfan"  məktəbi  (1906),  qiraətxana  (1906),  teatr  (1908), 

"Səadət"  adlı  qız  məktəbi  (1909)  aç mış,  Qubada  təşkil  etdiyi  üsuli-cədid  məktəbində  dərs  de miş, 

üsuli-cədid məktəbləri üçün "Şəraye-ül-islam" kitabın ı yazmışdır(1911). 

 

 



 

 

 



 

 

 



 

 

 



 

351 

 

 



 

1918  ildə  Şa ma xı,  Ağsu,  Qutqaşen  (indiki  Qəbələ),  İs mayıllı  bö lgəsində  bir  ço x  kəndlə ri  viran  qoy muş  ermən i-

daşnak quldurlarının  Göyçaya, sonra isə Ağdaşa hücumları  zamanı Mu xtar əfəndi  200 nəfərlik dəstə təşkil edərək, on ların 

qabağını  kəsib,  geri  oturtmuşdu.  Vətənsevər,  mil-lətsevər  şəxsiyyət  kimi  dəyərləndirilən  Mu xtar  əfəndi  A zərbaycan  Milli 

Şurasının  "Azərbaycan  Məclisi-Məbusanının  təsisi  haqqında  qanun"una  (1918,  19  noyabr)  əsasən,  Ərəş  qəzasından 

Cü mhuriyyət Parlamentin in tərkibinə daxil edilmiş, "Əhrar" fraksiyasının üzvü olmuşdur. Muxtar əfəndi dövrünün qabaqcıl 

maa rifpərvər  ziyalısı  kimi  gənc  nəslin  təlim  və  tərbiyəsinə,  xa lq  maarifin in  və  elmin  in kişafına,  ict ima i  həyatın  mü xtə lif 

sahələri üçün ixt isaslı kadrla rın ha zırlan masına böyük əhəmiyyət vermişdir. 

1920 ilin aprelində Azərbaycan Xalq Cü mhuriyyətinin süqutundan sonra Ağdaşa qayıdaraq, maarifçilik fəa liyyətini 

davam etdirmişdir.  O, dəfələrlə fiziki və  mənəvi təqiblərə  məru z qalmış, " müsavatçı" damğası ilə evində axtarış aparılmış, 

şəxsi arxiv inə təcavüz olun muş, həbs edilərək, Qazaxıstana sürgün edilmişdir. 

1939  ildə  sürgündən qayıtdıqdan  sonra  pedaqoji  və  elmi  fəaliyyətini  dava m  etdirmiş,  ali  və  orta  məktəblə r  üçün 

dərsliklər  ya zmış,  orta  əsrlər  A zərbaycan  tarixinin  öyrənilməsində  mühüm  əhə miyyəti  olan  bir  sıra  q iy mətli  mənbələ ri 

(Mirxond, İsgəndər Münşi, İbn əl-Əsir və b.) fars və ərəb dillərindən tərcümə etmişdir. 1944-50  illərdə Azərbaycan Dövlət 

Universitetində  ərəb  dilindən  dərs  demişdir.  Onun  "Miftah  ül-lisan  ül-ərəb"  ("Ərəb  dilin in  açarı")  kitabı  (1947)  Sovet 

Sosialist Respublikala rı İttifaqında ali məktəb tələbələ ri üçün ilk ə rəb dili dərsliklərindən olmuşdur. 



 

Əd.: 

Ağayev A., Muxtar Əfəndi, B., 1994.

 

 

ƏFƏNDĠZADƏ  Rəcəb  Əsədulla  oğlu  (1893,  Şəki  -20.12.1956,  Bakı)  -  maarif  xadimi,  pedaqoq-alim,  yazıçı, 

tərcüməç i. Şə kidə  molla xanada (1900-01), a ltısin ifli şəhər mə ktəbində (1902-10),  Qori Müəllimlə r Se minariyasında (1910-

14) təhsil a lmışdır.  Ekstern yolu  ilə A zərbaycan Dövlət  Un iversitetinin pedaqogika  fakü ltəsini b itirmişdir  (1930).  Göyçay 

ikinci  dərəcəli  şəhər  mə ktəbində  (1914-15),  Şə ki  kişi-qadın  g imna ziyasında  müəllim  (1915-22),  Şəki  Pedaqoji 

Te xniku munda  (1922-27),  Tiflis  Pedaqoji  Te xn iku munda  (1928-29)  direktor,  Ali  Pedaqoji  İnstitutda  müə llim  ve  dosent 

(1929-34),  Azə rbaycan  Dövlət  Qiyabi  Pedaqoji  İnstitutunda  tədris  və  elmi  işlər  üzrə  d irektor  müavini,  pedaqogika 

kafedrasının müd iri (1945-49) işləmişdir. 

Rəcəb  bəy  Azərbaycan  Xa lq  Cü mhuriyyəti  dövründə  Nu xa  qə zasında  Höku mət in  xa lq  maa rifi  sahəsində  təd-

birlərini həyata keçirmiş, "Türk qiraət i" (1918) dərsliy ini nəşr etdirmişdir. "İş otağı" (1933), "Müəllimlərin ixt isasını art ırma  

işinin təşkili" (1934), "Xalq maarifi ü zrə məlu mat kitabı" (1935), "Fiziki coğrafiya" (1935), "Qiyabi təhsil sistemində şifahi 

konsultasiya"  (1936),  "İzah lı  pedaqoji  lüğət"  (1939),  "Şagird lərin  fiziki  tərbiyəsi  və  hərb i  hazırlığ ı"  (1942),  "Uşaqlarda 

səhiyyə  vərdişləri  tərbiyəsi"  (1947)  və  s.  əsərlə ri  Azə rbaycanda  xa lq  maarifi  və  tərb iyə  işlə rin in  elmi-metodik  əsaslar 

üzərində qurulmasında mühüm rol oynamışdır. 

Avropa  və  rus  pedaqogikasının  klassikləri  Y.A.Ko menski  ("Dida ktik  p rinsiplə r"),  İ.H.Pestalotsi  ("Seçilmiş 

pedaqoji əsərləri") və  K.D.Uşinskinin  ("Məktəbdə təlim-tərbiyə  işləri haqqında") irsi A zərbaycan pedaqoji fikrinə ilk dəfə  

Əfəndizadənin  tərcü mələri  vasitəsilə  daxil  olmuşdur.  Əfəndizadə  ali  və  orta  məktəblər  üçün  Moskvada  nəşr  olunmuş 

"Psixo logiya" və "Pedaqogika" dərsliklərinin də ilk tərcü məç isidir. 

Əfəndizadə bədii yarad ıcılıqla da  məşğul olmuş, uşaqlar üçün "İnsanlar bir-b irinə  möhtacdır"  (1911), " Gimnazist 

Vahid" (1911), "Kimd ir o", "Namus" (1915), "İntiqam" (1915) hekayələrin i, "A xır çərşənbə" (1913) pyesini və s. yazmışdır. 

 

Əd:. 

Hikmət  çələngi (tərtib  edən X.M əmmədov), B., 1997; XX  əsr Azərbaycan nəsri (tərtib edən X.M əmmədov), B., 1992; 

Qiyasbəyli M ., Rəcəb Əfəndiyev, B., 2001. 

 

ƏFƏNDĠZADƏ  Şəfiqə  Hafız  Məhəmmədəmin  əfəndi  qızı,  Şey xzadə  Əsma  Sultan  (19.3.1883,  Tiflis  quber- 

niyasının  Azqur  k.  -  29.7.1959,  Bakı)  -  A zərbaycanın  ilk  maarifpərvər  qadınlarından  biri,  maarif 

xadimi, publisist yazıçı. Ailə təhsili almış, Qafqaz Müsəlmanları Ruhani   idarəsində  və   Bakıda  III 

Aleksandr  kişi  g imnaziyasında  imtahan  verərək,  ibtidai  məktəbdə  türk  dili  və  şəriət  müəllimi  

vəsiqəsi  almışdır.  Ale ksandr  qız  ― Rus  –  müsəlman‖  mə ktəbində  (1909-18)  müəllim  işlə mişdir. 

Cənubi  Qafqa z  müs əlman  qadın   müəllimlərinin   Ka zan   şəhərində  çağırılmış  (1917)  qurultayına  

nümayəndə  seçilmiş,  qurultayda  çıxış  etmişdir.  1918  ilin  martında  bolşevik-daşnak  quldurları 

tərəfindən  türk-musəlman  əhalisinə  qarşı  törədilən  soyqırımından  sonra  qaçqın  düşmüş,  Qubada, 

Azqurda,  İstanbulda  yaşamışdır.  A zərbaycan  Xalq  Cü mhuriyyəti  qurulduqdan  sonra,  1919  ilin  

aprelində  Ba kıya  dönmüş, pedaqoji  iş ə bərpa olun muş, 1920  ilin  fevralında ərizə verə rək,  istefaya 

çıxmışdır. 

Sovet  hakimiyyəti  illərində  mədəni  quruculuq  işlərinə  cə lb  olun muş,  darülmüə llimatda  (qadın  müə llim  kadrları 

hazırlayan pedaqoji  məktəb) dərs demiş (1920-26),  1923  ildə nəşrə başlayan "Şərq qadını" jurnalı redaksiya heyətinin üzvü 

seçilmişdir.  Şəfiqə  xan ım  bədii-publisistik  yaradıcılıqla  məşğul  olmuş,  "Dəbistan",  "Məktəb"  jurnallarında  təlim-tərb iyə 

məsələ lərinə  dair  məqa lələ r,  uşaqlar  üçün  hekayələr  dərc  etdirmişdir.  1914  ildə  "İki  yetim,  ya xud  Kərimin  himməti"  adlı 

kitabı nəşr olunmuşdur. 



352 

 

 



Yüklə 19,75 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin