Xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu



Yüklə 19,75 Mb.
Pdf görüntüsü
səhifə66/80
tarix31.01.2017
ölçüsü19,75 Mb.
#7086
1   ...   62   63   64   65   66   67   68   69   ...   80

 

ƏMĠROV 

Umbay 


(? -?)- 

A zərbaycan 

Xa lq 

Cü mhuriyyəti  Parlamentin in  xüsusi  qərarına  (bax  Xaricə 



təhsil  almağa  göndərilən  azərbaycanlı  tələbələr  haqqında 

qərar)  əsasən  dövlət  hesabına  ali  təhsil  almaq  üçün  xaricə 

göndərilmiş 

tələbələrdən 

biri. 


1916 

ildən 


Odessa 

Universitetində  təhsil  almış,  lakin  maddi  çətinlik  üzündən 

təhsilini yanmç ıq bura xıb  geri qayıt mışdı. Parla mentin  1919 il 

1  sentyabr  tarixli  qəra rına  əsasən,  təhsilini  t ibb  sahəsində 

davam 

etdirmək 



üçün  yenidən  həmin  universitetə 

göndərilmişdir.  Sonrakı  taleyi  barədə  məlu mat  aşkar 

olunmamışdır. 

ƏNVƏR 

PAġA, 

Killig il 

(1880,  İstanbul  -  4.8.1922,  Tacikistan) 

– Türkiyənin görkəmli dövlət  xadimi,  Os manlı dövlətinin hərbi naziri; 1918 ildə ermən i-daşnakların 

soyqırımına  məruz  qalmış  Azərbaycan  xalq ına  hərbi  yardım  göstərilməsin in  əsas  təşkilatçılarından 

biri.  Birinci  dünya  müharibəsində  (1914-18)  Böyük  dövlətlərin  Osman lı  imperiyasını  bölüşdürmək 

siyasətini həyata keçirmə kdə olduğu mürə kkəb tarixi şəraitdə  Böyük Turan  imperatorluğu yaratmaq 

ideyasını irəli sürmüş və əqidəsi yolunda şəhid düşmüşdür. İstanbulda hərbi təhsil almışdır. 1903  ildə 

kapitan, 1907  ildə  mayor, 1913 ildə qayməqam,  1914 ildə polkovnik, elə hə min ildə - 34 yaşında ikən 

general-mayor, 1916 ildə isə general-leytenant rütbəsi almışdı. Os manlı ordusunun Baş qərargah rəisi 

(1914), Os manlı o rdusu Baş ko mandanının müavin i (1915), Osmanlı sultanının  xüsusi yavəri (1916), 

hərbi  nazir  (1917)  və  Baş  ko mandan  müavin i  təyin  edilmişdi.  "İttihad  və  tərəqqi"  partiyasının 

liderlə rindən  biri,  türk  xalq larının  mənəvi-siyasi  birliyi  ideyasının  -  turançılığın  fəal  tərəfdarlarından  idi.  Fevral  inqilab ı 

(1917)  nəticəsində  Ro manovlar  mütləq iyyətinin  devrilməsindən  sonra  Rusiya  əra zisindəki  türk  xa lqların ın  milli  a zadlıq 

hərəkatının   güclən məsi  Ənvər  paşada  turançılıq  ideyalarının   rea llaş masına  ü midi  artırdı.  Rusiyanın   türk-müsəlman 

xalq larının,  o  cü mlədən,  A zərbaycan  xalqın ın  həyatında  baş  verən  ictimai-siyasi  prosesləri  yaxından  izləyird i.  1917  ilin 

sonlarında  Qafqaz  cəbhəsində  və  Cənubi  Qafqazdakı  hadisələr  haqqında  aldığ ı  məlu matlardan  sonra  Ənvər  paşada 

Rusiyanın müsəlman  xalq larına, o cümlədən, Azərbaycan türklərinə  konkret hərbi-siyasi kö mək göstərmək  mey li gücləndi. 

Ənvər paşa ilk vaxtlar qardaşı Nuru paşanın rəhbərliyi  ilə Tehranda  xüsusi bir quru m yaratmaq və həmin quru m vasitəsilə 

Azərbaycan, Dağıstan, Türküstan və hətta Əfqanıstanda cərəyan edən proseslərə fəal təsir göstərmək niyyətində idi.  

 

 

 



 

 

 



 

394 

 

Bu  planı  bütünlüklə  reallaşdıra  bilməsə  də,  Qafqaz  İslam 



Ordusunun  yaradılması  ilə   Azə rbaycan  və  Dağıstandakı  milli 

azadlıq  hərəkatın ı  dəstəkləməyə  müvəffəq  o ldu.  Ənvər  paşa 

Qafqaz İslam  Ordusu adı altında türk  zabitlərinin  rəhbərliyi və 

iştirakı  ilə  Azərbaycanda  üç  piyada  diviziyadan  ibarət  hərbi 

korpus yaradılmasını planlaşdırırdı. 1918 ilin əvvəllərində Nağ ı 

Şeyxzamanlının  başçılığı  altında  Azərbaycandan  gəlmiş 

nümayəndə  heyəti  ilə  görüşdükdən  sonra  Ənvər  paşa,  qəti 

olaraq, A zərbaycan türklə rinə  hərbi yardım göstərmək qərarına 

gəldi. Hə min  qərarın uğurla  həyata keçirilməsinə, Azə rbaycan 

türklərin in  böyük  ü mid  bəslədiy i  hərb i  yard ımın  vaxtında  və 

yetərincə  çatdırılmasına  qətiyyətlə  girişən  Ənvər  paşa  bu 

mühü m  və  çətin  vəzifən i  yerinə  yetirəcək  zabitlərin 

seçilməsinə də  xüsusi diqqət yetirirdi.  Qəbul o lunmuş qərara əsasən, Azərbaycana göndəriləcək  zabitlərin rütbəsi bir pillə 

artırılmalı və onlara ikiqat əmək haqqı verilməli id i. 

Ənvər  paşa  Qafqaz  İslam  Ordusuna  kimin  başçılıq  edəcəyinə  də  böyük  əhəmiyyət  verirdi.  Bu  vəzifəyə  başqa 

namizədlərin də olmasına ba xmaya raq, Ənvər paşa Qafqa z İsla m Ordusu komandanı vəzifəsini qardaşı  Nuru paşaya etibar 

etmişdi. Qafqaz  İslam Ordusunun struktur baxımından tabe olduğu Şərq ordular qrupunun komandanı vəzifəsinə isə Ənvər 

paşanın yaxın qohumu  Xəlil paşa təyin edildi.  Bununla o, Azərbaycan türklərinə hərb i yardım göstərilməsin i özünün daha 

çox etibar etdiy i yaxın qohumlarına həvalə etdi.  1918  il aprelin  5-də Ənvər paşa Qafqaz İslam  Ordusunun təşkil olun ması 

vəonun qarşısında duran vəzifə lərə  dair tə limna məni təsdiqlədi. Bu  təlimna mədə Qafqa z İsla m Ordusunun təşkili prinsipləri 

və onun qarşısında duran vəzifələ r konkret o laraq müəyyənləşdirilirdi. 

Nuru  paşa  Gəncəyə  yetişdikdən   sonra  aydın  oldu  ki,  Azərbaycanın  müstəqilliyinə  qənim  kəsilmiş  Bakı  Soveti 

qoşunlarının  artıq   Gəncə  istiqamətində  başladıqları  hücum  əməliyyatının  qarşısını  almaq   üçün  yerli  qüvvələrdən  qısa 

müddətdə  güclü  ordu  yaratmaq  mü mkün  olmayacaqdır.  Odur  ki,  Nu ru  paşa  Türkiy ə  rəhbərliyi,  o  cü mlədən  Ənvər  paşa 

qarşısında  Azərbaycana  türk  hərbi  qüvvələrin in  göndərilməsi  barədə  məsələ  qald ırd ı.  1918  il  iyunun  4-də  Batu mda 

Azərbaycan Xalq  Cü mhuriyyəti ilə  Osman lı dövlət i arasında imza lanan  müqavilədən sonra Ənvər paşa Azərbaycana hərbi 

qüvvələr göndərilməsinə dair göstəriş verdi. 

Türk hərb i qüvvələri və Azərbaycan milli qoşun hissələrindən təşkil ed ilmiş  Qafqaz İslam Ordusunun təchizatını, 

fəaliyyətini da im nə zarət a ltında sa xlayan Ənvər paşa Azərbaycana hərbi yardım göstərilməsinin dayandırılmasını tələb edən 

Almaniyanın ciddi təzyiqi  ilə ü zləşdi.  Osman lı dövlətin in  müttəfiqi olan  Alman iya Türkiyənin A zərbaycana  hərbi  yardım 

göstərməsinə  qəti  etirazını  bildirdi.  1918  il  iyulun  sonu - avqustun əvvəllərində A lmaniya hərbçiləri Qafqaz İslam  Ordusu 

hissələrinin  Ba kıya doğru  irə lilə məsinin və  Ba kı neftin in  Osman lı höku mətin in nəza rəti alt ına  keç məsinin qarşısını a lmaq 

üçün  Ənvər  paşa  qarşısında sərt  tələblər  qoydular.  Alman iyanın  tələbinə  görə,  türk  hərbi  h issələri  Bakıya  doğru  hücumu 

dayandırmalı və geri çəkilməli  idi. Əks təqdirdə, türk ordusunda xid mət edən alman zab itləri geri çağırılmalı və Almaniya 

türk hərb i hissələrinin   Bakıya doğru  irəliləməsinin  qarşısını almaq  üçün konkret tədbirlər həyata  keçirilməli  id i. Odur  ki, 

Ənvər  paşa  türk  ordusunda  kifayət  qədər  yüksək  vəzifələrdə  olan  alman  zabitlərinin  diqqətini  Bakın ı  azad  etmək 

əməliyyatından  yayındırmaq  üçün,  rəsmi  o laraq,  1918  il  avqustun  4-də  3-cü  ordu  ko mandanına  göndərdiyi  məktubunda 

yazırdı:  "Nuru  paşaya  çatdırılması  lazımdır:  əmri  qəti  təkrar  edirəm  ki,  Bakıya  heç  bir  surətlə  tərəfimizdən  düçari-

təərrüz (hücum) olmayacaqdır. Bundan başqa hansı çətə (silahlı dəstə) olursa-olsun və  haradan gəlirsə-gəlsinlər Bakıya 

qarşı  heç  kimsənin  irəliləməməsi  haqda  təkmili-nüfuzunuzu  istemal  etməlisiniz...".  Bununla  alman  hərbçilərin i  duyuq 

düşməyə  qoymayan  Ənvər  paşa,  eyni  zamanda,  Nuru  paşanın  yanına  şəxsi  nü mayəndəsini  göndərib  tələb  etdi  ki,  rəs mi 

mə ktublara   fikir  ve rməsin  və  Ba kının  a zad   olun masını  tezliklə   başa  çatdırsın.  Bundan  əlavə,  Ənvər  paşa  Ba kın ın  a zad 

olunması əməliyyatını qələbə ilə başa çatdırmaq üçün 15-ci türk diviziyasının da Azərbaycana göndərilməsinə nail oldu. 

Ənvər paşanın Bakın ın azad edilməsinə nə qədər böyük önəm verdiyi onun Nuru paşaya göndərdiyi teleqramdan da 

aydın görünür: " Böyük Turan  imperatorluğunun Xəzər kənarındakı zəngin  bir qonaq yeri o lan Bakı şəhərinin  zəbti xəbərin i 

böyük  bir  sevinc  və  mutluluqla  qarşıladım.  Türk  və  İslam  tarixi  sizin  bu  xid mətinizi  unutmayacaqdır.  Qazilərimizin 

gözündən öpər, şəhidlərimizə fatihələr ithaf edərim". 

Bakı azad edild ikdən sonra Ənvər paşa onun mühafizəsinin gücləndirilməsinə də xüsusi əhəmiyyət verird i. 1918  il 

oktyabrın 1-də Nuru paşaya məktubunda o, Bakının  dənizdən mühafizəsin in gücləndirilməsini tələb  etdi. Bu məsələnin  həlli 

və  bütünlükdə  Azərbaycan  milli  hərb i  qüvvələrinin  möhkə mləndirilməsi  üçün,  Ənvər  paşanın  əmri  ilə ,  1918  il  oktyabrın 

əvvəllərində Azərbaycana çoxlu silah və sursat göndərildi. Türk hərbi qüvvələri A zərbaycanı tərk etməyə  məcbur olduqda, 

Osmanlı dövlətinin  Qafqaz siyasətinin əsas təşəbbüsçülərindən biri o lan Ənvər paşa Nuru paşanın diqqətini Azərbaycanın 

müstəqilliy inin qorun ma- 

 

 

 

 



 

 


395 

 

 



sına  və

 

möhkəmləndirilməsinə  yönəltməyə  çalışırdı.  O,  1918  il  oktyabrın  15-də  Nuru  paşaya  ünvanladığı  məktubunda 



yazırdı:  "Düşmənlərlə...sülh  yapmaq  məcburiyyətinə  girdim.  ...Bizim  vəziyyətdə  Azərbaycanın  istiqlalını  təmin  qayət 

mühümdür". 

Birinci dünya müharibəsinin  nəticələrinə əsasən, Osmanlı höku məti istefa vermək məcburiyyətində qaldıqda, Ənvər 

paşa Azərbaycana  gəlmək  və  ölkənin  müstəqilliyin in  möhkəmləndirilməsinə  xid mət  göstərmək  n iyyətində  idi.  O,  1918  il 

oktyabrın 23-də  Xəlil paşaya göndərdiyi  məktubda yazırd ı"Ümumi vəziyyətin sülhə getməmizi icab etdiyini yazmışdım. 



Bu vəziyyətdə Azərbaycanın təşəkkülünü təmi n etməyi mühüm bir vəzifə bilirəm. Əvvəla, oranın təşkilatının ikmalı üçün 

adam,  silah,  cəbbəxana  ilə  həmən  yardım  edilsin.  Buradan  ora  700  min  lirə   göndəririm.  ...Başladığımtz  hərbi  iyi 

bitirmədiyimiz üçün çəkilmək üzrəyiz. Mən işsiz indi sıxılacağımdan bəlkə Azərbaycana indilik səyahət üçün, bilaxərə də 

orada bir həyat əsəri görərsəm, büsbütün qalmaq üçün hə rəkəti düşünürəm ". 

Müttəfiqlər tərəfindən məğlub edilmiş Osmanlı dövləti üçün təslim aktı o lan Mudros barışığı (1918) imzalanandan 

sonra Ənvər paşanın həyatına təhlükə yarandı.  Belə o lduqda o, 1918 il noyabrın 8-də höku mətin bir neçə üzvü ilə birlikdə 

Azərbaycana gəlmək üçün gizlicə  Türkiyəni tə rk et mə k  məcburiyyətində qaldı. Alman gə misi  ilə  Krıma gələn  Ənvər paşa 

Şimali  Qafqazda  hərbi  şəraitin  kəskin ləşməsi  ü zündən  Azərbaycana gələ  bilməd i  və  Moskvaya  getdi.  Ənvər  paşa  burada 

"İslam  ihtilal cəmiyyətləri ittihadı"nı yaratdı.  Bu cəmiyyətin nümayəndəsi kimi A zərbaycana gəldi və 1920  il sentyabrın 1 -

7-də  Bakıda  keçirilən  Şə rq  xa lqla rın ın  qurultayında  iştira k  etdi.  Qu rultayda  iştirak  edən  türk  ko mmunistlərinin  tə ləbi  ilə 

onun  çıxışına  imkan  verilməd ikdə,  Zinovyevin  təklifi  ilə  Ənvər  paşanın  çıxışının  mətni  bolşevik  Ostrovski  tərəfindən 

oxundu. 

Lakin  bolşevik  höku məti  ilə  əməkdaşlığın  onun  əqidəsinə  zidd  olduğunu  anlayan  Ənvər  paşa  1922  ildə  yenidən 

Bakıya  gəld i  və  buradan  Türküstana  keçdi.  Türküstanda  sovet-bolşevik  işğalçılarına  qarşı  azadlıq  mübarizəsinə  qoşuldu. 

Ənvər  paşa  1922  il  avqustun  4-də  indiki  Tacikistan  ərazisində,  Abi-Dərya  çayı  kənarında  bolşevik  qüvvələrinə  qarşı 

döyüşdə şəhid oldu. 20 əsrin 90-cı illərində onun cənazəsinin qalıqları İstanbula gətirilərək burada torpağa tapşırıldı. 

 

Əd.: 

Şeyxzamanlı N., Azərbaycan istiqlal mücadiləsi xatirələri, B., 1997; Süleymanov M., Nuru paşa, B., 1999; Aydemir Ş.S., 

M akedoniyadan Ortaasiyaya Enver paşa, c.3, İstanbul, 1993; Kantemir F., Enver paşanın son günleri, İstanbul, 1943.  

 

ƏRƏB  ƏLĠFBAS ININ  ĠS LAH  OLUNMAS I  HAQQINDA  QƏRAR  -  A zərbaycan  Xalq  Cü mhuriyyəti 

Höku mətin in  ərəb  əlifbasının  islah  olunmasını  həyata  keçirmək  məqsədilə  qəbul  etdiyi  sənəd  (bax  Əlifba  islahatı 



k omissiyası). 

 

 

396 

 

 



 

 


397 

 

 



 

 


398 

 

ƏRƏBLĠNS KĠ,  Xələfov  Hüseyn  (Hüseynbala)  Məmməd  oğlu  (1881,  Bakı  -  17.3.1919,  Bakı)  -  Azərbaycanın 

aktyoru  və  rejissoru.  Azərbaycan  peşəkar  teatr  sənətinin  banilərindən  biri.  Molla xanada,  rus -müsəlman  

(Azərbaycan)  mə ktəbində  oxu muşdur.  İlk  dəfə  səhnəyə  1897  ildə  Cahangir  Zeynalovun  hazırlad ığı 

"Lənkəran  xanın ın vəziri"  (M.F.A xundzadə) ko med iyasında mehtər Kə rim  rolunda çıxmışdır. 1905  ildə  

"Müsəlman  Artistləri  Cəmiyyəti"nin  Lənkəran  qastrolu  zamanı  oynadığı  Fəxrəddin  ("Müsibəti-

Fə xrəddin",  N.B.Və zirov)  obra zı  ona  şöhrət  qazandırmışdı.  Ərəb linski  1906-13  illərdə  “Nicat‖ 

cəmiyyəti nə zdindəki teatr truppasının, sonralar ― Səfa" cə miyyətinin,  1918  ildən isə Zülfüqar və Üzey ir 

Hacıbəyli  qardaşların ın  teatr  truppasının  aktyoru  və  rejissoru  (1918  ildən  baş  rejissor)  olmuşdur. 

Ərəblinski teatr həvəskarları dərnəklərinə də rəhbərlik etmişdir. 

Azərbaycan  teatrının  təşəkkü lündə,  repertuara  Azə rbaycan  tarixi  və  milli  müstəqillik  uğrunda 

hərəkatla   bağlı  səhnə  əsərlərinin   da xil  edilməsində,  aktyorla rın   peşəkarlıq   səviyyəsinin  art masında  və 

püxtələş məsində  Ərəblinskin in  böyük  xid məti  olmuşdur.  Yaradıcılığında  milli  teatr  ənənələri  ilə  müasir  teatr  mədəniyyəti 

üzvi surətdə birləşmişdi.  Ərəblinski  mü xtəlif janrlı əsərlərdə  inandırıcı və parlaq  obrazlar yaratmışdır.  Lakin onun aktyor 

təbiətinə fac iəvilik və ro mantik pafos daha yaxın o lmuşdur. O, Əh mədbəy Şa mxal ("Qəzavat", S.Lanskoy), Gavə (" Də mirç i 

Gavə", Ş.Sa mi), Fə rhad, Qaca r, Nəcəf bəy ("Bə xtsiz cavan", "Ağa Məhəmməd şah Qacar", "Dağ ılan  tifaq" Ə.Haqverdiyev), 

Frans  Moor  ("Qaçaqlar",  F.Şiller),  Nadir  şah  ("Nadir  şah",  N.Nərimanov)  kimi  faciəvi  rolları  yüksək  sənətkarlıqla  ifa 

etmişdir.  1910  ildə  yaratdığı  Otello  ("Otello",  U.Şekspir)  obrazı  Ərəblinski  yaradıcılığ ının  zirvəsi  sayılır.  Obrazın  da xili 

alə mini dərindən duymaq və açmaq, əsərin səciyyəvi xüsusiyyətlərini incə liklə verə bilmək qabiliyyəti Ərəb linski sənətinin 

əsas məziyyətlərindən olmuşdur. Ərəblinski Azərbaycan teatrı tarixində ilk peşəkar rejissor olmuşdur. O, ədəbi-dramaturji 

materia lın  ifaç ılar tərə findən düzgün dərk edilməsinə və tamaşada vahid ansambl yaradılmasına nail olmuşdur: "Müfəttiş", 

"Evlən mə" (1906,  1910, N.Qoqol), "Nad ir şah" (1906, N.Nə rimanov), "Qaçaqlar"  (1907, F.Şille r), "Də mirç i  Gavə" (1908, 

Ş.Sami), "Otello" (1910, U.Şekspir) və s.  Ərəb linski  musiq ili teatr səhnəsində də fəaliyyət göstərmiş, "Ley li və Məcnun" 

(1908;  operanın  ilk  quruluşçu  rejissoru),  "Əsli  və  Kərəm",  "O  o lmasın,  bu  olsun",  "Şah Abbas  və  Xurşid  banu"  (hamısı 

1912,  Ü.Hacıbəyli),  "Aşıq  Qərib",  "Evliykən  subay",  "Əlli  yaşında  cavan"  (hamısı  1918,  Z.Hacıbəyli)  və  s.  əsərləri 

tamaşaya qoymuşdur. Azərbaycanda peşəkar səhnə ustalarının yetiş məsində Ərəblinskin in böyük xid məti var.  O, A zərbay-

can dramaturgiyası və teatrının fəal təbliğçisi o lmuş, Cənubi 

 

 



399 

 

Qafqa z,  Şima li  Qafqa z,  Vo lqaboyu,  Orta  Asiya  v ə  Krıma  qastrol  səfərləri  et mişdir.  "Neft  və  milyonlar 



səltənətində" (1916) adlı ilk Azə rbaycan bədii filmində baş rolda (Lütfəli bəy) çəkilmişdir. 

 

 



 

 

Xaincəsinə qətlə  yetirilmişdir. Ərəblinski ilə  uzun müddət dost olan Ü.Hac ıbəyli onun ölümünü "əvəzolunmaz itki" 



adlandırmış, qatilin ciddi cəzalandırılmasını tələb etmişdi. Məhəmməd  Əmin  Rəsulzadə  matəm  mərasimində çıxış edərək, 

Azərbaycan  səhnə  sənətinin  inkişafında  və   çiçə klən məsində,  a zad lıq   və  istiqlal  ideallarının  xa lqa  aşılan masında 

Ərəblinskin in  böyük  xid mətlərini  qeyd  etmiş,  mədəniyyət  xadimlərin in  fəaliyyəti  sayəsində  Azərbaycanın  müstəqilliy i 

ideyasının gerçəkləşdiyin i göstərmişdir. 

Sumqayıt  Dövlət  Dram  Teatrına,  Bakı  küçələrindən  birinə  Ərəb linskinin  ad ı  verilmişdir.  Sabit  Rəh manın  "Son 

faciə" povesti Ərəblinskiyə həsr olunmuşdur. 



 

Əd

.:  Hüseyn  Ərəblinski,  B.,  1949;  Hüseyn  Ərəblinski.  Aktyorun  həyat  və  fəaliyyətinə  dair  sənədlər  məcmuəsi,  B.,  1967; 

Cəfərov C, Əsərləri, c.2, B., 1968; yenə onun, Azərbaycan teatrı, B., 1974; M əmmədov M , Hüseyn Ərəblinski, B., 1973;  Алиева А., 

Азербайджанский театр за 100 лет, Б, 1974. 

 

ƏRƏġ  QƏZAS I  -  Gəncə  quberniyasında  inzibati  vahid.  1873  ildə  yaradılmışdı.  Ərazisi  2308,10  kv.verst  idi. 

Qafqa z təqvimin in (1917)  məlu mat ına görə qəzada 99400 nəfə r əhali yaşayırdı; onların 53144 nəfəri  (53,46%)  kişi,  46256 

nəfəri (46,54%) qadın  id i. Qə za  idarə  sistemi  fəaliyyət göstərirdi. Əha li, əsasən, kənd təsərrüfatında çalışırd ı. Azərbaycan 

Xalq Cü mhuriyyəti Höku məti 1918 il avqustun 26-da Ərəş qəzasının  Ağdaş yaşayış məntəqəsinə şəhər statusu vermiş, daxili 

işlər  nazirinə  şəhərin  ərazisi  və  burada  tətbiq  ediləcək  ö zünüidarənin  forması  haqqında  xüsusi  məruzə  təqdim  o lunmasın ı 

tapşırmışdı. Bununla əlaqədar olaraq, 1919 il dekabrın 10-da Höku mətin  qərarı ilə Ərəş qəzası Ağdaş qəzası adlandırılmışdı. 

Azərbaycan  Xalq  Cümhuriyyətinin   süqutundan  sonra  qəzanın  adın ın  necə   işlədilməsində  fikir  aydın lığ ı  o lma mışdır. 

Azərbaycan  Mərkə zi  Statistika   İdarəsi  tərə findən  1922  ildə  nəşr  olunan  Azərbaycanın  yaşayış  məskənlə rin in  siyahısında 

qəzanın adı Ağdaş (keçmiş Ərəş),  1921  il  kənd təsərrüfatı siyahıya almasının  15-ci bura xılışında isə, sadəcə olaraq, "Ərəş" 

kimi  verilmişdir.  1929  ildə  Azərbaycan  Sovet  Sosialist  Respublikasın ın  rayonlaşdırılması  zamanı  ləğv  edilərək,  Ağdaş 

rayonu təşkil olun muşdur. 

Əd

:.  Aзepбaйджанская  Демократиская   Pecnублика  (1918-1920), Законодательные  акты  (сборник документов),  Б., 

1998; 


ƏRZĠNCAN  BARIġ IĞI  (1917)  -  hərbi  əməliyyatların  dayandırılması  haqqında  Türkiyə  höku məti  ilə 

Zaqafqaziya  Komissarlığı (ZK) nümayəndələri arasında dekabrın 5 (18)-də Türkiyənin Ərzincan şəhərində imza lan mış saziş. 

Barışığın  şərtlərinə görə, onun maddələri sülh müqaviləsi bağlanana qədər tərəflərin  hər b iri üçün məcburi idi. Sazişi pozan 

tərəflə rdən  biri  hərbi  ə mə liyyata  başlamasın ı  14  gün  əvvəldən  bildirmə li  idi,  əks  halda,  barışıq  ümumi  sülh  müqaviləsi 

bağlananadək qüvvədə qalmalıydı. Döyüşən tərəflər arasında elə həmin gün demarkasiya xətti müəyyən edilməli, tərəflər ö z 

orduların ın strateji yerdəyiş məsinə yol verməməli və xüsusən, türk ordusu Qafqaz cəbhəsindən Mesopotamiyaya aparılmalı 

idi. Qeyd edilirdi ki, Rusiya ilə Mərkə z dövlətləri arasında ümu mi barışıq sazişi imzalanacağı halda, onun maddələ ri Qafqa z 

cəbhəsi üçün də məcburi olma lıdır. Ərzincan barışığına əsasən Qara dənizdə vuruşan ölkələ rin hərb gəmiləri arasında hərbi 

əməliyyatlar  da  dayandınlırdı.  Os manlı  Baş   ko mandanlığı  Ərzincan  barışığını  Sovet  Rusiyası  ilə  deyil,  Zaqafqaziya 

Ko missarlığı  ilə  imzalamaqla,  dolayısı  ilə  onu  Zaqafqaziya  höku məti  kimi  tanımış  olurdu.  Ərzincan  barışığından  sonra 

Rusiya  üçün  Qafqaz  cəbhəsi  dağıldı,  rus  qoşunları  işğal  altında  saxladıqları  Şərqi  Anadolu  torpaqlarını  tərk  edərək,  geri 

çəkilməyə  başladı.  Rusiya  qoşunları  geri  çəkilərkən  silahlarının   xey li  h issəsini  Azərbaycan  və  Anadolu  türklərinə  qarşı 

soyqırımı  həyata  keçirən  erməni-daşnak  quldur  dəstələrinə 

verdilər. 



 

Əd.: 

Hüseyn  Baykara,  Azərbaycan  istiqlal  mübarizəsi  tarixi, 

B., 1992; Azərbaycan Cümhuriyy əti (1918-1920), B., 1998. 

ƏSƏDULLAYEV  Mirzə  Şəmsi  oğlu  (1875,  Bakı  - 

1936,  Paris)  -  sahibkar,  ictimai  xadim.  A zərbaycanın  neft 

sənayeçisi  Şə msi  Əsədullayevin  (1840-1913)  oğlu.  Gimna ziyə 

təhsili  ald ıqdan  sonra  atasının  neft  şirkətində  ə mə k  fəa liyyətinə 

başlamışdır. Məşhur sahibkar Musa Nağıyevin q ızı  Ümmü lbanu 

ilə  ev lən mişdir.  Şirkətin  işi  ilə  bağlı  müəyyən  vaxt larda 

Rusiyanın  Peterburq,  Moskva  şəhərlərində  yaşadığından,  rus 

təhsili  gördüyündən  Azərbaycan  dilini  mü kə mmə l  bilməyən 

Əsədullayev 1912 ildə Moskva 

 

 



 

 

 



 

 


400 

 

Konservatoriyası  nəzd ində  xüsusi  musiqi  kurslarının  d inləyicisi  o lan  Üzey ir  Hacıbəylidən  ana  dili  dərsi  almışdır.  "Bakı 



müsəlman   xeyriyyə cəmiyyəti"nin sədri o lmuş,  mədəni-maarif tədbirlərinə  maddi dəstək vermişdir.  1915  il  martın  11 -də 

"Qardaş köməyi" adlı qəzet buraxmağa başlamışdır (cəmi 1 sayı çıxmışdır). Əsədullayev Fevral  inqilab ından (1917) sonra 

1917  ilin  martında  Müsəlman  Milli  Şurası  Müvəqqəti  İcraiyyə  Ko mitəsinin  üzvü  seçilmişdir.  1918  ildən  Bakı  neft 

sənayeçiləri quru ltayı şurasının sədri olmuşdur. Əs ədullayev Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının 



təsisi  haqqında  qanun"una  (1918,  19  noyabr)  əsasən,  neft  sənayeçiləri  qurultayı  şurasından  Cümhuriyyət  Parla mentinə 

seçilmişdir. "Müsavat" və bitərəflər fraksiyasına daxil id i. 3-cü Höku mət kabinəsində ticarət və sənaye naziri vəzifəsini icra 

etmiş (1918, dekabr - 1919, mart), A zərbaycanın xarici ölkələrlə ticarət əlaqələrin in yaradılmasına və yerli sənayenin inkişaf 

etdirilməsinə  c iddi  səy  göstərmişdir.  1920  ilin  mayında  həbs  olunmuş,  qısa  müddətdən  sonra  azad  edilmiş,  höku mətdən 

rəsmi  ica zə  ala raq  xaricə get miş, ö mrünün sonuna kimi Pa risdə yaşamışdır. Qəbri şəhərin  müsəlman  qəbiristanlığındadır. 

Qızı Ümmü lbanu Avropada tanınmış yazıçı (B a n i n) o lmuşdur. 



 

Əd.: 

Əliyev M., Əsədullayev M., "Azərbaycan Demokratik Respublikası: Azərbaycan hökuməti (1918-1920)" kitabında, B., 

1990.

 

ƏSƏDULLAYEV  ġƏMS Ġ  (1841,  Bakı  yaxınlığındakı  Əmircan  k.  -  21.4.1913,  Bakı)  -  iri  sahibkar,  neft  səna-



yeçisi,  ictimai  xadim.  1874  ildə  cüzi  kapitalla  neft  çıxaran  və  emal  edən  kiçik  müəssisə  (kontor) 

 aç mış, hə min kontoru sonralar iri  "Şəmsi Əsədullayev və K°" şirkət inə çevirmişdi (1893). Əs ədullayevin  Ba kıda  bir  neçə  

neftayırma  zavodu,  mexaniki  emalatxanası,  Suraxam,  Sabunçu  və  Ramanada  37  buruğu,  Xəzər 

dənizində neft və  məhsulları daşıyan gəmilə ri vardı.  Xeyriyyəçilik fəa liyyəti də  göstərmiş, "Nəşri-

maarif‖ cəmiyyətinin fəal ü zvü olmuşdur. 

Əsədullayev 1903 ildə Moskvaya köçmüş,  Peterburqda və Moskvada bir neçə yerdə  mü lk 

tikdirmiş, xeyriyyə işləri ilə məşğul o lmuş, yo xsul uşaqlar üçün məktəb  açdırmışdı. Moskvada Kiçik 

Tatar döngəsində tikdird iyi evi o zaman təzə yarad ılmış Tatar Mədəniyyət Cəmiyyətinə bağışlamış-

dır.  Bu  b inada  tatar  məktəbi,  kitab xanası,  konsert  salonu  və  yetimlər  üçün  uşaq  evi  fəaliyyət 

göstərmişdir. 

Ümu mrusiya  müsəlmanların ın  Nijni-Novqorodda  keçirilmiş  1-ci  qurultayında  (1905, 

avqust)  iştirak  etmişdir.  O,  1913  ildə  Ro manovlar  xanədanının  300  illiy i  ilə  əlaqədar  Tiflis 

Müəllimlər İnstitutunda öz adına iki təqaüd təyin etmişdi. 

Ümu mrusiya  müsəlmanların ın  qurultayı  (1917,  may)  Əsədullayevin  Moskvadakı  müsəlmanlara  bağışladığı  binada 

keçirilmişdi. A zərbaycanda sovet hakimiyyəti qurulduqda "Şəmsi Əsədullayev" firmasın ın mülkiyyəti milliləşdirilmişdir. 


Yüklə 19,75 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin