Xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu



Yüklə 19,75 Mb.
Pdf görüntüsü
səhifə77/80
tarix31.01.2017
ölçüsü19,75 Mb.
#7086
1   ...   72   73   74   75   76   77   78   79   80

 

HƏRBĠ MƏHKƏMƏ - Azərbaycan Xalq Cü mhuriyyəti ordusu tərkib ində məhkəmə işlərinə baxan əd liyyə orqanı. 

İlk  dəfə  Nazirlər  Şurasın ın  1918  il  5  dekabr  tarixli  qərarı  ilə  Gəncə  (Yelizavetpol)  dairə  məh kəməsinin  nəzdində 

yaradılmışdı;  tərkibinə  sədr,  iki  ü zv,  prokuror,  prokuror  müav ini  və  başqa şəxslər  daxil  idilər.  Sonradan  hərbi  məhkəmə, 

strukturu  və  səlahiyyətləri  daha  da  genişləndirilmə klə,  müstəqil  quru ma   çevrildi.  1919  il  yanvarın  12-də  general-mayor 

Dubrovski hərbi  məh kə mənin sədri təsdiq edildi. Hə rbi  məh kə mənin sədri hərb i na zirin təqdimat ı əsasında Nazirlər  Şurası 

tərəfindən təsdiq edilir və nazirin ə mrilə bütün orduya elan olunurdu. 1919  il  iyulun 14-də general-mayor Dubrovski hərb i 

nazirliyin  hərbi ədliyyə hissəsinin rə isi təyin ed ild iyindən, hərbi  məhkə mənin  rəisi vəzifəsinə  Tey mur bəy Makinski təyin 

olundu. 


453 

 

Azərbaycanda  baş  hərbi  məhkə mə  təsis  edildikdən  sonra  hərbi  dairə  məhkə mə lə rin in  qərarla rına  kassasiya 



qaydasında şikayət verilməsi  ləğv olundu. Hərbi  məhkəmə haqqında Azərbaycan Xalq  Cü mhuriyyəti Parlamentinin1919  il 

14 apre l tarixli qanununa əsasən, belə şikayətlər birbaşa hərbi na zirin ö zünə verilə  bilə rdi. Hərbi məhkə mə lərin qəra rla rının 

icrası  ilə bağlı hərbi nazirin geniş səlahiyyətləri var  idi.  O,  məhkəmə işin in yenidən və yeni heyət tərəfindən aparılmasına 

qərar verə bilə r, təyin edilmiş cəzaları dəyişdirə və ya yüngülləşdirə bilərdi. Be lə  ki, 1919  il  mart ın 14-də,  Novruz bayra mı 

ərəfəsində  imzaladığı  əmrlə  hərbi  nazir  silahlı  soyğunçuluğa  görə  barələrində  ölü m  hökmü   çıxarılmış  6  nəfər  əsgərin 

cəzasını  6  illik  həbslə  əvəz  et mişdi.  Hərbi  nazir  d igər  bayra mlar  ərəfəsində  də  əfv  ə mri  imza layaraq,  məhku mları  ya 

bağışlayır, ya da onların cəzasını yüngülləşdirird i. 

HƏRBĠ  MƏHKƏMƏNĠN  VƏ  ALAY  MƏHKƏ MƏLƏRĠNĠN  YARADILMAS I  HAQQINDA  QANUN 

Azərbaycan  Xalq  Cü mhuriyyəti  Hərbi  Məhkə məsinin  və  alay  məh kə mə lərinin  təşkilin i  və  fəa liyyətini  tən zimləyən 

qanun.  Azərbaycan  Parla menti  tərəfindən  1919  il  apre lin  14-də  qəbul  edilmişdir.  Qanuna  görə,  bütün  əlahiddə  a lay- 

larda  a lay  məhkə mə ləri  yaradılma lı  idi.  Məh kə mələ rin  ö z  işində  əsaslanacağı  normat iv  s ənədlər  də   qanunda  təsbit 

olunmuşdu.  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Hərb i  Məhkəməsi  isə  öz  fəaliyyəti  ilə  A zərbaycan  ordusunun  bütün  struk- 

turlarını  əhatə  etməli  idi.  Hərb i  nazirliyin  tabeliy ində  olan  Hərbi  məhkəmə  daimi  və  müvəqqəti  seçilən  üzvlərdən  iba- 

rət  idi.  Hərbi  na zirin  təqdimatı  əsasında  Nazirlər  Şurası  tərəfindən  təsdiq  edilən  sədr,  iki  ü zv  məhkə mənin   daimi  üzv ləri 

idilər. Hə rbi məhkə mən in 4 müvəqqəti üzvü isə qoşun hissələrindən seçilir və hərbi na zirin ə mri ilə təsdiqlənird i. 

Qanuna  əsasən  Hərbi  Məhkə mən in  nəzdində  hərbi  pro kurorun  aparatı  fəa liyyət  göstərirdi.  Hərbi  prokuror,  onun 

müavin i,  hərbi  müstəntiqlər  bu  vəzifələrə  hərbi  nazirin  əmri  ilə  təyin  edilirdi.  Müstəntiqlər  təhqiqat  işini  ko mandir  və 

rəislərin  mə lu matı,  hərbi  pro kurorun  vəsatəti,  məhkə mə  işçilərin in  və  vəzifəli  şə xslərin  raport ları,  hərb i  qulluqçuların  və 

mü lki  şəxslərin   şikayəti  əsasında  qaldıra  bilərdi.  İş  məh kəməyə  pro kurorun  ittiham  aktı  əsasında  verilirdi.  Hərb i 

Məhkəmən in qərarı  ilə  təhqiqat dayandırıla bilərd i.  Qanunda qeyd olunurdu ki, A zərbaycan Hərb i Məhkə məsin in qərarları 

Azərbaycan Xalq Cü mhuriyyəti Hö ku mətinin ad ından çıxa rılır. 



HƏRBĠ  MÜKƏLLƏFĠYYƏT  -  çağırış  yaşlı  vətəndaşın  öz  ölkəsinin  silahlı  qüvvələrində  qanunla  müəyyən 

edilmiş hərbi xid mət borcu. Azərbaycan Hökumətinin 1918  il  3  iyul tarixli qərarı  ilə  19 yaşı tamam olmuş vətəndaşlar hərbi 

mü kəlləfiyyətin yerinə yetirilməsinə cəlb olunurdular. 

 

Əd.: 

Aзepбaйджанская Демократиская  Pecnублика (1918-1920), Законодательные акты (сборник документов), Б., 1998; 



 

HƏRBĠ  NAZĠRLĠK,  A  z ə r b a y  c a n    X a  l q    C ü  m h  u r  i y y  ə t i     H ö  k u  m ə t i n  i n       H ə r b  i     

N a z i r l i y i -ölkənin  müdafiəsi, ordu qurumla rın ın yaradılması və fəa liyyətinə bilavasitə rəhbərlik edən icra orqanı. 1918  il 

may ın  28-də  Azərbaycanın  müstəqilliyinin  elan  edild iyi  gün  Milli  Şu ranın  tapşırığ ı  ilə  Fətəli  xan   Xoyskin in  təşkil 

etdiyi  Müvəqqəti  Höku mət  kab inəsində  yaradılmışdır.  İlk  hərbi  nazir  vəzifəsi  Xosrov  Paşa  bəy  Sultanova  həvalə  edil- 

mişdi.  Lakin  o  dövrdə  yaranmış  beynəlxalq  və  daxili  şərait  hərbi  nazirliyin  təşkilinə  imkan  vermədi.  Tiflisdə  yaradılmış 

Azərbaycan  Xa lq  Cü mhuriyyətinin  Müvəqqəti  Hö ku məti  hə min   il  iyunun  16-da  Gəncəyə  köçdü.  Bu  va xt  Gəncədə  rea l 

hakimiyyət hələ  mayın a xırla rında bir qrup hərbi  mütə xəssislə Gəncəyə gəlmiş türk generalı Nuru paşanın əlində id i.  Nuru 

paşanın təkid i ilə Gəncədə A zərbaycan Milli Şurası buraxıldı. İyunun 17-də burada Fətəli xan Xoyskinin təşkil etdiyi ikinci 

Müvəqqəti Höku mətdə hərbi nazir vəzifəsi nəzərdə tutulmadı. 

Azərbaycan  Xalq  Cü mhuriyyəti  Höku mət inin  1918  il  26  iyun  tarixli  qəra rı  ilə  Müsəlman  korpusunun adı  dəyiş-

dirilə rək  Əlahiddə  Azə rbaycan  korpusu  adlandırıldı  və  elə  hə min  gün  Höku mətin  qəbul  etdiy i  digər  qərarla  Azə rbaycan 

korpusu komandanı yanında diviziya rəisi hüququnda xüsusi tapşırıqlar üzrə general vəzifəsi təsis olundu. 

1918  il  iyunun  4-də  Batu mda  Azərbaycan  Xa lq  Cü mhuriyyəti  ilə  Türkiyə  arasında  bağlanmış  dostluq  və  əmək-

daşlıq haqqında müqaviləyə uyğun olaraq həmin il iyulun əvvəllərində A zərbaycan korpusu 5-ci Qafqaz və 15-ci Çanaqqala 

diviziya ları  ilə   birləşərək,  Nuru   paşanın  ko mandanlığı  altında  Qafqaz  İslam  Ordusu  yaradıldı.  Qafqa z  İsla m  Ordusunun 

Kürdəmirdən başlayan mü zəffər yürüşü 1918  il sentyabrın 15-də  Bakın ın azad edilməsi ilə başa çatdı. Mudros barışığına 



(1918)  əsasən,  həmin  il  oktyabrın  sonlarından  türk  ordusu  Azərbaycanı  tərk  et məyə  başladı.  Be lə  bir  şəraitdə  1918  il 

noyabrın 1-də Azərbaycan Xalq  Cü mhuriyyəti  Höku məti hərbi nazirlik təşkil etmək haqqında qərar qəbul etdi, hərb i nazir 

vəzifəsi  Na zirlər  Şurasının  sədri  F.x.Xoyskiyə  həvalə  olundu,  müavini  və zifəsinə  isə  artilleriya  generalı  Sə məd  bəy 

Mehmandarov  təyin  olundu.  S.Mehmandarov  noyabrın  7-də  verdiyi  ə mrlə  öz  və zifələ rin in  icrasına  başladığını  bildirdi. 

Ümu mi  qərargahın  rəisi  vəzifəsi  isə  polkovnik  Həbib  bəy  Səlimova  tapşırıldı.  1918  il  dekabrın   13-də  general-leytenant 

Əlağa Şıxlinski hərbi nazirliyin təşkili haqqında layihə ilə S.Meh mandarova müraciət etdi. 

Mudros barışığına (1918) görə, türk ordusu Azərbaycanı tərk etdikdən sonra 1918  il noyabrın 17-də Bakı general-

mayor  U.To mson başda olmaq la,  ingilis hərbi qüvvələrinin nəza rətinə  keçdi və o, özünü  Bakının general-qubernatoru elan 

etdi.  To msonun  tələbi  ilə   Azə rbaycan  hərbi  h issələri  şəhərdən  çıxarıld ı.  Hə rbi  Na zirliyin   idarə   aparatı  Gəncə  şəhərində 

fəaliyyət göstərdi (1918, noyabr -1919, apre l). 

1918  ilin  dekabrında  Azərbaycan  Xalq  Cü mhuriyyətinin  Parlamenti  fəaliyyətə  başladıqdan sonra  Höku mətin  25 

dekabr tarixli qərarı  ilə hərb i na zir vəzifəsini general  S.Meh mandarov tutdu. Dekabrın  29-da general-leytenant Ə.Şıxlinski 

onun müavini təyin o lundu. 1919  il yanvarın  10-dan hərbi nazirin  yanında yüksək  rütbəli hərbi  xadimlərdən  ibarət Hərb i 

Şura  yaradıld ı.  1919  il  fevralın  25-də  A zərbaycan  Xalq  Cü mhuriyyətinin  Parlamenti  Hərb i  Nazirliy in  ştatı  barədə  nazir 

S.Meh mandarovun  məru zəsini  mü za kirə  etdikdən  sonra  Hərbi  Na zirliyin  ştat  cədvəlinin  təsdiq olunması  haqqında  qanun 

qəbul  edildi.  Qanuna  əsasən,  Hərbi  Na zirliyin  strukturuna dəftərxana,  Baş qərargah, Baş qəra rgahın  idarəsi,  Bakı  müdafiə 

rayonunun  idarəsi,  Baş  artilleriya,  mühəndis-ləvazimat,  hərb i-sanitar  və  hərbi  məhkə mə  idarələ ri  da xil  idi.  1919  ilin 

martında isə general

 

leytenant Məmməd bəy Su lkev iç Baş qərargahın baş idarəsinin rə isi təyin olundu. 



 

454 

 

 



 

Azərbaycan Xalq Cü mhuriyyətinin 1919 il aprelin  14-də və de kabrın  24-də  Nəsib bəy  Yusifbəyli tərəfindən təşkil 

olunmuş  4-cü  və  5-ci  Höku mət  kab inələrində  də  hərb i  nazir  vəzifəsini  S.Meh mandarov  tutmuşdur.  Bu   müddətdə  onun 

müavin i  Ə.Şıxlinski  olmuşdur.  Hərb i  Nazirliyin  əsas  vəzifəsi  vətənin  ərazi  bütövlüyünün  təmin  edilməsindən  ötrü  lazım 

olan ordu quru mların ı yaratmaq  idi.  Bu vəzifənin  yerinə yetirilməsində hərbi nazirlik böyük çətinliklərlə ü zləşdi. Nazirlik 

yaradılarkən ordu üçün geyim, ayaqqabı, hərbi sursat, zabitlər, hətta unter zabitlər və əsgerlər belə yo x idi. Əhali ö z uşaqların ı 

orduya vermək istə mirdi. 

Gö rkəmli  generallar  S.Meh mandarov,  Ə.Şıxlinski,  M.Sulkeviç  və  başqaları  Azərbaycan  Xalq  Cü mhuriyyəti 

ordusunu  forma laşdırmaq,  təlimat landırmaq,  ça r  Rusiyası  dövründə  uzun  müddət  hərbi  işdən  uzaqlaşdırılmış 

azərbaycanlılara  hərb  sənətinin  sirlə rin i  aşıla maq  sahəsində  gərgin  iş  aparırdılar.  1919  il  avqustun  axırlarında  B.Britaniya 

hərbi qüvvələri A zərbaycanı tərk etdikdən sonra Na zirlik ölkənin müdafiəsini möhkə mləndirmək üçün ciddi tədbirlə r gördü. 

Bu dövrdə Ermənistan Respublikası A zərbaycana qarşı açıq təcavüzə başladı. Ermənistanın nizami ordu hissələri və daşnak 

quldur  dəstələri  Azərbaycanın  Zəngəzur,  Na xç ıvan  və  Qarabağ  bölgələ rinə   basqınlar  ed ird i.  Kəndlə ri  dağıdır,  türk-

müsəlman əhalisinə qarşı soyqırımları törədir, onları ö z ata-baba yurdlarından qovurdular.  Ermənilər bu hərəkətlərini bütün 

1919  il boyu və 1920 ilin əvvəllərində davam etdird ilər. Dağ lıq  Qa rabağ ermənilə ri 1920  il  ma rtın  22-də  Novruz bayra mı 

gecəsi  Xankəndindəki  Azə rbaycan  ordusu  qarnizonu  üzərinə  xa incəsinə  basqın  etdilər.  Bundan  istifadə  edən  ermən ilə r 

bütün Dağlıq  Qarabağ ərazisində qiyam qald ırdılar.  1920  il aprelin  27-də Sovet  Rusiyası orduları Azərbaycan sərhədlərin i 

keçərək, Bakın ı işğal etdiyi 

 

 

 



 

455 

 

vaxt A zərbaycan ordusunun əsas qüvvələri Dağlıq Qarabağda ermənilərin qiya mını yatırt maqla  məşğul id i. 



 

Əd.: 

Aзepбaйджанская  Демократическая    Pecnублика      (1918-1920),    Армия  (документы  и  материалы),  Б.,  1998; 

Aзepбaйджанская Демократиская  Pecnублика (1918-1920), Законодательные акты (сборник документов), Б., 1998; Aдpec-календары 

Aзepбaйджанской    Pecnублики  нa  1920  r.,      B.,  1920;  Süleymanov  M.,  Azərbaycan  ordusu  (1918-1920),  B.,  1998;  yenə  onun, 

M ehmandarov, B., 2000. 

 

HƏRBĠ NAZĠRLĠYĠN ġTATI  HAQQINDA QANUN- Hərb i Nazirliy in ilkin  struktur heyətinin - ştatının təsdiq 

edilməsi  barədə  Azərbaycan  Xalq  Cümhuriyyəti  Parla mentinin  1919  il  25  fevra l  tarixli  qanunu.  Qanunla  Hərbi  Nazirlik 

sistemində  olan  38  struktur  bölməsinin  ştat  vahidləri  təsdiq  edilmişdi.  Bunlar,  əsasən,  hərbi  nazirliyin  idarə  və 

xid mət lərini, onla rın  tabeliy ində olan xid mətlə ri, p iyada, süvari və topçu hissə və bölmələrin i, tə minat-təchizat anbarlarını, 

tibb obyektlərin i əhatə edirdi. 

Qanun layihəsi Parla mentə Qara bəy Qa rabəyov tərəfindən təqdim olunmuşdu. Hərbi nazir Sə məd bəy Mehman-

darovun  proqram  xa ra kterli  ç ıxışında  zabit lərin  məvaciblə rin in  la zımi  səviyyədə  saxlanılmasının  vacib liy i  əsas-

landırılmış, türk hərb i qüvvələrin in Azərbaycanı tərk etməsindən sonra hərbi hissələrdə yaranmış  mürəkkəb vəziyyət və 

onun  aradan  qaldırılması  yollarına,  çağırış  işinin  təşkilinə,  ordunun  təminat-təchizat  məsələlərinə,  qarşıda  duran  digər 

vəzifələ rə  də  to xunulmuşdu.  Cü mhuriyyət  Parla menti  və  Dövlət  Müdafiə   Ko mitəsi  sonralar  yarad ılan  b ir  sıra  hərbi 

strukturların da ştatını təsdiq etmişdi. 

HƏRBĠ NAZĠRLĠYĠN YARADILMASI HAQQINDA QƏRAR, A z ə r b a y c a n  X a l q  C ü m h u r i y y  -

ə t i  H ö k u m ə t i  H ə r b  i  N a z i r l iy in in  y a r a d ı l m a s ı  h  a q q ı n d a  q ə r a r -  A zərbaycan Xalq Cü mhuriyyəti 

Nazirlə r  Şurasının  1918  il  1 noyabr tarixli qəra rı. Qə rara  əsasən, hərbi nazir və zifəsi  Na zirlər Şurasın ın sədrinə həvalə  

olunmuşdu. Səməd bəy Mehmandarov hərbi nazirin müavini təyin edilmiş və nazirliyin forma laşdırılması ona tapşırılmışdı.  



HƏRBĠ  ORDENLƏRĠN,  MĠLLĠ  HĠMNĠN,  GERBĠN  VƏ  MÖHÜR ÜN  HAZIRLANMAS I  HAQQINDA 

QƏRAR, A z ə r b a y c a n  X a l q  C ü m h u r i y y ə t i  h ə r b i  o r d e n l ə r i,   m i l l i  h i m n i,  g e r b i  v ə  m ö h ü- 

r ü  n ü  n  h  a z ı r l a  n  m a  s ı  h  a q  q ı n d  a   q  ə  r a  r - A zərbaycan Xa lq  Cü mhuriyyəti Höku mətin in 1920  il 30 yanvar 

tarixli qərarı. İki bənddən ibarət idi. Birinci bənddə ordenlərin eskizlə ri üçün müsabiqə elan olunması hərbi na zirə,  ikinci 

bənddə  isə  milli  himn in,  dövlət  gerbinin   və  möhürünün  layihə ləri  üçün  müsabiqə  e lan  edilməsi  maarif  na zirinə 

tapşırılmışdı. 

HƏRBĠ  RÜTBƏLƏR  - A zərbaycan Xalq  Cü mhuriyyəti dövründə  xid məti vəzifəsinə, hərb i və ixtisas hazırlı-

ğına, xid mət müddətinə, xid mət dövründə əldə etdiyi nəticələrə və qoşun növlərinə görə hərbi qulluqçulara fərdi qaydada 

verilən   rütbələr.  Hə rbi  rütbələr  hərbi  qulluqçuların  dərəcəsini,  onlar  arasındakı  münasibətləri,  xid mət  müddətini 

müəyyənləşdirir,  maddi və  maliyyə hüquqlarını təmin edir, tənzimləy ird i. Azərbaycan Xalq Cü mhuriyyəti ordusunda çar 

Rusiyasmda  qüvvədə  olmuş  hərbi  rütbələr  tətbiq  edilir  və  qoşun  növlərinə  görə  fərqlən ird i.  Piyada  qoşunlarında 

praporşik,  podporuçik,  poruçik,  ştabs -kapitan,  kap itan,  podpolkovnik,  polkovnik,  general-mayor,  general-leytenant, 

general  (tam  general),  süvari  qoşunlarında  is ə  praporşik,  kornet,  poruçik,  ştabs-rotmistr,  rotmistr,  podpolkovnik, 

polkovnik, general-mayor, general-leytenant, general (tam general) rütbələri işlədilird i. 

İlkin  zab it  rütbəsi  olan  praporşik  rütbəsi  hərbi  nazirin  əmri  ilə  verilirdi.  Bunun  üçün  hərbi  qulluqçular  müvafiq 

təhsil bazasına malik olma lı idilər. Digər hərbi rütbələr hərbi nazirin təqdimatı əsasında Nazirlər Şurasının qərarı ilə verilirdi. 

Hərbi  qu lluqçuların  istifadə  etdiyi  poqonlar  və  onların  üzə rindəki  fə rqlən mə  n işanları  çar  Rusiyası  ordusunun 

poqonlarındakı  kimi  id i.  Lakin  Rusiya  poqonlarından  fərq li  olaraq  A zərbaycan  Xalq  Cü mhuriyyəti  poqonlarının  ü zə-

rində "Azərbaycan" sözü yazılırdı. 

HƏRBĠ  ġ URA  -  A zərbaycan  Xalq  Cümhuriyyəti  Hərbi  nazirliy inin   nəzdində  ko lleg ial  orqan.  Hərbi 

qanunvericilik və hərbi idarəet mə sahəsində mühüm məsələ ləri mü za kirə  edir və müvafiq qəra rla r ç ıxa rırdı. Əsası 1919 il 

yanvarın 10-da qoyulmuşdu. Hərb i şuranın əsasnaməsi və daimi tərkibi təsdiq edilənədək  Müvəqqəti Hərbi Şura (MHŞ) 

yaradılmışdı.  Hərbi na zir və onun müavini, piyada və süvari diviziyala rın ın ko mandirlə ri,  Ümu mi qərargahın rəisi, topçu, 

ləvazimat  və   istehka mçı  idarələ rin in  rə isləri,  general-kvart irmeyster,  növbətçi  general  və  tapşırıq  genera lı  MHŞ-n ın 

üzvləri idilər. MHŞ-nın iclaslarına hərbi nazir və ya onun müavini sədrlik ed irdi. 

Hərbi  şuranın  əsasnaməsi  işlən ib  hazırlandıqdan  sonra  1920  ilin  əvvəlində  şuranın  daimi  tərkibi  təsdiq  edild i. 

Hərbi na zir  Sə məd bəy Meh mandarovun əmri  ilə  iki hərbi şura yaradıldı:  Böyük hərbi şura (BHŞ) və  Kiç ik hərbi şura 

(KHŞ).  Təcili həllini tələb edən  məsələlərə  KHŞ-da baxılırd ı. Tərkibinə hərbi nazirin  müavini,  Ümu mi qərargahın, Baş 

ərkani-hərbin  və  Bakı  İstehkamçılar  hissəsinin  rəisləri  daxil  idi.  Hərbi  nazirin  rəhbərlik  etdiyi  BHŞ-ya  isə  Ümu mi 

qərargahın,  Baş  ərkani-hərb in,  Ba kı  istehkamç ılar  hiss əsinin  rəisləri,  qərargahla rı  Bakıda  yerləşən  piyada  və  süvari 

diviziyalarının  ko mandirləri, topçu, istehkam və  ləvazimat  idarələrin in rəisləri, hərbi-ədliyyə, hərbi-tibb və hərbi-baytar 

idarələ rin in  rə isləri  da xil  idi.  BHŞ-nın  işində  dövlət  nəzarət  orqanının  nümayəndəsi  də  iştira k  edird i.  Hərb i  şuranın 

qərarları hərbi na zirin imzası ilə qüvvəyə minirdi. 

HƏRBĠ-TĠBB  ĠDARƏS Ġ  - A zərbaycan Xalq  Cü mhuriyyəti ordusunun qoşun hissələrində tibb  xid mətin in təş-

kilinə rəhbərlik edən orqan. Əsası 1918 il noyabrın  15-də qoyulmuş və əvvəlcə şöbə kimi  Ümu mi qərargahın tərkibində 

fəaliyyətə başlamışdı. A zərbaycanda tibbin kifayət qədər in kişaf et mədiyi bir va xtda hərbi-tibb idarəsinin  fəa liyyəti hərbi 

nazirin   ciddi  nəza rətində  olmuşdur.  Na zir  Sə məd  bəy  Mehmandarovun  müvafiq  ə mri  ilə   həkim  A.Sula kov  1918  il 

noyabrın  27-də  hərbi-tibb  şöbəsinin  rəisi  təyin  ed ild i.  Həmin  tarixdə  daha  15  nəfər  tibb  işçisi  orduya  qəbul  edilərək, 

mü xtəlif qoşun hissələrinə təyinat ald ılar. 

Qoşunlarda tibb xid mətinə olan ehtiyacın aradan qaldırılması üçün S.Mehmandarovun  əmri  ilə  1918  il dekabrın  

14-də Gəncə Praporşiklər mək təbində 10 nəfə rlik qəbul otağı, dekabrın 15-də Hac ıqabulda yerləşən 2-ci Bakı alayında 60 



456 

 

nəfərlik əsgər xəstəxanası, 1919 il yanvarın 1 -də 1-ci  Cavanşir 



piyada  alayında  60  nəfərlik  əsgər  xəstəxanası,  2-ci  Qarabağ 

süvari alayında  20 nəfərlik  müay inə otağı,  1919  il fevralın  4-

də  isə  Əlahiddə  Zaqatala  taborunun  20  nəfərlik  əsgər 

xəstəxanası  fəaliyyətə  başladı.  Ba kı,  Gəncə   və  Xankəndidə 

hərbi  xəstə xanalar  təşkil  edildi.  Gəncə  hərb i  xəstəxanası 

nəzdində bölük  feldşer  kö məkç iləri ha zırlayan 4 ay lıq  kurslar 

yaradıldı. 

1919  ilin   payızından  isə  hərbi  nazirin  ə mrilə   Şuşa 



feldşer  məktəbi  fəaliyyətə  başladı.  Hərb i  h issələrdə,  xüsusən 

Qarabağ  bölgəsində  yerləşən  qoşun  hissələrinin  şəxsi  heyəti 

arasında yayılan yoluxucu  xəstəliklərin qarşısının alın masında 

məsuliyyətsizlik  göstərdiyi  üçün  idarən in  rəisi  Su lakov 

vəzifəsindən azad edild i və onun yerinə həkim  Qabayev təyin 

edildi. 


Hərbi  nazirin  ə mri  ilə   1919  il  iyulun  19-da  həkim 

Bahadur  bəy  Qayıbov  strukturun  rəhbəri  təyin  olundu.  Onun 

rəhbərliy i  ilə  1919  il  noyabrın  5-də  Şuşada  5  nəfər  zab it  və 

100  nəfər  əsgər  üçün  nəzərdə  tutulmuş  105  nəfərlik  əsgər 

xəstəxanası,  1920  il  yanvarın   1-də  Bakı  şəhərində  5-c i  Ba kı 

piyada  alayının   əsgər  xəstəxanası,  1920  il  yanvarın  13-də 

Xankəndidə 2-ci  Qarabağ süvari alayın ın 30 nəfərlik  müayinə 

otağı, 1920  il  fevralın  1-də  Xankəndidə  1-ci  Cavanşir piyada 

alayının  30  nəfərlik  müay inə  otağı  açılmışdı.  Hərbi  nazirin 

əmri  ilə 1919 il oktyabrın  20-də hərbi-tibb  idarəsinin və yerli 

la zaretlə rin  strukturu  genişləndirildi.  1920  ilin  ma rtında  bu 

qurum təchizat idarəsinin tərkib inə da xil edildi. 



 

Əd

.: Süleymanov M ., Azərbaycan ordusu (1918-1920), B., 1998. 

 

HƏRBĠ   VƏZĠYYƏT   ELAN  OLUNMAS I   HAQQINDA QƏRAR  - yenicə elan olunmuş istiqlalın təhlükə 

qarşısında  qaldığı  şəraitdə  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Höku mətin in  əl  atmağa  məcbur  olduğu  fövqəladə  tədbir. 

Bütün ölkə ərazisində fövqəladə vəziyyət elan olun ması barədə qərar  Cü mhuriyyət Höku məti tərəfindən 1918  il  iyunun 

19-da qəbul ed ilmişdi. Buna s əbəb Azərbaycanın yenicə e lan ed ilmiş dövlət müstəqilliyin in təhlükəyə  məru z qalması idi. 

Be lə ki,  S.Şau myanın başçılığı  ilə  Bakıda hakimiyyəti ələ  keçirmiş Bak ı Xalq Komissarları Sovetinin  tabeliyində olan 18 

min  nəfərlik  daşnaklardan  ibarət  olan  1-ci  Qafqaz  Qırmızı  korpusunun  1918  il  iyunun  10-dan  Gəncəyə  doğru  yürüşə 

başlaması bu təhlükəni reallaşdıra bilərdi. Qardaşlıq kö məyinə gələn türk hərbi h issələrinin hələ bütünlüklə Azərbaycana 

gəlib çat mad ığı bir va xtda,  Qafqa z  Qırmızı korpusunun qarşısını gürcü knyazı polkovnik  Maqalovun rəhbərliyi a ltında 

Müsəlman  və  Gürcü  korpuslarının  məhdud  heyətdə  olan  birgə  qüvvələri  kəsirdi.  Qafqaz  Qırmızı  korpusunun hissələri 

özlərin in  say  üstünlüyündən  istifadə  edərək,  iyunun  11-də  Sığ ırlını,  iyunun  12-də  isə  Kürdəmiri  işğal  etdi.  Qırmızı 

korpusun  digər  bir  qolu  isə  Ba kı-Şa ma xı  yolu   boyunca  Qara məryə mə   qədər  irə lilə mişdi.  İyunun  16-da  baş  vermiş 

Qara mə ryə m döyüşündə azərbaycanlı, gürcü və dağıstanlılardan  ibarət  müdafiə dəstəsi də məğ lub oldu.  Qırmızı  korpus 

sürətli hücumunu davam etdirərək, Yev laxda Kür çayı üzərindəki körpünü ələ keçirməyə can atır və bununla Qafqaz İslam 

Ordusu  qüvvələrinin  şərqə  doğru  irəlilə məsinin  qarşısını  kəsmə k  istəyirdi.  Odur  ki,  Qa fqaz  İsla m  Ordusunun  tərkib inə 

qatılmış 5-ci  Qafqaz firqəsinin  10-cu Qafqaz piyada alay ı  Gəncəyə yetişən kimi dərhal  Qaraməryəmə göndərildi. İyunun 

18-də  bu  alay ın  Qırmızı  korpusa  müqavimət i  də  uğursuzluqla   nəticələndi.  Qırmızı  korpusun  bu  uğuru  Azərbaycan 

ərazisində  hərbi-siyasi  şəraiti  daha  da  ağırlaşdırd ı.  Dövlətin  bütün  gücünü  Qırmızı  korpusun  təcavüzünün  qarşısının 

alın masına səfərbər etmək üçün Azərbaycan  Xalq  Cü mhuriyyəti  Höku məti 1918  il  iyunun 19-da bütün ölkə ərazisində 

hərbi vəziyyət elan olunması barədə qərar qəbul etməyə  məcbur oldu. Hərb i vəziyyətın elan olunması ilə ə laqədar olaraq 

iyunun 23-də Hərb dövrü üçün qanunların tətbiqi haqqında qərar qəbul edild i. 

Azərbaycan Xalq Cü mhuriyyəti Höku mət i fövqəladə vəziyyət şəraitində dövlətin bütün potensialını səfərbərliyə  

alaraq,  ö lkən in  müstəqilliyi  üçün  yaranmış  real  təhlükəni  aradan  qaldıra  bildi.  İyunun  sonlarında  Azərbaycan-Türkiyə 

birləşmiş  qoşunlarından  ibarət  Qafqa z  İsla m  Ordusu  Göyçay  və  Qa ra məryə m  ətrafında  bolşevik-daşnak  hərbi 

birləşmə lərini ağır  məğlubiyyətə uğratdı.  Bu qə ləbə Ba kının bolşevik-daşnak işğalından azad o lun ması və  Cü mhuriyyət 

hakimiyyətinin bütün ölkə əra zisində bərqərar ed ilməsi uğrunda aparılan müharibədə dönüş nöqtəsi oldu. 



Yüklə 19,75 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin