Xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu



Yüklə 19,75 Mb.
Pdf görüntüsü
səhifə64/80
tarix31.01.2017
ölçüsü19,75 Mb.
#7086
1   ...   60   61   62   63   64   65   66   67   ...   80

 

ƏLĠYEV İlham Heydər oğlu  (d. 24.12.1961, Bakı) -A zərbaycan Respublikasın ın Prezidenti (2003 ildən), görkəmli 

siyasi  və  dövlət  xad imi.  Azərbaycan  xa lqın ın  ü mu mmilli  lideri,  dahi  dövlət  xadimi  Heydər  Əliyevin  oğludur.  Peşəkar 

siyasətçidir.  1982  ildə  Moskva  Dövlət  Beynəlxa lq  Münasibətlər  İnstitutunu  bitirmişdir.  Orada  elmi-pedaqoji  fəa liyyətə 

başlamış (1982), aspirant,  müəllim olmuşdur. Tarix elmləri namizədidir  (1985).  1991  ildən Moskvada "Oriyent" şirkətinin 

baş direktoru  işləmiş,  Azərbaycan  Respublikası  Dövlət  Neft  Şirkətin in  xarici  iqtisadi  əlaqələr  üzrə  vitse-prezidenti  (1994 

ildən)  və  birinci  vitse-prezidenti  (1997  ildən),  A zərbaycan  Resbulikasının   baş  naziri  (2003)  və zifə lərində  çalış mışdır. 

Azərbaycan  dövlətçiliyinin  qorunub saxlanılması  və  yeni  Azərbaycanın qurulmasında  Heydər  Əliyevin  ən  ya xın  silahdaşı 

olmuşdur. 

İlham  Əliyev  müəllifi  Heydər  Əliyev  olan  neft  strategiyasının  hazırlan masında,  bu  siyasətin  dünya  meydanında 

uğur  qazanmasında  və  gerçəkləşdirilməsində,  həmin  sahədə  mü xtəlif  layihələrin  hazırlan masında,  ço x  çətin  dip lo matik 

tapşırıq ların  yerinə  yetirilməsində  fəal  iştirak  etmiş,  ölkəyə  investisiya  axınında  mühü m  ro l  oynamışdır.  Onun  ölkədə 

iqtisadi  islahatların  həyata  keçirilməsində,  müstəqil  Azərbaycanın  xaric i  ölkələ rlə  iqtisadi  və  mədəni  əlaqələ rinin 

genişlənməsində,  xüsusilə  neft-qaz  yataqlarının  birgə  işlən məsinə  dair  dünyanın  qabaqcıl  neft  şirkətləri  ilə  tarixi 

müqavilələrin,  o  cümlədən  Bakı-Tbilisi-Ceyhan  əsas  ixrac  neft  kəməri  haqqında  müqavilənin  bağlan ması  və  reallaş-

dırılmasında,  ü mu miyyətlə,  A zərbaycan  Respublikasının  dünyaya  inteqrasiyasında  mühüm  xid mətləri  vardır.  İlham 

Əliyevin böyük əməyi olan neft strategiyasının həyata keçirilməsi, beynəlxalq şirkətlərlə neft  müqavilələrinin  imzalan ması 

nəticəsində  1994-2000  illə rdə  xa rici  şirkətlər  A zərbaycana  800  milyon  ABŞ  dolları  məbləğində  bonus  vermişlər. 

Azərbaycanın neft sektorunda 30 mindən artıq iş yeri aç ılmışdır. 

Azərbaycanda  demokratik,  hüquqi  və  dünyəvi  dövlət  quruculuğunda  fəal  iştirak  edən  İlha m  Əliyev,  hə m  də 

görkəmli  partiya  xadimid ir.  O,  ö lkən in  aparıcı  siyasi  partiyası  olan  Yeni  A zərbaycan  Partiyasının  (YA P)  liderid ir.  İlham 

Əliyev  YA P-ın  I quru ltayında (1999) partiya sədrinin  müav ini, II qurultayında (2001)  is ə birinci  müavin i seçilmişdir.  Bu 

mühü m  vəzifənin  öhdəsindən  layiqincə  gələn  İlham  Əliyev  əhalin in  geniş  kütlələrin in  Yen i  Azərbaycanın  quruculuğuna 

səfərbər  olunmasında  olduqca  s əmərə li  fəaliyyət  göstərir.  2000  ilin  parla ment  seçkilərində  YAP-ın  seçki  ka mpan iyasına 

İlham Əliyev başçılıq etmişdir. Məh z onun rəhbərliyi ilə YA P həmin seçkilərdə  

 

 


384 

 

 



 

 

 



 

385 

 

 



parlaq  qələbə  çalmış  və  Milli  Məclisdə  böyük  əksəriyyəti 

qazanmışdır. 



386 

 

İlham  Əliyev  Milli  Məclisin   deputatı  olduğu  dövrdə  geniş  və  çoxşaxəli  fəaliyyət  göstərmişdir.  O,  daim  xalq ın 



içərisində  olmuş,  onun  proble mlərini  öyrən miş,  əhalin in  sosial  müdafiəyə  ehtiyacı  o lan  təbəqələrinə   müntəzə m  qayğı 

göstərmişdir.  Həmin  dövrdə  İlham  Əliyevin  əhalinin  mü xtəlif  təbəqələrinin  nü mayəndələrinə,  qaçqınlara,  məcburi 

köçkünlərə  və  Qarabağ  müharibəsinin  əlillərinə  qayğısı,  Qaradağ  rayonunda və ölkənin  digər  bölgələrində apardığı  böyük 

quruculuq işləri doğma xalqa göstərilən bu qayğının parlaq təzahürləridir. 

Milli  Məc lisin  Beynəlxa lq  münasibətlər  və  parla ment-ləra rası  ə laqələr  daimi  ko missiyasının  üzvü  olmuş  İlha m 

Əliyevin Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycan Parlamenti daimi nü mayəndə heyətinin rəhbəri 

kimi fəa liyyəti doğma   xa lqa qətiyyətlə və cəsarətlə  xid mət  et mək nümunəsidir.  Onun AŞPA-dakı  məqsədyönlü, qətiyyətli 

və  cəsarətli  ç ıxışları  Azə rbaycanın  Avropa  məkanında  nüfuzunun  daha  da  artmasına  çox  güclü  təsir  göstərmişdir.  Məh z 

İlham  Əliyevin  yorulmaz  fəaliyyəti,  qətiyyətli  çıxışları  sayəsində  erməni  təcavüzkarları  Avropa  Şurasında  ifşa  olunmuş, 

Azərbaycanın  ayrılma z  parçası  olan  Dağlıq  Qarabağ  haqqında,  qondarma  "Dağlıq  Qarabağ  proble mi"  barədə  Qərb 

dünyasında  obyektiv  rəy   formalaş mış,  həmin   münaqişəyə  düzgün  siyasi  qiymət  verilmiş,  onun  həlli  yolunda  mühü m 

addımlar atılmışdır. Avropa Şuras ında Ermən istanın təcavüzkar,  işğalçı dövlət kimi tanın masında, e rməni terrorçu luğunun 

beynəlxa lq  terro rizmin  tərkib  hissəsi  olmasının  sübuta  yetirilməsində,  nə zarətdən  kənarda  qalan  Dağlıq  Qarabağın 

narkotiklə rin ötürücü  məntəqəsinə və terror yuvasına çevrilməsinin Avropa və dünya ictimaiyyətinə çatdırılmasında İlha m 

Əliyevin böyük  xid mətləri var. Avropa Şurasındakı fəaliyyəti, AŞPA -dakı obyektiv və konstruktiv çıxış ları İlham  Əliyevə 

qərb  siyasətçiləri  arasında  böyük  hörmət  və  nüfuz  qazandırmışdır.  O,  AŞPA-nın   vitse-spikeri  və  Büro   üzvü  seçilmişdir 

(2003, yanvar). 

İlham  Əliyev Prezident Heydər Əliyevin gənclər siyasətinin həyata keçirilməsində  misilsiz fədakarlıq göstərmişdir 

və  bu  sahədə  fəaliyyətini  indi  də  uğurla  dava m  etdirir.  1997  ildə  A zərbaycan  Respublikası  Milli  Olimp iya  Ko mitəsinin 

prezidenti  təyin  olunan  İlha m  Əliyev  a z  va xt  içərisində  həmin  sahədə  də  yüksək  təşkilatçılıq  istedadına  ma lik  o lduğunu 

göstərmişdir.  Onun yorulmaz və gərg in əməyi sayəsində qısa müddət ərzində Azərbaycan id manı ayağa qaldırılmış, dünya 

şöhrəti  qazanmışdır.  A zərbaycan  id mançıların ın  beynəlxalq  yarışlarda  qazandığı  parlaq  uğurlar  İlham  Əliyevin  başçılıq 

etdiyi id man hərə katın ın, hər şeydən əvvəl, böyük siyasi qələbəsidir. 

İlham Əliyev uzaqgörən dövlət xadimi və siyasətçi kimi sağlam gənclik yetişdirmək, bununla da xalq ımızın  sağlam 

gələcəyini tə min et mə k üçün idman ı ü mu mxa lq hərəkatına çevirmə k  xətti yeridir.  Onun təşəbbüsü ilə təkcə paytaxt  Bakıda 

deyil, eyni  za manda reg ionlarda  (Na xç ıvan,  Gəncə,  Şəki,  Lən kəran, Quba) da o limp iya  id man-sağla mlıq   ko mple kslərinin 

tikilib  istifadəyə verilməsi,  id manın  mü xtə lif sahələrinin in kişafı üçün güclü maddi-te xn iki baza yaradılması  xa lqın sağla m 

gələcəyinə yönəlmiş müdrik siyasətin parlaq tə zahürlərid ir. 

Hazırda Azərbaycanın beynəlxalq yarışlarda  id manın   mü xtəlif sahələrində ön  mövqelərə çıxması,  Bakının  dünya 

üzrə  mühüm beynəlxalq yarışların  keçirild iyi  mərkəzə çevrilməsi A zərbaycanın şöhrətini daha da artırır, onun beynəlxalq 

nüfuzuna müsbət təsir göstərir. Bu İlham Əliyevin gənclər siyasətinin ən böyük uğurlarından biridir. 

İlham  Əliyev  beynəlxalq  münasibətlər  tarixi  sahəsində  dərin  biliyə  malik  o lan  peşəkar  siyasətçi  kimi  dünya 

miqyasında  böyük  hörmət  və  nüfuz  qazanmışdır.  O,  A zərbaycan  nümayəndə  heyətinin  başçısı,  yaxud  üzvü  kimi  A BŞ, 

İngiltərə, Türkiyə,  Fransa,  Rusiya, Ukrayna,  İsveçrə, Qazaxıstan,  Özbəkistan, Slovakiya,  Polşa,  Gü rcüstan və b. ölkələrdə 

rəsmi  səfərlərdə,  o  cü mlədən  dövlət  səfərlərində  olmuş,  bir  ço x  beynəlxa lq  konfrans  və  konqreslərdə  məru zə lərlə  ç ıxış 

etmişdir. 

İlham  Əliyev  Azərbaycan  Respublikası  Milli  Məclisinin  (1-2-ci  çağırış)  deputatı  olmuş,  AŞPA-da  Azərbaycan 

Parlamenti  daimi  nü mayəndə  heyətinin  başçısı  və  AŞPA-nın  vitse-spikeri  və  Büro  ü zvü  vəzifələrində  səmərəli  fəaliyyət 

göstərmişdir. A zərbaycan  xalqı qarşısındakı  xid mətləri nəzərə alınaraq İlham  Əliyev 2003  ildə Azərbaycan Respublikasının 

Baş naziri təyin olun muşdur. O ,2003 ilin prezident 

 


387 

 

seçkilərində parlaq qələbə qazanaraq xalq ın iradəsi  ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 



Prezident  İlham  Əliyev  Azərbaycan  xalqın ın  dahi  oğlu  Heydər  Əliyevin  demokratik,  hüquqi  və  dünyəvi  dövlət 

quruculuğu  siyasətini  uğurla  davam  etdirir.  Onun  rəhbərliyi  ilə  ölkədə  iqtisadi  islahatlar  daha  da  sürətlənmiş,  xüsusi 

prezident fərman ı ilə  2004-08 illərdə regionla rın  sosial-iqtisadi inkişafına  dair Dövlət proqra mı qəbul olun muşdur. Pre zident 

İlham Əliyev ölkədə  insan haqları və azadlıqlarının  daha dolğun təmin olun masını d iqqət  mərkəzində saxlayır.  O, Heydər 

Əliyevin Azərbaycan xalq ının  milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi  kursunu uğurla 

həyata keçirir. Onun "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında" və "Azərbaycan dilində latın qra fikası ilə  kütləvi 

nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamları (2004,  12 yanvar), Milli  Ensiklopediyanın nəşrinə  rəhbərliyi şə xsən öz 

üzərinə götürməsi və bununla bağlı imzalad ığı sərəncamlar, alimlərə elmi dərəcələrə görə verilən əlavə əmək haqqını, tələ-

bələr,  mag istrlər  və  aspirantların  təqaüdlərin i  dəfələ rlə  a rtırması  milli-mənəvi  və  ümu mbəşəri  dəyərlə rə  dövlət  qayğısının 

parlaq təzahürləridir. İlha m Əliyev A zərbaycan xa lqının tarixi keç mişinə xüsusi qayğı və diqqət göstərir. O, A zərbaycan Xa lq 

Cü mhuriyyətinin dövlətçilik tariximizdəki ro luna yüksək qiymət vermişdir: "Azərbaycan Xalq Cü mhuriyyətinin yaran ması 

tariximizdə ço x ə la mətdar və  önəmli hadisə idi. İlk dəfə  müsəlman a lə mində de mokrat ik respublika yaranırd ı, Azərbaycan 

xalqı müstəqilliyə qovuşurdu. Ölkəmiz dünya birliy inə üzv olu rdu. Bu, ço x əlamətdar hadisə id i". 

Prezident  İlham  Əliyevin  qətiyyətli  və  məqsədyönlü  fəaliyyəti  nəticəsində  Heydər  Əliyevin  xarici  siyasət  kur-

sunun  həyata  keçirilməsində,  o  cü mlədən  Azərbaycanın  ərazi  bütövlüyünü  pozmuş  erməni  işğalçılarının  təcavüzkar 

mövqeyinin beynəlxalq aləmdə ifşa olunmasında mühüm uğurlar qazanılmaqdadır. Geniş dünyagörüşünə, dərin və hərtərəfli 

biliyə,  yüksək  mədəniyyətə  ma lik  o lan  İlha m  Əliyev  müasir  və  çevik  siyasətçi  kimi  dünyada  böyük  hörmət  və  nüfuz 

qazanmışdır.  O, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və 

apardığı  yüksək  səviyyəli  danışıqlarda  Azərbaycanın  mənafelərini  bütün  sahələrdə  uğurla  müdafiə  ed ir.  İlham  Əliyevin 

uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfu zu getdikcə artır. 

Azərbaycan Prezidenti İlha m Əliyev bir ço x ö lkənin və beynəlxalq  təşkilatla rın  fə xri adla rı və  mü kafatlarına  layiq 

görülmüş, AŞPA-nın fəxri üzvü diplo mu və medalı ilə təltif o lun muşdur. 

 

Əs ər lə r i



:  Azərbaycan  nefti  dünya  siyasətində,  c.1-5,  B.,  1997-98  (A.Muradverdiyevlə  birgə);  Каспийская  нефть 

Азербайджана, М., 2003.  



Əd.: 

Abdullayev  V.,  O,  böyük siyasətə  hazırdır.  B.,  1999;  İlham  Əliyev  bu  günün  və  gələcəyin  uğur  faktorudur  (buraxılışa 

məsul Fəzail A ğamalı), B., 2001; İlham Əliyev: M ən istənilən səviyyədə istənilən mübarizəyə hazıram (buraxdışa məsul Fəzail A ğamalı), 

B., 2001; Bəsirət ünvanı (redaktoru Əli Əlirzayev), B., 2002; Diplomatiya və iqtisadiyyat (elmi redaktoru Yaqub M ahmudov), B., 2003; 

Siyasət zirvəsində (tərtibçi Etibar Nəsibov; elmi redaktoru Seyfəddin Qəndilov), B., 2004; Valeh M irzə, Azərbaycan dövlətçiliyinin qoşa 

qanadı, B, 2003; Quliyev İ. Sabaha inamla və İlhamla, B, 2003. 



 

ƏLĠYEV Məmmədtağı Hacı Əbdülsəməd oğlu - ictimai və siyasi xad im, Rusiyanın 1-ci Dövlət du masının deputatı 

(ba x Əlizadə Mə mmədtağı Hacı Əbdüls əməd oğlu). 



ƏLĠYEV  Mirzə  Bağ ır  Yusif oğlu  (1882,  Naxçıvan ş. -  1.9.1938, o rada) - A zərbaycanın  milli  istiqlal hərəkatın ın 

fəal  iştira kçısı. Na xç ıvanın erməni təcavüzündən və xarici  müda xilədən a zad olun masında fəal  iştira k et mişdir.  Gimna ziya 

təhsili a lmış, ərəb, fa rs və rus dillərin i mü kə mmə l öyrənmiş, "Səyyar" tə xə llüsü ilə şerilə r ya zmışdır. Dövrünün ziyalıları ilə 

ünsiyyət saxlamış, onların  bir ço xu, xüsusilə Hüseyn Cavidlə dostluq etmişdir. 1918-20 illərdə Naxçıvan erməni təcavuzünə 

mə ruz  qalarkən  burada  yaradılmış  Müs əlman  Milli  Ko mitəsinin  katib i  olmuşdur.  Sonra lar  Na xçıvanda  müəllim  və  vəkil 

işləmişdir.  1937 ildə qardaşı Nağı Əliyevlə (xaricdə təhsil almış, Azərbaycan Xalq  Cü mhuriyyəti ordusunun yüksək rütbəli 

zabiti,  qoşun  komandiri  olmuş,  Aprel  işğalından  (1920)  sonra  mühacirət  etmişdir)  əlaqədar  2  dəfə  Dövlət  Təhlü kəsizlik 

Ko mitəsində  saxlanılan  Mirzə  Bağır  Əliyev  ruhi  sarsıntıdan  ağır  ürək  xəstəliyinə  tutulmuş,  qəflətən  vəfat  etmişdir.  Ərəb 

əlifbası  ilə  250  səhifəlik  şagird  dəftərində  gündəlik  şəklində  yazılmış  xatirələrində  Mirzə  Bağır  Əliyev  ermən i 

təcavüzkarla rının Azə rbaycana və xalq ımıza qarşı törətdikləri vəhşilikləri, habelə  xarici dövlətlərin (İran,  Rusiya, İngiltərə , 

Fransa və Amerika Birləşmiş Ştatları) Na xç ıvanda baş verən hadisələrə müda xiləsi, Türkiyənin Na xç ıvana qardaşlıq kö məy i 

ilə  bağlı iştira kç ısı və şahidi olduğu hadis ələri təfərrüatı ilə qə lə mə a lmışdır. 

Əsəri: 

Qanlı günlərimiz (1918-1920-ci illər), B., 1993.



 

 

ƏLĠYEV  Mirzağa  Əli  oğlu  (1883,  Bakı  yaxın lığındakı  Hövsan  k.  -  25.10.1954,  Bakı)  - 

görkəmli  teatr  xadimi,  aktyor,  xalq  artisti  (1949),  Dövlət  mükafatları  laureatı  (1943,        1948). 

Səhnəyə ilk dəfə 1901 ildə Şah mar bəy "Müsibəti-Fə xrəddin",   N.B.Və zirov)   rolunda   çıxmışd ır. 

1906-07      illə rdə    "Hə miyyət"      teatr  truppasının  aktyoru  və  rəhbəri  olmuş,  1907  –  12 

illərdə   ―Nicat‖  cə miyyətinin  teatr  t ruppasında  çıxış  et mişdir.  1912  ildə  milli  –ayrıseçkiliyə   qarşı 

çıxd ığına, qabaqcıl  ictimai  ideyaları yaydığına görə Həştərxana sürgün olunmuş,  1912-16  illə rd ə 

Vo lqaboyu şəhərlərində, Tiflisdə, İran və Türkiyə şəhərlərində tamaşala r göstərmişdir. Azə rbaycan 

Xalq  Cü mhu-riyyəti dövründə teatr işinə dövlətin fəal  müdaxiləsi nəticəsində Azərbaycan teatrının 

inkişafında  mühü m  keyfiyyət dəyişiklikləri baş verdi. Milli  mədəniyyət  mücahid lərindən biri olan 

Mirzağa  Əliyev  1919  ilin  sentyabrında  aktyorların  peş əkarlıq  səviyyəsini  yüksəltmək  məqsədilə 

açılmış türk 

 

 



 

 

 



388 

 

dram  kurslarının  ko mediya  şöbəsində  müəllim  kimi  çalışmışdır.  Bu 



illərdə  o,  eyni  za manda,  dövlət  teatrının  repertuarındakı  əsərlərdə 

çıxış  edir,  xeyriyyə  tamaşaları  verird i.  Üzeyir  Hacıbəylin in  "Ər  və 

arvad",  "O  olmasın,  bu  olsun",  "Arşın  mal  alan",  Zülfüqar 

Hacıbəylinin  "Ev liykən  subay",  "Əlli  yaşında  cavan"  musiqili 

ko mediyalarında  son  dərəcə  realist,  milli  kolo ritli,  unudulmaz  səhnə 

obrazları yaratmışdır. 



Aprel  işğalından  (1920)  sonra  Mirzağa  Əliyev  Bakı  Azad 

Tənqid-Təbliğ  Teatrının  təşkilatçısı  olmuş,  1924  ildən  ömrünün 

sonuna  qədər  Azərbaycan  Dövlət  Dra m  Teatrında  çalış mışdır.  Fitri 

ko mik  istedada, ifadəli yu mor boyalarına,  zəngin səhnə çalarlarına və 

mədəniyyətinə  malik  aktyor  olan  Mirzağa  Əliyev  Azərbaycan  teatr 

sənətinin ənənələrin i dava m və inkişaf etdirmişdir. 



 

Əd.: 

M əmmədov  M .,  M irzağa  Əliyev,  B.,  1949;  yenə  onun; 

Mirzağa  Əliyev,  "Teatr  düşüncələri"  kitabında,  B.,  1977;  Cəfərov  C, 

Azərbaycan teatrı, B., 1974.

 

 

ƏLĠYEV  Zeynalabdin  bəy  Hacağa 

bəy oğlu (24.4.1894,  Ba kı  - ? )  - A zərbaycan 

Xalq  Cü mhuriyyəti  Parlamentinin  xüsusi  

qərarına    (ba x  Xaricə    təhsil  almağa 



göndərilənazərbaycanlı  tələbələr  haqqında 

qərar)  əsasən,  dövlət  hesabına  ali  təhsil 

almaq  üçün  xaricə  göndərilmiş  tələbələrdən 

biri. Parla mentin  1919  il    1   sentyabr tarixli 

qərarına əsasən, təhsilini me ma rlıq sahəsində 

davam etdirmək üçün Ro ma Kra l Rəssamlıq   Akade miyasına (İta liya) göndərilmişdi. Sonrakı ta leyi 

barədə mə lu mat aşkar o lunma mışdır. 

 

 

 



 

 

 



 

 

ƏLĠZADƏ Ağa Cavad oğlu (1871,  Bakı yaxın lığ ındakı  Pirşağı k.  - 15.12.1954,  Bakı)  -  maarifçi ruhani və ictimai 

xadim.  Atası  Axund  Hacı  Məhəmməd  Cavad  dövrünün    tanmmış  din  xadimlərindən  idi.  Əlizadə  İçərişəhərdəki  Qüdsi 

mədrəsəsində  dini  təlimlə   yanaşı,  dünyəvi  elmlə ri  -  riya ziyyat,  astronomiya,  tarix  e lmlərin i  də  öyrən miş,  təbabət  elminə 

xüsusi  maraq  göstərmişdir.  Mədrəsəni  uğurla  bitirdikdən  sonra  təhsilini  Bağdad  yaxınlığındakı  Nəcəfül  Əşrəf  islam 

mə rkə zində  dava m  etdirmişdir.  Ağa  Əlizadə  təhsilini  başa  vurub,  a xund  rütbəsinə  lay iq  görülmüş,  1896  ildə   Bakıya 

qayıtmışdır.  İçərişəhərdə  məhəllə  məscid lərindən  birinə  təyinat  alan   Ağa  Əlizadə  savadı  və  davranışı  ilə  yerli  ruhanilər 

içərisində  böyük  hörmət  qazan mış,  Qafqaz  Şey xülislamı  Əbdüss əlam  A xundzadənin  zəmanəti  ilə  Bakın ın  Təzəpir 

məscidinə   baş  dini  xad im  təyin  ed ilmişdir.  1903  ilədək  bu  məsciddə  fəaliyyət  göstərən  Ağa  Əlizadə  1904  ildə  Qafqa z 

Müsəlmanları Ruhani İdarəsinin ü zvü seçilmişdir. 

1905  ildə   erməni  daşnakların  Ba kıda  müsəlman  əhaliyə  qarşı  soyqırımının   qarşısının  

alın masında  böyük  fəallıq  göstərmişdir.  1907  ildə  "Səadət"  müsəlman   xey riyyə  cəmiyyətinin  

yaranmasında iştirak etmiş, sonra bu cəmiyyətin sədri seçilmişdir. 

1918  ildə  A zərbaycan  Xa lq  Cü mhuriyyətinin   yaran masını  böyük  ruh  yüks əkliyi  ilə  

qarşılayan  Ağa  Əlizadə  Qafqaz  Müsəlmanları  Ruhani  İdarəsinin  sədri,  eyni  zamanda,  Şey xü lislam 

seçilmişdir. 

Ağa  Əlizadənin  1918-20  illər  dövründəki  bütün  fəaliyyəti  gənc  müstəqil  dövlətin  

möhkəmləndirilməsinə yönəlmişdi. Ölkə gənclərin i vətənin müdafiəsi üçün milli ordu sıralarına daxil 

olmağa  çağırmış,  Cü mhuriyyətin  ildönümü  münasibətilə  keçirilən  təntənələrdə  çıxış  edərək, 

istiqlaliyyətin əhə miyyətindən danışmışdır.  1919  il sentyabrın 15-də  Azərbaycanın  istiqla lı uğrunda 

şəhid olanların Dağüstü (Çənbərəkənd) qəbiristanlığında keçirilən yadetmə mərasimini idarə etmişdir. 

Aprel işğalından (1920) sonra Ağa Əlizadə təqibə məruz qalmışdır. 1944 ildə Qafqaz Müsəlmanları Ruhani İdarəsi 

bərpa  olunarkən  Axund  Ağa  Əlizadə  yenidən  Şeyxülisla m  və zifəsinə  seçilmişdir.  Ağa  Əlizadə  bir  sıra  xa ric i  ölkə lərdə 

olmuş, beynəlxalq sülh konfranslarında işti- 

 


389 

 

rak  et mişdir.  Onun  1945  ilin  mayında  İrana  səfəri  xüsusi  maraq  doğurmuşdur.  Ağa  Əlizadə  Təbriz  məscidində  moizə 



oxu muş,  Qu m  səfərindən  sonra  Məşhəddə,  Rəştdə  olmuş,  ço xsaylı  görüşlər  keçirmiş,  Tehran  Un iversitetinin  ilahiyyat 

fakültəsində mühazirə o xu muşdur. 

1952 ilin may ay ında Vyanada sülhü müdafie konqresində Qafqaz müsəlmanları adından məru zə ilə çıxış etmişdir. 

 

Əd.: 

Abasov M., Şeyxülislam Axund Ağa Əlizadə, B., 2000.

 

 

ƏLĠZADƏ      Məmmədtağı   Hacı     Əbdülsəməd   oğlu  (10.1.1858,  Şamaxı -  mart, 1918,  Şamaxı)  -  ictimai-siyasi 

xadim, iqtisadçı alim, publisist; Birinci Dövlət dumasın ın deputatı.  Şamaxı məhəllə məktəbində (1864-68), Tiflisdə  Qafqaz 

Müsəlmanları  Ruhani İdarəsinin  nəzdindəki altısinifli  məktəbdə (1868-74),  Bakı realnı  məktəbində (1874-78) o xu muşdur. 

Moskvada Petrovski-Ra zu movski kənd təsərrüfatı və meşəçilik akade miyasını aqrono m və iqtisadçı ixt isası üzrə bit irmişdir. 

Təkmilləş mək üçün Avropaya getmiş, bir  il Fransa və Almaniyada yaşamış,  Sile ziya v ilayətin in  iqtisadiyyatına dair e lmi 

əsər yazıb  nəşr etdirmişdir.  Rusiya  imperiyası  maliyyə nazirliyin in  rüsum və töycü şöbəsində işləmişdir (1883-88).  Nazir 

Rixtenin  islahat  lay ihələri  bürokratiyanın  müqavimət i  ilə  qarşılaşarkən,  digər  mütərəqqi  mə murlarla  birlikdə  istefa  verib 

Şamaxıya qayıtmış, xey riyyə işləri ilə məşğul olmuşdur. İrana səyahət etmiş, müşahidələri əsasında Z.Marağayinin "İbrahim 

bəyin səyahətnaməsi" romanına bənzər b ir əsər yazmışdır. 

1906  ildə  Bakı  quberniyasından  1-ci  Dövlət  du masına  deputat  seçilmişdir.  Əlizadə  

iqtisadçı alim  kimi "Trudoviklər" partiyasına rəğbət bəsləmiş,  müsəlman fraksiyasının üzvü olaraq, 

qeyri-rus  xa lqla rın  milli  mu xta riyyəti  ideyasını  müdafiə et mişdir.  Fevral inqilabından (1917) sonra 

Şamaxının  siyasi  həyatında  fəal  iştirak  etmiş,  erməni-daşnak  dəstələri  şəhər  əhalisinə  vəhşicəsinə 

divan tutarkən həlak o lmuşdur. 

Əlizadə  erkən  yaşlarından  siyasi  və  ədəbi  fəaliyyətə  başlamış,  Həsən  bəy  Zərdabinin 

təşəbbüsü  ilə  Nəcəf  bəy  Vəzirovun  Petrovski-Ra zu movski  akade miyasında  yaratdığı  "İmdadiyyə" 

siyasi  dərnəyinin  üzvü  olmuş,  "Əkinçi"  qəzetində  və  digər  dövri  mətbuat  orqanlarında  məqalə lər 

dərc  etdirmişdir.  İqtisadiyyat  və  kənd  təsərrüfatına  dair  əsərləri  1918  il  mart  soyqırımı  za manı 

daşnaklar tərəfindən məhv edilmişdir. 

 

Əd.: 

M əmmədov  X.,  "Əkinçi"nin  övladları,  "Ədəbiyyat  və  incəsənət"  qəzeti,  1970,  25  aprel;  Геюшов  З.Б.,  Архивные 

материалы об обществе ―Имдадиййе‖, Доклады  АН Азербайджанской ССР, 1963, №10.   

 

ƏLĠZADƏ  Zeynal  (?-?)-  Azərbaycan  Xalq  Cü mhuriyyəti  dövründə  (1918-20)  milli  mədəniyyətin  tərəqqisində 

yaxından iştirak etmiş  mədəniyyət  xadimi.  Əlizadə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1919  il  23  mart və 1920  il 

30  yanvar  tarixli  qəra rları  ilə   dövlət  gerbinin,  hərb i  orden-meda lla rın  və  dövlət  möhürünün  layihələrinin  ha zırlan ması 

məqsədilə  e lan  olunmuş  müsabiqədə  fəal  iştirak  et mişdir.  Onun  layihəsi  əsasında  buraxılmış  döş  nişanları  və  xatirə 

medallarında Parlamentin binası, bayraq, aypara, s əkkizguşəli ulduz, günəşin doğması, gül çələngi həkk o lunmuşdur. 

 

Əd.: 

Azərbaycan Xalq Cümhuriyy əti (ədəbiyyat, dil, mədəniyyət quruculuğu), B., 1998.

 

 


Yüklə 19,75 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin