Xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu


GƏNCƏ  MÜSƏLMAN  MĠLLĠ  KOMĠTƏS Ġ



Yüklə 19,75 Mb.
Pdf görüntüsü
səhifə71/80
tarix31.01.2017
ölçüsü19,75 Mb.
#7086
1   ...   67   68   69   70   71   72   73   74   ...   80

GƏNCƏ  MÜSƏLMAN  MĠLLĠ  KOMĠTƏS Ġ  - qeyri-höku mət ictimai təşkilatı. Fevral  inqilab ından (1917) sonra 

Azərbaycanın  Ba kı  və  digər  şəhərləri  ilə  yanaşı,  Gəncədə  də  Müsəlman  Milli  Ko mitəsi  yaradılmışdı.  Ölkədə  haki-

miyyətsizlik  və   anarxiyanın  hökm  sürdüyü  1917-18  illərdə  (A zərbaycan  Xa lq  Cü mhuriyyəti  Hö ku məti  Gəncəyə  köçənə 

qədər)  başqa  yerlərdə  olduğu  kimi,  Gəncədə  də  azərbaycanlıların  vəziyyəti  və  onların  müdafiəsi  ilə  əlaqədar  bütün 

məsələ lər  b ilavasitə  bu  ko mitə  tərəfindən  həll  ed ilirdi.  Gəncə  Müsəlman  Milli  Ko mitəsinə  Nəsib  bəy  Yusifbəyli  başçılıq 

edirdi.  Ələkbər  bəy  Rəfibəyli,  Xəlil  bəy  Xasməmmədov,  Həsən  bəy  Ağayev,  Aslan  bəy  Səfikürdski,  Məmmədbağır 



Şeyxzamanlı və b. Milli  Ko mitənin ü zvləri  idilər.  Ko mitənin silahlı  mühafizə dəstələri yarad ılmışdı.  Qaçaq  Qəmbər,  Sarı 

Ələkbər kimi nüfuzlu qaçaqlar Ko mitəni müdafiə ed ird ilər. 

1918  ilin  birinci  yarısında  erməni-daşnaklarının  xalqımıza  qarşı  soyqırımların ın  qarşısını  almaq  üçün  Gəncədəki 

Müsəlman Milli Ko mitəsi  xüsusi fəallıq göstərmişdi. Məhz  Gəncə Müsəlman Milli Ko mitəsinin səyləri nəticəsində şəhərdə 

və qəzada ermənilərin törətdiklə ri qırğınla rın qarşısı alın mışdı. On lar hətta şama xılıların da kö məy inə getmişdilə r. 

Azərbaycan Xa lq  Cü mhuriyyəti Hö ku məti 1918  il  iyunun 16-da  Gəncəyə köçdükdən sonra, iyunun 27-də  Gəncə 

Milli  Ko mitəsinin  sərəncamındakı  bütün  ərzaq  ehtiyatının  ərzaq  nazirliyinə  təhvil  verilməsi  barədə  qərar  qəbul  etdi. 

Höku mətin   1918  il  7  iyul  tarixli  digər  qərarı  ilə  daxili  işlər,  maliyyə  və  ərzaq  nazirliklərinə  Gəncə  Müsəlman  Milli 

Ko mitəsini ləğv et mə k, onun əmla kın ı aşkarla maq və  qəbul et mə k üçün xüsusi ləğvetmə  ko missiyası yarat maq. Hö ku mətin 

həmin gün qəbul etdiyi digər qərarında isə daxili  işlər nazirliyinə tapşırılırdı ki, A zərbaycan Xalq  Cü mhuriyyəti əra zisində 

dövlət hakimiyyət orqanları yaradıldıqca, hə min əra zilə rdəki milli ko mitələ ri ləğv etsin. 

 

Əd.: 

Aзepбaйджанская Демократиская  Pecnублика (1918-1920), Законодательные акты (сборник документов), Б., 1998;  

 

 

GƏNCƏ  ġƏHƏR  ÖZÜNÜĠDARƏSĠ  1892  ildə  yaradılmış  şəhər  idarəetmə  orqanı.  1917-18  illərdəki  hərbi 

əməliyyatlar, soyqırımları, hərc-mərclik və anarxiya dövründə fəaliyyətini dayandırmışdı. 

1918  il iyunun 22-də  Azə rbaycan Xa lq  Cü mhuriyyəti  Höku məti  Gəncə şəhər başçısının  müav ininə şəhər ö zünü-

idarəsini  çağırmaq  və  dərhal  ö z  işinə  başlamaq  barədə  tapşırıq  verdi.  La kin  son  illə rin  hadisələri  nəticəsində  şəhər 

təsərrüfatının  tənəzzülə   uğra ması,  ölkədəki  maliyyə  böhranı,  şəhərdə  çoxsaylı  qaçqınla rın   olması  və  epide miyala r  şəhər 

idarəsinin  fəaliyyətini  əngəlləyird i.  Buna  görə  də  Gəncə  şəhər  özünüidarəsinə  kömə k  məqsədilə  hökumət  dəfə lərlə 

xə zinədən vəsait ayırma lı olmuşdu. 

1919  il yanvarın 25-də Azərbaycan Parlamenti səpmə yatalaq epidemiyası ilə  mübarizə üçün  Gəncə şəhər özünü-

idarəsinə 450 min manat fa izsiz borc  ayrılması ba rədə qərar qəbul etdi. Hoyabrın  1-də Gəncə sakinlə rinə  tibbi yardım üçün 

daha 50  min  manat ayrıld ı. Noyabrın  5-də  isə səpmə yatalaq  xəstəliyinə tutulmuş qaçqınlara tibbi yardımdan ötrü  yenidən 

vəsait ayrılmışdı.  Ya xın laşan aclıq la  mübarizə  məqsədilə 1919  il  may ın 25-də Azə rbaycan Xalq  Cü mhuriyyəti Pa rla menti 

təkcə ta xıl və digər zəruri ə rzaq məhsulları alın masına 1 milyon manat məbləğ ində faizsiz borc verilməsi barədə qərar qəbul 

etdi. 

Azərbaycan  şəhərlərinin  maliyyə  vəziyyətini  ya xşılaşdırmaq  üçün  1919  il  iyulun  27-də  " Gət irilən  və  aparılan 



yüklərdən şəhərlərin  xeyrinə pud hesabı ilə  rüsumlar toplamaq haqqında  müvəqqəti qaydalar" barədə qanun qəbul olundu. 

Dekabrın 10-da  isə hökumət  Gəncə şəhər özünüidarəsinə bu qanunda nəzərdə tutulan şərtlərlə  1921  il yanvarın  1-dək, yəni 

1919 il 27 iyul tarixli qanunun qüvvədə olduğu vaxtadək, şəhərin xeyrinə rüsumlar topla mağa ica zə verd i. 

Azərbaycan  Xalq  Cü mhuriyyəti  Höku mət i  şəhər  dumasına  seçkilər  və  deputatların  saxlan ılması  xərc ləri  üçün  də 

vəsait  ayırmışdı.  Hö ku mətin  şəhərə  kömə k  üçün  xə zinədən  dəfələrlə  xeyli  vəsait  ayırmasına  baxmayaraq,  Gəncə  şəhər 

özünüidarəsi  o  zamankı  mürəkkəb  tarixi  şəraitdə  fəal  və  səmərəli  fəaliyyət  göstərə  bilmird i.  Şəhər  ö zünüidarəsinin 

fəaliyyətinə Gəncə qubernatoru və daxili işlər na ziri nə zarət edirdilər. 

GƏNCƏ ġƏHƏR  POLĠS  ĠDARƏSĠ - A zərbaycan Xalq  Cü mhuriyyətinin  Gəncə şəhəri üzrə polis quru mu. 1917

 

il  apre lin  27-də  Xüsusi  Zaqafqaziya  Ko mitəsi  tərəfindən  ləğv  edilmiş  Gəncə  şəhər  polis  idarəsi  Azərbay- 



can Xalq  Cü mhuriyyəti dövründə bərpa olundu. Hö ku mətin 1918 il 23 iyun tarixli qərarına əsasən, iyulun 2-də Yelizavetpol 

(Gəncə)  quberniyası  üzrə   polis  ə məkdaşlarının  müvəqqəti  maaşları  müəyyən  edildi.  Qə za  polisinə  da xili  işlər  na ziri 

tərəfindən təyin olunan qəza rə isi başçılıq edirdi. 

Gəncə qəzası  4 polis məntəqəsinə bölünmüşdü. Bu  məntəqələrə pristavlar başçılıq edirdilər. On ların tabeliy indəki 

polis  nəza rətçiləri  asayişin,  təhlükəsizliyin   tə min  olun ması  və  abadlıq  işləri  üçün  məsuliyyət  daşıyır,  müvafiq   yu xarı 

hakimiyyət orqanların ın göstərişlərini yerinə yetirird ilə r.  Pristavları qubernator, qalan polis işçilərini isə qəza  rəisi təyin və 

azad edirdi. 

GƏNCƏ ġƏHƏRĠNĠN  ADININ BƏRPAS I BARƏ DƏ QƏRAR - A zərbaycan Xalq Cü mhuriyyəti Höku mətin in 

tarixi adların bərpa olun ması barədə qəbul etdiy i qərarlardan biri. 1804 il yanvarın 3-də rus qoşunları Gəncəni işğal etdikdən 

sonra şəhərin adı dəyişdirilərək rus çarı I Aleksandrın arvadı Yelizavetanın adı ilə Yelizavetpol adlandırılmışdı. 

 

 



 

 


425 

 

Azərbaycan Cümhuriyyəti Höku mətinin 1918  il  30 iyul tarixli qərarı ilə ədalətsizlik  ləğv olunaraq Gəncə şəhərinin 



adı bərpa edilmişdi. 

GƏNCƏ  ÜS YANI  (1920)  - sovet işğalına qarşı 1920  il  may ın  26-31-də  Gəncədə baş vermiş  xalq  üsyanı. Üsyan 

Azərbaycanın  işğal  edilməsinə,  onun  dövlət  müstəqilliyinə  son  qoyulmasına  qarşı  xalq ın  ən  kütləvi  və  mütəşəkkil 

müqaviməti id i.  "Gəncə üsyanı millətimizin şərəf və  namusunun yenidən qəsbi-etibar qazandığı bir dastandır" (Ceyhun 

Hacıbəyli). Üsyanın təşkilatçıları və istiqamətverici qüvvəsi Azərbaycan Xalq Cü mhuriyyəti ordusunun zabitləri  idi. Mayın 

23-də üsyan başçılarının  sonuncu müşavirəsi keçirildi. Müşavirədə A zərbaycan ordusunun təchizat rəisi general Məhə mməd 

Mirzə  Qacar,  1  -c i  piyada  diviziyasının  ko mandiri  general-mayor  Cavad  bəy  Şıxlinski,  süvari  diviziyasının  ko mandiri 

Teymur  bəy  Novruzov,  3-cü  Şəki  süvari  alay ının  ko mandiri  polkovnik  Cahangir  bəy  Kazımbəyov  və  başqaları  iştira k 

edirdilər. 

Üsyanın təşkilində başlıca olaraq, A zərbaycan ordusunun 1-ci piyada diviziyası, 3-cü  Gəncə alay ının şəhərdə olan 

bölmələri,  3-cü  Şəki  süvari  alayın ın  təlim  ko mandası,  bir  topçu  batareyası,  diviziya  qərargahına  tabe  olan  ko mendant 

bölməsin in şəxsi heyəti  iştirak ed ird i.  Qaçaq Qəmbər, Sarı  Ələkbər, qaçaq Qasım  Kolaxani, qaçaq Mikayıl və başqaları da 

öz silahlıları ilə b irlikdə Gəncə üsyanında iştirak edirdilər. Şəhər əhalisindən qoşuları könüllülərlə b irlikdə üsyançıların sayı 

10 mindən artıq idi. 

Üsyan  ərəfəsində şəhərin  daxilində  və  ətrafında  11-ci  Qrrmızı  ordunun  20-ci  atıcı  d iviziyasının  hissələri  mövqe 

tutmuşdu.  Diviziyanın  178-ci  və  180-ci  atıcı  alayları  şəhərin  ermən i  məhəlləsində,  3-cü  briqadanın  rabitə  taboru  və 

ko mendant  bölməsi  isə  şəhərin  azərbaycanlılar  yaşayan 

məhə lləsində  idi.  40-cı  süvari  briqadası  Zurnabad  kəndinin  

ətrafında  dayanmışdı.  Mayın  25-də  Taman  süvari  briqadasının 

2-c i a layı da Gəncəyə gətirildi. 

Üsyan 1920  il  mayın  25-dən 26-na keçən gecə başladı. 

Üsyançılar  q ısa  müddətdə  şəhərin  mühü m  obyektlərini, 

azərbaycanlılar  məhəlləsindəki q ırmızı qoşun hiss ələrini nə zarət  

altına  götürdülər.  Hərbi  anbar,  şəhər  həbsxanası,  dəmir  yolu  

stansiyası,  fövqəladə  ko missarlığın  b inası  da  ələ  keçirildi. 

Üsyanın başlama tarixin in seçilməsi də təsadüfi deyildi. Mayın  

28-də Azərbaycan Xa lq Cü mhuriyyətinin elan olun masının  2 ili 

tama m olurdu. Hə min gün  Gəncə üsyanının rəhbərləri və  şəhər 

ictima iyyəti 

dairə 

məh kə məsinin 



binasına 

toplaşıb, 

Azərbaycanın istiqlaliyyətinin elan olun masının  iki  illiyin i qeyd 

etdilər. 

11-ci  Qırmızı  ordu  ko mandanlığ ı  üsyanın  yatırılması 

üçün təcili tədbirlər gördü. Üsyan başlanan kimi 179-cu alay və 

20-ci  div iziyanın   süvari  briqadası  dərhal  Gəncəyə  gətirildi. 

Mayın  28-də  18-ci  süvari  d iviziyası  da  Zaqatala  bölgəsindən 

gətirilərə k,  Gəncə  ətrafında  yerləşdirildi.  May ın  29-da  kifayət 

qədər  möhkə mləndirilmiş  q ırmızı  qüvvələrin  üsyançılar  üzə rinə  hücu mu  uğursuzluqla   başa  çatdı.  Bir  neçə  istiqa mətdən 

həyata keçirilən hücumda bolşevik qüvvələri qarşıya qoyduqları vəzifəni yerinə yetirə bilmədilər. Əksinə, üsyançıların əks-

hücumları bolşevik qüvvələrini ağır vəziyyətə saldı. Belə olduqda 11-ci Qırmızı ordu ko mandanlığ ı Gəncəyə əlavə qüvvələr 

gətirməyi qəra rlaşdırdı. 20-c i d iviziyanın  Gürcüstan s ərhədində olan 2-ci briqadası,  Bakıdakı  zirehli avtodivizion  Gəncəyə 

göndərildi. Mayın 30-da növbəti döyüşlər başlamazdan əvvəl 11-ci Qırmızı ordunun Gəncədə 5 piyada alay ı, 6 süvari alayı, 

7 ə lahiddə hissə və dəstələri, 57 ədəd topu və 2 zirehli avtomobili var idi. Bu qüvvələrin ço xu şəhərin şima lında yerləşdirild i 

və  mayın  31-də  əsas  hücum  buradan  başladı.  Hücu mun  bütün  istiqamətlərdən  gücləndirilməsi,  ço xlu  sayda  topların  və 

zirehli avtomob illərin işə salın ması şəhərdə son dərəcə böyük dağıntılara səbəb oldu. Yaln ız bundan sonra vətənin azadlığ ı 

uğrunda  ölüm-dirim  mübarizəsinə  girən  üsyançıların  müqavimətini  qırmaq  mü mkün  oldu.  Onlara  dəhşətli  divan  tutuldu. 

Şəhəri tərk etmək  imkanları olmayan üsyançılar, habelə dinc əhali  mühasirəyə alınaraq kütləvi şəkildə güllələndilər. Üsyan 

yatırıldıqdan sonra Azərbaycan ordusunun 12 generalı, 27 polkovnik və podpolkovniki, 46 kapitan, ştabskapitan, poruçik və 

podporuçiki, 146 p raporşik və podpraporşiki, 267 d igər hərbi qulluqçusu bolşeviklər tərə findən güllə ləndi. 

Gəncə  ermən ilə ri  və  silah lı  daşnak  dəstələri  üsyançılara  d ivan  tutulmasında  bolşeviklərə  növbəti  dəfə  xid mət 

göstərdilər. 

 

Əd.: 

Süleymanov M., Azərbaycan ordusu (1918-1920), B., 1998; İbişov F., Azərbaycan kəndində sosial-siyasi proseslər (1920-

1930). B., 1996. 

 

GƏNCƏ  YUNKER  MƏKTƏBĠ Azərbaycan Xalq  Cü mhuriyyəti o rdusu üçün milli hərbi kad rlar hazırlayan təhsil 

müəssisəsi (bax Gəncə hərbi məktəbi). 



"GƏNCLƏR  YURDU" - Azərbaycan Xalq Cü mhuriyyəti elan o lunduqdan (1918,  28  may) sonra nəşrə başlayan 

ictima i-siyasi  jurna l;  "Müsavat"  partiyasının  nəzdində  yarad ılmış  " Gənc lər  cə miyyəti"nin  orqanı.  1918  ilin  iyunundan 

noyabrın  15-dək  (əvvəlcə  həftəlik,  sonra  isə  ayda  2  dəfə)  Bakıda  Azərbaycan  dilində  nəşr  olunmuş,  cəmi  35  nömrəsi 

çıxmışdır.  Redaktorları  T.F.Hacızadə  və  Mirzəbala  Məmmədzadə  id ilər.  Jurnalda  gənc  ədəbi  qüvvələrin   milli  istiqlalın, 

müstəqilliy in qorun masına çağırış ruhlu şeirləri, ictimai həyatın mü xtəlif məsələləri, xüsusilə gəncliy in problemləri ilə bağlı 

yazıları çap edilird i. 



426 

 

GƏRAYBƏYLĠ 

Ağasadıq 

Ağəli 


oğlu  

(15.3.1897,  Şamaxı  -  5.12.1988,  Bakı)  -  teatr  xad imi, 

aktyor.  Azə rbaycan  xalq  a rtisti  (1940).  1910-12  illərdə  

Bakıda  Hüseyn  Ərəblinskinin  rəhbərlik  etdiyi  həvəskar 

dram 

dərnəyində, 



sonralar 

"Nicat", 

"Səfa‖ 

cəmiyyətlərinin,  Zülfüqar  və   Üzey ir  Hacıbəyli  qar-

daşlarının  teatr  truppası-dəstələrində  çıxış  etmiş, 

Əbdürrəhim  bəy  Haqverdiyevin,  Nəriman  Nərimanovun, 

Üzeyir Hacıbəylin in əsərlərində yaddaqalan surətlər yaratmışdır. 

Azərbaycan  Xalq   Cü mhuriyyəti  dövründə  (1918-20)  Ağasadıq 

Gəraybəyli  Ba kıda  və  onun  ətraf  rayonlarında,  A zərbaycanın  digər 

ərazilərində  həyata  keçirilən  bir  sıra  mədəni-maarif  tədbirlərin in  iştirakçısı 

olmuş, eyni zamanda türk dram teatrının  repertuarındakı əsərlərdə çıxış  etmiş, 

xeyriyyə ta maşaları göstərmişdir. 



Aprel  işğalından  (1920)  sonra  Azad  Tənqid-Təbliğ  Teatrının,  

sonralar isə Azərbaycan Dra m Teatrının a ktyoru olmuş, unudulma z s əhnə obrazla rı yarat mışdır. 



 

Əd.: 

Rəhimli 1, A ğasadıq Gəraybəyli, B., 1979.

 

 

GĠNDES   Yevsey  Yakovleviç  (1872,  Kiyev  -  1952,  Bakı)  -  görkəmli  həkim-pediatr, 

Azərbaycan Xalq  Cü mhuriyyəti dövründə xa lq səhiyyə naziri.  Kiyev Universitetinin tibb fa kültəsini 

bitirmiş  (1897),  Kiyevdə  professor  Çernovun  uşaq  klin ikasında  ord inator  (1897-1905),  A leksandr 

xəstəxanasının  yolu xucu  xəstəliklər  uşaq  klinik  şöbəsinin  müdiri  (1902-05)  işlə mişdir.  1905  ildə 

Bakıya  köçmüş,  neft  sənayeçiləri  qurultayı  şurasının  Qaraşəhərdəki  xəstəxanasının  uşaq  şöbəsinin 

müdiri  (1905-14),  1914  ildən  isə  uşaq  xəstəxanasının  direktoru  və  baş  həkimi  o lmuşdur  (bu 

xəstəxana  1922  ildən  Pediatriya  İnstitutuna,  sonralar  isə  Ana  və  Uşaqları  Mühafizə  İnstitutuna 

çevrilmişdi).  Gindes  uşaq  sümük  vərəmi  evinin  -  Zuğulbadakı  sanatoriyasının  təşkilatçısı  və  baş 

həkimi  olmuşdur  (1913-30).  Azə rbaycan  Xalq  Cü mhuriyyəti  dövründə  Fətəli  xan  Xoyskinin  3-cü 

Höku mət  kabinəsində  xalq  səhiyyə  naziri  işləmişdir.  Slavyan-rus  cəmiyyətinin  ü zvü  id i.  Gindes 

Bayıldakı  uşaq  xəstəxanasının  təşkilatçısı  və  baş  həkimi  olmuş  (1932-45),  1941  ildə  dissertasiya  müdafiə  etmədən  tibb 

elmləri  doktoru,  professor  təsdiq  edilmişdir.  Azə rbaycan  Dövlət  Hə kimlə ri  Tə kmilləşdirmə   İnstitutunda  uşaq  xəstəlikləri 

kafedrasının  professoru  (1945-52)  olmuşdur.  Qafqazda  ilk  uşaq  məsləhətxanası,  süd  məhsulları  ("Süd  damcısı")  mətbəxi 

(fəhlə  rayonları o lan  Bayılda və  Sabunçuda filia lı var  id i) təşkil et mişdir. O,  Ba kıda  ilk dəfə   mə ktəb şagirdləri üçün uşaq 

yay düşərgələri təşkil etmiş (1906), fəh lə uşaqları üçün körpələr evi açmışdır.  Bakıda  Gindesi "Uşaq allahı" adlandırırdılar. 

150-dən art ıq əsərin müə llifid ir. Gindesə Azərbaycanın əmə kdar hə kimi adı verilmişdir. 



GORANĠ  Əsgər  ağa,  Adıgözəlov  Əsgər  ağa  Haqverdi  ağa  oğlu  (3.6.1857,  Yelizavetpol  quberniyası,  Goran  k.-

ma rt,  1910,  Gəncə) - ya zıçı,  ictima i  xadim,  maa rifçi, teatr  xad imi. Ta rixç i M irzə Adıgözə l bəyin nəvəsidir.  1874  ildə Ba kı 

realnı  məktəbin i  qızıl  medalla  bitirmişdir.  1873  ildə  məktəbdə  Həsən  bəy  Zərdabinin  təşəbbüsü,  Nəcəf  bəy  Vəzirovun 

rəhbərliy i ilə  hazırlan mış Mirzə  Fətəli A xundzadənin "Mərdi-xəsis" ("Hac ı Qa ra") ko mediyasının  ilk ta maşasında baş rolda 

oynamışdır. 

Təhsilini  Moskvada  Petrovski-Razu movski  kənd  təsərrüfatı  və  meşəçilik  a kade miyasında  davam  etdirmişdir. 

Tələbəlik  illərində  siyasi  fəa liyyətə  başlamış,  a zərbaycanlı  gənclərin  yaratdıq ları  "İmdadiyyə" 

cəmiyyətinin  fəal  üzv lərindən  olmuşdur.  "Əkinçi"nin  redaksiyası  ilə   sıx  ə laqə  yarat mış,  orijinal 

məqa lələ r  yazmış  və  A zərbaycanda  kəndli  təsərrüfatla rın ın  dirçəld ilməsinə  kö mə k  edən  materialları 

rus dilindən tərcü mə edib, nəşr olun maq üçün qəzetə göndərmişdir.  Həsən bəy Zərdabi ilə   müntəzə m 

mə ktublaşır,  gələcəkdə  xalq  maarifini  in kişaf  etdirmək  üçün  nəzərdə  tutduğu  tədbirləri  onunla 

mü zakirə  edird i.  1878  ildə  akademiyanı  torpaqşünas  ixtisası  üzrə  bitirsə  də,  Qafqazda  aqrar 

münasibətlərdə  hərc-mərclik  hökm  sürdüyündən  ixtisası  üzrə  işləməmişdir.  Ədliyyə  orqanlarında 

fəaliyyət  göstərmiş,  Kutaisi  və  Tiflis  dairə   məhkə mələ rində  pro kuror  müavini  vəzifəsində  ça lış mış, 

Su xu mi, Gəncə və Cəbray ılda mühü m əd liyyə xid mət ləri icra  et mişdir. 

1905  ildə  Gəncə  şəhər  bələdiyyə  idarəsinin   sədri  və zifəsinə  seçilmiş,  beş  illik  fəaliyyəti 

ərzində  iki  oğlan,  bir  qız  məktəbi,  bir  ü mu mi,  bir  sarılıq  xəstəxanası  açmış,  şəhərdə  abadlıq  işləri  aparmış,  Nizami 

Gəncəvinin məqbərəsini tə mir etdirmişdir. 

 

 

 



 

 

 



 

 

 



427 

 

Go rani bədii yaradıc ılıqla   müntəzə m  məşğul olmuşdur. O, Ağa Məhə mməd şah Qacarın  Cənubi Qa fqaza  hücum-



larını  təsvir  edən  "Qara  yel"  tarixi  ro manının,  " Hənək,  hənək,  axırı  dəyənək"  pyesi  və  "Qocalıqda  yorğalıq"  vodevilin in, 

A.S.Puşkin və M.Y.Lermontovdan tərcümələrin müəllifid ir. 

Go rani  öz  həmfikirləri  və  müasirləri  kimi  A zərbaycanda  milli  azadlıq  hərəkatının   yüksəlişində  mühü m  rol 

oynamışdır. A zərbaycan Xalq  Cü mhuriyyətinin qurulması  ilə nəticələnən milli azadlıq hərəkatın ın tarixi  Go ranin in mənsub 

olduğu ziyalı nəslinin maarifçilik fəaliyyəti ilə sıx bağlıdır. 

 

Əsərləri: 



Azərbaycan  uşaq  ədəbiyyatı  müntəxəbatı  (XIX  -  XX  əsrlər),  3  cilddə,  c.l  (tərtib  edənlər:  Xeyrulla  M əmmədov, 

Ağahüseyn Həsənov), B., 2001; Pyeslər (tərtib edəni Dilarə M əmmədova), B., 1984. 



Əd.: 

Qasımzadə F., XIX əsr Azərbaycan ədəbiyyatı tarixi, B., 1974; Tarverdiyeva G., Əsgər ağa Gorani, B., 1977; Zeynalov A., 

"Kəşkül" qəzetində ədəbiyyat, B., 1978. 

 

GÖMRÜK  XĠDMƏTĠ  DƏS TƏLƏRĠ  -  Azərbaycan  Xalq  Cü mhuriyyətinin  ərazisini  qeyri-qanuni  ticarətdən  və 

qaçaqmalçılıqdan qoru maq  məqsədilə yaradılmış sərhəd  mühafizə və yo xlanış quru mları. A zərbaycan Xalq  Cü mhuriyyəti 

Höku mətin in 1918  il 12  iyul tarixli qərarı  ilə  Qazax qəzasının  Salah lı və Şıxlı  kəndlərində, Poylu  dəmir yol stansiyasında 

sərhədi qaçaqmalç ılıqla  ərzaq keçirilməsindən qorumaq məqsədilə  gömrük postları yaradılmışdı. 

Parla mentin  1918  il  18  avqust  tarixli  qanununa  əsasən,  qaçaqmalç ılıq la  mübarizə,  A zərbaycan  Xa lq  Cü mhuriy-

yətinin əra zisin i qeyri-qanuni tica rətdən qorumaq  məqsədilə A zərbaycanın sərhədlərində  99 post yaradılmışdı və bunlarda 

992  mu zdlu  keşikç i  vardı.  Zabit  ko manda  heyəti  olan  postlar  quberniyalar  üzrə  sərhəd  mühafizəsi  rəislərin in  tabeliyində 

birləşirdilər.  Sə rhəd  mühafizəsinin  təşkilinə  rəhbərlik  et mə k  və  onun  işini  gö mrük  idarəsi  ilə  uzlaşdırmaq  üçün  ma liyyə 

nazirliyin in dəftərxanasında  xüsusi sərhəd mühafizəsi şöbəsi yaradılmışdı. 1919  ilin  mayında Zaqatala  mahalın ın Qabaqçöl 

və Mazımçay kəndlə rində,  Gəncə quberniyası Qa za x qəzasının  Şıxlı və Sa lahlı  kəndlərində gömrük postları vardı.  1919  il 

iyulun  10-da   Azə rbaycan  Parla menti  Ağstafa  gömrü kxanasından  keçən  nəqliyyat  vasitələrini  və  sərnişinlə ri  yo xla maq 

məqsədilə  Qa za x qə zasının Poylu də mir yol stansiyasında və Ça xmaqlı kəndində də ön gömrük postlarının yaradılması haq-

qında qanunlar qəbul etdi. 

1919  il  sentyabrın  29-da  Cü mhuriyyət  Höku məti  Qızılağac  gömrü k  postunun  fəaliyyətinin  bərpası  barədə  qərar 

qəbul  etdi.  Pa rla mentin  və  Höku mətin  qanun  və  qərarlarına  əsasən,  sərhəd  mühafizə   və  yo xlanış  məntəqələrinin  sayı 

artırılmaqda id i. Aprel işğalı (1920) bu sahədə də işlərin başa çatdırılmasına imkan vermədi. 



GÖMRÜK  XĠDMƏTĠNĠN  YARADILMAS I  HAQQINDA  QƏRAR - Azərbaycan Xalq Cü mhuriyyəti gö mrük 

sisteminin  fəa liyyətə  başlamasını  tə min  edən  sənəd.  1918  il  avqustun  10-da  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Höku mət i 

tərəfindən qəbul edilmişdi. 

Qərara   əsasən,  ilk  va xt lar  ən  ço x  ehtiyac  duyulan  yerlərdə  və  zəruri  sayda  işçilə r  götürülməklə,  gömrükxanalar 

yaradılırd ı. Gö mrü kxanalar yarad ılarkən müvafiq təşkilati strukturlar da formalaşdırılırdı. 

GÖYÇAY  DÖYÜġ Ü  -  Qafqaz  İslam  Ordusu  qüvvələri  ilə  Bakı  Xalq  Ko missarları  Sovetinin  tabeliy indəki 

bolşevik-daşnak  quldur  dəstələrindən  təşkil  edilmiş  Qafqaz  Qırmızı  Ordusu  hiss ələri  arasında  baş  vermiş  döyüş  (1918, 

iyun).  Döyüş  türk  və  Azərbaycan  hərbi  hissələrindən  təşkil  edilmiş  Qafqaz  İslam  Ordusunun  bolşevik  və  daşnak  silahlı 

qüvvələri  ilə  ilk  ciddi  döyüşü  idi.  İyunun sonunda  döyüş  Qaraməryəmin  azad  edilməsi  ilə  başa  çatdı  (bax  Qaraməryəm 



döyüşü). 

GÖYÇAY  QƏZASI  -  Bakı  quberniyası  tərkibində  in zibati-ərazi  vahidi.  Göyçay  qəzası  Zaqafqaziya  və  Qafqaz 

diyarının  idarəçiliyində dəyişikliklər haqqında 1867  il 9 dekab r tarixli çar  fərman ı əsasında yaradılmışdı.  Göyçay qəzasının 

mə rkə zi Göyçay yaşayış məntəqəsi idi. Qə za  idarə  sistemi mövcud idi. Qafqaz təqviminin  (1917) mə lu matına görə, Göyçay 

qəzasının sahəsi 4676,58 k v.verst idi.  Qə za əhalisinin  (134,098 nəfə r) 127650 nəfə ri yerli sakinlə r, 6448 nəfəri  müvəqqəti 

yaşayanlar  idi.  Əhalinin  112,6min  nəfərin i  azərbaycanlılar,  17,2  minini  ermənilər,  3,3  min ini  ruslar  təşkil  edirdi.  Qəza 

əhalisinin  73891  nəfəri  kişi,  60207  nəfəri  qadın  id i.  Əhali  kənd  təsərrüfatı  ilə  məşğul  olurdu.  Kustar  sənaye  sahələri 

(xalçaçılıq, ipəkçilik və s.) inkişaf etmişdi. 

Oktyabr çevrilişindən (1917) sonra  Bakıda hakimiyyəti ələ keçirən  daşnak-bolşevik güruhundan ibarət olan  Bakı 

Soveti bütün Azərbaycan ərazisində möh kəmlən məyə çalışırdı. Buna görə də Azərbaycan Xalq  Cü mhuriyyətinin  yaran ması 

və onun 1918  il  iyunun ortalarında  Gəncəyə köçməsi daşnak S.Şau myanın başçılıq etdiy i  Bakı  Xalq  Ko missarları  Sovetini 

narahat  edirdi.  Odur  ki,  S.Şau myan  Sovet  Rusiyasına  arxa lanaraq,  Cü mhuriyyət  Höku mətini  aradan  qaldırmaq  üçün 

Gəncəyə hücuma keç məyi qəra ra a ldı. Türk-A zərbaycan hərbi qüvvələrindən ibarət olan Qafqa z İsla m Ordusu ilə Bakı Xa lq 

Ko missarları Sovetinin hərbi qüvvələri arasında həlledici döyüşlər Göyçay qəzası ərazisində baş verdi. İlk döyüş iyunun 16-

18-də  Göyçaydan  20  verst  ş ərqdə  yerləşən  Qara məryə m  kəndi  ya xınlığında  oldu.  La kin  burada  üstünlük  düşmənin  əlinə 

keçdi.  Vəziyyəti  belə  görən  Nuru  paşa,  Əlağa  Şıxlinski  və  5-ci  d iviziyanın  ko mandiri  Göyçaya  yola  düşdü.  Qələbə  üçün 

ciddi  tədbirlə r  görüldü.  İyunun  27-30-da  Göyçay  və  Qara məryə m  ətra fındakı  döyüşlərdə  daşnak-Sovet  ordu  hiss ələri 

məğ lubiyyətə uğradıldı (ba x Qaraməryə m döyüşü). Bu qələbə cəbhədə 

 

 



 

 

 



 

 

 



 

428 

 

 



 

 

 



429 

 

Qafqaz İslam Ordusunun xeyrinə dönüş yaratdı. İyulun 10-da Kürdəmir, 14-də  isə Kərrar stansiyası düşməndən azad olundu. 



Göyçay qəzası azad edildikdən sonra burada dinc quruculuq işlərinə başlandı. Azərbaycan Parlamenti 1919 il noyabrın 3-də 

Göyçay şəhərində realnı məktəb açmaq üçün qanun qəbul etdi. Bu məqsədlə müvafiq  maliyyə vəsaiti ayrıldı. 1920 il martın 

4-də  Göyçay şəhərinin seldən qorunması üçün qanun layihəsi hazırlandı.  Lakin A zərbaycan Xalq  Cü mhuriyyətinin süqutu 

nəzərdə tutulan bütün bu tədbirləri həyata  keçirməyə  imkan verməd i.  Göyçay qəzası 1929  ildə Azərbaycan Sovet Sosialist 

Respublikasının rayonlaşdırılması ilə əlaqədar o laraq ləğv olundu. 

 

Əd.: 

Aзepбaйджанская Демократиская   Pecnублика  (1918-1920),  Законодательные  акты  (сборник  документов),  Б.,  1998;  

Süleymanov M., Azərbaycan ordusu (1918-1920), B., 1998.

 


Yüklə 19,75 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin