“Təsdiq edirəm” Azərbaycan Respublikasının Səhiyyə Naziri O. Şirəliyev



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə5/7
tarix01.01.2017
ölçüsü0,63 Mb.
#4014
1   2   3   4   5   6   7

Prioritetlər 2013 

1. PSS-də məcburi monitorinq və hesabat proseduralarının tətbiqi 

2.  Klinik psixoloqlar və sosial işçilərin PSS-ə inteqrasiyası 

3. PSS-də informasiya sisteminin yaradılması 

4. Erkən müdaxilə xidmətlərinin yaradılması 

 

38



5. Ambulator psixiatriya müəssisələrində çoxixtisaslı yanaşmanın tətbiqi 

Prioritetlər 2014 

1. PSS-də xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi və son nəticələr üzrə 

indikatorların tətbiqi 

2. Psixiatriya müəssisələrinin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması 

3. Ağır psixi pozuntuları olan şəxslərə sosial yardımın yaxşılaşdırılması 

4. Ağır psixi pozuntuları olan şəxslərin ailələri ilə iş aparılmasının təşkili 



Prioritetlər 2015 

1. Psixi pozuntuların profilaktikasına yönəlmiş proqramların həyata keçirilməsi 

2. Elmi tədqiqatların aparılması 

3. PSS-də 5 illik planın yerinə yetirilməsi nəticələrinin qiymətləndirilməsi və yeni 

planın hazırlanması 

 

39



 

40

ƏLAVƏLƏR 



Sənədlərin siyahısı 

1. Ümumdünya 

Səhiyyə  Təşkilatı – Dünyada səhiyyənin vəziyyəti haqqında 

hesabat, 2001. Psixi sağlamlıq: yeni anlayış, yeni ümid. WHO, Geneva, 2001 

2. Ümumdünya 

Səhiyyə  Təşkilatı – Tövsiyələr. "Psixiatriya yardımı haqqında 

qanun: on əsas prinsip" Cenevrə, 1996 

3. Ümumdünya 

Səhiyyə  Təşkilatı – Tövsiyələr. "Psixi pozuntuları olan şəxslərin 

hüquqlarına dəstək verilməsi haqqında təlimatlar" Cenevrə, 1996 

4.  Ümumdünya Psixiatriya Assosiasiyası – "Psixiatriya praktikasında etik 

standartlar" üzrə Madrid Bəyannaməsi. Madrid, 1996-cı il 

5. Psixi 

sağlamlığın qorunması üzrə Avropa Bəyannaməsi: Problemlər və onların 

həlli yolları. Helsinki, 2005  

6. "İşgəncələrin, qeyri-humanist və ya təhqiredici rəftarın, yaxud cəzanın qarşısının 

alınması" üzrə Avropa Konvensiyası. Strasburq, 1987 

7. Psixi 

sağlamlığın qorunması üzrə Avropa Fəaliyyət Planı: Problemlər və onların 

həlli yolları. Helsinki, 2005 

8. "Psixiatriya 

yardımı haqqında" Azərbaycan Respublikasının Qanunu. Bakı, 2001 

9. Azərbaycan Respublikası  Səhiyyə Nazirliyi, Ümumdünya Səhiyyə  Təşkilatı – 

Azərbaycan Respublikasında psixi sağlamlıq sistemi. Bakı, 2007 

10. Birləşmiş Millətlər Təşkilatı – BMT Baş Assambleyasının 46/119 saylı 17.12.91 

tarixli Qətnaməsi "Psixi xəstəlikləri olan şəxslərin müdafiəsi və psixiatriya 

yardımının yaxşılaşdırılması prinsipləri". Nyu-York, 1991 

11. Birləşmiş Millətlər Təşkilatı – BMT Baş Assambleyasının 44/25 saylı 20.11.89 

tarixli Qətnaməsi "Uşaq hüquqlarının müdafiəsi haqqında konvensiya". Nyu-York, 

1989 


12. Avropa 

Şurasının Parlament Assambleyası – Tövsiyələr 1235 "Psixiatriya və 

insan haqları haqqında" Strasburq, 1994 

 

 



 

 


TERMİNLƏRİN İZAHLI LÜĞƏTİ 

Ağır psixi pozuntu (severe mental disorder) – göstərilən 3 meyara uyğun gələn psixi 

pozuntu: 1) psixotik pozuntu diaqnozu; 2) ilk dəfə yardım üçün müraciət edilməsindən 2 

ildən artıq vaxt keçməsi; 3) funksional adaptasiyanın aydın ifadə olunmuş pozulması 

(GAF üzrə <50 bal). 



Böhran mərkəzi (crisis center) – böhran vəziyyətlərinin yaranması hallarında 

qısamüddətli təcili yardım göstərən psixi sağlamlıq sistemi müəssisəsi. 



Çoxixtisaslı yanaşma (multidisciplinary approach) – psixi sağlamlığın müxtəlif 

sahələrini təmsil edən mütəxəssislər qrupu (psixiatr, klinik psixoloq, psixiatriya tibb 

bacısı, sosial işçi, reabilitoloq, fizioterapevt və s.) tərəfindən pasiyentə yardım 

göstərilməsi prosesi. 



Diplomdansonrakı  təhsil (post-graduate education) – ali və ya orta təhsil 

müəssisəsini bitirmək haqqında diplom aldıqdan sonra mütəxəssisin aldığı təhsil. Bura 

internatura, rezidentura, ixtisasalma və ixtisasartırma kursları daxildir. 

Erkən müdaxilə (early intervention) – psixi pozuntuların geniş spektrinin daha uzun 

müddət davam edən və daha ağır gedişə keçməsinin qarşısını almaq məqsədilə, 

onların erkən aşkar edilməsi, diaqnostikası və müalicəsinə yönəlmiş kompleks tədbirlər. 

Etik Məsələlər üzrə Müşahidə Şurası (Institutional/Ethical Review Board) – bioloji-

tibbi və psixoloji tədqiqatlarda iştiraka cəlb edilmiş  insanların hüquqlarının qorunması 

məqsədilə  belə  tədqiqatların aparılması ilə bağlı müraciətləri nəzərdən keçirən, onları 

müşahidə edən və icazə verən müstəqil qurum. 



Hadisənin idarə olunması (case management) – məlumatların toplanması, onların 

təhlili, strategiyanın müəyyən olunması  və sosial yardım prosesinin müşayiət edilməsi 

vasitəsilə pasiyentə göstərilən yardım və xidmətlərin fərdi qaydada təşkili və 

koordinasiyasından ibarət olan sosial iş metodu (sinonimi – fərdi müşayiət).  



İcma  əsaslı yardım (community-based care) – pasiyentlərə yaşayış yerlərində, tibb 

müəssisələrindən kənar müalicə və psixososial xidmətlərin göstərilməsi. 



İlkin tibbi yardım (primary health care) – ən vacib sağlamlıq problemləri, xəstəliklərin 

profilaktikası və onlarla mübarizə üsulları haqqında maarifləndirmə; rasional qidalanma, 

keyfiyyətli su təminatı  və  əsas sanitar tədbirləri aparılmasına dəstək vermə; ana və 

uşağın sağlamlığının qorunması, o cümlədən ailə planlaşdırılması;  əsas infeksion 

xəstəliklərə qarşı immunlaşdırma; həmin rayon üçün endemik olan xəstəliklərin 

profilaktikası  və onlarla mübarizə; yayılmış  xəstəlik və travmaların müvafiq müalicəsi; 

əsas dərman vasitələri ilə təminat (ÜST)  

İnklüziv təhsil (inclusive education) – fiziki və / və ya psixi inkişafının korreksiya 

edilməsinə ehtiyacı olan şəxslərlə belə bir korreksiyaya ehtiyacı olmayan şəxslərin birgə 

təhsili üçün xüsusi şərait yaradılması. 

 

41



İnterpersonal psixoterapiya (Interpersonal Psychotherapy, IPT) – pasiyentin cari 

şəxsiyyətlərarası münasibətləri üzərinə yönəlmiş, depressiv pozuntuların müasir 

qısamüddətli psixoterapiyası üsulu. 

İstifadəçi – xəstələr və onların ailə üzvləri daxil olmaqla psixi sağlamlıq sahəsində 

xidmətlər alan şəxslər. 



Klinik protokol/rəhbərlik (clinical guideline/protocol) – müntəzəm yenilənən sənəd 

olub hər hansı bir xəstəlik, sindrom, klinik vəziyyət və ya klinik situasiya zamanı tibbi 

yardım göstərilməsi üzrə sübutlu təbabət prinsiplərinə əsaslanan tövsiyələrdən ibarətdir. 

Klinik psixoloq (clinical psychologist) – peşəkar fəaliyyəti psixi sağlamlıqla bağlı 

problemlərin anlaşılması  və profilaktikasına, həmçinin psixoloji rifaha və  şəxsiyyətin 

inkişafına dəstək verilməsinə yönəlmiş diplomlu psixoloq. Klinik psixoloq tərəfindən 

göstərilən xidmətlərə psixoloji testlərin aparılması, məhkəmə-psixoloji müayinə, 

məsləhətlər verilməsi, psixoterapiya, tədqiqatlarda iştirak, təlimkeçmə, psixi sağlamlığın 

qorunması üzrə proqramlara rəhbərlik daxildir. 



Koqnitiv-bihevioral terapiya (cognitive-behavior therapy, CBT)  – neqativ fikirlərin 

və az adaptiv davranış formalarının aşkar edilməsi və aradan qaldırılmasına yönəlmiş, 

psixi pozuntuların müasir qısamüddətli psixoterapiyası üsulu. 

Qorunmuş  iş yerləri (protected work places) – psixi pozuntuları olan şəxslər üçün 

xüsusi olaraq yaradılan, onların  əmək  şəraitinin təhlükəsizliyini və sosial sahədə 

məşğulluğunu təmin edən iş yerləri. 

Məlumatlandırılmış razılıq (informed consent) – pasiyentin müalicə haqqında könüllü 

qərar qəbul etdiyini, müalicənin məqsədləri, müalicə  tədbirlərinin həcmi, müalicənin 

faydası, ehtimal olunan risklər, həmçinin müalicədən imtina və onun dayandırılması 

imkanı barədə ona təqdim edilmiş informasiyanı tam şəkildə başa düşdüyünü bildirməsi. 



Psixiatr (psychiatrist) – psixiatriya üzrə ixtisaslaşma keçmiş  və qanunvericiliklə 

müəyyən edilmiş qaydada psixi pozuntuları olan şəxslərin diaqnostikası və müalicəsi ilə 

məşğul olan həkim. 

Psixiatriya tibb bacısı (psychiatric nurse) – orta tibb təhsili olan, psixi sağlamlıq 

sahəsində hazırlıq keçmiş, ambulator və ya stasionar psixiatriya yardımı 

müəssisələrində çalışan tibb işçisi. 

Psixi pozuntu (mental disorder) – bioloji, psixoloji, sosial və ya digər səbəblərdən 

əmələ  gələn, funksional adaptasiyanın pozulmasına gətirib çıxaran psixoloji və ya 

davranış simptomlarının geniş spektri ilə ifadə olunan psixi fəaliyyətin pozulması. 

Psixososial reabilitasiya (psychosocial rehabilitation) – ağır psixi pozuntuları olan 

şəxslərin muxtariyyətinə  və öz potensialını  cəmiyyətdə realizə etməsinə köməklik 

göstərən, fiziki, əqli, psixoloji və sosial adaptasiyanın optimal səviyyəsini əldə etməyə və 

saxlamağa imkan verən proses. 

 

42


 

43

Psixotrop preparat (psychotropic medicine) – psixi pozuntuların müalicəsində 

istifadə olunan dərman vasitəsi. Psixotrop preparatlara neyroleptiklər (antipsixotiklər), 

antidepressantlar, anksiolitiklər (trankvilizatorlar), əhvalı sabitləşdirici dərmanlar və 

nootroplar aiddir. 

PS üzrə Koordinasiya Şurası (Coordination Council on MH) – idarələrarası qarşılıqlı 

əlaqə və PSS-də milli strategiyanın yerinə yetirilməsinin təminatı  məsələlərinin həlli ilə 

məşğul olan qurum. PS üzrə Koordinasiya Şurasına fəaliyyəti psixi sağlamlığın 

qorunması ilə əlaqədar olan ayrı-ayrı nazirlik və idarələrin, həmçinin ictimai təşkilatların 

nümayəndələri daxil olur.  

PSS-də Milli Strategiya (National Mental Health Policy/Strategy) – psixi sağlamlığın 

qorunması üzrə bütün sistemin inkişafının əsasını təşkil edən, özündə məqsəd, prinsip 

və  təmayülləri birləşdirən, konkret qərarlar qəbul edilməsinə istiqamətləndirən sənəd. 

PSS-də Strateji Fəaliyyət Planı (MH Strategic Action Plan) – PSS-də Milli 

Strategiyaya uyğun şəkildə həyata keçirilməli olan konkret tədbirlər toplusundan ibarət 

rəsmi dövlət sənədi. 

Reabilitasiya sahəsində mütəxəssis (occupational therapist) – müstəqil həyat üçün 

zəruri olan vərdişlərin inkişafı  və ya bərpa edilməsində psixi pozuntuları olan şəxslərə 

yardım edən tibb işçisi. 

Son nəticələr – psixi xəstəliklər üzrə ölüm, xəstələnmə  və  əlillik səviyyələrinin aşağı 

düşməsi, həmçinin yardımdan razıqalma və  xəstəlik nəticəsində ailə üzərinə düşən 

yükün azaldılması kimi PSS-də fəaliyyətin effektivlik göstəriciləri. 

Sosial işçi (social worker) – psixi pozuntuları olan şəxslərin ehtiyaclarını müəyyən 

edən və onlara psixososial yardım göstərən mütəxəssis. Digər mütəxəssislərdən fərqli 

olaraq sosial işçi yardımın tibbi deyil, sosial modelinə  əsaslanır və bu zaman başlıca 

diqqəti psixi pozuntuları olan şəxslərin onları əhatə edən mühitdə adaptasiya olunması 

prosesinə yönəldir. 

Sosial mənzil (sheltered/supported housing)  – psixi pozuntuları olan şəxslərin sosial 

dəstək, o cümlədən ev təsərrüfatının aparılmasında kömək, təhlükəsizliyin təminatı, tibbi 

yardımdan istifadə imkanı alaraq, cəmiyyətdə müstəqil yaşamasına  şərait yaradan 

mənzilin icarəyə verilməsi. 



Təşkilati-metodik Mərkəz (Organization Center on MH) – psixi sağlamlıq sistemində 

effektiv idarəetmə üçün məsuliyyət daşıyan, funksiyalarına strateji planlaşdırma, 

standart və normativlərin tərtib edilməsi, xidmət keyfiyyətinin monitorinqi və 

qiymətləndirilməsi daxil olan qurum. 



2

2

2

0

0

0

1

1

1

1

1

1

-

-

2

2

2

0

0

0

1

1

1

5

5

5

-

-

-

c

c

c

ü

ü

ü

 

 

 

İ

İ

L

L

L

L

L

L

Ə

Ə

Ə

R

R

R

 

 

 

Ü

Ü

Ü

Ç

Ç

Ç

Ü

Ü

Ü

N

N

N

 

 

 

P

P

P

S

S

S

İ

İ

X

X

X

İ

İ

 

 

 

S

S

S

A

A

A

Ğ

Ğ

Ğ

L

L

L

A

A

A

M

M

M

L

L

L

I

I

Q

Q

Q

 

 

 

S

S

S

A

A

A

H

H

H

Ə

Ə

Ə

S

S

S

İ

İ

N

N

N

D

D

D

Ə

Ə

Ə

 

 

 

F

F

F

Ə

Ə

Ə

A

A

A

L

L

L

İ

İ

Y

Y

Y

Y

Y

Y

Ə

Ə

Ə

T

T

T

 

 

 

P

P

P

L

L

L

A

A

A

N

N

N

I

I

 

 

 

-

İ

İ İ

I

İ

İ

I

I. Psixi sağlamlıq sistemi və insan hüquqlarının qorunması sahəsində  tənzimlənmənin yaxşılaşdırılması  və sektorlararası 

qarşılıqlı əlaqənin inkişaf etdirilməsi 

Strategiya 

Fəaliyyət 

Məsul strukturlar 

İcra müddəti 

a) "Psixiatriya yardımı haqqında" Azərbaycan Respublikası 

Qanununun tətbiqi və psixi pozuntuları olan şəxslərin könüllü 

hospitalizasiyası üzrə normativ sənədləri müəyyən etmək və işləyib 

hazırlamaq 

SN  


b) Öz xoşu olmadan hospitalizasiya ilə bağlı məsələlərə məhkəmə 

qaydasında baxılması mexanizmini tətbiq etmək  

SN 2011 

c) Psixiatriya stasionarında xəstələr üçün fiziki məhdudiyyətlər 

qoyulması və onların təcrid edilməsi ilə bağlı təlimatlar hazırlamaq 

SN 2011 


 

1.1.1. Mövcud normativ sənədlərin 

"Psixiatriya yardımı haqqında" 

Azərbaycan Respublikası Qanununun 

müddəalarına uyğun gəlməsinə 

təminat vermək 

ç) Psixiatriya yardımı göstərən bütün müəssisələrdə 

hospitalizasiyaya/ müalicəyə könüllü razılıq formaları işləyib 

hazırlamaq və tətbiq etmək   

SN 2011 

a) Psixiatriya müəssisələrində psixi pozuntuları olan şəxslərin 

hüquqlarına riayət edilməsinin müntəzəm monitorinqi mexanizmini 

müəyyən edən normativ sənədlərin hazırlanması 

SN 2011 

b) PS sahəsində insan hüquqlarına riayət edilməsi üzrə psixiatriya 

müəssisələrinin işçiləri, sosial işçilər, hüquq-mühafizə və məhkəmə 

sistemi nümayəndələri üçün treninqlər keçirmək 

SN 2011 

 

1.1.2. PS sistemində insan 



hüquqlarına əməl edilməsinin və 

Azərbaycan Respublikası 

qanunvericiliyinin yerinə 

yetirilməsinin müntəzəm monitorinq 

sistemini tətbiq etmək 

c) PSS ilə bağlı insan hüquqlarının qorunmasının əsas prinsipləri və 

yardım göstərilməsində himayəçi yanaşmadan tərəfdaşlığa keçməyin 

təmin edilməsi üzrə dəyirmi masa tədbirləri keçirmək 

SN 2012 

 


 

45

ç) Psixiatriya müəssisələrində insan hüquqlarına riayət edilməsinin 



müntəzəm monitorinqinin aparılması 

 

 



d) PSS-də insan hüquqlarına riayət edilməsinin monitorinqini həyata 

keçirmək üçün peşəkar və hüquq müdafiə təşkilatlarının psixiatriya 

müəssisələrinə daxil ola bilməsini təmin etmək 

SN Daimi 

e) PSS-də vəziyyət haqqında illik hesabata insan hüquqları ilə bağlı 

informasiya daxil etmək 

SN 2011-2015 

a) Psixi pozuntuları olan şəxslərin hüquqlarının qorunması sahəsində 

əməkdaşlıq haqqında Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və 

Əhalinin Sosial Müdafiəsi Nazirliyi,  DİN, Ombudsman Aparatı 

arasında memorandumun imzalanması  

SN 2011 


1.1.3. Psixi pozuntuları olan şəxslərin 

və onların ailə üzvlərinin hüquqi 

müdafiəsi sahəsində dövlət 

müəssisələrinin qarşılıqlı əlaqələrinə 

və beynəlxalq, peşəkar və qeyri-

hökumət təşkilatları ilə 

əməkdaşlıqlarına dəstək vermək 

b) Psixi pozuntuları olan şəxslərin hüquqi müdafiəsi sahəsində dövlət 

idarələrinin beynəlxalq, peşəkar və qeyri-hökumət təşkilatları ilə 

əməkdaşlıq etmək 

SN daimi 


Strategiya 

Fəaliyyət 

Məsul strukturlar 

İcra müddəti 

a) Koordinasiya Şurası yaratmaq və dövlət strukturları, peşəkar 

təşkilatlar və QHT nümayəndələrinin iştirakını təmin etmək* 

SN 2011 


b) Psixi Sağlamlıq üzrə Koordinasiya Şurasının fəaliyyəti üçün 

normativ qaydalar işləyib hazırlamaq  

SN 2011 

1.2.1. Ölkədə Psixi Sağlamlıq üzrə 

Koordinasiya Şurası yaratmaq 

c) PSS-də Strategiyanın yerinə yetirilməsi və tövsiyələr verilməsi ilə 

bağlı Koordinasiya Şurasının müntəzəm iclaslarını keçirmək   

SN İctimai Səhiyyə və 

İslahatlar Mərkəzi 

2011-cu ildən 

başlayaraq hər rüb 

a) PSS-də effektiv idarəetmə üçün məsuliyyət daşıyan PS üzrə 

Təşkilati-metodik Mərkəz / şöbə İSİM nəzdində yaratmaq 

(psixiatr - 1, tibb bacısı -1, iqtisadçı - 1, inzibatçı -1, texniki işçi - 1) 

SN 2011 

b) PS üzrə Təşkilati-metodik Mərkəzin səlahiyyətləri, fəaliyyət üsulları 

və iş planını müəyyən etmək   

SN maliyyə-iqtisadiyyat 

şöbəsi 

2011 


 

1.2.2. Psixi sağlamlıq sistemində 

effektiv idarəetməni, strateji 

planlaşdırmanın həyata keçirilməsini  

və son elmi nailiyyətlərin praktikada 

tətbiq olunmasını təmin etmək  

c) Mərkəzin fəaliyyətinin maliyyələşdirilməsini təmin etmək

 

SN 2011 


1.2.3. PSS mütəxəssisinin Etik 

Məsələlər üzrə Müşahidə Şurasının 

işində iştirakını təmin etmək 

a) PSS mütəxəssisini Etik Məsələlər üzrə yeni yaradılmış Müşahidə 

Şurasının tərkibinə daxil etmək (ictimai əsaslarla) 

 

SN Etik 



Məsələlər üzrə 

Müşahidə 

Şurasının 

yaradılması 

zamanı 


Strategiya 

Fəaliyyət 

Məsul strukturlar 

İcra müddəti 

a) Hər bir standart üçün meyarlar göstərilməklə, PSS-də xidmətlərin 

keyfiyyət standartları üzrə sənədlər işləyib hazırlamaq 

SN Dekabr 

2013 

b) PS müəssisələrinin akkreditasiyası proseduralarına yenidən 



baxmaq, onları tamamlamaq və tətbiq etmək 

SN Dekabr 

2013 

c) Keyfiyyət standartlarından istifadə etməklə PSS-də xidmətlərin 



müntəzəm monitorinqini aparmaq 

SN 2014-cü 

ilin 

yanvarından 



başlayaraq 

1.3.1. SN tərəfindən PSS-də 

xidmətlərin keyfiyyətinin müntəzəm 

monitorinqini təmin etmək 

 

ç) İctimai sektor nümayəndələri tərəfindən PSS-də xidmət 

keyfiyyətinin müntəzəm monitorinqinin aparılmasına dəstək vermək 

SN daimi 

a) Psixi pozuntuların nəticələrinin (o cümlədən, intiharlar və əlillik) 

qeydiyyat formalarını təkmilləşdirmək 

SN Dekabr 

2013 


b) Son nəticələrin keyfiyyət indikatorlarını (ehtiyacların təmin 

edilməsi, həyat keyfiyyəti, xəstəliyin gətirdiyi yük, xidmətlərdən razı 

qalma) işləyib hazırlamaq və tətbiq etmək 

SN Dekabr 

2013 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin