“Təsdiq edirəm” Azərbaycan Respublikasının Səhiyyə Naziri O. Şirəliyev



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə1/7
tarix01.01.2017
ölçüsü0,63 Mb.
#4014
  1   2   3   4   5   6   7

“Təsdiq edirəm” 

Azərbaycan Respublikasının 

Səhiyyə Naziri 

_____________ O. Şirəliyev 

“___” _________ 2011-ci il 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı – 2011  

Layihənin rəhbərləri: 

Ceyhun Məmmədov – Səhiyyə Nazirliyi İctimai Səhiyyə  və  İslahatlar Mərkəzinin 

direktoru 

Gəray Gəraybəyli – ATU-nun psixiatriya kafedrasının müdiri, Səhiyyə Nazirliyinin baş 

psixiatrı, professor, t.e.d. 

 

Psixi sağlamlıq sahəsində ümumi strategiya üzrə işçi qrup: 

Fuad İsmayılov – ATU-nun psixiatriya kafedrasının dosenti, Psixiatriyada Qlobal 

Təşəbbüs təşkilatı Regional Ofisinin rəyasət heyətinin üzvü, t.e.d., işçi qrupun sədri  

Ağahəsən Rəsulov – SN-nin 1 saylı Psixiatriya Xəstəxanasının baş həkimi, t.e.f.d. 

Əsmər Hacıyeva – Psixi Sağlamlıq və İİV/QİÇS üzrə Ekspert Mərkəzinin direktoru, DİN 

Hospitalının psixiatrı 

Murad Sultanov – psixiatr, Respublika Diaqnostika Mərkəzi 

Aydın Səmədov – ATU-nun psixiatriya kafedrasının assistenti 

Şirin Kazımov – direktor müavini, Abt Associates  

Elturan İsmayılov – klinik psixologiya üzrə ekspert 

 

Uşaq və yeniyetmələrin psixi sağlamlığı üzrə işçi qrup:  

Nabil Seyidov – işçi qrupun sədri, “Uşaq hüquqları” QHT Alyansının rəhbəri  

Gülnarə Musabəyova – Uşaq PND-nin baş həkimi 

Kamran Salayev – ATU-nun II nevrologiya kafedrasının assistenti, t.e.f.d. 

Əlipaşa Zeynalov – ATU-nun psixiatriya kafedrasının assistenti 

Aynur Əhmədova – "Çıraq" Uşaq İnkişaf Mərkəzi QHT-nin psixoloqu 

Nurlana Qaraxanova – uşaq hüquqlarının qorunması üzrə baş  məsləhətçi, Ailə, qadın 

və uşaq problemləri üzrə Dövlət Komitəsi 

 

 

2



Məsləhətçilər 

Lütfi Qafarov – SN-nin İctimai Səhiyyə  və  İslahatlar Mərkəzinin ilkin səhiyyənin təşkili 

şöbəsinin müdiri 

Səbuhi Abdullayev – SN-nin İctimai Səhiyyə  və  İslahatlar Mərkəzinin baş hüquq 

məsləhətçisi 

Zarina Məmmədova – Psixi sağlamlıq sahəsində təşəbbüslər QHT layihəsinin rəhbəri  

Sevil Əsədova – ÜST-nin Azərbaycanda Ölkə Ofisinin Qeyri-infeksion xəstəliklər və 

ətraf mühit proqramı üzrə mütəxəssis 

Nailə Əliyeva – ictimai səhiyyə üzrə ekspert 

Tofiq Nəcəfov – Azərbaycan Psixoterapevtlər Cəmiyyətinin prezidenti 

İqor Marsinkovski – Ukrayna Sosial və Məhkəmə Psixiatriyası ETİ-nin uşaq şöbəsinin 

müdiri, Ukraynanın psixi sağlamlıq üzrə milli əlaqələndiricisi 

 

Ekspertlər 

Əhməd Abbasquliyev – ATU-nun psixiatriya kafedrasının professoru, t.e.d. 

 

Nadir İsmayılov – ATU-nun psixiatriya kafedrasının professoru, Azərbaycan Psixiatriya 



Assosiasiyasının prezidenti, t.e.d. 

Nadir Əliyev – PND-nin baş həkimi, t.e.d. 

Teymur Qafarov – Ə. Əliyev adına ADHTİ-nin psixiatriya kafedrasının müdiri, professor, 

t.e.d. 


Bilal Əsədov – ATU-nun psixiatriya kafedrasının professoru, Məhkəmə Psixiatriyası 

Mərkəzinin direktoru 

Bəxtiyar Əliyev – akademik, BDU-nun psixologiya kafedrasının müdiri, Azərbaycan 

Psixoloqlar Assosiasiyasının prezidenti, Milli Məclisin deputatı, t.e.d. 

Mixael Şneydman – İsrail Psixiatrlar Assosiasiyası Etik Komitəsinin sədri, ÜST-nin 

məsləhətçisi 

Metyus Mucen – ÜST-nin Avropa bürosunun psixi sağlamlıq üzrə regional məsləhətçisi 

 

 



 

3


İXTİSARLARIN SİYAHISI 

ADHTİ – Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu  

AzPA – Azərbaycan Psixiatriya Assosiasiyası 

ATM – ali təhsil müəssisəsi 

ATU – Azərbaycan Tibb Universiteti 

BMT – Birləşmiş Millətlər Təşkilatı 

DİN – Daxili İşlər Nazirliyi 

XBT-10 – Xəstəliklərin Beynəlxalq Təsnifatı, 10-cu baxış 

İİV – insan immunodefisiti virusu 

İPT – interpersonal psixoterapiya 

KBT – koqnitiv-bihevioral psixoterapiya  

KİV – kütləvi informasiya vasitələri 

QHT – qeyri-hökumət təşkilatı 

QİÇS – qazanılmış immun çatışmazlığı sindromu 

MDB – Müstəqil Dövlətlər Birliyi 

PND – Psixonevroloji Dispanser 

PS – psixi sağlamlıq 

PSS – psixi sağlamlıq sahəsi 

SN – Səhiyyə Nazirliyi 

ÜST – Ümumdünya Səhiyyə Təşkilatı 



 

 

 

 

 

 

 

4



MÜNDƏRİCAT 

Psixi sağlamlıq sahəsində (PSS) Milli Strategiya 

Azərbaycanda psixi sağlamlıq sahəsində islahatların zəruriliyi 6 



PSS-də Milli Strategiyanın ümumi prinsipləri 10 

PSS-də Milli Strategiyanın ümumi məqsədləri 11 

Prioritet sahələr 11 

Prioritet sahələrə uyğun gələn vəzifələr 12 

Psixi sağlamlıq üzrə milli strategiyasının iqtisadi əsaslandırılması  

19 


Strateji Plan 

24 


I. PS və insan hüquqlarının qorunması sahələrində sektorlararası 

qarşılıqlı fəaliyyətin tənzimlənməsi və inkişafının yaxşılaşdırılması 24 

II. Psixi sağlamlıq sahəsində resurs bazasının inkişafı 27 

III. Əhali arasında psixi sağlamlıqla bağlı problemlərin profilaktikasına 

yönəlmiş tədbirlər sisteminin gücləndirilməsi 30 

IV. PSS xidmətlərinin ilkin səhiyyə sisteminə inteqrasiyası 32 

V. PSS xidmətlərinin təkmilləşdirilməsi və ağır psixi pozuntuları olan 

şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması üzrə tədbirlərin təmin 

edilməsi 34 

2011-2015-ci illər üçün prioritetlər 38 

Əlavələr 40 

SƏNƏDLƏRİN SİYAHISI 40 

TERMİNLƏRİN İZAHLI LÜĞƏTİ 41 

2011-2015-ci İLLƏRİ ÜÇÜN PSİXİ SAĞLAMLIQ SAHƏSİNDƏ 

FƏALİYYƏT PLANI 

44 


 

 

 



 

5


P

P

P

S

S

S

İ

İ

İ

X

X

X

İ

İ

İ

 

 

 

S

S

S

A

A

A

Ğ

Ğ

Ğ

L

L

L

A

A

A

M

M

M

L

L

L

I

I

I

Q

Q

Q

 

 

 

S

S

S

A

A

A

H

H

H

Ə

Ə

Ə

S

S

S

İ

İ

İ

N

N

N

D

D

D

Ə

Ə

Ə

 

 

 

M

M

M

İ

İ

İ

L

L

L

L

L

L

İ

İ

İ

 

 

 

S

S

S

T

T

T

R

R

R

A

A

A

T

T

T

E

E

E

G

G

G

İ

İ

İ

Y

Y

Y

A

A

A

 

 

 

Azərbaycanda psixi sağlamlıq sahəsində islahatların zəruriliyi 

Psixi pozuntular dünyanın istənilən ölkəsində, hər iki cinsin nümayəndələrində və hər 

bir yaşda, sosial və etnik qruplara mənsubiyyətdən asılı olmayaraq meydana çıxır, 

xəstələrin özünə və onların yaxınlarına çox böyük iztirablar gətirir. Eyni zamanda psixi 

pozuntular bütün cəmiyyətin üzərinə düşən ağır yükdür və mütəxəssislərin 

proqnozlarına görə bu yük get-gedə artmaqdadır. Belə ki, dünya statistikasına görə 

əgər 2000-ci ildə psixi pozuntular üçün qlobal xəstəliklər yükü göstəricisi 12,1%-ə 

bərabər idisə, 2020-ci ildə o, 15% təşkil edəcəkdir

1

. Psixi və davranış pozuntuları 



təkcə iqtisadi deyil, həm də çox böyük ictimai itkilərlə – intiharlar, zorakılıq, 

narkomaniya, yoxsulluq, evsizlik, stiqma (psixi xəstəliyin bir damğa kimi qəbul 

edilməsi), ayrı-seçkiliklə bağlıdır. 

Avropada psixi pozuntuların mənfi nəticələrinin azaldılması  məqsədilə Avropa 

Regionunun 52 ölkəsinin nümayəndələri tərəfindən 14 yanvar 2005-ci ildə Finlandiyanın 

paytaxtı Helsinki şəhərində Avropa ölkələri Səhiyyə Nazirlərinin Bəyannaməsi və Psixi 

Sağlamlığın Qorunması üzrə Avropa Fəaliyyət Planı  qəbul edilmişdir. Həmin sənədə 

görə "psixi sağlamlığın qorunması sahəsində  tədbirlər görməyə imkan verən, bütün 

əhalinin rifah səviyyəsini yüksəltməyə qabil olan, psixi sağlamlıq problemlərinin 

qarşısının alınması  və profilaktikasını  təmin edən, həmçinin psixi problemləri olan 

şəxslərin sosial inteqrasiyası  və  fəaliyyət imkanlarını genişləndirən strategiyalar və 

qanunvericilik aktları yaxın beş-on il ərzində  işlənib hazırlanmalı, tətbiq edilməli və 

effektivliyi qiymətləndirilməlidir"

2

. Azərbaycan Respublikası da qeyd edilən 



Bəyannaməyə imza atmış  və onun əsasında tərtib edilmiş "Fəaliyyət Planı”nın yerinə 

yetirilməsi ilə bağlı öz üzərinə öhdəlik götürmüşdür. 

Bundan başqa, Azərbaycan BMT Baş Assambleyasının 46/119 saylı 17.12.1991-ci il 

tarixli "Psixi xəstəlikləri olan şəxslərin müdafiəsi prinsipləri və psixiatriya yardımının 

yaxşılaşdırılması" Qətnaməsinin, "Uşaq hüquqları haqqında" BMT Konvensiyasının,         

"İşgəncələrin, qeyri-humanist, yaxud ləyaqəti alçaldan təhqiredici rəftarın və ya cəzanın 

qarşısının alınması" haqqında Avropa Konvensiyasının (təsdiq edilmə  tarixi            

15.04.2002-ci il) həyata keçirilməsi üzrə öhdəlik daşıyır. Nəhayət, Ümumdünya 

Psixiatriya Assosiasiyasına üzv olarkən Azərbaycanın səlahiyyətli nümayəndələri 

tərəfindən "Psixiatriya praktikasında etik standartlar" üzrə 25.08.1996-cı il tarixli Madrid 

Bəyannaməsi imzalanmışdır. Azərbaycanın bu sənədləri qəbul etməsi  əhalinin psixi 

sağlamlığının yaxşılaşdırılmasına yönəlmiş  fəaliyyətin planlaşdırılması üçün vacib 

addımdır. 

2007-ci ilin yayında SN İctimai Səhiyyə  və  İslahatlar Mərkəzi və ÜST-nin Azərbaycan 

üzrə ölkə ofisinin birgə  səyləri ilə Azərbaycanda psixi sağlamlıq sisteminin 

qiymətləndirilməsi üzrə layihə  həyata keçirilmişdir. Həmin layihəni yerinə yetirən 

                                                 

1

 Ümumdünya Səhiyyə Təşkilatı – Dünyada səhiyyənin vəziyyəti haqqında hesabat, 2001. Psixi sağlamlıq: yeni 



anlayış, yeni ümid. WHO, Geneva, 2001 

2

 Avropa ölkələri səhiyyə nazirlərinin konfransı. Psixi sağlamlığın qorunması üzrə Avropa Bəyannaməsi: 



Problemlər və onların həlli yolları, Helsinki 2005 

 

6



tədqiqatçılar qrupuna PSS mütəxəssisləri, həmçinin ictimai səhiyyə  və tibbi 

qanunvericilik sahəsində mütəxəssislər daxil olmuşdu. Layihənin həyata keçirilməsi 

gedişində psixi sağlamlıq sisteminin əsas problemlərini aydınlaşdırmağa və  həmin 

sahədə islahatların prioritetlərini müəyyən etməyə imkan verən böyük həcmdə faktiki 

material toplanmışdır. 

Əldə edilmiş  məlumatlar göstərir ki, ölkənin siyasi və iqtisadi həyatında baş verən 

müsbət proseslərə baxmayaraq, onların psixi sağlamlıq sahəsində mövcud olan 

vəziyyətə  təsiri kifayət qədər deyildir. Psixi sağlamlıq xidmətinin təşkili və quruluşu 

təşkilati yanaşma, həddən artıq mərkəzləşmə, ixtisaslaşdırılmış yardımın üstünlük təşkil 

etməsi,  əhalinin real ehtiyaclarının yetərincə qiymətləndirilməməsi və xidmət çeşidinin 

məhdudluğu kimi köhnə Sovet modelinə  məxsus  əsas xüsusiyyətləri özündə 

saxlamaqdadır. 

Tətbiq və  nəzarət mexanizmləri axıra qədər tənzimlənmədiyi üçün müasir 

qanunvericiliyin (“Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu

3

 

2001-ci ildə  qəbul edilmişdir) mövcudluğu onun həkimlər, psixiatriya müəssisələrinin 



rəhbərləri, o cümlədən inzibati və  məhkəmə orqanları  tərəfindən yerinə yetirilməsinə 

heç də  həmişə  zəmanət vermir, bu isə öz növbəsində pozuntular üçün şərait yarada 

bilir. 

Psixi sağlamlıq sistemi səhiyyə sektorunun psixiatriya müəssisələri çərçivəsində 



qalmaqda davam edir, onun digər sektorlarla qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsinə 

ehtiyac vardır. Azərbaycanda psixi xəstəliyə görə əlil şəxslərə mənzil, təhsil, iş və digər 

sosial güzəştlərin verilməsini nizamlayan qanunlar artıq qəbul edilmişdir və bu 

qanunların icra edilməsi psixi pozuntuları olan insanların sosial müdafiəsini əhəmiyyətli 

dərəcədə yaxşılaşdırmağa imkan verəcəkdir. 

Psixi sağlamlıq sisteminin maliyyələşdirilməsi onun oynadığı  əhəmiyyətli rola uyğun 

gəlmir – bu sahədə göstərilən xidmətlərə ayrılan xərclər ümumi səhiyyə  xərclərinin 

təqribən 3%-ini təşkil edir

4

, Avropa regionunun əksər ölkələrində isə səhiyyə büdcəsinin 



6-8%-i psixi sağlamlıq sahəsinə ayrılır. Bununla bərabər, Azərbaycanda maliyyə 

vəsaitlərinin ambulator və stasionar yardım arasında bölüşdürülməsində  də müəyyən 

disbalans mövcuddur, belə ki, vəsaitlərin 85%-i psixiatriya xəstəxanalarının saxlanması 

və fəaliyyətinə sərf olunur. 

Azərbaycanda ixtisaslaşdırılmış yardım sistemində göstərilən xidmətlər daha çox 

üstünlük təşkil edir

5

.   İlkin tibbi yardım səviyyəsində PSS xidmətlərinin göstərilməsi ilkin 



səhiyyə  işçiləri üçün psixiatriya yardımı sahəsində hazırlıq proqramının tətbiq 

olunmasını  tələb edir. Eyni zamanda ümumi tibb və ixtisaslaşdırılmış psixiatriya 

müəssisələri arasında qarşılıqlı əlaqəni yaxşılaşdırmaq lazımdır. 

                                                 

3

 

"Psixiatriya yardımı haqqında" Azərbaycan Respublikasının Qanunu, Bakı 2001 



4

 Azərbaycan Respublikası  Səhiyyə Nazirliyi, Ümumdünya Səhiyyə  Təşkilatı. Azərbaycan Respublikasında psixi 

sağlamlıq sistemi, Bakı 2007. 

5

 World Health Organization. Atlas, Mental Health Resources in the World. Geneva: WHO, 2005. 



 

7


Bütövlükdə psixiatriya çarpayıları sayının standartlara uyğun gəlməsinə baxmayaraq, 

ölkəmizdə ümumi profilli xəstəxanalardakı psixiatriya çarpayılarının sayı 

ixtisaslaşdırılmış psixiatriya xəstəxanalarının çarpayı fondundan əhəmiyyətli dərəcədə 

azdır. Ümumi profilli xəstəxanalarda psixiatriya şöbələrinin açılması  və eyni zamanda 

psixiatriya xəstəxanalarının çarpayı fondunun ixtisar edilməsi Avropa regionu 

ölkələrində mövcud olan müasir təmayüllərə daha çox uyğun gələcəkdir

5



Ölkədəki psixiatriya xəstəxanaları  və  şöbələri qısamüddətli və uzunmüddətli 



hospitalizasiya müəssisələrinə bölünməmişdir. Ona görə də yardım göstərilməsi zamanı 

vəziyyətinin ağırlıq dərəcəsi və  xəstəliyinin davam etmə müddəti müxtəlif olan 

pasiyentlərin fərqli tələbləri nəzərə alınmır.

 

2007-ci ildə keçirilən SN İctimai Səhiyyə və İslahatlar Mərkəzi və ÜST-nin Azərbaycan 



üzrə ölkə ofisinin birgə  səyləri ilə Azərbaycanda psixi sağlamlıq sisteminin 

qiymətləndirilməsinə əsasən psixonevroloji dispanserlər 100000 nəfər əhali içərisindən 

1092 xəstəyə tibbi xidmət göstərmişdirlər. Qeyd etmək lazımdır ki, onlardan 75%-ni kişi 

və yalnız 25%-ni qadınlar təşkil etmişdir. Yerli adət-ənənələrdən irəli gələn 

xüsusiyyətlərə görə, Azərbaycanda qadınlar bir qayda olaraq tibbi xidmət üçün 

psixiatriya müəssisələrinə müraciət etmirlər, çünki psixi pozuntuları olan kişilərə 

nisbətən qadınlara münasibətdə stiqma daha güclüdür. 

Bir çox psixiatriya müəssisələrinin sanitar vəziyyətinin və maddi-texniki təchizatının 

gücləndirilməsinə ehtiyac vardır.  Psixiatriya müəssisələri tərəfindən göstərilən xidmətlər 

əsasən dərman müalicəsi ilə  məhdudlaşır. Alternativ yardım formaları – psixososial 

reabilitasiya, psixoterapiya, hadisənin idarə edilməsi, ailəyə  dəstək verilməsi, peşə 

təhsili və s. – hələ ki ölkədə geniş şəkildə yayılmamışdır. 

Uşaq və yeniyetmələrdə meydana çıxan psixi pozuntular zaman keçdikcə yaşlı  əhali 

arasında əlilliyin yaranmasına gətirib çıxara bilər. Ölkədə tütün məmulatları və alkoqollu 

içkilərdən istifadə edən uşaq və yeniyetmələrin sayının artması qeyd olunur. 

Azərbaycanın, narkotik maddələrin Asiyadan Avropa və MDB ölkələrinə daşınması üçün 

istifadə olunan tranzit dəhliz zonasında yerləşməsi nəticəsində narkotik və psixoaktiv 

maddələr qəbul edən uşaqların və gənclərin sayı artmaqdadır

6

.   


Son zamanlar dünyada uşaqlara qarşı zorakılıq məsələlərinə ayrılan diqqət get-gedə 

artmaqdadır

7

. Qeyd etmək lazımdır ki, son illər  ərzində ölkədə  uşaq və yeniyetmələr 



arasında intihar hallarının sayı çoxalmışdır. Uşaq və yeniyetmələrə yardım göstərilməsi 

üçün ölkədə 1 uşaq PND-i, 1 uşaq gündüz stasionarı, 1 uşaq və 1 yeniyetmə stasionar 

şöbələri mövcuddur, lakin bu müəssisələrin hamısı Bakı  şəhərində  mərkəzləşmişdir. 

Eyni zamanda uşağın doğulduğu andan tamdəyərli inkişafı və düzgün tərbiyəsinin təmin 

olunması ilə bağlı valideynlərə  məsləhətlər verən xüsusi mərkəzlərin və proqramların 

yaradılmasına ehtiyac vardır. Bundan başqa psixi pozuntulardan əziyyət çəkən uşaqları 

olan ailələrə sosial, tibbi və psixoloji yardımın təşkilinin təkmilləşdirilməsi lazımdır. Uşaq 

və yeniyetmələr üçün psixi sağlamlıq sahəsində xidmətlərin inkişaf etdirilməsi psixi 

                                                 

6

 United Nations Office on Drugs and Crime 2007 World Drug Report, UNODC, 2007 



7

 Dünyada uşaqlara qarşı zorakılığın tədqiq edilməsi üzrə hesabat, BMT, 2007 

 

8


pozuntulardan  əziyyət çəkən və qapalı  uşaq müəssisələrində saxlanılan uşaqların 

sayının azalmasına kömək etməlidir. 

Psixi sağlamlıq sisteminin kadrlarla təmin olunmasında çatışmazlıq qeyd edilir. 

Ölkəmizdə psixiatrların (100 000 nəfər əhali üçün  4), psixiatriya tibb bacılarının  (100 

000 nəfər  əhali üçün 8,4), sosial işçilərin  (100 000 nəfər  əhali üçün 0,3) və klinik 

psixoloqların (100 000 nəfər  əhali üçün 0,2) sayı Avropa regionunda qəbul edilmiş 

analoji göstəricilərdən geri qalır

8



PSS-nin bütün səviyyələrində kadrların peşəkar hazırlığı kifayət dərəcədə deyil. İnkişaf 

etmiş ölkələrdə  həkim-psixiatrların diplomdansonrakı  təhsil müddəti 3-4 il təşkil edir. 

Azərbaycanda səhiyyə sektorunda aparılmış islahatlar nəticəsində 2012-cu ildən 

etibarən psixiatriya üzrə 2 illik rezidentura təşkil olunmuşdur. Uşaq/yeniyetmə  və 

məhkəmə psixiatriyası, herontologiya, psixoterapiya və digər sahələr üzrə ixtisaslaşma 

mövcud deyil. Həmçinin tibb bacıları, klinik psixoloqlar, sosial işçilər və reabilitasiya 

sahəsində mütəxəssislər üçün PSS üzrə tədris proqramları yoxdur. Azərbaycan dilində 

müasir xüsusi ədəbiyyatın çatışmaması köhnəlmiş biliklərin saxlanmasına və peşəkarlıq 

qabiliyyətinin aşağı düşməsinə səbəb olur. 

Ölkədə  məlumatların toplanması  və hesabatların verilməsi sistemi mövcuddur, lakin 

hesabatlarda təqdim edilən informasiya PSS-də olan real vəziyyəti tam əks etdirmir. Bir 

çox zəruri məlumatlar (məsələn, rayon poliklinikalarındakı psixiatrların fəaliyyət 

göstəriciləri) yetərincə təhlil edilmir, ayrı-ayrı müəssisələrin hesabatları isə keyfiyyətinə 

görə fərqlənir və müxtəlif informativ dəyərə malik olur. PSS-də epidemioloji tədqiqatlar 

qeyri-sistematik şəkildə aparılır, eyni zamanda belə tədqiqatların yerinə yetirilməsi üçün 

klinik epidemiologiya və sübutlara əsaslanan təbabət sahəsində mütəxəssislərin 

çatışmaması qeyd edilir. 

PSS-də qeyri-hökumət təşkilatlarının fəaliyyəti hələ kifayət edəcək inkişaf səviyyəsinə 

çatmamışdır. Hazırkı dövrə  qədər bu təşkilatlar dövlət tərəfindən lazımi dəstək 

almırdılar, onların fəaliyyətinin maliyyələşdirilməsi isə qeyri-müntəzəm  şəkildə yerli və 

xarici donorların ayırdığı qrantlar hesabına baş verirdi. 2007-ci ildə Azərbaycan 

Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi  Şurası yaradılmışdır, bu 

şuranın fəaliyyəti QHT-lərin, o cümlədən PS məsələləri ilə məşğul olan təşkilatların işinə 

yardım edilməsinə yönələcəkdir. Dünyanın bir çox ölkələrində mövcud olan istehlakçı 

təşkilatlarının (pasiyentlərin və onların qohumlarının birlikləri) Azərbaycanda da 

yaradılması xüsusi əhəmiyyət daşıyır. Hal-hazırda istifadəçilər və onların ailələri psixi 

sağlamlıq qurumları tərəfindən qəbul edilən qərarlara təsir etmək və onların fəaliyyətini 

qiymətləndirmək imkanına malik deyillər.  İstifadəçilər və onların ailə üzvləri ilə 

əməkdaşlıq və onların aktiv şəkildə  cəlb edilməsi PSS-də  uğurlu islahatların 

aparılmasına kömək edəcəkdir. 

 

 

 



                                                 

8

 World Health Organization. Atlas, Mental Health Resources in the World. Geneva: WHO, 2005. 



 

9


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin