Xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu



Yüklə 19,75 Mb.
Pdf görüntüsü
səhifə73/80
tarix31.01.2017
ölçüsü19,75 Mb.
#7086
1   ...   69   70   71   72   73   74   75   76   ...   80

 

 

 

 

 

 

 

 

434 

 

HACIBƏYLĠ    (Hacıbəyov)  Üzeyir  Əbdülhüseynoğlu  (18.9.1885,  Şuşa  qəzasının  Ağcabədi  k.  -  23.11.1948,Bakı)  -  dahi 

Azərbaycan bəstəkarı, musiqişünas alim, publisist, dramaturq,  pedaqoq  və ictimai   xadim.  M üasir Azərbaycan peşəkar musiqisinin və 

milli operasının banisi. Xalq  artisti (1938), Dövlət mükafatları Elmlər Akademiyasının həqiqi üzvü (1945), professor (1940). Bəstəkarlar 

İttifaqının  sədri  (1938-48),  Azərbaycan  Dövlət  Konservatoriyasının  (indiki  Bakı  Musiqi  Akademiyası)  rektoru  1928-29;    1939-48), 

Azərbaycan Elmlər Akademiyası İncəsənət İnstitutunun direktoru (1945-48) olmuşdur. 

Üzeyir bəy Hacıbəyli kənd mirzəsi ailəsində doğulmuş, valideynləri Ağcabədidən Şuşaya köçdükdən sonra ilk təhsilini buradakı 

ikisinifli rus-Azərbaycan məktəbində almışdır. Şuşanın zəngin musiqi-ifaçılıq  ənənələri Üzeyir Hacıbəylinin 

musiqi  tərbiyəsinə  müstəsna  təsir  göstərmişdir.  Onun  ilk  musiqi  müəllimi  xalq  musiqisinin  gözəl  bilicisi, 

dayısı Ağalar Əliverdibəyov olmuşdur. Üzeyir bəy Hacıbəyli 1897-98 illərdə Əbdürrəhim bəy Haqverdiyevin 

rəhbərliyi və məşhur xanəndə Cabbar Qaryağdı oğlunun ifası ilə  Şuşada  göstərilən "M əcnun Leylinin məzarı 

üstündə"  səhnəciyində  xorda  iştirak  etmişdi.  1899-1904  illərdə  Qori  Müəllimlər  Seminariyasında  təhsil 

almışdır.  Onun  dünya-görüşünün  formalaşmasında  seminariya  böyük  rol  oynamışdır.  Üzeyir  bəy  Hacıbəyli 

seminariya  illərində  qabaqcıl  dünya  mədəniyyəti,  rus  və  Qərbi  Avropa  musiqi  klassiklərinin  əsərləri  ilə 

yaxından tanış olmuş, skripka və baritonda çalmağı öyrənmiş,  xalq  mahnı nümunələrini nota köçürmüşdür. 

Seminariyanı bitirdikdən sonra Üzeyir bəy Hacıbəyli 1904 ildə Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim 

təyin edilmişdi.1905 ildə Bakıya köçərək, Bibiheybətdə, sonralar isə " Səadət" məktəbində dərs demiş, 1907 

ildə Bakıda "Hesab məsələləri" və "M ətbuatda istifadə olunan siyasi, hüquqi, iqtisadi və əs gəri sözlərin türki-

rusi və rusi-türki lüğəti"ni nəşr etdirmişdir. 

Üzeyir  bəy  Hacıbəyli  bədii  yaradıcılığa  publisistika  ilə  başlamış,  "İttihad",  "Həyat",  "İrşad",  "Tərəqqi",  "Həqiqət",  "İqbal", 

"Yeni iqbal" qəzetlərində və "M olla Nəsrəddin" jurnalında "Ordan-burdan", "O yan-bu yan" və s. başlıqlar altında "Ü", "Filankəs" və s. 

gizli imzalarla dövrün mühüm ictimai-siyasi, sosial, mədəni-maarif məsələlərinə dair çoxlu publisistik məqalə, felyeton, hekayə və satirik 

miniatürlər dərc etdirmiş, N.B.Qoqolun "Şinel" povestini Azərbaycan dilinə çevirmişdir. 

Üzeyir  bəy  Hacıbəylinin  1908  il  yanvarın  12  (25)-də  Bakıda  Hacı  Zeynalabdin  Tağıyevin  teatrında  göstərilən  "Leyli  və 

M əcnun"  operası  ilə  təkcə  Azərbaycanda  deyil,  bütün  müsəlman  Şərqində  opera  sənətinin  əsası  qoyulmuşdur.  Bəstəkar  operanın 

librettosunu M əhəmməd Füzulinin eyni  adlı poeması əsasında özü yazmışdır. Üzeyir bəy Hacıbəyli 1909-15 illərdə bir-birinin  ardınca 

"Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas və Xurşid banu" (1912), "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915) 

muğam operalarını bəstələmişdir. Bu operaların da librettolarını xalq dastanları, rəvayətləri və Firdovsinin "Şahnamə" eposunun motivləri 

əsasında  bəstəkar  özü  yazmışdı.  Üzeyir  bəy  Hacıbəylinin  dramaturgiya  sahəsindəki  fəaliyyəti  Azərbaycan  ədəbiyyatında  mühüm  yer 

tutur. O,  Azərbaycanda  musiqili  komediya  janrının  yaradıcısıdır  (komediyalarının  mətninin  də  müəllifi  özüdür).  Onun  "Ər  və  arvad" 

(1910),  "O  olmasın,  bu  olsun"  (1911),  "Arşın  mal  alan"  (1913)  musiqili  komediyalarında  o  dövr  Azərbaycan  məişəti,  xalq  adət  və 

ənənələri əksini tapmışdır. Üzeyir bəy Hacıbəyli 1912 ildə musiqi təhsilini artırmaq üçün Moskvaya getmiş, həmin il burada filarmoniya 

cəmiyyətinin  musiqi  kurslarında,  1914  ildə  isə  Peterburq  konservatoriyasında  oxumuşdur.  Peterburq  dövrü  bəstəkarın  yaradıcılığında 

mühüm rol oynamışdır. Lakin Birinci dünya müharibəsinin (1914-18) başlanması və  maddi  çətinliklər Üzeyir bəy Hacıbəylini təhsilini 

yarımçıq qoymağa  məcbur etdi. Üzeyir bəy Hacıbəylinin Azərbaycan teatr sənətinin inkişafında da mühüm  xidmətləri olmuşdur. Üzeyir 

və  Zülfüqar  Hacıbəyli  qardaşlarının  hələ  1916  ildə  yaratdıqları  "Hacıbəyli  qardaşlarının  opera-operetta  artisləri  dəstəsi"  Azərbaycan 

Xalq Cümhuriyyəti dövründə xüsusilə coşğun fəaliyyət göstərmişdir. Dövrünün müqtədir aktyor və rejissorlarını ətrafında toplayan truppa 

həftədə üç gün növbə ilə dram, komediya, opera və operetta tamaşaları göstərmişdir. Truppa ilk tamaşalardan biri (1918, 26 oktyabr) kimi 

Şəmsəddin  Saminin  "Gaveyi-ahəngər"  əsərini  seçmiş  və  tamaşanın  gəliri  Azərbaycanın  müstəqilliyi  və  istiqlaliyyəti  uğrunda  şəhid 

olanların ailələri üçün ayrılmışdı. 1918 il dekabrın 7-də, Azərbaycan Parlamentinin açılış günü "Hacıbəyli qardaşları" teatrı müdiriyy əti 

milli Parlamentə təbrik teleqramı gönd ərərək "...vətən və millətimizin azad istiqlalı uğrunda var qüvvəsi ilə çalışmaqla milli ədəbiyyat, 

milli mənəviyyat və  sənayeyi-nəfisəmizin azad və sərbəst tərəqqi və inkişafına bir vəsilə olacağına qüvveyi-imanda etimad" etdiyini 

bildirmişdi. 

Hərtərəfli  istedadını  doğma  xalqının  milli  və  sosial-siyasi  azadlığı,  tərəqqisi  uğrunda  mübarizəyə  həsr  etmiş  Üzeyir  bəy 

Hacıbəyli milli istiqlalın təcəssümü olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasını sevinclə qarşılamış, var qüvvə və bacarığı ilə 

milli  dövlətçiliyin  təşəkkülü  və  inkişafı  işinə  qoşulmuşdur.  Onun  1918-20  illərdəki  fəaliyyəti  Cümhuriyyətin  rəsmi  orqanı  olan 

"Azərbaycan"  qəzeti  ilə  bilavasitə  sıx  bağlıdır.  Üzeyir  bəyin publisistik  məqalə  və  felyetonları  hər  gün,  yaxud  günaşırı  "Azərbaycan" 

qəzetində çap olunur, b əzən isə bir nömrədə müxtəlif imzalarla iki yazısı çıxırdı. Qəzetin ilk redaktoru Üzeyir Hacıbəylinin kiçik qardaşı 

Ceyhun bəy olmuşdu. Üzeyir bəy Hacıbəylinin özü isə 1919 il yanvarın 16-da çıxmış 89-cu sayından başlayaraq "Azərbaycan" qəzetinin 

redaktoru olmuşdur. Bu vaxtdan "Azərbaycan" qəzeti "M üvəq-qəti müdir: Üzeyir bəy Hacıbəyli" imzası ilə buraxılmış və bu imza qəzetin 

həmin il 30 iyun tarixli 215-ci sayına qədər davam etmişdir. Üzeyir bəy iki aylıq müalicədən qayıtdıqdan sonra, 1919 ilin sentyabrından 

etibarən yenidən "Azər-baycan" qəzetində işə başlamış və 1920 il aprelin 27-nə kimi qəzetin müdiri işləmişdir. 

Üzeyir bəy Hacıbəyli qəzetə rəhbərlik etməklə, onun ideya istiqamətini müəyyənləşdirmiş, Azərbaycanın müstəqil dövlət kimi 

möhkəmlənməsinə çalışmışdır. "Azərbaycan"dakı fəaliyyətində Üzeyir bəy Hacıbəyli özünü istedadlı, bacarıqlı, dərin düşüncəli və milli 

məsləkli  publisist  kimi  göstərmişdir.  Qəzetin  səhifələrində  Üzeyir  bəy  Hacıbəylinin  Azərbaycan  tarixinə,  siyasi  vəziyyətinə, 

iqtisadiyyatına, sənayesinə (xüsusilə, neft sənayesinə), maarif və mədəniyyətinə və s. aid 100-dən çox məqaləsi dərc olunmuşdur. Müasir 

ictimai-siyasi  durumla  yaxından  səsləşən  "M ühüm  məsələlər",  "Partiyalarımıza",  "Təəssürat",  "İstiqlal  və  istiqbal  ümidi",  "Tarixi 

günümüz", "Andronik məsələsi", "Vəzifəmiz nədir", "Lənkəran faciəsi", "Kim nəyin fikrində imiş", "Fitnələr qarşısmda", "Naxçıvan və 

Qarabağ", "Qarabağ haqqında", "İçimizdəki denikinlər", 

 

 


435 

 

 



436 

 

"Ermən istan  və  Azərbaycan  münasibəti"  və  s.  yazıla r  Üzey ir  bəy  Hac ıbəylin in  uzaqgörən  siyasətçi,  əqidəli  publisist 



olduğunu bariz şəkildə göstərir.  Üzeyir bəy Hacıbəyli redaktor işlədiy i  müddətdə Azərbaycan və onun ətrafında baş verən 

hadisələri  qəzet in  səhifələrində  əks  etdirmə klə  yanaşı,  burada  dərc  etdirdiyi  ço xsaylı  məqa lələ rində  həmin  hadisələrə 

özünün  şəxsi  münasibətini  bildirirdi.  Bu  məqalələrdə  o,  A zərbaycan  Cü mhuriyyəti  Parlamentin in,  Fətəli  xan  Xoyski  və 

Nəsib bəy Yusifbəyli Hö ku mətlərin in yeritdiy i siyasi xətti qızğın müdafiə  edird i. 

"Bir yaş" məqaləsində Üzeyir bəy Hacıbəyli yazırdı: "Bu gün, istiqlalını elan etmiş olduğumuz və istiqlalı qazan-

maq yolunda çaylarca qanlar axıdıb, minlərcə xanımanlarımızı xərabə qoyduğumuz bir dövlətin, yəni Azərbaycan Türk 

Dövlətinin bir yaşı tamam olub da ikinci yaşa qədəm qoyduğu gündür... 

Bir yaşlı dövlətimiz - gələcəkdə - yaxın gələcəkdə türklügün ümidgahı, islamlığın pənahi və aləm mədəniyyətinin 

möhtərəm bir üzvü olacağını hələ bir yaşında olduğu halda hər kəsə bildirmədədir" 

"...ÖLMƏK  VAR,  DÖNMƏK  YOXDUR.  Bu  əziz  bayram  günü  sidq  dil  ilə  yaşasın  müstəqil  Azərbaycan 

deyənlər əmin olmalı: onu müstəqil yaşatmağa qadir olarlar" ("Azərbaycan", 1919, 28 may). 

"Qara  təhlükə"  məqa ləsində  Üzeyir  bəy  həyəcanla  bildirird i:  "İstiqlalımızın  bir  ilinin  bayramını  yenicə 



keçirmişdik  ki,  üfüqümüzdən  qəflətən  nümayan  olan  bir  qara  əl  ha man  istiqlalımızı  qırmaq  və  bizi  murdar  pəncəsi 

altında əzmək xəyalilə şimalımızdan uzanmağa başladı". 

İncəsənətin mənasını xalqa xid mətdə görən Üzeyir bəy Hacıbəyli Aprel işğalı (1920) nəticəsində Azərbaycan Xalq 

Cü mhuriyyətinin   süqutundan  sonra  da  fəaliyyətini  eyni  vətəndaşlıq  qeyrəti  və  əzmi  ilə  davam  etdirmiş,  milli  musiq i 

xə zinəsini yeni janr və forma larla zənginləşdirən b ir sıra əsərlər, o cü mlədən Azərbaycan peşəkar musiqi sənətinin şah əsəri, 

dünya  musiqi  xəzinəsinin  incilərindən  olan  dahiyanə  "Koroğlu"  operasını  bəstələmişdir.  Üzey ir  Hacıbəyli  Azərbaycan 

Respublikası  Dövlət  himn lərin in  (1945,  1992)  musiqisinin  müəllifidir.  O,  eyni  zamanda,  elmi  musiqişünaslığın,  xüsusilə, 

musiqi nəzə riyyəsinin ("Azərbaycan  xa lq  musiqisin in əsasları"  monoqrafiyası,  1945),  musiqi təhsilinin əsasını qoy muş və 

musiqi  mədəniyyətimizin  inkişafına  ö mrünün  sonunadək  fasiləsiz  rəhbərlik  et miş,  onun  bu  günkü  yüksək  professional 

səviyyəyə  yüksəlməsinin,  müasir  bəstəkarlıq  məktəbinin  beşiyi  başında durmuş,  qabaqcıl  dünya  bəstəkarlıq  məktəblə ri  ilə 

yanaşı  dura  bilməsi  üçün  fədakarcasına  çalışmış,  habelə  ictimai  xadim  kimi  geniş  fəaliyyət  göstərmişdir.  Dahi  bəstəkarın 

yaratdığı  musiqi  inciləri  dünya  şöhrəti  qazanmış,  dünya  musiqi  mədəniyyəti  xəzinəsinin  qızıl  fonduna  daxil  olmuşdur. 

Gö rkəmli musiqi xadimləri onu "professional Şərq musiqisinin atası" adlandırmışlar. Üzeyir bəy Hacıbəylinin  "Arşın mal 

alan" 


437 

 

musiqili  ko mediyası  dünyanın  bir  çox  dillərinə,  o  cü mlədən  ingilis,  alman,  rus,  Çin,  ərəb,  fars,  gürcü,  Ukrayna  dillərinə 



tərcümə   olunaraq,  Moskvada,  Nyu-York,  Paris,  London,  İstanbul,  Tehran,  Qahirə ,  Berlin,  Va rşava,  Sofiya,  Budapeşt  və 

Bu xarestdə, habelə başqa yerlərdə, "O olmasın, bu olsun" ("Məşədi İbad") musiqili ko med iyası Cənubi  Qafqa zda, Dağıstan, 

Orta Asiya, Türkiyə, Bolqarıstan, İran və Yəməndə, "Koroğlu" operası isə Aşqabadda (türkmən dilində),  Yerevanda (ermən i 

dilində),  Daşkənddə (özbək dilində) uğurla ta maşaya qoyulmuşdur. "Arşın ma l a lan" 1916, 1917,  1945 və 1965  illə rdə, "O 

olmasın, bu o lsun" ("Məşədi İbad") isə 1956 ildə ekranlaşdırılmışdır. "Arşın mal alan"ın motiv ləri əsasında ABŞ-da da film 

çəkilmişdir (1937). 

Azərbaycan və dünya musiqi  mədəniyyətinin in kişafında misilsiz  xid mətlə ri olan Üzey ir bəy Hac ıbəylin in anadan 

olmasının 100 illik yubileyi YUNESKO-nun qərarı ilə beynəlxalq miqyasda qeyd edilmişdir. 

 

Əsərləri: 



Əsərləri,  c.14,  B.,  1964-68;  Beş  manat  əhvalatı.  Hekayələr  və  miniatürlər,  B.,  1974;  Ordan-burdan,  B.,  1981; 

Azərbaycan xalq musiqisinin əsasları, B., 1985 (rus və ingilis dillərində də buraxılmışdır); Избранные произведения, Б, 1985. 



Əd.:  Köçərli  F.,  Üzeyir  Hacıbəyovun  ictimai-siyasi  görüşləri,  B.,  1965;  M əmmədli  Q.,  Üzeyir  Hacıbəyov.  Həyat  və 

yaradıcılığının salnaməsi, B., 1984; Aslanov M., Üzeyir Hacıbəyov-jurnalist, B., 1985; Qasımova R., Üzeyir Hacıbəyovun komediyaları, 

B., 1984; Səfərova Z., Üzeyir Hacıbəyov, B., 1985 (rus, ingilis, fransız,  ərəb, türk, fars dillərində də buraxılmışdır); Üzeyir Hacıbəyov 

ensiklopediyası, B., 1996; Виноградов В., Узеир Гаджибеков , М.-Л., 1947; Абассова Э., Узеир Гаджибеков, Б., 1975.  

 

 


438 

 

 



HACIBƏYLĠ  Zü lfüqar  Əbdülhüseyn  oğlu  (17.4.1884,Şuşa  -  30.9.1950,  Bakı)  - 

bəstəkar.  A zərbaycanın  ə mə kdar  incəsənət    xadimi  (1943).  Üzeyi  Hacıbəylinin  böyük  qardaşı, 

məşhur  dirijor  və  bəstəkar  Niyazin in  atasıdır.  A zərbaycan  musiqi  mədəniyyətinin  inkişafında 

böyük  xid mətlərio lmuşdur.  İlk  A zərbaycan  operalarından  olan  "Aşıq  Qərib"də  (1915,  tamaşası 

1916)  muğamlara  əsaslanmış,  xalq  musiqi  folkloru  ilə  Avropa  musiqisini    əlaqələndirməyə  

çalış mışdır.   Öz   librettoları   əsasmda bəstələdiyi "Əlli yaşında cavan" (1909), " Varlı" ("On  bir 

yaşında  gəlin",  1911),  "Ev liy kən  subay"  (1911)  musiqili  ko mediyaları  musiqi  dilinin  sadəliyi, 

aydınlığı,  eləcə  də  dramaturgiya  baxımından  diqqətəlayiqdir.  Bir  sıra  mahnı,  simfonik  orkestr, 

nəfəs alətləri və  xa lq çalğ ı alət ləri üçün əsərlər, dra m ta maşalarına, "Alma z" kinofilminə (Niya zi 

ilə  b irgə)  musiq i  yazmışdır.  "Nüşabə"  və  "Üç  aşıq"  (Məlikmə mməd)  operaları  yarımç ıq 

qalmışdır.1918  ilin  martında  Bakıda  erməni  daşnakları  tərəfindən  azərbaycanlılara  qarşı  törədilən  soyqırımı  hadisələri 

zaman ı  Z.Hacıbəyli  İrana  mühacirət  etməyə  məcbur  olmuşdu.  Həmin  ilin  sentyabrında  Bakı  Qafqaz  İslam  Ordusu 

tərəfindən azad olunduqdan və Azərbaycan Xalq Cü mhuriyyəti Höku mət i  Ba kıya  köçdükdən sonra ma rt soyqırımı  za man ı 

şəhəri  məcburi  surətdə  tərk  etmiş  digər  teatr  və  musiqi  xadimləri  kimi  Z.Hacıbəyli  də  həmin  il  o ktyabrın  11-də  İrandan 

Bakıya  döndü.  Mart  soyqırımı  zamanı  böyük  dağıntılara  və  talanlara  məruz  qalmış  Bakının  teatr  və  musiqi  aləmi  yavaş-

yavaş  canlanmağa  başladı.  " Hacıbəyli  qardaşlarının  opera-operetta  artistləri  dəstəsi"  bu  işdə  mühüm  ro l  oynadı. 

"Azərbaycan" qəzetinin  mə lu matına görə, Hac ıbəyli qardaşlarının təşəbbüsü ilə   Bakıda  müsəlman d ra m-opera və  operetta 

truppası yaradıldı. Səhnə fəaliyyətlərinin istiqamətindən asılı olmayaraq, bütün müsəlman teatr xad imləri bu truppaya qəbul 

olundular.  1918  il  noyabrın  4-də  Cü mhuriyyət  Hö ku mətinin   təşkil  etdiy i  Dövlət  teatrının   binasında  (indiki  Azərbaycan 

Dövlət Akademik  Opera və Balet teatrı) Hacıbəyli qardaşları teatr truppası tamaşaların ın açılışı o ldu.  Bu  illərdə Hacıbəyli 

qardaşları  teatr  truppasının  fəaliyyətinə,  əsasən,  Zülfüqar  Hacıbəyli  rəhbərlik  edirdi.  Bununla  yanaşı,  1918-20  illərdə 

Zülfüqar Hacıbəylinin "Aşıq Qərib", "Ev liy kən subay" və "Əlli yaşında cavan" opera və musiqili ko med iyaları da Bakı teatr 

səhnələrində ta maşaya qoyulmuşdur. 

 

Əd.: 

Cəbrayılbəyli C, Zülfüqar Hacıbəyov, B., 1985.

 

 

"HACIBƏ YLĠ  QARDAġLARININ  OPERA -

OPERETTA 

ARTĠS TLƏRĠ 

DƏSTƏS Ġ" 

Azərbaycanda  fəaliyyət  göstərmiş 



müstəqil  opera-

operetta artistləri truppası. 1914 ildə "Nicat" cə miyyəti ilə  

Üzeyir  Hacıbəyli  arasında  "Leyli  və  Məcnun"  operasına 

sahiblik  barədə  münaqişədən  sonra  Hacıbəyli  qardaşları 

müdiriyyəti  yaradılmışdı.  1916  il  avqustun  31-dən  isə 

Üzeyir  və  Zü lfüqar  "Hacıbəyli  qardaşların ın  opera-

opererta  artistləri  dəstəsi"  təşkil  edilmişdi.  Dəstəyə 

Üzeyir  Hacıbəyli  rəhbərlik  ed irdi.  "Açıq  söz"  qəzeti  bu 

barədə  ilk  xəbərində  yazmışdı:  "Üzeyir  bəy  Hac ıbəyli 

tərəfindən öz təhti-idarəsində olmaq ü zrə  "Hacıbəyli 

 

 

 



439 

 

 



qardaşlarının opera-operetta dəstəsi" adında bir truppa təşkil edilibdir. Məşhur artistlərimizin hamısı həmin dəstəyə daxild ir. 

Dra m  artistlərindən  Abbas  Mirzə  Şərifzadə  də xi  Üzeyir  bəy  tərəfindən  cəlb  edilib,  rejissorluq  cəhəti  ona  tapşırılıbdır..." 

("Açıq söz", 1916,  31 avqust). Truppa həm  Bakıda tamaşalar verir, həm də  Qafqaz,  Vo lqaboyu və Orta Asiyanın bir ço x 

şəhərlərinə  qastrol  səfərlərinə  gedirdi.  Truppanın  repertuarında  Hacıbəyli  qardaşlarının  opera  və  operettaları  ("Ley li  və 

Məcnun", "Əsli və Kə rə m", "Aşıq Qərib" və b. operalar, "Ər və Arvad", "Evliykən subay", "Arşın mal alan", "O o lmasın, bu 

olsun" və b. musiqili ko mediyala r) əsas yer tururdu. 

1918  ilin  martında  Bakıda  S.Şau myan  başda  olmaq la  erməni  daşnakla rın ın  a zərbaycanlılara  qarşı  törətdiyi  soy-

qırımı  vaxtı  Hacıbəyli  qardaşlarının   opera-operetta  truppasına  da  böyük  zərər  dəyir.  Bu  hadisə  nəticəsində  Üzeyir  və 

Zülfüqar Hacıbəyli qardaşları İrana mühacirət etməyə məcbur olurlar. 

1918 il sentyabrın 15-də Bakı Qa fqaz İslam  Ordusu tərəfindən azad edildikdən, Azərbaycan Xalq  Cü mhuriyyəti 

Höku məti Bakıya köçdükdən sonra müsəlman teatrı yenidən fəaliyyətə başlayır. Bu  işdə Cü mhuriyyət Höku məti tərəfindən 

Mailov qardaşları teatrı binasının alınaraq ona Dövlət Teatrı statusunun verilməsin in də  mühüm ro lu olmuşdur. Hə min  ilin 

oktyabrında  Zülfüqar  və  Üzey ir  Hacıbəyli  qardaşları  Bakıya  qayıtmış  və  tezliklə  Bakıda  olan  artistlərdən  bir  dəstə  təşkil 

etmə k  üçün  ayrı-ayrı  sənətkarlarla   danışıqlar  aparmışlar.  "Azə rbaycan"  qəzetinin  1918  il  21  o ktyabr  tarixli  nö mrəsində 

Hacıbəyli qardaşların ın təşəbbüsü ilə  Bakıda, səhnə fəaliyyətlərinin  istiqamətindən asılı olmayaraq, bütün dram, opera və 

operetta artistlərin in da xil o lduğu bir truppa yaratdığı bildirilirdi. Bu  truppaya 26 n əfə rdən yu xarı görkə mli səhnə  xad imi 

daxil olmuşdu. Hacıbəyli qardaşların ın yaratdığı truppanın tamaşaları əsasən Bakıda Dövlət Teatrının b inasında keçirilirdi. 

Azərbaycan Cü mhuriyyəti süqut edən kimi 1920 il apre lin  28-də Türk Aktyorla rı İtt ifaqı təcili iclas çağıraraq, u zun 

illər  uğurlu  fəa liyyət  göstərən  truppa  müdiriyyətinin  guya  "mövqeyi-etibarını  it ird iyindən"  ləğv  edilməsi  və  İttifaqın 

müvəqqəti olaraq onun yerinə  keçməsi barədə qərar qəbul etdi.  Bütün işləri ö z öhdəsinə götürmək  ittifaqa tövsiyə olundu. 

Məmmədə li Sidqi isə İttifaq ad ından müvəkkil təyin edildi. 

 

Əd.: 

Üzeyir Hacıbəyov ensiklopediyası, B., 1996; Azərbaycan teatrının salnaməsi (toplayanı, tərtib edəni və izahların müəllifı 

Qulam M əmmədli), B., 1974.  

 

HACINS KĠ  Camo bəy Süleyman oğlu (14.6.1888, Quba - 1942, Rusiya,  Kirov vil.,  Vyatka) -  ictimai-siyasi  xad im, 

publisist,  teatr  tənqidçisi,  sənətşünas.  Mehdi  bəy  Hacınsk inin  qardaşıdır.  Peterburq  Universitetinin  hüquq  fakü ltəsini 

bitirmişdir (1912).  1907-15  illə rdə "Kaspi" qəzetin in  mü xb iri və ə mə kdaşı olmuşdur.  1915-17  illərdə  

Batu m  vilayətində  və  Dənizkənarı  rayonda  Birinci  dünya  müharibəsi  (1914-18)  dövründə  zərər 

çəkənlərə  yard ım  edən  müsəlman  qaçqın  ko mitəsinin  müvəkkili  işləmişdir.  " Nicat"  mədəni-maarif 

cəmiyyətinin  işində  iştira k  et miş,  müs əlman  dra m  cə miyyətinin  (1916)  və  Azərbaycan  arxeoloji 

cəmiyyətinin (1917) yaradıc ılarından olmuşdur. 

 

 



440 

 

1917 ilin iyulunda Cənubi Qa fqaz Kəndli Deputatları Şurası İcra iyyə Ko mitəsi sədrinin müav ini seçilmiş, oradan 



nümayəndə kimi Rusiya Müəssislər  məclisinə seçkilər ü zrə  Cənubi  Qafqaz  mərkəzi  ko missiyasının sədri vəzifəsinə təyin 

edilmişdir. 

Zaqafqaziya  seymin in  Müsəlman  fraksiyasının,  seym  buraxıld ıqdan  (1918,  26  may)  sonra  isə  yeni  yaradılmış 

Azərbaycan  Milli  Şurasının  (1918,  27  may)  üzvü  olmuşdur.  Hacınski  M illi  Şuranın  Azə rbaycanın  istiqlal  bəyannaməsini 

qəbul edən 26 üzvündən biri  idi. A zərbaycan Milli  Şurasının "Azərbaycan Məclisi Məbusanının təsisi haqqında qanun"una 

(1918, 19 noyabr) əsasən Azərbaycan Cümhuriyyəti Pa rla mentinə da xil edilmişdi. 

Hacınski  A zərbaycan  Xalq  Cü mhuriyyətinin  birinci 

hökumət 


kabinəsində dövlət nəzarətçisi vəzifəsini icra  et miş, 4-cü və 5-c i 

hökumət 


kabinələ rində  (1919  aprel  -20  mart)  poçt  və  teleqraf  naziri 

vəzifəsində 

çalış mış,  Respublikada  rabitə  sahəsinin  inkişafında  xüsusi 

xid mət i 

olmuşdur. 

Hacınski  "Türk  yurdu"  cəmiyyətində  Azərbaycan 

incəsənətindən  mühazirə lər  o xu muş  (1918),  Azə rbaycan  və  s 

mətbuatında  "Qubalı"  imzası  ilə   çıxış  et mişdir.  Üzey ir 

Hacıbəylinin  əsərlərin in  tamaşaları,  hə mç inin  Nəcəf  bəy 

Vəzirov  və 

b. haqqında məqalə və resenziyalar yazmışdır. ―Milli nəğ mələr" 

kitabçalarında (1919-20) şeirləri dərc o lu muşdur. 



Aprel  işğalından  (1920)  sonra  xalq  ədliyyə 

ko missarlığında in zibati-ma liyyə şöbəsinin rəisi təyin olun muş, 

mədəniyyət 

və 


maa rif 

sahəsində 

fəaliyyətini 

dava m 


etdir-mişdir. 

Azərbaycanı  Tədqiq  və  Tətəbbö  Cəmiyyətinin  işində  yaxından 

iştirak 

etmiş, qədim  mədəniyyət abidələrin in  mühafizəsi  məsələləri ilə 

məşğul 

olmuşdur.  1922  il  aprelin  21-də  həbsə  alın mış,  3  il  məhbəsdə 



saxlandıqdan sonra Solovki (Rusiya, Arxangelsk v ilayəti) həbs 

düşərgəsinə 

göndərilmişdir.  1928  ilin  iyununda  azad  edilərək  Bakıya 

qayıtmış, 

həmin ilin iyulundan respublika  Kənd Təsərrüfatı Kooperasiyası 

İttifaqında 

("Köybirliyi")  plan   şöbəsinin  katibi  olmuş,  sonra  şöbə  müdiri 

vəzifəsini 

icra  etmişdir.  Hacınski  1933  ilin  noyabrından  Azərittifaq  

sistemində 

işləmiş, bir  ildən sonra sənaye kooperasiyasında baş məsləhətçi 

vəzifəsinə 

keçirilmişdir.  1937  ilin  yanvarında  həmin  vəzifə  ləğv 

olunduğundan işdən çıxarılmış, 1938 il noyabrın 24-də yenidən həbs edilərək sürgün olun muşdur. Kirov v ilayətin in Vyatka 

həbs düşərgəsində vəfat etmişdir. 

1956 il iyunun 13-də SSRİ A li Məhkə məsinin hərb i kollegiyası tərəfindən ona bəraət verilmişdir. 



 

Əd

:.  Əliyev  M .,  Cəmo  bəy  Hacınski,  "Azərbaycan  Demokratik  Respublikası.  Azərbaycan 

Hökuməti (1918-1920)" kitabında, B., 1990. 



Yüklə 19,75 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin