Xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu



Yüklə 19,75 Mb.
Pdf görüntüsü
səhifə62/80
tarix31.01.2017
ölçüsü19,75 Mb.
#7086
1   ...   58   59   60   61   62   63   64   65   ...   80

 

 

 

 

 

 

365 

 

 



 

 

 

 

ƏLĠ  YUS ĠF,  Yusifzadə Ağəli Cəlal oğlu (1.1.1900, Şuşa -  1926)  - şair,  Cü mhuriyyət dövrü poeziyasının  istedadlı 

nümayəndələrindən biri.  Hələ Şuşa realnı  məktəbinin  6-cı sinfində o xuyarkən, "Qurtuluş" jurnalında Əli  Rai  (Rai - çoban) 

təxə llüsü ilə  dərc edilmiş "Qüruba qarşı b ir yetimin  lisanından" şeri  müka fata lay iq görülmüşdü. Əli  Yusif  1918-19  illə rdə 

Azərbaycan  Xalq  Cü mhuriyyəti  Höku mətin in  Xa lq  Maarifi  Na zirliyində  ka rgüzar  işlə miş  və  bu  dövrdə  yazdığı  şeirlərini 

"Yusifzadə  Əli  Ra i",  "Əli  Yusif‖,  "Əli  Yusif  Rai"  və  "Ə.Y."  imza ları  ilə  dərc  etdirmişdir.  İlk  şeirlərində,  əsasən,  həyatın, 

azadlığın, varlıq və yo xluğun, həqiqi idealını, insan ömrünün mənasını dərk etməyə can atır, vəfasızlığa, xəyanətə qarşı etiraz 

səsini  ucaldırdı.  Əli  Yusif  də  Seyid  Hüseynin  1919  ildə  təşkil  etdiyi  " Yaşıl  qə lə m"  ədəbi  birliyinin  Cə fər  Cabbarlı, 

Ümmügülsüm, Salman Mü mtaz və digər şairlərlə bərabər fəal üzv lərindən idi. 

 

Əli  Yusif istiqlal dövrü poeziyasında öz orijinallığı  ilə seçilən simalardan idi.  Bu dövrdə yazdığı "İdeal", "Bayraq", 



"Azərbaycanlıya - hörmətli  Nəsib bəyə" (Nəsib bəy  Yusifbəyliyə), "Ey türk oğlu" və s. şeirlərində, hə mç inin 1918-20 illər 

mətbuatında  tez-tez  dərc   olunan  məqalə lərində  Azə rbaycanda  milli  dövlət  quruculuğunu  tərənnüm  et mişdir.  İstiqlalı, 

cümhuriyyəti,  azad  vətənə  sonsuz  sevgini  böyük  məhəbbətlə,  ruh  yüksəkliyi  ilə  qarşılayan  gənc  şair  istibdad  zəncirindən 

qurtulmağ ı  Azərbaycan  üfüqündə  doğan  sönməz  b ir  uldu z  kimi  mənalandırır,  ilk  dəfə  milli  dövlət  elan  edilməsindən 

öyünürdü: 

Ey vətəndaş, bu gün sənin taleyinə  

Bir əbədi sönməyəcək ulduz doğur.  

...Bundan sonra Azərbaycan ölkəsində,  

Azadlığın, istiqlalın kölgəsində  

Sənin dəxi bir müqəddəs vətənin var,  

Bayrağın var, buludlardan uca qalxar! 

 

Əli  Yusif  1920  il  yanvarın  14-də  dövlət  hesabına  təhsil  almaq  üçün  Parisə  göndərilmişdi.  Azərbaycanda  Sovet 



hakimiyyəti  qurulduqdan  sonra  xa ricdə  dövlət  hesabına  təhsil  alan  azə rbaycanlı  tələbələ rin  maddi  və ziyyətini,  təhsilin 

gedişini  və  məişət  məsələlərini  öyrənmək  üçün  1921-22  illərdə  Xalq   Ko missarları  Sovetinin  sədri  Nəriman  Nərimanovun 

tapşırığ ı  ilə  xaricə ezam olunan nümayəndənin  məlu matına görə, Əli  Yusif təhsilini  müvəffəq iyyətlə davam etdirird i. 1922 

ildə o, Parisdə Siyasi Elmlə r İnstitutunu əla qiymət lərlə bit irib, Ba kıya qayıt mışdır. 

Əli  Yusif  bir  müddət  sonra  mühacirətdə  olan  müsavatçılarla  əlaqə  saxlamaqda,  "proletar  dövlətinə  qarşı  yö-

nəldilmiş  digər  c inayətlərdə"  təqsirləndirilə rək,  Sibirə  sürgün  edilmiş,  orada  qətlə  yetirilmişdi.  Avropaya  təhsil  almağa 

getmə zdən əvvəl şair sanki ta leyini qabaqcadan görürmüş  kimi ya zırdı: 

 

Ey müqəddəs, şanlı, sevimli ölkə! 

Kim bilir qəzayı? 

Dönmədik, bəlkə... 

Haqqını həlal et, biz gedər olduq. 

 

Məhəmməd  Əmin  Rəsulzadə  mühacirətdə  yazdığı  əsərlərində  Əli  Yusifin  şeirlə rinə  dönə-dönə  mürac iət  et miş, 



onlardan nümunələr gətirmişdir. 

 

Əd:. 

Azərbaycan Xalq Cümhuriyy əti (ədəbiyyat, dil, mədəniyyət quruculuğu), B., 1998; Abdullayev A., Əli Yusif, "Ədəbiyyat 

və  İncəsənət"  qəzeti,  1989,  28  iyul;  A ğayev  İ.,  XX  əsrin  əvvəllərində  Azərbaycan  şeri,  B.,  2002;  Абутальбов  Р.,  ―Азербайджанские 

студенты в Западной Европе‖,

 

―П

АНОРАМА



‖qəzeti, 1996, 15 mart. 

 

ƏLĠBƏYOV Mustafa bəy Cabir oğlu (1872, Nu xa  -1943, Daşkənd) -  ictimai  xadim, hüquqşünas, naşir, publisist, 

dramaturq.  Bəy  a iləsində  doğulmuşdur.  Molla xanada,  üçüncü  dərəcəli  şəhər  mə ktəbində  oxu muş,  Tiflis  gimnaziyasını 

bitirmişdir (1892). Bakı quberniyası dairə məh kəməsində baş müstəntiqin tərcüməçisi və vəkil (1892-1920) işləmişdir. 

   


Əlibəyov 20 əsrin əvvəllərində Bakının  ictimai-mədəni həyatında fəal  iştirak etmiş,  1905  ildə  Hacı Zeynalabdin 

Tağıyevin sədrliy i ilə yarad ılan " Hidayət" xeyriyyə cəmiyyətinin   katib i  olmuşdur.  Bakı neftin i xarici kapitalın inhisarından 

qurtarıb  xalqın  rifah ına sərf etmək  məqsədilə cəmiyyətin nəzdində "Hidayəti-islamiyyə"   neft     şirkəti yaratmağa təşəbbüs 

göstərmiş, onun 27 bənddən ibarət nizamnaməsini tərtib etmişdir. Əlibəyov 1907  ildə həyat yoldaşı, 

həkim  Xəd icə  xanım  Əlibəyova-Sübhanquliyevanın  redaktorluğu  ilə  "İşıq"  adlı  ilk  qadın  jurna lın ı 

(1911-12) nəşr etmişdir. 

Rusiyada Fevral inqilabından (1917) sonra fəal siyasi həyata qoşulan Mustafa bəy "Əhrar" 

partiyasına  daxil  o lmuşdur.  "Möhtaclara  kö mək"  cəmiyyətinin  ü zvü  olaraq,  ermən i-bolşevik-

daşnaklarının   1918  ildə  Bakıda  törətdikləri  qanlı  mart  soyqırımı  ərəfəsində  "Dikaya  d iviziya" 

əsgərlərinin   əllərindən  alın mış  silah ların  qaytarılmasın ı  Bakı  ko missarlığından  tələb   etmiş,  xüsusi 

tapşırığa  əsasən,  türk  hərbi  əsirlərini  Türkiyəyə  təhvil  verməyə  aparmışdır.  A zərbaycan  Xalq  

Cü mhuriyyəti  dövründə  "Möhtaclara  kö mək"  təşkilatının  xəttilə  əhalinin  ərzaq  və  paltarla  təmin  

olunmasına  yardım  göstərmişdir.  İranın  Rəşt  vilayətində  inqilab i  hərəkatla  əlaqə  saxlamış,  Kiçik 

xanla  görüşmüş,  haqqında  Bakı  mətbuatında  məqalə  dərc  etdirərək,  fədailərin  döyüş  əzmin i  alqışlamışdır.  " Yaşıl  qələm" 

ədəbi birliy inin ü zvü olmuşdur. 


366 

 

Aprel işğalından {1920) sonra Nu xaya  (Şəkiyə)  köçmüş,  mühü m  işlər üzrə  xalq hakimi, hüquq bürosunun müdiri, 

Gəncə  "müdafüyün  heyəti"nin  üzvü  olmuşdur.  Əlibəyov  mətbuatda  açıq  və  gizli  imza larla  çıxış  et miş,  "Məhkəmə lər 

qapısında  tökülən  qanlı  yaşlarımız"  faciəsinin,  "Cəllad  mü lkədarın   qurbanı"  kinossenarisinin,  "Abşeron  neft  cəzirəsi" 

publisist əsərinin müə llifid ir. 

 

Əd: 

M əmmədov X., M ustafa bəy Əlibəyovun irsi qiymətli söz xəzinəmizdir, "Təzə həyat" qəzeti, 2000, 19 sentyabr; Ağabəyli 

F., Vəkil M ustafa bəy Əlibəyov. O bizə şərəfdir, biz ona övlad, B., 2003.  

 

ƏLĠBƏYOVA  Xədicə  (1884, Tiflis - 1958)  -  maarifçi, publisist,  ictimai  xadim. Atası Ələddin Sübhanquliyev ru-

  hani olmasına ba xmayaraq, q ızın ı Tiflis rus qız g imna ziyasına qoymuş, mü kə mmə l təlim-tə rbiyə vermişdir.  Xəd icə  xanım  

gimnaziyanı bit irdikdən sonra Zaqafqaziya Olqa  ma ma -gineko logiya İnstitutunda oxu muş, 1907 – ci 

ildə  1- ci dərəcə li ma ma ixt isası a lmışdır. Hüquqşünas  Mustafa bəy Əlibəyovla  ailə   qurandan sonra 

ictima i-mədəni  həyatda  iştirak  etməyə  başla mış,  1911-12  illə rdə  Azərbaycanda  ilk  qadın  "İşıq" 

jurnalının  (cəmi  68 sayı buraxılmışdır) redaktoru  (naşiri Mustafa bəy Əlibəyov id i), həmçinin Bakı 



Müsəlman Qadın Xeyriyyə Cəmiyyətinin fəal üzv lərindən biri olmuşdur. 

Əlibəyova "İşıq" jurnalında "Hüququmu z" sərlövhəli silsilə məqalələr yazmışdır. Qadın larm 

hüquq bərabərliy i, onları  maarif və  mədəniyyətə, ictimai həyatda iştiraka çağırış, qadın  klubların ın, 

savad 


kursların ın 

açılması, 

uşaqların  

tərbiyəsi,  ev  işlə ri  və  sağlamlıq  məsələ ləri 

ətrafında  gedən  mübarizə  və  s.  onun 

publisistik  məqalə lərinin əsas mövzu ları id i.  1920  ildən  1946 ilədək 

Şəkidə həkim-gineko loq  işləmiş, savad kursların ın, qadın  klubunun 

təşkilində yaxından iştira k et mişdir. 



ƏLĠFBA  ĠSLAHATI  KOMĠSSĠYAS I  A zərbaycan  Xalq 

Cü mhuriyyəti  Höku mətin in  ölkə  əhalisin in  maarifləndirilməsini 

sürətləndirmək məqsədilə həyata keçirdiyi tədbir. 

1919  il  martın  21-də  Cü mhuriyyət  Höku mətinin  qərarı  ilə 

Xalq   Maarifi  Na zirliy inə  ərəb  ə lifbasının  islahatı  üzrə  xüsusi 

Höku mət  ko missiyası  yaratmaq  və  ko missiyanın  hazırladığı 

təklifləri  ba xılmaq   üçün  Na zirlər  Şurasına  təqdim  et mək 

tapşırılmışdı.  Bu  qərara  əsasən,  Azərbaycan  Xalq  Cü mhuriyyəti 

Höku mətinin  üzvü  Xudadat  bəy  Məlik-Aslanovun  sədrliy i  ilə  Xalq 

Maarifi  Nazirliy i  yanında  ərəb  əlifbasının  islahatı  ü zrə  xüsusi 

ko missiya yaradılmışdı. Əlifba islahatı, hər şeydən öncə, maarifçilik, 

xalq  təhsilinin   milliləşdirilməsi  sahəsində  Höku mətin  qarşısında 

duran vəzifə lərin həyata keçirilməsinə birbaşa xid mət et məli idi. 

Azərbaycan  Xalq  Cü mhuriyyəti  Höku mətinin  d iqqət  və  qayğısı  ilə  fəaliyyət  göstərən  komissiya  tezliklə  b ir  neçə 

əlifba  lay ihəsi  hazırlayaraq  Höku mətə  təqdim  etmişdi.  Həmin  layihələr  arasında  müəllim  Abdulla  bəy  Əfəndizadənin 

hazırlad ığı variant bəyənilmiş və yeni əlifba üçün əsas kimi qəbul o lunmuşdu. 

A.Əfəndizadə əlifba islahatı, xüsusilə latın əlifbasına keçid in zəruriliy i ilə bağlı 1919 ildə Bakıda "Son türk əlifbası" 

adlı dərslik də nəşr etdirmişdi. Dərslikdə o, ilk dəfə olaraq, ərəb və latın əlifbalarını müqayisəli şəkildə vermiş, b irincin in ana 

dilimizə  uyğunsuzluğunu,  ikincin inis ə  daha  münasib  olduğunu  zəngin  dil  fakt ları  ilə  əsaslandırmışdı.  A zərbaycan  Xa lq 

Cü mhuriyyəti  Höku mətin in  əlifba  islahatı  sahəsində  həyata  keçirdiyi  ilk  əməli  addımlar  Aprel  işğalı  (1920)  nəticəsində 

yarımçıq qaldı. 

Azərbaycan Xalq  Cü mhuriyyəti dövründə artıq reallaşmaq ərə fəsində olan əlifba islahatı  ideyasına 1921 ildə Sovet 

Azərbaycanında  yenidən  qayıdıldı.  Bu  məsələnin  geniş  mü zakirəsindən  sonra  Nəriman  Nə rimanovun  imzaladığ ı  xüsusi 

dekretlə A zərbaycanda əlifba islahatı ü zrə Yeni Türk Əlifba Ko mitəsi yaradıldı. Ko mitənin latın qrafikası əsasında hazırladığı 

Azərbaycan əlifbasının lay ihəsi ü mu mxa lq mü zakirəsi üçün "Yeni yol" qəzetində dərc ed ild i. 

Gərgin  keçən  və  uzunmüddətli  mü za kirə lərdən  sonra  1929  ildən  etibarən  Azərbaycanda  tama milə  latın  ə lifbasına 

keçildi.  Bununla da Azərbaycan Xalq Cü mhuriyyətinin ö z qarşısına qoyduğu müqəddəs amallardan biri də reallaşdırıldı.  Bu 

işdə  Cümhuriyyət  dövründə  əlifba  islahatları  ü zrə  Höku mət  ko missiyasının  üzvləri  olan  Xudadat  bəy  Məlik-Aslanovun, 

Hə mid bəy Şahtaxtlının, Fə rhad Ağazadənin, Azad bəy Əmirovun, Əh məd bəy Pepinovun və başqalarının səy və zəhmətlə ri 

az o lmamışdır. 



 

Əd

.:  Aзepбaйджанская  Демократиская    Pecnублика  (1918-1920),  Законодательные  акты  (сборник  документов),  Б.,  1998; 

Mərdanov M., Quliyev Ə., Azərbaycan təhsili Xalq Cümhuriyy əti illərində (1918-1920), B., 2003.  



 

ƏLĠMURADOV    Cavad   bəy   Cü mşüd   bəy   oğlu  (6.7.1898, Qaryagin, indiki Fü zuli 

-  ?)  -  Azə rbaycan  Xalq  Cü mhuriyyəti  Pa rla mentinin  xüsusi  qərarı  (ba x  Xaricə  təhsil  almağa 



göndərilən      azərbaycanlı

 

tələbələr  haqqında  qərar)  ilə   dövlət  hesabına  ali  təhsil  a lmaq  üçün 

xaricə göndərilmiş tələbələ rdən biri.  Bakı  realn ı  kişi   məktəbin i   b itirmişdir (1918). Pa rla mentin 

1919 il 1 sentyabr tarixli qə rarına əsasən, təhsilini me marlıq sahəsində davam    etdirmə k 

üçün 

Fransaya  göndərilmişdi.  Azərbaycanda  sovet  hakimiyyəti  qurulduqdan  sonra  xa ricdə  dövlət 



hesabına  təhsil  alan  azərbaycanlı  tələbələrin  vəziyyətini  öyrənən  Azərbaycanlı  Tələbələr 

367 

 

İttifaqının  1923-25 illər üçün  məlu matında Cavad  Əlimu radovun təhsilinin  bitməsinə  il yarım qaldığ ı göstərilirdi. Sonrakı 

taleyi barədə mə lu mat aşkar olunma mışdır. 

 

 

ƏLĠVERDĠLĠ  ( Ə l iv e r d i l ə r )   Qara  bəy  (?  -  ?)  -  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Parlamentinin  üzvü. 

Azərbaycan  Milli  Şurasının  "Azərbaycan  Məclisi-Məbusanının  təsisi  haqqında  qanun  "una  (1918,  19  noyabr)  əsasən,  Şuşa 

qəzasından Cümhuriyyət Parla mentinin tərkibinə da xil edilmişdi. "İttihad" fra ksiyaının ü zvü olmuşdu. 

ƏLĠYEV  Abbas  Mirzə  Əh məd  oğlu  (28.7.1897,  Şamaxı  -  1972,  Moskva,  Bakıda  dəfn 

olunmuşdur)  -  A zərbaycan  Xalq  Cü mhuriyyəti  Parlamentin in  xüsusi  qərarına  (bax  Xaricə  təhsil 



almağa göndərilən azərbaycanlı tələbələr haqqında qərar) əsasən, dövlət hesabına ali təhsil almaq 

üçün xaricə göndərilmiş tələbələrdən biri. Bakı realnı məktəbin i b itirmişdir (1916). Kiyev Politexn ik 

İnstitutunun  inşaatçı-mühəndis  şöbəsində  təhsil  almağa  başlamış  (1916  ildən),  lakin   Rusiyada 

Oktyabr  çevrilişi  baş  verdiy indən    təhsilini    yarımçıq    qoyub,  1918  ildə  geri  qayıtmağa  məcbur 

olmuşdur.  Parlamentin i  l919  il  1  sentyabr  tarixli  qərarına  əsasən,  təhsilini  davam  etdirmək  üçün 

Almaniyanın  Berlin  Ko mmersiya  İnstitutuna  göndərilmişdir.  A zərbaycanda  sovet  hakimiyyəti 

qurulduq-dan sonra xaricdə dövlət hesabına təhsil alan a zərbaycanlı tə ləbələrin və ziyyətini öyrənən 

Azərbaycanlı  Tələbələr  İttifaqının  1923-25  illə r  üçün  mə lu matında  onun  təhsilinin  bit məsinə  6  ay 

qaldığı göstərilirdi. 

Abbas  Əliyev  təhsilin i  başa  vurduqdan  sonra  (1925)  A zərbaycana  qayıtmış,  1928  ilədək  burada  işləmiş,  sonra 

Moskvaya köçmüşdür. 1938  ildə həbs olunaraq, Bakıya gətirilmiş, 6 aydan sonra həbsdən buraxılmışdır. Moskvaya qayıdan 

Abbas Əliyev İkinci dünya müharibəsinin (1939-45)  iştirakçısı olmuşdur. 1947  ildə Abbas Əliyev  ikinci dəfə həbs olunmuş, 

1953 ildə bəraət a lmışdır. 

Azərbaycanın  Moskvadakı  nü mayəndəliyin in  göndərişi  ilə   "Ba kı"  restoranında  inzibatçı,  d ire ktor  müavin i  işlə-

mişdir. 


ƏLĠYEV  Ələkbər Qəhrəman oğlu (25.8.1897, Şuşa - ?) - A zərbaycan Xalq  Cü mhuriyyəti 

Parlamentinin  xüsusi qərarı  (bax Xaricə təhsil almağa göndərilən azərbaycanlı tələbələr haqqında 



qərar) ilə dövlət hesabına ali təhsil a lmaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Şuşa rea lnı kişi 

mə ktəbini bitirmişdir  (1916). Parla mentin  1919  il  1 sentyabr tarixli qərarına əsasən, təhsilini kənd 

təsərrüfatı sahəsində davam etdirmə k üçün Be rlin Universitetinə (Alman iya) göndərilmişdi. 

Azərbaycanda  sovet  hakimiyyəti  qurulduqdan  sonra  xaricdə  dövlət  hesabına  təhsil  a lan 

azərbaycanlı tələbə lərin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923-25  illər üçün 

mə lu matında  Ələ kbər  Əliyevin təhsilinin b it məsinə 6 ay qaldığ ı göstərilirdi.  Sonrakı taley i barədə 

mə lu mat aşkar o lun ma mışdır. 

ƏLĠYEV  Əşrəf Ağəli oğ lu (2.4.1900, Vladiqafqaz (bəzi məlu matlara görə Şuşa) - 1937) 

-  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Pa rla mentinin  xüsusi  qərarı  (ba x  Xaricə  təhsil almağa  göndərilən  azərbaycanlı  tələbələr 



haqqında qərarı) ilə dövlət hesabına ali təhsil almaq  üçün  xaricə göndərilmiş tələbələrdən biri.  Vladiqafqaz g imnaziyasını 

bitirmişdir  (1919). Parlamentin   1919  il  1  sentyabr tarixli qərarına əsasən, təhsilini dağ-mə-dən sahəsində davam etdirmək 

üçün Almaniyanın Frayberq Akademiyasına göndərilmişdi. 

Azərbaycanda  sovet  hakimiyyəti  qurulduqdan  sonra  xaricdə  dövlət  hesabına 

təhsil a lan a zərbaycanlı tələbələ rin və ziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 

1923-25 illər üçün mə lu matında onun təhsilin in bit məsinə l ay qald ığı göstərilirdi. 

Təhsilini başa vurduqdan sonra Əşrəf Əliyev, ə lavə olaraq,  Hannover və Elzasda 

dörd  ay  ixtisasını  təkmilləşdirmişdir.  Azərbaycana  qayıtdıqdan  sonra  Əşrəf  Əliyev 

"Azərneft"  İstehsalat  Birliyində  çalışmış,  Bib iheybət  neft  mədənləri  rə isinin  müav ini, 

"Kaqonoviçneft" 

trestinin  qazıma  kontorunun  direktoru  işləmişdir.  Repressiya 

olunmuşdur. 



 

Əd.: 

Джафаров М.Ш., Политический террор и судьбы азербайджанских  немцев, Б., 

1998. 

 

ƏLĠYEV  Firidun Əzim oğlu (3.12.1898,  Şuşa - ?) -A zərbaycan Cü mhuriyyəti Parlamentinin 

xüsusi  qərarı  (bax  Xaricə  təhsil  almağa  göndərilən  azərbaycanlı  tələbələr  haqqında  qərar)  ilə  dövlət 

hesabına  ali  təhsil  almaq  üçün  xaricə  göndərilmiş  tələbələrdən  biri.  Bakı  poli-texn ik  məktəbinin  

elektrotexn ika  şöbəsini  bitirmişdir  (1919).  Parla mentin  1919  il  1  sentyabr  tarixli  qərarına  əsasən, 

təhsilini e le ktrote xnika sahəsində davam etdirmək üçün Almaniyaya göndərilmişdi. 

Azərbaycanda  sovet  hakimiyyəti  qurulduqdan  sonra  xaricdə  dövlət  hesabına  təhsil  alan 

azərbaycanlı  tə ləbələrin  vəziyyətini  öyrənən  Azərbaycanlı  Tələbələr  İttifaqının  1923-25  illər  üçün 

mə lu matında  Firidun  Əliyevin  təhsilinin  bit məsinə  1  il  qald ığı  göstərilird i.  Sonra kı  taleyi  barədə  

mə lu mat aşkar o lun ma mışdır. 

ƏLĠYEV  Heydər  Əlirza oğlu (10.5.1923,  Naxçıvan ş. -  12.12.2003, Klivlend, ABŞ;  Bakıda Fəxri  Xiyabanda dəfn 

olunmuşdur)  -  dünya  tarixinin  dahi  şəxsiyyətlərindən  biri,  Azərbaycanın  böyük  siyasi  və  dövlət  xadimi.  Dünya 

azərbaycanlıla rın ın  ümu mmilli  lideri,  Azərbaycan  xalq ının  qurtuluş  mübarizəsin in  (1990-93)  qa lib i.  Yen i  Azə rbaycan 

Partiyasının  (1992) banisi, A zərbaycan Xalq  Cü mhuriyyətinin tarixi varisi olan  müasir A zərbaycan dövlətinin qurucusu və 



368 

 

Azərbaycan  Respublikasının  Pre zidenti  (1993-2003).  Na xç ıvan  Pedaqoji  Te xn iku munu  bitirdikdən  sonra  1939-41  illə rdə 



Azərbaycan Sənaye İnstitutunun (indiki A zərbaycan Dövlət  Neft Akade miyası)  me marlıq fa kültəsində təhsil almışdır. 1941 

ildən Na xç ıvan Mu xtar Sovet Sosialist Respublikası (Na xç ıvan MSSR) Xa lq Da xili İşlər 

 

 

 



 

 


369 

 

 



 

370 

 

Komissarlığında və Naxç ıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri işlə mişdir. 1944 ilin mayında Na xçıvan Vilayət 



Partiya Ko mitəsi tərəfindən dövlət təhlükəsizliy i orqanla rına iş ə göndərilmiş, Len inqradda (indiki San kt-Peterburq) xüsusi ali 

təhsil a lmış, leytenantlıqdan general rütbəsinədək yüksəlmişdir. 1957 ildə Azə rbaycan Dövlət Un iversitetinin tarix fa kültəsini 

bitirmişdir. 1964 ildə Azərbaycan Sovet Sosialist Respublikası Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliy i Ko mitəsi sədrin in 

müavin i,  1967  ildə  isə  sədri  vəzifəsinə  irəli  çəkilmişdir.  Heydər  Əliyev  Dövlət  Təhlükəsizliyi  Komitəsində  fəaliyyəti 



dövründə bu mühüm strukturun azərbaycanlılaşdırılması üçün öz xalqı qarşısında misilsiz xidmətlər göstərmişdir. 

Azərbaycan Kommunist Partiyası Mərkə zi  Ko mitəsinin (A KP M K)  iyul  (1969) p lenumunda Heydər  Əliyev AKP 

MK-nın  birinc i  katib i, MK-nin  büro üzvü seçilmişdir.  Bununla,  Heydər  Əliyevin  Azə rbaycana rəhbərliyinin  birinci  dövrii 

başlanmışdır.  Heydər  Əliyev  A KP  MK-nin  avqust  (1969)  p lenumundakı  məru zəsi  ilə  respublikada  xalq  təsərrüfatına  və 

mədəni  quruculuğa  rəhbərliy i  əsaslı  surətdə  yaxşılaşdırmaq,  dövlət  və  ə mək  intiza mını  möhkə mləndirmə k,  kadrla rın  

məsuliyyətini a rtırmağın  yeni  xəttin i  müəy-yən et mişdir.  Bu   xətt  Heydər  Əliyevin sonrakı  mə ruzə  və ç ıxışla rında daha da  

inkişaf  etdirilərək  elmi  surətdə  əsaslandırılmış,  respublikanın  iqtisadi-siyasi  həyatında  xalqın  mənəviyyatına  mənfi  təsir 

göstərən tənəzzül meyllərinin qarşısın ın alın ması, sağlam mənəvi-psixolo ji iq limin, ictimai ovqatın bərqərar olunması uğrunda 

uzunmüddətli  mübariz  fəaliyyət  proqramına  çevrilmişdir.  Heydər  Əliyevin  AKP-nın  28-ci  (1971,  mart)  və  29-cu  (1976, 

yanvar)  qurultaylarında  MK-nın  hesabat  məruzələri  bu  proqramın  həyata  keçirilməsində  mühüm  əməli  rol  oynamışdır. 

Heydər Əliyev Sovet İttifaqı Ko mmun ist Partiyasının (Sov. İKP)  24-cü (1971,  mart-ap rel) və  25-ci (1976,  fevral-ma rt) qu-

rultaylarında çıxış  etmiş, həmin quru ltaylarda Sov. İKP MK-n ın üzvü seçilmişdir. Heydər Əliyev 1976 ilin martında Sov. İKP 

MK  Siyasi Bü rosu üzvlüyünə namizəd,  1982 ilin noyabrında  isə Siyasi  Büro ü zvü seçilmiş, eyni  zamanda, Sovet Sosialist 

Respublikaları  İttifaqı  (SSRİ)  Nazirlər  Soveti  sədrinin  birinci  müavin i  təyin  edilmişdir.  Türk-müsəlman  xalqlarına  qarşı 



ayrıseçkilik  siyasətinin  yeridildiyi  şəraitdə  SSRİ  kimi  nəhəng   bir  dünya   dövlətinin  ali  rəhbərliyinə  ucalmaqla  Heydər 

Əliyev misilsiz dövlət idarəçiliyi istedadı və bacarığı nümayiş etdirmişdir. 

SSRİ  Konstitusiyası  komissiyasının  üzvü  olan  Heydər  Əliyev  yeni  Konstitusiyanın  hazırlan masında  fəal  iştirak 

etmiş  və  Konstitusiyanı  qəbul  edən  SSRİ  Ali  Sovetinin  sessiyasında  çıxış  etmişdir  (1977,  o ktyabr).  Heydər  Əliyev 

Azərbaycan  Sovet  Sosialist  Respublikasın ın  (Azə rbaycan  SSR)  yeni  konstitusiyasının  layihəsini  hazırlayan  ko mis siyanın 

sədri kimi, Azə rbaycan dilinin Azərbaycan SSR-in dövlət dili olması haqqında maddənin respublika konstitusiyasına daxil 

edilməsinə  nail  olmuşdur  (1977,  iyul).  Azərbaycan  SSR  Ali  Sovetinin  sessiyasında  "Azərbaycan  SSR  Konstitusiyasının 

(Əsas Qanunun) layihəsi və onun ümumxalq mü zakirəsinin yekunları  haqqında"  məru zə etmişdir (1978, aprel). 

Heydər  Əliyevin  Azə rbaycana  rəhbərlik  etdiyi  ilk  illə rdən  mü kə mmə l  iqtisadi  inkişaf  konsepsiyası  hazırlan mış, 

ənənəvi  təsərrüfat  sahələrin in  şöhrəti  və  səmərəliliy i  bərpa  edilmiş,  yeni-yeni  istehsal  sahələrinin,  istiqamətlərinin  əsası 

qoyulmuş, iqtisadiyyatın sənaye bazası genişləndirilmiş və  müasirləşdirilmişdir.  Nəticədə, A zərbaycanın  iqtisadi potensialı 

güclənmişdir.  Heydər  Əliyevin  respublikaya  rəhbərlik  etdiy i  dövrdə  (1969-82  illər)  idarəetmə  mexanizmi  və  metodlarının  

təkmilləşdirilməsi, qanunçuluğa ciddi əməl ed ilməsi, ə mə k və ictimai-siyasi fəallığın artırılması,  kənd təsərrüfatının inkişafı 

sahələrində yüksək göstəricilər ə ldə edilməklə yanaşı, azərbaycançılıq  mə fkurəsinin,  milli  ruhun, milli-mənəvi ö zünüdərkin, 

mədəniyyətin  yüksəlişi,  xa lqın   tarixi  yaddaşının  özünə  qaytarılması,  soykök  əsasında  millətdə  müstəqil  dövlətçilik 

ideyalarının  güclən məsi  və  reallaşması  üçün  də  ço x  mühü m  işlər  görülmüşdür.  Nəticədə,  1970-80-ci  illərin  b irinci  yarısı 

respublikanın  ictimai-iqtisadi  və  sosial-mədəni  həyatında  sürətli  yüksəliş  mərhələsi  o lmuş,  müstəqil  A zərbaycanın  təməli 

qoyulmuşdur. Heydər  Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə (1969-82) ictimai-iqtisadi inkişafın və  milli-



mədəni oyanışın bütün sahələrində müstəqilliyə doğru böyük dönüş başlanmışdır. 

Heydər Əliyev SSRİ-nin a li  rəhbərliyi tərkibində fəa liyyət göstərdiyi dövrdə  xa lq təsərrüfatına rəhbərliy in bütün 

sahələrində tükənmə z dövlət idarəçiliyi  istedadı nümayiş etdirmiş,  xüsusilə elm, təhsil,  mədəniyyət və səhiyyənin inkişafına  

böyük  qayğı  göstərmişdir.  Heydər  Əliyev  dövlətçilik  fəaliyyətin in  Moskva  dövründə  də  həmişə  Azərbaycanı  düşünmüş, 

onun  taleyi  ilə  yaşamış,  doğma  respublikan ın  yalnız  SSRİ  məkan ında  deyil,  hə mç inin  bütün  dünyada  tanıdılması  üçün 

əlindən gələni etmişdir. 

Heydər Əliyev SSRİ Ali Sovetinin (8, 9 və 10-cu çağırışlar) deputatı seçilmiş, 9-cu çağırış SSRİ Ali Soveti İttifaq 

Sovetinin sədr müavini, Azə rbaycan SSR Ali Sovetinin (7, 8, 9 və 10-cu çağırışla r) deputatı və respublika  Ali Soveti Rəyasət 

Heyətinin  ü zvü  olmuş,  Lenin  ordeni  (4  dəfə ),  Qırmızı  Uldu z  ordeni  və  ço xlu  medallarla  tə ltif  edilmiş,  iki  dəfə   Sosialist 

Əməyi Qəhrəmanı ad ına (1979, 1983) lay iq görülmüşdür. 

1970-80-c i illərdə Sov.  İKP M K və SSRİ Ali  Soveti nümayəndə heyətinin başçısı və üzvü kimi Meksika, Alma-

niya,  Vyetnam,  Koreya  Xalq  Demokratik Respublikası,  Rumıniya,  Yuqoslaviya,  İtaliya,  Misir,  Suriya  və  Hindistana  rəsmi 

səfərlər et mişdir. 

Heydər  Əliyev  1987  ilin  o ktyabrında  Sov.  İKP  MK  Siyasi  Bürosunun  və  şəxsən  Baş  katib  M.S.Qorbaçovun 

yeritdiyi  səhv  xəttə,  onun  antiazərbaycan  siyasətinə  etiraz  əla məti  ola raq  tutduğu  vəzifə lərdən  istefa  vermiş  və  mövcud 

rejimə qarşı mü xa lif mövqe tutmuşdur. 



Heydər Əliyev sovet qoşunlarının 1990 ilin 20 yanvarında Bakıda törətdiyi qanlı qırğınla əlaqədar ertəsi gün, 

Kreml  rejiminin  təqiblərinə  və  səhhətinin  ağır  olmasına  baxmayaraq,  Azərbaycanın  Moskvadakı  nümayəndəliyində 

verdiyi  cəsarətli  bəyanatında  Azərbaycan  xalqına  qarşı  silah  işlədilməsini  qətiyyətlə  pisləmiş,  Azərbaycan  xalqının 

Qurtuluş  mübarizəsinin önünə keçmişdirMübariz  mövqeyini qətiyyətlə davam etdirən  Heydər Əliyev Dağlıq  Qarabağda 

kəskin  münaqişəli vəziyyətlə bağlı  mərkə zin  ikiüzlü siyas ətinə etira z əla məti olaraq  1991  ilin  iyulunda Sov.  İKP sırala rını 

tərk et mişdir. 

 

 



 

371 

 

Heydər  Əliyev  doğma  xalq ını  milli-siyasi  fə lakət  burulğanından  xilas  etmə k  üçün  1990  ilin  iyu lunda  Azərbay-



cana qayıtmış, ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda Qurtııluş mübarizəsini davam etdirmiş, həmin  ildə də Azərbaycan Ali 

Sovetinə  deputat  seçilmişdir.  1992  ildə  Yen i  A zərbaycan  Partiyasının  Na xç ıvan  şəhərində  keçirilmiş  təsis  qurultayında 

partiyanın sədri seçilmişdir. 

Heydər  Əliyevin  siyasi  fəa liyyətinin  Na xç ıvan  dövrü,  xüsusilə  onun  Na xç ıvan  Muxtar  Respublikası  A li  Məcli-

sinin sədri vəzifəsində çalışdığı  illə r (1991-93)  mu xtar  respublikanın siyasi, sosial-iqtisadi və mədəni  inkişafın ın çətin, eyni 

za manda,  ə la mətdar  dövrüdür.  Heydər  Əliyev,  birinci  növbədə,  Na xç ıvan  Muxtar  Respublikasını  Ermənistanın  silahlı 

təcavüzü və işğalı təhlükəsindən xilas etdi. Bu illərdə Heydər Əliyevin təşəbbüsü ilə mu xtar respublikan ın Ali Məc lisi onun 

adından "sovet, sosialist" sözlərin in çıxarılması, Azərbaycan Xalq  Cü mhuriyyətinin (1918-20) üçrəngli bayrağının  Naxçıvan 

Muxtar  Respublikasın ın  dövlət  bayrağı  kimi  qəbul  olun ması  haqqında  qərarlar  qəbul  etdi.  Blokada  şəraitində  olan  mu xtar 

respublikanın  iqtisadi  problemlərinin  həllinə  ciddi  d iqqət  yetirild i.  Qonşu  Türkiyə  və  İranla  iqtisadi  əlaqələr  yarad ıld ı. 

Naxçıvanı Türkiyə ilə birləşdirən "Ümid körpüsü", İranla yük və sərnişin daşınmasını genişləndirən Şahtaxtı-Po ldəşt körpüsü 

inşa edildi və s. 

Heydər  Əliyev  Na xçıvan  Mu xta r  Respublikası  A li  Məclisinin   sədri  işləyərkən,  eyni  za manda,  A zərbaycan 

Respublikası Ali  Sovetinin sədr  müavini olmuş, A li Sovetin sessiyalarında fəal  iştirak etmişdir. Heydər  Əliyev Azərbaycan 

Respublikası Ali Sovetinin birinci sessiyasındakı (1991, fevral) çıxış ında Vətənin  ağır və çətin dövründə xalq ın dərd inə şərik 

olmağa, vətəndaşlıq borcunu yerinə yetirməyə, müstəqillik uğrunda mübarizəyə qoşulmağa gəldiyini bəyan etmiş, dağılmaqda 

olan  Sovet  İttifaqında,  eləcə  də  Azərbaycanda  mövcud  ictimai-siyasi  vəziyyəti  obyektiv  təhlil  edərək,  cəmiyyəti  dərindən 

düşündürən problemlər barədə mühü m ideyalar irəli sürmüş, prinsipial və konkret fikirlər söyləmiş, təkliflər vermiş, siyasi və 

iqtisadi  böhranın  səbəbləri,  onların  aradan  qald ırılması  yolları  barədə  qətiyyətli  mövqeyini  bəyan  etmiş,  Dağ lıq   Qarabağ 

münaqişəsinin  səbəblərini  aşkara  çıxarmış  və  təqsirkarları  dəqiq  ünvanını  göstərərək  demişdir:  "Yaranmış  vəziyyətin 



günahkarı  hakimiyyətdə  olan  Kommunist  Partiyasının  Mərkəzi  Komitəsi,  partiya  və  dövlət  hakimiyyətini  ələ  keçirmiş 

Qorbaçovdur". 

Xalq ının  müstəqilliy i  uğrunda  dönmədən  mübarizə  aparan  Heydər  Əliyev  Azərbaycan  Ali  Sovetinin  1991  il  7 

mart  tarixli    sessiyasında    SSRİ    rəhbərliy inin    müttəfiq  respublikaları  guya  yeni  ittifaq  yaratmağa  çağıran  təklifinə  qarşı 

çıxmış,  bununla  bağlı  referendu mda  iştirak  edib-etməmək  məsələsində  öz  qətiyyətli  mövqeyini  belə  ifadə  etmişdir:  "Mən 



yeni  ittifaqa  daxil  olmağın  və  bunun  üçün  referendum  keçirməyin  heç  bir  şərt  qoymadan  əleyhinəyəm.  Azərbaycan 

Respublikası  iqtisadi  və  siyasi  müstəqillik  yolu  ilə  getməli,  tam  istiqlaliyyət  uğrunda  mübarizə  aparmalıdır"  Heydər 

Əliyevin rəhbərliy i alt ında Naxçıvan Muxtar  Respublikasında referendu m boykot edilmiş, rus sovet qoşun hiss ələri buradan 

çıxarılmış,  20  Yanvar  faciəsinə hüquqi-siyasi qiy mət verilmiş,  Naxçıvan müstəqillik və  milli dövlət quruculuğu nümunələri 

göstərərək, xalqın inamın ı sarsılmağa qoy mamış, müstəqilliyə ü mid yaratmışdır. 

Heydər Əliyev Na xçıvan Mu xtar Respublikasında fəaliyyət göstərdiyi müddətdə bütün Azərbaycan xalq ı və Vətən 

üçün taleyüklü  məsələlərdə daim qətiyyətlilik nü mayiş etdirmişdir: Ko mmun ist Partiyasının  Naxçıvanda fəaliyyət göstərən 

bütün strukturları ləğv edilmiş (Naxçıvan Mu xtar  Respublikası Ali Məclisinin  1991 il  26 avqust tarixli qərarı), A zərbaycan 

Ali  Sovetin in  1991  il  29  avqust  tarixli  s essiyasının  qərarına  əsasən,  Azərbaycanda  həmin  il  sentyabrın  8-nə  təyin  edilmiş 

prezident  seçkilərin in  Naxçıvan  Mu xtar  Respublikası  ərazisində  keçirilməsin in  dayandırılması  (Naxçıvan  Mu xtar 

Respublikası Ali Məclisin in 1991  il 4 sentyabr tarixli qərarı) haqqında qərar çıxarılmışdır.  Heydər Əliyevin siyasi təcrübəsi 

və  qətiyyəti  nəticəsində  Naxç ıvan  Muxtar  Respublikasında  sabitlik  tə min  olun muş,  demo kratik  dövlət  quruculuğu 

formalaşmışdır. 1993  ilin  may-iyununda respublikada hakimiyyət böhranı, hərc-mərclik son həddə çatdıqda, ölkə vətəndaş 

müharibəsi  və  müstəqilliyin   itirilməsi  təhlükəsi  qarşısında  qaldıqda,  Azərbaycan  xalq ı  Heydər  Əliyevin  hakimiyyətə 

gətirilməsi  tələbi  ilə  ayağa  qa lxd ı.  Bu,  əsl  mənada,  milli  hərəkata   çevrildi  və   nəticədə,  A zərbaycanın  o   za mankı  dövlət 

başçıları onu rəs mən Bakıya dəvət etməyə  məcbur oldular. Heydər  Əliyev 1993 il iyunun 15-də Azərbaycan Ali Sovetinin 

sədri  seçildi.  Həmin  gün  Azərbaycan  xalqının  tarixinə  Qurtuluş  günü  kimi  daxil  oldu.  Heydər  Əliyevin  başçılıq  etdiyi 

Qurtuluş  mübarizəsi  zəfər  çaldı.  Bununl a,  Heydər  Əliye vi n  Azər bayc ana  rəhbərliyinin  ikinci  dövrii  başlandı. 

Azərbaycan dövlətçiliyinin məhv edilməsi, vətəndaş müharibəsi və ölkənin parça lan ması təhlükəsi aradan qalxd ı. İyunun 24-

dən  isə  Heydər  Əliyev  Milli  Məclisin  qərarı  ilə  A zərbaycan  Respublikası  Pre zidentinin  s əlahiyyətlərini  həyata  keç irməyə  

başladı. 

1993  il oktyabrın 3-də ü mu mxalq səsverməsi nəticəsində  Heydər Əliyev Azərbaycan  Respublikasının  Prezidenti 

seçildi. Oktyabrın 10-da andiçmə mərasimində Heydər Əliyev xalqa müraciət etdi: "Belə bir yüksək və məsuliyyətli vəzifəni 



üzərimə  götürərkən,  birinci  növbədə,  Azərbaycan  xalqının  zəkasına,  müdrikliyinə,  qüdrətinə  güvənirəm,  arxalanıram. 

Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edib. Əmin etmək istəyirəm ki, 

bu ümidləri doğrultmaq iiçün əlimdən gələni əsirgəməyəcəyəm ". 

Yüklə 19,75 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin