Xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu



Yüklə 19,75 Mb.
Pdf görüntüsü
səhifə74/80
tarix31.01.2017
ölçüsü19,75 Mb.
#7086
1   ...   70   71   72   73   74   75   76   77   ...   80

HACINS KĠ  Mehdi  bəy  Süleyman  oğlu  (24.5.1879,Quba  -  iyun,  1941,  Bakı)  -  teatr 

xadimi, aktyor, publisist,  ictima ı-siyasi  xadim.  Bakıda  rea lnı  mə ktəb  kursunu  bitmiş ,  Şərq 

dilləri  kursla rın ın    din ləyic isi  o lmuşdur.  Bakı  Dövlət     Un iversitetinin    filologiya   və  hüquq 

fakültələrində  təhsil  almışdır.  1896  ildə  Bakıda  müsəlman  truppasının  təşkilində  fəal  rol 

oynamışdır.  1906  ildə  isə  ikinci  teatr  truppasının,  sonralar  Artistlər  Şurasının  ü zvü  olmuşdur. 

Hacınskin in  ilk  ç ıxışı  Nəriman  Nə rimanovun  "Nadanlıq"  əsərində  olmuşdur.  Qastrollarda  türk 

artistlərinə  rəhbərlik et mişdir.  Hacınski Ba kı şəhər idarəsinin ü zvü (1905) o lmuşdur. Müs əlman 

xeyriyyə cə miyyətinin ("Cə miyyəti-xeyriyyə"), "Nicat" və "Səfa" mədəni-maarif cə miyyətlərin in 

təşkilatçılarındandır.  "Nicat"  cəmiyyəti  idarə  heyətinin  üzvü  id i.  "Nicat"ın  teatr  bölməsinin 

rəhbəri (1906  ildən), "Nəşri-maa rif‖ cə miyyətinin sədr müavini, üç il "Səfa" cə miyyəti  xa lq  mə ktəblərinin rə isi,  1914  ildən 

teatr  bölməsinin  sədr  müavini  olmuşdur.  Bakı  teatrlarında  mü xtəlif  xarakterli  obrazlar  -  Karl  Moor  ("Qaçaqlar",F.Şiller), 

Nadir şah ("Nadir şah", N.Nərimanov) və s.yaratmışdır. 

İlk  məqaləsi  İs mayıl  bəy  Qaspralının  "Tərcü man"  qəzetinin  1898  il  8  dekabr  tarixli  sayında Azərbaycan  və  rus 

dillərində dərc o lunmuşdur. "Kaspi", "Həyat", "İqbal", "İrşad" və s qəzetlərdə, "Zənbur", "Molla  Nəsrəddin" jurna lla rında 

"Ürfü zadə",  "Dəmdəməki",  "Avara",  "Estet" və s.  imzalarla  A zərbaycan  teatrına,  aktyor  sənətinə  dair  məqalələr,  hekayə, 

oçerk və felyetonlar dərc etdirmişdir.  1906-07  illərdə b ir  müddət "Hü mmət" təşkilatının orqanı "Təkamü l" qəzetinin naşiri 

olmuşdur. "Sultan Əbdüləzizin xəli, yaxud ilk Türk Cü mhuriyyəti" adlı dram əsəri var. 

Bir sıra pyesləri ("Əl-Mənsur", H.Heyne; "Qaçaqlar", F.Şiller; "Nadan övlad", D.İ.Fonvizin və s.) A zərbaycan 

 

 

 



 

 


441 

 

 



 

442 

 

dilinə çevirmişdir. Xa lq yaradıcılığı nü munələrinin toplanıb, Azərbaycan və rus dillə rində nəşr edilməsində də  xid mət i var. 



Mirzə Ələkbər Sabirlə  dost olmuş, onun ölümündən sonra əsərlərin in nəşrində yaxından iştira k et mişdir. 

Hacınski  siyasi  xadim  kimi  də  fəaliyyət  göstərmişdir.  "Müsavat"  partiyasının  üzvü  olmuş,  partiyanın  Bakı 

bürosunun tərkibinə seçilmiş (1917), Zaqafqaziya seymin in, Zaqafqaziya De mo kratik Federativ Respublikasın ın süqutundan 

(1918,  26  may)  sonra  Azərbaycan  Milli  Şurasın ın  (1918,  27  may)  üzvü  olmuşdur.  Milli  Şuranın  Azə rbaycanın  istiqlal 

bəyannaməsini  qəbul  edən  26  üzvündən  biri  idi.  Milli  Şuranın  "Azə rbaycan  Məclisi  Məbusanının  təsisi  haqqında 

qanun"una  (1918,  19  noyabr)  əsasən,  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Parla mentin in  tərkibinə  da xil  edilmiş,  rəyasət 

heyətinin katibi olmuşdur (1918-20). 

Sovet  hakimiyyəti  illə rində  Tiflisdə  çıxan  " Yeni  fikir",  " Yen i  kənd"  qəzetlə rində,  "Dan  ulduzu"  jurnalında 

əməkdaşlıq   etmişdir.  A zərbaycan  SSR  Xalq  Maarif  Ko missarlığının   tapşırığı  ilə  türk  (Azərbaycan)  "Satir-Agit"  teatrın ı 

təşkil et miş, teatr müdiriyyətinin ü zvü olmuşdur. 

Azərbaycan  Sovet  Sosialist  Respublikası  məhkə mə   xad imlərinin  1-c i  quru ltayında  xa lq  hakimləri  şurası  rəyasət 

heyətinin üzvü seçilmişdir. Xa lq ədliyyə ko missarlığ ın təlimatç ısı kimi, məh kə mə idarə lərinin təşkili üçün Na xç ıvan Mu xtar 

Respublikasına  ezam  ed ilmişdir.  Xalq  ərzaq   ko missarının,  xalq   maarif  ko missarının  müavin i  təyin   edilmiş,  Naxçıvan 

Muxtar  Sovet  Sosialist  Respublikası  Ali  İqtisadi  Şurasın ın  üzvü  və  mu xtar  respublikan ın  tədqiqi  ü zrə  ko mitənin  sədri 

seçilmişdir.  A zərbaycan  Xalq  Təsərrüfatı  Şu rası  (AXTŞ)  Baş  idarəsi  rəisinin  Gü rcüstanda  müavini  təyin  edildiyindən, 

Tiflisə  çağırılmışdır.  AXTŞ-n in  "Xa lq  təsərrüfatı"  jurna lı  redaksiya  kollegiyasının  ü zvü  olmuş,  Azə rbaycanın  dövlət 

qulluqçuları üçün türk dili kurslarına rəhbərlik et mişdir. 



 

Əd

.: M əmmədli Q., M ehdibəy Hacınski, "Jurnalist" jurnalı, 1969, №l; Unudulmaz səhnə ustaları, B., 1981



 



HACINS KĠ  Məmməd  Həsən  Cəfərqulu  oğlu  (3.3.1875,  Bakı  -  9.2.1931,  Tiflis)  -  Azərbaycan  Xalq 

Cü mhuriyyətinin  görkəmli dövlət xad imi. Peterburq Texno logiya İnstitutunu bitirmişdir (1902). Bir müdd ət 



Şəmsi Əsədullayevin Moskvadakı neftayırma zavodunda mühəndis işləmişdir. Bakıya qayıdan Hacınski 

1908  ildən  Bakı  şəhər  idarəsində  tikinti  şöbəsinə  başçılıq  et miş,  Ba kın ın  abadlaşdırılması  və   inşaat 

işlərinin  genişlən məsinə  səy  göstərmişdir;  şəhərin  baş  planının  (1898,  müəllifi  fon  der  Nonne) 

layihəsini  təkmilləşdirmişdir.  1909-10  illə rdə  Ba kı  dənizkənarı  parkının  salın ması  (t ikintisi  1912  ildə 

başa  çatdırılmışdır)  və  dəniz  hamamının   tikilməsi  Hacınskinin  fəaliyyəti  ilə  bağlıdır.  Şəhərsalma  və 

tikinti-inşaat  sahəsində  görkəmli  təşkilatçı  kimi  tanın mışdır.  1912  ildə  şəhər  idarəsi  Hacınskinin 

redaktəsi ilə  Bakı  küçələrinin abadlaşması haqqında kitab buraxmışdır.  O,  1913 ildə qısa  müddət Bakı 

şəhər  idarəsinin  rəisi  olmuş,  Şirvanşahlar  sarayının  qorun ması  və  bərpasına  dair  təşəbbüs  irəli 

sürmüşdür.  Həmin  təşəbbüsə  əsasən,  1918  ildə  memarlar  Zivər  bəy  Əh mədbəyov  və  Ö.Abuyev  Şir-

vanşahlar sarayının bərpa lay ihəsini hazırlamaq üçün elmi-tədqiqat işləri aparmışlar. 

Hacınski 1902-17 illərdə Bakı şəhər du masının  üzvü o lmuş və onun bir ço x iclaslarına sədrlik 

etmişdir.  O, 1904  ildə "Hümmət" sosial-demokrat təşkilatını yaradanlardan birid ir.  Hacınski, eyni  zamanda, "Nəşri-maarif" 

cəmiyyətinin  (1906) yarad ılmasının təşəbbüsçülərindən biri, hə mç inin " Nicat" cə miyyəti  idarə heyətinin, "Müsəlman  xey -

riyyə cə miyyəti" Mərkə zi Ko mitəsinin ü zvü olmuşdur. Hac ınski "Müsavat" partiyasının  ilk ü zvlə rindən id i. 

1917-20 illə r Hacınskinin ictimai-siyasi fəa liyyətinin qızğ ın dövrü olmuşdur. 1917 il mart ın 5-də təşkil edilən Ba kı 

İctimai  Təşkilatları  Şurasının  İcraiyyə  Ko mitəsinə  daxil  idi.  Hacınski  martın  27-də  yaradılmış  Bakı  Müsəlman  İctimai 

Təşkilat ları Müvəqqəti Komitəsinin sədri seçilmişdi. 1917 ilin aprelində Qafqaz müsəlmanlarının Bakı qurultayında iştirak 

etmişdi.  O,  qurultayı  açmış  və  onun  rəyasət  heyətinə  seçilmişdi.  Həmin  ilin  may ında  Hacınski  Rusiya  müsəlmanlarının 

Moskvada keçirilmiş qurultayında da fəal iştirak etmişdi. Hacınski "Müsavat" partiyasının birinci qurultayında (1917, 26-31 

oktyabr,  Bakı)  Mərkəzi  Ko mitənin  ü zvü  seçilmişdi.  1917  il 

noyabrın  15-də  yaradılmış  Zaqafqaziya  komissarlığında 

ticarət 


və 

sənaye 


ko missarının  müavin i  vəzifəsində 

çalış mışdır. Rusiya Müəssislər 

 

məc lisinə  üzv  seçilmiş  Hacınski  Zaqafqaziya  seymi  təşkil 



edildikdə  "Müsavat"  partiyasından  bu  qurumun  üzvü 

olmuşdur.  Seymdə  Osman lı  dövləti  ilə  danışıq lar  aparmaq  

üçün  seçilən  nü mayəndə  heyətinə  daxil  id i.  Trabzon  kon-

fransında  (1918)  iştirak  etmiş,  konfransda  Zaqafqaziya 

seyminin  danışıqları  dayandırmaq  haqqında  qərarına  qarşı 

çıxmış,  bu  qərarı  sülhü  pozmağa  yönəldilmiş  cəhd  kimi 

qiymət ləndirmiş  və  bu  qərarı  "beynəlxalq  münasibətlər 

tarixində  tayı-bərabəri  olmayan  bir  tə xribat"  adlandırmışdı. 

A.Çxenkeli  Hacınskinin   məsləhətilə  danışıqları  tamamilə  kəsməmiş,  nü mayəndə  heyətinin  bir  neçə  üzvü,  o  cü mlədən, 

Hacınski  Trab zonda  qalmışdı.  Hacınski  Trab zonda  Ənvər  paşa  ilə  görüşündə  Osmanlı  dövlətinin  Cənubi  Qafqazla  bağlı 

mövqeyi ətrafında danışıqlar aparmışdır. Osmanlı dövlətin in yeni sülh təşəbbüsü ilə çıxış et məsində Hacınskin in mühü m rolu 

olmuşdur. 

Hacınski  Zaqafqaziya Demokratik  Federativ Respublikası (ZDFR) höku mətində ticarət və sənaye naziri vəzifəsini 

icra  et mişdir. Sey min Batum konfransında iştira k edən 6 əsas nümayəndəsindən biri olmuş, Məhə mməd Əmin  Rəsulzadə ilə 

 


443 

 

birlikdə A zərbaycan tərəfini tə msil et mişdir. ZDFR-in süqutundan sonra (1918,  26  may)  Hac ınski  mayın  27-də yaradılan 



Azərbaycan Milli Şu rasının üzvü olmuşdu. O, Milli  Şuranın Azərbaycanın İstiqlal bəyannaməsini qəbul edən 26 üzvündən 

biri idi. 

Azərbaycan  Xalq  Cü mhuriyyətinin  1-ci  Höku mət  kabinəsi  təşkil  olunarkən,  Batu mda  olmasına  ba xmayaraq, 

Hacınski  A zərbaycanın  ilk  xarici  işlər  naziri  təyin  edilmişdi.  O,  Os manlı  dövləti  xarici  işlər  nazirliyindən  Azərbaycanın 

müstəqilliy inin  Rusiya  və  Avropa  ölkələri  tərəfindən  tanınmasında  vasitəçi  olmasını  xahiş  etmişdi.  Os manlı  dövləti  ilə 

Azərbaycan  Xalq  Cü mhuriyyəti  arasında  dostluq  müqaviləsini  (Batum  müqavilələri  (1918)  Azərbaycan  tərəfindən 

M.Ə.Rəsulzadə  ilə  birlikdə  Hacınski  imzalamışdır.  Müqavilən in  4-cü  bəndinə  əsaslanan  Rəsulzadə  və  Hacınski  Os manlı 

dövlətindən  erməni-daşnak  soyqırımlarına  məru z  qalan   Azərbaycana  hərbi  yard ım  üçün  müraciət  etmişdilər.  Os manlı 

dövləti  ilə  Bakı-Batum  neft  kəmərinin  istismarına  dair,  Cənubi  Qafqaz  dəmir  yollarından  istifadə  haqqında  sazişlər  də 

imzalan mışdı.  Hacınski  1918  il  iyunun  14-də  Gü rcüstan  Respublikası  höku mətinə  etiraz  notası  göndərmiş,  gürcü 

qoşunlarının  Borçalı  qəzası  hüdudlarından  dərhal  çıxarılmasını  tələb  etmişdi.  Hacınski  Cənubi  Qafqaz  respublikaları 

arasında  sərhədlərin  dəqiqləşdirilməsi  üçün  müştərək  ko missiyalar  yaratmaq  təklifi  ilə  Gürcüstan  və  Ermənistan 

respublikaları  höku mətlərinə  mü raciət  etmişdi.  O,  iyulun  15-də  Höku mət  başçısı  Fətəli  xan  Xoyskiyə  müraciət  edərək, 

ermənilərin dinc türk-müsəlman əhalisinə qarşı törətdiklə ri soyqırımlarını təhqiq et mək üçün fövqəladə təhqiqat komissiyası 

yaradılmasın ın zəruri o lduğunu bildirmişdi. Hacınski İstanbuldakı A zərbaycan nümayəndə heyətinin başçısı M.Ə.Rəsulzadə 

ilə  müntəzə m rəsmi əlaqə sa xla mışdır. 

Azərbaycan Xa lq  Cü mhuriyyəti  2-ci Hö ku mət  kabinəsində xa ric i  işlər naziri olmuş Hac ınski  1918  il oktyabrın  6-

dək  hə m  də,  müvəqqəti  olaraq,  nəza rət  nazirliyinə  rəhbərlik  et miş,  6  oktyabrdan  is ə  ma liyyə  na ziri  olmuşdur.  Hacınski 

ma liyyə  naziri  kimi  1918  il  noyabrın  28-də  A zərbaycan  Xa lq  Cü mhuriyyəti  ilə  Şima li  Qafqa z  Dağlı  Xalq ları  İttifaq ı 

Respublikası  arasında  müqavilə  imzalamışdır.  Müqaviləyə  görə,  Dağlılar  Respublikasına  10  milyon  rubl  faizsiz  borc 

vermişdi. O, 3-cü Hö ku mət kab inəsində dövlət nəzarətçisi vəzifəsin i tuturdu. 

Hacınski  Azərbaycan  Parlamentin in  üzvü  olmuşdur.  O,  Əlimərdan  bəy  Topçubaşovun  başçılığı  ilə  Paris  sülh 



konfransında (1919-20) iştirak edən nü mayəndə heyətinin tərkibinə daxil id i. Paris sülh danışıq ları zamanı Ə.Topçubaşovla 

birlikdə ABŞ,  B.Britaniya, Almaniya, İta liya,  Türkiyə, İran və b. ölkə lərin başçıları, dövlət nümayəndələri, dip lo matla rı  ilə 

görüşərək, Azərbaycan  xalq ının  istiqlal  mübarizəsi, ölkənin ağır iqtisadi vəziyyəti,  zəngin neft ehtiyatı haqqında  məlu mat 

vermişdir. 

1919 il sentyabrın 16-da  Parisdə ABŞ vətəndaşı M.Robinovun Azərbaycan nümayəndə heyətinin ma liyyə müşaviri 

təyin edilməsi haqqında Ə.Topçubaşovla birlikdə saziş  imzala mışdır.  Hacınski  Parisdə də Azərbaycan Xalq  Cü mhuriyyəti 

və Dağlıla r Respublikası a rasında ikitərə fli sazişin hazırlan masında iştira k et mişdir. 

Azərbaycana  qayıdan  Hac ınski  1919  ilin   noyabrında  baş  nazir  Nəsib  bəy  Yusifbəyli  ilə  b irlikdə   Ermən istan 

hökuməti  ilə  danışıq lar  aparmaq  üçün  Tiflisə  getmiş,  noyabrın   23-də  Azərbaycan  Xalq   Cü mhuriyyəti  ilə  Ermənistan 

Respublikası arasında sülh sazişinin imzalan masında iştirak etmişdir. Səfər zamanı Hacınski Parisdə Azərbaycan-gürcü birgə 

iqtisadi bölməsinin sədri  kimi  Gü rcüstan hökumətinə  məru zə etmiş,  iri  ingilis və amerikan cəmiyyətləri  ilə A zərbaycan və 

Gü rcüstan  üçün  çox  mühüm  və  sərfəli  olan  iqtisadi  müqavilələ rin  lay ihələrin i  gətirdiy ini  bildirmişdir.  Hacınski  Dövlət 

Müdafiə  Ko mitəsinin  1919  il  9  dekabr  tarixli  qərarı  ilə  Fətəli  xan  Xoyski  və  Məmmədrza  bəy  Vəkilovla  birlikdə 

Azərbaycan-Ermənistan konfransında iştira k edəcək höku mət nü mayəndə heyətinə daxil edilmişdi.  Konfransda (1919, 14-

21 dekabr) çıxış edən Hacınski bild irmişdi  ki, A zərbaycan və  Ermən istan respublikaları arasında dostluq münasibətlərinin 

yaranmasına  əsas  maneə  mübahisəli  ərazilər  məsələsidir.  Qafqaz  respublikaları  müstəqil  dövlət  kimi  ittifaqda  - 

konfederasiyada birləşsələr, bu mübahisəli məsələ lər ö z-ö zünə həll ediləcəkd ir. 

Hacınski "Müsavat" partiyasının 2-ci qurultayında (1919, 2-11 dekabr) partiyanın siyasi ko missiyasının və MK 



444 

 

üzvü seçilmişdi. Dekab rın 24-də N.Yusifbəylin in yeni Höku mət kabinəsində Hacınski daxili işlər naziri, 1920 il fervalın 18-



dən isə ticarət, sənaye və ərzaq naziri və zifəsini tut muşdu. 1920  il  fevralın  5-də Hac ınski yollar na ziri Xudadat bəy Məlik-

Aslanovla  Azərbaycan  Xalq  Cü mhuriyyəti  ilə  Gürcüstan  Respublikası  arasında  sərbəst  yük  daşınması  haqqında  tranzit 

müqaviləsi və ona əlavə saziş imzalamışdır. 

1920  il  martın  30-da  Höku mət  istefa  verd ikdə,  A zərbaycan  Cü mhuriyyəti  Parlamenti  yeni  Hö ku mətin  təşkilini 

Hacınskiyə tapşırdı.  O, b ir  müddət Parla mentdə fəaliyyət göstərən partiya və fra ksiya nümayəndələri  ilə danışıqla r apardı, 

hətta  bolşeviklə rlə   də  görüşdü  və  onlara  öz  hö ku mətində  nazir  vəzifə ləri  də  tə klif  etdi.  Bo lşeviklərdən  müsbət  cavab 

almayan Hacınski aprelin  22-də yeni höku mət təşkil etməyin  mü mkün olmadığın ı, Parlamentin sədrini əvəz edən Məmməd 

Yusif  Cə fərova  bild irmiş,  hə mçin in  "Müsavat"  partiyasından  çıxdığ ını  və  bolşeviklə r  partiyasına  daxil  olduğunu  bəyan 

etmişdi.Azərbaycan Xalq Cü mhuriyyətinin taleyi üçün son dərəcə məsuliyyətli b ir  zamanda Hacınskinin  lənglik göstərərək 

hökuməti təşkil edə bilməməsi hakimiyyət böhranını daha da dərinləşdirmişdi. 

Azərbaycan  Xa lq  Cü mhuriyyəti  devrildikdən  sonra  Hac ınski  A zərbaycan  Sovet  Sosialist  Respublikası  Ali  Xa lq 

Təsərrüfatı Şurasında, Zaqafqaziya Dövlət Plan Ko mitəsində mü xtə lif  rəhbər vəzifə lərdə çalış mış, Azə rbaycan şəhərlərinin 

abadlaşdırılmasında  iştirak  etmişdir.  1920  il  mətbuatında  Hacınskin in  Azərbaycanın  tikinti-quruculuq  işlərinə  dair 

məqa lələ ri dərc edilmişdir. 

Sovet hakimiyyəti dövründə Azərbaycanın başqa görkəmli ict ima i-siyasi  xadimləri  kimi  Hacınski də repressiyaya 

mə ruz qalmışdır. L.Beriyanın göstərişi ilə  1930 il dekabrın 3-də Tiflisdə Zaqafqa ziya Dövlət Siyasi İdarəsi (DSİ) tərəfindən 

həbs  edilərə k,  ağır  işgəncələr  verilən   Hac ınski  "Azərbaycan  Milli  Mərkə zin in"  işi  üzrə  ittiha m  olun muşdur  (ba x 

"Azərbaycan Milli Mərk əzi "(Bakı)). 

Ağır həbsxana həyatına dö zməyərək ürək xəstəliy inə və vərəmə tutulan Hacınski, istintaq sənədlərinə görə, "özünü 

asmaqla" intihar et mişdir. 



 

Əd.: 

Aзepбaйджанская  Демократиская    Pecnублика  (1918-1920),  Внешняя  политика  (документы  и  материалы)  ,  Б.,  1998;  

Azərbaycan Demokratik  Respublikası: Azərbaycan Hökuməti (1918-1920), B., 1990; Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001; Elşad Qoca, 

Sibir dərsi, B., 2000; Qasımlı M ., Hüseynova E., Azərbaycanın xarici işlər nazirləri, B., 2003. 



 

HACIYEV  Bay ra m  İbrahim oğlu (30.6.1900, Şuşa  - ? ) - Azə rbaycan Xalq  Cü mhuriyyəti 

Parlamentinin  xüsusi qərarı (bax Xaricə təhsil almağa göndərilən azərbaycanlı tələbələr haqqında 



qərar)  ilə  dövlət  hesabına  ali  təhsil  a lmaq  üçün  xaricə  göndərilmiş  tələbələ rdən  biri.  Şuşa  realnı 

mə ktəbini  bit irmişdir  (1918).  Parla mentin  1919  il  1  sentyabr  tarixli  qə rarına  əsasən,  təhsilini 

iqtisadiyyat  sahəsində  davam  etdirmə k  üçün  Parisə  (Fransa)  göndərilmişdir.  A zərbaycanda  sovet 

hakimiyyəti  qurulduqdan  sonra  xaricdə  dövlət  hesabına  təhsil  alan  azə rbaycanlı  tələbələ rin 

vəziyyətini  öyrənən  Azə rbaycanlı  Tələbələr  İttifaqının  1923-25  illə r  üçün  mə lu matında   onun 

təhsilinin bit məsinə  6 ay qaldığ ı göstərilird i.  Sonrakı taley i barədə  mə lu mat 

aşkar olun mamışdır. 

HACIYEV  Xasbulat İsmayıl oğlu  (21.1.1900,  Şuşa  - ?) – A zərbaycan Xa lq  Cü mhuriyyəti 

Parlamentinin   xüsusi qərarı (bax Xaricə təhsil almağa göndərilən azərbaycanlı tələbələr haq-qında 



qərar) ilə  dövlət hesabına ali təhsil a lmaq üçün xa ricə  göndərilmiş tələbələ rdən biri. 1917 ildə İrəvan 

kişi  gimnaziyasını  bitirmiş,  Petroqrad  dağ-mədən  institutuna  daxil  olmuş,  lakin  madd i  çətinlik 

üzündən təhsilini yarımçıq buraxıb geri qayıt mağa  məcbur olmuşdu. Parlamentin 1919  il 1 sentyabr 

tarixli qəra rına əsasən, təhsilini davam etdirmə k üçün Rusiyaya göndərilmişdir. Sonrakı ta leyi barədə  

mə lu mat aşkar o lun ma mışdır.  

 

 



 

 

 



HACIYEV  Mə mməd  bəy  Kərim  bəy  oğlu  (6.3.1896,  Şuşa  -  ? )  - 

Azərbaycan  Xalq   Cü mhuriyyəti  Parla mentinin   xüsusi  qərarı  (ba x  Xaricə  təhsil  almağa  göndərilən 



azərbaycanlı tələbələr haqqında qərar) ilə dövlət hesabına ali təhsil a lmaq üçün  xa ricə göndərilmiş 

tələbələrdən  biri.  Şuşa  rea lnı  mə ktəbini  b itirmişdi  (1916).  Parla mentin  1919  il  1  sentyabr  tarixli 

qərarına  əsasən,  təhsilini  maşın-qayırma   sahəsində  davam  etdirmək  üçün  Berlin  Universitetinə 

(Almaniya)  göndərilmişdir.  A zərbaycanda  sovet  hakimiyyəti  qurulduqdan  sonra  xaricdə  dövlət 

hesabına  təhsil  alan  azərbaycanlı  tələbələrin  vəziyyətini  öyrənən  Azərbaycanlı  Tələbələr  İttifaqının 

1923-25  illə r üçün məlu mat ında onun təhsilin in bitməsinə il yarım qald ığı göstərilirdi. Sonrakı taley i 

barədə mə lu mat aşkar o lunma mışdır. 

HACIZADƏ  Mirzə  Məşədi  Yusif  oğlu,  Mirzə  bəy  Göy-Gö l 

(1897,  Gəncə - 1980,  İstanbul) - A zərbaycan Xa lq  Cü mhuriyyəti Pa rla mentinin  xüsusi qərarı 

(ba x  Xaricə   təhsil  almağa  göndərilən  azərbaycanlı  tələbələr  haqqında  qərar)  ilə   dövlət 

hesabına  ali  təhsil  almaq  üçün  xaricə  göndərilmiş  tələbələrdən  biri.Yelizavetpol  kişi 

gimnaziyasını  b itirmiş  (1915),  Xarkovdakı  Novo-Aleksandr  İnstitutunun  kənd  təsərrüfatı  və 

meşəçilik  şöbəsində  oxu muşdur.  Parlamentin   1919  il  1  sentyabr  tarixli  qərarına  əsasən, 

təhsilini  kənd  təsərrüfatı  sahəsində  davam  etdirmək  üçün  Be rlin  Universitetinə  (Almaniya) 

göndərilmişdir.  Təhsilini  başa  vurduqdan  sonra  Hacızadə  artıq  sovet  işğalına  məru z  qalmış 

Azərbaycana  dönə  bilmə mişdir.  O,  1926  ildə  Berlində  doktorluq  dissertasiyası  müdafiə  

etmişdir. Bu illərdə bütün cəhdlərinə 



445 

 

baxmayaraq,  Hacızadənin  Azərbaycana  qayıtmaq  arzusu  baş 



tutmamışdır.  Bir  müddət  Alman iyada  seleksiyaçı  alim  kimi 

fəaliyyət  göstərdikdən  sonra  Türkiyəyə  dəvət  olunmuş,  1961 

ilədə k İstanbulun Halka lı to xu mçuluq stansiyasında işləmış, a li 

mə ktəblərdə dərs de mişdir. 

Hacızadə  İstanbulda  Nəsib  bəy  Yusifbəylinin  qızı 

Zöhrə  xanımla  ailə  qurmuşdur.  Məhəmməd  Əmin  Rəsulzadə, 

Adil  xan  Ziyad xanov,  Cahangir  bəy  Ka zımbəy li,  Mustafa 

Vəkilov,  Nağı  Şey xza man lı  və  Türkiyədə  yaşayan  başqa 

azərbaycanlı  mühac irlərlə  dostluq  etmiş,  evində  müntəzə m 

toplantılar,  müşavirələr  keçirmişdir.  Hacızadənin  ali  məktəb 

tələbələri üçün dərslik kimi  istifadə olunan 34  kitabı, hə mçin in 

300-də k e lmi məqa ləsi çap olun muşdur. 

Gəncədə  yaşayan  Hacızadə lər  nəsli  1950-c i  illərədək 

təqiblərlə  ü zləşmiş,  bu  nəslin  onlarla  nü mayəndəsi  sürgün 

həyatı  keçirmişdir.  Anası  Sibirə  sürgün  edilmiş,  sürgündən 

sonra  Gəncəyə  qayıtmasına  ica zə  verilmə miş,  Gədəbəydə 

yaşamağa məcbur o lmuş və orada da vəfat etmişdir. 

Hacızadə  Azərbaycanı  bütün  varlığı  ilə  sevird i.  Sovet 

dövründə  Türkiyəyə  səfər  edən  Azərbaycan  mədəniyyət 

xadimləri  dəfə lərlə  onun  qonağı  olmuş,  maestro  Niya zi  ilə 

tanışlığı  ailəvi  dostluğa  çevrilmişdi.  Hacızadə  Niyazinin  dəvəti 

ilə   1968  ildə  həyat  yoldaşı  Zöhrə  xanımla   birlikdə  Bakıya 

gəlmiş,  respublika  a limləri  qarşısında  mühazirə lər  o xu-muşdur. 

Bütün  cəhdlərinə  baxmayaraq,  Gəncəyə  getməsinə,  anasının 

qəbrini ziyarət et məsinə ica zə verilmə mişdir. 

HADĠ  Məhəmməd,  Əbdülsəlimzadə  Ağaməhəmməd  Hacı  Əbdülsəlim  oğlu  (1879, 

Şamaxı  -  may,  1920,  Gəncə)  -  şair,  müəllim,  jurnalist,  publisist.  Azərbaycan  ədəbiyyatında   

romantizmin   görkəmli  nümayəndəsi.  Şamaxı  məhəllə  məktəbində  və  mədrəsədə    (1886-98)

 

təhsil  a lmışdır.  Şa ma xı  zə lzə ləsində  (19 02)  Kürdəmirə  köçüb  müəllimlik  (1902-  06) 



etmişdir.  1906  ilin   aprelində  keçmiş  müəllimi  və  qohumu  məşhur  maarif  və  mətbuat  xad imi 

Mustafa  Lütfi  İsmayılzadənin  dəvətilə  Həştərxana  getmiş,  "Darül-ədəb"  məktəbində  müəllim, 

"Bürhani-tərəqqi"  qəzetində  mühərrir  işləmişdir.  Həmin   ilin  oktyabr  ayında  Bakıya  dönərək, 

"Füyuzat" jurnalında (1906-07), "Təzə həyat" (1907-08), "İttifaq" (1908-09), "Tərəqqi" (1908-09), 

"Həqiqət"  (1909-10)  qəzet lərinin  redaksiyala-rında  ə məkdaşlıq  et mişdir.  Mətbuatda  lirik  şeirlər, 

publisist  məqalə lərlə  ç ıxış  edən  Had i  1908  ildə  "Firdovsi-ilha mat"  adlı  şeirlər  məc muəsini  nəşr 

etdirmişdir. 1911-14  illərdə İstanbulda yaşamış, "Tənin" qəzeti, "Sərvəti-fünun" jurnalı redaksiyalarında  işləmiş,  mü xtəlif 

qəzetlərdə  şeir və  məqalə lər dərc  etdirmiş, istibdad əleyhinə şeirlə rinə  görə Sə lanik (Saloniki) ş əhərinə (Yunanıstan) sürgün 

olunmuşdu. 1914  ildə Bakıya dönərək, "İqbal" qəzetinin  redaksiyasında  işləmiş, "Eşqi-möhtəşəm, yaxud  Əflatun sevgisi" 

(1914),  "Şükufeyi-hikmət"  (1914)  kitabların ı  nəşr  etdirmişdir.  Məhəmməd  Hadi  "Dikaya  diviziya"nın  baş  axundu  kimi 

Birinci dünya müharibəsində iştirak etmiş, Karpatda, Qalisiyada, Polşada, habelə Peterburqda olmuşdur. Tərxis  olunduqdan 

sonra Gəncədə və Ba kıda yaşamışdır. 

Yaradıcılığ ı boyu  məşəqqətli həyata üsyan edən, zülm və  istibdada qarşı mübarizə aparan, bütün insanların azad, 

xoşbəxt  yaşadığı,  "nə  hakim,  nə  də  məhku m  o lan"  cəmiyyət  arzulayan  Məhəmməd  Hadi  xalq ın  qanını  içən  zalımlara, 

müstəbidlərə mü raciətlə deyird i: 

 

Ye, iç nə qədər istər isən qanımı, zalım,  

Bir gün görərəm qanını səhbalar içində. 

 

"Dad  istibdaddan",  "El  fəryadı"  şerilərində  Məhə mməd  Hadi  mə zlu mların  a zadlıq,  səadət  və  hüquq  bərabərliyi 



arzu larını  tərənnü m  etmişdir.  Üsyankar  ruhlu  bu  əsərlər  bolşevik  qəzetləri  " Yo ldaş"  və  "Təkamü l"də  çap  olunmuşdur. 

Məhəmməd Hadinin poe ziyasında milli oyanış ideyaları qüvvətlidir: 



 

Qoymuş miləl imzasını övraqi-həyatə,  

Yox millətimin xətti bu imzalar içində. 

 

Azadlıq  və  hürriyyət  mücahidi  o lan  şair  məzlu m  millətləri  əsarətdə  saxlayan  çar  Rusiyasının  süqutundan  sonra 



yaranmış  müstəqil  Azərbaycan  Xalq  Cümhuriyyətinin  qurulmasını  böyük  ruh  yüksəkliyi  ilə  qarşılamış,  ona  "Şühədayi-

hürriyyətimizin  ərvahma  ithaf‖,  "Əsgərlərimizə,  könüllü lərimizə",  "Məfkureyi-aliyyəmiz"  ("Azərbaycan  dövləti-

növzadımıza")  şeirlərini  həsr  etmişdir.  Had i  sonuncu  şerdə  xalqımızın  milli  istiqlal  mücadiləsinin  yekunu  kimi  meydana 

gələn müstəqil Azərbaycan dövlətinə mürac iətlə ya zırdı: 



446 

 


Yüklə 19,75 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin